Jump to content


Photo

01 ноября 2015 года


  • This topic is locked This topic is locked
24 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,149 posts

Posted 06 October 2015 - 08:05 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, noyabrın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го ноября можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 08 October 2015 - 12:36 PM

As salam aleykum

Niye putun sualar foruma buraxilmir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində bütün suallar foruma buraxılır. Sadəcə ola bilər gecikir. Bəzilərində videodursa, mənim vaxtım olmur, baxıram sonra buraxıram.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 Qardash

Qardash
  • Guests

Posted 09 October 2015 - 01:19 PM

Salamaleykum Şeyx

1.Mən daima cüməyə gedirəm. Nadir hallarda işdə problem olanda gedə bilmirəm.
Yəni 1 dəfə cüməyə getməməyə görə günah var?
2.Bəzi sələf kitablarında qadının topuqdan aşağı hissəsinin(qədəmləri yazırlar) övrət yeri olmadığını yazırlar. Ümumiyyətlə bu barədə hökm necədir. Ayaq örtülü olmalıdırmı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Çalış bacardığın qədər get. Bir neçə dəfə hərdən görürsən olur. Amma çalış get. Bacardığını elə.
2) Əslində qədəmdə övrətdir, inşəAllah. Ola bilsin ixtilaflıdır, rəylər var. Təbii ki, bağlanmalıdır. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#4 muslimka99

muslimka99

    Пользователь

  • Пользователи
  • Pip
  • 7 posts

Posted 10 October 2015 - 08:49 PM

salam alekum.suriyadaki djixad sayilirmi?wimal zonadan qardawlar zovciyyelerinide goturub gedirler suriyaya komek meqsedi ile ve elbetdeki wehid olmaq arzusuyla bu ne qeder duzgundur?zehmet olmasa etrafli melumat vererdiz

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Suriyada cihad yoxdur. Orada heç bilinmir nədir. Çətindir demək. Hamı qruplara bölünüb bir-birilərini qırırlar. Biri dövlət elan edir, biri deyir ki, mən beləyəm, biri belə deyir. Hamısı bir-birini qırır. Belə cihad olmur. Yəni İslamda belə cihad olmayıb.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 kamran9696

kamran9696

    Пользователь

  • Пользователи
  • Pip
  • 4 posts

Posted 14 October 2015 - 10:43 PM

Salam aleykum. Men soruwmaq isteyirem ki, eger adam and icibse Allaha ki, birde mahniya qulaq asmayacaq ve bundan sonra andini pozub bir nece defe mahniya qulaq assa, o keffareti yalniz bir defe odemelidi yoxsa andini pozdugu geder, yeniki bu insan 4 defe mahniya qulaq asibsa o 4 defe kefaret odemelidi yoxsa 1 defe?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Neçə dəfə and içibsə, hər anda bir kəffarədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Eli

Eli
  • Guests

Posted 16 October 2015 - 10:29 AM

Salam Aleykuma sheyx. Zehmet olmasa suallarima cavab vererdiz. Allah sizden razi olsun.

1. Deve etini yemek niye destemazi pozur? Bes niye onda qurbanliq eti kimi onu istifade edirler hetta Mekkede? (Ola biler sehv melumatim olsun)
2. Noskiye mesh chekmek olar? Bunun qaydasi nedir? Eshitmishem eger noski ayaqdan chixibsa ikinci defe mesh chekmek olmaz? Niye beledir?
2. Neche illerse once menim atam mashin almishdi, mashinin ustunde nomre var idi, nomreye artiq pul veren olmayib, 15 il qabaq olub bu. Iller kechdi atam qardashima verdi o mashini, o surdu, sonra men evlenende mene verdiler mashini, nomre qarishiq. Mashini satdim, nomreni saxladim. Indi nomreni satmaq istiyirem, amma qardashim ele basha dushurem ki halalliqim vermir tam. Deyir nomreni mene sat, men ise qardashima hech ne pulla satmaq istemirem. Faktiki mene verilib bu eshya, indi ise nomreye gore narazichilq var. Nomreni men satsam mene halal sayilmir onun pulu?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəli, hədisdə gəlib ki, kim dəvə əti yesə dəstəmaz alsın. Bəli, müstəhəbdir. Amma o demək deyil ki, qurbanlıqda kəsilməsin. Əlhəmdulilləh, kəsilir. Sadəcə yaxşı olar ki, yedikdən sonra dəstəmaz alasan.
2) Nömrə məsələsini qardaşlar öz aralarında həll etsinlər. Axırı bir fikrə gətirib çıxarsınlar. Düzdür, əgər nömrə qardaşa verilibsə, onu haqqı daha çoxdur. Amma baxında. O birisi də qardaşdır. Oda istəyirsə, baxın, özünüz danışın.
3) Bəli, naskinin üzərinə məsh çəkmək olar. Əsas odur ki, naskiləri dəstəmazlı geyinmişdin. Sonra dəstəmaz pozulubsa, bəli, məsh çəkə bilərsən. Əgər səfərdə deyilsinizsə, bir sutka. Gərək naski topuqdan aşağı düşməyə. Bəli, əgər dəstəmazlı halda naskini çıxarsanız, başqa naski geyinsəniz, dəstəmaz yox, məsh pozulur. Gələn dəfə dəstəmaz alanda gərək ayaqlarınızı da yuyasınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 Guest

Guest
  • Guests

Posted 17 October 2015 - 10:01 AM

Цитата
Salam aleykum. Sheyx saytda verilen megrib namazinin vaxti ile iftar achilir. Axi hemen vaxta gore hava tam qaralmir. Ve ag sap qara sapdan sechilir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məğrib o demək deyil ki, hava qaralmalıdır , qara sap ağ sapdan seçilməlidir. Məğrib günəşin batmağı deməkdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Salam aleykum. Ag sap qara sap meselesi quranda var.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O misaldır. Çünki Allah Təalə ağ sap, qara sap qeyd etdikdən sonra orada deyir ki, "fəcrdən". Yəni qeyd olunur ki, fəcrin vaxtı. Fəcrin vaxtı artıq günəşin çıxmağındadır. O vaxt hələ ola bilsin ağ sap, qara sap bilinməsin. Amma hər halda o sadəcə misaldır. Səhabələrdən biri bu ayəni eşidəndə elə elədi. Sonra ona dedilər ki, düzgün başa düşməmisən. Ümumiyyətlə, bu sap məsələsi sübhə aiddir, yəni məğribə aid deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Guest

Guest
  • Guests

Posted 18 October 2015 - 12:41 AM

Salam Aleykuma sheyx. Xahish edirem ki sualima cavab verin, meslehete ehtiyacim var.

Menim valideyinlerimle problemlerim var. Onlar menim musteqil ve boyuk olmaqimnan barisha bilmirler, hiss edirem ki hech nede halalliq vermirler mene. Sozle izah etmek chetindi, menim oz ailem var, evliyem, onlar barisha bilmirler ki men ozum qerar verirem her sheyle baqli. Hiss edirem ki her yerde nefsleri qalib ustumde, hech me basha salmaq olmur onlara. Elementar men izah ede bilmirem ki falchi yanina getmek olmaz, yalannan razilashib yenede oz ishlerindediler, bir shey deyen kimide inciyirler ki guya men hormetsizlik gosterirem, meni sevirler bunu bilirem amma ki menimle semimi deyiller. Sheyx, men evlenende atam mene ev alib, indi men evi deyishmek istiyirem, satib hemin pula daha boyuk ev almaq istiyirem bir az aralida. Atam ise halalliq vermir, menimle dava edir ki ged ipoteka gotur bahali ev al, yani istiyir ki o isteyen cur olsun, borca xerce girim ev alim o isteyen cur. Halalliq vermir hech nede, versede sozde ureyinde vermir, hiss edirem. Buna gorede menim heyatim chox chetinleshib, men valideyin aqirliqin hiss edirem ustumde. Mene me mesleher gore bilersiz? Eger bu insanlarin idealoqiyasi tam bashqadir, mene halalliq vermirler, nefsleri qalir ustumde, men ne edim?

Evi deyishim ya deyishmeyim? Qorxuram deyishsem ailemin bashina bir ish gelsin. Evide oz kefimnen ve ya nashukurkukden deyishmek istemirem, kim sheherde evi deyisher kenar yere? Sadece aile boyuyur inshAllah, genishlik lazimdi.
Allah sizden razi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Çalış valideynlərinlə mübahisəyə girmə. Sadəcə ev məsələsində əgər hələlik dözümlüdürsə, orada qal. Atanın sözünə qulaq as. Amma pir, obyekt söhbətində onlara nəsihət elə. Nəsihət elə ki, belə belə. Amma asiliyi əmr edirsə, məsələn, deyirsə ki, ev qalsın, get ipotekaya gir. Ona tabe olma. Amma məsələn, asilik olmayan məsələlərdə isə qulaq as.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Guest

Guest
  • Guests

Posted 18 October 2015 - 07:23 PM

Salam aleykum. Menim kartim var ora onlayn alish verish uchun pul qoyuram. Mene deyirler ki, pulu qoy karta ve qoy faizi gelsin ve pulun meblegini ishletme faiz yigilsin faizin ishlet, oz pulundu da ustune faiz gelir. Ede bilerem bele? Haramdi ya yox?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzgün deyil. Yox, haramdır. Elə söhbətə getməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 MEVT

MEVT

    Пользователь

  • Пользователи
  • Pip
  • 30 posts
  • Location:BAKI,XIRDALAN

Posted 18 October 2015 - 11:49 PM

Salam Aleykum. Bəzi məscidlərdə cümə günü əzan 2,bəzilərində 1 dəfə olur. Bunun hansı düzgündür və düzgünün əksini edənin dəlili nədi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İkisi də caizdir. Düzdür, peyğəmbərin vaxtında bir azan idi. Sadəcə Osmanın xilafəti vaxtında iki azana ehtiyac olmuşdu. Peyğəmbər (sallallahu aleyhi va səlləm) deyib ki, mənim və Raşidi xəlifələrimin yolu ilə gedin. Osman (Allah ondan razı olsun) Raşidi xəlifələrdən biri idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 Guest

Guest
  • Guests

Posted 19 October 2015 - 03:43 PM

salam aleykum 1Bu dogrudur ki Huseyn radiyallahu anhi Zeyd oldurub?oldurmediyine dair hedis var ?hansidir?
2Bes dogru deyilse niye bezileri el bilirki o oldurub hansi hedise esasen ele deyirler?
3Zeyd sahabedir?Huseynin olumunde bir az da olsun eli var?ve ya sebeb olub?buna gore Allaha hesab verende tovbe edibsee onda ondan bu haqda sorusulmayacaq?
4 Bes Peygember sallallahu aleyhi va sellemin qarsisinda axiretde ne deyecek ?
5Umumiyyetle eger ozu oldurmus olsaydi sonra da tovbe etseydi bagislanacaqdimi axi Peygemberin nevesini oldurmus olacaqdi?
6Men isteyirem ki siz ve diger telebeler Huseyn Hesen diger imamlar haqda dersler desinler biz de qulaq asaq onlari daha yaxindan taniyaq biz de sevek/sonra onlar nece oldurulub kimler terefinden xususen de kerbela hadisesi bu haqda duzgun elme sahib olma qisteyirem bu haqda dersler hazirlayin siyeler danisan da biz de susub qalmayaq deyek bizde birilik nece bas verib Huseynin ailesini usaqini heyat yodasini da oldurub hemin hadisede dyesen bu haqda bu haqda deqiqi melumat almaq isteyirem buna ciddi yanasin diger imamlar haqda dersler deyin taniyaq men taniyib seve bilirem onlar haqda cox melumatim olarsa daha yxsi olartezlikle gozleyirem sayta baxacam ixlasla.coma

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Hüseyn Kərbəlada öldürülüb, bəli. Onu çağırdılar, aldatdılar. Əsas da çağıranlar onu öldürdü.
2) Hüseynin ölümündə üç qisim tərəf qeyd olunur. Birinci Yezid, İkinci Ömər bin Səad, üçüncü Kufə əhli. Onun ölümündə ən böyük əl Kufəlilərdir. Çünki onlar səbəb oldular. Onlar onu çağırdılar. İkincisi qoşunun başçısı Ömər bin Səad. Üçüncüsü isə Yezid. Təbii ki, Yezid hakim idi. Ola bilsin ona görə cavab versin.
3) Yezidin əli var müəyyən qədər. Hakim idi. Məsuliyyət daşıyırdı. Amma tövbə edibsə, əlbəttə, problem yoxdur. Allah tövbə edəni bağışlayır.
4) Deyənlər çoxdur. Məsələn, Həsəni öldürən arvadı nə deyəcək? Əsas Peyğəmbər (sallallahu aleyhi va səlləm) qarşısında yox, Allah qarşısında. Haqq-hesabı peyğəmbər (sallallahu aleyhi va səlləm) etməyəcək. Allah Təalə edəcək. Allah qarşısına salamat çıxsa, vəssalam. Əsas odur.
5) Fərqi yoxdur, peyğəmbərin nəvəsidir, başqasıdır, qohumudur. Həmzəni (Allah ondan razı olsun) götürək. Vəhşi onu öldürdü. Sonra tövbə edəndə hətta Peyğəmbər də (sallallahu aleyhi va səlləm) keçdi. Heç zikr eləmədilər Həmzənin ölümünü.
6) Nəinki onlar. Onları belə xüsusiləşdirmək, yer vermək düzgün deyil. Əlhəmdulilləh, müsəlmanlar, səhabələr, təbiinlar çox olub. Hamısı zikr olunur, hamısı qeyd olunur. Bu dərslərə qulaq asa bilərsiniz:
http://ixlasla.com/s...-64-illeri.html
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#12 Guest

Guest
  • Guests

Posted 19 October 2015 - 03:47 PM

salam aleykum tapilan pulun sedeqesi verilir?pul ne qeder olmalidir teqribi(mes 68azn olarsa sedeqe verilir?)

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox. Əgər bir şey tapılıbsa, onun sahibi axtarılmalıdır. O bir müddət qalır. Hətta bir iləcən. Əgər tapılmasa, onda ehtiyacın varsa götür və ya ehtiyacı olan birinə ver.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 Guest

Guest
  • Guests

Posted 20 October 2015 - 11:18 PM

Салам Алейкум

Последователи хадисов лгут когда говорят, что молитву надо совершать пять раз в день однако Аллах Свят Он и Велик говорит о трёх молитве вот говорит Аллах Свят Он и Велик в Коране суре 24 аяте 58 О те, которые уверовали! Пусть невольники, которыми овладели ваши десницы, и те, кто не достиг половой зрелости, спрашивают у вас разрешения войти в покои в трех случаях: до рассветного молитвы, когда вы снимаете одежду в полдень и после вечернего молитвы.Вот три времени наготы для вас. Ни на вас, ни на них нет греха за вход без разрешения, помимо этих случаев, ведь вы посещаете друг друга. Так Аллах разъясняет вам знамения. Аллах — Знающий, Мудрый.
Как видим Аллах в этлм суре говорит о трёх молитве вить Аллах ясно пишет в этом суре до расветного молитвы, продлен и вечером

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Üç vaxt qeyd olunmayıb. Quranda beş vaxtın hamısı qeyd olunub. Hər namaz ayrı-ayrı qeyd olunub. Sadəcə Quran müxtəsər olduğuna görə onları cəm edin. Bəzi ayələrdə ola bilsin tərcümə o mənanı verə bilmir. Amma onu başa düşmək üçün baxaq görək Peyğəmbər (sallallahu aleyhi va səlləm) buna necə əməl edib? Peyğəmbər (sallallahu aleyhi va səlləm) beş vaxt qılıb və daim deyib ki, beş vaxt qılın. O beş vaxt namazın adları var. O vaxtların adlarıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Guest

Guest
  • Guests

Posted 21 October 2015 - 02:40 PM

Salam aleykum. Bir elm tələbəsini dərsində dedi ki, elm öyrənmək həvəslə olmur. Yəni özü də misal çəkdi ki, məs, bir kəs deyir ki, mən fiqh elmini öyrənməkdən ləzzət alıram. Qardaş bu sözə tənə eliyib deyir ki, ləzzətnən deyil. O həm də demək istəyir ki, həvəs oldu olmadı elmi öyrənməlisən. Bu aydın məsələdir. Amma insanın bu cür imanı əldə saxlamağın çətin olduğu dövrdə həvəsdən salmaq düzgün deyil. Özü də qardaş bu sözü özündən demir. Hansısa alimin də bu cür sözü var. Tam yadıma gəlmir. Belə olur insanlar dindən soyuyur da. Elə hər şey bundan başlayır. Buna quruluq deyirlər. Quruluq. Bəs insanın hisləri? Heç mi insanın hisləri, düşüncələri nəzərə alınmır? Peyğəmbər (aleyhissələtu vəssələm) belə mi edib? O insanların hislərini heçə mi vurub? - yox. Zina etmək istəyən gəncə necə muamilə etdi? Bunu yada salaq. Səhabələr döyüşə gedəndə onlar həvəsləndirilirdilər, nəşidlər deyilirdi. Məgər cihad ibadət deyil? Amma görürsünüz ki, insanlar fərzə -cahida həvəsləndirilirdilər. Deməli həvəs, insanın hisləri heçə alınmalı deyil. İnsan nəzərə alınmalıdır. Təkcə bu yox, ümumiyyətlə nəzərə alınmalıdır.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İnsan hətta elmdə də (fərqi yoxdur dini ya dünyəvi) hansısa bir elmə daha həvəsli olur. Bu normal haldır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 Абу Хадижат

Абу Хадижат
  • Guests

Posted 21 October 2015 - 06:40 PM

Ассалам Алейкум.
Суал-
1.Гадына кишилерин аудио дерслерине динлемек олармы?оларса делили неди

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qadına da elm öyrənmək vacibdir. Qadınlar gəlib peyğəmbərin (sallallahu aleyhi va səlləm) dərslərində otururdular, qulaq asırdılar. Ona görə burada problem yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 Guest

Guest
  • Guests

Posted 23 October 2015 - 01:17 PM

Salam Aleykuma.

Arendaya yer goturmek istiyirem, arenda muqavilesinde arendaya verenin raziliqi ile odeyeceyim pulu az qeyd etmek istiyirem ki vergisinide az odeyim. Bele baxsaq, dovleti aldadiram ki vergi az verim. Meselen yeri 500 manata goturecemse 200 manat qeyd edecem ki vergisinide az verim. Men haram ish gorurem ? Bunu hansisa insana qarshi yox, hammi etdiyi kimi dovlete qarshi edirem.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar. Vergi haqları bir az həddindən artıq şişirdilib. Olar elə etmək. Əgər çəkinməyin başqa yolu yoxdursa.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 ?sual?

?sual?
  • Guests

Posted 25 October 2015 - 04:01 AM

salam aleykum,Qamet qardaw. Birinci sual- Ateist qizla evlenmek olar ? Icaze var ?
Ikinci sual- islami evlilik saytlara munasibetiniz necedir ? O cur saytlarda muselman qiz ve oglanlarin taniwib evlenmesi duzgundur ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Evlənmək olmaz. Çünki kafirdir. Ona görə.
2) Elə saytları axtarmaq və girişmək bəyənilmir. Düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 Allah bendesi

Allah bendesi
  • Guests

Posted 26 October 2015 - 09:44 PM

Salam Aleykum. Menim bir nece suallarim var. Elm telebelerinden xahis edirem etrafli cavablandirsinlar. Menim bacimgil shiyediler. Bizde ehli sunne Elhemdulillah. Her defe biz gorusende bizim soz sohbetikiz dusur. Bize deyirler sizvehabi fikirlidiz. Vehabiler Selefiler bu cure fikirdedirler. Xahis edirem bu dediklerine mene gozel delillerle cavab veresiz.
Men onlara yorulmusam basa salmaqdanki Islamda Vehabi anlayisi yoxdu. Deyirlerki

1. Vehabiler analari ve bacilari ile nigaha gire biler. Vehabi alimleri deyir bunu.
2. Deyirler Hz. Omere hec kim icaze vermeyib Peygemberimiz SAW yaninda defn olunsun.
3. Maide suresi 55 aye, deyirler Hz Eli rukuda sedeqe verib. Uzuyunu cixardib verib
4. Hz. Eli Kebede dogulan shexsdi
5. Mekkeni Vehabiler idare edir.
6. Saqqal saxlayanlara pul, masin verirler
7. Selefiler deyir Yezide lenet oxumazlar. Esasda Qamet qardasa qarsi cixirlarki Qamet qardas deyib Yezide lenet oxumaq olmaz. Onlarda muselman olub. Peygember nevesini olduren nece muselmandiki?
8. Hz. Eli Peygember SAW davamcididi deye bizde onun terefdariyiq. Qurani kerimde shiye adi cekilib. Ne selefi ne ehli sunne vede vehabi adi cekilib.

Bu cure sozsohbetler meni cox bezdirir yenede sebr edirem. Peygemberin yolunu getmek beyem Vehabilikdi? Elm telebelerinden xahis edirem suallarimi delillerle cavablandirsinlar. Men bunlarin eleyhineyem deye deqiq anlayisimda yoxdu yalandan ozumden bele deyil demek istemirem.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Birincisi, Vəhhabi alimləri yoxdur. İkinci, hətta heyvanların bəziləri öz ana-bacıları ilə olmurlar. Oki qaldı insanlar. Düzdür ola bilsin kimsə olsun. Onlar sələfilərə vəhhabi deyir. Bu yalandır, böhtandır. Heç bir alim öz anası-bacısı ilə olmağı deməyib. Kimki belə deyir sadəcə olaraq onu aldadıblar.
2) Bu yalan söhbətdir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) evi Aişənin (Allah ondan razı olsun) evi idi. Sadəcə Ömər Fars imperiyasını dağıdandan sonra yaralanmışdı. Farslar adam göndərib onu vurdular. Əlhəmdulilləh Ömər müsəlman tərəfindən yox, kafir tərəfindən öldürüldü. Yaralı olduğu müddətdə möminlərin anasına öz ədəb-əxlaqını saxlayaraq dedi ki, o yerdən bir az yer versin. Möminlərin anası da icazə verdi. O kim deyirsə, yalan söhbətdir.
3) O da yalan söhbətdir. Birincisi namaz qılanda tərpənmək olmaz. Oki qaldı zəkat vermək. Zəkat elə bir ibadətdir ki, illik gəlirdə bir dəfə verilir. Onu hesablamaq lazımdır və s. Əli (Allah ondan razı olsun) fəqir idi. Zəkat verən deyildi. Hətta peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib Fatiməni istəyəndə, dedi nəyin var? Dedi heç nəyim yoxdur. Bir dənə qılıncla, zirehim var. Belə adam zəkat verər? Hələ üzük taxar?
4) Əlinin Kəbədə doğurmağı hədisi səhih deyil. Kəbənin qapıları bağlı idi. Bu da yalanlardan biridir.
5) Bu yenə boş söhbətdir. Məkkəni Vəhhabilər yox, oranın öz hökuməti var. O idarə edir. Vəssalam.
6) Bu da yalandır. Nə əcəb onu deyənlərin özləri saqqal saxlayıb gəlmirlər? Nə yaxşıdır ki.. Bir dənə saqqal saxlamaqla maaş verirlər, maşın da verirlər. Əladır ki. Bunlar hamısı boş söhbətlərdir. Özüdə bu köhnə söhbətdir. Bunu əvvəllər avam camaat deyirdi. Sonra avam camaatın özü gördü ki, bu yalandır. Bunlar hamısı boş söhbətdir. Onları aldadıblar.
7) Yezidə lənət oxumaq olmaz. Bir dənə müsəlmana, müəyyən bir müsəlmana lənət oxumaq olmaz. Ümumən oxumaq olar. Məsələn, Allah zalımlara lənət etsin. Amma müəyyən bir adama, müsəlmana olmaz. Yeziddə müsəlman idi. Kim dedi ki, o, kafirdir? Yəni məgər Hüseyni öldürən kafirdir? Onda bütün Kufə əhli kafir sayılır. Hətta Əlini öldürəni Əlinin özü təkfir eləmədi. Qaldı ki, Hüseyni öldürən kafir olsun.
8) Onlar hamısı yalandır. Bütün səhabələr peyğəmbərin davamçılarıdır. Həm Əbu Bəkr, həm Ömər, həm Osman, həm Əli, həm başqaları. Oki qaldı Quranda şiə adı çəkilməyinə. Şiə adı 11 dəfə çəkilib. 10 dəfə pis mənada, pis adamlarla. Bunu nə fərqi varki? Məsələn, Əbu Ləhəbin adı çəkilib, çox səhabələrin adı çəkilməyib. Heç Əlinin adı çəkilməyib, Əbu Ləhəbin adı çəkilib. O deməkdir ki, Əbu Ləhəb Əlidən üstündür? Belə yanaşma düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 Guest

Guest
  • Guests

Posted 29 October 2015 - 09:40 PM

Salam aleykum.1. Eger qadinin velisi yoxdusa , qadinin gelecek zovcu dostunu vei sece biler? Yoxsa ancaq mescid imami veli dura biler? Ele nigah sehihdi ya batil? 2. Meselen bir qardaw yaxud baci boyuk gunah edib meselen zina ve tovbe edib.... Ele baci ya qardaw menim gozumden duşurse bu problemdi? Yani zina etmeyen baciyla zina edeni bir tuta bilmirem. Bilirem tovbe edib amma yene de gozumden dusur. Bu normal haldi? Hetta bilsem ki bir bacinin cahilliyi pis kecib baci exlaqsiz olub,amma basqa baci terbiyeli olub, terbiyeli gozumde daha uca olur. Bu normal haldi yoxsa problemdi? Menden asili deyil.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər qadın yetimdirsə və ya imtina ediblərsə, o zaman məscidin imamı dayanır və ya kənddə, şəhərdə tanınmış adam dayanır. Belə edilmir. Filankəsin dostu və s. Elə düzgün deyil.
2) Əlbəttə bu fərq var. Əlbəttə namusunu qoruyan qız, o birisindən üstündür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 Guest

Guest
  • Guests

Posted 30 October 2015 - 10:54 AM

Салам Алейкум

Гамет прошлом форуме я вам написал про Адама и в самом начале начале я привёл из Корана доказательство из сура два где Аллах говорит я назначу приемника это как минимум говорит отом что Адам был назначен преемником далле столько доказателств я привёл ты Гамет ни как мои доказательств не отпреверг ты Гамет лишь написал это неправильно считать что кто то до Адама был Адам первый человек на земле всё это еще раз доказывает, несостоятельность и неубедительность оргументов последователей хадисов так как Коран про Адама говорит одно , а вы хадиситы другое

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Biz nə demişik ki? Adəm ən birinci xəlifədir. Tək idi. Həvva ilə birlikdə idi. Ən birinci nəbidir, peyğəmbərdir. Yəni siz nə soruşmaq istəyirsiniz? Nə istəyirsiniz?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#21 Guest

Guest
  • Guests

Posted 30 October 2015 - 11:04 AM

Салам Алейкум

Гамет я в прошлом форуме я вам доказал , что молитву-салят можно читать на своём языке , а вы Гамет в опровержении никаких доказателств не привели еще раз скажу в молитве только Коран читаеться на арабском языке только Коран так как в Коране сказанно поистине Коран был ниспослан на ясном арабском языке , а что касаеться поясного поклона и земного поклона то нет доказательствы , что их надо читать на арабском наборот я вам привёл суру Из Корана где Аллах Свят Он и Велик говорит различные языки это знаменя Бога . Все это еще раз наглядно доказывает , что последователи хадисов не идут правильным путём каждое их заявление противоречит Корану

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən kimsən? Deyirsən mən, mən. Çox mən demə də. Sən kimsən? Elm tələbəsisən, alimsən? Yoxsa, çıxmısan deyirsən ki, namazı hər kəs öz dilində qılmalıdır. Əgər Quranda hər kəsin öz dilində qılmağı olsaydı biz deyərdik. Lap hədisləri kənara qoy. Hələ hədisləri deməsək. Amma qaldı ki, öz dilindəyə. Sən deyirsən ki, rusca. Rusca tərcümələr cürbəcürdür. Hansı tərcüməni seçək? Bir dildə 20-30-50 tərcümə var. Hamısı da bir-birindən fərqlənir. Amma ərəbcə bir dənədir. Yəni bu onu göstərir ki, ərəb dilini hansı dilə çevirdikdə o keyfiyyəti almaq olmur. O mənalar itir. Ona görə. Amma qaldı ki, Allah Təalə deyir ki, bizi cürbəcür qəbilələrə bölüb. Bu nə deməkdir ki? Bu o deməkdir ki, namazı öz dilində oxu? Kim səni öyrədibsə, səhv öyrədib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 Guest

Guest
  • Guests

Posted 30 October 2015 - 11:25 PM

Salam olsun Allahin dinin yasayan her bir kese ! Allah muslumanlari izzetlendirsin ehline malina bereket versin ! Allahin dinine dusmen olan her bir kesde zelil olsun.Bilen adamlara menim bir sualim var.Allahdan basqasin cagirmaq sirkdi?Neye esasen?Askar deliller lazimdi.Meselen bele delile ne deyirsiniz-Ya Ebelfez deyende onun dunyanin her yerinden milyonlarla sienin cagrisini esitmesi sirkdi.Cunki eyni anda milyonlarla sie dunyanin her yerinden onu cagira biler. insan gozun acib gorubki Allah Tealani bu cur cagirirlar.Bele cixir cagirdiqlariniz her seyi esidir bu Allahin semi sifetin mexluqa vermekdirki Semide Zati sifetdir sirkdi.Etiraz olunub ki yox semi sifeti ancaq bu cur esitmek deyil eger bele deyilmis olsa onda Allaha naqislik nisbet olur.Semi sifetinin serhi barede yazardiniz.Bu etiraz kecerlidi?Hemcinin bu cur cagrisda Allahin sifetin mexluqa vermek cixir ortaya ya yox?Hemin etiraza bu cavab kecerlidir ki quranda endaden gelib- tay tutmaq.Bu cur cagris ele Allaha tay tutmaqdi-yani semi sifetine?Delillerle yazardiniz.Bes buna ne deyirsiniz deyilirki bes quranda bir Allaha ibadet etmek iyyahu ile birde cagirmaq iyyahu ile gelmisdir.Bu gosterirki Allahdan basqasina ibadet sirk oldugu kimi basqasini cagrisda sirkdi?Bele bir sey dogrudur?Calisin etrafli ve mohkem deliller zikr edesinizki mesele qaranliq qalmasin.Hemcinin delil getirilirki bes xristiyanlar isa(es)ve Meryam(es) cagirir onlara dua edirki onlarda hasha estegfirullah Allah catdirsin.Vasite kimi.Bes buna delilde meryamana.net - kilse saytidi orda dua yolunda bolmesinde baxa bilersiniz.Onlarda Isa(es) ve Meryam(es) ilah bilir(Maide 116)Hemcinin ozleride bunu etiraf edir. Buda gosterir ki ilahi bu cur cagirarlar.Gorunduyu kimi bu emel sirkdi.Bele delil olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, Ya Əbəlfəz demək, əlbəttə şirkdir. Əgər Əbəlfəzi köməyə və ya nə üçünsə çağırırsa, əlbəttə şirkdir. Oki qaldı onlar, belə deyənlər, necə ki, xristianlarda məxluqa Allahdan olan sifətləri verirlər. Bəli, biz bunu görürük. Bu şirkdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#23 Guest

Guest
  • Guests

Posted 31 October 2015 - 03:08 PM

Цитата
Цитата

Maide 6 ayede biru'sikumdaki bi zaiddir?Neye gore mesh yox yumaq lazimdir ayde buna delil qrammatik baximdan nedir?

Cavab:

"bi" hərfu-cərr`dir. Lakin buna baxmayaraq, "ərculəkum" hərfu-cərr`ə tabe deyil, yuyunan əzalara tabedir. Həmçinin tətbiqdə də Peyğəmbər elə edib. O göstərir ki, söhbət yumaqdan gedir.
Allah daha yaxşı bilir!

Rafizi də deyəcək ki, "ərculəkum sözü biruusikum sözünün ləfzinə yox, məhəllinə atf edilib". Onda nə deyəcəksən? Uçilişdə elə bu qədər öyrədiblər sizə?!

Cavab:

Uçilişi yox, universitet. Əgər rafizi belə desə, sən ona deyərsən ki, bax onda peyğəmbər bu ayəni necə tətbiq edib? Onda sənə də, rafiziyə də aydın olacaq.
Allah daha yaxşı bilir!

Men bu suallari verenin hec biri deyilem sadece rast geldim sual yarandi
Sual -belke Resulullah(sav)maide suresi nazil olmamisdan qabaq yuyub amma sonra aye nazil olub mesh edib?Cunki kecmis ummetlerde yumagiydi.Aye nazil olana kimi yuyulub!Hemcinin sielerin diger delili budurki Bir qisim erebler ayag uste xususen seferde bovl ederdiler onlarin topuqlarina sidik bulasiq olurdu bunun ucun deyilib.Hemcinin Ayaglari cirkli idi.Ereblerin bir qismi ayagyalin gezerdiler.Bunun ucun vay olsun odda yanan ayaglara deyilib.Umumiyyetle mehelline etfe soz tapilmir.Qrammatika gosterir ki heqiqeten mesh nazil olub bunu tefsir kitablarinda sehabelerde tesdiq edir ibn Abbas ve sair boyuk sehabeler.Meshe vacib Yumaga sunnet deyene nece baxirsiniz?

Cavab:

Məsh barədə dəlillər gəlib. Amma hamısı corabın və xofun üstündən məshdir. Amma qaldı ki, corabsız və ya xofsuz ayağa məsh gəlməyib. O barədə səhih bir məlumat yoxdur. Əksinə nə gəlibsə, hamısı yumaq barədədir. Amma qaldı ki, o vaxt ayaqqabı olmayıb. Elə yanaşsaq o zaman əvvəl maşın da, təyyarə də olmayıb. O zaman biz əhkamları dəyişəcəyik? Əhkamlarda şəriət o zaman nə deyibsə, hər bir zamana, məkana müvafiqdir. Sadəcə yanaşmağınız düzgün deyil. Peyğəmbər (sallallahu aleyhi va səlləm) yuyub. Əksinə səhih dəlil yoxdur ki, corabsız, xofsuz ayağa məsh edib. Amma qaldı ki, bəzi səhabələrdən nəyinsə deyilməyinə. Onun səhih olub-olmamasını yoxlamalıyıq. Biz də deyirik. Məsh var. Lakin corabın və ya xofun üstündən. Siz o zaman məhdudlaşdırırsınız. İslam dini ümumdünyəvi dindir. Əgər Ərəbistanda isti olubsa, qumun üstündə ayaqyalın gəziblərsə, o zaman Sibir İslama aid deyil? Orada qum yoxdur, ayaqqabılardır. Ona görə yanaşmağınızı düzəldin.
Allah daha yaxşı bilir!


#24 Guest

Guest
  • Guests

Posted 31 October 2015 - 03:45 PM

Icazenizle etiraz ederdim sizde cavablandirardiniz
Maide suresi 6 ayede-Burda mehelle etf olmagi askardi mefulun bih qeyri sarihdir.
Vahidinin tefsirul Basit kitabinda maide 6 ayenin tefsirinde yazilib ki Ehli Meani camaati deyirki ayaglar zahiren basa etf olub.
Hemcinin icazenizle tefsir kitablarin birinin tercumesinen bir parca bura yerlesdirim
ibn Kesr tefsiri turkce tercumesi- Seleften bir gruptan, ayakların meshedilme-sini söyleyenleri
destekler mâhiyette rivayetler gelmiştir. Nitekim İbn Çerîr Taberî der ki; bana
Ya'kûb İbn İbrâhîm... Humeyd'den nakletti ki; o, şöyle demiş : Mûsâ İbn Enes, Hz.
Enes'e —biz yanında iken— dedi ki; ey Ebu Hamza, Ahvaz'da iken Haccâc bize bir
hutbe okudu. Biz de yanında bulunuyorduk. Abdesti anlattı ve dedi ki; yüzünüzü ve
ellerinizi yıkayın. Başınızı ve ayaklarınızı mesnedin. Ademoğluna, ayağından daha
yakın bir pislik bulunamaz. Onun içlerini ve dışlarını, damarlarıyla beraber yıkayın.
Bunun üzerine Enes İbn Mâlik dedi ki; Allah doğru söyler, Haccâc yalan söyler.
Çünkü Allah, başlarınızı ve ayaklannm mesnedin, buyurmuştur. Humeyd der ki;
Enes İbn Mâlik ayaklarım meshettiği zaman onları yaşartırdı. Bu rivayetin isnadı,
sahihtir. İbn Cerîr Taberî der ki: Bize Ali İbn Sevr... Enes İbn Mâlik'ten rivayet etti
ki; o, şöyle demiş : Kur'an mesh üzerine, sünnet de yıkanma üzerine inmiştir. Bu
rivayetin isnadı da sahihtir. İbn Cerîr Taberî der ki; bize Ebu Küreyb... İbn
Abbâs'tan nakleder ki; o, şöyle demiştir: Ab-dest iki yıkama ve iki meshetmektir.
Saîd İbn Ebu Arûbe de Katâde'den böyle rivayet etmiştir. İbn Ebu Hatim der ki;
bana babam... İbn Abbas'tan nakletti ki; o, başınıza ve topuklarınıza kadar
ayaklarınızı da mesnedin demiş. Ve buradaki âyetin yıkamaya değil, meshe âit
olduğunu bildirmiştir. Sonra îbn Ebu Hatim der ki; Abdullah İbn Ömer, Alkame,
Ebu Ca'fer Muhammed İbn Ali ve —rivayetlerin birinde— Hasan el-Basrî, Câbir
İbn Zeyd, —rivayetlerin birinde— Mücâhid'den de aynı şekilde nakledilmiştir, İbn
Cerîr der ki : Bize Ya'kûb... Eyyûb'dan nakletti ki; o, şöyle demiş: Ben, İkrime'nin
iki ayağına meshetnıekte olduğunu gördüm. Eyyûb der ki; İkrime, bunu söylerdi
de. İbn Cerîr Taberî der ki: Bize Ebu Sâib... Şa'bî'den nakletti ki; o, şöyle demiş:
Cebrail mesh'i indirdi. Görmez misin ki teyemmüm, yıkanması gerekenin üzerine
meshetmektir. Ve meshedilen kısmı da geçmektir. İbn Ebu Ziyâd da der ki: Ben
Âmir'e; insanlardan bir kısmı, Cebrail'in ayaklan yıkamayı (emreden hükmü)
indirdiğini söylüyorlar, dedim. O, Cebrâîl mesh'i indirmiştir, dedi.
Bunlar gerçekten garîb hadîslerdir. Ve burada mesh ile kasdedilen, hafîf yıkamadır.

Cavab:

O ki qaldı təfsirə. Mötəbər, məqbul təfsirlər olsa da, tutaq ki, İbn Cərir ət-Təbəri və s. Özünüz bilirsiniz ki, o təfsirlərdə sadəcə nəqllər rəvayət olunur. Nə eşidilirsə. O nəqllər o demək deyil ki, o nəqllərin hamısı səhihdir. Yenə deyirəm. O barədə səhih bir şey yoxdur. Əksinə səhih nə gəlibsə, hamısı corabların və ya xofun üstünə aiddir. Həmçinin ora-bura getməyə ehtiyac yoxdur. Baxın Peyğəmbər (sallallahu aleyhi va səlləm) necə edib. Hətta yumaq məsələsi nəinki əhli-sunnə kitablarında, hətta şiə kitablarında var ki, imamlar deyir ki, ayaqlarınızı yuyun.
Allah daha yaxşı bilir!


#25 Guest

Guest
  • Guests

Posted 31 October 2015 - 11:36 PM

Salam aleykum və rahmatullahi və bərəkətuhu.Şeyx mən qüsl alannnda vəsəvəsə gəlir.Niyyət etdiyim anda Allaha qarşı pis fikirlər gəlir,niyyət edib etmədiyimdən Bismilləh deyib deməyimdən əmin ola bilmirəm,qüslə başlayanda axıntının olduğu və ya qaz olduğu hissinə qapılıram və hər hansı əzanı yuyub yumamamığla bağlı şübhələr gəlir.Axırıncı dəfə yenə başlada nə qədər çübhə gəldisə fikir vermədim.Bir dəfə aldım çıxdım.Düz elədim?
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qüsldə əgər şübhələr gəldisə fikir verməyin. Bismilləh demisiz yoxsa, yox. Hardasa quru qaldı. Elə şeylərə fikirləşməyin. Qüslünüzü alın və çıxın. Elə şeylərə fikir verməyin. Fikir verdikcə onlar çoxalacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users