Jump to content


Photo

01 июня 2005 года


  • This topic is locked This topic is locked
171 replies to this topic

#151 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 30 May 2005 - 08:58 AM

Əssələmu aleykum
Lə iləha illəllah-ın 7 şərti hansılardır, və zəhmət olmasa onların izahı qısa da olsa yazardınız. Allah razı olsun



Cavab:

Wa aleykum salam!
1. Elm yəni, şəhadətin mənasını bilməkdir.
2. Yəqin, yəni, bu sözə qəlbən yəqin olmaq heç bir şəksiz etiqad etmək.
3. İxlas, yəni, niyyət xalis Allah üçün olmalıdır. Qeyrisi üçün yox.
4. Sidq, yəni, kəliməni dedikdə sadiq olmalıdır. Yalandan deməməlidir.
5. Məhəbbət, yəni, bu kəliməyə, onu deyənlərə qarşı məhəbbət olmalıdır.
6. İnqiyad, yəni, Allahın və Peyğəmbərinin (s.a.v) əmrlərinə zahirən və batinən tabe olmaq.
7. Qəbul, yəni, bu kəlimənin əhatə etdiyi bütün məsələləri qəbul etmək və onları rədd etməmək.
Allah daha yaxşı bilir!
Salam aleykum!

Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]

#152 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 30 May 2005 - 09:05 AM

Əssələmu aleykum
Bu yaxınlarda elm tələbələrinin birindən eşidtim ki, əgər kəbin vaxtı şahidlərdən biri ədalətli olmasa, onda kəbin səhih hesab olunmur.
İndi bu barədə bir neçə sual:
1) buna dəlil nədir?
2) yaxşı bəs biz indi necə bilək, tutaq ki hansı isə qardaşı şahid kimi seçmişdik, haradan bilək ki o ədalətlidir yoxsa yox, bəlkə həmin ədalətliyin hansı isə əlamətləri var? Zəhmət olmasa bu barədə aydınlıq gətirərdiniz
3) və əgər məni kimsə şahid olmaqa dəvət edir, və mən qorxuram ki, bəlkə ədalətli deyiləm, və mənə görə həmin kəbin batil ola bilər, mən imtina edə bilərəm? yoxsa bu şetanın vəsvəsəsidir? Əgər vəsvəsədirsə, onda necə ayırmaq olar ki, mən həqiqətən adalətliyəm yoxsa bu vəsvəsədir?
4) bundan elə çıxmır ki, bizim cahillərimiz şahid olsalar kəbin batil olur? Çünki onlar fasiqdirlər, və fasiqlər ədalətli sayılmır.



Cavab:

Wa aleykum salam!
1. Buna dəlil hədisdir. Orada deyilir, kəbində iki nəfər adil adam şahid olmalıdır.
2. yəni, bunu zahirən götürmək lazımdır.
3. Bu vəsvəsədir. Sən ged şahid ol.
4. Xeyr, elə deyil. Inşallar hər adamda müəyyən qədər adillik vardır. Ola bilsin ki, çox adam müstəsna olsun. əsas müsəlman olmaqdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!


Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]

#153 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 30 May 2005 - 09:11 AM

Əssələmu aleykum!
Məlumdur ki, iynələr ampullar vasitəsi ilə vurulur. Lakin ampulların coxsunun tərkibində bezilovıy spirt adlı bir komponent vardır. Biz cahil həkimdən soruşduq ki, həmin ampulları ayrı ampullar ilə əvəz etmək olar mı, və izah etdik ki, müsəlmana spirtin daxili qəbul etməsi haramdır. Lakin o bizə dedi ki, haram olan spirt- etil spirti adlanır, lakin həmin benzilovıy spirt demək olar ki, hər bir dərmanın tərkibində vardır, və orqanizmdə həll olur. Bu barədə fikh alimlərin rəyini zəhmət olmasa yazardınız( çünki həkim cahil olduğuna görə ona tam inammadıq). Allah razı olsun.



Cavab:

Wa aleykum salam!
Alimlər bu haqda deyiblər. Bizə onu içmək haramdır. əgər tibbi dəva-dərmanın tərkibində spirt varsa onu qəbul etmək olar. Bu alimlərin rəyidir.
Allah daha yaxşı bilir!
Salam aleykum!


Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]

#154 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 30 May 2005 - 11:08 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Gardash ,men ixtisasca anestezioloq -reanimatoloqam.(yeni,emeliyyata gedenlere narkoz verirem ve agir veziyyetde olan xestelere yardim gosterirem).Bu ishim dini cehetden duzdurmu?Yeni deyek ki,narkoz vaxi xesteye narkotiklerin teyini,elece de ureyi dayanmish kimseye yardim etmekle onu heyata qaytarmaq uchun aparilan tedbirler ve s.Heyati veren ALLAHdir.Olum de ALLAHin ishidir.Bu hereketimle men haram ish etmirem ki?
2.Bu sualim siyasi xarakterlidir.Islama terror adinin yaxilmasinda rolu olanlar(meselen,Bel laden, Kamikadzaler,Taliban hikimiyyeti ve s) neye qulluq edirler?Onlara xavarici demek olarmi?Chunki onlar bu hereketleri ile selefiliyik prinsiplerine leke yaxirlar.
3.Umimiyyetle selefilik ve onun prinsipleri haqqinda daha genish melumati haradan elde ede bilerem.Bu barede her hansi bir internet sayti,edebiyyat varmi?
4.Seudiyye Erebistanin krali selegidirmi? O niye ele saqqal saxlayir?_)))Orada xavariciler choxdur?
5.Selefileri ixvanlarda ve xavaricilerden nece ferqlendirmek olar?Nese chox chetindir ayirmaq?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Xeyr, əksinə sən savab iş görürsən. Bunlar səbəblərdir. Səbəblərdən də istifadə etmək olar.
2. Onlar sələfi deyillər. Onların bəziləri xəvariclər, bəziləri sufilər və s.
3. Məscidin ətrafında sələfilik barədə bəzi kitablar satılır. Onlardan istifadə edə bilərsən.
4. Kral inşallah əqidədə sələfidir. Amma o cür saqqal saxlaması düzgün deyildir. Lakin belə saxlayır nə demək olar. Xəvariclər isə orada da var. Bəlkə də orada baş verən partlayışların sorağını xəbərlərdə də eşidirsən.
5. Yəni, sən onun danışığına bax. əgər elm əhlinə tənə edirsə bizim məscidə gəlmək istəmirsə, bütün danışığı küfr, küfr məmləkəti, tağut və ya cihad etmək lazımdır və s. belə fikirlərdən danışırsa bil ki, sələfi deyil.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#155 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 30 May 2005 - 11:13 AM

Salamu aleykum.Sheix
1)Medinede qadinlarin islam universitetinde oxumaga imkani var?yeni bu mumkundur?



Cavab:

Wa aleykum salam!
Xeyr. Bu mümkün deyildir. Məkkədə Ummul Qura deyən universitetdə mümkündür. Baxmayaraq ki, oraya getmək çox çətindir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#156 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 30 May 2005 - 11:17 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Eger musiqi haramdirsa onda azanin avazla ,mugam kimi deyilmesi haram deyil?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Azanla musiqini bir etmə. Lakin azanı da muğan kimi vermək bəyənilmir. Azan fəqət camaatı namaza çağırmaq üçündür. Musiqinin məqsədləri isə təmamilə başqadır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#157 AbdulAli

AbdulAli
  • Guests

Posted 30 May 2005 - 02:47 PM

Assalamu allaikum.
1. Brat kak v Islame smotritsa na sueverie? Est li chto to vrode etogo v Islame?
2. Sud gardashinin yaninda hijabsiz oturmaq olarmi?
3. Eger destemazli ayagima geydiyim corabla qusulu itirmishemse, qusul alib hemin corabi geyinib ve yeniden hemin corabin ustunden mesh cheke bileremmi?
4. Ferz namazini gilarken, meselen - Ixlas suresini istediyim geder tekrar ede bileremmi? Eger ede bileremse her defe yeniden bashlayanda Bismillahi Rahmani Rahim demeye ehtiyac varmi?
5. Guran oxumagi bacarmadan boyuk sureleri, meselen Yasin suresini oyrenmek olarmi?
6. Mubahiseden chekinmek uchun Peygamber (SAS) ne tovsiyye edib?
7. Xarici dil oyrenmeye elmle meshgul olmag demek olarmi?
8. Daxilindeki sheytanla apardigin mubarizeni Djixad adlandirmag olarmi? Bu djixad boyukdur yoxsa veten ugrunda edilen djixad?
9. Bele bir hedis varmi ki, Peygamber (SAS) buyurub: sizin aranizda en yaxshisi oz zevcesi ile en yaxshi terzde davrananinizdir?
Gardashim Allah (ST) size sebr versin.
Assalamu Allaikum va Rahmetullah.



Cavab:

Wa aleykum salam!
Diqqət! Qardaş yaxşı olar ki, nikini dəyişəsən. Çünki Abdulali sözünün mənası Əlinin qulu deməkdir. Yox əgər sənin məqsədin Allahın adlarından olan əl-Aliyy adıdırsa onda adının axırında ikidənə (y) Aliyy) hərfi yaz.
1. İslamda belə şeylər yoxdur əksinə belə şeyləri qadağan edir.
2. Bəli olar.
3. Bəli. Edə bilərsən. Çünki cənabət qüslü dəstəmazı əvəz edir.
4. Təbii ki, belə etmək olar. Bismillahdan da başlaya bilərsən. Lakin çalış belə adət eləmə.
5. Əslən Quranın hansı yerindən istəyirsən oradan da öyrənə bilərsən. Lakin çalış balaca surələrdən əzbərlə.
6. Susmaq, qəzəblənməmək.
7. Bu niyyətdən asılıdır. əgər məqsədi dini elmi daha da öyrənməkdirsə onda savabı var.
8. Bəli bu cihadın növlərindən biridir. Demək olar ki, bu cihad bütün növlərin əsasını təşkil edir.
9. Bəli, belə bir hədis vardır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#158 Mutavakkil

Mutavakkil
  • Guests

Posted 30 May 2005 - 03:47 PM

Şeyx internetde maşallah azerice coxlu yazilar varmış. Men bele bir şey oxudum ve sizden rica edirem ki bu sözü açıqlayın xüsusen de altından xət çəkdiyim yeri. Birde buna benzer çoxlu şeyler oxudum ve her şeyi qarışdırdım bir birine. Hetta mene ele geldi ki bu keçmiş alimler de biraz xavaric meylli olublar. Bu ibn Teymiye deye biri var onun yazılarını oxuyursan ele bil mescide gelmeyenlerle danişırsan. Mence Şeyx bir fetva verseniz ki bu kitabları oxumaq olmaz. Vabshe bu İbn Teymiyye alim demek olar? Men size oxuduqlarımın hamısını yazacam siz açıqlayın yoxsa men acayib bir şekilde şübheye düşmüşem
İbni Teymiyyə rh belə demişdir:
“Buna görə də Allaha ibadət etməyən adam mütləq Allahdan başqasına ibadət edər. Adəm övladları iki qismdir. Muvahhid olanlar, müşrik olanlar və ya Tövhidlə şirki bir-birinə qarışdıranlar ki bunlar: xristianlar, yəhudilər və özlərini islama nisbət edən sapıq kimsələrdir və onların bənzərləri olan, Tövhidə şirki qatışdırmış müşrik kimsələrdir.” Fətvalar c 14 s 282



Cavab:

Görsənir ki, sən yaxşı vəziyyətdə deyilsən. Yaxşı ki, sən özün bunu etiraf edirsən. Səbəb sənin düzgün başlamamandır. Kitabları oxumaqda, məsələlərə baxmaqda, kimlərdən götürməkdə, həmçinin sənin ətrafın da yaxşı deyil. Ona görə də pis vəziyyətdəsən. Özüdə elə yazırsan ki, elə bil ki bizim heç nədən başımız çıxmır. Çalış bir dənə sifətin olsun. Amma İbn Teymiyyə haqda dediyin söz isə lap gülməlidir. Özüdə məscidə gəlməyənlərlə müqayisə etmən daha da gülməlidir! İbn Teymiyyə özü sizin bu fikirlərinizə qarşı olanlardan biridir. Sizin zəlalətə düşməyinizin səbəbi budur ki, bir məsələdə hansısa alimin fikrini sitat gətirməklə elə təsəvvür etmək istəyirsiniz ki, həmin alim də sizinlə həmrəydir. Sənin, altından xətt çəkdiyin sitat isə şeyxin ümumi sözüdür. Hətta şeyxin bu haqda kitabı da var. Yəni ümumən insan ya Allaha ya da Allahdan qeyrisinə ibadət edir. Lakin bunların hər biri müxtəlif qisimlərə bölünür. Ona görə alimlərdən deyilən belə sitatlar səni çaşdırmasın. Əgər sən təkfir məsələsini öyrənmək istəyirsənsə onda sən bu haqda təkfirçilərin kitablarından oxuma. Baxma ki, onlar İbn Teymiyyənin və ya Fovzanın kitablarından sitat gətirirlər. Elə səni çaşdıran da budur. Özüdə yazanda az yaz konkret sualını ver.
Allah daha yaxşı bilir!



#159 Mutavakkil

Mutavakkil
  • Guests

Posted 30 May 2005 - 03:56 PM

Bu sözleri de acıqlayın şeyx zehmet olmasa üzr isteyirem sizin vaxtınızı çox aldım amma bunlar mühüm məsələdir
İbni Kayyim bele deyib: (Bu adam alimdir? mence bu da ixvandır adam uşaqlar belə kafir deyir subhanallah)
Qiyamət günü bəlli adamlara hüccətin qaldırılıb qaldırılmayacağına hökm vermək Allaha aiddir və axirətdəki əzab və savab bu hökmə bağlıdır. Ancaq dünyada zahirə görə hökm verilir. Ona görə də kafirlərin uşaqları və onlardan dəli olanların da dünyadakı hökmü kafirdir. Çünki onlar dünyadakı vəlilərinin hökmünü alarlar.” Tarikul hicreteyn 17 ci təbəqə səh 382.
Hələ bunu oxuyun burda da deyir ki biz bu cahil deyirik ha Azerbaycan xalqına bunun demeyinden o cıxır ki onlar müsəlman deyil müşrikdirler.
İbni Sehman və Abdurrahman əl-Hafiydin iki oğlu, Abdullətif və İshak, İbni Kayyimdən alimlərin üzərində icma etdiyi bu məsələni nəql edərək dedilər ki:
“Fitrət dövründə yaşayan və rəsulun xəbəri çatmayan kimsələr müsəlman sayılmaz. İslam adı onlara verilməz. Hətta onları təkfir etməyənlər belə onları müsəlman saymamışlar. Bu səbəblə bu kimsələr üçün ən layiqli sifət şirk sifəti olub, müşrik adıyla adlandırılmalıdırlar. Çünki, İslamın əsli və şəhadət kəliməsi pozulduqdan sonra, İslamdan geriyə nə qala bilər ki?” Nəcd alimlərinin fətvaları c-3 s.94
Bunu da açıqlayın lütfən
Şeyx əbu Batin ona:
“Siz müsəlmanları təkfir edirsiniz” deyən kimsəyə belə cavab vermişdir:
“Bizim haqqımızda: “siz müsəlmanları təkfir edirsiniz” deyən bir adam nə İslamı, nə də Tövhidi bilir. Bu kimsənin sözündən onun İslamının səhih olmadığı anlaşılır. Çünki bu kimsə günümüzdəki şirki rədd etməməkdə və etdiklərinin Tövhidi pozan şirk olduğunu görməməkdədir. Bu vəziyyətdə olan kimsə isə müsəlman deyil.” Məcmuətur-rəsail c.1 Qism 3 s 655
Abdullətif İbni Hafiyd, şəhadəti söylədiyi halda böyük şirk edən kimsənin İslama girmədiyi mövzusunda alimlərin icma etdiyini nəql etmişdir. Əl-Minhəc s. 10 ,Nəcd alimləriniun fətvaları c.3 səh 93.
Şeyx birdə bir forumda birisi yazıb ki guya sizə rəddiyyə yazıblar amma silmisiniz forumdan bu düzdür?



Cavab:

Yenə də qəribə üslubnan başladın. Bəlkə sən incəsənət universitetini bitirmisən. Alimlərin fikirləri ilə oynamayın. İbn Qeyyim (r.a) bu məsələyə toxunub və bir kitabında deyir ki, bu məsələdə 8 rəy var, digər kitabda isə deyir ki, 12 rəy var.
Sən nə üçün bir məsələdə rəyi götürüb digərini tərk edirsən. Ibn Qeyyim həmin cümlədə deyir ki, biz hamıya zahirən hökm veririk. Bəs siz nəyə görə hamını kafir sayırsınız?! Çox maraqlıdır uşaq məsələsinə gəlib öz fikirnizə yaxın olduğu üçün bundan yapışmısınız. Bu uşaq məsələsi isə dediyimiz kimi Ibn Qeyyim deyib ki, məsələdə 8, yaxud 12 rəy var. Hər uşaq fitrəti üzərində müsəlman kimi doğulur. Sonradan valideyinləri onu dəyişirlər. Ona görə də tələsmə. Elə göstərmək istəyirsiniz ki, Ibn Qeyyim də sizin kimi təkfirçi fikirdə olub. Bil ki, təkfir etməyi öz şərtləri vardır. Həmçinin təkfir etməyin qarşısını alan maneələr də var. Ona görə də tələsmə və xüsusən də şübhələrinin çox olan vaxtında. Sən elminin az olmasına baxmayaraq, elə bir təhlükəli məsələyə qarışmısan ki, bu məsələlərdə alimlər ehtiyatla danışar. Balacalar balaca məsələyə qarışarlar.
Biz forumdan heç nə silmirik. Yalnız əxlaqsız sözləri silirik. Deyilənlərə çox qulaq asma. Allah təalə buyurur: yer üzərində çoxusuna qulaq assan səni zəlalətə aparar. Bəlkə elə onu da sən yazmışdın?!
Səhih budur ki, müşriklərin uşaqları imtahan olacaqlar. Şeyxul islam İbn Teymiyyə də bu rəydədir.
Lakin sən bu hədislərə nə deyirsən?
Məs, Səmurədan gələn hədisdə deyilir: Peyğəmbər (s.a.v) yuxuda, Ibrahimi cənnətdə görür və onunla müsəlmanların və müşriklərin uşaqları var idi. (Buxari rəvayət edib).
Digər rəvayətdə gəlib: Həsna əmisindən rəvayət edib deyir: "Doğulmuş uşaqlar cənnətdədirlər" (Əhmədin rəvayətidir).
Ibn Teymiyyə imam Əhməddən rəvayət edir ki o deyib: "Ataları kafir olub ölən uşaqlar müsəlmandırlar".
Allah daha yaxşı bilir!
Allah hidayət versin!




#160 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 30 May 2005 - 06:35 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Ehli-kitab dedikde kimler nezerde tutulur?
2.Imanin shetrlerinden hech olmasa 1-ne iman getirmeyen(meslen axiretin olmasina)kafir hesab edilirmi?Umimiyyetle kafirler dedikde kimler nezerde tutulur?
3.Bilende ki,Behailik Azerbaycanda dini gurumlar uzre komite terefinden geyde alinib. Dehshete geldim. Elece de krishnachilar...Islami duzgun formada chatdirana vehabi deyirler. Amma ALLAH'a sherik qoshanlara ,bidetchilere sherait yaradirlar. ALLAH bizi dogru yola yoneltsin!AMIN!ALLAH bizi bele fitne fesadchilarin sherinden qorusun!AMIN!Biz muselmanlara ise ALLAH sebr versin!AMIN!
4.Psixi xestelerin aqibeti Giyamet gunu nece olacaq?
ALLAH sizden razi olsun!
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Yəhudi və xaçpərəstlər.
2. İmanın bir şərtinə iman gətirməmək küfrdür. Lakin o adamın kafir olub olmaması isə onun üzərinə hüccət qaldırdıqdan və küfrün şərtlərini və küfrə mane olan səbəbləri araşdırdıqdan sonra ona alimlərdən kimsə kafir hökmü verə bilər. Kafirlər dedikdə, əhli kitab və ümumiyyətlə qeyri müsəlmanlar.
3. Bizdə sənin duana şərikik.
4. Onlar üçün ayrıca imtahan olacaqdır. Bu barədə hədisdə də deyilir: "Allah təalə qiyamət günü dörd qism insanları karları, dəliləri (psixi xəstələri), hüccət çatmayanları, həddindən artıq yaşa dolmuş aciz qocaları ayrıca imtahan edəcəkdir..." bu hədis səhihdir. Əhməd və qeyriləri rəvayət edib. Digər hədisdə uşaqlar da əlavə olunur.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#161 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 30 May 2005 - 10:22 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Men hen bir sureni oxuyanda tebii ki ele de yuksek seviiyede oxuya bilmirem.Yeni sozlerde vurgunu duz deye bilmirem.Chunki ereb dilini bilmedim uchun latin grafiki ile yazilan sureleri ezberlemishem.Bele halda namazim batildir?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Xeyr. Sənin namazın batil deyil. Lakin sən latın dilində əzbərlədiklərini bilənlərin yanında oxu və oradakı bəzi xətaları düzəlt.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#162 mikashka

mikashka

    Пользователь

  • Пользователи
  • Pip
  • 26 posts
  • Location:baku
  • Interests:iskustvo

Posted 30 May 2005 - 11:03 PM

Salam aleikum qardash
1.Qardash bilmek isterdim qible terefde guzgu olarsa onun qarshisinda namaz qilmaq olarmi? Bunu bilmediyime gore orda namaz qilarken ozumu narahat hiss edirem. Yeni oz eksimi aynada gorub fikrimi yayindiriram.
2. Quranin en kicik sure ve aylerini ezberlemek olarmi?
3. Cahil insanlarla mubahiseden qaciram. Bununla bele yene de mene soz atib tutduqum yolun sehv olduqunu, oz fikirlerini yeritmeye calishirlar. Bu halda cavab vermeden dura bilmirem. Bu menim sebrsizliyimimi gosterir,yoxsa....
4.Derman icerken, mualice olunarken hansi duani oxumaq daha efzeldi? Peyqemberimiz (SVS) bele hallarda ne ederdi ve ne meslehet gorerdi?
5. Qardash suyu oturaqli halda icerler. Edirem,ancaq sebebini bilmirem. Mumkunse aciqlaqyin
6. Kofe,shokolad, baliq kurusu,- bunlardan hansi olmaz?
.Allah elminizi daha da kamil etsin ve sizden razi olsun ki bizden elminizi esirgemisiniz.
Salam aleikum



Cavab:

Wa aleykum salam!
1. Çalış güzgü qiblə tərəfdə olmasın. Çünki bu namazqılana narahatçılıq gətirir.
2. Bəli olar.
3. Əgər adam başadüşəndirsə onda onunla söhbət edə bilərsən. Lakin görürsən ki, kimsə lağlağı üçün danışırsa onda de ki, hər şey yaxşı olacaq!
4. Dərman içəndə Allahdan bu dərmanı səbəb etməsini istəmək lazımdır.
5. Bəli əgər şəriət deyibsə bunda faydalar vardır. Sən fəqət bacardığın qədər otur iç. Çünki bu haqda Peyğəmbər (s.a.v)-dən hədis var.
6. Hamısı olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!


HER BIR KESIN VAR BIR KESI.
MEN BIR KESIN YOX BIR KESI.
MEN BIR KESIN SENSEN KESI,
EYY KIMSESIZLER KIMSESI !!!

#163 Ayaz

Ayaz

    Пользователь

  • Пользователи
  • Pip
  • 100 posts
  • Interests:Ispolnitelniy Direktor firmi "OMEGA"

Posted 31 May 2005 - 07:58 AM

As Salamu Aleykum ve Rehmetullahi ve Bereketuhu!

Eziz Muselman qardash ve bacilar!
Bildiyniz kimi Amerika esgerlerinin Muqeddes Qurani tehqir etmesi butun dunyada yashayan muselmanlarin ciddi ve haqli etirazine sebeb olmushdur, bu meqsedle mescidimizin sheyxi Qamet qardash da sonuncu xutbede melumat vermishdi.
InshaAllah, indi isterdim ki, Amerikanin Azerbaycandaki sefirliyinin yaydigi ve os WEB sehifereinde yerleshdirsiyi muracieti sizin de nezerinize chatdirim"

Цитата
U.S. DEPARTMENT OF STATE
Office of the Spokesman
For Immediate Release May 12, 2005
2005/509
Remarks
Secretary of State Condoleezza Rice
On Respect for the Holy Koran
May 12, 2005
Washington, D.C.
  
Mr. Chairman, before I begin my actual testimony, I want to speak directly to Muslims in America and throughout the world. Disrespect for the Holy Koran is not now, nor has it ever been, nor will it ever be, tolerated by the United States. We honor the sacred books of all the world's great religions. Disrespect for the Holy Koran is abhorrent to us all.
There have been recent allegations about disrespect for the Holy Koran by interrogators at Guantanamo Bay and that has deeply offended many people. Our military authorities are investigating these allegations fully. If they are proven true, we will take appropriate action. Respect for the religious freedom of all individuals is one of the founding principles of the United States. The protection of a person's right to worship freely and without harassment is a principle that the government and the people of the United States take very seriously. Guaranteeing religious rights is of great personal importance to the President and to me.
During the past few days, we have heard from our Muslim friends around the world about their concerns on this matter. We understand and we share their concerns. Sadly, some people have lost their lives in violent demonstrations. I am asking that all our friends around the world reject incitement to violence by those who would mischaracterize our intentions.
Thank you very much, Mr. Chairman, and members of the committee.

Hormetli Sedr,
En evvel men butun Amerikada ve butun dunyada yashayan muselmanlara  muraciet edirem.  Muqeddes Qurani tehqir etmek ne kechmishde, ne indi ne de gelecekde hech de yolverilmezdir. Biz dunyanin butun kitablarini etiramla yanashiriq ve buna gore de Muqeddes Quranin tehqir edilmesi bizde de nifret hissi oyatmishdir.

Bu yaxinlarda Guantanamo Bay Muqeddes Quranin tehqir olunmasi haqqinda beyanat yayilmishdir ki, bu da bir choxlarinin etirazina sebeb olmushdur. Bizim herbi selahiyyetliler indi bu beyanatin heqiqiliyini arashdirir. Eger bu testiqini tapsa , onda biz bu mesele ile bagli muvafiq hereket edeceyik. Butun ferdlerin din azadligini qorunmasi ABS hokumetinin esas prinsiplerindendir. Ferdlerin azad shekilde ibadet etmek huququnun  qorunmasi ve onlara bu yolda  manechilik toredilmemesi ABS hokumetinin ve xalqinin  chox ciddi yanashdigi  prinsiplerindendir. Din huquqlarinin zemanetli olmasi Prezidentimizin ve menim boyuk ehemiyyet verdiyimiz meseledir.

Son bir niche gun erzinde dynyada yashayan Muselman dostlarimizdan bu mesele haqqinda maraqlandiqlarini eshitdik. Biz onlarin meseleye by cur maraqlarini basha dushuruk ve onlarla bolushuruk. Teesuf ki, bir choxlari zorakiliqlar neticesinde oz yashayishlarini itirmeli olmushlar. Men butun dunyadaki dostlarimiza muraciet ederek bildirirem ki, bizim meqsedlerimizi yalnish xaraterize eden kimselerin bu cur zorakiligini redd etmeye qalxsinlar.


Allah Subhane ve Teala butun muselman ummetini, hemchinin de bizi, dinimize ve ibadetimize mane olmaq istyen kimselerin sherinden qorusun, InshaAllah.Amin

As Salamu Aleykum Ve Rehmetullahi ve Bereketuhu




Cavab:

Wa aleykum salam!
Allah kafirlərə lənət eləsin!
Allah daha yaxşı bilir!
Salam aleykum!


ALLAH Subhane ve Teala bizi "SIRATEL MUSTAQIM"- de sabitqedem olanlardan etsin, bizleri ve Meschidimizi fitneden ve fitne ehlinden qorusun, INSHA-ALLAH!

"(Menim Rebbim olan) O Allah birdir (heç bir şeriki yoxdur)
Allah (heç kese, heç neye) möhtac deyildir! (Hami Ona möhtacdir; O, ezelidir, ebedidir!)
O, ne dogmuş, ne de dogulmuşdur! (Allah özüne heç bir övlad götürmemişdir!)
Onun heç bir tayi-beraberi (benzeri) de yoxdur!"
(El-Ixlas)

#164 AbdulAli

AbdulAli
  • Guests

Posted 31 May 2005 - 01:56 PM

Assalamu Allaikum sheyx.
1. Oz zevcemle sheherde el-ele geze bileremmi.
2. Chox yeyib, garinin doldurulmasinin beyenilmeyen bir shey olmasi hagginda hedis var? Yeni muselman az yemelidir yoxsa chox da yeye biler?
3. Insan oz zevcesine ya teba obojayu deye bilermi? (chunki bir Islam saytinda yazilmishdir ki, obojayu obojestvlenie sozundendir bu ise tehlukelidir?)
4. Eger eynimdeki her hansi bir paltarla gusulumu itirmishemse, gusul alib hemin paltari yeniden geye bileremmi? Bes eger sperma alt paltarina deyirse, hemin alt paltarinin sperma dushen hissesini azacig su ile surtdukden sonra geyinmek olarmi?
5. Istixare namazi iki divar arasinda galanda gilinir yoxsa istenilen bir ishe bashlamazdan evvel gilmag olar?
6. Boyundan gumush asmag olar yoxsa ancag barmaga taxilir? Bes bileye nece?
7. Eger men mescidde namaz gilanda garshimda duran gardash bilmeden durub gederse ve menim gabagimda xeyli boshlug yaranarsa men namaz gila-gila asta-asta gabaga gede bileremmi ki, gardashlarin hereketine mane olmayim?
8. Sheyx namazdan nece chixmag lazimdir? Meselen men namaz giliram ve ikame verilir ele derhal chixim yoxsa bunun uchun nese demek lazimdir?
9. Sheyx Gurana diskden gulag asarken 100% Gurana gulag asmag savabini verirmi?
10. Sheyx ishimle elagedar sizin ve bashga gardashlarimizin derslerine nadir hallarda gele bilirem, hemin derslere disklerden gulag asanda, defterde geydler edende ve oyrenende yene de elm uchun chalishmag savabini ala biliremmi?
11. Sheyx umumiyyetle Peygamber (SAS) vaxtinda Gurana, derslere diskden gulag asmag, azani mikrafonla vermek kimi sheyler yox idi bes onda bele chixmir ki biz bidet etmish olurug, yeni texnologiyalardan Islam uchun istifade etmeyin delili nedir? Meni sehv basha dushmeyin sadece oyrenmek isteyirem.
Sualim bir az chox oldu gardash hagginizi halal edin. Allah (ST) size sebr versin.
Assalamu Allaikum va Rahmetullah.



Cavab:

Wa aleykum salam!
1. Eyb etməz.
2. Təbii ki, az yemək daha yaxşıdır. Çox da yemək qadağan deyil lakin bəyənilmir.
3. İnşallah sevgi mənası ilə desən eyb etməz.
4. bəli sən deyən kimi olar.
5. Istənilən bir işə başlamamışdan qabaq qılınır.
6. Ancaq barmağa taxmaq olar. Digər əzalara taxmaqdan çəkin.
7. Əgər sütrə yaxındadırsa bir neçə addım addımlaya bilərsən.
8. Dərhal çıxa bilərsən, yaxud da salam verib çıxa bilərsən. Hər iki hal olar.
9. İnşallah bəli.
10. Şəkk yoxdur ki savab qazanırsan.
11. Bunlar bidət deyil. Çünki bunlar dünyavi məsələlərdir. Bidət isə şərii məsələlərə əlavə etdikdə olur və pislənən də budur.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#165 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 01 June 2005 - 08:28 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Gardash, bezi sheyleri eshidende mende herden bir qeder shubheler yaranir.Meselen,oxuyanda ki Cennetde olanar Adem peygember(e) uzunlugunda olacaglar.Ve yaxud cennetde olanlarin 70 arvadi olacag.Umimiyyetle bunlar geybli meseleler oldugu uchun hech danishilmasa daha yaxshi olar.Dogrusun ALLAH bilir!Sizin munasibetiniz bilmek isterdim!
2.Men Xachmaz rayonundanam.Rayona gedende Siyezende yolun qiraginda camaat arasinda 'Xidirzinde baba"deyilen pir var.Ora ushaq vaxti getmishem.Yuxariya kimi chixmisham.Melumdur ki,bunlar shrik goshmagdir.Amma bele deyirler ki,(choxu bunu deyir)Xidirzinde baba cagdir.Ve adamlarin gozune herden gorunur.Hetta bir neferden eshitmishem ki, bu peygemberlerden biri Xizirzindedir. Bele ki bu chetin anlarda insanin gozune gorunerek(ag paltarda,ag saggalada ve s.)ona komek edir.Umimiyyetle bele insanlar haqqinda chox danishilir.Meselen,Mirmovsun aga.Chox meshhurdur.Hetta bele deyirler ki,onda mocuzeler olub.(insanlara igge verib ve s.). Hetta faktlar da var.Bunlarin sayini artirmaq olar. Bu insanlar kimlerdir?Dogrudanmi ALLAH onlara bu cur qabilliyet verib?
3.Mende sebr deyerdim ki, yoxdur.Bir balaca esebileshende soyushe kechirem.Umimiyyetle chox esebi,narahat insanam.Hele xeyli duzelmishem.Namaz qilandan beri.Min cur derman ichirdim hech komek de elemirdi.Amma yene herden ozumden chixiram.Gozume hech ne gorunmur.Bele etmek ,soyush soymek gunahdirmi?
4.Eger men tutaq ki,gardashimin ve ya imkanli muselmanin maddi komeyi ile Hecc ziyaretine gediremse gebul olunur?
5.Bu dunyadan elini uzub yalniz axiret uchun chalishmaq duzdurmu?
Gardash,ALLAH sizden razi olsun! ALLAH igger ve igger elmli gardashlarimizin elmini artirsin!AMIN!
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Qeybi məsələlərdə şəriətdə səhih dəlillərlə nə deyilibsə onları demək olar. Həmçinin belə şeyləri danışanda kiminlə danışdığına baxmaq lazımdır.
2. Bunlar hamısı camaatın min bir gecə nağıllarındandır.
3. Əlbəttə söyüş söymək günahdır. Hədisdə deyilir: müsəlmanı söymək fasiqlikdir. Sən çalış nəfsinlə cihad et. Hər şey qəzəbdən olur. qəzəblənən zaman oturuşunu dəyiş, yaxud dəstəmaz al və ya iki rükət namaz qıl. Allah sənə kömək olsun!
4. Bəli. Inşallah qəbul olunar. əsas odur ki, həcci lazımlı qaydada edəsən.
5. Dünyadan tam əlini üzmək düzgün deyildir. Dünya işləri üçün də çalışmaq lazımdır. Sən hər ikisini tut, lakin əsas məqsəd axirət olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#166 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 01 June 2005 - 10:59 AM

Salamu aleykum sheix
Men bu ummul qura haqda haradansa melumat elde ede bilerem?Meselen onun internet sayti var?



Cavab:

Wa aleykum salam!
Bəli onların saytları vardır. www.uqu.edu.sa
Allah daha yaxşı bilir!
Salam aleykum!



#167 Muslimatun

Muslimatun
  • Guests

Posted 01 June 2005 - 01:56 PM

Салам алейкум.
Можно ли женщине совершать джаназа намаз одной дома по покойнику:
1 но, не перед трупом
2 и спустя несколько дней после его смерти.
Объясните пожалуйста всё подробно по этому поводу..
Салам алейкум.


Ответ:

Ва алейкум салам!
Правда это не важно, но можешь сделать так. Потому, что намаз джаназа это дуа. Выбери гиблу, стоя без руку и сажды 4 руката. После первого такбира читаешь Фатиху, после второго салаваты, после третьего большой дуа умершему и в последнем рукате маленькая дуа. И в конце делаешь салам только в правую сторону и все.
Аллах знает лучше!
Алейкум салам!


#168 Mutavakkil

Mutavakkil
  • Guests

Posted 01 June 2005 - 05:01 PM

Şeyx yazmisiniz ki bu hədis buxaridə və muslimdə kecir əvvəla orada səhabə demir ki bu Rəsulullahın sas sozudur ona gorə də buna hədis deyilməz əsər deyilər. Buxari və muslimdə bu əsər olaraq keçə bilər yoxsa bu hədis deyil! Və Şeyx hökm verməyə tələsməyin mən təkfirçi və ixvan deyiləm ixvanlar sapıq bir firqədir. Siz bu cur hərəkətlə ancaq insanları özünüzdən uzaqlaşdırırsınız ehtiyatlı olun! O ki qaldi gətirdiyiniz digər hədisə Mən burda elmli qardaşlara sordum dedilər ki bu hədis ümumidir ıərtləri digər hədislərdə gəlib və o qardaşlardan biri mənə Şeyx M.B. Abdulvahhabın bu sözlərini dedi. xahiş edirəm diqqətlə oxuyun. Və öz fikrinizi də deyin hər halda ədalət üçün hər iki tərəfi dinləmək lazımdır mən əks tərfi dinləmişəm indi sizi də dinləmək istərdim. O ki qaldı nəql etdiyimə Fauzanın Tevhid kitabındandır
Şeyx Muhəmməd bin Abdulvahhab rh bu hədislər üçün belə bir açıqlama vermişdir:
“Bunların, bir başqa şübhəsi də budur:
“Rəsulullah sas “Ləə iləhə illəllah” deyən bir adamı öldürdüyü üçün, Usaməni ra danlayaraq:
“Sən, o adamı “Ləə iləhə illəllah” dedikdən sonramı öldürdün?” demiş ayrıca:
“İnsanlarla “Ləə iləhə illəllah” deyincəyə qədər savaşmaqla əmr olundum” buyurmuşdur.
“Ləə iləhə illəllah” deyənlərə toxunulmayacağına dair başqa hədislər də vardır. Cahillərin bu hədisləri dəlil olaraq gətirməkdəki məqsədləri: “Ləə iləhə illəllah”ı əməllərində göstərməsələr belə sırf dillə söyləyənlərin təkfir edilməyəcəkləri, öldürülməyəcəkləri, hətta nə edərlərsə etsinlər, onlara qarşı bir şey edilməyəcəyi şəklindəki görüşlərini isbatlamaqdır.
Bu cahil müşriklərə deyilər ki: Rəsulullah sas “Ləə iləhə illəllah” deyən yəhudilərlə döyüşdü və onları əsir aldı. Rəsulullahın sas səhabələri də Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şəhadət etmələrinə, namaz qılıb, müsəlman olduqlarını irəli sürmələrinə baxmayaraq Bəni Hənifə ilə savaşdı. Əli bin Əbu Talib ra tərəfindən yandırılanların da vəziyyəti belə idi. Bu cahillər də, öldükdən sonra dirilməyi inkar edənlərin kafir olduqlarını deyir, və öldürülmələrinin lazım olduğunu bildirirdilər. Bu kimsələr “Ləə iləhə illəllah” dedikləri halda bu bir şeyi dəyişdirmədi. Eynilə İslamın rüknlərindən hər hansı birini inkar edən bir kimsənin Tövhid kəlməsini söyləməsinin, təkfir olunması və öldürülməsi yönündə bir şeyi dəyişdirmədiyi kimi. Rüknlərdən birini inkar etdiyində insan təkfir edilirsə, fəri məsələlərlə bağlı hər hansı bir şeyi inkar halında niyə təkfir edilməsin?
Usamə ra “Ləə iləhə illəllah” deyən bir insanı, can və mal qorxusu ilə müsəlman olduğunu zənn edərək öldürmüşdür. Rəsulullah sas yanlış bir hərəkət etdiyini bildirərək onu danlamışdır. Əgər bir insan, müsəlman olduğunu açıqlayarsa ondan bunun əksinə bir hal sabit olmadıqca malına və canına toxunmaq olmaz. Uca Allah bununla bağlı belə buyurmuşdur:
“Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman diqqətli olun. Sizə hər salam verənə, dünya həyatının keçici mənfəətinə göz dikərək “sən mömin deyilsən” deməyin.”
Bu ayəyə görə ”Tövhid” kəlməsini söyləyən, ancaq halını bilmədiyimiz bir insanla qarşılaşdıqda, yaxşı-yaxşı araşdırıb halını bilənə qədər, onun malına və canına toxunmamamız lazımdır. Əgər İslama zidd olan bir halı ortaya çıxarsa öldürülər. Çünki: “Diqqətli olun, təsbit edib ortaya çıxarın” ifadəsi buna işarə etməkdədir. Bu kəlməni söyləyən insan, buna uyğun əməl etmədiyi görüldüyü təqdirdə, əgər öldürülməyəcəksə araşdırmağın bir mənası qalmaz. Necəki bu mövzuda, mənası bizim açıqladığımıza uyğun olan bir çox hədis vardır. Yəni bir insan Tövhid kəlməsini söyləyib, müsəlman olduğunu deyərsə ona toxunmamaq lazımdır. Ancaq söylədikləriylə ziddiyyət təşkil edən bir hal təsbit edildiyi təqdirdə, nə lazımdırsa o da edilməlidir.
Bunun dəlili isə bu hədisdir:
Rəsulullah sas Usaməyə ra belə buyurmuşdur:
“Sən, o adamı “Ləə iləhə illəllah” dedikdən sonramı öldürdün?...”
Yenə belə buyurmuşdur:
“İnsanlarla “Ləə iləhə illəllah” deyincəyə qədər savaşmaqla əmr olundum.”
Xaricilərlə də bağlı olaraq da belə buyurmuşdur:
“Onları harada görsəniz öldürün. Əgər mən onlara yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürülməsi kimi öldürərdim.”
Xaricilər, çox ibadət edən və çox təhlil gətirən kimsələrdir. Hətta səhabələr, onları gördükdə öz ibadətlərini onların ibadəti yanında az görərdilər. Bunlar elmi səhabələrdən öyrənirdilər. Bütün bunlara baxmayaraq, “Ləə iləhə illəllah” demələri, çoxlu ibadət etmələri və müsəlman olduqlarını söyləmələri onlara bir fayda vermədi. Daha öncə söz etdiyimiz, yəhudilərlə və Bəni Hənifə ilə savaş halı da belə idi.



Cavab:

Görsənir ki, tələsən sənsən. Sən indi bizə hədis elmini, əsər ilə hədisi ayırd etməyi öyrədəcəksən? Bu hədis səhihdir. Hədisin özü Peyğəmbər (s.a.v)-in sözüdür. Lakin hədisin sonunda səhabə hədisi açıqlayır və bu açıqlama da Peyğəmbər (s.a.v)-in sözü hökmündədir. Çünki əgər səhabə qeybi bir məsələdən və ya onun bilinməsi yalnız Peyğəmbər (s.a.v)-in vasitəsi ilə ola bilərsə onda onun hökmü mərfu sayılır.
Sən ged yanındakılardan soruş. Yaxud hədis elmini yaxşı öyrən. Bunu da təkfir məsələsi kimi öyrənmə!
Mən insanların kefinə görə danışmıram. Amma əgər sən ixvan və ya təkfirçi deyilsənsə onda nə üçün salam vermirsən? Həmçinin bütün danışdığın bu məsələlərdəndir. Sən mənə bunu demə ged başqasına de!
Birinci, sənin dediyin qardaş kimdir? Onun elmi dərəcəsi varmı ki, bu məsələlərdən danışsın? Ikinci: mən sənə dedim onların bəzi sələf şeyxlərindən gətirdikləri sitatlar səni aldatmasın. Alimlərin kitablarının üslubu belədir ki, bəzi yerlərdə məsələni ümumən deyir, digər yerdə isə onu açıqlayır. Yaxud danışanda məsələni açıqlamır çünki onun olduğu zamanda hamı bu məsələnin açıqlamasını əhli sünnənin əqidəsinə uyğun bilir. Və s.
Ona görə də səni belə aldatmasınlar.
Sən bunu yazmaqla öz elmsizliyini göstərirsən. Burada şeyx murciələrə rədd edir. Deyilən sitatlar, Əliyə lə iləhə illəllah deyənlər və s. məsələləri qarışdırmısınız. Çünki sən bax gör onlar Əliyə nə deyirdilər? Onlar Əliyə Allah deyirdilər. Ona görə də onları öldürüb. Məhəmməd ibn AbdulVahhab (r.a) sizin dediyiniz bu yoldan uzaqdır. Çünki o, özü "ər-rasailuş şaxsiyyə (15\ 101)" kitabında deyir: (Bizim hamını kafir hesab etməyimizi deyənlər böhtan atırlar...). Durar kitabında (1\ 80) deyir: "Bəziləri böhtan atırlar ki, mən bütün insanları kafir hesab edirəm... bunlar hamısı mənim adımdan böhtandır...". ona görə də sən şeyxin sözünü gətirib həmin sözlər müsəlmanları kafir etmə.
Xəvaricləri digər müsəlmanlar ilə müqayisə etmə. Sən bütün hər şeyi qarışdırmısan. Birdə onların ibadətdə üstünlükləri bütün səhabələrdən deyi, bəzi səhabələrdən şiddətli idi.
Yahudilər və Bənu hənifə ilə edilən döyüşlər haqda yenə də qarışdırmısan. Peyğəmbər (s.a.v) onlarla sülh edir, alış-veriş edir, borc alır, xəstələri ziyarət edər, Allah təalə onlardan qadın almağı evlənməyi halal edib, kəsdikləri ətləri bizə halal edib. Sən Peyğəmbər (s.a.v)-in vaxtında olan belə hadisələri indikinə müqayisə etmə. Onda əmir var idi xilafət idi. Peyğəmbər (s.a.v) əmir idi. Sən o vaxtki hadisələri götürb indiki insanlara tətbiq edirsən. Bu da sənin hələ elmin ləzzətini almamağına dəlildir. Sən bir daha gedib onlardan soruşma. Bu sənə məsləhətdir.!
Allah daha yaxşı bilir!




#169 Mutavakkil

Mutavakkil
  • Guests

Posted 01 June 2005 - 05:08 PM

Bu məsələ haqda digər alimlərin rəyini də verdilər mənə Şeyx bunları da açıqlarsanız yaxşı olardı. Bir də dedilər ki siz mürciyə əqidəsinə mənsubsunuz sələfi deyilsiniz. Bu mürciyə nədi belə? Men qarışdırmışam şeyx her şeyi bütün öyerndiklərimi sizin keçdiyiniz bütün dərsləri. Bir də mən çoxdandı çıxmışam Azərbaycandan eşitdim ki qardaşların çoxu artıq məcidə gəlmir bu düzdü? Bir də Maqdisi kimdi onun kitablarını oxumaq olar? Bəs Abu Katada və Abu Basir?
“Ləə iləhə illəllah”ın fayda verə bilməsi üçün söyləyən kimsənin bu kəlmənin mənasını bilib, bu mənanın tələblərinə əməl etməsi lazımdır. Bəzi insanlar, bir neçə nası dəlil gətirərək, “Ləə iləhə illəllah”ın ancaq dillə tələffüz edilən bir sözdən ibarət olduğunu iddia edirlər.
Şeyx Süleyman bin Abdullah rh bu iddiaya belə cavab verir:
“İtbandan ra: Rəsulullah sas belə buyurdu:
“Allah onun rizasını qazanmaq üçün “Ləə iləhə illəllah” deyən kimsəyə Cəhənnəmi haram qıldı.”
Muaz bin Cəbəl ra minik üzərində yolçuluqda Allah Rəsuluna sas yoldaşlıq etdiyi vaxt Nəbi sas ona:
“Ey Muaz!” deyə səsləndi.
Muaz bin Cəbəl ra :
“Buyur ya Rəsulullah! Hazıram” dedi:
Rəsulullah sas:
“Şübhəsiz Allah, Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət edən hər qula atəşi haram qılmışdır...”
Ubədə bin Samitdən ra: Rəsulullah sas belə buyurdu:
“Hər kim “Ləə iləhə illəllah və Muhəmmədən Rəsulullah” şəhadətini gətirərsə Allah ona atəşi haram edər.”
Əbu Hureyrə ra Rəsulullahdan sas belə buyurdu:
“Hər kim Allahdan başqa ibadətə layiq ilah olmadığına və mənim də Allahın Rəsulu olduğuma şəhadət edər, və bu ikisindən heç bir şübhə duymadan bu kəlmə ilə Allahın hüzuruna çıxarsa Cənnətə girər.”
Rəsulullahın sas “Ləə iləhə illəllah deyən kimsə atəşə girməz” hədisi və bənzəri hədislər, bir çoxları tərəfindən yanlış açıqlanmış, bəziləri isə hədislər qarşısında çıxılmaz vəziyyətə düşmüş, hətta bunlara “nəsx olunub” deyənlər belə olmuşdur.
Çünki Tövhid kəlməsi- Allahdan başqa ibadət edilənləri və sayğı göstərilənləri rədd etməyi, Allah sevgisini, Allahın bütün əmrlərinə boyun əyməyi və təslimiyyəti, Allaha kamil mənada itaəti, səmimi və ixlaslı olaraq, şirkdən uzaq bir şəkildə ibadət etməyi, qadağan etdiyini qadağan etməyi, ver dediyini verməyi, Onun üçün buğz etməyi tələb edir.
“Ləə iləhə illəllah” kəlməsini dillə söyləyənin bütün əməllərini şirkdən təmizləməsi gərəkdir.
Rəsulullah sas belə buyurmuşdur:
“Hər kim” “Allahdan başqa ibadətə layiq ilah yoxdur” deyər və Allahdan başqa ibadət edilən şeyləri rədd edərsə malı və canı haram olar. Hesabı da Allaha aiddir.”
Muhəmməd bin Abdulvahhab ən-Nəcdi rh bu hədislə bağlı bunları deyir:
“Allah Rəsulu sas bu kəlmənin mənasını ən açıq bir şəkildə izah etmişdir. Diqqət edilərsə hədis, bu kəlməni ancaq dillə söyləyən kimsənin malının və canının haram olmayacağını, ancaq bu kəlmənin mənasını bilməklə, imanın tələbinin yerinə yetirilmiş olmayacağını bildirir.
Bəli, bu kəlməni ancaq dillə demək, Allahdan başqa ibadətə layiq ilah olmadığını, Onun bənzəri və şəriki olmadığını söyləmək insanın canının və malının qorunmasını təmin etmək üçün yetərli olmaz. İnsanın can və mal qorumasına sahib ola bilməsi üçün yuxarıda sıralanan şərtlərə əməl edib, bütün küfr növlərini və sistemlərini rədd etməsi, üzərinə düşənləri yerinə yetirməsi lazımdır. Bu kəlmənin tələblərini yerinə yetirməzsə, bunlardan az da olsa uzaqlaşarsa ya da şübhə edərsə can və mal qorumasından söhbət belə gedə bilməz.”
Bunu qəti bir şəkildə bilməyimiz lazımdır ki: Məqsəd, sadəcə bu kəlmənin ləfzlərini saymaq və ya əzbərləmək deyildir.
Necəki Vehb bin Münəbbih rh ona “Ləə iləhə illəllah” Cənnətin açarı deyilmi?” deyə soruşan birinə bu cavabı vermişdir:
“Əlbəttə elədir, ancaq açacaq olan açarın dişləri varsa! ancaq dişləri olan bir açar gətirsən sənin üçün Cənnətin qapısı açılar, əks təqdirdə açılmaz.”



Cavab:

Wa aleykum salam!
Sən yenə də çox qəribə üslubla başlayırsan.
Məscidə gələnlər haqda dediklərində səni aldadıblar. doğrudan da mən indi səni necə də şübhələrdə olduğunu başa düşdüm. amma sən sevinmə. gəlməyənlər azdırlar, həmçinin onlar bizim etdiyimiz dualara görədir. Allah bizim etdiyimiz duaları qəbul edib. biz həmişə deyirdik: Ya Rəbb! sıralarımızı xəvariclərdən təmizlə. əlhəmdulilləh indi onlar daha gəlmirlər. artıq sıralarımız təmizlənib. həmçinin sən o şeyxlərindən soruş ki, məscidləri tərk etmək olarmı. məs, cümə namazını tərk etmək olar? biz bilirik ki, bu haqda ayə var. bəs onlar buna nə deyirlər?
Birinci o deyənlər kimdir? Nəyə görə?
Sən onlardan murciyə nə olduğunu da soruş? Bu heç də qəribə deyildir. Onlar şeyx Albani, İbn Bəzz, Useymin və s. alimlərə də murciyə deyillər. Bunları bildikdə mənə murciyə demələri heç də qəribə deyildir. Bəs sən onlardan, əgər varsalarsa, soruşmadın ki, onlar kimdirlər? Şeyx Albani (r.a) deyir: Bəziləri, namaz qılmayanı kafir hesab etmədiklərinə, onun fasiq və günahkar olduğunu dediklərinə görə, həmin admalara murciyə demək çox qəribə sözdür. Ishaq ibn Raheveyh Şeyban ibn Farruxdan nəql edir ki, o Abdullah ibn Mubarəkdən zina edənin və ya araq içənin mömin olub olmamağı haqda soruşdu. Ibn Mubarək dedi ki, mən oları imandan çlxartmıram. Şeyban dedi: artıq bu yaşda murci olmusan. Ibn Mubarək dedi: ya şeyban murciyə məni qəbul etmir. Çünki mən deyirəm ki, iman azalır və çoxalır. Murcilər isə belə demirlər. Deməli murcilər onlardır ki, deyirlər ki, iman azalıb çoxalmaz, adi insanın, fasiqin imanı kamil imandır hətta onun imanı Peyğəmbərlərin imanı ilə bərabərdir. Bu murciənin əqidəsidir.
Yəni iman murciyə və xəvariclərdə bir hissədir. Onun bəzisi getsə hamısı gedir.
Murciyələrin bəzi əlamətlərindən, əmir sahiblərinə itaəti görmürlər. Sən o alimlərindən soruş qoy bu rəvayətlərə baxsınlar: Sabuninin əqidətus sələf və əshabul hədis kitabı 84-cü səh.
Həmçinin əlamətlərindən onlar üsyanı, yəni hakimə qarşı xurucu görürlər. Eləcə də onlar qiblə əhlinə qarşı silah qaldırmağı caiz görürlər. Inşallah mənə elə gəlir bəsdi. Sən şübhədə olduğun üçün sənə bu barədə yazdım.
Sənin dediyin adlar isə onlar hamısı zəlalət əhlidir. Bunu böyük alimlər deyiblər. Məqdisi haqda kifayətdir ki, ixvanlar özləri onu qovublar. Onlar sələfi deyillər. Onlar təkfir camaatındandırlar.
Səni yenə də aldadırlar. Ümumi məsələləri gətirib səni çaşdırırlar. Necə ki, şeyxul islam İbn Teymiyyə deyir. Bir adamın şəhadəti gətirməsi onun müsəlman olmasına dəlildir. Fətava\ 7\ 158.
Həmçinin fətava 7\ 259 da buyurur: imam Əhməd rəvayətlərin birində deyir ki, şəhadəti gətirmək müsəlman olmaq üçün kifayətdir. Bu cür misallar həddindən artıq çoxdur. Bil ki, biz də deyirik ki, şəhadətin şərtləri var, və onlar mühümdür və onu pozan şərtlər var. Lakin bunu hər adama tətbiq etmək olmaz. Baxmaq lazımdır bəlkə o cahildir, yaşadığı zamana bax, vəziyyətinə və s. bax. Onun üçün məsələlərə geniş yanaş. Dar çərçivədən baxma. Bunu şeyxul İslam deyir. Fətava 11\407.
Həmçinin ər-rədd aləl bəkri səh- 376.
İbn əl-Qeyyim tariqul hicrəteyn kitabında səh-414.
Sən bu məsələləri geniş oxu. Dediyin adamlar məqdisi, abu qatədə və s. kimi cahillər zəlalət əhlidirlər. Onlar türmədə yatıb çıxan adamlardır. Türmədə yatıb çıxıblar ona görə də qisas almaq istəyirlər. Onlar bir cür xəstədirlər.
Inşallah hər şey yaxşı olacaq.
Sən belə şeyləri yazmağın yaxşıdır ki, qoy camaat oxuyub bilsin. biz sənin kimisini çoxdan axtarırdıq. yaz, lakin çalış uzun olmasın.
Allah daha yaxşı bilir!


#170 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 01 June 2005 - 07:10 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Insan olenden sonra onun ekspertiza terefinden yarilmasina dinde munasibet necedir?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Təbii ki, bunun səbəbi varsa olar. Məs, cinayətin açılması, xəstəliyin tapılması və s. zərurərtdə olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#171 Guest

Guest
  • Guests

Posted 01 June 2005 - 07:28 PM

assalamualaikum,sheyx,
1-butun bedeni islatmagla dush gebul edirem,axirda bashima 3 defe, sag ciynime 3 ve solciynime 3 defe su axidarag cixiram .bu destemaza beraberdirmi ,bundan sonra namaz gilmag olarmi?
2-vitr sozunun menasi nedir? Vitr namaziferzdirmi ve onun gezasi vardirmi?
qoca kishiler bu namazi evveller ata-babalarindan hech eshitmeyibler.
3- subh namazini gunesh cixmamishdan bashlayib cixdigdan sonra bitidikde namaz edadir,yoxsa gezasini qilmaq lazimdir?
allah sizden razi olsun
salam alaikum
cavid



Cavab:

Wa aleykum salam!
1. Əgər cənabət qüslü edirsənsə olar. Lakin adi çimməkdirsə ondan sonra dəstəmaz almalısan.
2. Vitr tək deməkdir. Bu namaz fərz deyil. Qəzasını da qılmaq olar. Lakin cüt qılınır.
3. Namaz ədadır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#172 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 01 June 2005 - 10:00 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Eger qonshu otaqda shekil varsa,amma men namaz qildigim otaqda yoxdursa melek daxil olacaq?
2.Qizimin 6 yashi var.Bagchaya gedir.Orda ona tebii ki reqs de oyredirler.Bele olan halda men ne etmeliyem?Men bele fikirleshirem ki,her sheyin derinliyine gedende onda etraf insanlardan tecrid olunma tehlukesi yaranir.
3.Men ishlediyim yerde namaz qilmaga eger hech imkan yoxdursa(yeni bele hal olsa ishden chixarilacam),men mecburiiyet qarshisinda qalib qezasin evde qila bilerem?Men ise ailemi saxlamaliyam.Ish tapmaq ise mushkul meseledir.Ve ya eger saqqal saxlasam meni hech kim ishe goturmez.Realliqdan danishsaq bu beledir.Ne etmeli?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Allah bilir. Inşallah daxil olar.
2. Sən çalış imkan varsa məllimlərə deki onu bu məsələlərə çox qatmasınlar.
3. İmkan olduqca başqa işə keç ki, dinini tətbiq edə biləsən. Allah sənə kömək olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!






1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users