Jump to content


Photo

01 мая 2015 года


  • This topic is locked This topic is locked
136 replies to this topic

#101 Abu Muhammad

Abu Muhammad
  • Guests

Posted 25 April 2015 - 07:03 PM

Цитата (musalman @ 22 Apr 2015, 01:08)
Əs-salamu aleykum. Buna münasibətiniz??

Zamanımızdakı cahilliyin ən bariz nümunələrindən biri də budur ki, özlərini "elm tələbəsi" hesab edənlər iddia edirlər ki, hakimin şəri və legitim olması üçün onun şəriətlə hökm etməsini şərt qoşmaq ixvanların və hizbilərin çıxardığı bir bidətdir. Onlara görə kim bu görüşdədirsə o ixvandır, hizbidir.

Bu iddianı edənlərin Kitaba və sünnətə sarıldığını və təqlidi rədd etdiyini iddia edənlər zümrəsindən olduğunu görmək isə bir başqa təəccüb doğurur. Görəsən Allahın elçisinin - salləllahu aleyhi va səlləm - bu sözünü eşitməyibmi?
"إِنْ أُمِّرَ عَلَيْكُمْ عَبْدٌ مُجَدَّعٌ يَقُودُكُمْ بِكِتَابِ اللهِ، فَاسْمَعُوا لَهُ وَأَطِيعُوا"
"Üzərinizə sizi Allahın kitabı ilə idarə edən əzaları kəsik bir kölə əmir təyin olunsa onu dinləyin və itaət edin!"
Beləliklə də Allahın elçisi - salləllahu aleyhi va səlləm - burada itaəti Allahın kitabı ilə idarə etməyə bağlamışdır. Ona görə də İmam ən-Nəvəvi hədisin şərhində deyir:
"فَأَمَرَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِطَاعَةِ وَلِيِّ الْأَمْرِ وَلَوْ كَانَ بِهَذِهِ الْخَسَاسَةِ مَا دَامَ يَقُودُنَا بِكِتَابِ اللَّهِ تَعَالَى قَالَ الْعُلَمَاءُ مَعْنَاهُ مَا دَامُوا مُتَمَسِّكِينَ بِالْإِسْلَامِ وَالدُّعَاءِ إِلَى كِتَابِ اللَّهِ تَعَالَى عَلَى أَيِّ حَالٍ كَانُوا فِي أَنْفُسِهِمْ وَأَدْيَانِهِمْ وَأَخْلَاقِهِمْ "
"Beləliklə də o - salləllahu aleyhi va səlləm - bu qüsurlu sifətlərə malik olsa da əmr sahibinə bizi Allahu Təalənin kitabı ilə idarə etdiyi müddətdə itaət etməyi əmr etmişdir. Alimlər deyirlər ki, (Allahın kitabı ilə idarə etməyin) mənası budur ki, "özlərində, dinlərində və əxlaqlarında hansı halda olsalar da islama sarıldıqları və Allahın kitabına çağırdıqları müddətdə (itaət etməyi əmr etmişdir)."

Bir başqa hədisdə Allahın elçisi - salləllahu aleyhi va səlləm - gələcəkdə müsəlmanları idarə edəcək zalım hakimlər haqqında danışdıqda səhabələr deyir:
"قَالوا: يَا رَسُولَ اللهِ، أَلا نُقَاتِلُهُمْ؟ قَالَ: " لا، مَا صَلوا "
"Dedilər: "Ey Allahın elçisi, onlarla vuruşmayaqmı?" Dedi: "Xeyr, namaz qıldıqları müddətdə."
əl-Qadi İyad bu barədə deyir:

"وقوله: أفلا نقاتلهم؟ قال: " لا، ما صلوا " على ما تقدم من منع الخروج على الأئمة والقيام عليهم ما داموا على كلمة الإسلام، ولم يظهروا كفراً بينًا، وهو الإشارة هاهنا: " ما صلوا "، أى ما كان لهم حكم أهل القبلة والصلاة، ولم يرتدوا ويبدلوا الدين ويدعوا إلى غيره. والإشارة أيضاً بقوله: " عبداً حبشيًا يقودكم بكتاب الله أى بالإسلام وحكم كتاب الله وإن جار"

"Onlarla vuruşmayaqmı sualına "xeyr, namaz qıldıqları müddətdə" cavabını verməsi daha əvvəl izah olunduğu kimi şəhadət kəlimələri üzərində olduqları müddətdə, aşkar küfrü üzə vurmadıqları müddətdə imamlara qarşı çıxmağın, onlara qarşı qiyama qalxmağın qadağan olması mənasındadır. Burada "namaz qıldıqları müddətdə" sözü ilə işarə etmişdir, yəni onlara qiblə və namaz əhli hökmü verildiyi müddətdə, mürtəd olmadıqları, dini dəyişərək başqasına çağırmadıqları müddətdə. Həmçinin "sizi Allahın kitabı ilə idarə edən həbəşli kölə" sözü ilə də işarə etmişdir, yəni zalım olsa da İslam ilə idarə edərsə və Allahın kitabı ilə hökm verərsə (qarşı çıxmayın)."

Həmçinin İbn Həcər Müaviyənin hədisini şərh edərkən deyir:
"مَفْهُومَ حَدِيثِ مُعَاوِيَةَ مَا أَقَامُوا الدِّينَ أَنَّهُمْ إِذَا لَمْ يُقِيمُوا الدِّينَ خَرَجَ الْأَمْرُ عَنْهُمْ"
"Müaviyənin "dini tətbiq etdikləri müddətdə" hədisindən anlaşılan məna budur ki, onlar dini iqamə/tətbiq etmədikləri müddətdə əmr onların əlindən çıxmış olur."
əl-Qastaləni deyir: " قَوْله: مَا أَقَامُوا الدّين أَي: مُدَّة إقامتهم أُمُور الدّين.
"Onun - "dini iqamə etdikləri müddətdə" sözünün mənası budur ki, "dini işləri tətbiq etdikləri müddətdə"..."

Həmçinin İbnul-Muləqqin deyir:
"وقوله: ("ما أقاموا الدين") قيل: يحتمل إن لم يقيموه فلا يسمع لهم. وقيل: يحتمل ألا يقام عليهم وإن كان لا يجوز بقاؤهم. ذكرهما ابن التين، قال: وقد أجمع على أنه إن دعا إلى كفر أو بدعة أنه يقام عليه، وإن غصب الأموال وانتهك الحرم، فاختلف هل يقام عليه مع الآمر؟ فقال الأشعري مرة: نعم، ومرة: لا."
"Onun - "dini iqamə etdikləri müddətdə" - sözü; dedilər ki, əgər iqamə etməzlərsə onların sözü dinlənilməz (yəni onlara itaət yoxdur) mənası möhtəməldir. Həmçinin deyilib: onların (hakimiyyətdə) qalmaqları caiz olmasa da onlara qarşı qiyam edilməz mənası da möhtəməldir. Hər ikisini də İbnut-Tin zikr edib. Dedi: "Küfrə və bidətə dəvət edərsə ona qarşı qiyam olunacağında isə icma ediblər." Əgər malları qəsb edərsə və haramları çeynəyərsə ona qarşı çıxmaq olarmı? əl-Əşari bir görüşündə dedi ki, olar, bir görüşündə isə "olmaz" dedi."

İbnul-Muləqqin'in bu sözlərindən də aydın görünür ki, malları qəsb etmək, haramları çeynəmək ilə ümumiyyətlə dini iqamə etməmək arasında fərq vardır. Dini iqamə etməməklə əgər ümumiyyətlə dinin əhkamlarının heç birinin tətbiq olunmaması, hədlərin tətbiq olunmaması, zəkatın toplanıb dağıdılmaması və əksinə şəriətlə əməl edənlərin cəzalanması qəsd olunursa ağlı başında olan heç kim bu halda hakimə itaətin vacib olmadığında şübhə etməz. Bunu yalnız bizim zamanımızın bəzi cahil-cühəlasından başqa heç kim söyləmir.

Üstəlik xatırladaq ki, İbn Bəz özü bir kasetində Allahın hökmü ilə hökm verməyən hakimlərə qarşı çıxmağı vacib görmüşdür. Əgər bunlara görə Allahın hökmü ilə hökm verməyən hakimlərə itaət vacibdirsə o zaman İbn Baz necə onlara qarşı çıxmağı vacib görür?! Bir də hakimə itaət iki baxımdan vacib ola bilər. Birincisi şəri baxımdan vacibiyyətdir, yəni şəriət itaət etməyi vacib görən hakimlərə itaət etmək vacibdir və belə hakimlərin şərtləri vardır: müsəlman olmalıdır, azad olmalıdır, kişi olmalıdır, şəriətlə idarə etməlidir və sair... İkincisi isə şəriət baxımından yox, məsləhət babından vacibiyyətdir; bu isə itaət edilmədiyi təqdirdə cana və ya mala xəsarət gəlməsi halına aiddir. Bu halda itaət etmək sırf məsləhət baxımından vacib olur.

Əssalamu aleykum və rahmatullahi va barakatuhu

Qardaş bunlara diqqetle qulaq as

http://sunnapress.co...niya-smuty.html

http://sunnapress.co...-khizbitom.html

http://sunnapress.co...eo.html?wid=117

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun. Sadəcə problem nədədir. Xəvariclər o rəvayətləri ümumi gətirirlər ki, hakimə qarşı çıxmağa qapı açsınlar. O birisi rəvayətləri gətirmirlər. Hansı ki, o birisi rəvayətlər bunun qaydasını səliqə-sahmana salır. Ona görə o birisi rəvayətləri gətirmədiklərinə görə, avam, adi adam oxusa deyəcək ki, doğurdan, onda hakim kafirdir, hakimə qarşı çıxmaq olar. Bu onların hiyləsidir. Ona görə mən qardaşlara dedim ki, o şeytanların hiylələrinə uymayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#102 Əhli-sünnə19

Əhli-sünnə19
  • Guests

Posted 25 April 2015 - 07:56 PM

Əssalamu Aleykum və rəhmətullah, Əziz qardaşım. Qardaşımız Saminlə rafizilərin bəhsini izləyirəm, bilmirəm, bəlkə də düz etmirəm. Ömər r.a -ın dedikləri və rəcm ayəsi şübhəsi haqqında fikirlərim dolaşdı. Ömər r.a -ın bu sözlərinə açıqlama verə bilərsiniz? Çünki mən bu şübhəyə tam və dəqiq cavab görmədim. Əksinə gördüm, ki, Ömər r.a -ın sözləri bir növ təvil olunur - Yəni burada Ömər r.a -ın məqsədi Quranın təhrifi deyil, və sair kimi. Amma mənə elə gəlir ki, bunlar ehtimallardır. Zəhmət olmasa bü şübhəyə cavab verərdiniz, çünki qəlbim rahatlıq tapmır bu şübhə barədə! Mən Öməri r.a çox sevirəm, bu cür şeylər görəndə isə çaş-baş qalıram... Cəzəkallahu xeyran!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu məsələni başa düşmək üçün Quranda nəsx-mənsux məsələsini başa düşmək lazımdır. Çünki biz bilirik ki, Allah Təalə Quranda nəsx-mənsux barədə qeyd edir. Bəqərə, 106. Alə 5-6. Nəsx-mənsux məsələsi var. Hansı ki, Allah Təalə bəzən unutdurur, bəzən hökmü pozur, ondan xeyirlisini gətirir. Ona görə bu nəsx-mənsuxun növləri var. Peyğəmbər (sallallahu aleyhi va səlləm) həmişə Quranı təkrarlayırdı, səhabələrə öyrədirdi. Bəzi ayələr artıq oxunmurdu. Hökmü nəsx olunurdu, tilavəti nəsx olunurdu, və ya tilavəti və hökmü nəsx olunurdu. Üç növ. Ömər ibn Xattab (Allah ondan razı olsun) bir az şiddətli idi. Hamı xüsusən Allahın dininda onu belə tanıyırdı. Deyir ki, əgər imkanım olsaydı, mən yenidən o ayəni Qurana salardım. Lakin imkanı olmadı. Nə üçün? Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) artıq onu axırıncı təlimində o ayəni əzbərlətmirdi. O surədə. Ona görə bu adi bir məsələdir. Bu məsələdə belə problem olsaydı, Əli ibn Əbi Talib qalxın deyərdi ki, ey Ömər, sən nə danışırsan? Və ya başqa. Çünki Ömərə tənə eləmək, Əliyə tənə eləməkdir. Səhabələrə tənə eləmək, əhli-beytə tənə eləməkdir. Yəni bu normal haldır. Bu elmi məsələdir. Hətta Qurani Kərim nəsx-mənsuxdan danışır. Saminlə söhbətdə Əlinin qılınclarından birinin adını daşıyan şəxs sadəcə gördü ki, o, Saminlə dərinə getsə, Saminlə bacarmayacaq. Çünki o məsələdə problemlə düşəcək. Çünki onlar Quranın təhrif olunmasına cavab verə bilmirlər. Çünki o barədə onların kitablarında minlərlə rəvayət var. Ona görə o, bunu tutdu, elə məsələni dedi ki, Samin belə de, belə deməsən o birisi məsələyə getməyəcəyik. Vəssalam. Burada o söhbət idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#103 Guest

Guest
  • Guests

Posted 25 April 2015 - 08:51 PM

Salam Aleykum. Seyx islamda qadinin geyimi nece olmalidi? Yeni Hicab eller ve uz gorune biler, yoxsa nikab? Cadra?. As Salam Aleykum va rahmatullahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İslamda qadının geyimi: bədənin hər yanı örtülü olmalıdır. Bir dənə üzlə-əllər biləyəcən. Hətta onlarda bağlı olsa, yaxşıdır. Baxır yerinə. Həmçinin dar, şəffaf, çox cəlbedici olmamalıdır. Bax bu cür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#104 baki

baki
  • Guests

Posted 25 April 2015 - 09:13 PM

Şeyx Marionet, mənim sizə bəzi suallarım var:

1)Bağdadinin katolik kilsəsinin təyyarələrinin bombardmanı nəticəsində öldürüldüyü deyilir. Xəbərlər yazır ki, İŞİD də ölüm xəbərini təsdiq edib. Siz Bağdadi üçün cənazə namazı qılacaqsınız?!!

2) Əfqanıstanda Talibanın kotolik kiləsəsinin əsgərlərinə qarşı apardığı döyüşlərin doğru olmadığını deyirsiniz. Onda sizə görə Taliban kotoli əsgərlərini öldürdüyünə görə hər gün günaha batır?!!!

3) Şeyx Marionet, deyirsiniz ki, Taliban muşrikdir, qəbirə pərəstiş edir. Buna görə onların cihadı cihad sayılmır onlar ilə cihad etmək olmaz. Sonra da deyirsiniz ki, Qarabağ müharibəsi başlasa bizimkilər ilə birləşib ermənilərə qarşı cihad etmək olar. Şeyx Marionet, məgər bizimkilər muşrik deyil?!!!

Şeyx Marionet, sizə bilirsiniz, nə üçün Marionet deyiriəm?!!

Cavab:

1) Məgər sən bilmirsən ki, mən xəvariclərə cənazə namazı qılmıram?
2) Taliban müsəlmanları öldürəndə günaha batır. Mən sənə ev tapşırığı verim. Gəl belə danışaq. Birinci sual: Bir dənə bax, Bağdadi kafir çox öldürüb, yoxsa müsəlman? İkinci sual: Bağdadi Əsədin qoşunundan çox öldürüb, yoxsa müxalifətin? Üçüncü sual: Taliban Amerika əsgərlərini çox öldürüb, yoxsa oradakı müsəlmanları? Bu suallara cavab versən, mənə elə gəlir ki, özün də tapacaqsan, inşəAllah.
3) Əgər bizimkilər müşrikdirsə, o zaman Taliban da müşrikdir. Çünki taliblər, sufi, duyubəndi təriqətidir. Özü də deyəsən səni aldadıblar. Sən bilirsən ki, İŞİD talibləri də kafir gördü? Taliblər də İŞİD-i? İndi nə deyirsən? İndi marionet kimdir? Sən yoxsa, mən?
Bildim, bildim nə üçün deyirsən. Çünki sən cahilsən. Səni aldadıblar. İndi sən bu sualların cavabını tap. Özün görəcəksən ki, sən demə sən idin marionet, ya da marionetka )
Allah daha yaxşı bilir!


#105 sham41

sham41

    Пользователь

  • Пользователи
  • Pip
  • 62 posts

Posted 25 April 2015 - 10:04 PM

salam aleykum.
Krallığ dövlət guruluşu bidətdir yoxsa sünnətdır?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sünnətdə bu cür növ gəlməyib. Qadağanda etməyib. Ona görə şəriətə zidd bir şey burada yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ

#106 müellim

müellim
  • Guests

Posted 25 April 2015 - 11:17 PM

Şeyx, tez-tez deyirsiniz ki, " Müəllimi kitab olanın müəllimi şeytandır". Bu sözün dəlili nədir?!!
Siz bu sözün doğruluğuna etiqad edirsinizmi?!!

Cavab:

Bunu mən demirəm. Bunu alimlər deyir. Bəli, bu düzgündür, doğru sözdür. Çünki o adam ki, müəllim görməyib, o adamda qüsurlar olur. Kitabları oxuduqda düzgün başa düşmür. Nə qədər belə görmüşük. Xüsusən təkfirçilər. Kim o fikrə düşüb. Hansı ki, oturub kitab oxuyurlar gecə-gündüz. Lap gecə-gündüz oxumasa da, görürsən ki, düzgün başa düşmürlər. Çünki müəllim görməyiblər, qaydaları bilmirlər və s.
Allah daha yaxşı bilir!


#107 ANS tv - iran wie kanali

ANS tv - iran wie kanali
  • Guests

Posted 26 April 2015 - 02:32 AM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
1- Qardaw, bilmirsiz, Medine Islam Universitetinde ereb dili kurslari var ? elebil meselen 3 ayliq,veya 6 ayliq gedib ereb dilini oyrenmey ? bu haqda ne informasiya bilirsizse, boluwerdiz zehmet olmazsa.
2- Henefiler destemazda boyunlarina mesh cekirler. Burda onlar hansi hedise dayanaraq bunu edirler ?
3- selefi olaraq elhamdulillah eqidemizden xeberimiz var ve bizim eqidemiz eslinde ele orijinal heqiqi islamdir. Bes menhecimizi nece oyrenek ? menhecimizin dogru olub olmamasini ne cur bilek ? Siz oxumusuz,bilirsiz,ama biz - siravi muselmanlar bunu tam bilmirik, menhecde nece dogru olaq,neye riayet eliyey ki menhecimiz dogru olsun ?
Assalamu aleykum va rahmatullahi va barakatuh !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Xeyr, elə yoxdur.
2) O zəifdir.
3) Bu saat biz sələfilərin arasında bu çatışmır. Mənhəc məsələləri. Ona görə də bunda boşluq var. İnşəAllah, yavaş-yavaş bizdə öyrənib deyəcəyik.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#108 ebutalha

ebutalha

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts

Posted 26 April 2015 - 10:36 AM

Salam.aleykum.weyx.hedisdede varki esasen asr namazna.diqqet yetirin.yeni sualim.odurki bu o.demekdirki.deyqe be deyqe vaxtnda qilinmalidi.mutleq? Yeni yolda.oluruq iwden.braz.gec cxrq ele.olur girenden.30 40 20 deq sora qila.bilirik.burda yeni br sehv iw.yoxduki.ya nece

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu sadəcə o deməkdir ki, laqeyd yanaşma, gecikdirmə, ciddi yanaş.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#109 Guest

Guest
  • Guests

Posted 26 April 2015 - 02:20 PM

As Salam Aleykum. Seyx, Nihat Hatipoglu matrudidi? Matrudiler, Seleflerden neynen ferqlenir? As Salam Aleykum va rahmatullahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onlar ad və sifətləri təvil edirlər və s. problemləri var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#110 Guest

Guest
  • Guests

Posted 26 April 2015 - 02:29 PM

karicnivi (ayaqqabi) geymek deye bir sey var yani sunne kimi yaxud bele etsen daha yaxsi olar kimi

Cavab:

O barədə bir şey yoxdur.
Allah daha yaxşı bilir!


#111 men

men
  • Guests

Posted 26 April 2015 - 04:22 PM

Eşitmişəm deyibsən ki, məzhəb zad lazım deyil. Avam Quran və sünnətdən hökm çıxara bilər.
ona görə bu gündəsiniz də.
onda niyə inciyirsən ki, təkfirçilərdən. Adam düz edib səni təkfir edir də. Demirsən ki, avam Qurandan hökm çıxara bilər?!!! O zaman çıxardığı hökm ilə səni təkfir edir. Day niyə inciyirsən ki, onlardan?!!!

Cavab:

Yox, sən düz eşitməmisən. Ya da səni aldadıblar. Mən deməmişəm ki, Quran və sünnəni götürün, alimlərə baxmayın. Bu yalandır. Sənə bunu kim deyib? Ya sən cahilsən, ya da sən qəsdlə burada məni belə şəkildə göstərmək üçün sözləri fırladırsan. Amma o ki, qaldı təkfirçilərə. Təkfirçilər məgər məni bu sözümə görə təkfir edirlər? Təkfirçilər məni ona görə təkfir edir ki, çünki mən onlar kafir gördüklərini kafir görmürəm. Ona görə. Sən heç bilmirsən ki, təkfirçilər məni nə üçün kafir görür. Öyrən hələ, oxu, tələsmə, bilmədiyin şeyi danışma. Bax belə..
Allah daha yaxşı bilir!


#112 talib

talib
  • Guests

Posted 26 April 2015 - 04:28 PM

Mən sizə bir dəfə dedim ki, "Əfqanıstanda Talibanın tediyi döyüş cihad sayılır?" Siz də dediniz ki, "Yox cihad sayılmır, çünki orda cihadın şərtləri yerinə gəlməyib". Mən də sizə dedim ki, "yaxşı, o zaman cihadın şərtlərini yazın bura. Amma qədim dövr alimlərindən olsun". Siz də dediniz ki, "fərqi nədir qədim alim, ya köhnə alim" Mən də dedim ki, "fərq odur ki, baxaq görək təzələr köhnələrə tabe olubmu". siz də mənə bir link atdınız, orda cihad barədə bir dərsiniz var idi. Həmin dərsdə heç bir dəlil filan yox idi. Nə hədisdən, nə qurandan nə də köhnə alimlərdən.
Əgər siz forumu suallara cavab vermək üçün açmısınızsa, o zaman mənə qədim alimlərdən cihadın şərtləri ilə bağlı bir neçə fətvasını yazın. Baxaq görək doğru deyirsiniz, yoxsa yalandan uydurursunuz.

Cavab:

Birincisi, qədim və yeni alimləri ayırmaq düzgün deyil. Sənin sözündən belə çıxır ki, sən yeni alimlər barədə şübhədəsən. Amma o ki, qaldı, qədim alimlərə, bu əlhəmdulillah, onların kitabında var. Məsələn, hənəfi məzhəbində, şafii məzhəbinin öz kitabında (Əl-Umm kitabı. Özü yazıb onu.), maliki, hənbəli məzhəblərində.. Orada cihadın hamısının şərtləri var. Yenilər elə əvvəlkilərə tabedir də. Sadəcə görsənir ki, sən şübhə içində yaşayırsan ki, bəs yenilər guya ki, hamısı satqındır, onlar cihad barədə fırladırlar. Amma o ki, qaldı taliblərə, sənə bir dənə sual verirəm: Bir dənə bu sualın cavabını öyrən, mənə de, bəlkə Allah Təalə sənin qəlbini haqqa tərəf açdı. Taliblər üsyan etdilər, dövləti devirdilər. O hansı dövlət idi? Kafir dövləti idi, yoxsa müsəlman? Hansı ki, mücahidlər idi. Onlar o dövləti quranlardan, döyüşənlərdən biri idi. Taliblər kimi devirdilər? İkincisi: Əfqanıstanda partiyaların hakimiyyət üzrə müharibəsi gedir. Talibdə bir partiyadır. Sadəcə o birisi partiya bunları sıxışdırır. Bəzi qərb ölkələri də baxır ki, hansı daha maraqlıdı, təhlükə deyil onun üçün. Ona kömək edir. Burada adi söhbətdir. Bunu Qarabağla müqayisə etməyin. Kim ki, talibləri Əfqanıstandakı cihadı Qarabağ ilə müqayisə edir, deyir ki, necə yəni Qamət deyir ki, Qarabağda cihad müdafiə cihadının növlərindəndir, orada yox.. Mən sənə sual verirəm: Taliblər gələndə o dövləti ki, devirdilər, orada camaatı öldürdülər. Onlar kimlər idi? Köhnə mücahidlər idilər, yoxsa satqın idilər?
Allah daha yaxşı bilir!


#113 Guest

Guest
  • Guests

Posted 27 April 2015 - 08:57 AM

Salam aleykum,

1 Məryəm bu dünyada ərsiz olub. O biri tərəfdə isə subay olmayacaq, hədislərə görə. Məryəm də ərə veriləcək? Kimə?

2 Nə üçün, kafirlərdə / dünyəvi elmlərdə, "mümkün qədər sual ver və öyrən" yanaşması var ikən, İslamda / müsəlmanlarda "belə suallar vermək olmaz / sual vermək olmaz, öz işlərinlə məşğul ol" yanaşması var?? Soruşmaq belə olmaz, maraqlıdır, niyə? Niyə hər sualı vermək olmaz, xüsusilə insan o sualın cavabını bilmək istəyirsə? Kafir elm əhlinə (bəli, dünyəvi elmlər nəzərdə tutulur) sual verdikdə, onlar əxlaqla sizi dinləyir, bildiyini cavablandırır, bilmədiyinə də bilmirəm deyir, lakin heç vaxt belə sual vermək olmaz deyib öz "ədəb"ini nümayiş etdirmir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Allah bilir. Möminlərin birinə.
2) Çünki kafirlərdə müəyyən elmlər var ki, hansı ki, müsəlmanlar o elmləri qəbul etmirlər. Məsələn, filosofiya. Orada nə gəldi soruşurlar. İslamda isə bunu bir az şərhi var. İslamda da problem yoxdur, soruşmaq olar. Sadəcə məsələn, İslamda Fatihə surəsinin qiraətini düzgün oxuya bilməyən adam gəlir, böyük məsələlərdən danışır. Ona görə məsləhət görünür ki, bu məsələlər hələlik sənə lazım deyil. Sən mərhələ ilə get. Və ya məsələn, olmayan bir şey barədə. Məsələn, okeanın altında olsam, qüsl necə alacam? Olmayan bir şeydir. İslamda sual vermək var. Əksinə İslam tələb edir ki, sual ver. Sadəcə qaydasında, mərhələlərlə. Budur..
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#114 888888888888888888888

888888888888888888888
  • Guests

Posted 27 April 2015 - 10:29 AM

As-Salamu aleykum!

Siz demishdiniz ki, dermanin ichinde eger spirt varsa bundan istifade etmek olar chunki qarishiqdir, meselen deyek apteklerde hazir satilan dermanlari buna misal chekmek olar. Bes eger hekim resept yazir, meselen deyir 50qr spirte filen qeder bundan, filen qeder bundan qarishdir ve alinan mehlulu gunde 1 ve 2 qashiq ich bes bele nece olar?

As-Salamu aleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəzi hallarda istifadə edə bilərsiniz. Əgər başqa əlac yoxdursa və onu etməsəniz halınız pisləşəcəksə, onda edə bilərsiniz. Amma yenə də müstəqil içki şəklində yox. Qarışıq olsa.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#115 HELP

HELP
  • Guests

Posted 27 April 2015 - 09:15 PM

Əssalamu aleykum və rəhmətullahi və bərakətuhu !
Mən Mədinə islam universitetində ərəb dilindən kursa getmək istiyirəm, ama qeydiyyat məsələlərindən bawim cixmir, əgər mənə bu barədə komək edə bilən varsa Allaha xatir komək edərdiz. Və ya bu barede bir wey bilən adamla calawdirsaz məni sevinərəm.
Əssalamu aleykum və rəhmətullahi və bərakətuhu !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Oraya sənədlər yığıb, göndərirsən. Onu məsciddə hər hansı bir Mədinə tələbəsi görsən, ona yaxınlaş de. O, sənə başa salacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#116 Guest

Guest
  • Guests

Posted 28 April 2015 - 07:15 AM

Şeyx taliban ALLAHA şirk qoşur deyirsinoz. NECƏ SÜBUT EDƏRSİNİZ

Cavab:

Sübut budur ki, taliblər sufidir, düyubəndi təriqəti. Hər bir sufidə də şirk var. Məgər sən bunu başa düşmürsən? Yoxsa, sən elə bilirdin ki, taliblər sələfidir? Xeyr. Taliblər sələfi deyil. Mən sənə yenə sual verirəm: Taliblər hökuməti vaxtında hansı pir dağıldı? Mənə o büt heykəli gətirmə. Pirlər Əfqanıstanda dolu idi. İndi də davam edir. Hansı piri dağıtdı?
Allah daha yaxşı bilir!


#117 Guest

Guest
  • Guests

Posted 28 April 2015 - 09:34 AM

Salam Aleykum. Seyx bu il Ramazan bayrami ne vaxt girir ayin necesi? Ayin necesi oruc tutulmalidir ve necesine kimi. As Salam Aleykum va rahmatullahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hardasa iyunun 18-i.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#118 Guest

Guest
  • Guests

Posted 28 April 2015 - 03:18 PM

Цитата (Guest @ 13 Apr 2015, 13:03)
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Sene unvanladiqim bidetci hesab etdiyin kesi (adin hami yaxsi bilir)  forumda Quran ve Sunne ile subut etki o heqiqeten bitetcidir mesajini foruma vermedin............

Qardasim sen oz dediyivi Quran  ve Sunneye esaslanaraq subut ede bilmirsen Allah seni qezebine ducar olmaqdan qorusun qardas. Nefsin seni cox uzaqlara aparib. Kinin kuduretin,nifretin,tekebburluyun seni cox uzaqlara aparib qardasim. Mutekebbir olan Allah ozu sene komek olsun.
Eger ittiham etdiyin kesin bidetci olduqunu Quran ve Sunneye esaslanaraq subut ede bilmirsense Allah ucun yenede Allah ucun ""filan kes bidetcidir"" sozunu bit daha dilive getirme qardasim.
QURAN VE SUNNEYE ESASLANARAQ ALEME CAR CEKEREK FILANKES BIDETCIDIR DEDIYIN KESIN HEQIQETEN BIDETCI OLDUQUNU VALLAHI,BILLEHI VE TALLAHI KI, SEN BU FORUMDA SUBUT EDE BILMEDIN.
Bir kes oz iddiasini,ittiham etdiyi kesin bidetci ve s. olduqunu Quran ve Sunneye esaslanaraq subut ede bilmirse o kesin dediyi vurulur divara, redd edilir.
Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün! (Ali Imran 102)
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu nəsihətə görə Allah razı olsun. Mənim pozmağıma səbəb o idi ki, məhz sizin bu sualınızdan sonra yenə onun barədə soruşurdular. Ona görə mən onu pozdum ki, onsuzda ikincidə bu məsələlərə cavab verəcəm. Və cavabda artıq vermişəm. Artıq cavab qoyulub. Ona görə sildim ki, gördüm ki, təkrardır, həmin mövzudur. Ona görə. Amma qaldı ki, Quran və sünnə ilə onun bidətçi olduğunu sübut eləməyə. Birincisi, siz sözünüzü düzgün ifadə etmirsiz. Birincisi Quran və sünnə və sələfin fəhmi. Onu qeyd etmək lazımdır. Çünki Quran və sünnə özünüzdə bilirsiniz ki, hamı deyir. Hətta sufilərdə deyir Quran sünnə, quran sünnə. Lakin biz sələfiləri bidət əhlindən seçən nədir? Sələfin fəhmi.. Bunu qeyd etməlisiniz. Birincisi, bundan sonra həmişə bunu qeyd edin. Yəni deyin ki, birinin azmağını Quran, Sünnə və Sələfin fəhmi ilə sübut edin. İkinci, bunu nəinki mən, bütün Mədinə tələbələri artıq ittifaq edib ki, bu adam həm dində, həm insan kimi məlum deyil. Məsələn, kifayətdir ki, Mustafa İslamoğlunu necə təbliğ edirdi. O videoya əgər baxmamısınızsa, bir dənə baxın. Bu adam hansı ki, hədis fakültəsini qurtarıbsa, necə hədisləri inkar eləyən adamı tərifləyir? Siz özünüzə sual verin. İndiyəcən Mustafa İslamoğlu barədə açıq-aydın heç bir açıqlama verməyib. Bu misaldır. Hələ başqa problemlərindən danışmıram. Ona görə belə adamdan uzaq dayanın. Belə adamdan və kim onun yanındadı, kim onu tərifləyir. Baxın kim onu tərifləyir. Xəvariclərin bəzi növləri onu tərifləyirlər. Ləzgi məscidində ab-hava, narazılıq hiss olunur. Mədinə tələbələrinin heç biri oraya getmir. Lakin bunlar orada qəbul olunur, müdafiə olunurlar. Özünüz fikirləşin. Burada məscidin yanında olan dükana kimlərin girib-çıxdığını biz görürük. Ancaq hakimi təkfir edənlər, hakimi kafir görənlər, Azərbaycanı darul kufr görənlər və s. Onlar oraya girirlər çıxırlar və o dükanla münasibətləri çox gözəldir. Əgər bu sələfi olsaydı, heç vaxt belə mənhəcdə olan adamlar ona yaxın dayanmazdılar. Qardaşlar, bəsdirin gizlənqaç, siçan pişik oynadıq. Həqiqət göz qabağındadır. Ona görə Quran sünnə, sübut eləmək burada yazırsınız.. Birinci deyirsən sübut elə, sonra deyirsən ki, sübut eləyə bilmədiniz. Bir gözlə danışımda. Hələ cavab çıxmadan artıq dediniz ki, mən sübut eləyə bilmədim. İndi bir az aydın oldu? Yoxsa, yenə davam eləyim?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

As salamu aleykum va rahmatullahi va barakatuhu!

Suali vermeyimden uzun muddet kecib hele indi cavab yazildi. Sebeb olaraq fikirlesdim ki, yeqin bu uzun muddetde quran ve sunneden deliller toplayaraq elmli bir sekilde cavab yazacaqsiz. Amma zennim duz cixmadi. Yenede hemin esitdiyimiz ve oxuduqumuz tekrar tekrar yenede tekrar sozler ve iddialar. Her bir kes cox soz deye biler ve cox sey iddia ede biler,ittifaq ede biler ve s. sohbet ondan gedir ki, iddiavi quran ve sunneye selefin fehmine esaslanaraq subut edesen.
Bir sey aydin oldu ki, subut ede bilmediz. Xeyir, daha davam etmeye ehtiyac yoxdur.

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"– demələridir. Nicat tapanlar da məhz onlardır. (En Nur 51)

Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.(El Hucurat 10,11,12,13)

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.(en Nisa 59)

VESSALAM.

As salamu aleykum va rahmatullahi va barakatuhu!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onun barədə sübutlar çoxdur. Adi Mustafa İslamoğlu barədə aydındır ki, necə tərifləyir və təkzib də verməyib. Sadəcə problem nədədir. Siz sadəcə sələfin mənhəcini bilmirsiniz. Sələfin mənhəcin bidət əhli barədə. Xüsusən M.İslamoğlu barədə, qəbr əzabı və s. Başdan ayağa problemli insandır. Əqidədə. Hələ mənhəcdən danışmıram. Nə üçün ondan tələb olunub? Çünki onu burada reklam edib, onu tərifləyib. Ona görə ondan tələb olunub ki, təkzib elə. Lakin o, təkzib etməyib. Ona görə belə adama qulaq asmaq düzgün deyil. Elə bu özü kifayət deyilmi? Sadəcə ola bilsin ki, siz sələfin mənhəcini bilmirsiniz. Öyrənin hələ, tələsməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#119 Guest

Guest
  • Guests

Posted 28 April 2015 - 04:00 PM

salam aleykum.Exican.Size bir nece defe sual vermisem ve cavablarimi tam almisam,Allah razi olsun ...yene de bezi sualarim yaranib.
1.namazda 3 ve 4 cu ruketden sonra hasisa ayeni oxumaq ve ya oxumamaq haqda sehih olan nedir?
2.3 ve 4 cu ruketlerde fatiheden sonra amin demek namazi batil edir ya yox?
3.men ozel sirketderin 1 de isleyirem,is 7 de bitir.Amma quran dersini oyrenmek isteyirem,isim Nermanovdadi.kimden ders ala bilerem ? ereb herhlerini 2 -3 aya oyrenmek olarmi?ve bunun ucun siz ve ya basqa qardas kimi meslehet biirsiz?Allah rizasi ucun bu mesele ile bagli mene komek edin.amma konkret olsa daha yaxsidir.mes .hansi mecid ve ya bu mecidde

Allah sizi xeyirle mukafatlandirsin in sa allah.
Salam aleykum va rahmatullahu va barakatuhu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əsl budur ki, bir dənə zöhr namazında 3 və 4cü rükətlərdə Fatihədən sonra başqa surə oxuya bilərsən. Amma başqa namazlarda isə yalnız Fatihəni oxuyun.
2) Xeyr, batil etmir.
3) Ərəb hərflərini 2-3 aya yox, 1 aya öyrənmək olar. Sadəcə bir bilən qardaşdan 2-3 gündən bir dərs alsan. Bunu bilən qardaşlar çoxdur. Xüsusi bir adam lazım deyil. Biri ilə danışın və bu məsələni həll edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#120 HELP

HELP
  • Guests

Posted 28 April 2015 - 08:00 PM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
Sheyx, Medine Universitetiyle elaqesi olan qardawlardan meni calawdira bilersiz,nomresin verin, men ereb dili kurslarina getmek istiyirem,ama qeydiyyat meselelerinden bawim cixmir, komeye ehtiyacim var. Cox xahiw eliyirem, komey eliyerdiz.
Assalamu aleykum va rahmatullahi va barakatuh !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Tələbələr namazlarda məscidlərdə olurlar. Onların birinə yaxınlaşın. Onlar sizə aydınlıq gətirəcəklər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#121 ANS tv - iran wie kanali

ANS tv - iran wie kanali
  • Guests

Posted 29 April 2015 - 04:05 AM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
1- Qardaw, secdeler arasi oturuwda,tewehhudde oldugu kimi sag ayaq dik,sol ayagin ustune otururuq ? Yoxsa secdeler arasi oturuwda serbestdi, nece istesen otur ?
2- Eger camaat namazina gecikiremse, meselen wam namazi qilinir, men 1'ci rekatinda rukusuna ozumu catdirdim,fatiheyle sonra gelen sureni oturdum. Axirda,salamdan sonra men durum qiyamda fatiheni ve sonra sureni oxuyum tekce ? Aydin bawa salin zehmet olmasa
Assalamu aleykum va rahmatullahi va barakatuh !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Elə necə dediniz elə. Bəli, sağ ayaq dik olur.
2) Rükuyacan çatmısınızsa, o rükətə çatmısınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#122 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 29 April 2015 - 11:47 AM

Ас саламу алейкум ва рахматуллахи ва баракатуху.
1. На частном предприятии где я работаю мне не выплатили определенную сумму денег, сказав, что трудности, денег пока нет и т.п. Выполняя их работу я взял в долг деньги и теперь должен вернуть долг. Требовать деньги с босса предприятия нет смысла, всякими отмазками не дает, скорее всего денег у него нет. Имею ли я право без разрешения босса, продать кое что из оборудования, которое принадлежит боссу, и вернуть долг, а боссу сказать, что когда вернешь деньги я куплю тебе такое же оборудование? Один мой знакомый говорит, что если тебе не отдают то, что ты заработал, то можно даже украсть у босса, и что это не грех.
2. У меня машина в кредите, пока нет возможности быстро закрыть кредит. Должен ли я продавать машину чтобы заплатить за кредит? И можно ли продать машину другому, кто также будет отдавать за нее кредит в банк? Не похоже ли это на ситуацию - сам не пью спиртное, но дома оно есть, и я не выкидываю, а отдаю тому кто пьет спиртное?
3. О запрете смотреть в небо во время дуа. Это только во время намаза, или даже просто когда делаешь дуа нельзя смотреть в небо? И можно ли смотреть в небо когда думаешь об Аллахе, и мысленно к Нему с чем то обращаешься?
4. Запрещено ли купаться в море, или в озере? Если запрещено из за того, что там есть возможность увидеть полуголую девушку, то можно ли ходить на море ранним утром и плавать, когда практически никого нет?
5. О запрете смотреть на намехрем. Говорят, что первый взгляд - твой. Так ли это? Означает ли это что если например рядом стоит девушка, и ты это знаешь, но не смотрел не нее, например слышишь голос, и что тогда можешь посмотреть на нее.
Ас саламу алейкум ва рахматуллахи ва баракатуху.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Təbii ki, olmaz. Çünki yalan və oğurluq haramdır. Siz başqa üsullara əl atın. Məhkəməyə verin, qanun çərçivəsində. Amma ondan icazəsiz bunu etmək və ya oğurluqla (necə sizə kimsə deyib). Onların İslamla heç bir əlaqəsi yoxdur.
2) Xeyr, belə olmaz. Siz onlarla borcunuzu qurtarın və sonra satın.
3) Yox, qadağan deyil adi dua etdikdə. Namazda olmaz. Amma belə məsələn, dua edirsənsə, baxırsansa, bir şey yoxdur. Sadəcə özünə vacib görmə ki, yuxarı baxasan. Lakin hərdən baxsan bir şey yoxdur.
4) Dənizə, gölə gedib çimmək olar. Sadəcə elə yerlər seç ki, orada naməhrəm olmasın.
5) Xeyr, baxmaq olmaz. Çalış çəkin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#123 Guest

Guest
  • Guests

Posted 29 April 2015 - 02:02 PM

Salam Aleykum. Seyx bir mesele meni cox naraat eliyir, rafiziler rahat mesciddere gedir oz "elm ehlinnen" suallari olanda soruwullar, bu barede rahatdilar, men dine teze gelmiwem ve cox isteyirem ki sizin ve diger elm telebelerinin derslerinde istirak eliye bilim nese sual olanda size muraciyet edim, duzdu e bu sayt var yaziriq, meselen siz ve diger elm telebeleri ixlasla.com saytinda dersler kecirsiz tovhidden ve diger movzulardan daniwirsiz ve orda insannar size qulaq asir, mende cox isterdim bele size qulaq asmaq. Bilirem heleliy dersder vermizsiz, ancaq adam bu rafizileri bele rahat gorende pis olur ki mesel ucun o gedir mescide ve ya diger bir yere soruwur, amma biz sayt vasitesiynen. Acigi men tovhidin ne oldugunu islamin ne oldugunu sizin derslerinizle oyrenmiwem ve arawdirmiwam ve cox isteyirem ki Azerbaycandaki Selefler daima elaqede olsunnar. Allah sizden ve diger elm telebelerinden razi olsun.amin. As Salam Aleykum va rahmatullahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulillah. Düzdür, rafizilərin nüfuzu, təsiri burda çox böyükdür. Çünki böyük bir qonşu ölkə var. Həmçinin də onlar ölkədə özlərini çox göstərirlər. Elə ab-hava yaranır ki, guya ki onlar çoxdur. Amma əslində bunlar səhv fikirlərdir. Onlar heç də çox deyil. Demək olar ki, sünnilərlə yarı-yarıyadır. Sadəcə bizə burada qərib kimi baxırlar. Amma eyib etməz. Bizdə öz işimizi bacardığımız qədər görürük. Amma düzdür, açıq-aydın, necə deyirsiz hər yanda dərslər və s. hal-hazırda mümkün deyil. İndi nə vasitələr var ondan istifadə edək. Forum var, hardasa dərs deyilirsə, əlhəmdulillah, saytlara qoyulur. Hələlik onlarla kifayətlənin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#124 Guest

Guest
  • Guests

Posted 29 April 2015 - 03:21 PM

salam aleykum
6-( Sübhdən qabaq iki, zöhrdən qabaq iki+iki=dörd, sonra iki, əsrdə heç nə yoxdur, məğribin fərzindən sonra iki, işanın fərzindən sonra iki.) siz burda deyirsiz esr namazinin sunneti yoxdur axi var esrden qabaq 4 ruket sunnet namazi var
7-qunut tutmaq deyende burda qunut duasini oxumaq nezerde tutulur he?qunut duasindan birini oxusaq kifayet olar?qunut duasini axumasaq da olar?

Cavab:6) O əlavədir. Ratibə sünnətlərdən deyil.
7) Qunuta adət etməyin. Çünki bu sünnədə bəzi hallarda gəlib. O da ciddi səbəb olub. O da camaat şəklində. Fərdi şəkildə belə məşhur deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
buna elave olaraq sualim var 1-teni esr namazinin ilk sunneti ratibe adlanir?ratibe ne demekdir?onu qilmaq olar?Peygember sallallahu aleyhi va sellem de qilib?
2-yeni qunut duasinimi demeyi adet etmeyim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əsrdə ratibə sayılmır. Ratibə - daimi, təyin olunmuş sünnətlərdir. Yəni tərk olunmamalıdır.
2) Bəli. Yəni, çünki qunut sünnədə daim gəlməyib. Hərdən gəlib. Ona görə. Bunu daim etmək sünnədən deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#125 Guest

Guest
  • Guests

Posted 29 April 2015 - 07:29 PM

Salam Aleykum. Seyx rafiziler deyir ki xeyir Allahtandi ancag wer yox. Ve aye getirirki size pislik ancag ozunuzden gelir, xahiw edirem delil getirerdiz xeyirin ve werrin Allahdan olmagina. As Salam Aleykum va rahmatullahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, o ayədə deyir pislik özünüzdəndir. Lakin ayəni davam etsən, orada deyilir ki, hər ikisi Allahdandır. Sadəcə ayəni axıracan oxumurlar, ona görə. "...Onlara bir yaxşılıq üz verdikdə: "Bu, Allahdandır!"– deyər, bir pislik üz verdikdə isə: "Bu, səndəndir!"– deyərlər. De: "Hamısı Allahdandır!".." (Nisa, 78).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#126 Guest

Guest
  • Guests

Posted 30 April 2015 - 09:54 PM

Salam aleykum.
1) Destemazinin pozulmamasini oyrenmek uchun alt palranin ustunnen bilmek olmur, uzr isteyirem cinsiyyetine yungul el vursa destemaz pozulmaz ki? Eger tam quru ve ya chox yu gul nemlik hiss ederse ve bu nemlik alt paltarina deymeyibse sadece eli ile hiss etse?
2) corab chox qalin deyil uzerinden mesh chekende ayaga nemlik kechir, yani nemlik hiss olunur, corab islabir. Destemaz sehih sayilir bele olanda?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər nəmlik hiss etmisinizsə, dəqiqləşdirin. Əgər nəsə çıxıbsa, o zaman dəqiq dəstəmaz pozulub.
2) Dəstəmaz səhihdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#127 Guest

Guest
  • Guests

Posted 30 April 2015 - 11:12 PM

Maide 6 ayede biru'sikumdaki bi zaiddir?Neye gore mesh yox yumaq lazimdir ayde buna delil qrammatik baximdan nedir?

Cavab:

"bi" hərfu-cərr`dir. Lakin buna baxmayaraq, "ərculəkum" hərfu-cərr`ə tabe deyil, yuyunan əzalara tabedir. Həmçinin tətbiqdə də Peyğəmbər elə edib. O göstərir ki, söhbət yumaqdan gedir.
Allah daha yaxşı bilir!


#128 taqlid

taqlid
  • Guests

Posted 01 May 2015 - 02:06 PM

Şeyx, 4 məzhəbdən hansını təqlid edim?

Cavab:

Təqlid etmək vacib deyil. Əslində təqlid etsəniz də, tutaq ki, məsələn, hənbəliyə, hənəfiyə. Siz əslən onların kitablarını oxuya bilməyəcəksiniz. Başa da düşməyəcəksiniz. Onsuzda siz məcbursunuz ki, sizə yaxın bir elm tələbəsindən soruşasınız. Ona görə təqlidi indi çox axtarmayın. Əsas bilən adamlardan soruşun, vəssalam. İndi o, bilən adam da hansısa bir məktəbə bağlıdır. Ya hənəfi məktəbinə və ya hamısına istinad edir, ən səhihini götürür. Vəssalam. Bax bu cür. Deyim ki, hansısa məzhəbə təqlid etməlisən - Elə bir şey yoxdur.
Allah daha yaxşı bilir!


#129 Guest

Guest
  • Guests

Posted 01 May 2015 - 02:09 PM

Цитата (sual @ 17 Apr 2015, 18:45)
As-salamu aleykum

Şeyx, Kamal Huseyndən elm almaq olar? Kamal Huseyn elm əhlidir?

As salamu aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Kamal Hüseyn qardaşımızdır, sələfidir. Bəli, ondan elm öyrənə bilərsiniz, qulaq asa bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Mən həm də sual verdim ki, Kamal Hsüeyn elm əhlidir?!
kimdən dərs alıb? Müəlimi kimdir.Harda oxuyub? Müəlliminin adını yazın.İcazəti var dərs demək üçün?

Cavab:

O, qardaşımızdır. Bizdən dərs alıb. Lakin əlhəmdulillah, Allahın dinində, dəvətdə çalışır. Hələlik belə mülahizə yoxdur. Bir şey olanda da məsləhət edir və ancaq bildiyini danışır. İnşəAllah, problem yoxdur. Bu cür problem yoxdur. Problem odur ki, oxumayıb, heç yanda olmayıb, məsələn, müəllimi də olmayıb, böyük məsələlərdən danışır. Məsələn, camaatı təkfir edir, hökm verir. Kamal Hüseyn belə sifətlərdən uzaqdır.
Allah daha yaxşı bilir!


#130 Guest

Guest
  • Guests

Posted 01 May 2015 - 08:22 PM

Şeyx, siz elm əhlisiniz? İslamın hanıs sahəsi üzrə ixtisaslaşməsınız? İxtisaslaşdığınız sahədə hansı elmi fəaliyyətinoz var? Məsələn elmi məqalə və kitab.Hansı ki sizin bu sahədə mütəxəssis olmanıza işərt etsin

Cavab:

Mən elm əhli deyiləm, mən sadəcə elm tələbəsiyəm. Belə böyük bir xidmətim yoxdur. Əsas indi dəvətlə məşğulam. Bacardığımı edirəm. Vəssalam.
Allah daha yaxşı bilir!


#131 Guest

Guest
  • Guests

Posted 01 May 2015 - 09:06 PM

As salamu aleykum varahmatullahi va barakatuh. sheyix bir baci var cahil vaxti zina edib.sozde sevdiyi insan bunu aldadib. bular ayriliblar. baci elhamdulillah tovbe edib.hicabdadi.selefi eqidesindedi. ama cox ozune qapanir..cox pesmandi. her gun aglayir. namazini qilir, orucunu tutur. zikrlerde edir. elhaamdulillah quranda oxuyur. ama ele bil her seyden kusub. hec vaxt evlenmeyeceyini deyir..hec kimi aldata bilmerem deyir..desemde hec kes qebul etmez deyir. bele dusunmesi dogrumu? yeni duzdu cox boyuk gunah edib.. ama evlenmek bununda haqqidi. sheyix xaish edirem bir meslehet vererdiz..
As salamu aleykum varahmatulahi va barakatuh.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Evlənmək həm oğlan üçün, həm qız üçün vacib məsələlərdən biridir. Sadəcə o, nəfsi baxımdan əziyyət çəkir. Özünü islah etsin, müalicə etsin. Həm həkim cəhətdən, həm ruqyə cəhətdən. Belə fikirlər də düzgün deyil ki, mən evlənməyəcəm. Belə qalmaq da düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#132 Guest

Guest
  • Guests

Posted 02 May 2015 - 09:33 PM

Şeyx, müsəlman üçün dini yaşamaq harada daha rahatdır? İŞİD-in ələ keçirdiyi torpaqlarda, yoxsa Azərbaycanda?

Cavab:

Təbii ki, İŞİD-in ələ keçirdiyi torpaqlardansa, Azərbaycanda yaşamaq yaxşıdır. Çünki yaşayışda müsəlman üçün vacib olan məsələlərdən biri əmin-amanlıqdır. Və həmçinin, aydın olan bir şey, müvəqqəti olan bir şey yox. Siz sadəcə İŞİD-in o şüarlarına aldanmayın. Yaşadığın yerdə əlhəmdulillah sakit ibadətini edirsən, Allaha şükür elə ki, dükana çörək almağa getdikdə, bilirsən ki, bomba düşməyəcək. Və ya yoldaşın həyətə çıxanda bilirsən ki, (necə ki, Liviyada) oğurlamayacaqlar və s. Allaha şükür elə.
Allah daha yaxşı bilir!


#133 azerxelil

azerxelil

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:baku
  • Interests:islam

Posted 02 May 2015 - 11:23 PM

Salam aleykum va rahmatullahu va barakatu!
elimde bir az pul var ,amma isteyiremki yaxwi mawin alam, onun ucunde bir neferden borc pul gotururem, men goturmekle duz eleyirem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ehtiyac varsa və borcu qaytara biləcəksənsə, eləyə bilərsən. Çünki bil ki, borc ağır məsələdir. Əgər qaytara biləcəksənsə, bu söhbətə gir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

..............................

#134 Guest

Guest
  • Guests

Posted 03 May 2015 - 03:10 PM

Salam aleykum. Men bir yere getmishdim orda divarda bashqa dinin ayeleri, mence xristian yazilari yazilmishdi rus dilinde ve oranin sahibi de rus idi. Dini yer deyil tedris yeridi. Men ozumu chox pis hiss etdim ve bu teessuratimi yaxin adama danisdim dedi ne olsun he ne olsun. O da dindi de. Isa peygember sechilmishlerden olub. Men dualarimda onu da yad edirem. Siz ne deye bilersiz onun fikri dogrudur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu düzgün fikir deyil. İsa peyğəmbər, bəli, seçilib, peyğəmbər olub. Lakin xristianlar İsa peyğəmbəri düzgün qəbul etməyiblər. Ona görə onların bu əqidəsi küfrdür. Allah Təalə bu əqidəni Qurani Kərimdə küfr sayıb. Ona görə belə şeylərə inanmaq lazım deyil. Allah Təalə buyurur: "Onlara bir yaxşılıq üz verdikdə: "Bu, Allahdandır!"– deyər, bir pislik üz verdikdə isə: "Bu, səndəndir!"– deyərlər. De: "Hamısı Allahdandır!"" (Maidə, 73).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#135 Guest

Guest
  • Guests

Posted 03 May 2015 - 09:58 PM

Salam Aleykum. Kafirden (qonsu, is yoldasi,tanidiqim biri) geyinilmis( ozune tezesini aldiqina gore ya da daha eynine olmur )(pulnan ya pulsuz)paltari alib geymek olarmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar. Bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#136 Guest

Guest
  • Guests

Posted 04 May 2015 - 08:22 AM

Salam aleykum,

Politoloq Vafa Quluzadəni necə tanıyırdınız? Deyilənə görə ömrünün son illərində ciddi şəkildə İslama meyl etmişdi..

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İslama meyl etməyi dəqiq deyil. Amma, inşəAllah, oğlu müsəlman idi, namaz qılan idi, belə tanıyırdıq, yaxşı insan idi. Həmçinin özünü də yaxşı insan kimi tanımışıq. Vəssalam. Allah onu bağışlasın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#137 Guest

Guest
  • Guests

Posted 04 May 2015 - 02:04 PM

Salam aleykum!

Bir qadin xeylagi xaricden lotoreya udanda ordan ondan xarici pasportun kopyasini isteyende o yollaya biler o pasportun kopyasini baxmayaraq ki orda sekil var.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ciddi ehtiyac olsa, bunu etmək olar, amma unutmayın ki, lotereya qumardır və haramdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users