Jump to content


Photo

01 декабря 2009 года


  • This topic is locked This topic is locked
311 replies to this topic

#301 ABUZEYD

ABUZEYD
  • Guests

Posted 01 December 2009 - 12:01 AM

Salam aleykum.
1əxi ayakqabli necə namaz qilinir?2yəni ayakqabli namaz qilmaq ucun mütləq topuqdan olan ayakqabi olmalidi?
3 onun ustən məs etmək olarmi?4bele olarmi tam dəstamaz aldim namaz vaxti corabin ustən məs edib ayakqabimi keydim və namaz qildim,ayakqabida adi yəni topuqdan deyildi.belə duzdu?5.birdə əxi əkər tam dəstamaz aldim corabi keydim bir az sonra corabin ustən bir corabda keydim və novbəti dəstamaz alanda ikinci corabi cixarib ilk məsi birinci keydiyim corabin ustən məs edə bilərəm?6ya bele etsem artiq məsin hokmu kedir?cazakAllahu xayran.




Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1-2. Ayaqqabı ilə namaz qılmaq üçün ayaqqabının altını yerə sürtür və sonra adi qaydada namaz qılırsınız.
3. Əgər ayaqqabı topuqları örtürsə və corabın şərtləri ilə geyinilibsə Məsh etmək olar.
4. Olar.
5.-6. İkisinin də üstündən çəkə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#302 ABUZEYD

ABUZEYD
  • Guests

Posted 01 December 2009 - 12:20 AM

Salam aleykum.1.əxi həmd etmək,nə deməkdi?2.mədh etmək nədi?3.fitnənin mənasi nədi?4.Muaviyə r.a. İslami qəbul edəndə nə əcəb əbu Sufyan buna mane olmayib?və o İslamı qəbul edəndə necə yawi olub?5.duzdur ki Salman Farisi r.a. 270il yawayıb?6.bəs bu o hədisə zid deyil ki bir sahəbəki deyir mən yer uzundə son sahəbəyəm cunki peyqember s.a.v. deyilənə korə kuya deyibmiw ki 100il kecdikdən sonra sahəbələrdən qalan olmayacaq.7.Abuzər r.a. Osman r.a. xəlifə olanda hardan və neycun surkun edib?8.Peyqemberin s.a.v və umumən peyqemberlərin ə.xətalari olub?olubsa dəlil nədi?9. Kəf surəsində haklarinda deyilən o yatmis insanlar oyandiqdan sonra nəqədər yawayiblar və necə olublər?CazakAllahu xayran.



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Həmd etmək şükür etmək, Allahı tərifləməkdir.
2. Mədh etmək hədsiz dərəcədə tərifləməkdir.
3. Fitnə qarışıqlıq salmaq, söz-söhbəti qızışdırmaq vəs. bu kimi pis nəticələrə aparan əməl və ya sözə deyilir.
4. Çünki Əbu Sufyan r.a. özü də islamı qəbul etmişdi. O vaxt Müaviyə r.a. cavan idi.
5. Bu qədər olmasa da çox yaşayıb.
6. Bu əksəriyyətə aid olan məsələdir.
7. Bu məqalədə mövzu haqqında geniş məlumat var. İstəsəniz bu linkdən də istifadə edə bilərsiniz.
Osmanın a.r.o. dövründə baş verənlər haqqında

İkinci müddəa: Əbu Zəri Rəbzə adlı yerə sürgün etməsi. Təbərinin və başqa alimlərin qeyd etdikləri rəvayətlər Seyf ibn Ömər adlı rəvayətçidən nəql edilmişdir. Rəvayətdə deyilir: Müaviyə ilə Əbu Zər arasında söz-söhbət baş verir. Müaviyə, Əbu Zərin camaatda onlara qarşı mənfi rəy oyatması haqda Osmana məktub yazır. Osman məktubun cavabında Müaviyəyə, Əbu Zəri onun yanına göndərməsini tələb edir. Müaviyə də Əbu Zəri Osmanın yanına göndərir. Osman onu danladıqdan sonra Əbu Zər Rəbzə adlı yerə gedir .
Bu, Seyf ibn Ömərin rəvayətidir. Biz artıq əvvəldə qeyd etmişdik ki, bizim tarixi hadisələr haqda səhih rəvayətlərimiz mövcuddur və biz bu rəvayətləri qəbul edirik. Bu hadisə haqda Buxari Səhih əsərində rəvayət etmişdir. Rəvayətdə deyilir:
Zeyd ibn Vahb deyir: Mən Rəbzə adlı yerdən keçdikdə Əbu Zərlə rastladım və ona dedim: Səni buraya gətirən nədir?
O dedi: Mən Şamdaydım. Orada Müaviyə ilə qızıl-gümüş yığıb saxlayanlar haqda ixtilaf etdik. Müaviyə deyirdi ki, bu ayə Kitab Əhlinə aiddir. Mən isə deyirdim ki, bu ayə həm bizə həm də onlara aiddir .
Bizim aramızda olan yalnız budur. Müaviyə bu haqda Osmana şikayət məktubu yazıb mənim bu haqda danışdığımı və insanları çaş-baş saldığımı qeyd edir. Osman mənə məktub yazıb Mədinəyə gəlməyimi tələb etdi. Mən Mədinəyə gəldikdə hamı ətrafıma toplaşmışdılar. Sanki məni heç vaxt görməmişdilər. Mən baş verənləri Osmana danışdıqda o dedi: İstəyirsən bir kənara çəkil və bizə yaxın yerdə qərar tut. Bax mənim buraya qəlməyimin səbəbi də budur. Əgər mənim üzərimdə həbəşistanlı köləni əmir təyin etsələr sözünü eşidib itaət edərəm .
Osman Əbu Zəri Rəbzəyə sürgün etməyib. Həmçinin Müaviyə də onu alçaldaraq Şamdan Mədinəyə göndərməyib. Bütün bunlar onlara atılan böhtanlardır. Allah səhabələrdən razı olsun. Bu, Əbu Zərin Buxaridə olan rəvayətidir. İbn Sədin yaxşı isnadla qeyd etdiyi rəvayətdə deyilir: Əbu Zər Rəbzəyə gedəndə dedi: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: "Ev çatlayandan oradan çıx" . Bu Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmridir. Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunan hədislərin birində deyilir: "Allah Əbu Zəri bağışlasın. O təkbaşına gəzəcək və öləcək sonra qiyamət günü təkbaşına həşr olunacaq" . Allah ondan razı olsun!
8. Dəvətdə olmayıb. Amma adi həyatda bəzi xətaları olub. Çünki onlar da bəşərdilər. Peyğəmbərimiz s.a.v. deyir ki, hər adəm oğlu xəta edəndir. Ən xeyirli xəta edənlər isə tövbə edənlərdir.
9. Onlar az yaşadılar. hətta bəzi rəvayətlərdə deyilir ki, onlara hər şey məlum olduqdan sonra vəfat etdilər. Təbii ki, bu hadisə ibrət üçün idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#303 ABUZEYD

ABUZEYD
  • Guests

Posted 01 December 2009 - 12:23 AM

Salam aleykum.əxi,cecenistan və əfqanistanda mudafiyə cihadidir?Salam aleykum.




Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Ola bilər orada fərdi şəxslərdə olsun. Amma kütləvi şəkildə göstərilən müqavimətə müdafiə cihadı demək şübhəlidir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#304 Elnur

Elnur
  • Guests

Posted 01 December 2009 - 02:37 AM

Assalamu Aleykum.Menim bir sualim var.Xristianlarin bayraminda onlari tebrik etmek duzdur? Onu da nezerinize chatdirim ki,onlarin olkesinde.Yeni onlarla her gun gorushuruk.Allah Teala haminizdan razi olsun.Azerbaycanda ve bashqa olkelerde olan butun muselman qardashlarimin Muqeddes Qurban Bayrami munasibeti tebrik edirem. Ve onlara arzum budur ki, InshaAllah Cennet ehlinden olsunlar.Amin. Suallari cavablandirdiginiza gore mnnetdaram.




Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.

Bacardığın qədər kafirlərin bayramlarını təbrik etməkdən çəkin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#305 Fuad1978

Fuad1978

    Пользователь

  • Пользователи
  • Pip
  • 86 posts
  • Location:Баку
  • Interests:Чтение книг,компьютеры и сетьБиностранный язык

Posted 01 December 2009 - 07:48 AM

Ассаляму алейкум ШЕЙХУЛЬ ИСЛАМ .Можно так вас называть? ) Может назвать вас Просто Человек..Инсан все мы забывчивые...

Так вот Инсан.. хотелось бы узнать у тебя.. как мне подавить свой нафс с чего начать.? 1.по пунктам разложи ради Аллаха.Админ мое сообщение передай моему дорогому брату.А то я обижусь ведь мы лби.. и обижать друг друга не хотим

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Нет, меня нельзя так называть, я еще не дослужился до этого титула.
А на счет борьбы с нафсом, для начала начните с науки, потом исправьте свои деяния, делайте призыв и терпение.
Паралельно берегите себя от грехов. А для всего этого делайте дуа и посторайтесь...
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!

Страшитесь дня, когда ни один человек не примет наказания за другого, когда никому из людей не будет дозволено заступничество [другого], когда человеку нельзя будет откупиться [от совершенных грехов] и грешникам не будет снисхождения. Аль-Багара 48


Во имя Аллаха,Милостивого, Милосердного
Скажи: "Он - Аллах, единый,
Аллах вечный.
Он не родил и не был рожден,
и нет никого, равного Ему". (св Куран 112)

#306 Fuad1978

Fuad1978

    Пользователь

  • Пользователи
  • Pip
  • 86 posts
  • Location:Баку
  • Interests:Чтение книг,компьютеры и сетьБиностранный язык

Posted 01 December 2009 - 08:02 AM

сУЛЕЙМАНОВ.. вОПРОС К ТЕБЕ НО ЗНАЕШЬ Я ТЕБЯ ОЧЕНЬ ХОРОШО ЗНА СРАЗУ СКАЖУ.. И ВОПРОСОВ уйма но главные из них я задам если ты не в состоянии отвечать правильно тогда воздержись.. Ради аллаха если будешь отвечать правильно Пусть Аллах вознаградит а если нет Пусть Аллах направит тебя на его стезю(путь)

Как ты думаешь почему Аллахъ пошлет Мунафиков в Ад а Тех кто не сможет ответить перед Ним в Рай?

Ответ:

Выше называешь меня шейхульисламом, а тут обращаеся по фамилии...
Ясно, что мунафики пойдут в Ад, потому, что они не из ахли-имана. Для этого достаточно прочесть суру Мунафикун.
А если в числе не отвечающих перед Аллахом ты имеешь виду грешников, то они под волей Аллаха. Прочти об этом в Ниса, 48. Потому, что мунафики считаются неверными, а вторые считаются мусульманами, хотя и являются фасигами.
Аллах знает лучше!

Страшитесь дня, когда ни один человек не примет наказания за другого, когда никому из людей не будет дозволено заступничество [другого], когда человеку нельзя будет откупиться [от совершенных грехов] и грешникам не будет снисхождения. Аль-Багара 48


Во имя Аллаха,Милостивого, Милосердного
Скажи: "Он - Аллах, единый,
Аллах вечный.
Он не родил и не был рожден,
и нет никого, равного Ему". (св Куран 112)

#307 Ruslan Aghayev

Ruslan Aghayev
  • Guests

Posted 01 December 2009 - 01:44 PM

Essalamu aleykum ve rahmetullahı ve berekatuhu
sheyx namazdan kenarda zikr ederken peygemberimize necur salavat getırmek
lazımdır.yalnız sallallahu aleyhı ve sellem demekle yoxsa bashqa novlerıde
var. cezekallahu xayran
Essallamu aleykum ve rahmetullahı ve berekatuhu





Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Salavatın bir neçə növü var. Dediyiniz onlardan biridir. Həmçinin namazda təşəhhüddə oxunan salavatı da deyə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#308 Guest

Guest
  • Guests

Posted 01 December 2009 - 08:25 PM

Salamun aleykum exi ad gunu qeyd etmek duzdu,men bunu qebul edmirem amma ad gunumde qonaqlar gelicey olarla oturmaliyam yoxsa olmaz ?Allah senden razi olsun Salamun aleykum





Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür şəriətdə belə şey yoxdur.
Əgər sizə qonaqlar gəlirsə siz onları qonaq kimi qəbul edin. İmkan dairəsində onları başa salın dəvət edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#309 Guest

Guest
  • Guests

Posted 01 December 2009 - 08:31 PM

salamun aleykum Exi bir cox wieler varki. H Omere lenet edir,mene maraqlidiki niye bu qeder lenet edirler?deyilene gore guya H,Omer peygeberi s.v.s qizini oldurub bu duzdu yoxsa bezi wielerin uydurmasidi?Allah razi olsun Salamun aleykum





Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, bu uydurma və nağıldır. Əksinə Ömər a.r.o. Əlinin a.r.o. kürəkəni idi. Yəni Fatimə a.r.o. Ömərin a.r.o. qayınanası idi.
Bu səhabəyə lənətin çox olmasının səbəbi isə onun vaxtında iranda atəşpərəstliyin odunun söndürülməsidir ki, bu da farslarda ona qarşı nifrət saxladı.
Həmçinin partlayırlar ki, o Əlinin a.r.o. Fatimədən a.r.o. olan qızı Ummu Kulsumu a.r.o. alıb.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#310 Guest

Guest
  • Guests

Posted 01 December 2009 - 08:34 PM

Salamun Aleykum exi eger cahil bir insan meni eseblewdirib mende ona sene hec vaxt haqqimi halal etmeyeceyem deyiremse bununla gunah etmiw oluram?Allah razi olsun salamun aleykum





Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr. Lakin çalış mərhəmətli ol.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#311 haco

haco
  • Guests

Posted 01 December 2009 - 10:02 PM

Salam aleykum qardas.
menim bele bir sualim var.
Fethul Baride oxudumki Peygemberimiz s.a.s deniz seferine cixan ve ticaret eden yehudini muselmanlara ornek numune kimi verir.hedisin sherhinde deyilirki eger Peygember ovgu ve numune kimi neyi gosterirse demek hemin seye emel elemek olar.bu sunnedi.bunu basa dusdum ve sonrada deyilirki kecmis sherietlerin indiki sherietle ziddiyiti yoxdursa ve o sheri qanun yenilenmeyibse ona emel elemek olar.Yeni kecmis sherietlerden olan bezi emelleri yerine yetirmek olar.
onda mende bele bir sual cixdi.Bir gun qardaslarin birine dedimki olarmi Meryem r.a kimi susmaq orucu eleyim.dedi bu axi bizim sherietde yoxdu.mende dedimki axi bizim sheriete muxalif deyil.Yeni o mene dediki bizim sherietde bele sey yoxdu mende elemedim.amma indi oxuyuramki kecmis sherietde olan bezi hokmleri elemek olar hansiki zidd deyil ve muxalif deyil indiki sheriete..
Bunu basa salardizda mene.HEdise baxa bilersiz Fethul BAride-deniz ticareti bolumunde..

Allah razi olsun.

salam aleykum..




Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əməl etmək olar. Amma o vaxt ki, bizim şəriət bunu təsdiqləsə. Əks halda olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#312 E M İ N

E M İ N
  • Guests

Posted 02 December 2009 - 12:19 AM

Əssalamu aleykum. Qamət sən közəl qardaşsan,Allah səndən razı olsun! Vallahi mən qəlbimdən kecəni səmimi olaraq istədim sənə bildirəm.Bilirəm sən haqda xoş soz deyilən yazıları sən foruma buraxmırsan.Mən düşündüyümü sənə bil dirmək üçün bunu yazıram,bu yazının foruma çıxıb cıxmamağı məni hec maraqlandırmırda,əsas odur sən oxuyasan. Əlhəmdulilləh artıq butun el obalarımızda Allahın izniylə,sənin apardıqın dəvət oz bəhrəsini verməkdə və inkişaf etməkdədi bunada bir müsəlman olaraq mən cox sevinirəm və bu işdə sənin boyük bir zəhmətin var!Əlbətdə hidayət verən Allahdı.!Bir müsəlman kimi səbəb olub,bu yükü oz öhtəvə köturub və əzab əziyətə dözdün və dözürsən,bunun ucun də sənə Allahdan komək diləyirəm və sənə minnəttarlıqımı bildirirəm. Mən özüm, A L D A N I B zəlalət əhli içərisində olmuşam hər sortunu və içüzlərini körmüşəm.Əlhəmduliləh,körürəm ki,bu kün inwAllah sənin tövsiyənlə ketmək ən salamatidi,və bütün sənə qarşi mövqedə olanlara tovsiyəm odurki bu daşı ətəklərindən töküb dincəlsinlər,səni eşitsinlər.cunki mən ozumdə nəvaxtsa onlar kimi movqedə olmuşam,indi cox peşmanam!Əxi mən kecmiş halimda səni tənqid etmişəm,amma heç vaxt sənin ünvanina təkkir,söyüş filan deməmişəm.İndi Əxi səndən hakqini halal etməni istəyirəm.mən cox narahatam,əkər bu yazını foruma buraxsan ordada yaz halallıq verdiyini!foruma buraxmasanda,əxi mən cox peşmanam mənə Allah rizası uçün halallıq ver. Əssalamu aleykum.





Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Halallıq verirəm. Əsas odur ki, sən haqqı başa düşmüsən və səhv yoldan dönmüsən.
Düzü bu sualı mən görməmişəm və qardaşlar bunu foruma buraxıblar.
Bu dəvət təkcə mənim xidmətim sayəsində deyil bütün qardaşların xidməti sayəsində və Allahın müvəffəqiyyəti ilə olur.
Allahdan daim sabitli istə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!






0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users