Jump to content


Photo

01 августа 2005 года


  • This topic is locked This topic is locked
232 replies to this topic

#201 abdulqahir

abdulqahir
  • Guests

Posted 28 July 2005 - 03:15 PM


Əs sələmu aleykum.
Şeyx,Mürciyələr təkfir məsələsində bizlə eyni əqidədədirlər?.
Bizə bu məsələ ilə mürciyə deyirlər,ona görə lazım bilib sizə yazdım.
Onlar haqda məlumat verərdiniz.



Cavab:

Wa aleykum salam!
Xeyr, onlar deyirlər ki, fasiq və ya asinin imanı Peyğəmbərlərin imanı kimidir. Çünki onların əqidəsinə görə iman qalxıb düşməz və s. təbii ki o cür deyənlər səhv edirlər. çünki əslən onlar murciyənin nə olduğunu bilmirlər və ona görə də elə deyirlər. Murciyəlik Əbdül Məlik mərvanın vaxtında peyda olublar. Onlar zəlalət əhlidirlər. və onlar 72 firqədən biridir. Onlar deyirlər ki, iman bölünməz bir hissədir. ona görə də böyük günah sahiblərinin də imanını kamil sayırlar. Amma bizə murciyə deyənlər isə təkfir camaatıdır. Nəinki bizə hətta şeyx Albaniyə və digər mötəbər alimlərə murciyə deyirlər. səbəb isə onların kafir dedikləri admalara kafir deməmələridir. Sən onların danışıqlarına fikir vermə.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#202 Guest

Guest
  • Guests

Posted 28 July 2005 - 11:03 PM

Salam aleykum. Sheyx, qardashlarin choxunun ailesinde Islamla elaqedar bir sira problemler meydana chixir. Onlar Allah xetrine valideynleri ile xosh kechinmeye chalishirlar, amma velideynler chox seyi basha dushmek istemirler. Hetta ish bezen o yere gelib chatir ki, valideynler deyir ki, getme mescide, namazini qil besdir, neyine lazim qalan sheyler, mollami olacaqsan, guya ki senden qabaq biz bilmirdik Islam nedir ve s. Sebrle danishirsan olmur, sakit-sakit izah edirsen olmur. Sheyx, ola bilsin bizim de devetimizde noqsanlar var. Amma onlara butun qalan ishlerde itaet edib, dinle bagli meselelrde ise bunu etmesek olar? Sehabeler valideynleri Islamda olmayanda onlara hansi meselelerde itaet edirdiler, hansi meselelerde yox? Allah razi qalsin. Salam aleykum.



Cavab:

Wa aleykum salam!
Düzdür bu problemdir. Ancaq sən çalış onlarla çox mübahisə etmə. Onların belə demələri cahillikdəndir. Sən səbr et Allah təaləyə asilikdə onlara itaət etmə. Bununla belə onlarla yaxşı davran.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#203 one muslim

one muslim
  • Guests

Posted 29 July 2005 - 03:21 AM

salam! xahis ediram hokmu lagv olunmus ayelerden genis danisasiniz, man muvafiq yazil;ari oxuyandan sonra casqinliga dusdum. olmaya biz da ahli kitab kimi Allahin ayelerini legv edirik ve ya deyisdiririk? kafirun suresi niye legv olunub? delili hansidir legvin? xahis ediram sualima cavab verin, sabirsizlikla gozlayiram.



Cavab:

Wa aleykum salam!
Bu səndə şübhə yaratmasın və sən əhli kitab ilə eyni tutma. Çünki əhli kitabın dəyişməsi təhrifdir. Amma Quranda ləğv olunan ayələr nəsxdir. Fərq də bundadır ki, Nəsx Allah təalədən, təhrif isə insan tərəfindən. Allah təalə buyurur: "Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?! " (Bəqərə: 106).
"(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan; Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!" (Əla: 6-7).
Kafirun surəsinin qüvvədən düşməsinə səbəb isə döyüş ayələrinin nazil olmasıdır. Baxmayaraq bu məsələ alimlər arasında ixtilaflıdır. Çünki bəziləri deyirlər ki, nəsx yalnız zərurətdə edilir. Bu geniş mövzudur. Bu qədər kifayətdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#204 one muslim

one muslim
  • Guests

Posted 29 July 2005 - 03:33 AM

Salam! arab dilini bilmiram, bildiyim dillarda Quranin tarcumalarini "Quran Oxuyuram" adi ila oxumaq olarmi? Yani bu oxumaq Quran oxumaq olacaqmi?



Cavab:

Wa aleykum salam!
İnşallah sənə savab gələcək. Amma Quran oxumaq kimi savab gəlməyəcəkdir. çünki tərcümə Quran sayılmır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#205 Guest

Guest
  • Guests

Posted 29 July 2005 - 05:58 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Bu yaxinlarda 'Yeni Hikmet"qezetinde bele bir yazi oxudum-Misirde kolanin gadagan olunmasi buyurulub.Terkibine donuz piyinden alinan ve hezme komek eden pepsin adlanan madde qatilir.Siz ise kolanin icmeye gadag olmadigini buyurmusunuz.
2.Siz hemishe niye Cume namazinda Fatiheden sonra Kafirun ve Ixlas surelerini oxuyursunuz?
3.Son xutbenizde xavaricilere qarshi daha aqressiv chixish etdiniz.Ozu de bir qeder emosional idiniz.Onlarin tehlukeli oldiginu bilirem.Amma vaxt vardi onlar namaza Abu-Bajr mescidine gelirdi ve sizinle munasibetleri de yaxshi idi.
4.Internetde bele bir proqpam var-PALTALK.Sesli chatdir.Orada 'Islam Alemi'otaginda turklerle sohbet ediridim.Onlar menim danishiqlarimi eshiden kimi bashladilar ki, sen vehabisen.Onlara uyma.Albaninin,Useyminin,Ibn Bazin,Ibn Teymiyyenin eserlerin oxuma.Sohbet bidetden gedende men onlara bir chox sheylerin onlar terefinden edilidiyini ve bunlarin bidet oldugunu onlarin nezerine chatdiridm.Bele olan halda onlara mene bele bir irad turdular-Onda kompyuterden istifade etme ve s.Bunlar ki, Peygemberin(s.a.v) vaxtinda olmayib.Men onlara bunlarin dunyevi meseleler oldugunu nezere chatdiridm.Bu fikirle razilahmadilar.Belke onlar duz deyirdiler?
5.Shortikde namaz qila bilerem?Eger mumkundurse bu onda ele bidet hesab olunmur?O vaxt ki,shortik yox idi!
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Bunu dəqiqləşdirmək lazımdır. Çünki Misirdə ixvanlar çoxdur və bu məsələni də ixvanlar yayırlar. Biz alimlərdən bu haqda bir şey eşitməmişik.
2. Həmişə deyil lakin çox vaxt belə olur. Buna səbəb qısa olmalarıdır. Səbəb budur ki, camaatın çoxusu bu və ya başqa surələri bilirlər. təlim məqsədi ilə bu surələri oxuyuram ki, qoy bu surələrin düzgün oxunuşunu bilsinlər.
3. Bəli, onlar əvvəl məscidə gəlirdilər. lakin o zaman xəvaric deyildilər. onlar sonra məscidləri tərk etdilər və hamını kafir saydılar.
4. Xeyr, onların fikirləri batildir. Sən düz fikirləşirsən. Pislənən bidət dini məsələlərdədir. dünya məsələlərində isə azadsan.
5. Əsas odur ki, budun görsənməsin. əgər görsənmirsə onda qıla bilərsən. O vaxt şalvar da yox idi nəinki şortik. Çalış elm zəif olanda elə qəribə saytlara çox girmə.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#206 Humeyra

Humeyra

    Пользователь

  • Пользователи
  • Pip
  • 851 posts
  • Location:Azerbaijan, Baku
  • Interests:Tawheed, Islam, Quran.

Posted 29 July 2005 - 07:21 PM

AsSalamu alaikum.
Zahid ahl-as-sunna wal jamaa` anlayisinda dunyadan ymumietle el ceken yox, ozyne lazim olan qeder goturene deyilir. Bilmek isteirem, her bir muselman zahid xysusietlerine malik olmalidir? Umumietle dunyaya(xysusen var-dowlat ve gozellik) bagliliq muselmanda hansi derejede olmalidir? Eger halal cherchiveler daxilinde imkan var dunyadan daha cox shey gotyrmeye, muselman bu halda bu imkandan istifade etmelidirmi(ozy ycyn), yoxsa bunun imana tesiri var ?
Barak Allahu fikya.
MasSalama



Cavab:

Wa aleykum salam!
Bəli, zahidlik lazımlı və mühim məsələlərdən biridir. Lakin zahidliyi sırf tərkidünyalıq kimi başa düşməz lazım deyil. Çünki səhabələr zahid idilər və dünya üçün də çalışırdılar. əgər dünyaya ehtiyat ilə yanaşacaqsansa bu sənin zahidliyinə təsir etməz.
Allah daha yaxşı bilir!
Salam aleykum!



Однажды шейх-уль-ислама Ибн Теймийю[rahmahhu Llah] спросили: «Какие деяния совершают обитатели Рая, и какие деяния совершают обитатели Ада?»

Он ответил: Деяния обитателей Ада — это приобщение сотоварищей к Всевышнему Аллаху; обвинение во лжи посланников и неверие; зависть и ложь; предательство и несправедливость; распутство и вероломство; разрыв родственных связей и уклонение от джихада из-за трусости; скупость и двуличие; отчаяние в милости Аллаха и отсутствие страха перед Его наказанием; беспокойство во время беды, горделивость и заносчивость в радости; отказ от выполнения приказов Аллаха и нарушение Его ограничений и запретов; боязнь творений, а не Творца; показуха и тщеславие; отступление от Корана и сунны в душе и на практике; подчинение творениям в том, что запретил Творец, и слепая преданность лжи; насмешка над аятами Аллаха и отрицание истины; сокрытие знаний и свидетельств, которые обязательно обнародовать; колдовство и непокорность родителям; убиение человека, которого запретил убивать Аллах, не имея права на то; пожирание имущества сирoты и ростовщичество; бегсtво с поля боя и клевета на целомудренных верующих женщин, даже не помышляющих о грехе .


Йакза ули-л-и‘тибар. С. 222



#207 calal

calal

    Пользователь

  • Пользователи
  • Pip
  • 3 posts

Posted 29 July 2005 - 10:30 PM

Салам Алейкум Уважаемый Шейх!
1.Почему верушие мечети АбуБакр называют себя Ахли Сунна Вал Джамаа,а не мусульманами?
2.Сподвижники Пророка Мухамеда также себя называли Ахли Сунна Вал Джамаа?
3.Не приводит ли это слово к образованию еще одного течения в исламе?


Ответ:

Ва алейкум салам!
1. Они мусульмане. А назвав себя ахли сунна вал джамаа, они указывают, что следуют по пути пророка (с.а.в.).
2. Естественно в то время не было различных течений в исламе. Но выражения сунна, по сунне и т.д. т.п. употреблялись.
3. Нет, не может. Потому, что это и есть самый настоящий ислам. Это путь пророка (с.а.в.) и его сахабов.
Аллах знает лучше!
Салам алейкум!


#208 Guest

Guest
  • Guests

Posted 30 July 2005 - 12:12 AM

Assalamu aleykum wa rahamatullahu wa barakatuhu!
Olaylar qezetinde bele bir yazi oxudum-Demokratik Qərbin marağı və dəstəyi olmasaydı, Bakının tən ortasında Əbubəkr məscidinin dini icması, düz-əməlli savadı olmayan Hacı Qamət siyasi bəyanatlar verməzdi.
Buna munasibetinizi bilmek isterdim?Bu dogrudanmi beledir?



Cavab:

Wa aleykum salam!
Təbii ki, bu cəfəngiyatdır və bunlara fikir verməyin.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#209 Xadija_al-Ihsan

Xadija_al-Ihsan
  • Guests

Posted 30 July 2005 - 09:01 AM

As salamu aleykum
Sheyx, size Kanadadan bir baci bu suali vermishdi:
Sual:
Assalamu aleykum . Bilmek esterdim bezi dermanlar var ki,onlarin
terkibinde spirt olur.Bele dermanlari qebul etmek olar? Hemchinin
bezi shirniyyatlar var ki, onlarin terkibine az miqdarda konyak ve ya
araq vurulur. mes: shokoladda bu daha chox olur . Bunlardan istifade
etmek olar? Allah sizden razi olsun

Ve sizin cavabiniz

Cavab:

Wa aleykum salam!
Beli. Istifade etmek olar. Bu qadagan olan
ickilerden sayilmir.
Allah daha yaxshi bilir!
Salam aleykum!

Xahish edeirik bu meseleye aydinlik getiresiz...bacinin xaishi ile
Jazzaka LLAX xeyrun!



Cavab:

Wa aleykum salam!
Çünki bu dərmandır və bunu içmək lazımdır. Alimlər də buna icazə veriblər. orada olan spirtin insana təsiri yoxdur. Necə ki adi spirt və qatıqda da spirt var bu da elədir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#210 Guest

Guest
  • Guests

Posted 30 July 2005 - 09:35 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Bu yaxinlarda siz qezetde(deqiiq adi yadimdan chixib) verilen suala cavab olaraq bildirmisiniz ki, Bineqedi rayonunda tikilen mescidden xeberiniz yoxdur.Bunu aydinlashdirdinizmi?Kimler bu mescidi tikir?Belke xavaricilerdir?
2.Yeri gelmishken sorushmaq isteyirem.Amma xahish edirem semimi cavab verin.Siz mescidden maash alirisiniz?Bu mescidi kimler maliyyeleshdirir?Chunki bildiyime gore qardashlar ish tapmaqda chetinlik chekirler.Choxlari ise saqqqallarini qirxmaga mecbur olur ve bezen de mecbur qirxdirirlar?Onlari basha dushmek olar.Ailesini dolandirmalidir.Bele hal onlarin imaninin zeifliyinden ireli gelmirmi?Umimiyyetle bu gunahdirmi?
Asssalmu aleykum wa rahamatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Bu yaxınlarda o haqda televizorda danışırdılar. Çünki televizorda orada meyid yumaqdan danışırdılar xəvariclərdə isə meyid yumaq yoxdur. Çünki onlar azdırlar və özləri bir-birlərini yuyrlar.
2. Məscidi məaliyələşdirən məscidə gələnlərdir. Birinci Allah təalənin sonra isə onların köməkliyi ilə məscid məaliyyələşir. Amma mən özüm isə mənim öz işim var və mən oradan dolanıram.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#211 Guest

Guest
  • Guests

Posted 30 July 2005 - 09:54 AM

Assalamu aleykum wa rahamtullahu wa barakatuhu!
Bu yaziya munasibet bildirin!Amma xahish edirem tutarli cavablarla.'Bohtandir',"bunlar bosh sheyleridr" demekle ustunden kechmeyin.Chunki sizin cavabiniz N.Qasimogluna unvanlayacam.Eger icaze verseniz.
....Cavabinizi gozleyirem.Assalamu aleykum wa rahamatullahui wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Problem bundadır ki, bu baxış mütəxəssis baxışı deyil. Hansısa filosofun əcaib fikirlərə malik adamın fikirləridir. Ümumiyyətlə islam tarixində vahabilik deyilən təriqət yoxdur. Fəqət bu kəlməni işlədənlər ingilislər və dinin içində olan təriqətlərdir. Çox vaxt bu kəlimədən istifadə edirlər. Bunu o üzü də qeyd edir. Sonra çox qəribədir ki, elə təsəvvür yaradır ki, guya ki deyilən vahabilər etdikləri əməlləri özlərindən ixtira ediblər. bu isə böyük xətadır. Hər bir adam götürüb bir mötəbər hədis kitabını oxusa görər ki, bu məsələləri Peyğəmbər (Sallallahu aleyhi və alə alihi və səlləm) deyibdir. Məs, sağ əl ilə yemək və s. onun qeyd etdiyi məsələlər. bilmək lazımdır ki, bunlar elə belə deyilməyib. Bu mədəniyyət, tərbiyə və sağlamlıqdır.
Adi bir misalla bunu göstərmək olar ki, bir bahalı restorana xüsusən də xaricdə, getsən orada görərsən ki, orada oturuş, geyim, hansı əl ilə yemək, qaşığı tutmaq və s. qeyd olunur. Təbii ki, sən o restorana gedib bunlara riayət etməsən sənə əxlaqsız və ya mədəniyyətsiz kimi baxacaqlar. Yazansa bu dini mədəniyyətə çəp baxır. Bu ziddiyatdan başqa bir şey deyil. Bu məsələləri dərindən bilməməzliyi bundan görsənir ki, o, çoban və itaət hədisini gətirib deyir ki, bunu Məhəmməd İbn Abdulvahhab deyib. Ümumən hakimə qarşı çıxmamaq və ona tabe olmaq hədislərdə gəlmişdir. Ona qarşı çıxmamağın hikməti odur ki, hakimə qarşı çıxmaqda çoxlu fitnə-fəsad olur. Tarixə nəzər salan adam görər ki, hakimə qarşı çıxanlar daima fitnə fəsada düşmüşlər. heç bir xeyri də olmamışdır.
Bir neçə dəfə deyir ki onlar dini yeddinci əsrə qaytarırlar. Düzdür yeddinci əsrə qayıtmaq əslində yeddinci əsrdə olan dini götürməkdir. ondan sonra dinə edilmiş əlavələr isə qəbul olunmamalıdır. Bu dini vəhdətə nail olmaq və dinə edilmiş əlavələri təmizləmək üçün yeganə yoldur.
Sonra göstərmək istəyir ki, Məhəmməd təkfirçi olub. Bu isə böyük xətadır. Görsənir ki, onun kitablarını oxumayıb və onun bu fikirləri onunla bağlaması böyük xətadır. Bu fikirlər Peyğəmbərin (Sallallahu aleyhi və alə alihi və səlləm) və onun səhabələri və böyük alimlərin rəyləridir.
Pproblem bundadır ki, həmin bu adam Peyğəmbərin (Sallallahu aleyhi və alə alihi və səlləm) hədislərini qəbul etmir. O özü Məhəmməddən danışır amma özünün din adı ilə dinə zidd olan fikirlərindən danışmır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#212 Guest

Guest
  • Guests

Posted 30 July 2005 - 02:22 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Qardash, men Neriman Qasimogluna bu mezmunda mektub yazmishdim.


Salamaleykum,hormetli Neriman muellim! Neriman muelim sizin rehberlik etdiyiniz Din ve Demokratiya Merkezinin saytini izleyerken arxivde bele bir yaziya rast gedim.-

Vahabilerin Azerbaycanda islam dovleti qurmaq istemesi barede tehdide munasibet bildiren N,Qasimoglu bele bir tehlukenin olmadigini deyib. Onun fikrince, vahabilerle dialoq lazimdir ki, Quran ishiginda onlarin delllerine eks arqumentler getirilsin. N.Qasimoglu onlarla teledebata chixmaga hazir oldugunu soyleyib.

Neriman muellim vehabi deyende kimelri nezerde tutursunuz? Ebu _Bekr mescidinde vehabilik teblig olunmur.Bu mescidde dini maariflenme aparilir.Elm insanlara chatdirilir.Vehabili ise umimiyyetle yoxdur
Bele bir cereyan haradan emele gelib axi?ALLAHin adlarindan bir de VAHHABdir-yeni hediyyeler veren.
Radikal qruplar vehabi deyil.Bunalra xavaricilerdir.Chox teesuf ki.hemin mescidin sheyxi Qameti ve diger savadli qardashlari TV-ye buraxmirlar.Siz ise onalri debata chagiririsiniz.Ozunu de bilirisnzi ki bu absurddur.Spase telekanalini apardigi siyaset buan bariz numunedir.Ilhame kimilerin ekranda kimes bohtan atmagi ise duz deyil.Onun ve onun'erciyezinin'apardigi seviyyesiz verilishlerden ise axi bu millete ne xeyri ola biler?Ebdul Ebdulov kimdir ki, onun kitabindan sitat getirir.Ebdul kimi shexsiyyetsizleri ise gormushuk!Bele yaltaq ,choxuzlu insanlarin cezasin inshALLAH qiyamet gunu ALLAH verecek!Insan gerek bilmediyi sheyi danishmasin.Chunki qiyamet gunu insna her dediyi soze gore ,her etdiyi emele gore cavab verecek.Neriman muelllim.yaxshi olardi ki,siz teklif ederdiniz.Biz chox isterdik ki,sizin Qamet Suleymanovla teledebatiniz kechirilsin.Tv-ler eger imkan verse....

Qardash,bu ise onun cavabidir-Aleykumu-s-salam.

Bele bir debata hemishe hazir olmusham indi de bu fikirde qaliram ki, saglam fikirler dialoq neticesinde meydana chixir. Televiziyada chixishlarim qalir sentyabrdan sonraya, onlarda menim verilishimi dediklerine gore yay fesli oldugundan muveqqeti dayandiriblar. Her halda ele bilirem tekce TV-de olmaya biler bele dialoq. Ele Abu Bekr mescidinde de kechirmek olar bu qebilden olab debati dindarlar qarshisinda.

Onun bu teklifini qebul edersinizmi?Yeni ele Ebu_Bekr mescidinde debat kechirilerdi.
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Bunda problem yoxdur. Lakin mən məsləhət görərdim ki, bu teledebatı saytda edək ki, qoy bunu daha çox insanlar oxusunlar və daha böyük gütlə onu oxusun.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#213 Guest

Guest
  • Guests

Posted 30 July 2005 - 05:50 PM

salam aleykum
1) igamede heya a`le salet ,haya a`le falag yerinde - falag galin " q " oxunur ,yoxsa "ği" herifi?
2) subh namaza eger yatib qalmisham , duran kimi qilmaliyam? bes eqer men duran vaht gunesh chixir , hedda göy qizarib emelli bashdi , buna bahmayaraq ferzi qilmaliyam?
3) gardashimla namaz qilarken o namazda chashdi , yani ki tashahhudi dememish galxdi, bu halda men nece ona bildirmeliyem ki o chashib ? gadin bu halda ne etmelidi? ve bu halda sehv sechde gilmalidi?
salam aleykum.



Cavab:

Wa aleykum salam!
1. Deyilişi belədir: Həyyə aləl fələh! Sonuncu hərf q deyil h-dır.
2. qadağan olunan vaxtlar fərz namazlara aid deyil.
3. Qadın bu vaxt əl çalır yəni sağ əlinin sol əlinin üzərinə vurur. Kişilər isə sübhənəllah deyirlər. sonra axırda səhv səcdəsi edir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#214 amal

amal
  • Guests

Posted 30 July 2005 - 06:02 PM

Salam aleykum..
1.Hansi aye tasdig edir ki,Allah(st)-nin 2 gozu ve 2 eli var?
2.Birinji sualim baresinde 1 hadis var mi?
JazakAllah xeyr..
Salam aleykum..



Cavab:

Wa aleykum salam!
1. Allah təalənin iki əli olmasına dəlil sad surəsinin 75-ci ayəsidir. göz haqda isə ayələr çoxdur ki, Allah təalə görəndir. lakin Iki gözü olmasına dəlil isə hədislərdə gəlmişdir.
2. Peyğəmbər (Sallallahu aleyhi və alə alihi və səlləm) dəccal haqda danışarkə deyir ki, onun bir gözü olacaqdır, amma Allah təalə isə təkgözlü deyildir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#215 Guest

Guest
  • Guests

Posted 30 July 2005 - 11:54 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Insanlar icherisinden eleleri olu ki, onlar bir sira keyfiyyetlerine gore(savadina,gucune ves.)digerlerinden sechilir.Bele halda bu cur insanlara ALLAH vergi vermishdir demek olarmi?
2.Son vaxtlar zooparkda olan shirin ALLAH demesi insanlar arasinda maraga sebeb olmushudur.Siz buna inanirisiniz?Yoxsa adi bir haldir!Qurandan boyuk mocuze ola bilmez.Qurani bir kenara qoyub shirde mocuze axtarmaq cahillikden ireli gelmirmi?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Vergi yox, amma Allah təalənin verdiyi nemət demək olar. Çünki vergi kəlməsi bir az yaxşı mənada yayılmamışdır.
2. Düzdür imanı zəif olanlar üçün böyük hadisədir. Möminlər üçün isə adi bir məsələdir. çünki biz bilirik ki, hər şey Allah təaləni zikr edir. Ola bilsin onun dediyi Allah sözünə bənzəsin lakin bunu çox şişirtmək lazım deyildir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#216 Guest

Guest
  • Guests

Posted 31 July 2005 - 12:09 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
STV kanalinda olan verilishlerde turbeler gosterilir ve onlarin ruhuna Fatihe oxunur.Bu ne derecede duzgundur?Abdulvahhabin gosterishi ile turbelerin dagidilmasi duzgun idimi?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Düzü qəbirlərin üzərində türbələr tikmək düzgün deyil. Bu Abdul Vahhabın ideyası deyil, Peyğəmbərin (Sallallahu aleyhi və alə alihi və səlləm) sözüdür. O ömürnün axırlarında belə etməyi lənətləmişdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#217 Guest

Guest
  • Guests

Posted 31 July 2005 - 07:00 AM

Assalamu aleykum wa rahamatullahu wa barakatuhu!
Qardash, siz bezi meselelere aydinliq getirmek uchun debata chixmaga hazirsinizmi? Meselen.Neriman Qasimoglu bele deyir-Bele bir debata hemishe hazir olmusham indi de bu fikirde qaliram ki, saglam fikirler dialoq neticesinde meydana chixir.Her halda ele bilirem tekce TV-de olmaya biler bele dialoq. Ele Abu Bekr mescidinde de kechirmek olar bu qebilden olab debati dindarlar qarshisinda.
Munasibetinizi bilemk isterdim?Buna hazirsinizmi?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Bəli mən buna hazıram inşallah.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#218 Abdullahibniabdullah

Abdullahibniabdullah

    Пользователь

  • Banned
  • Pip
  • 72 posts

Posted 31 July 2005 - 05:24 PM

Bismillahir_rehmanir_rehim
Salamun aleykum.
Sizce shieler mushrikdirmi ve onlarin cani,qani ve namuslari diger onlar kimi
La ilahe illellahi qebul edenlere halaldirmi?
ve-salamu aleykum



Cavab:

Wa aleykum salam!
Bu fikir çox böyük xəta fikirdir. Onlar müsəlmandırlar. Amma şirkin olması isə digər məzhəblərdə olduğu kimi onlarda da vardır. Lakin onların bu əməli onlarına islamdan xaric olmaları demək deyildir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#219 Humeyra

Humeyra

    Пользователь

  • Пользователи
  • Pip
  • 851 posts
  • Location:Azerbaijan, Baku
  • Interests:Tawheed, Islam, Quran.

Posted 31 July 2005 - 08:41 PM


AsSalamu alaikum wa RahmatuLLah.
1. Mesjidimizde qadinlar arasinda hijama eden bajilar varmi? Eger mumkundurse, adlarini dein, Allah rizasi uchun.
2. Qardas, Islam barede bajardigim qeder cox oxumaga ve bir de elm mejlislerinde olmaga calisiram. inchaAllah ve alhamdAllah olene qeder eqidem sabitdir. Amma meni narahat eden imanimdir. Bilirem ki, iman coxalir ve azalir ve imanin azalmagina sebeb gunahlardir. Eweller Iman, exlaq barede nese oxuanda avtomatik olaraq, baxirdim gorum mende bu xususiet var ya yox, sonra ise bajardigim qeder duzeltmee calisirdim, yaxud da hec olmasa qelbimde Allah xofu yaranirdi. Amma son waxtlar mysahide eleirem ki, mende biganelik yaranib...Yeni nese oxuyuram, ya esidirem, agilla derk eleirem ki, filan gynahi etmek neye aparir ve buna baxmayaraq, ustunden kecib gedirem. Eger basqasinda gorsem hemin gynahi elbette reaksiam yaxsi olmaz. Amma ozume qarsi ele telebkar ola bilmirem. Bu neden ireli gelir ve hansi yolla bunu mualije etmeliem?
3. Quran oxuyanda, yaxud qulaq asanda gunahlarima gore Allahin qezebinden olmazin derejede qorxuram, hemin an mene ele gelir ki, bu qorxunu ki, hiss eleirem olunje bir de hemin gynaha yaxin dusmerem. Amma ele ki, basim dunya islerine qarisir, qorxu ya azalir ya da tamamile yox olub gedir, subhanAllah ve addim addim sheytanin (Allah ona lenet elesin 1000deflerle!)ve nefsimin tesiriyle hemin gynaha tezeden yaxinlasiram...Neje eleim ki, bundan azad olum?
Jazak Allahu Hairan.
WasSalamu alaikum.



Cavab:

Wa aleykum salam!
1. Düzü bunu bilmirəm.
2. Ən böyük səbəb günaha kiçik baxmaqdır. Bunun nəticəsində günahlar çoxalır. Lakin kiçik günahlardan çəkimək lazımdır. Yalnız bununla insan günahlardan çəkinə bilər.
3. Sən bil ki, bu təbii haldır. Sən bu vəziyyətdən heç vaxt arxayın olma və daima oyaq ol ki, şeytan səni vəsvəsəyə salmasın.
Allah daha yaxşı bilir!
Salam aleykum!


Однажды шейх-уль-ислама Ибн Теймийю[rahmahhu Llah] спросили: «Какие деяния совершают обитатели Рая, и какие деяния совершают обитатели Ада?»

Он ответил: Деяния обитателей Ада — это приобщение сотоварищей к Всевышнему Аллаху; обвинение во лжи посланников и неверие; зависть и ложь; предательство и несправедливость; распутство и вероломство; разрыв родственных связей и уклонение от джихада из-за трусости; скупость и двуличие; отчаяние в милости Аллаха и отсутствие страха перед Его наказанием; беспокойство во время беды, горделивость и заносчивость в радости; отказ от выполнения приказов Аллаха и нарушение Его ограничений и запретов; боязнь творений, а не Творца; показуха и тщеславие; отступление от Корана и сунны в душе и на практике; подчинение творениям в том, что запретил Творец, и слепая преданность лжи; насмешка над аятами Аллаха и отрицание истины; сокрытие знаний и свидетельств, которые обязательно обнародовать; колдовство и непокорность родителям; убиение человека, которого запретил убивать Аллах, не имея права на то; пожирание имущества сирoты и ростовщичество; бегсtво с поля боя и клевета на целомудренных верующих женщин, даже не помышляющих о грехе .


Йакза ули-л-и‘тибар. С. 222



#220 Humeyra

Humeyra

    Пользователь

  • Пользователи
  • Pip
  • 851 posts
  • Location:Azerbaijan, Baku
  • Interests:Tawheed, Islam, Quran.

Posted 31 July 2005 - 10:29 PM

AsSalamu alaikum.
1. Eger yeni dogulmus(1 nece ayliq) korpeye baxajaq evde hec kim yoxdur, olarmi ki, korpeni qadin kureine baglaib namaz qilsin? Hardasa oxumusdum ki, bele etmek olar. Amma ne derejede sehihdir bilmirem. Bilmek isterdim, bu halda namaz batil olmur ki?
2. Bu yaxinlarda sheikh Munajeedin sehih hedislere esaslanan geimde jaiz olan ve olmayan rengler haqqinda fatwasini islamqa.com unvanindan oxumusdum. Fatwada kisilere ijazeli olmyan, amma qadinlara ijazeli olan geim renglerinden de danisilir. Bilmek isteirem, bu qaydani heddi byluga catmamis usaqlara da tetbiq etmek lazimdirmi? Meselen, qirmizi rengi oglan usagina geindire bileremmi?
3. Satisda olan ekser usaq geimlerinde muxtelif janlilarin taswiri war. Elbette muselman bele geimlerin alinmasindan cekinmelidir. Bes hedie olunan geimlerle ne etmek lazimdir, eger shekilleri silmek, qoparmaq ve s. mumkun deil? Fikrimje, eger ehtiaj yoxdursa, istifade etmesek daha yaxsi olar, deilmi? Amma 1 bajinin dediyinde gore o sizden bu barede sorusanda, demisiniz ki, eyb etmez.Xahis edirem, Allah rizasi ucun aydinlasdirasiniz.
Allah Subhanahu wa Taala razi olsun...Ameen!
WasSalam.



Cavab:

Wa aleykum salam!
1. uşaqla namaz qılmaq olar. Lakin problem uşağın batımrmasındadır. Belə halda gərək uşağı yerə qoyasan.
2. Çalış çəkin. Çünki çəkinmək daha yaxşıdır. Lakin insana günah həddi büluğa çatandan sonra günah yazılır.
3. Düzdür bu böyük problemdir. Çünki uşaq paltarlarının çoxusu şəkillidir. Kim çəkinə bilirsə çox gözəl amma kim bacarmırsa zərurət baxımından edə bilər.
Allah daha yaxşı bilir!
Salam aleykum!


Однажды шейх-уль-ислама Ибн Теймийю[rahmahhu Llah] спросили: «Какие деяния совершают обитатели Рая, и какие деяния совершают обитатели Ада?»

Он ответил: Деяния обитателей Ада — это приобщение сотоварищей к Всевышнему Аллаху; обвинение во лжи посланников и неверие; зависть и ложь; предательство и несправедливость; распутство и вероломство; разрыв родственных связей и уклонение от джихада из-за трусости; скупость и двуличие; отчаяние в милости Аллаха и отсутствие страха перед Его наказанием; беспокойство во время беды, горделивость и заносчивость в радости; отказ от выполнения приказов Аллаха и нарушение Его ограничений и запретов; боязнь творений, а не Творца; показуха и тщеславие; отступление от Корана и сунны в душе и на практике; подчинение творениям в том, что запретил Творец, и слепая преданность лжи; насмешка над аятами Аллаха и отрицание истины; сокрытие знаний и свидетельств, которые обязательно обнародовать; колдовство и непокорность родителям; убиение человека, которого запретил убивать Аллах, не имея права на то; пожирание имущества сирoты и ростовщичество; бегсtво с поля боя и клевета на целомудренных верующих женщин, даже не помышляющих о грехе .


Йакза ули-л-и‘тибар. С. 222



#221 Guest

Guest
  • Guests

Posted 31 July 2005 - 11:29 PM

Salam Alaikum..
Axi, xutbelerin movzusu nece teyin edilir ve burada ancaq serietden mi danisilmalidir? Allah razi olsun.
WasSalam..



Cavab:

Wa aleykum salam!
Xütbənin mövzusu camaatın vəziyyətinə görə təyin edilir. Sualların aktuallığına baxılaraq da təyin etmək olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#222 Guest

Guest
  • Guests

Posted 01 August 2005 - 12:53 AM

Salam Alaikum...
Axi, bir baci qardasha ali tehsili olmadigina gore "yox" deyib. Lakin bu mesele indi ona cox ezab verir. Bilmek isterdim, mohkem iman ve gozel exlaqdan basqa bir xususiyyet axtarmaq ne derecede duzgundur, tehsil, gelir seviyyesi, dunyagorusu ve s. kimi xususiyyetlere ne derecede fikir vermek lazimdir. Bu cur xususiyyetlere fikir vermek seytandan ola bilermi? Allah razi olsun.
WasSalam..



Cavab:

Wa aleykum salam!
Xeyr, şeytandan deyil. O vaxt şeytandan ola bilər ki, əgər bu onu evlənməkdən məhrum edirsə. Lakin əsas iki məsələdir din və əxlaq. Digər məsələlər isə iki tərəfin istəklərinə bağlıdır. Lakin onların da üstündə çox dayanmaq düzgün deyil. Savad da lazımdır lakin səadət ailə xoşbəxtliyi deyildir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#223 muselman

muselman
  • Guests

Posted 01 August 2005 - 06:53 AM

Salam.Buxari sehihinde (3-cu cild,ceh.136)bele neql edir.Islam Peygemberi(S0 buyurur ki,bir qovm Kovser hovuzunun yaninda menim yanima gelir,men onlari taniyiram,onlar da meni taniyirlar,lakin menimle onlarin arasina girib mane olanlar olur.Men-Ya rebb,bunlar mendendirlermi?-deye sorusuram.Bu ilahi nida gelir.-Bunlarin senden sonra neler etdiklerini bilmezsen.Imam Ehmed ibn Henbel musnedinde neql edir ki,Peygember(s)-a bu nida gelir.-Sen dunyadan kocduyun gun bunlar senin dininden donduler.(5-ci cild,seh.281)Mumkunse bunlari tefsir edin.



Cavab:

Wa aleykum salam!
Bu hədisi 40-dan çox səhabə rəvayət etmişdir. Təbii ki, hədisin səhabələrə aid olmasını başa düşmək düzgün deyildir. Alimlər fəqət ya onların münafiqlər və ya da bidət əhli olmasını deyirlər. bidət əhli olması daha uyğundur. Amma deyə bilərsən ki, axı Peyğəmbər (Sallallahu aleyhi və alə alihi və səlləm) onları tanıyırdı? Bəli. Tanıması onların dəstəmaz yerlərinin parıldamasındandır. Amma bunun səhabələrə aidiyyatı yoxdur. Allah təalə onlardan razıdır. Peyğəmbər (Sallallahu aleyhi və alə alihi və səlləm) onları tərifləmişdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#224 Guest

Guest
  • Guests

Posted 01 August 2005 - 09:07 AM

As salamu aleykum
Eger muselman oglan exlagli, tekvanlidir, amma kasibdirsa ve kasibligina ve ali savadsizligina gore qizin valideyinleri ona vermek istemirler, ve qiza da ves-ves gelir, shuhbe, amma qardasha yox deye bilmir. Bele halda ne etmek meslehet bilerdiz.
As salamu aleykum



Cavab:

Wa aleykum salam!
Ddüzdür valideynlər bu məsələlərə çox diqqət yetirirlər lakin əsas məsələyə isə fikir vermirlə bu da ailə səadətidir. Baxın istixarə edin Allah təalə sizə kömək olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#225 jenan

jenan
  • Guests

Posted 01 August 2005 - 06:46 PM


Salam aleykum...
1.Kabanin ozunu dunyadaki dashlardan tikiblar?
2.Bir az bu 1-ji sualima qarshi tarixden tefsirlar vera bilarsiniz mana?
JazakAllah xeyr...
salam aleykum..



Cavab:

Wa aleykum salam!
1. Bəli.
2. Bunun tarixi qədimdir və bu haqda səhih məlumatlarla danışmaq çətindir. Bəziləri onu kim tikməsində ixtilaf ediblər mələklər, adəm, ibrahim və s. onun tarixi çox qədimdir. Belə deyirlər ki, Kəbə on dəfə tikilib.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#226 elvin

elvin
  • Guests

Posted 01 August 2005 - 08:01 PM

As salam aleykum
men gun erzinde coxlu yarimcilpaq qizlar gorurem.
Ister-istemez bu olur.bele bir hedis eshitmishem ki bir nefer
gelir resul s.a.s.yanina deyir ki men bu gun bir qiz opmushem
javabinda ona deyilir ki ged 2ruket namaz qil vessalam.bu sehihdir?
Eger sehihdirse onda boyuk gunah sayilir yoxsa kicik?
Yani ki qiza baxmaqnan 2 ruket namaz kifayetdir.yoxsa tovbe
etmeliyem.men eshitmishem ki.boyuk gunahlar anjaq tovbe ile qebul
olunur.
Qizi opduyu ucun resul s.a.s. Deyirki ged namaz qil vesalam.demir
ki tovbe ele.
Tovbeninde shertleri var.onda bele cixir ki men tovbe eleyenden sonra seherisi gunu bu shertleri ister-istemez pozuram.zehmet olmasa
javablandirin
as salam aleykum.



Cavab:

Wa aleykum salam!
Mən belə hədis eşitməmişəm. Sən bunu haradan oxuduğunu yaz mən baxaram. əgər qıza baxmaq günahdırsa gör öpmək necə???
Çalış günahlardan özünü qoru. Allah təaləni çox zikr et. Xüsusən də əstəğfirullahı.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#227 Rustam

Rustam
  • Guests

Posted 01 August 2005 - 11:57 PM

As Salam aleykum va rahmatullah. Bu suala zehmet olmasa cevab verin.
Цитата
seni basha dushmedim eger harmdirsa hansi sebebe peygember(s) qebrinin ustunde olan kumbezi sokmurler .eger peygember haram bilirse onu niye ehli sunne alimleri o kumbezini sokulmesi ile elaqedar bir hokm vermeyibler. halbuki seudi hokumeti 1344 cu ilde suleyman ibn buleyhedin vasitesile  beqi qebirsatnligi sokmey haqqinda fetva elde edibler. men sene konkret sual verrem 1 ci hansi sebebe beqide qebirustu kumbezler ve mecitler adgidildi amma peygember(s) qebri ustundeki kumbez dagidilmadi?




Cavab:

Wa aleykum salam!
Bu barədə alimlər fətva veriblər və əslində buna fətva gərək deyil çünki bu şəriətə ziddir. Amma müəyyən şeylər osmanlılardan qalmışdır. Lakin bunu etməmək o demək deyil ki, bu əməl şəriət baxımından düzdür.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#228 Guest

Guest
  • Guests

Posted 02 August 2005 - 12:00 AM

Assalamu aleykum wa rahamatullahu wa barakatuhu!
1.Seudiyye Erebistaninda kralin vefati ile elaqedar 7 gunluk matem qeyd olunub.NIYE? Islamda ki bele shey yoxdur.Bu da islam olkesi!
2.Yeri gelmishken Amerikanin Iraqla muharibesi zamani Seudiyye Erebistanin amerikanlara(kafirlere) komek etmesine ne ad vermek olar?Budur muselman olkelerini birliyi?
3.Qardash,Quranin pulla satilamsi ne derecede duzgundur?Yer4i gelmishken Muslim-Shopda satilir.Bes bezilerinin Yasin oxumaqla pul qazanamsina oxshamirmi bu?Xristian missionerleri oz ideyalarin yaymaq uchun insanlara pulsuz kitablar paylayirlar.
Assalamu aleykum wa rahamatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Bizim üçün örnək Səudiyyə deyildir. Biz Quran və Peyğəmbərin (Sallallahu aleyhi və alə alihi və səlləm) sünnəsini özümüzə örnək götürürük. Lakin buna baxmayaraq mən dünyada Səudiyyə kimi dinə bağlı olan ölkə görmürəm.
2. Amerikaya kömək etmək müsəlmanların əleyhinə deyil, orada olan rejimin əleyhinədir. sən gərək məsələləri ayırasan. Orda tam başqa prosesslər gedir.
3. Təbii ki, Quranı ticarət mənbəyi etmək bəyənilmir. Yaxşı olar ki, ondan qazanc güdülməsin. Amma satmaq isə haram deyildir. əsas da pulsuz yayan Səudiyyədir. Kral o zavodu Mədinə şəhərində tikdirmiş və hər gün 600 nüsxə quran çap edilir. Bunun da çox hissəsini müsəlman ölkələrə paylayırlar. Hər nüsxəni 600 nəfər quran hafizi yoxlayır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#229 Guest

Guest
  • Guests

Posted 02 August 2005 - 07:37 AM

Salam aleykum,ne qeder pulu olan yoxsul sayilir ve yoxsul zekati hardan ala biler?



Cavab:

Wa aleykum salam!
Bu zəmanə və yerlə götürülür. Çünki şərii kitablarda deyilir ki, fəqir günün çörəyi olandır. Günün yarısının çörəyi olan adam isə miskin sayılır. Bundan artıq olan isə fəqirlikdən çıxır. Bunu zəkat çıxaran ya özü paylayır, yada müəyyən adamlara verir ki, onlar paylasınlar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#230 Guest

Guest
  • Guests

Posted 02 August 2005 - 07:47 AM

salam,ceferi mezhebi movcuddurmu?



Cavab:

Wa aleykum salam!
Belə bir məzhəbin olması deyilir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#231 Guest

Guest
  • Guests

Posted 02 August 2005 - 07:56 AM

assalamu aleykum,bir sexs ictihad ede bilermi?



Cavab:

Wa aleykum salam!
İctihadı alim edir. Alim olmayanda isə o yerdə ehtiyac varsa müəyyən qədər elmi olan adam ictihad edir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#232 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 02 August 2005 - 08:19 AM

Əssələmu aleykum Qamət qardaş! Allah sizdən razı olsun ki, suallarıma cavablar verdiz. Allahu Təalə sizə, ailəvizə və işlərivizdə və etdiyiviz dəvətdə yardımçı olsun, Amin!!!
1) Mən Brave adlı qardaşa bir nəsihət etmək istəyirəm, mən bilmirəm o hansı mənhəclə məsələlərə yaxınlaşır, lakin o çox deyirdi ki, məsciddə qardaşlar tövhidin şərtləri bilmirlər və sayrı, və yaqın ki dərslər düzgün getmir. Ən birinci qoy hamı özünə fikir versin. Nə üçün onun adının altında adam şəkili var? Nəyə görə onu ora qoyub? O bilmir ki, rəsulullah (sallahu aleyhi vəsəlləm) təsviri və təmsili qadağan edib? Birinci hər kəs qoy özünü düzəltsin, sonra digərlərdən danışsın
2) Balaca uşaqlara ana lay-lay mağnısı oxuya bilərmı? Bu haram olan mağnıdan sayılırmı?
3) Yataq otağında Mushafı (Quranı) saxlamaq olarmı? Yəni orada ehtimal var ki, cinsi yaxınlıq olsun və sayrı....?



Cavab:

Wa aleykum salam!
2. Əgər laylay şerlə və ya hikmətli sözlərlədirsə eyb etməz.
3. Bəli olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!


Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]

#233 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 02 August 2005 - 03:29 PM

Əssələmu aleykum!
1) Şeyx, siz bir dəfə dediz ki, cümə qüslu alandan sonra dəstəmaz da almaq lazımdır. Lakin mən bu barədə bir şey demək istəyirəm. Axı fikhdə belə bir qayda var: əgər qüsl dəstəmazı tələb edən ibadət üçün alınırsa, onda həmin qüsldan sonra dəstəmaz almaq lazım deyil. Məs, əgər qüsl namaz qılmaq üçün alınırsa, və bildiyimiz kimi namaz-dəstəmazı tələb edən ibadətdir. Ona görə də həmin qüsldan sonra dəstəmaz almaq lazım deyil ( bu cür qüsl cənabət qüslu adlanır). Lakin əgər qüsl dəstəmazı tələb etməyən ibadət üçün alınırsa onda həmin qüsldan sonra və yaxud daha sonra dəstəmaz almaq lazımdır. Məs, əgər biri qüsl alır ki, Quranı oxusun və quran oxumaq, bildiymiz kimi, dəstəmazı tələb etməyən ibadətdir, buna görə də qüsl alandan sonra dəstəmaz almaq lazım deyil. Və yaxud həmin şəxs Quranı oxuduqdan sonra əgər namazın vaxtı çatıbsa onda dəstəmaz ala bilər. Ona görə də cümə namazı-dəstəmaz tələb edən ibadət növü sayıldığına görə, cümə qüslu alandan sonra dəstəmaz lazım deyil. Bu izahat Neyl al Autar kibaında, cild 1, s.235-də olmalıdır. Buna münasibətiniz.


Cavab:

Wa aleykum salam!
Bu rəydir. Daha mötəbər budur ki, cənabətdən sonra lazım deyil digər qüsllərdən sonra isə lazımdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!


Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]




1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users