Jump to content


Photo

01 апреля 2011 года


  • This topic is locked This topic is locked
507 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,119 posts

Posted 01 March 2011 - 01:38 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, aprelin 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го апреля можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 xadica

xadica
  • Guests

Posted 01 March 2011 - 10:07 AM

Sallam aleykum.Siza sual yazmishdim atamla na qadar barishmaq istayiramsa rad edir.Atama gunah yazilirmi?Yoxsa haqqi var barishmamaga/Mumkunsa dalilarda gatirin.ALLah RAZI olsun haqqinizi hallal edin sizi bela sualarnan mashqul ediram,atamin manimla barishmamagina balkam sizin yazdiginiz cavab vastaci ola siz dini ondan daha darin bilirsiz.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər bu haqsız yerədirsə, əlbəttə, ata günah qazanır. Amma məsləhət edirəm ki, xüsusən də siz bağışlanma istəyirsinizsə, qoy atanız sizi bağışlasın. Çünki Allah və rəsulu (sallALLAHU 'aleyhi wa sallam) bizə belə öyrədiblər. Peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) buyurur ki, əgər Səmada olanın səni bağışlamasını istəyirsənsə, yer üzündəkiləri bağışla.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#3 sual

sual
  • Guests

Posted 01 March 2011 - 11:01 AM

as salamu aleykum wa rahmatullahi wa barakatuhu.
1. mart forumundaki suallara cavab verilacak, yoxsa artiq o sahifa baglandi?
2. muasir dovrda cariya var? bazan deyirlar ki, guya arab sheyxlarinin heramxanasinda 100-larla qadin var, onlar cariyadir. cariya azad olmayan qadinlardir. magar indi ela qadinlar var?
3. Hamzanin (radiyallahu anhu) haqqindaki hadis barada sorushdular va Sizda Buxarinin kitabindaki yerini sorushdunuz. ingilisca tapdim.
Hadith no: 569 sahih al Bukhari
Narrated / Authority Of: Husain bin Ali
Ali bin Abi Talib said: "I got a she-camel as my share of the war booty on the day (of the battle) of Badr, and Allah's Apostle (SAW) gave me another she-camel. I let both of them kneel at the door of one of the Ansar, intending to carry Eidhkhir on them to sell it and use its price for my wedding banquet on marrying Fatima. A goldsmith from Bam Qainqa' was with me. Hamza bin 'Abdul-Muttalib was in that house drinking wine and a lady singer was reciting: "O Hamza! (Kill) the (two) fat old she camels (and serve them to your guests)." So Hamza took his sword and went towards the two she-camels and cut off their humps and opened their flanks and took a part of their livers." (I said to Ibn Shihab, "Did he take part of the humps?" He replied, "He cut off their humps and carried them away.") 'Ali further said, "When I saw that dreadful sight, I went to the Prophet (SAW) and told him the news. The Prophet (SAW) came out in the company of Zaid bin Haritha who was with him then, and I too went with them. He went to Hamza and spoke harshly to him. Hamza looked up and said, 'Aren't you only the slaves of my forefathers?' The Prophet (SAW) retreated and went out. This incident happened before the prohibition of drinking (alcoholic drinks)."

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Biz cavabsız sual qoymuruq, sadəcə vaxtı bitir və bağlanır.
2. Əslində cariyə cihadda əldə olunan qənimətdir. Sülh vaxtı cariyə olmur.
3. Bəli, bu hədis Muslimdə də var, bu hadisə içki qadağan olunmamışdan əvvəl olub.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#4 MudzaheD

MudzaheD

    Пользователь

  • Пользователи
  • Pip
  • 55 posts

Posted 01 March 2011 - 11:34 AM

Assalamu aleykum va rahmatullahi va barakatuhu.
Weyx subh namazinda durub destemaz alannan sora.Zohr namazinda,esr namazinda mestin ustunden mesh cekmek olarmi,mestin altinda corab ola ola?yoxsa mesti cixardib corabin ustunnen mesh cekmek lazimdi?
Assalamu aleykum va rahmatullahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, çəkə bilərsiniz, fərq eləməz, ya corabın ya da məshin üzərinə, yəni birinci hansınınü zərinə çəkdinizsə, sona qədər onun üzrərinə də çəkin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Ebu Hureyra revayet edir ki,ResulAllah (sallallahu aleyhi və səlləm) dedi:"Hər Peyğəmbərin cavabsız buraxılmayacağı duası olub.Bütün Peyğəmbərlər öz duasını etməyə tələsdilər,mən isə öz duamı qiyamət günü öz ümmətimi müdafiə etmək üçün saxlamışam və Allahın izni ilə Ona şərik qoşmayanlar bu himayəyə layiq olacaqlar." Muslim,199

#5 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 11:50 AM

Salam aleykum!

1 Əgər yahudilərlə evlənmək olarsa belə çıxır ki,kafirlərlə evlənmək olar?

2 Onda evlənəndə yalnız möminlərlə evlənin ayəsini necə başa düşək? Onda bu ayənin dəyəri yoxdur?

3 Əgər yahudi qadınla evləniriksə onda uşaqlarla daha çox vaxt keçirən qadın onlara öz dinlərini öyrətməyəcək? Uşaqlar da İslamdan çıxmayacaq?

4 Bəs onda bütün bu ibadət məsələləri və başqa məsələlər kafir qadınla necə uzlaşdırılır? Lənətlənmiş millətlə necə evlənəmək olar?

5 Yəni həqiqətən kafirlə evlənmək olar?

6 Bəs onlarla evlənəndə qadın kişiyə necə tabe olacaq? Başqa dindədir axı...

7 Yalnız yahudi qadınlarla evlənməyə icazə verilib yoxsa digər kafirlərlə də evlənmək olar?

8 Bəs Allah Quranda bizə Yahudilərlə hətta dost olmayın (əl-Maidə 51) əmr etmir? Bəs bütün bu ziddiyətləri necə başa düşək?

9 Əgər kafirlə evlənmək olarsa onda onlarla dost da olmaq olar?

10 Niyə burada hər şey bu qədər çətindir? Niyə bu məsələ mənim beynimi qarışdırıb,mən heç nə başa düşmürəm.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, əhli-kitabdan olan kafirlərlə evlənmək olar.
2. Bu ziddiyat deyil, bu evlənmək üçün icazədir. Yəni kitab-əhli də Allaha inandığı üçün müəyyən qədər möminlərdən sayılır.
3. Biz demirik ki, evlənmək vacibdir, biz deyirik ki, bunu etməkz olar. Bu problemləri isə nikahdan əvvəl kişi nəzərə almalı və həll etməlidir, ən yaxşısı dəvət etməkdir.
4. Bunu Allah Təala bizə caiz görüb – Maidə, 5.
5. Bəli, olar.
6. Sən kişisən, sən evlənməmişdən əvvəl şərtləri de, əgər razı olsa, evlən.
7. Biz dedik axı, əhli-kitab, yəni yəhudi və xristian.
8. Dost məsələsi ayədə dini sevməmək və təsdiqləməkdir, bu münasibətə aid deyil.
9. Ailə münasibəti qurmaq olar, ticarət etmək olar.
10. Heç bir çətinlik yoxdur, problem sizin özünüzdədir, mənə elə gəlir ki, bu cavabalrdan sonra sizə də asanlaşar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#6 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 11:51 AM

Salam aleykum!

1 Sizə bir neçə dəfə sual verəndə demisiniz ki,Nizami Gəncəvi əhli sunna olub.İndi isə forumda Nizami Gəncəvinin əhli sunnadan çox uzaq olduğu və hətta bidət əhli olduğuna dair materiallar yerləşdirilib.Sizin də xəbəriniz olmayıb onun belə adam olduğundan?

2 Əgər kitab əhlinin kəsdiyi əti yemək olarsa onda Allahın adı ilə kəsilməyən əti yeməyin ayəsini necə başa düşək? Bu ayə ilə ziddiyət təşkil etmir? Yenə də heç nə başa düşmürəm.Onda bu ayə nə üçün gəlib?

3 Nə üçün yalnız kitab əhlinin kəsdiyi ətə icazə verilir? Nə üçün bütpərəstin kəsdiyi əti yemək olmaz? İkisi də kafir deyil? Nə fərqi var axı o kafir kəsdi və ya bu kafir kəsdi? Allah özü deməyib kitab əhli və xristianlar kafirdir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, mən bilirdim ki, o sələfi olmayıb, sünni olub. Biz ona ümumən yanaşırıq, yaxşı şerləri də var. Biz sadəcə bunu qeyd edirik ki, Gəncədən olub və sünni olub.
2. Bu msüəlmana aiddir, əgər gözünlə görsən. Əhli kitabın kəsməsi barədə isə Maidə, 5 ayəsi sonuncu nazil olan ayələrdəndir.
3. Bəli, hər ikisi kafirdir, biri kitab əhlidir, o birisinin isə heç kitabı da yoxdur, Allah Təala ayırıb bunları.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#7 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 11:51 AM

Salam aleykum!

1 Hansısa qızla cinsi əlaqəni təsəvvür etmək həmin qızın haqqına girmək hesab olunur?

2 Allahın əzabından qorxduğumuz üçün ona ibadət etməliyik yoxsa sevdiyimiz üçün?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu bəyənilməyən əməldir, çəkinin, haqqına girmək ola bilər.
2. İbadətdə üç şey bir yerdə olmalıdır: qorxu, sevgi və ümid, bunlar tıklikdə olmamalıdır. Sələflər ona görə deyiblər ki, kim Allaha qorxu ilə ibadət eləsə, xəvaricdir, kim sevgi ilə ibadət eləsə, zındıqdır, kim ümid ilə ibadət eləsə, murciyədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 axiret

axiret
  • Guests

Posted 01 March 2011 - 12:09 PM

as salamu aleykum wa rahmatullahi. sidik ila mualica na daracada duzgundur? cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, sünnədə gəlib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#9 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 12:16 PM

Salam eleykim,menim adimdan Allah yolunda semeni halvasi nezir edilib men bu semeni halvasin hazirlamaliyam?eger hazirlamazssam bunun ziyanin goreremmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, hazırlamaq lazım deyil, heç bir ziyanı da yoxdur. Belə uydurmalara inanmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 hubb liLLAH

hubb liLLAH
  • Guests

Posted 01 March 2011 - 12:26 PM

as salamu aleykum wa rahmatullahi.
1. vaxt darliginda, tayammum ila qusl alib, dastamazi isa su ila alaraq, ibadat etmak olar? masalan. ishda neca qusl almaq olar? cazakumullahu xayran
2.aqida, manhac, tariqat, mazhab bunlar arasinda farq nadir?
3. har dafa adi vaxtda kalimeyi-shahadat dedikdan sonra peygambermizin aleyhissalam adi chakildiyi uchun salavat oxumaq lazimdir?
4. Qur'an oxumaq uchun su ola-ola tayammum almaq kifayatdir?
5. Qur'an oxuyarkan mutlaq hicaba riayat etmak lazimdir? bas kishilarin chiyni ortulu olmalidir (namazdaki kimi)?
cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər qüsül almağa imkan yoxdursa, namazın vaxtı giribsə, təyəmmüm edin.
2. Əqidə Allahla bağlılıq sözündəndir, məzhəb və təriqət oxşardırlar və yol deməkdirlər, məzhəb alimin şərhinə bağlanmaqdır, təriqət isə məzhəb alimindən sonra hanısa sufi şeyxinə bağlanmaqdır, mənhəc isə üslubdur.
3. Bəli, yaxşı olar.
4. Təyəmmüm almaq ciddi səbəb olmalıdır, ona görə də belə adət eləməyin.
5. Xeyr, bu şərt deyil, yəni evdə tək olduqda hicab vacib deyil. Hicab bayıra çıxdıqda özünü naməhrəmlərdən qrumaq üçündür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#11 sual

sual
  • Guests

Posted 01 March 2011 - 12:40 PM

as salamu aleykum wa rahmatullahi wa barakatuhu. agar qiz ishlayirsa, va ishin vaxti magrib namazina qadar davam edirsa, zuhr namazi vaxti heyzi bitmish muslima na etmalidir? neca qusl alib, paltarini dayishsin?
cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə vəziyyətdə təmizlənib, təyəmmüm alıb qılsın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#12 Elnur

Elnur
  • Guests

Posted 01 March 2011 - 01:07 PM

Assalamu Aleykum Qamet qardash. Necesiz? InshaAllah yaxshisiz? Qamet qardash inshaAllah sualim var.
Qardash megrib namazinin vaxti ne zaman bitir.Yeni isha girene qeder.Yeni bilirem ki namazi birinci vaxtda qilmalisan.Amma bezen ishde ele olur ki, vaxt olmur ve namazi isha namazina 20 deqiqe qalmish qiliram.InshaAllah cavab vererdiz?
Assalamu Aleykum ve Rahmatullahi va Barkatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məğribin vaxtı qızartı tam itənə qədərdir, yəni bu vaxt 25-35 dəqiqə çəkir. Çalışın bu vaxtda namazı qılın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#13 sual

sual
  • Guests

Posted 01 March 2011 - 01:22 PM

as salamu aleykum wa rahmatullahi wa barakatuhu.
1. ilk toy gecasinda ar va arvadin birlikda 2 rukat namaz qilmasi, sonra arin arvadin sachindan tutub onun sharrindan Allaha siginmasi sunnadir? Allah rasulu aleyhissalam bela edib?
2. cinlar hansi insanlari sevib, badanlarina daxil olur?
3. bundan neca qorunmaq olar?
4.Davud peygamberin aleyhissalam dovrundaki shariatda musiqi halal idi? (dediniz, buna baxacaqsiniz)
5.Adem peygamberin va Havva anamizin aleyhumassalam Cannatda hansi agaca yaxinlashmamasi barada malumat var?
cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Saçından tutmaq yox, sadəcə əlinizi başına qoyub dualar oxuyursunuz.
2. Ola bilər ki, insdən birini sevsin. Düzdür, bu nadir hallarda olur.
3. Quran, dua, zikr.
4. Xeyr, musiqi halal deyildi. Sadəcə gözəl səsi var idi, Zəburu oxuyanda cingilitili səslə oxuyurdu.
5. Bu ixtilafdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#14 Yasir

Yasir
  • Guests

Posted 01 March 2011 - 03:59 PM

Salam aleykum müselmanlara

mescidde cüme namazı vaxtı namazın ilk sünnetini ve son sünneti qılmaq olar? Buna delil var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Cümədən əvvəl ilk sünnət deyəndə məscidin haqqı qəsd olunur, yəni 2 rükət qılınır. Cümədən sonra isə 2+2 olmaqla dörd rükət son sünnət qılınır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#15 Мумин

Мумин
  • Guests

Posted 01 March 2011 - 06:04 PM

Гамет я зашёл на сай WWW.ucoz.ru которую вы мне посоветовали я там зарегстирировался но потом почемута немогу зайди пишится непавильно набран email или пароль как так веть я помню и пароль и email.И ещё Гамет я же вам сказал помогите мне создать сайт помогите уменя не получается почемута регистрироватся.За помощь буду очень блогодарень.

Ответ:

Я сам в этих вопросах не разбираюсь, просто узнал у братьев, что в том сайте нужно пройти регистрацию и воспользоваться предложенными шаблонами.
Аллах знает лучше!



#16 abuYahya

abuYahya

    Пользователь

  • Пользователи
  • Pip
  • 5 posts

Posted 01 March 2011 - 06:51 PM

السلام عليكم و رحمة الله و بركاته
Exi bir problemle uzlewmiwem:
Bir qardaw var,cox yaxin dostuq,toyu olmalidir gelen aylarda inshaAllah,AlhamduliLlah elinnen geldikce ibadet edir,lakin hem imani biraz zeyifdi hemde valideyinleri cahildi,xususende atasi deyirki "-menim oglumun toyunda arag olacaq!,olmasa qonaqlar mene ne diyer,uzume tupurmezder? Araqsizda toy elemeye razi deyil" (hele musiqini,ortaya duwub oynamagi demirem) atasinin movgeyi cahilcesine sert oldugunnan,qardaw buna heccur etiraz ede bilmir.
Bele halda
1.Qardaw ne etmelidir?
2.Bu meclisde iwtirak eden her bir insana gunah yazilir?
3. Ozu-ozunu aldadirki,senin stolunda araq olmayacaq,sen gel,bele wey olar?
4.Men Allah rizasiycun bu tip meclislere nifret edirem,ve gedmek istemirem.ve gelmeyeceyimide ona aciq wekilde demiwem.Buna gore ola bilerki o mennen incisin.Sebeb budursa,menimcun kusub kusmemeyinin ferqi yoxdur .Eger mesele pis neticeyle biterse dostlugu pozan men sayilmiramki?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Belə vəziyyətdə deyin ki, qiyamət günü bu harama görə özünüz cavab verəcəksiniz, bəy və gəlin isə bu məclisdə oturmasınlar.
2. Bəli.
3. Xeyr.
4. Sizə günah yoxdur, siz düzgün mövqedəsiniz, çünki asilikdə tabe olmaq olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


الحمد لله الذي لم يتخذ ولدا ولم يكن له شريك في الملك ولم يكن له ولي من الذل

#17 abuYahya

abuYahya

    Пользователь

  • Пользователи
  • Pip
  • 5 posts

Posted 01 March 2011 - 07:36 PM

Цитата (Rafizi naqili 28 Feb 2011 @ 08:24)
salam aleykum va rahmetullah ve beraketuh
Seyx bu rafiziler deyir ki guya omer fatimenin uzerinde dedavşina aparib.guya omer fatimeye ele zerbe vurub ki o da qapinin arasinda qalib yixilib nakaut olub.guya Ali de sudyaliq edirmis.bu deyilenler ne qeder doqrudur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəqin bunu deyənlər bütün günü kovboy filmlərinə baxırlar, ya da siz deyən kimi Məlikməmməd nağılı oxuyurlar. Fikir verməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

السلام عليكم و رحمة الله و بركاته
Exi bunu gorende eseblewdim.Bu insanlar (Omer,Fatime,Ali - radiAllahu anhum) bizim ezizlerimizdi,sevdiklerimizdi.Razi deyilemki kimse onlar barede bu uslubda (kuce ve bazar sozleriyle) yazsin. Xususende ozunu ahlussunnaya aid eden adamcun.Gerek ona cavabinizda bunu qeyd ederdiniz

جزاك الله خيرا و السلام عليكم و رحمة الله

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz fikir verməyin, qardaş bidət əhlinin üslubunda yazıb. Məlumdur ki, rafizilər səhabələrdən əcaib üslublarda danışırlar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


الحمد لله الذي لم يتخذ ولدا ولم يكن له شريك في الملك ولم يكن له ولي من الذل

#18 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 08:41 PM

Salam Aleykum Qamet bele bir hedis vardiye kim ne ucun hicret ederse onun hicreti de hicret etdiyi sey ucundur. Orda evlenmek ucun hicretden de nese deyilir. Bele cixir ki evlenmek ucun hicretde ne ise eskiklik ve ya eyb vardir?
Allah razi olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, sadəcə hədisdə göstərilir ki, kimin niyyəti nədirsə, əməli də ona müvafiq olacaq. Yəni kimin niyyəti evlənməkdirsə, evlənəcək – söhbət ixlasdan gedir, sırf ayrıca evlənmək niyyəti pislənmir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#19 Мумин

Мумин
  • Guests

Posted 01 March 2011 - 09:17 PM

Салам алейкум
Гамет в чём разнича междуу молоой и имамом? разве имам и молла не одной и тоже?

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Это зависит от страны и от мечети, или от акиды посетителей той мечети.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!



#20 Мумин

Мумин
  • Guests

Posted 01 March 2011 - 09:25 PM

Салам алейкум
Гамет я вас спрасил про сайт WWW.****.ru а вы мне ответили, что нет, это суфитский сайт.
Вы сначала пишите, что нет а потом говорите суфиский сайт это как понять?
Конкретно ответе сайт суфитский или нет.

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Я хотел сказать, что этот сайт не салафитский сайт, а суфитский.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!



#21 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 10:19 PM

Ассалам алейкум шейх,2 йашлы ушага палтар хедиййе едиблер,бу палтарын арха хиссесинде ангел созу йазылыб,буну ушага гейдирмек олармы?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Geydirmək olar, amma imkan osla, yazını pozun, olmasa, eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#22 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 10:31 PM

Цитата (axiret @ 01 Mar 2011, 12:09)
as salamu aleykum wa rahmatullahi. sidik ila mualica na daracada duzgundur? cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, sünnədə gəlib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Assalamu aleykum
Mən başa düşmədim hansı sidikdən söhbət gedir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məsələn, dəvə sidiyi, hətta insanın öz sidiyi də.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#23 1213

1213
  • Guests

Posted 01 March 2011 - 11:31 PM

Sheyx ereb olkelrindeki mitingler xeyr elametdirmi??ummetin guclenmesinin delildirmi?eshitdiyme gore yaxinda seudiyyadada inshaallah bu yaxinlarda mitingler olacag ,demekki ordada millet hakimiyyetden narazidir.
sheyx siz niye gore seudiyyani ve seudiyya kralini ve onun ailesini dehsetli dercede mudafie edirsiniz??sebeb nedir?bezileri orda oxumaginiza gore bezileri size oradan guclu pul geldiyne gore bunun oldugunu deyirler.

Cavab:

1. Məgər siz xəbərləri heç izləmirsiniz? Məgər mitinqlə millət izzətlənir? Görmürsünüz ki, millət daha zəlalətə gedir? Elə bilrisiniz ki, bir prezident gedəndə yerinə gələn ondan yaxşı olacaq? Bu massonların, amerikalıların hiylələri sizi aldatmasın. Məni təəccübləndirən budur ki, bunu görüb hələ də sevinirsiniz.
2. Mən heç bir şəxsi müdafiə eləmirəm, mən haqqı müdafiə edirəm. Əgər biri gəlib mənə İran barədə düzgün olmayan bir şeyi desə, və mən desəm ki, bu yoxdur, bu o deməkdir ki, mən İranı müdafiə elədim. Mənim barədə bu cür düşünənlər isə şəxsiyyət deyillər, bu fikirlərindən bəllidir.
Allah daha yaxşı bilir!



#24 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 11:55 PM

Əssalamu aleykum,siz niyə həmişə belə edirsiz??Öz kəsib-doğradığınız videonu yerləşdirmisiz ana səhifəyə.Allah axı baxıır,belə olmaz axı!Youtube-dən bütün bölmələri yığ ana səhifəyə,ən azı linklə,bu da olsun əsl müsəlman əməli...
Vəssalam

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hansı videoları deyirsiniz?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#25 sheyxe sual

sheyxe sual
  • Guests

Posted 02 March 2011 - 01:12 AM

Цитата
2-Imam camaat namazinda ayeni sehv oxuyur ve bununla da ayenin menasi deyiwirse bu zaman namaz batil olurmu? Qeyd edim ki, namaz esnasinda arxa seffde duranlar imama bildirmeyibler sehv oxudugunu..yalniz namazi bitirdiyinden sonra xeber edirler..bu zaman imam ne etmelidir? namazi tezeden qildirmalidir yoxsa?

2-Səhv səcdəsi etsə, kifayət edər.

assalamu a leykum
axi namazi bitirenden sonra deyibler ona..? onda ne etsin?
assalamu aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yenə də səhv səcdəsi eləsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#26 ummuSumayya

ummuSumayya

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts
  • Location:avropa
  • Interests:семейные заботы))

Posted 02 March 2011 - 01:33 AM

AsSalamu aleykum va rahmatuLlahi va barakatuhu.
axi,bir kiwi nece defe evlenib boshana biler?islamda buna hedd var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, hədd yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


АЛЛАХ знает лучше)))

#27 EHLI MESCID

EHLI MESCID

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts

Posted 02 March 2011 - 07:13 AM

салам алейкум брат Гамет.я ети уроки брата Адила скачал с сайта ихлас там 7 уроков про такфиф.послушал и там джахилов муслиманам не называют и кафирами не зовут пока худжат не поднят.и как ето все должно делатса по шариату брат обясняет читая книгу великих шейхул Исламов. Может я что не так понял?вы можете дать мне емаил или скажите как я могу разяснить то ,что я не понял у брата Адила?я не в Баку живу и по етой причине не могу у брата самого спросить. я укажу линк где можете скачать и вы ето услышати

www.ixlasla.com/minhec/56-tekfir-meseleleri.html

И еше я у вас про муфтия спрашиваю,патаму,что не знаю и хачу хоть,что то узнать,а вы вместо того,чтоб объяснить обижаете человека таким безтактным ответом.
4-5. Если вы узнаете об этих критериях , то больше не будете говорит о религии .

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. Все равно не так далеко живете, и все знают номер нашего брата, позвоните и уточните у него самого.
2. Наверное или вы меня не поняли или я не так объяснил. Я сказал, что у муфтия очень серезные критерии, узнав которых многие не будут говорит о религии. Муфтий должен хорошо знать Коран, сунну, фикх, методы фикха, историю ислама, арабский язык и многое другое.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!



#28 Burhan

Burhan

    Пользователь

  • Пользователи
  • Pip
  • 36 posts
  • Location:Fani dünya

Posted 02 March 2011 - 09:35 AM

Salam aleykum.sheyx,bu kalendari ayliq kopyalaya bilmirem,bunu nece edim?orda yazilanlari edirem,yene alinmir.Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Səhvin nədən ibarət olmasını düzgün demək lazım idi, artıq düzəlib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#29 elvin

elvin
  • Guests

Posted 02 March 2011 - 09:58 AM

SALLAM ALLEYKUM.sualim;1;iki nafar nishanliysa amma kabinsiz telefonlamida danisha bilmaz?2.Birda;qadin ara gedanda familyasin dayishmaya izin varmi?3.Agayar izin yoxsa dinimizda avaldan bilmadan dayishibsa tazadan buqadin oz familiyasina donmalidimi?ALLAH RAZi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Ən gözəl və məsləhətli üslub kəbindən sonradır.
2. Xeyr, bu bəyənilməyən əməldir.
3. Əgər sənəddə dəyişə bilərsə, dəyişsin. İmkan olmasa, eyib etməz, sadəcə qadından soruşanda öz əsil soyadını desin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#30 axiret

axiret
  • Guests

Posted 02 March 2011 - 11:28 AM

Цитата (xadica @ 01 Mar 2011, 10:07)
Sallam aleykum.Siza sual yazmishdim atamla na qadar barishmaq istayiramsa rad edir.Atama gunah yazilirmi?Yoxsa haqqi var barishmamaga/Mumkunsa dalilarda gatirin.ALLah RAZI olsun haqqinizi hallal edin sizi bela sualarnan mashqul ediram,atamin manimla barishmamagina balkam sizin yazdiginiz cavab vastaci ola siz dini ondan daha darin bilirsiz.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər bu haqsız yerədirsə, əlbəttə, ata günah qazanır. Amma məsləhət edirəm ki, xüsusən də siz bağışlanma istəyirsinizsə, qoy atanız sizi bağışlasın. Çünki Allah və rəsulu (sallALLAHU 'aleyhi wa sallam) bizə belə öyrədiblər. Peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) buyurur ki, əgər Səmada olanın səni bağışlamasını istəyirsənsə, yer üzündəkiləri bağışla.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

as salamu aleykum. balka ela bir shaxs var ki, ataniz onun sozuna qulaq asar, dediklarindan kanara chixmaz? belasi varsa, ondan xahish etsaniz, balka o da atanizla sohbat edar va o da barishar? bela etmak olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bu da üslublardan biridir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#31 kitab

kitab
  • Guests

Posted 02 March 2011 - 11:33 AM

Цитата (Guest @ 01 Mar 2011, 11:51)
Salam aleykum!

1 Hansısa qızla cinsi əlaqəni təsəvvür etmək həmin qızın haqqına girmək hesab olunur?

2 Allahın əzabından qorxduğumuz üçün ona ibadət etməliyik yoxsa sevdiyimiz üçün?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu bəyənilməyən əməldir, çəkinin, haqqına girmək ola bilər.
2. İbadətdə üç şey bir yerdə olmalıdır: qorxu, sevgi və ümid, bunlar tıklikdə olmamalıdır. Sələflər ona görə deyiblər ki, kim Allaha qorxu ilə ibadət eləsə, xəvaricdir, kim sevgi ilə ibadət eləsə, zındıqdır, kim ümid ilə ibadət eləsə, murciyədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

as salamu aleykum
1. zindiq va murciya kimdir? na demakdir?
2. qizla cinsi alaqani tasvir etmak goz zinasidir?
3. bas agar yol ila gediram, birdan bashimi qaldirdim, namahram gordum. darhal nazarlarimi yera dikdim, amma beynima siqnal getdi ki, (neca da yarashiqli idi)-bu goz zinasidir?
4. istimna nadir?
cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Zındıq kəlməsini sələflər həm kafir və münafiqlərə, həm də şiddətli, azmış bidət əhlinə işlədiblər. Murciyə isə azmış firqələrdən olublar, əqidə məsələlərində sələflərə müxalif olubalr.
2. Xeyr, amma bundan uzaq olun, çünki günaha səbəb ola bilər.
3. Xeyr, bu artıq sizlik deyil.
4. Əllə özündən məni ifraz eləmək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#32 tebriz

tebriz

    Пользователь

  • Пользователи
  • Pip
  • 15 posts
  • Location:Baku

Posted 02 March 2011 - 12:44 PM

AsSalamu aleykum va rahmatuLlahi va barakatuhu.
Coraba məsh çəkmək üçün qoyulan şərtlərin birinde deyilirki corab ayağı tam örtməli və qalın olmalıdır.Sualım belədir corabın qalın olması haqqında deyəsiniz yəni yayda nazik corab geyilir bəzəndə ayagın üstü görsənir bu barədə ne deye bilersiniz birde qadın nazik kalkotka geyinib yəni ayaq görsənəsi dərəcədə məsh çəkmək olar .
AsSalamu aleykum va rahmatuLlahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əsas odur ki, corab qədəmi topuğa qədər örtsün. Nazikliyi isə həddən artıq nazik olmasın. Azca ayaq görsənirsə, eyib etməz. Qadında da əgər çox nazikdirsə, məsləhət deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#33 axiret

axiret
  • Guests

Posted 02 March 2011 - 12:47 PM

as salamu aleykum.
cadunun achilmasi uchun Madinadaki yashil sidr agaci olmalidir. bas digar olkalarda yashayan musalmanlar onu neca alda etsinlar.? tapmasalar adi suya suralari oxumaq olar? cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz deyən kimi də etmək olar. Amma sidr yarpaqlarını əldə eləmək problem deyil, Mədinədə satılır, həccə və ya ümrəyə gedənlər gətirə bilərlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#34 sual

sual
  • Guests

Posted 02 March 2011 - 01:49 PM

as salamu aleykum
1. insan sidiyi ila mualica haramdir?
.2. bir gun Peygamber aleyhissalam Abu Bakr (R.A.) ila birlikda olarkan, bir nafar Abu Bakri tahqir edir. Abu Bakr susur, lakin sonda dozmayib cavab qaytarir. Allah rasulu aleyhissalam darhal orani tark edir. Abu Bakr Peygamberin aleyhissalam yanina galib, bunun sababini sorushduqda, o aleyhissalam cavab verir ki, Abu Bakr tahqira dozub cavab vermadikca yanindaki malaklar onun avazindan hamin insana "San ozunsan" deyirdilar (yani Abu Bakrin avazindan ona cavab verirdilar) lakin Abu Bakr ozu cavab qaytaran kimi malaklar orani tark etdi .ortaya sheytan galdi. sheytan olan yerda Allah rasulu aleyhissalam olmaz. SAHIH?
3.• Cabir (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiri hündür etməyi, qəbirin üzərində oturmağı, tikili tikməyi, qəbiri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir".
demali, qabrin yuxari hissasina bir dah parchasi qoyub, vafat etmish shaxsin adini yazmaq olmaz? bas qohumlari neca muayyan eda bilar ki, qabr onlarin qohumunundur, yoxsa yox?
4. Al-Azhar universiteti ash'aridir?
5. saudiyya alimlari yalniz ahmad bin hanbali qabul edir?
cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, olar.
2. Baxaram, inşəAllah.
3. Bəli, bu məsələ belədir. Təyin etmək məsələsi isə belədir ki, əgər o qəbir yaxınları tərəfindən daim ziyarət edilsə, yaddan çıxmaz.
4. Bəli, əsasən orda əşarilərdir.
5. Xeyr, başqa alimlər də qəbul olunur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#35 Irade

Irade

    Пользователь

  • Пользователи
  • Pip
  • 29 posts

Posted 02 March 2011 - 03:12 PM

as salamu aleykum va rahmatullahi ve barakatuhu

Halalliq verdiyinizcun Allah razi olsun…

1. Sheyx, namazda sag elle edilen zikr zamani sol elin shehadet barmaginin terpenmesine dair delil var?edirem,amma bilmirem duzdu ya yox?
2. Namazda secdeye gederken dirsekleri yere qoymaq haqqinda turk İlmihal kitablarindan oxumushdum ki,qadinlar bele etmelidirler.dogrusu necedir?
3. Namazda son oturushda Rabbene… dualarini oxumaq haqqinda sunnede delil var?
4. Umumiyyetle, qadin ve kishilerin namaz qılma qaydalarındakı ferq (eger varsa) haqqında hardan oxuya bilerem?
5. Abdulkadiri Geylaninin kitablarindan faydalanmaq olar?Turk Diyanet Veqfinin hazirladigi ensiklopediyada onun İbn Teymiyye (Allah ona rehmet etsin) ile xosh munasibetinden behs olunur ve yazilir:”Geylani tarikatinin sheriata uygun oldugu İbn Teymiyye (Allah ona rehmet etsin) gibi bir munekkit tarafindan bile kabul edilmishdir.”
6.Elshad Mahmudovun televiziyada, radioda danishdiqlarina qulaq asmaq olar?

Allah sizden razi olsun…

as salamu aleykum va rahmatullahi ve barakatuhu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Sol əllə etməyin, sağ əlin şəhadət barmağı ilə edin.
2. Xeyr, bu səhəhih hədislərdə qadağan olunub, peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) itin oturuşuna bənzəri nəhy edib.
3. Bəli, istənilən duanı oxuya bilərsiniz.
4. Namazda qadın və kişinin arasında fərq yalnız paltardadır, keyfiyyətdə isə heç bir fərq yoxdur.
5. Xeyr, məsləhət deyil, çünki bu adam barədə uydurma kitablar çoxdur.
6. Mən onu tanımıram.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#36 Hasanat

Hasanat

    Пользователь

  • Пользователи
  • Pip
  • 4 posts

Posted 02 March 2011 - 03:50 PM

AsSalam aleykum va rahmetulLahi va barakatuh.

1. Mən bir neçə ildir evliyəm, lakin övladımız yoxdur. Zövcəm və mən bir sıra müalicələr alsaq da hələ ki, Allahın inziylə bir xeyri olmayıb.Məsələ burasındadır ki, nə qadın, nə kişi həkimi bizdə böyük bir problemin olduğunu demir. Lakin mən müalicə olub müsbət analizlər əldə edəndə zövcəmdə müəyyən problem yaranır. O müalicə alıb müsbət nəticə əldə edəndə məndə problem yaranır. Sizcə bu mənə (və ya hər ikimizə) qarşı hər -hansı bir sehrin nəticəsi ola bilərmi? çıxış yolu olaraq nə məsləhət görərdiniz?
Eləcə də, Allahdan övlad diləməyin ən gözəl yolu hansıdır. Əlbəttə biz dua ilə bunu edirik, lakin bunun üçün hanslısa konkret bir şəkil varmi?
2. İşim səbəbilə uzun zamandır cümə namazlarına gedə bilmirəm. Allahdan işimin daha xeyirli işlə əvəzlənməsini diləyirəm ki, cüməyə gedə bilmək imkanı yaransın.Gedə bilmədiyim cümə namazlarına görə günah yazılırmi?
Allah razı olsun.
VasSalam aleykum va rahmetulLah.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əvvəla, dərhal sehri fikirləşməyin, düzdür, sehr ola bilər, amma həkimə göstərin özünüzü. Məsələn, ikiniz də bir vaxtda müalicə alın.
2. Günah yazılmasa da, yaxşı əlamət deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#37 STRNGR

STRNGR
  • Guests

Posted 02 March 2011 - 04:00 PM

Salam aleykum
Eger 1 nefer meni tehqir edib, eyni zamanda bohtan atibsa (halbuki men heqiqeten de onun dediyi kimi biri deyilem) amma halalliq da istemeyibse men oz ozluyumde haqqimi ona halal etsem bu herekete gore qiyamet gunu o, cavab verecekmi?
Allah sizden razi olsun Amin!
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər halallıq verirsinizsə, xeyr.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#38 Ibn Teymiyye

Ibn Teymiyye
  • Guests

Posted 02 March 2011 - 04:21 PM

Essalamu aleykum ve rahmetullahi ve berekatuhu
Sheyx selef eqidesine gore ibadetde 3 shert var qorxu,umid sevgi.
amma men bir defe Medine telebesi Adilden eshitdim ki ibadet sonsuz sevgi ve sonsuz zelillikdir.bilmedim bu ibadetdeki sevgiye aiddir yoxsa bu ibadetin bashqa cur terifidir.eger ibadetin terifidirse onda axi burda diger2(qorxu ve umid) shert olmur.bunu zehmet olmasa izah ederdiniz
Essalamu aleykum ve rahmetullahi ve berekatuhu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər bir şəxs sevgidən danışırsa, sevginin xüsusiyyətlərindən danışır, yəni bu o demək deyil ki, digər şərtlər yoxdur. Yəni hər söhbət öz yerində danışılır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#39 Abuzar

Abuzar
  • Guests

Posted 02 March 2011 - 04:28 PM

Assalamu aleykum Qamət qardaş.
Suallarım belədir:
1.Neyə görə İmam AşŞafi qadına toxunanda dəstəmazın pozulacağını deyib? Həmçinin Abu Hanifə isə deyib ki, qan çıxanda dəstəmaz pozulur. Bunlar nəyə əsaslanıb deyiblər, hədislərə mi, yoxsa öz ictihadına görə? Belkə bunlara o vaxt dəlilər çatmayıb?
2. Məst etmək niyyətin olamadan dəstəmazdan sonra məst geyinsəm onun üzərinə sonradan məst etmək olar? Yoxsa məst etmək üçün qabaqcadan niyyət lazımdır? Ümumiyyətlə, Peyğəmbər sallallahu aleyhi ve sellem və onun əshabəsi məstləri nə üçün geyinirdilər, məst etmək üçün yoxsa soyuqdan qorunmaq üçün? Sözümü ona gətirirəm ki, biz ki corabları, ayaqları isti saxlamaq üçün geyinirik. Əgər belədirsə belə çıxır ki, ayağa geyinilənin məst olunması üçün fərgi yoxdur adi corab olsun vəya dəridən xuf olsun.
Allah sizdə təqvanı daha da artırsın və Abubəkr məscidimizin qapılarını salih qulların üzünə açsın. Amin!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Burda müxtəlif səbəblər ola bilər, məsələn, zəif və ya uydurma hədisə istinad, bəlkə də adi ictihad etmələri.
2. Bəli, fərq yoxdur, yəni burda niyyət əsas deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#40 vugarmn

vugarmn

    Пользователь

  • Пользователи
  • Pip
  • 4 posts

Posted 02 March 2011 - 06:23 PM

salam eleykum sheyx.
Inshallah esasa sehifede ne vaxt ayliq namaz teqvimini print ede bilerik. nedense alinmir!
Vasalam eleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Artıq düzəlib
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#41 TƏQVA

TƏQVA

    Пользователь

  • Пользователи
  • Pip
  • 88 posts
  • Location:Baku
  • Interests:Sevgi-Qorxu-Umid

Posted 02 March 2011 - 07:24 PM

Assalam Aleykum va Rahmatullah !

Quranin Ali -İmran surəsinin 144 ci ayəsinin Abd Ar-Raxman As-saadinin verdiyi təfsirində qeyd olunanları nəzərinizə çatdırmaq istəyirəm .Sələflər Quranın bir ayəsini axuyub tətbiq etməmiş o biri ayəyə keçməzdilər
İnşAllah faydalı olar

Мухаммад является всего лишь Посланником. До него тоже были посланники.
Неужели, если он умрет или будет убит, вы обратитесь вспять?
Кто обратится вспять, тот ничуть не навредит Аллаху.
Аллах же вознаградит благодарных.
Мухаммад не был первым из Божьих посланником. Он был таким же посланником, как и его предшественники, в обязанности которых входило донести до людей послание Господне и выполнить Его повеления. Они не были бессмертными людьми, потому что бессмертие не является обязательным условием для выполнения Божьих повелений. Обязательным для людей является поклонение их Господу во все времена и при любых обстоятельствах, и поэтому, если посланник Аллаха, мир ему и благословение Аллаха, умрет или будет убит, люди не должны обращаться вспять, отказываясь от веры, борьбы на пути Аллаха или других предписаний, которые он проповедовал. Если же они обратятся вспять, то навредят только самим себе, потому что Всевышний Аллах не нуждается в Своих рабах. Он непременно установит на земле свою религию и одарит могуществом своих верующих рабов.
После порицания тех, кто отступает от предписаний религии, Всевышний Аллах похвалил правоверных, которые проявили стойкость вместе с Его посланником и продолжали выполнять повеления своего Господа. Аллах обещал вознаградить их и назвал их благодарными рабами, поскольку благодарность выражается в поклонении и покорности Всевышнему Аллаху при любых обстоятельствах.
Этим прекрасным аятом Всевышний Аллах призвал Своих рабов не отступать от веры и обязательных предписаний, если они потеряют своего вождя, пусть даже самого славного и великого. Для этого мусульмане должны задействовать в каждой сфере деятельности определенное количество лиц, которых должно быть достаточно для выполнения этого рода деятельности, и если они потеряют одного из них, то остальные смогут восполнить эту потерю.
Из этого аята также следует, что все мусульмане должны стремиться утвердить на земле религию Аллаха и бороться ради этого по мере своих возможностей, не делая различий между правителями, ибо только в этом случае их дела придут в порядок.
Этот аят также является величайшим свидетельством превосходства Правдивейшего Абу Бакра и его сподвижников, которые сражались с вероотступниками, отрекшимися от религии после кончины посланника Аллаха. Эти мусульмане заслуживают называться лучшими из благодарных рабов.

Assalam Aleykum va Rahmatullahi va Barakatuhu !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (YUNUS 18)
(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir. (ŞURA 11)
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.(Əl-Bəqərə 186)
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (Zumər 3)

http://ixlasla.com/

http://www.4shared.c...W/Kitablar.html

#42 Harun2011

Harun2011

    Пользователь

  • Пользователи
  • Pip
  • 22 posts
  • Interests:читать

Posted 02 March 2011 - 09:09 PM

Assalamu aleykum sheyx.Qardash orta mekteb telebesi ve yaxudda inistut telebesine cume ferzdi? Eger muellim cumeye buraxmirsa bu sebeb sayilir? inshaallah gunahi yoxdu ki,rasulullah (s.a.v) hedisinde kim cume namazini sebebsiz 3 defe buraxarsa qelbi mohurlener.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, cümə fərzdir. Müəllimdən icazə alın və heç olmasa 2-3 cümədən bir gəlin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#43 а2вааа

а2вааа
  • Guests

Posted 03 March 2011 - 09:31 AM

Аs-Sаlаmu аlеykum! Mаqаzindе kompyutеrin qiymеti nаgd аlаndа 600 mаnаtdir,lаkin hisse-hissе odеyеndе ise mеsеlеn 12 аy muddеtinе,umumi qiymеti 750 mаnаt olur.Pul bаnkа yox,birbаshа mаqаzinе odеnilir.Вu cur еtmеk olаr vе bunun fаizlе аlmаqdаn fеrqi nеdеdir? Аrаdа olаn 150 mаnаti,fаiz kimi hеsаblаmаq olmаz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bu cür almaq olar. Çünki bu ticarətidr, hər iki tərəfin razılığı ilə olur. Amma siz mağaza ilə tam hesablaşmayınca, həmin kompyuteri sata bilməzsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#44 kitab

kitab
  • Guests

Posted 03 March 2011 - 11:30 AM

as salamu aleykum wa rahmatullahi
1. merac gecasi ruh va badan birlikda olub?
2. asharilardan Allahin ism va sifatlari istisna olmaqla, digar masalalarda fatva almaq olar?
3. musalman sagliginda shahid olmagi arzu etmazsa va bu halda vafat edarsa, munafiq kimi vafat edar. Sahih Muslimda bela hadis oxumusham. qohumlarima neca basha salim ki, shahid omagi arzu etsinlar? xusuila yashlilara. elmi cahatdan da zaifdirlar. mana da ushaq kimi baxirlar, sozlarimi ciddi qabul etmirlar
cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli.
2. Fiqhi məsələlərdə olar.
3. Bəli, bu niyyət hər bri müsəlmanda olmalıdır, amma olmayan da münafiq olmaz. Qohumlara isə yaxşı olar ki, hələlik tovhiddən danışın. Tovhid olsa, başqa məsələlər də düzələcək, inşəAllah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#45 Yasir

Yasir
  • Guests

Posted 03 March 2011 - 02:49 PM

Salam aleykum müsəlmanlara!

Qamət, Quranda yazılıb ki gecə zamanı Allah kainatın birinci qatına gəlir, belə bir ayə var? Axı dünyanın bir yerinde səhərdirsə, bir yerində gecədir. Və hər an dünyanın bir yerində gecə olur.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ayədə yox, səhih hədislərdə gəlib. Siz deyən məsələ isə bizə görə belədir, Allaha görə belə deyil. Yəni bu məsələdə siz deyən kimi düşünürsə, Allahı məxluqa öxşadır, bu isə küfrdür, belə məsələlərdə ehtiyatlı olun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#46 Yasir

Yasir
  • Guests

Posted 03 March 2011 - 02:55 PM

Цитата
Ас салам алейкум мусульманам!
Гамет что вы думаете об амир уль мукминине Афганистана Мулла Мухаммед Омаре? АльхамдулиЛлах моджахеды побеждают куфр в Афганистане а вы даже не говорите о них! Ладно, у моджахедов СК нет силы они слабы умирают подрывают и т.п. но почему вы забываете о талибах?

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Я не слышал об этом человеке от ученых ничего, если бы он был чем то знаменит слышал бы от ученых о нем. А то, что талибы убивают 3-4 американцев, этим дело не заканчивается. События показывают, что талибы нашли общий язык с американцами. Потому, что обе стороны поняли, что для общего мира в Афганистане нужно согласие Пакистана. В этих событиях речь не идет о шариате, там все дело в мирской наживе.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!

Гамет я порожён вашим ответом. Вы о чем говорите? Когда талибы и США пришли к едному мнению? Причем тут Пакистан, ведь талибы воюют и с Пакистаном? Объясните свой ответ, какой у вас далил что талибы и США сотрудничают? Или вы наслыхались такого от марионетической пропогандистической прессы?

Ответ:

Если ты не услышал, значит услышешь, иншаАллах. Подожди немного, сделай сабр. Основная проблема джамаат такфира и джамаата джихада в том, что они безграмотны ни только в вопросах религии, но и в мирских вопросах.
Аллах знает лучше!


#47 alizulfuqar

alizulfuqar

    Пользователь

  • Пользователи
  • Pip
  • 150 posts

Posted 03 March 2011 - 03:06 PM

Əssalamu aleykum.

Yəhudi masonu Harun Yəhya barədə yazılarımın bir şərhinə cavab

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#48 SiddiqMuslim

SiddiqMuslim

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:Baki
  • Interests:Sunneye emel etmek

Posted 03 March 2011 - 04:39 PM

Esselemu Aleykum Sheyx.
Necesiz? Uca Allah sizin elminizi artirsin.
Allah xatirini bu sualima geniw cavab yazasiz.meslehetinize ehtiyyacim var.
1.Atam men Istediyim qizla Aile heyati qurmagi istemir.sebeb:deyirki,qohumdu,xestedi,kasibdilar,gelecekde uwaqlariniz xeste olacaq ve s.
Onu da deyimki qiz Xalam qizidi ve Xeste deyil.sadece Nesilde 1,2 adam xestedi.
Qiz evvel namaz qilmirdi men edebiyyat vasitesile devet etdim Elhemdulille.hicabda taxir.Elhemdulilleh tam istediyim kimidir...
Amma Atam bizi bir birimizden uzaqlasdirmaq ucun muxtelif,yalan ve bohtanlarla uzaqlawdirmaq isteyir.bizde bir birimizle Allahin izni ile Aile heyati qurmaq isteyirik.
Indi men ne edim?butun kend camaati da bizim nisanli olmagimizi zenn edir.
Men Atamin raziligi olmadan toy ede bilerem.onu da deyimki hami razidi Atamdan basqa...
2.demisdiz N.Gencevi Sunidir.delil nedir?
Birde Suni Sozu Sunne demekdi?yoxsa bu her hansi 1 firqedir?
3.birde Sieliyin tarixini yaza bilersiz?
Bildiyime gore siz Rafizi yox Sie olmusuz.elbetde 1ci Allahin ve sonra kimlerinse vasitesile haqq yola gelmisiz Elhemdulilleh.sizi kim devet edib?
4.sunnet namazindan sonra Estegfirullah demek olar?
Allah razi olsun.esselemu aleykum...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Belə halda ananız çalışsın atanızı yola gətrisin.
2. Dəlil elə onun şerləridir. Sünni də sünnə sözündəndir, əsasən şiə olmayanlara deyilir.
3. Şişəliyin tarixi belədir ki, peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) və raşidi xəlifələrdən sonra əmələ gələn siyasi bir hərəkat olub və tarix boyu bundan istifadə olunub.
4. Bu barədə heç nə gəlməyib, adət eləməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#49 Burhan

Burhan

    Пользователь

  • Пользователи
  • Pip
  • 36 posts
  • Location:Fani dünya

Posted 03 March 2011 - 05:09 PM

Salam aleykum.
admin qardaw, namaz teqvimini ele etki,goture bilek!bir ozun sayta bizikimi gir gor necedi,goturebilirsenmi?
sheyx,men nece gundu onu goture bilmirem,qardawlarada vere bilmirem ona gore xaiw edirem admine sizde diyin onu duzeltsin.
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun, sadəcə admin sayta adi istifadəçi kimi girəndə bu səhvi görüb, artıq düzəldib. Qardaş saytda həmişə admin kimi olur, ona görə də bu səhvi görmürmüş.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#50 Muradov Heybat

Muradov Heybat

    Пользователь

  • Пользователи
  • Pip
  • 20 posts
  • Location:Azerbaijan, Baku

Posted 03 March 2011 - 08:38 PM

as-Salamu Aleykum Wa RahmatuLlahi Wa Barakatuh, qardashim.
Yusif al-Kardavi kimdi?
was-Salamu Aleykum Wa RahmatuLlahi Wa Barakatuh.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əqidədə əşari, məzhəbdə şafii, təriqətdə sufi, minhəcdə isə ixvan və s. Bir sözlə məsləhət deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا ۖ قُلْ لَا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُمْ ۖ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِنْ كُنْتُمْ صَادِقِين




0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users