Jump to content


Photo

01 июня 2015 года


  • This topic is locked This topic is locked
85 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,151 posts

Posted 04 May 2015 - 02:39 PM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, iyunun 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го июня можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 04 May 2015 - 04:13 PM

Ас саламу алейкум ва рахматуллахи ва баракатуху.
1. Верно ли утверждение что пророк Мухаммад ( салаллаху алейхи ва саллам ) был сотворен раньше всего, еще до создания небес и земли и до Адама и был в виде нура?
2. Можно ли совмещать зухр и аср намазы после того как истекло время зухра и идет время аср намаза? И также магриб и иша намаз совмещать во время иша намаза? И если вижу что могу не успеть на зухр, то уже сделать намерение что совмещу зухр с асром, и зухр не будет как каза намаз?
3. Если проспал сухур, то можно ли не поститься в этот день, в связи с тем, что будет сложно ждать до ифтара? И потом за этот день держать только один день поста а не 60.
4. Если выбирать один из двух дополнительных постов, по понедельникам и четвергам, и каждое 13,14,15 числа по мусульманскому календарю, то какой предпочтительнее? И можно ли держать оба эти дополнительных поста?
5. Сура 38, аяты 23-24. Пророк Дауд ( мир ему ) раскаялся потому что не выслушав второго сразу же вынес решение, или что у него было 99 жен и он чтобы жениться на еще одной, которая была замужем, отправил ее мужа на войну, и когда тот умер, он женился на ней?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bu səhih deyil. Bu uydurmadır.
2) Elə olar. Amma bir şərtlə ki, zöhrün vaxtı çıxmasın. Həmçinin məğribin vaxtı çıxmasın. Amma daimi belə etmə.
3) Nafilədə edə bilərsiniz. Amma Ramazan orucunda yox.
4) Birinci, dördüncü günə üstünlük verin. O birisini də imkan varsa, tutun. Hər ikisini tutsanız, əlbəttə daha yaxşı olar.
5) Birinci səbəb səhihdir, ikinci səbəb yox.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 Guest

Guest
  • Guests

Posted 05 May 2015 - 12:21 AM

Mən sənə sual yazdım ki, nəyə əsasən sən deyirsən ki, cümə barədə ayə nazil olanda Mədinə darul küfr idi?

Cavab:

Mədinə darul kufr idi, nə üçün? Çünki əhali ilə götürülürdü. Oraya bəzi səhabələr hicrət etmişdilər. Vəssalam. Amma belə nə Peyğəmbər orada idi, nə artıq müsəlman höküməti qurulmuşdu, çoxluqda müsəlman deyildi. Xüsusən xəvariclərin əqidəsinə görə ora darul kufr idi. Orada şəkk yoxdur. Hətta bunu bizdə deyirik. Ona görə. Kim ki, bunu dəlil gətirirsə ki, guya ki, darul kufrdə cümə qılınmaz. Bu əksinə onlara rəddir. Hətta başçı olmadan belə, hətta darul kufr olmağına baxmayaraq, peyğəmbər onlara dedi ki, cüməni qılın.
Allah daha yaxşı bilir!


#4 nicat

nicat
  • Guests

Posted 05 May 2015 - 08:02 PM

As salamu aleykum va rahmatullahi va barakatuhu
Men ozum ucun bir meseleni aydinlasdirmaq isteyirem. Men sizi ne insani keyfiyyetlerinize gore, ne exlaqiniza gore, ne danisiq terzinize gore nede ki bir elm ehli olaraq beyenmirem. Ve dinimi size etibar etmirem. Ve size qulaq asmiram. Kimsede qulaq asanda hecne demirem sadece Adile, Osmana, Omere, Qabil Shukurova, Rinata, Abu Yahyaya ustunluk vermelerini nesihet edirem ve ozumde dinimi onlara etibar edirem. Sualim budurki men meger buna gore problemliyem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, problem deyil. Narahat olma. Sənin öz işindir. Qulaq asma.. Qeyd etdiklərin çoxusu salamatdır, yaxşıdır. Problem yoxdur, mənə qulaq asma. Amma onlara qulaq as. Sənin halında qəribədir. Deyirsən qulaq asmıram. Amma özün burada məndən soruşursan.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Ummu Aishe

Ummu Aishe
  • Guests

Posted 06 May 2015 - 07:37 PM

assalamu aleykum sheyx.size bir sualim var.sheyx men niqab geymek isteyirem amma heyat yoldashim buna qarshidi.sheyx men bunda ona itaet etmeliyem ya yox?Allah sizden razi olsun ve elminizi artirsin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu məsələdə həyat yoldaşınla mübahisə eləmə. Çünki niqabın fərz olub-olmamağı alimlər arasında ixtilaflıdır. Bu məsələdə ərivə tabe ol. Təbii ki, taxsan daha gözəl olar. Amma ərin etiraz edirsə, buna görə mübahisə etmə, ərivə asi olma.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Guest

Guest
  • Guests

Posted 07 May 2015 - 12:42 AM

Salam aleykum! Gecenin ucde biri nece hesablanir ? Tam yazardiniz

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məğriblə sübhü götür, üç hissəyə böl. Son hissəyə daha üstünlük ver.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 [email protected]

[email protected]

    Пользователь

  • Пользователи
  • Pip
  • 5 posts

Posted 07 May 2015 - 01:51 PM

Salam aleykum Sheyx... 1. Hz. Eli ve Hz Fatime neslinden gelenler seyiddiler? 2. Sehabeleri, aiseni soyen dinnen cixir yeni kafirdir? 3. Peygemberler irs qoyur? Quranda varki suleymani davuda varis etdik sehv elemirmse beledi burda hansi irsden sohbet gedir? 4. Cemel savasinha haqq kimiydi batil kim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yalnız bunlar deyil. Ümumiyyətlə əhli-beytlə kimin əlaqəsi varsa, seyyid demək olar. Əhli-beyt bir dənə onlar deyil ki. Abbasın ailəsi əhli-beytdəndir, Cəfərin də, Aqilin də. Bəli.
2) O, zındıqdır. Amma əgər avamdırsa, dindən çıxmır.
3) Peyğəmbərlərin irsi nubuvvətdir, hikmətdir, elmdir. Amma Davudun irsi qoymağı peyğəmbərlikdir. Çünki Davud (aleyhissəlam)ın oğlanları, qızları çox idi. Çünki yaddan çıxarmaq lazım deyil ki, o vaxt onlarda zövcələr çox idi. Buna baxmayaraq Allah Təalə dedi ki, Davud miras verdi. Əgər malın bütün hamısını Süleymana veribsə, maldırsa, düzgün deyil. Çünki başqa oğlanları da var idi. Onda ədalətsizlik çıxacaq. Deməli nəsə xüsusi miras edib ona. O da peyğəmbərlikdir.
4) Orada haqq-batil söhbəti getmirdi. Orada sadəcə Talha, Zubeyr, Aişə gəldilər, xəvariclərin bir qismini öldürdülər. Sonra Ömərin qaynatası Əli ibn Əbi Talib çıxdı ki, belə etməyin. Və razılaşdılar ki, qayıtsınlar. Xəta xəvariclərin idi. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 ummu Ammar

ummu Ammar
  • Guests

Posted 07 May 2015 - 02:57 PM

Assalamu aleykum. Mənim dayım arvadıyla 9 il əlaqəm kəsilmişdi və təzəlikcə əlaqə yaranıb. Tövhidə də ara sıra dəvət edirəm. Neçə gün qabaq mənə dedi ki axşam sizə gələcəm yoldaşınla da tanış olaram (qohum kimi). Gəldi, tanışlıq oldu, az-maz dəvət də getdi. mən sevindim ki qoy gəlsin görsün ki saqqallılar pis insan deyillər. Həqiqətən də yoldaşımı çox bəyəndi. Sualım budur ki haram iş görmüşük? çün ki bir bacı mənə dedi ki gərək deyərdin islamla olmaz və tanış edib başqa otaqda saxlayardın dayın arvadını. Mən isə düşünürəm ki bu hikmətsizlik olardı cahilə qarşı. qeud edim ki dayım arvadı zövcümdən 10 yaş da böyükdü. Suzcə doğru hərəkət islama uyğun necə olmalıydı? Axı dəvətdə hikmət olmalıdı?
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər halda naməhrəm olduğuna görə hicablı, örtülü olubsa, sual veribsə, eyib etməz. Amma hər halda xeyir, əlhəmdulilləh. artıq keçdi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Guest

Guest
  • Guests

Posted 08 May 2015 - 12:20 PM

salam aleykum
1 meni ile mezinin ferqi nedir?
2-bir erkek bir qadina baxanda sehvet hissi kecirerse ve bu hiss esnasinda ifrazat gelerse bu zaman qusl pozulur?
2.1 eger pozulmursa onda oz ozunde fikirlesende sehvet hiss gelerse rahat bu hissi yasaya biler yeni qusl pozulmursa eger
3 eger qadin durduqdan sonra paltarinda yasliq hiss elemedi amma ele bil ki gelib sadece belkede paltarina deymeyib bele olanda qusl pozulur?
3.1 bir az kecdikden sonra gelir ele bil ki uzanmis veziyyetde gelmir ayaga durub bir az hereket etdikden sonra gelir bele olduqda qusl pozulur?
3.2 hem belke adi ifrazatdir bunu nece bilsin? bele olanda teyemmum elesin?
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Məni çox çıxır, şiddətlə çıxır. Amma məzi isə şəhvətdən sonra azca islanır.
2) Xeyr, az gəlsə məzidir. Çox gəlsə isə mənidir. Mənidirsə, qüsl pozulur.
2.1) Belə şeyləri çox fikirləşməsin. Amma məzi gəlsə, yəni az həddə, bəli, dəstəmaz pozulur. Qüsl yox.
3) Əgər dəqiq gəlsə, onda pozulur.
3.1) Əgər gəldisə, az gəldisə, yenə deyirəm qüsl pozulmur, o məzidir. Dəstəmaz pozulur.
3.2) Xeyr, təmizlənib dəstəmaz alsın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 [email protected]

[email protected]

    Пользователь

  • Пользователи
  • Pip
  • 5 posts

Posted 09 May 2015 - 05:22 AM

Salam aleykum. 1.bidet ehli dedikde kimleri nezerde tutursuz? 2. Deyirsiz sielikde qrupnan nebilim ne sige var sorusmaq ayib olmasin bunu hardan oxuyubsuz? Gelin hec olmasa yalan danismiyeq exi. Bele bisey yoxdu axi
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Kim ki, Quran, Sünnə və sələfin fəhminə, mənhəcinə müxalifdirsə, onlar bidət əhli sayılır.
2) Düzdür, o barədə fətvalar var. Ümumiyyətlə şiə məzhəbində siğənin növləri var. Məzar yanında və s. İnşəAllah, qabağıma çıxsa qoyaram. Sadəcə bu böhtan deyil. Elə başa düşməyin ki, böhtan atıram. Bunu özüm oxumuşam. İmamlardan, məsdərlərdən. Həmçinin qruppavoy, yəni camaat şəklində siğə..
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 Guest

Guest
  • Guests

Posted 09 May 2015 - 12:40 PM

Salam aleykum. Mende saat var otagimda minare formasinda. Azan sesi de verir ancaq men sesini sondurmushem. O saat yaxshi ishlemir. Onu zibile ata bilerem? Bir defe dediz ki, qir sonra at. Amma elim gelmir axi onu qirmaga bashaa nece edim?
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ata bilərsiz. Ya da yandırın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#12 Guest

Guest
  • Guests

Posted 09 May 2015 - 05:19 PM

Ас саламу алейкум ва рахматуллахи ва баракатуху.
Раньше можно было заучивать суры Корана находя в интернете транскрипцию слов либо русскими либо латинскими буквами. Но в последнее время практически невозможно найти, и даже в одном из сайтов автор который раньше вставлял транскрипцию Корана удалил все и просил удалить всех кто взял что то от него, ссылаясь на то, что учить Коран посредством транскрипции запрещено, и что ученые и комитет запретил так заучивать. Разве это так? Тогда выходит что и дуа учить на арабском посредством транскрипции нельзя? Ведь тогда что делать тому кто хочет начать совершать намаз и должен как минимум знать фатиху и остальные слова в намазе? Да и ведь для того, чтобы изучать арабский язык буквы читаются через транскрипцию.
Ас саламу алейкум ва рахматуллахи ва баракатуху.
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Quranı başqa hərflərdə oxumağı özünüzə öyrəşdirməməyiniz düz fikirdir. Amma Fatihə isə, balacadır. Burada bütün Quran qəsd olunur. Amma Fatihə başqa hərflərdə yazılıbsa, onu oxuya bilərsiniz. Hətta namaza başlamaq üçün. Amma bütün Quranı o hərflərdə oxumaq olmaz və çalışın ərəbcə öyrənin. Çox rahatdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 sunni_selefi

sunni_selefi
  • Guests

Posted 09 May 2015 - 06:51 PM

Əssələmu aleykum və rəhmətullah! Allah razı olsun qardaş, bundan əvvəlki sualımı cavablandırdınız. Mənim üç sualım olacaq. 1) Qardaş mən hər gün çoxlu dərslər dinləyirəm, Quran dinləyirəm istər ərəbcə istər ana dilimizdə... İnternetə girəndə də dini saytlara girirəm... Və özümün də dini elmə marağım və həvəsim var... ne qeder ders dinlesem demək olar ki, bezmirəm.... Amma di gəl ki, günahdan əl çəkə bilmirəm... Günah-günah dalınca... elə bil heç dəsrlərdən imanım artmır... hər yer fitnədi... namussuzluq qeyrətsizlik baş alıb gedir, həm özlərini günaha salırlar. həm də bizi.... mən neyləyim günahdan qurtulmaq üçün? heç cür bacarmıram.... çünki mənə bu şeylər təsir eləmir 2) Bizim evdə mehribanlıqla əlaqəli bəzi problemlər var... atam və anam arasında. atam yazıq anamı haqsız danlayır... anamın bir az halı yaxşı olan kimi atam onun kefinə soğan doğrayır.. Daha yazığım gəlir anama... Atamın qəlbi də daş kimidir... İnanın daha atama qarşı çox soyuyuram... onunla söhbətdən qaçıram... bəzən ürəyimdə onu danlayıram... anamı necə müdafiə edim? Qorxuram atama qarşı haqsızlıq edəm və haqqını tapdalayam.... 3) Ramazan yaxınlaşır. mən abituryentəm.. inşəAllah oruc tutacam, amma həddən artıq vəziyyətim pis olsa orucumu aça bilərəm? Həddindən artıq dərs oxuyuram və qorxuram qidasızlıq məni zehnimi korlayar... bu barədə mənə güzəşt varmı?
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bu günahların olmağı sizi məyus eləməsin. Günahlar həmişə olub, olacaq. Sadəcə siz özünüzü qoruyun, özünüzü o günahlardan çəkindirin. Əsas budur.
2) Siz atanızın yaxşı vaxtında atanızla danışın, nəsihət edin, bildirin ki, o da anadır. Bildirin ki, onun hərəkəti sizə çox pis təsir edir. Və xahişlə deyin ki, eləməsin.
3) Lap pis olsa, hə. Amma belə bacardıqca tut.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Guest

Guest
  • Guests

Posted 09 May 2015 - 07:17 PM

Əssələmu aleykum. Qardaş aşağıdakı hədisə siz belə cavab vermisiniz: "Bunu qəlbi xəstələr düzgün başa düşməyiblər, lap tutaq ki, elə istədikləri kimidir, niyə Kuleynidə peyğəmbərimizin (sallALLAHU 'aleyhi wa sallam) əbu Talibdən süd əmməsinə gülmürlər?" - Əxi Siz rafizilərin kitabına tənə etdiniz, lakin biz yaxşıya baxıb özümüzə nümunə götürürük. Yəni buna cavab verək, sonra rafizilərdan sitat gətirək. Mənə elə gəlir ki, sizin yazdığınız cavab özü şübhə doğurur ki, qaldı ki şübhəyə cavab olsun... Allah rızası üçün aydın cavab verin. Allah razı olsun!

Bunu necə başa düşək? Yəni Sehle kişidirsə kişiyə necə süd əmdirə bilər? Qadındırsa necə naməhrəmə soyunub süd verə bilər?
Səhihi Müslim"dir. işarələnilmiş yerdə bu ifadələr var:

باب رضاعة الكبير
Böyük insanın süd əmməsi babı

حَدَّثَنَا عَمْرٌو النَّاقِدُ وَابْنُ أَبِي عُمَرَ قَالَا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ جَاءَتْ سَهْلَةُ بِنْتُ سُهَيْلٍ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ إِنِّي أَرَى فِي وَجْهِ أَبِي حُذَيْفَةَ مِنْ دُخُولِ سَالِمٍ وَهُوَ حَلِيفُهُ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَرْضِعِيهِ قَالَتْ وَكَيْفَ أُرْضِعُهُ وَهُوَ رَجُلٌ كَبِيرٌ فَتَبَسَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ قَدْ عَلِمْتُ أَنَّهُ رَجُلٌ كَبِيرٌ زَادَ عَمْرٌو فِي حَدِيثِهِ وَكَانَ قَدْ شَهِدَ بَدْرًا وَفِي رِوَايَةِ ابْنِ أَبِي عُمَرَ فَضَحِكَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
…Aişə r.ə belə demiş: Sehle b. Süheyl Rəsulullaha s.a.a gələrək: "ya Rəsulullah! Mən Əbu Huzeyfenin azadlısı Salimin yanıma girməsindən Əbu Huzeyfenin üzündə məmnunsuzluq görürəm" dedi. Rəsulullah s.a.a "onu əmizdir!" buyurdu. Sehle "Böyük adam olduğu halda onu necə əmizdirərəm?" dedi. Bunun üzərinə Rəsulullah s.a.a gülümsədi və: "Onun böyük adam olduğunu bilirəm." cavabını verdi.

Müslim, "əs-Səhih", 2/1076, Südə əmmə kitabı, hədis 1453

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, bu fiqhi məsələdir. Və Aişə (Allah ondan razı olsun) bunu caiz görürdü ki, olar. O da qadınlar arasında alim idi. Lakin o biri səhabələrə müvafiq deyildi. Burada söhbət birbaşa deyil. Burada söhbət sığıb, südü vermək. Burada məqsəd budur. Lakin bu rəy əhli-sünnədə mötəbər sayılmır. Lakin burada söhbət ondan gedir ki, (siz ola bilər o məsələni tutmamısınız) rafizilər bunu gətirib bizdə eyib göstərmək istəyirlər. Əgər bu onlara görə eyibdirsə, onların kitablarından bundan da eyibləri var. Yəni ona görə misal gətirirəm. Mən sadəcə bildirmək istəyirəm ki, o şiə ki, əhli-sünnəyə qarşı danışır, onun öz kitablarından xəbəri yoxdur. Bilsəydi danışmazdı.
Ümumiyyətlə, mən təəccüblənirəm o firqədən ki, hansı ki, onların özlərində də bu məsələ var və hətta bundan da dəhşətlidir, bunlar isə bundan eyib edirlər.
Bu məsələyə onların mövqeyi iki səbəbdən ola bilər: ya onlar özlərində bu məsələnin mövcud olmasından bixəbərdirlər, ya da məlumatı olmayan Əhli Sunnə adamlarını aldatmaq və ya şübhəyə salamq istəyirlər.
Bu məsələyə aydınlıq gətirmək üçün deyirəm:
Bu məsələni Əhli Sunnə özündən çıxarmayıb. Bu məsələni peyğəmbər (s.a.v.) özü deyib. Hədisin özünü oxusanız səbəbini görəcəksiniz, o vaxt ki, Səhlə (r.a.) Səlimi (r.a.) oğulluğa götürmüşdü və artıq Səlim (r.a.) böyümüşdü. Səhlənin (r.a.) yoldaşı peyğəmbərdən (s.a.v.) bu barədə soruşanda dedi ki, “qoy Səhlə ona süd versin və sonar da onun yanına rahat girib çıxa biləcək. ” Yəni məhrəm olacaq. Bu hədisi müxaliflər belə başa düşürlər ki, məqsəd birbaşa qadının döşündən süd əmməkdir. Bu isə çox qəribədir. Çünki, məsələn, əgər onlar eşitsələr ki, kimsə səhər inək südü içib, onlar elə başa düşəcəklər ki, o kimsə gedib fermaya əyilib inəyin altına əmziyindən birbaşa süd içib? Təbii ki, bu gülüncdür. Xüsusən də biz biləndə ki, peyğəmbər (s.a.v.) qadının həmin yerlərinə baxmağı qadağan edib və hətta qadınla əllə görüçməyi qadağan edib. Necə ola bilər ki, başqa bir hədisdə desin ki, get qadının döşündən süd əm? Təbii ki, bu fikir batildir. Sadəcə hədisdə məqsəd odur ki, Səhlə (r.a.) döşündən südü qaba çıxarsın və Səlim (r.a.) də ordan içsin. Bir sözlə, hədisdə birbaşa döşdən süd əmməkdən söhbət getmir.
Ümumiyyətlə, bu barədə alimlərin üç rəyi var:
1. Bu məsələ yalnız Səlimə (r.a.) xasdır və başqasına aid ola bilməz.
2. Bunun hökmü nəsx olunub (yəni şəriət tərəfindən qüvvədən düşüb)
3. Hökmü qalıb
Alimlərin böyük əksəriyyəti ikinci rəyə üstünlük verir. Buna Qurandan dəlil də var – “Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!” (Bəqərə, 233). Həm də Səhih Buxaridə bir fəslina dı belədir: “İki il süd əmdikdən sonar süd əmmək sayılmır”. Bu hədis də Aişədən (r.a.) gəlir.
Bu məsələ onların öz kitablarında da mövcuddur:məsələn, Vəsail əl-Şiə, 20/403; İstibsar (Tusi), 3/201; Tahzibu əl-Əhkam (Tusi), 7/321 (Nikah bölümü)…
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 mirze mammadov

mirze mammadov
  • Guests

Posted 09 May 2015 - 08:39 PM

Salam aleykum seyx quran oxuyub qutarandan sonra dua(umumi) etmak olar va yada har hansi zikr var?mas zikr etmak olar? man masalan har quran oxuyandan sonra bu zikri ediram (subanallah va bihamdi va lailaha illallah and astagfiri va atubi ileh)sayx yazilis da sahv var duzalis edinda .Allah razi olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunu etmək olar, bəli.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 0000

0000
  • Guests

Posted 10 May 2015 - 01:54 AM

salam alekum wokalatlar barde melumatniz varmi onlarin terkibinde konyak ve s kimi seyler isdifade olunur bunan cekinmek lazimdi yoxsa nece edeki rusiyadan ukranyadan ves kimi olkelerden gelir terkibi qatisiqdi zehmet olmasa aciqlama verin 1 Gundelik telebat olan erzaqlar barede meselcun pendirler yaglar ve s kimi seyler yoqort hettdaa marojnalarda bele isdifae olunan donuz yagi haqqinda melumatiniz varmi? cekinmeye deyer? yohxsa Hecne olmaz?3 men parfumla etir duzeldirem isdfade de edirem parfumu satanlar deyirlerki bu spirtle ferqlenir ama yenede spirt varde mence terkibinde bu barde etrafli genis melumat istiyirem foruma buraxmasaniz birde sual yazmayacagam salam alekum rahmatullah va barakatuhu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Maye halından çəkinin. Amma tərkibindədirsə, problem yoxdur.
2) O da həmçinin. Əgər tərkibindədirsə, problem yoxdur, yəni bir müşkül yoxdur.
3) Bu da həmçinin tərkibində spirt olmağında bir şey yoxdur. Sadəcə bəzi alimlər duxu barədə danışıblar. Spirtsiz ola ola, spirtlilərə üstünlük verməmək barədə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 Mursad

Mursad
  • Guests

Posted 10 May 2015 - 06:29 PM

Assalamu aleykum ve rahmatullahu ve barakatuhu
Allah sizden razi olsun exican meni narahat eliyen meseleler varki
1) Men nishanlanmisham amma bildiyime gore kebinsiz nishanlimla goruse bilmerem ve helede mencun o namehremdir bu duzdurmu?
2) Kebin nece olur,kimler istirak etmelidir ve kimin yanina getmeyi meslehet bilirsiz?
3) Iwde mudir muavini ateistdi, ne qeder uzaq olmaga calishsamda iwim yene onnan kecir.Coxmu gunah qazaniram onnan iw baresinde meslehet almaqla?
4) qadinlarla kiwilerin namazlari arasinda ferq varmi,olardami azan ve iqame vermelidirler?
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəli, əsas kəbin lazımdır. Amma əgər valideyn kəbinə məsələn, toya yaxın edərik və s. deyirsə, belə görüşə bilərsiz. Amma xəlvətdə olmayın. Belə vəziyyətdə. Amma imkan varsa kəbin kəsin.
2) Kəbin əsas qız tərəfdən atası, əmisi, qardaşı. Ata tərəfdən bir kişi xəylağı. Birdə iki şahid olur. Onlar iştirak edirlər. Sonra razılıq bildirilir, mehr təyin edilir.
3) Xeyr, kafirlə işləmək olar.
4) Xeyr, bir dənə paltardadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 azeturkselefi

azeturkselefi
  • Guests

Posted 10 May 2015 - 07:30 PM

salam aleykum, exican... Suallara cavab cox gecikir. Biz sizi basa dusuruk, vaxtiniz azdir, amma suallara gunde 5-6 deqiqe vaxt ayirsaniz ne qeder sual cavablanmis olar...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Razıyam, Allah razı olsun. Amma mən ancaq danışıram. Burada yazan qardaşlar da var. Elə olur mənim vaxtım olmur, elə olur onların vaxtı olmur. Axırı elə olur ki, ikimizdə vaxt tapıb cavab veririk.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 Guest

Guest
  • Guests

Posted 11 May 2015 - 10:42 AM

Salam aleykum. Menim ozume bu suallar verilir cavabini vere bilmirem hem de mene de maraqlidi. Xahish edirem cavablandirin aydin shekilde.
1) Neye gore Allah teala Qurandan once kitablar endirib ancaq onlari qorumayib? Bu sual ondan yaranib ki, Incili, Tovrati oxuyan adamlar var ele vurguncasina ordaki yazilardan danisirlar ki, men de irad tutanda deyirler ki, onu da Allah endirib de ne dexli var dini kitabdi.
2) Neye gore diger din numayendeleri kafirdiler?
Bu barede men deyende danlayirlar deyirler ki, olarin da peygemberleri olub, her dine hormetle yanasmaq lazimdi. Eger yaxshi din olmasaydi Allah yaratmazdi o dinleri de.
3) Xristianla dostluq etmek olar? O qonaq gelerse istese kilselerine aparmaq olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Onları qorumağı vəd etməmişdi. Onları öz qövmlərinə göndərmişdi ki, bu Allahın kəlamıdır. Lakin qövm dəyişdi, o da onlara maneə olmadı. Amma Quranı axırıncı kitab olduğuna görə vəd verib.
2) Peyğəmbərləri olub, düzdür. Muhəmməddə (sallallahu aleyhi va səlləm) peyğəmbərlər silsiləsində gələn peyğəmbər idi. Ona görə ona tabe olmaq vacib idi. Onu qəbul etmədiklərinə görə kafir oldular.
3) Dostluq yox, tanışlıq etmək, münasibət qurmaq olar. Xeyr, kilsələrinə aparma.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 Guest

Guest
  • Guests

Posted 11 May 2015 - 11:03 AM

Salam aleykum. Men subay baciyam. Gece yari yuxulu yari oyaq qeyri ixtiyari istimna etdim ve cunub oldum. Oyandim ki, hem de Heyz olmusham. Men bilirem gunah etdimishem ozu de tovbeliydim, ancaq yene deyirem qeyri ixtiyari oldu. Heyzin bitmeyini gozleyim yoxsa indiden cenabet quslu verim? Gunahim uchun dua etmek isteyirem. Nece edim? Cunublu olaraq dua qebul olub bagishlanaram?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Gözləyin. Heyz bitdikdən sonra iki qüsl alarsınız. Birinci heyzdən sonra, ikinci cənabət.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#21 Guest

Guest
  • Guests

Posted 11 May 2015 - 02:49 PM

Salam aleykum. Eger bir ermeni gorsem menden komek istese ve ya gorsem ki komeye ehtiyaci var, en azi ona su vermek lazimdi heyati tehlukededi, ona su vermek olar? Komek etmek vacibdi, yoxsa dushmenimizdi deyib olsun?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Kömək edə bilərsiniz. Düzdür, əgər döyüş meydanında döyüşçüdürsə, öldürə də bilərsiniz, əsir götürə də bilərsiniz. Amma belə sülh adamıdırsa və ya döyüş bölgəsində olmayan bir ermənidirsə, tutaq ki, başqa ölkədə. Səndən su istəyirsə, ver. Burada bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 Guest

Guest
  • Guests

Posted 11 May 2015 - 03:39 PM

Salam aleykum. Men Avropa oyunlarinin achilishina getmek isteyirem maraqlidi. Gede bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, bu məsələdə azadsan. Amma təbii ki, ola bilsin orada şəriətə müxalif şeylər olsun. Musiqi və s. Ona görə çəkinsən daha yaxşıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#23 Guest

Guest
  • Guests

Posted 11 May 2015 - 08:52 PM

Salam aleykum!
1 Evde itsaxlayanda melekler o evden qacir. Itlerde ne var ki ele. Onlar cin seytandirlar yoxsa nece tam etafli aciq sekilde basa sala bilersiz?. Hetta pisiyede cin girir amma pisik saxlamaq olar. Bes it niye olmaz saxlamaq. Daha etrafli aciq sekilde yazardizda.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onlar cin, şeytan deyillər. Onlar heyvandır. Sadəcə cin onların surətinə girə bilər. Əsasən qara itin. Amma heyvanların hamısına cin kimi baxmaq lazım deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#24 [email protected]

[email protected]

    Пользователь

  • Пользователи
  • Pip
  • 5 posts

Posted 11 May 2015 - 10:08 PM

Salam aleykum ve rehmetullahi ve berekatuh.. 1)Ali-imran 28, Gafir 28, Nehl 106. Eger teqiyye yoxdursa bes bu ayedekilerdeki nedir? 2) kisi qadin paltari geyine biler?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Onlar təqiyyə deyil. Onlar zərurət halındadır. Həyat ölüm söhbətinə aiddir. Alimlər belə deyirlər. Amma belə hər bir müsəlmana heç nədən təqiyyə etmək və s. ona aid deyil.
2) Kişi qadın paltarı geyinə bilməz. Həmçinin də qadın da kişi paltarı geyinə bilməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#25 Guest

Guest
  • Guests

Posted 12 May 2015 - 01:10 PM

Salam aleykum!
Kecen gun internetden oxudum bir nefer kisi gelecekden kecmise qayidib. Yeni 2256 ci ilden gelib. Polis de 2009 cu ilden o terefe onun haqqinda melumat elde ede bilmeyib.Dogurdan da mi bele bir sey ola biler? . Bizim bilmediyimiz sirler coxdur heyatda.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə şey yoxdur. Bu Hollivud kinolarında, Amerikan kinolarında olur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#26 Guest

Guest
  • Guests

Posted 12 May 2015 - 01:13 PM

Salam aleykum!
Bele bir hedis var? Kisi denize girib denizden cixdiqdan sonra qadin olur. Evlenir usaqlari olur. Sonra bir gun yene denize girib denizden cixir kisi olur. Sanki ele bil bunlari yasamamis kimi olur. ele bil denize girib cixmagi arasinda iller yox ancaq 2-3 deqiqe kecib.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu da həmçinin fantastik kinolarda olur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#27 Фируз

Фируз
  • Guests

Posted 12 May 2015 - 01:22 PM

Салам Алейкум Шейх Гамет Сулейманов. Извините что отнимаю у вас время ,у меня пару вопросов к вам.
1. Какие есть доводы на то что не Умар ибн Аль Хаттаб убил Фатиму (с.а.с) дочь Пророка?
2. Некоторые религиозные деятели считают ,что в Муслим и в Бухари ,говорится что именно Умар убил ее ,и что Салафиты соглашаются с одним , но отказываются от другого из этих же Хадисов. Прошу проинформировать меня поподробнее.
3. Я не считаю что я из Ахли Сунна ,и не считаю что я Шиит ,так как мой Намаз без Мохура. Но считаю ,что я следую образу жизни единого Ахли-Бейта и что если будет такое подразделение это большая катастрофа для Мусульманского Мира ,так как от незнания одни братья не заступятся за других и Ислам едино -ослабеет . Почему же некоторые из людей ориентируются первым долгом не на то ,что сказал Аллах ,в Коране : Поклоняйтесь мне . А на то как стоять ,а это приврдит к подразделению,в то время как для человека верующего достаточно и повеления Господа и знать что он ему говорит . Из за некоторых Сахабов мы расходимся , в то время как Аллах донес до нас нашу веру в идеальной форме. Я прошу вас ,чтобы вы сделали видео запись о том чтобы наша религия была общей позицией и Шиитов и Ахли Сунна . Да будет доволен вами Аллах .

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Birinci bunu heç kəs deməyib. İkinci o qapı arasında olan rəvayəti hətta rafizilərdən deyən olub ki, uydurmadı. Həmçinin Fatimə Ömərin qaynanası idi. Qaynansı ilə nə işi var idi?
2) Bu yalandır. Nə Buxaridə, nə Muslimdə yoxdur ki, Ömər öldürüb. O sadəcə rafizilərin kitablarındadır ki, guya ki, qapıya təpik vurur, qapının arasında qalır. Hətta rafizilərdən deyən var ki, bu hədis səhih deyil.
3) Sizdə olan bu fikirlər düzgün deyil. Birinci biz əhli beyti sevirik. Əksinə Allah Rasuluna tabe olmalıyıq biz. Amma qaldı ki, səhabələrin ixtilafına. Səhabələrin ixtilafı olsa da, o ixtilaf bizi bölmür. Əksinə səhabələrin yolu ilə biz ittifaq edə bilirik. Əhli beytin yolu ilə yox. Həmçinin şiələrdə əhli beyt məfhumu da qəribədir. Onlar ancaq 12 nəfəri sayır. Ancaq bizə görə əhli beyt, mənə elə gəlir sizə görə də, Peyğəmbərin zövcələri də əhli beytdəndir və s. Ona görə səhabələr əksinə, ittifaqa aparır bizi. İxtilafa yox.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#28 Guest

Guest
  • Guests

Posted 12 May 2015 - 07:00 PM

Salam aleykum. Sheyx menden sorushanda ki, hansi mezhebnen gedirsen men bilmirem ne cavab verim. Desem ehli sunne ve camaat deyecek ki vahabisen. Bes hansi daha uygun mezhebin adini deye bilerem, daha munasibini ki, fitne ve ya qorxu yaranmasin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz deyin ki, bəli, əhli sünnə val cəməa və ya sələfi. Qoy nə deyir desin. Siz onun dediyinə fikir verməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#29 Али1918

Али1918
  • Guests

Posted 13 May 2015 - 03:06 AM

Салам алейкум ва рахматуллахи ва баракатух !
1. Есть выступление шейха Фаузана, где он говорит, что современные последователи 4-х суннитских масхабов в фикхе следуют своим имамам но в акыде они ушли с истинного пути, это позиция всех кто себя причисляют к салафитскому манхаджу?
2. Среди современных ученых 4-х суннитских масхабов все суфисты?
3. На протяжении последних 200 лет есть выступление или фетва ученых 4-х масхабов о том что салафиты сунниты и относятся к ахли сунне?
4. Почему современные ученые 4-х масхабов называют салафитов ваххабитами и говорят что они ошиблись во многих вопросах особенно в вопросах сифата Аллаха ?
5. Маликитский масхаб намаз когда читают ставят руки как шииты , они это переняли у имама Малика , так если салафиты последователи имамов 4-х масхабов то почему намаз когда совершают руки обязательно ставят скрашивав у пупка ? Или имам Малик ошибся ?
6. Тафсиры Корана салафитских ученых ( таких как ас саади например) почему ученые 4-х масхабов не признают ?
7. Разве салафитских манхадж сам по себе уже не стал масхабом? Так как у салафитов есть своя точка зрения по поводу важнейших вопросов и с учеными 4-х масхабов они не совпадают, сколько бы салафиты не твердили что они следуют 4 имамам масхабов , на деле на протяжении более 1000 лет этим имамам следовали именно современные 4 масхаба , а салафиты больше знаний поучают от своих ученых так как например аль альбани , который в 20 веке решил какие Хадисы достоверные а какие нет

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Xeyr, bu yalandır. Şeyx Fovzan nə də qeyriləri belə şey deməyib.
2) Hamısı yox, içlərində sufilərdə var, qeyriləri də var.
3) Olar bilər içlərində kimsə olsun. Ancaq 50, 200, 300 il. O maraqlı deyil bizə. Amma ola bilər görsünlər, ola bilər görməsinlər.
4) Çünki alimlərin çoxusu əsasən əşari, maturidi əqidəsindədir. Ona görə onlar sələfilərlə sifətlər barəsində düz gəlmir. Ona görə deyirlər.
5) Xeyr, İmam Malik özü Muvatta kitabında gətirir ki, bütün peyğəmbərlərin 3 şey yolundan idi. Onlardan da biri namaz qılanda əlləri bağlı qılardılar. Sadəcə İmam Malikaxırda fətvasına görə döyülür. Axırıncı namazını əliaçıq qılıb. Ona görə tələbələrindən biri deyib ki, mən gördüm ki, belə qılıb. Ona görə bəzi malikilər belə qılır. Amma hamısı elə qılmır. Malikilərdə əlibağlı qılanlar var. Bizdə şəxsə tabe yoxdur. Bizdə peyğəmbərə tabeçilik var. Peyğəmbər namaz qılıbda. Ona görə İmam Malikdi, imam Şafiidir. Belə məsələlərdə onlarda baxmırıq, peyğəmbərə baxırıq. Çünki peyğəmbər dedi ki, namazı mən necə qılıramsa elə qılın. Əliaçıq qılmaq barədə peyğəmbərdən heç uydurma hədis də gəlməyib.
6) Bu yalandır. Dörd məzhəb alimini hamı qəbul edir. Əksinə onları biz özümüz üçün sələf sayırıq. Və onlardan götürürük. Bu yalandır. Sizə kim deyibsə, aldadıblar sizi.
7) Bu da səhv fikirdir. Çünki sələfilər dörd məzhəbdən qırağı çıxmırlar. Sadəcə bəzi məsələlərdə dörd məzhəb özləri deyib ki, əgər səhih hədis olsa, bilin ki, bizim məzhəbimiz odur. Bizdə dəlildir. Əsas dəlillə gedirik. Çox məsələlərdə dörd məzhəbdən qırağı çıxmırıq. Sadəcə bəzi məsələlər var ki, səhih hədis dörd məzhəbin əksini göstərir. Biz dəlili götürürük. Çünki o dörd imamın özləri deyib ki, bizim məzhəbimiz səhih hədisdir. Səhih hədis görsəniz onu götürün. Bizim rəyimizi yox. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#30 Guest

Guest
  • Guests

Posted 13 May 2015 - 08:38 AM

Цитата
Salam aleykum,

1 Məryəm bu dünyada ərsiz olub. O biri tərəfdə isə subay olmayacaq, hədislərə görə. Məryəm də ərə veriləcək? Kimə?

2 Nə üçün, kafirlərdə / dünyəvi elmlərdə, "mümkün qədər sual ver və öyrən" yanaşması var ikən, İslamda / müsəlmanlarda "belə suallar vermək olmaz / sual vermək olmaz, öz işlərinlə məşğul ol" yanaşması var?? Soruşmaq belə olmaz, maraqlıdır, niyə? Niyə hər sualı vermək olmaz, xüsusilə insan o sualın cavabını bilmək istəyirsə? Kafir elm əhlinə (bəli, dünyəvi elmlər nəzərdə tutulur) sual verdikdə, onlar əxlaqla sizi dinləyir, bildiyini cavablandırır, bilmədiyinə də bilmirəm deyir, lakin heç vaxt belə sual vermək olmaz deyib öz "ədəb"ini nümayiş etdirmir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Allah bilir. Möminlərin birinə.
2) Çünki kafirlərdə müəyyən elmlər var ki, hansı ki, müsəlmanlar o elmləri qəbul etmirlər. Məsələn, filosofiya. Orada nə gəldi soruşurlar. İslamda isə bunu bir az şərhi var. İslamda da problem yoxdur, soruşmaq olar. Sadəcə məsələn, İslamda Fatihə surəsinin qiraətini düzgün oxuya bilməyən adam gəlir, böyük məsələlərdən danışır. Ona görə məsləhət görünür ki, bu məsələlər hələlik sənə lazım deyil. Sən mərhələ ilə get. Və ya məsələn, olmayan bir şey barədə. Məsələn, okeanın altında olsam, qüsl necə alacam? Olmayan bir şeydir. İslamda sual vermək var. Əksinə İslam tələb edir ki, sual ver. Sadəcə qaydasında, mərhələlərlə. Budur..
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Salam aleykum,

Yox, bəzi məsələlər olur, amma konkret olaraq sələfilər suallara cavab vermirlər, əslində təqlid etmək olmaz deyən bu şəxslər belə davranmaqla ola bilsin Mədinədəki hansısa müəllimlərini təqlid edirlər.

Məsələn, kosmosda olarkən qiblənin hansı istiqamətdə olması sualı. Maraqlıdır ki, kosmosda bir malaziyalı müsəlman olub. Yəni bu praktiki olaraq mümkün bir şeydir və bundan sonra da ola bilər, amma nədənsə bəziləri deyir ki, kosmosda olanda soruşarsan. Əslində buna ya belə etməlisən, ya da mən bilmirəm deyərək cavab vermək çox çətindir?

Ad çəkmirəm, bir azərbaycanlı Mədinə tələbəsindən soruşmuşdular ki, dünyəvi - hüquqi dövlətdə bir müsəlmanın ailəsindən kimisə öldürsələr o öz şərii haqqını həmin şəxsi öldürərək ala bilərmi, yoxsa kufr qanunlarının həvalə etməlidir (məlumdur ki, əksər dünyəvi - hüquqi dövlətlərdə ölüm hökmü yoxdur). Tələbə də cavabında deyib ki, məgər belə bir şey olub?? Və bir tabindən sitat gətirərək deyir ki, get belə bir şey olanda soruşarsan....

Sizcə də dəhşət deyil belə cavab?? Gülməli deyil?? İndi mən sizə sual verirəm, həqiqətən gözləməliyik ki, belə bir şey olsun ondan sonra gəlib soruşaq?? Yəni əvvəldən bilməyin nə zərəri var ki?? Təsəvvür edirsiniz, belə bir hala düşən insan qisas hissi ilə yanarkən deyəcək ki, gedim falnkəsdən soruşum görək nə deyir? Hər şey gec olmayacaq onda? Əvvəldən bilmək daha faydalı olmaz?? Ümumiyyətlə bu nə absurd yanaşmadır?? Belə olduğu halda, suallarına cavab tapa bilməyən insanlar nəyə görə hacı şahinin və ya başqa bidət camaatının yanına qaçıb ondan fətva istəməsin? Sizcə artıq üslubunuza (əqidənizə və mənhəcinizə demirəm, düzgün anlayın məni) müəyyən düzəlişlər etməyin, əl gəzdirməyin vaxtı gəlib çatmayıb??

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, sizin fikirləriniz səhvdir. Düzgün yanaşmırsız ona görə. Birinci, olmayan şeyə cavab verməyi sələflər xoşlamayıblar. Bu mənim adətim deyil. Bu sələflərin adətidir. Olmayan bir şeyi gəlib soruşurlar. Amma qaldı ki, bəzən görürsən ki, elə adam gəlir ki, heç Quran oxuya bilmir. Gəlir soruşur ki, kosmosda necə namaz qılım? Ona deyilir ki, sən get Quran oxumağı öyrən və s. Bu məsələləri vaxtı gəldikdə öyrənərsən. Necə ki, məsələn, qəlt söhbəti, qisas söhbəti. Yəni sən demək istəyirsən ki, biz oturaq hansı ki, camaat dəstəmaz ala bilmir, çoxusu heç namaz qılmır, namazı təzə-təzə öyrənirlər. Bunlara qisasdan danışaq? Qarışdırmayın məsələləri. Bu yalandır. Sələfilər əlhəmdulilləh hər bir məsələdə dəqiqdirlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#31 Ummu Aishe

Ummu Aishe
  • Guests

Posted 13 May 2015 - 08:52 AM

Assalamu aleykum sheyx,size bir sualim var.men vesiyyet ede bileremmi ki,olumumden sonra saglam olan orqanlarimi donor kimi ehtiyaci olan insanlara versinler?Allah razi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, elə vəsiyyət etməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#32 Guest

Guest
  • Guests

Posted 13 May 2015 - 10:51 AM

Salam aleykum. Biz ishde tabelchi gormeyende ishe gecikenin ve ya gelmeyenin yerine qol chekrik. Men ozum edirem bele. Bunu etmekle tabelchinin haqqina girmish oluram? Yoxsa bashqa nese beyenilmeyen gunah edirem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, bu yalanır. Düzgün deyil. Bundan çəkinin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#33 Bir.baci.

Bir.baci.
  • Guests

Posted 13 May 2015 - 02:31 PM

Ассаляму алейкум ва Рахматуллах ва баракятуху. Я читала в одном сайте,что как то раз один человек увидел перед глазами мертвого человека и через секунду он исчез, и писали что это от шайтана и его васвас, Брат,разве возможны такие васвасы? Возможно ли увидеть того что нету по наущению шайтана? Я иногда остаюсь дома одна и бывает страх увидеть что-то типа такого.Аллаху Алим, является ли это малым ширком боятся таких вещей (как темнота, васвасы шайтаны и тд.) ДжазакАллаху хайран, Ассаляму алейкум ва Рахматуллах ва баракятуху.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə məsələlərə çox varmayın. Bunların çoxusu xəyal olur. Olar bilər təklikdə insanın gözünə nəsə görsənsin. O demək deyil ki, o saat o, həqiqi nəsə gördü. Belə şeylərdən qorxmayın. Rahat olun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#34 Araz

Araz
  • Guests

Posted 13 May 2015 - 07:04 PM

Assalamu Aleykum Va Rahmatullah. Şeyx bir dəfə burda sizə sual vermişdilər ki, siz heç indiyə kimi ictihad etmisiniz? Səhv etmirəmsə demişdiniz ki, bir-iki dəfə olub. Qamət qardaş ümumiyyətlə Mədinə tələbələrindən kimsə ictihad edə bilərmi? İctihad etmək üçün mütləq alim olmaq lazımdır? Allah razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İctihad ümumi mənada bəli. Amma birdən elə məsələ olur, tutaq ki, fiqhi məsələ. Bilmirsən. Lakin dəlilləri bilirsən. Deyirsən ki, ehtimal var ki, bu ola bilər. Bu cür ictihad. Amma əlbəttə ki, əvvəldən axıra kimi ictihad məsələləri bizlik deyil. Alimlər edir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#35 Guest

Guest
  • Guests

Posted 13 May 2015 - 08:07 PM

Ас саламу алейкум ва рахматуллахи ва баракатуху.
Есть такой хадис, о том что, когда пророку ( салаллаху алейхи ва саллам ) сказали, что одна женщина совершает много молитв и много держит пост, но своим злым языком причиняет вред соседям, то пророк ( салаллаху алейхи ва саллам ) ответил - она в огне. И когда сказали что другая женщина мало совершает молитв и мало держит пост, но никому не вредит своим языком, то пророк ( салаллаху алейхи ва саллам ) ответил - она в раю. Прочитав этот хадис у меня возникло пару вопросов: 1. Означает ли это, что наше поведение, в том смысле как сторониться запретного, избегать грехов, и тому подобное, несет в себе больше блага для нас чем совершение большего количества молитв и поста? 2. И будут ли грехи за которые мы всё равно понесем наказание в аду, как много бы не совершали молитв и держали пост, если не оставить например такой грех как причинение вреда языком соседу?
Ас саламу алейкум ва рахматуллахи ва баракатуху.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu hədislər bəyan edir ki, insan ibadətinin çoxluğu ilə arxayın olmasın. Həmçinin ibadətlə kifayətlənib böyük günahlar etməsin. Həmçinin dilinə, gözünə, qulağına fikir versin. Bu o deməkdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#36 Ramin

Ramin
  • Guests

Posted 13 May 2015 - 09:04 PM

Salamaleykum Seyx.Bir shexsi sualim var.
Menim saglamligimda problem var.Aciq desek qanimda virus var ozumde Insallah evlenmek isteyirem.Hekim deyir ki,evlene bilersen amma eks cinse virusa qarsi peyvend vurulmalidir.
Bilmek isterdim ki,mende olan bu problemi qizin valideyinlerine deyim yoxsa,qiza desem kifayet eder?ALLAH Elminize bereket versin Amin! Salamaleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qıza desən kifayət edər. İnşəAllah, o, peyvəndi vursun. Həmçinin imkan varsa, özüvü müalicə elə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#37 Guest

Guest
  • Guests

Posted 13 May 2015 - 10:23 PM

salam aleykum biri haqqinda pis zende olub onu uzune soylemek ki men ele bildim ki siz.............demek(halbuki bele deyilmis) bu onun haqqina girmekdir? pis zennden nece qurtulmaq olar bele halda gunah yazilir

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Dəlillər, sübutlar olsa zənnə düşə bilərsiniz. Dəlilsiz, sübutsuz pis zənnə düşməyin özü günahdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#38 Guest

Guest
  • Guests

Posted 14 May 2015 - 11:21 AM

salam aleykum va rahmatullah...
1.ramazan bayramı fitrə zəkatını verərkən 1 nəfər adından 3kq ərzaq alınlbsa, bu 3.kq-lıq ərzaq 1 ehtiyaclıya verilməlidir, yoxsa məsələn 3 nəfər arasında bölüşdürülə bilərmi
2. Bölüşdürmək olarsa, neçə kq vermək olar.
3. Əgər ailədə 10 nəfər varsa hər birinin adından müxtəlif ərzaqlar alınıb. Bu ərzaqlar qarışdırılılb hər ehtiyaclıya verilə bilərmi, məsələn bir ailəyə 1kq düyü+1kq mərci+1kq un.
4. fitrə kimi qənd, çay, toyuq, ət kimi ərzaqlar verilə bilərmi?
5. Hansı ərzaqlar verilməlidir?

Üzürlü hesab edin...
1. qadınlar bədəndəki tüklərdən birdəfəlik azad olmaq üçün olan üsullardan istifadə edə bilərmi? (epilyasiya)
2. qadınlar yarana biləcək və ya da yaranmış qırışları aradan qaldırmaq üçün olan üsullardan (krem, xüsusi dərmanların yeridilməsi və s.) istifadə edə bilərmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bölüşdürülə bilər.
2) Fərqi yoxdur neçə kq.
3) Olar.
4) Ət yox. Ətdən çəkinin.
5) Əsas gec xarab olan ərzaqlar. Düyü, qreçka, vermeşik, makaron və s.
1) Edə bilərlər.
2) İstifadə edə bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#39 Guest

Guest
  • Guests

Posted 14 May 2015 - 08:47 PM

salam aleykum , seyx hedis var ki, kim Kef suresini cume gunu oxuyarsa gelen cumeye kimi bu nur olar. Bunun menasi nedir? Bir de bu sureni oz dilimizde oxusaq ve ya erebce oxuyub mushafdan oxumasaq hadisdeki mujdeye giririk? 2) gusl alanda elimiz ovret yere toxunsa destemaz pozulur? Sizin ve butun telebeler ucun duaciyam, siz de bize dua edin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bu hədis zəifdir. Amma bəzi alimlər deyiblər ki, oxumaq olar. Hədis həsən dərəcəsinə çatır. Yəni zəifliyi şiddətli deyil. Yəni Allahın hifzində olar. Ərəbcə oxusanız, müjdəyə girirsiniz.
2) Xeyr, pozulmur. Amma çalışın qəsdlə olmasın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#40 Sual

Sual
  • Guests

Posted 15 May 2015 - 12:19 AM

Qamət ağa, deyirsiniz ki, "bir yerin darul-islam olub-olmaması həmin ərazinin əhalisinin müsəlman olub- olmamasına görə təyin edilir". O zaman sovetlər dövründə Azərbaycan darul-islam idimi?

Cavab:

Bunu mən demirəm, ay ağa. Özü də mən ağa deyiləm. Sən deyəsən ağalarla çox olmusan, qarışdırmısan söhbəti. Bunu İbn Teymiyyə və başqa alimlər deyir. Amma qaldı ki, sovet hökumətində. O məsələləri alimlərdən soruşun. Hər halda müsəlman olan yerlər, ərazilər müsəlman ölkəsi sayılırdı. Sovet hökuməti böyük idi. İmam Şafiiyə görə sayılır. İmam Şafii ağa idi? Və ya İbn Teymiyyəyə ağa deyirsən?
Allah daha yaxşı bilir!


#41 ebutalha

ebutalha

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts

Posted 15 May 2015 - 12:28 AM

salam aleykum ve rehmetullahu vebereketu.qardaw cox xais edirem etragli yazarsz cavab.kecen ilin dekabrndan hec br iwim duz getrmr ibadetlerm yerimde elhemdulilleh mecitlerde camaatlamnamaz qiliram quran oxuyuram dualarim eksik olmur.geceler ibadet edirem vallahi bilmirem neyneyim ama hec bir iwim duz getirmr.hemiwe fikirlewremki uzaq eleyim fikrimi cadudan ama gorururem alnmree hec cur subhan Allah.deyirler belke cadu olub sene ..xais elirem bunu nece bilmey olar ne dua edim bu belalar bawmdan ayrilmir.halal qazanram ama bereketi yoxdu.ucur gedir elimden aileme baxa bilmrem halal qazancmla.men neynyim bilmrem .sizce bu cadu ola bilermi

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, dərhal cadunu düşünmək lazım deyil. Bu saat çoxunun işi gətirmir. Krizisdir. Ona görə. O saat cadu fikirləşmək lazım deyil. Sadəcə axtarın, istixarə edin. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#42 Guest

Guest
  • Guests

Posted 15 May 2015 - 01:39 PM

Assalamu aleykum ve rahmatullahu ve barakatuhu
1)Sheyx sac kremi destemazi ve namazi batil edirmi? Meselcun destemaz aldim,namaz qildim sonra sac kreminnen istifade eledim esr namazinin vaxtina kimi destemazim pozulmadi ve qildim
2) Nishanlimnan kebin eliyennen sonra 2 ay sonra evlene bilerem yoxsa mutleq derhal? (InshAllah toyu avqusta planlawdirmiwiq)
3) Her hansi kafede ve ya iwde et yemeyinnen yemey olar? (bilmiriy halal kesilib ya yox)
Allah razi olsun
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Xeyr, batil etmir.
2) Problem yoxdur. 2 ay sonra da, 1 ay, 5 ay...
3) Bismilləh de, ye. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#43 7777

7777
  • Guests

Posted 16 May 2015 - 09:19 AM

salam aleykum ve rahmetullahi ve beraketuhu! 1) Qardas, cizgi filmlerini izlemek caizdir? Ve dini cizgi filmler var, bunlar nece? 2) Qardas men ayaqyolunda bovl etdikden sonra yuyunuram. Sonra cixanda 40 addim gezib sonra yene yuyunub destemaz aliram. Cunki ayaqyolundan cixandan sonra damci dusduyunu hiss edirem... Eger birbasa destemaz alsam namazda axinti olacaq. Amma bele bu uzun vaxt aparir. Xusuile qonaq gedende, ya bele cetin veziyyetlerde. Bunun bir elaci var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Çalışın çəkinin.
2) Lazım deyil. Vəsvəsədir. Dəstəmazı alın və birbaşa namaza gedin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#44 ANS tv - iran wie kanali

ANS tv - iran wie kanali
  • Guests

Posted 17 May 2015 - 02:27 PM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
1 - Qardaw, muselman olmayan olkeye sefer etdikde, cume namazina qatilmaq vacibdir orda ?
2- Bir defe namazin vaxti girmemiw qildim namazi. Sonra gordum ki, vaxt hele girmeyib. Ama 2'ci qilmadim day. Dogru etmiwem ? Yoxsa qilmali idim tekraren ?
Assalamu aleykum va rahmatullahi va barakatuh !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Ümumiyyətlə səfərdə cümə vacib deyil. Amma imkan varsa, gedin. Fərqi yoxdur darul islamdır, darul kufrdür.
2) Bu baxır hansı namazdır. Sübh, zohr, məğribdirsə, bəli yenidən qılmalısan. Amma əsr və işadırsa, eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#45 хамза

хамза
  • Guests

Posted 17 May 2015 - 05:05 PM

Ассаляму алейкум ва рахматуллах.. Хотел бы к вам обратиться с вопросом ... Потому что я доверяю вам свою религию.. И очень уважением отношусь вашим ответам.. Но мне не понравилось одно зачем вы дозволяете убрать перевод Алихана Мусаева муселман галасы...?? И есть от него лично что он выходил говорил я поддерживаю бидаатчиков.. И не сделал таубу.. Джазак Аллаху хайран... Ассаляму алейкум ва Рахматуллах

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O, mənhəci aydın olmayan adamdır. Həmçinin özü bidət əhlini tərifləyənlərdən biridir. O vaxt ona deyəndə ki, bidət əhlindən imtina elə. Xüsusən tərifləmisən və s. Böyük təsir edib. Bəzi qardaşlar xüsusən M.İslamoğlu barədə çaşıblar. Lakin o, imtina edib, bildirmir. Nəticədə belə adamdan elm götürməzlər və kitablarını, tərcümələrini də oxumazlar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#46 Guest

Guest
  • Guests

Posted 18 May 2015 - 08:21 AM

salam aleykum insan eger televizorda kinoya baxarken sehvet hissi gelerse ve tedricende ifrazat gelerse bu zaman qusl pozulur ?deqiq cavab isteyirem bu meni cox dusundurur mene ele gelir ki pozulur amma yene de bilmirem

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər az gəlsə yox, qüsl pozulmur, dəstəmaz pozulur. Çox gəlsə bəli, qüsl pozulur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#47 [email protected]

[email protected]

    Пользователь

  • Пользователи
  • Pip
  • 5 posts

Posted 18 May 2015 - 01:37 PM

Salam aleykum sheyx. bu hedis sehihdir? Cabir ibn Abdullahdan belə nəql olunur: “Biz Peyğəmbərin və Əbubəkrin dövründə, eləcə də Ömərin xilafətinin əvvəllərində bir qədər xurma və un ilə bir neçə günlüyə qadını siğə edirdik. Nəhayət, Əmr ibn Hərisin hadisəsindən sonra Ömər onu haram etdi.”.........Səhihi Müslüm”, 1-ci cild, səh. 395 (3-cü cild, səh. 194), hədis: 16, “Nikah” kitabı; “Camiuil-usul”, İbn Əsir, 12-ci cild, səh. 135, hədis: 8953; “Kənzul-ummal”, 8-ci cild, səh. 294 (16-cı cild, səh. 523), hədis: 45732

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məhz bu ləfzdə bilmirəm. Amma bu mənada hədis var. Siğə halal idi. Sonra Ömər yox, peyğəmbər (sallallahu aleyhi va səlləm) qadağan etdi. Ömər sadəcə təkrarlayıb. Necə ki, məsələn, siz birinə desəniz ki, araq haramdır. O deməkdir ki, siz qadağan edirsiz? Siz sadəcə haramı təkrarlayırsız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#48 ANS tv - iran wie kanali

ANS tv - iran wie kanali
  • Guests

Posted 19 May 2015 - 01:02 AM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
1- Destemazda burnuma 3 defe su vermekle burnum tam temiz olmur bezen. Olar ki, destemaz almazdan evvel yuyunum,burnumu temizleyin,daha sonra destemaz alim ?
2- Cennetle mujdelenen 10 sahabenin adi melumdur ? Onlar kimlerdir ?
Assalamu aleykum va rahmatullahi va barakatuh !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Olar.
2) Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əbu Bəkr cənnətlikdir; Ömər cənnətlikdir; Osman cənnətlikdir; Əli cənnətlikdir; Talhə cənnətlikdir; Zubeyr cənnətlikdir; Abdurrəhman ibn Auf cənnətlikdir; Sə'd ibn Əbi Vəqqas cənnətlikdir; Səid ibn Zeyd cənnətlikdir; Əbu Ubeydə ibnul-Cərrah cənnətlikdir." ( ət-Tirmizi, 5/647-648; “Səhihul-Cami”, 50.)
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#49 [email protected]

[email protected]

    Пользователь

  • Пользователи
  • Pip
  • 5 posts

Posted 19 May 2015 - 10:13 PM

Salam aleykum sheyx zehmet deyise bunun izahin vererdizde...Əmr ibn Meymundan nəql olunur ki, Ömər ibn Xəttab oğlu Abdullaha dedi:
– Ümmül-möminin Ayişənin yanına gedib de ki, Ömər sənə salam göndərir, amma “Əmirəl-möminin Ömər” demə. Çünki mən bu gün artıq möminlərin əmiri deyiləm. De ki, Ömər sizdən icazə istəyir ki, Peyğəmbərin və öz dostu Əbubəkrin yanında dəfn olunsun.
Abdullah Ayişənin yanına gəlib salam verib icazə aldı. Otağa daxil olanda Ayişənin oturub ağladığını gördü, dedi:
– Ömər salam çatdırır və sizdən icazə istəyir ki, onu Peyğəmbərin və Əbubəkrin yanında dəfn edəsiniz.
Ayişə dedi:
– Oranı öz dəfnim üçün nəzərdə tutmuşdum. Amma indi onu özümdən üstün hesab edirəm.
Abdullah qayıtdı. Camaat onu görəndə dedilər: “Abdullah gəlir!“ Ömər dedi: “Məni qaldırın!” Bir nəfər onu qaldırıb söykədi. Ömər soruşdu:
– “Nə oldu?”
Abdullah dedi:
– “Möminlərin əmirinin istəyinə müsbət cavab verildi!”
Ömər dedi:
الحمد لله ما کان شیء أهمّ إلیّ من ذلک المضجع ; فإذا أنا قضیت فاحملونی وإن ردّتنی فردّونی إلى مقابر المسلمین
– “Allaha həmd olsun! Mənim üçün heç nə bu yerdə dəfn olunmaqdan mühüm deyildi. Mən dünyadan gedəndə cənazəmi ora aparın. Əgər Ayişə fikrindən dönsə, eybi yoxdur; məni müsəlmanların qəbiristanlığına aparıb orada dəfn edin!” (1)
Diqqət yetirilməlidir: Kaş Ömər nə üçün Ayişədən icazə almağının dəlillərini bizim üçün bəyan edəydi! Görəsən, Peyğəmbərin hücrəsi Ayişəyə irs çatmışdımı və o, həmin yerin sahibi olmuşdumu? Əgər belədirsə, onda Peyğəmbərə mənsub edilən
نَحْنُ مَعَاشِرَ اْلاَنْبِیَاءِ لَانُورِثُ مَا تَرَکْنَاهُ صَدَقَةٌ
“Biz peyğəmbərlər özümüzdən heç nəyi irs qoymuruq; bizdən qalan hər bir şey sədəqədir” bu saxta hədis necə qiymət vermək olar?!
Bəziləri bu hədisi əldə bəhanə tutmaqla Fədək ərazisini Fatimeyi-Zəhra (əleyha salam)-dan qəsb etdilər. Ayişə və Peyğəmbərin sair həyat yoldaşları özlərinin irsdən olan səkkizdə bir payını almağa gəldikləri zaman Əbubəkr onları irsdən məhrum etdi. (2)
Əgər Ömər bu rəvayətin səhih olmadığını o zaman başa düşmüşdüsə və özünün əvvəlki nəzərindən qayıtmışdısa, onda nə üçün Peyğəmbərin qızının vərəsələrindən icazə almadı?! Halbuki, onlardan icazə alınması başqalarının icazəsindən irəlidir! Çünki onlar həqiqi malik idirlər, Ayişə isə Peyğəmbərin irsinin yalnız 8-də birindən 9-da birini irs aparırdı. Çünki həzrət vəfat edən zaman 9 arvadı var idi və buna görə də mübarək hücrənin 8-də birinin 9-da biri Ayişəyə çatırdı. Onun payı bəlkə də otağın bir qarışından da az idi.
Mümkündür əziz oxucu İbn Bəttalın dediyi aşağıdakı kəlamlarla qarşılaşmış olsun: “Ömər Ayişədən buna görə icazə alırdı ki, ora Ayişənin evi idi və buna haqqı çatırdı.” (3) Belə olduqda oxucu Ayişənin orada hüququ olduğunu güman edər və buna görə də onun icazəsinin lazım olduğunu fikirləşər. Lakin bilmək lazımdır ki, Ayişənin orada yalnız yaşamaq haqqı var idi, bu da mülkiyyətə səbəb olmur.
İbn Həcər “Fəthul-Bari” kitabında (4) yazır: “Ayişənin hücrənin sahibi olmasını isbat etmək üçün onun həmin evdə məskunlaşmasını, ona irs çatdığını və Ömərin orada dəfn edilməsi üçün ondan icazə almasını dəlil kimi qeyd etmişlər. Lakin bu kimi dəlillər qəbul oluna bilməz. Çünki məskunlaşdığına görə ona çatan haqqın ən çoxu ondan mənfəət aparmaq (istifadə etmək) hüququdur və mənfəət hüququ irs kimi kiməsə verilmir. Peyğəmbərin arvadlarının hökmü iddədə olan qadınların hökmü kimidir. Belə ki, Peyğəmbərin vəfatından sonra onların ərə getməyə haqları yox idi. (Buna görə də onlar iddə halında olan qadınlar kimi, həyat yoldaşının evində sadəcə məskunlaşdırmaq haqqına malik idilər.)
Deməli, Ümmül-möminin iddədə olan qadınlar kimi, Peyğəmbərin hücrəsində yalnız məskunlaşmaq hüququna malik idi və ev sahibi kimi ondan istifadə etmək haqqı yox idi. (5)
1-“Səhihi Buxari”, 2-ci cild, səh. 263; və 5-cİ cild, səh. 226 (1-ci cild, səh. 469), hədis: 1328; və 3-cü cild, səh. 1355, hədis: 3497
2-“Əssirətul-Hələbiyyə”, 3-cü cild, səh. 390 (3-cü cild, səh. 361)
3-“Fəthul-Bari”, 3-cü cild, səh. 200 (7-ci cild, səh. 66).
4-“Fəthul-Bari”, 7-ci cild, səh. 53 (7-ci cild, səh. 66).
5-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 541.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sizə kim bu məqaləni göndəribsə və ya deyibsə, o, təbii ki, səhv eləyir. O, düzgün yanaşmadığına görə, düzgün başa düşməyib. Birinci o ev miras deyildi. Aişənin öz otağı idi. Evdə deyildi. Sadəcə burada ədəb görsənir ki, baxmayaraq xəlifə idi, bu ədəbdən idi ki, icazə alsın. Çünki Aişənin haqqı idi. Amma qaldı ki, bunu fədəklə müqayisənin özü gülməlidir. Birinci şiə məzhəbində müqayisə, qiyas yoxdur. Qiyası qəbul etmirlər. İkincisi, Peyğəmbərlər miras qoymur hədisini Əbu Bəkr uydurmamışdı ki. Onu hətta Xomeyni də "40 hədis" kitabı var. Orada bu hədisi qeyd edir ki, Peyğəmbərlərin qoyduğu miras dinar, dirhəm deyil.. Əbu Bəkr əksinə, bu məsələdə peyğəmbərə tabe oldu. Və Əbu Bəkrin bu hadisədə fəziləti var. Ömərdə, Osmanda, Əlidə belə etdi. Sizə kim bu məqaləni yollayıbsa, ona sual verin: "Əli fədəki əhli-beytə qaytardı, yoxsa yox?". Fso. Onda hər şey aydın olacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#50 Guest

Guest
  • Guests

Posted 20 May 2015 - 04:21 PM

salam aleykum, qardas bizde Quran var. Bir sehife erebce, o bir azerice. Amma tercume rafizilerin tercumesidir. Ozu de deyesen fars dilinden tercume olunub. Men istemirem bu tercume evde olsun. Ne edim? assalamu aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ən salamatı onu yandır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users