Jump to content


Humeyra's Content

There have been 27 items by Humeyra (Search limited from 30-March 23)



Sort by                Order  

#25756 01 декабря 2008 года

Posted by Humeyra on 26 November 2008 - 11:49 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

AsSalamu alaikum wa RahmatuLlah.
1. Qardas, eger qadina zovjy periodik qizil esyalar hedie edirse, qadin ise bunu istemirse dunya oldugu ycyn ve elave tekebbyre apara bilejei ycyn bunu yoldasina demelidirmi? Ola bilsin ki, yoldasinin xetrine deysin, cynki o bu hedieleri zovjesini sevindirmek ycyn edir ve taxmayanda hetta injiyir. Diger terfden qadin da utanir en elementar ehtiajlarini odeyen bilmeyen myselman bajilarin yaninda onlari taxmaga. Bele halda ne meslehetdir etmek ve ya demek?
2. Son waxtlar cox baji aile heatindaki problemlerden shikaet edir, ele waxt olmur ki, hansisa baji zeng eleib nedense shikaetlenmesin (tek mene yox basqa bajilara da). Bu sebre ziddir, aydin mesledir, ve hec waxt tek terefli gynahkar olmur. Nesihet edende de, bizim sozymyze qulaq asmirlar, chynki neje deyerler "saqqalimiz yoxdur". Xysusen indiki sheraitde, mesjid bagli olan halda, her hansi myvafiq yolla hem bajilara, hem qardaslara elm telebelerinden biri hansisa bir formada genis nesihet etsin (xytbe formasinda), inchaAllah. chynki cox ehtiaj var. Ferzlere sehlenkarliqdan tutmus, zinaya qeder her cyr fitne yayilib, Allah qorusun..Ameen!
3. Qardas, sualim online tijaret barededir. Xysusen myselman qadina bu daha mynasibdir, o baximdan ki, lyzumsuz bayira cixmaqdan janini qurtarir, israf olmadan istediyini secib ala bilir ve s. Amma burda tSynnede gelen tijaret edeblerine zidd oldugu mene shybheli gelen meqamlar var. Hedislerin birinde deyilir ki, yoxlamamis (gormemis) almaq olmaz. Digerinde ise (sehv etmirsemse Muslimin Sehihinde) deilir ki, terkibinde tehlyke ehtimali olan alis verisden cekinin. Online tijaretde misalcyn geyim alarken, onun maximum sheklini gormek olur, olcylerini saytda myeyyen olmus jedvel vasitesile teyin etmek olur, amma elle baxib, enine geyib yoxlamaq mymkyn deil. Hemcinin alarken, bele bir tehlyke var ki, isteyin olcyde gelib cixmasin (olcy eynidir, amma adama boyuk de ola biler kicik de), myeyyne edilmis waxtda gelib cixmasin ve s. Bytyn bunlara esasen online tijaret Sherietle ijazelidirmi?
4. Bu yaxinlarda bele bir shey esitdim ki, eger Hejje gede bilmeibsense, hemin il hansisa basqa olkeye gezmek xatirine (aydin meseledir ki, burda myselman olkesinden sohbet gedir) getmein dyzgyn deil, ondansa ele pulunun ystyny bir az da artirib Hejj ycyn yig. Bu fikrin her hansi bir Sherietle bagli esasi varmi?
5. Qardas, eger myselmandan her hansi bir bajinin evli olub olmadigini sorusurlarsa (sorusan evlenmek ycyn oyrenmek isteir), bu informasiani sorusan terefe catdirmaq ycyn bajidan halalliq almaq gerekdirmi? Xysusen, eger baji bu informasiani gizletmediyini bildiribse?
6. Sydemer koprelerin ekserietnini 1 yasinadek ilk hereketlerinden biri de el calmaqdir. Melumdur ki, Synnede kisilerin bele etmei qadagandir. Bu qadagaya esaslanaraq oglan usaqlarina el calmaga ijaze vermemek ve ya onlarda bu xusyusieti inkisaf etmeye qoymamaq ne derejede dyzgyndyr?
7. Myselman qadina ish teklif eleibler qadin jurnallarinin birinin Islam rubrikasi ycyn ymumi teze baslayanlar ycyn devet meqsedli meqaleler yazmaq, bilmir qebul etsin ya yox. Bele ki, ish ycyn harasa getmek lazim deil. Ayda bir nece defe redaktorun emailine meqaleni gonderirsen, o tesdiq edib, dyzelisler barede meslehetler verir (emaille) ve hesabina pul kocyrylyr. Amma jurnal ozluyunde haram elementleri dasiyir (aciq qadin shekilleri, mygennilerle mysahibeler ve s. ve i.). Bezileri deirler ki, devetdir qebul etmek faydali olar, inchaAllah. Digerleri ise haram icki stolunda oturub Islamdan danismaga benzedir. Ne nesihet edirsiniz? Xysusen de eger qadinin islemeye (alhamdAllah, barakAllah) maddi baximdan ehtiaji yoxdursa?
8. Hemcinin, qadin eyni prinsiple ev sheraitinde isleyerek sifarisle materiallar gotyryr terjyme ycyn. Terjyme etdiyi materiallarin mezmununda haram elementleri varsa, bee sifarisi gotyrmek dyzgyndyrmy?
Qardas, halal elein suallarin coxluguna gore, coxdandir imkan olmurdu yazmaga, mesjid de bagli oldugundan derslerde vermek mymkyn deil (alhamdAllah ala kulli hal, Allah asanliq versin, mesjidimizde shykr sejdesi etmek nesib olsun tezlkle Ameen). Ona gore suallar yigilib. Allah Subhanahu wa Taala sizi xeirle jezalandirsin. Qoy al-Qadir mesjidimizin acilmasina komek olsun. Ameen! Onun ycyn cetin hec ne yoxdur, O istediyi sheyi asanlasdirandir.
AsSalamu alaikum.


Cavab:
1.Siz sadəcə hər iki tərəfi yola verin. Ərinizə məsləhət görün az alsın, əgər elə məclislərdə olsanız qızıl əşyalarını çox geyinməyin
2.Düzdü bu problemdi. Və gərək hər iki tərəf Allahdan qorxa. Xüsusən də çaşan tərəflər bilsinlər ki, onlar məsuliyyət daşıyırlar və dedikləri və etdiklərinə görə qiyamət günü cavab verəcəklər. Əlacları isə tövbə, Allah qorxusu və asilikdən uzaq olmaqdır. Allah kömək olsun
3.Əgər orada şəklin vurublarsa və tərkibin hansı parçadan olduğunu deyiblərsə, eyib etməz. Hətta əgər onlar razı olsalar ki, malı alıb baxdıqdan sonra bəyənməsəniz qaytaracaqsınız, bu çox gözəldir
4.Həcc fərzdir. Təbii ki, imkanı olana. Əgər imkan varsa yaxşı olar ki, həccə getsin
5.Əgər gizlətmək bildirilibsə, yaxşı olar ki, gizlədilsin
6.Təbii ki, tərbiyə mühümdür. Qız uşağını qadına aid, oğlan uşağını da kişiyə aid tərbiyə etmək lazımdır. Və siz hər iki tərəfə özünə layiq tərbiyəni edin və belə məsələlərə artıq balacalıqdan tərbiyə olunmalıdır
7.Əgər dəvət niyyəti ilədirsə,və əgər bununla fitnə olmayacaqsa, istifadə edin. Xüsusən də əgər vəziyyət sizin qeyd etdiyiniz kimidirsə.
8.Haramdan gərək çəkinəsiniz. Amma normal tərcümədirsə, götürə bilərsiniz
Problem yoxdur. Biz bu saytı müsəlmanların, xüsusən sələfi dəvətinin xeyri üçün açmışıq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#23858 01 августа 2008 года

Posted by Humeyra on 02 July 2008 - 05:21 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

AsSalamu alaikum wa RahmatuLlah.
Qardas, internetde bezi saytlar var ki, harda audio file sheklinde myxtelif sheyxlerin myxtelif meseleler haqqinda(meselen, gozdeyme, usagi olmayan qadin, agriya qarsi ve s.) ruqyelerini yuklemek mymkyndyr. Bununla elaqeli 2 sualim var, inchaAllah:
1. Bezen sheyxlerin adlari mene shybheli gorynen texellyslerle bir yerde verilir. Meselen, Ibrahim (ad shertidir)_Shifa. Bunun hokmy nedir? Axi melum meseledir, ki, hemin kes sadeje sebebdir, shefani veren ise Allahdir. Bele texellys (kunye) gotyrmek dyzdyrmy? Ve eger dyzgyn deilse, onun fillerindan istifade etmek Sheriet baximindan Tovhide zidd deilmi?
2. Myselman ruqye teleb etmeyen 70 min neferin icinde olmaq isteir, inchaAllah. Bele fayllari sadeje maraq xetrine yukleib qulaq asmaqla ruqye teleb etmis olurmu?
JazakAllahu hair.
AsSalamu alaikum wa RahmatuLlah.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Ümumiyyətlə, hər hansı bir sayta girəndə tanımadığınız şeyxləri görəndə, heç nəyi götürməyin, bu nəinki yuxarıdakı məsələyə, bütün məsələlərə aiddir. Amma təxəllüsdə problem görsənmir, yəni ola bilsin ki, o bu təxəllüsü özünə heç ruqiyyə etməmişdən əvvəl götürüb, məsələn, imam Şafii (r.) kimi. Sadəcə çalışın ruqiyyə edən şəxs sələflərdən olsun və o vaxt istifadə edin.
2. Hər şey niyyətdən asılıdır. Sizdə əgər ancaq baxmaq üçündürsə, bunda problem yoxdur. Amma ruqiyyə niyyəti ilə qulaq asmaq istəsəniz, təbii ki, əməliniz ruqiyyə istəyənlərdən sayılacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#23732 01 июля 2008 года

Posted by Humeyra on 24 June 2008 - 11:36 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

AsSalamu alaikum vaRahmatuLlah.
1. Qardaş, bu hədis nə dərəcədə səhihdir? Sözün düzü, mən onu təfsir kitablarında tapmadım ayənin izahında və nəsə mənə şübhəli görünür:
Цитата
Посланник Аллаха (sallallahu aleihi wa sallam)сказал:'Признаком благословения женщины будет то, что первой у нее родится дочь. Ибо Всевышний Аллах сказал: 'И дарует, кому
пожелает дочь, и дарует, кому пожелает сына''.42:49 (рассказал .iбн 'Уmар, передал ибн Мaрдавeyhi))

2. Övrət yeri örtülü olmadan (çılpaq) alınan dəstəmazın hökmü məkruhdurmu?
3. Həddi-büluğa çatmamış övladını valideynin ağzından(dodağından) öpməsinin hökmü nədir?
JazakAllahu hair.
AsSalamu alaikum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu hədisin səhihliyinə baxmaq lazımdır.
2. Düzdür, dəstəmaz səhih sayılsa da, bəyənilmir.
3. Eyib etməz. Amma yaxşıdır ki, ağızdan öpməkdəm çəkinəsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#22718 01 апреля 2008 года

Posted by Humeyra on 31 March 2008 - 06:38 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

AsSalamu alaikum wa RahmatuLlahi wa Barakatu.
1. Qardas, sydemer korpe oglan usagina basdan ayaga olmamaq shertile qirmizi rengde nese (meselen, jaket) geydirmek olarmi?
2. Myselmani adinin qisaldilmis formasi ile cagirirlarsa, bu kunya hokmyndedirmi?
3. Ezizlemek meqsdile usaga "sene qurban olum" sozleri deirler, dayandirmaq lazimdirmi bele deyeni?
4. Qadinin usagi raxite qarsi profilaktik tedbir kimi hava almaq meqsedile evden cixarmasinin (mehremsiz, lakin onun ijazesile) hokmy nedir? Xysusen, eger yoldasi tez-tez ish seyahetlerindedirse?
5, Usaqlara qoulan "abd"la baslayan adlari ezizlemek meqsedile qisaltmagin hokmy nedir?
6. Meslehet vererdiniz, inchaAllah. Eger qadinin yoldasi uzunmyddetli seferdedirse,ve korpe usaga gore tez tez hekime, poliklinikaya ve s.getmek lazimdirsa, yaninda mehremi olmadan masin syrmesi (niqabdadirsa) daha az fitnesizdir yoxsa kytlevi neqliat vasitelerinden istifade etmesi?
Eweljeden Allah Subhanahu wa Taala razi olsun..Ameen!
AsSalamu alaikum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Qırmızı rəng haram deyil, sadəcə alanda çalışın bu rəngə üstünlük verməyin, amma geyindirməkdə bir problem yoxdur.
2. Xeyr, bu kunya sayılmır.
3. Sadəcə bu ifadə bir neçə mənada işlənə bilər, ümumən problem yoxdur, amma başqa ləfzlər işlətsəniz daha yaxşdıır.
4. Əgər evin ətrafındadırsa, həyətdə fitnə yoxdursa eyib etməz.
5. Eyib etməz.
6. Təbii ki, marşrutla müqayisədə maşın daha məsləhətdir, lakin bacardığınız qədər məhrəmlə olun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#21424 01 января 2008 года

Posted by Humeyra on 25 December 2007 - 12:42 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

Цитата
əs-Sələmu aleykum va rahmətullah.
Humeyranın timsalında bir çox müsəlmanlar var ki, elmsizliklrəri və hikmətsizlikləri ucbatından bir çox qaraş və bacılara "təkfirçi" və "xəvaric" damğası vurlar. Məgər bir insan haqqında dediyi sözə və əmələ görə pis zənn edərlər?
Bir qardaş sərt olsada sual verir və admin xəta edərək həmin sual-cavabı digər bir forum iştirakçısının adından yazır. Bacı nə edir!? Tanlmadığı bir insan haqqında "zındıq" deyir. Bacıya zındıq sözünün mənasını anladın xahiş edirəm və hüsnü-zənn edərək deyirəm ki, bacımız özü bilmədən "təkfirçi" olub. Hökm vermək bizdik deyil di axı...

Va alaik asSalam va RahmatuLLah.
"Təkfirçilərə meyl edir" cümləsi ilə "təkfirçidir!" damğası(hökmü) arasındakı fərqi yəqin ki, tuta bilirsiniz. Söhbət konkret məsələdən gedirdi, harda ki, məndən həmin adam barədə rəy soruşurdular, mən də bildiyimi demişdim. İkincisi, sual elm tələbəsinə verilirdi ki, ondan nəsihət alınsın, ümumi müzakirəyə qoyulmaq üçün yazılmamışdı, əgər məni başqasının fikri maraqlandırsa idi, əlhəmdüliLLəh nə çox forum, birində yazardım, camaat da fkrini deyərdi. Orda olmadığınız üçün məsələni tam şəkildə bilmirsiniz və hökm vermək də yersizdir. Vəkil olaraq Allah mənə yetər.
Qaldı ki, "zındıq" sözünə, əlhəmdüliLLəh, bu sözün Ərəb dilindən hansı cür mənalara gəldiyini bilirəm. Həmçinin bilirəm ki, böyük sələf alimləri bidət əhlini belə adlandırıblar. Əgər sizin üçün əqidəli təkfirçi(söhbət elmsizdən getmir), xəvaric "qardaş" hesab olunursa, mənim üçün (əqidəli, elmsiz yox) bidət əhli qardaş deyil, çünki Quran və Sünnəni öz həvasına görə qiymətləndirir, istər rafizi olsun, istər nurçu, istərsə də xəvaric və ya başqası. Çünki onlardan dinə, dəvətə daha çox ziyan gəlir, müsəlman adı altında İslamı daxildən çürüdürlər. Xüsusən də xəvariclərdən məscidimizə, camaatımıza gələn ziyan. Necə mən gözəl zəndə ola bilərəm ki, bidət əhli haqqında, (son hadisələrin fonunda) bacıların niqabları açılır yollarda ki, bəlkə axtarışda olan o kəslər bu formada gizlənirlər, ya da evlərdə qeydiyyata alınırlar. Necə gözəl fikirləşim xəvariclər haqqında ki, məhz onların ucbatından təzə-təzə qardaşların işlərində normallaşan saqqal problemi təzədən qabarıqlaşıb, bacılar hər gün evdə həyəcan içində gözləyrlər ki, bəlkə yoldaşı evə gəlmədi?! Necə qəzəblənməyim onlara ki, onların səbəbindən yoldaşı sorğu-suala aparılan hamilə (!) bacı evdən çıxa bilmədiyindən bir həftə təkcə çörəklə dolanıb, həyasından da yaxınlarına deyə bilməyib ki, cahildirlər, dəvətə ziyan edər, Allah istəməsəyidi, müsəlmanlar da bilməzdi bacının halını. Misallar çoxdur və əlhəmdüliLLəh, aydındır ki, bunlar sınaqdır, səbr etməsək, Cənnəti qazana bilmərik (inşaAllah), amma adamın ürəyini ağradır. Odur ki, bu kor-koranə hökm vermək, ya da kimisə təqlid edib, ona görə qarşı tərəfi pisləmək deyil, göz qabağında baş verən hadisələrə görə sələfilərin təəssübünü çəkməkdir.
Bu qədər.
Allah camaatımızı da, məscidimizi də bidət əhlinin fitnəsindən qorusun...Amin!
AsSalamu alaikum.



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Gözəl. Sadəcə olaraq o, ya bunu başa düşməyib, yaxud da görməyib, ya da???
Bax bu düzgün baxışdır, Allah razı olsun. Birdə ki, obirisi bacımız çoxdandır görsənmir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#21383 01 января 2008 года

Posted by Humeyra on 21 December 2007 - 08:01 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

AsSalamu alaikum va RahmatuLlah.
1. Qardaş, başqa ölkədə yaşayan bir müsəlman xahiş edir ki, onun adından qurban kəssinlər. Amma qurban üçün köçürülən pul yalnız bir neçə həftədən sonra çatacaq (yəni bayramdan sonra). Bu halda həmin müslmanın adından qurban kəsməyin höküm nədir?
2. Qadının yoldaşı təhsil üçün başqa kafir ölkəsinə (İngiltərə) təhsil üçün gedir. Bu halda yoldaşı ilə getməkdən qadın imtina edə bilərmi (əgər kişi seçimi qadının öhdəsinə buraxırsa)? Yoxsa daha yaxşıdır ki, onunla getsin?
3. Evdə mədəyə ağır gəldiyindən heç kəs qoyun əti yemirsə, qurban ətinin ev üçün ayrılan üçüncü hissəsini də ehtiyacı olanlara paylamaq olarmı?
Əvvəlcədən Allah razı olsun..Amin!
AsSalamu alaikum



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. belə etmək olar.
2. İmkan varsa təbii ki, getsin. Bir yerdə olmaqları hər ikisi üçün yaxşıdır və köməkdir.
3. Olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#21336 01 января 2008 года

Posted by Humeyra on 15 December 2007 - 02:26 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

AsSalamu alaikum va RahmatuLLah.
Qardaş, bir məsələ barədə sizinlə məsləhətləşmək istəyirəm. Bir dəfə məndən bir bacı haqqında sruşmuşdular, mən də onunla aramızda keçən konkret söhbətə əsasən(yəni, əməlin zahirinə görə) harda ki, o, xəvaricləri müdafiə edirdi "Allah doğrusunu bilir, amma mən bilən əqidədə mənimlə olan filan, filan söhbətə əsasən xəvariclərə meyl edir" demişdim. Sonradan həmin bacı ilə növbəti söhbətlərdən gördüm ki, bacı ya bu meylindən uzaqlaşıb, ya da məni sınamaq üçün onları müdafiə edirmiş, Allahu Alim. Və bacının elm axtarmağı, İslamda özünü inkişaf etdirməyi vasitə oldu ki, Allah qəlbimi bacıya sevgi ilə doldurdu. Bacı haqqında dediyim əvvəlki sözün onun haqqında pis rəyə gətirəcəyindən, peşman olmuşam, özümə bağışlaya bilmirəm. Əlimdən gələn qədər də camaat arasında bacının yaxşı keyfiyyətlərindən danışıram, dua edirəm, amma ürəyim rahat deyil. Ümumiyyətlə Şəriət baxımından əgər səndən hansısa müsəlman haqqında soruşurlarsa, onun eyibini (zahiri əməlindəki) demək lazımdır yoxsa gizlədib deməmək? Bilirəm ki, səndən soruşmurlarsa, bacardığın qədər həm öz eyibini, həm də qardaşının (bacının) eyibini gizlətməlisən ki, Allah da Qiyamət günü sənin səhvlərini hamının içində açıb biyabır etməsin, örtsün.
Bəs səndən filan müsəlman haqqında soruşurlarsa, necə? Və mənim halımda bu əvvəl dediyim qeybət sayılırmı?
Allah razı olsun..Amin!
AsSalamu alaikum.



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz əgər tövbə etmisinizsə kifayət edər. Lakin siz bacarsanız ondan halallıq alın, bu daha kamil olar. Amma sizdən kiminsə barədə soruşsalar bunun qaydası var. Məsələn, əgər soruşan adam əgər evlənmək, ticarət etmək və ya buna bənzər iş barədə onun haqqında soruşsa belə halda siz yaxşı tanıdığınız adam haqqında olan pis həqiqəti deyə bilərsiniz. Amma elə-belə söhbət zamanı danışmaq isə təbii ki, qeybətdir. Siz əgər onun xəvariclərə meyilli olduğunu bilirdinizsinizsə onda ona yaxın olanları ehtiyatlı olmağa çağırırdınızsa bu qeybət deyil. Amma görsənir ki, bu zənn olub və halallıq alsanız gözəl olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#21239 01 января 2008 года

Posted by Humeyra on 04 December 2007 - 05:14 PM in ВСЕ ФОРУМЫ 2008 ГОДА

AsSalamu alaikum wa RahmatuLLah.
1. Qardaş, şeyx Useyminin (Allah ona rəhmət eləsin!) "Tövhid"ində, bölmələrdən birində şeyx "Allahummə ..., inş`itə" kimi "Allahım, əgər istəsən..."lə başlayan duaların Tövhidə zidd gəldiyini qeyd edir və bunu səbəbəini izah edir. Bizdə müsəlmanlar arasında bu duanın "Allah bizi bağışlasın, inşaAllah" və s. kimi forması daha geniş yayılıb. Belə deyən müsəlmanları dayandırmaq lazımdırmı? Və dayandırarkən daha savadlı şəkildə bunun səbəbini necə izah etmək gərəkdir (məsələ, əsma və sifətlərin tövhidinə aid olduğundan, öz başımdan aydınlaşdırmağa çəkinirəm)?
2. Körpəni iki ildən çox əmizdirməyin hökmü nədir? Əgər uşaq özü hələ də istəyirsə, süd də kifayətdirsə, bunu Şəriət baxımından dayandırmaq lazımdırmı?
3. Nifaslı halda körpəni əmizdirərkən, ona əzbərdən Quran oxumağın hökmü nədir?
Əvvəlcədən Allah razı olsun...Ameen!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Düzdür, dua edərkən, yaxşıdır ki, inşəAllah, deməyəsən. Sadəcə tövsiyyə edin belə adamlara.
2. Dayandırmaya bilərsiniz, sadəcə şəriət normal bir vaxtı deyib.
3. Olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#20976 01 ноября 2007 года

Posted by Humeyra on 26 October 2007 - 04:33 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum waRahmatuLlah.
1. Qardaş, Allah rizası üçün Cümə xütbələrinizdə, dərslərdə İslamda çoxarvadlılıq məsələsinə, onun şərtlərinə və ədəblərinə toxunun ki, qardaşlar zövcələrinin haqlarına girməsin, yoxsa indi baxırsan, hər ikinci qardaş başqa müstəhəbləri bir kənara qoyub, hətta ədalət baxımından imkanı oldu olmadı, bu müstəhəbi yerinə yetirməyə canfəşanlıq edirlər. Tək qardaşları da qınamaq olmaz, bacılar da bu məsələnin adı gəldikdə, ərlərinə tabeçiliyi birdəfəlik atırlar bir tərəfə. Son vaxtlar məsciddə qarşılaşdığım, ya da telefonla zəng edən bacıların əksəriyyətinin şikayət yeri məhz bu məsələdir (elə təkcə sonuncu bir həftə ərzində 3 bacının evində fitnə qalxıb), , ailələri ya dağılmaqdadır, ya da hər gün evdə dava-qırğındır, gah bacı acıq eləyib icazəsiz evdən çıxıb gedir, gah qardaş, sübhanAllah. Bir dəfə dilə tutursan, ikinci dəfə yenə şeytan işini görür, əuzu biLLəh. Allah rizası üçün bu məsələyə səthi yox, detallı şəkildə toxunun və sərt danışın ki, sonra nə qardaşlar, nə də bacılar sonra sizin, ya da digər elm tələbələrinin sözünü öz istədikləri kimi təfsir eləyib, nəfslərinə görə təhlil etməsinlər.
2. Müsəlman kişi işlə əlaqədar kafir ölkələrindən birinə səfərə getməlidir, inşaAllah. Səfər müddəti zövcəsinin doğum vaxtı ilə eyni vaxta düşür. Zövcə onunla birlikdə gedə bilərmi o niyyətlə ki, inşaAllah, doğulacaq körpəyə ikinci vətəndaşlıq kimi kafir ölkənin vətəndaşlığı təmin edilsin ki, sonra gələcəkdə həmin ölkəyə getmək və s. lazım olsa, uşaq viza, sənəd problemlərindən azad olsun? Yoxsa bu da kafirə məhəbbətin təcəssümü kimi qiymətləndirilir?
3. Hamilə qadında böyük ehtimalla normal yox, carrahi əməliyyatla (kesarevo seçeniye) başa gələcək doğuş olmalıdır. Bu halda qadının onurğa sütununa ağrıkəsici iynə vurulmalıdır ki, qadının qeydiyyatda olduğu xəstəxanada bu işi görən anestezioloqların hamısı kişidir. Başqa xəstəxanaya da keçmək o baxımdan mümkün deyil ki, qadının məhrəmi yanında olmayacağından, tək gedib gəlməlidir (anası ilə), və evlərinə ən yaxın yer də burasıdır. Bu halda (niqablı) qadının övrətini kişi anestezioloqun yanında açmağı (bacardığı qədər örtünmək şərti ilə) zərurət hesab olunurmu? Yoxsa risk eləyib normal doğuşa razılaşmaq daha düzgündür?
4. Yeni doğulmuş körpənin qulağına azan oxumaq barədə gələn hədis həqiqətən zəifdirmi? Mən oxumuşdum ki, onun qulağına adını demək zəifdir, amma azan barədə yox. Dəqiqləşdirərdiniz inşaAllah.
Əvvəlcədən Allah razı olsun Amin!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Doğrudan da bu problemdir. Bu məsələ ciddiliyini itirib, inşəAllah, bu məsələlərə toxunacam.
2. Bunu zərurətdə eləmək lazımdır, ehtiyac azdırsa etmək lazım deyil. İndi belə problemlər də yoxdur, gedib-gəlmək asanlaşıb, gələcəkdə də lap yüngül olacaq.
3. Əgər qadın həkim yoxdursa, belə halda eyib etməz.
4. Bəli, azan da zəifdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#20755 01 октября 2007 года

Posted by Humeyra on 24 September 2007 - 03:03 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum wa RahmatuLlah.
1.
Цитата

Belə məsələlərdə həkimlə məsləhət edin və özünüzü yoxladın. Əgər sizə və uşağa zərəri yoxdursa, tuta bilərsiniz. Əgər zərəri varsa və hamı bunun əleyhinədirsə, orucu açın və inşaAllah, yaxşı bir vaxtda tutarsınız.


Qardas, mesele burdadir ki, hekimlerin coxu jahildir (hetta myselman da olsalar bele seylerin derinliyine varmirlar) ve onlarla meslehetlesende sirf tibbin noqtei nezerini yox, oz shexsi fikirlerini deirler. Cox az hekim var ki, hansilar sirf obyektiv fikir deirler bu barede. Coxu en yaxsi halda oruj tutmaq istediyin ychyn sene deli kimi baxir, en pis halda ise oruj nedir, hetta namaz qilmagi da terk etmeyi deirler ki, bes bunlar guya orqanizme elave ezietdir. Halbuki bytyn analizler, UZI gosterir ki, inchaAllah ve alhamdAllah, usaq ycyn de, qadin ycyn de problem yoxdur, eger syhur ve iftarda yaxsi qidalansan. Adeten bajilarin yaxinlari da baslairlar injitmeye ki, bes hekim axi bele dedi. Hetta bele bir tendensia emele gelib myselmanlarin arasinda ki, guya oruj heyz ve nifas hali kimi hamile ve syd veren qadinlar ycyn de istisnasiz olaraq terk edilmelidir. Bu barede nesihet eleyerdiz, inchaAllah.
2. Hamile qadin Taravihlari otura-otura qilir ve bu halda o biri korpeni de namaz bounja qujaginda oturdub saxlaya bilermi (usaq kicikdir, ozy otura bilmir)?
3. Qadin orqaninda problemi olan bir bajia hekim tampon yazib qoymaga daxile. Baji sorusdu ki, bele etmei orujunu pozmur ki, yoxsa daha yaxsidir ki, iftardan sonra qoysun?
4. Qardas, Allah rizasi ycyn Taravihlarda (kisiler terefini bilmirem) bajilar tefere nesihet eleyerdiz. Bu defe cox danismaq barede yox, daha cox bu sedeqe meselesi barede, waLlahi mende ikrah hissi dogurur. Iceri giren kimi goryrsen kimse yzyne baxir gylymseir, sen de "myselmanin myselmana tebesyymy sedeqedir" deib ona eynile jawab verirsen. Ele bunu gormysdyn ki, baji gelir yaxinlasir ve baslair sedeqe istemeye, problemlerini uzun uzadi danismaga (ozy de ele problemler ki, alhamdAllah, hamimizin evinde var, cox cixilmaz veziet deil) ve axirda da istedin, istemedin, imkanin var, ya yox - ferqi yoxdur, baslair boynuna qoymaga ki, sabahki Taravihde gozleyejem, pul getir mene, menevi yonden de tezyiq eleir ki, bes Ramazandir, myselman myselmana sedeqe vermeye borjludur. Netijede hetta komek etsen bele, ozyny Allah yolunda nese etmis kimi yox, hemin baji terefden istifade edilmis kimi hiss eleirsen. Mesele o yere catir ki, qolundan tutub o qeder saxlair ki, normal shekilde ne Tahiyyat namazini, ne de synneleri qila bilirsen, hetta iqame verilir, baji senin qolunu buraxmir. Ya gerek mejbur olub sert jawab veresen, ya gerek yarim saat yzrxahliq edesen ki, bes menim de imkanim indi yoxdur (bunu da adam cox waxt utanir demeye ki, yad adam nie bilsin menim problemimi). AlhamdAllah, mesjide tez-tez gelen, az-cox elmi olan bajilar bele sheylere fikir vermirler, sozlerini deye bilirler, amma, qardas, teze bajilari ozym goryrem ki, bele mynasibet neje iyrendirir, ele bil jahil myhitinde gordyklerini gelib myselmanlarda da goryrler, bu da onlarin jamaatdan ehtiat elemeine getirir, qaynaib qarismaga qoymur, mesjidden uzaqlasdirir. SubhanAllah, baxirsan ki, geyimi myselman geimidir, namazi bizim namazdir, amma ki, ozyny aparmagi o pirlerin, ojaqlarin etrafina yigilan dilencilerden ferqsizdir. Allah rizasi ychyn,mynasib dille bu barede nesihet elein bir gyn. Allah hamimizin emellerini islah elesin, Ramazandan faydalananlardan etsin...Ameen!
Jazak Allahu hair.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Allah bildirir ki, bilmədiyinizi bilənlərdən soruşun. Hər bir sahənin alimləri olduğu kimi, tibb problemlərini təbiblərdən soruşmalıyıq. Sadəcə baxsın necə təbibdir, əgər icazə verməsə, tutmasın, icazə versə, tutsun. Süd verən də baxsın, düzdür, bu hamilə olan kimi deyil, amma süd azalmayacaqsa, tutsun.
2. Tuta bilər, lakin bu problem də ola bilər, çünki uşaq özünü batıra bilər. Yanında kimsə varsa, versin ona tutsun.
3. Xeyr, pozmur.
4. İnşəAllah, bu barədə danışaram. Amma siz də onlara sərt deyin ki, vermirəm, ya da deyin ki, məscidin imamına müraciət edin. Onlardan istəyəndə verənlər elə onları korlayırlar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#20386 01 сентября 2007 года

Posted by Humeyra on 18 August 2007 - 09:07 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLLah.
1. Qardaş, bu yaxınlarda oxudum ki, təzə doğulmuş körpənin saçını qırxıb ağırığı qədər qızıl sədəqə etmək sünnəsi yalnız oğlanlara aiddir, qızlar üçünsə hökmü məkruhdur. Bu səhihdirmi?
2. Təzə doğulmuş körpə üçün keçirilən akika (qurban kəsib ziyafət vermək) məclisinin ədəbləri necədir? Adətən bizdə belə məclisləri yalnız qardaşlar arasında keçirirlər, bacıların da bu xətrinə dəyir. Ata qardaşları, ana isə bacıları yığıb belə məclis keçirə bilərmi? bu Sünnəyə müxalif deyil ki?
Allah razı olsun..Amin!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, bu hər ikisinə aiddir və səhihdə gümüşlə hesablanır.
2. Ədəbi budur ki, heyvan kəsilir və məclis qurulur. Hər iki tərəf də yığıla bilər. Bunda əslən problem yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#20385 01 сентября 2007 года

Posted by Humeyra on 18 August 2007 - 08:58 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLLah.
Əgər dəvətə ziyanı dəyə bilərsə, inşaAllah, bu sualı ümumi forumda yerləşdirməyin. Sadəcə, nəsihət kimi qəbul edin, elmim az olsa da. Day.az saytındakı intervyunuzu oxudum, başa düşürəm ki, qəsdlə ya da qəsdsiz olaraq (Allah doğrusunu bilir), Rus dilinə tərcümədə naqisliklər ediblər, sözlərinizi tam şəkildə çatdırmayıblar, təhrif eləyiblər. Amma bir məsələ xüsusi diqqətimi çəkdi, orda sizin adınızdan deylir ki, "biz Allaha və vətənə xidmət edirik", bu cümlə Tövhid baxımından düzgün deyil, mən bildiyim qədərilə və böyük ehtimalla (sayt işçilərinin məscidimizə və əhli-Sünnə əqidəsinə subyektiv baxışı barədə digər məqalələrinə əsaslanaraq demək olar ki,) bu, onların təhrifidir. Amma hər halda sizin dilinizdən getdiyi üçün əgər mümkündürsə, inşaAllah müraciət edib, həmin cümləyə düzəliş etmələrini xahiş edərdiniz. Çünki bilirəm ki, sonra həmin sözü rafizilər və xəvariclər əllərində bayraq edib Tpvhidə dəvət eləyən qardaş bacılara qarşı istifadə edəcəklər.
Jazak Allahu hair.
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, o müsahibədə bəzi şeylər deyilməyib və bəzi məsələlər də başqa cür deyilib. Müsahibəni yazanlar tərəfindən belə şeylər çox olur. Əgər xidmətdən söhbət gedirsə, burda əqidəyə zidd bir şey yoxdur. Çünki dəvət etmək din üçün, həm də vətənimizin əqidə cəhətindən düzəlməsi üçün xidmətdir. Problem olardı, əgər ibadət yazsaydılar. Ona görə, düzdür, başqa cür deyilsəydi daha yaxşı olardı, amma yenə də əqidəyə zidd bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#20384 01 сентября 2007 года

Posted by Humeyra on 18 August 2007 - 08:43 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum wa RahmatuLLah.
Qardaş, qaşların rənginin açılması(ya da başqa rəngə boyanması) ilə bağlı cavabınız, sözün düzü, məni təəccübləndirdi. Hardasa, 1,5-2 il əvvəl, əgər yadınızdadırsa, sizə forumda bu barədə sual vermişdim,(sonra da dərsdə qadınlar tərəfdən sual yazıb göndərmişdik), 2 fitva gətirmişdim- biri şeyx İbn Bazın, o biri isə şeyx Useyminin (Allah ikisinə də rəhmət eləsin!). Alimlərdən biri bunun hökmünün Allahın yaratdığını dəyişdirmək olduğu üçün haram, o biri isə saç rənglənməyi ilə eyni anologiyada olduğu üçün hökmünün zinət olduğunu bildirib, icazəli olduğunu qeyd edir. Mən də çaş-baş qalmışdım, soruşmuşdum ki, bu fitvalardan hansına riayət etmək daha düzgündür. Cavabında dediniz ki, əgər qadın üzünü örtürsə, onda belə zinətdən istifadədə problem yoxdur. O vaxtdan biz bacılar da bu rəyi götürürük. İnşaAllah, aydınlaşdırardınız.
Allah razı olsun..Amin!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Yaxşı olar ki, qaşı rəngləməkdən çəkinəsiniz. Bu artıq adətə çevrilir. əlhəmdulillah, saçı rəngləyin, kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#20112 01 сентября 2007 года

Posted by Humeyra on 31 July 2007 - 06:38 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLLah.
1. Qardaş, oxumuşdum ki, kafir ölkələrinə sadəcə gəzmək, görmək məqsədilə (yəni zərurət yoxdursa) səyahət etmək olmaz, çünki bu onların iqtisadiyyatına xeyir gətirməklə yanaşı, həmçinin dində xüsusən zəif olan müsəlmanın qəlbində kafirə, onun mədəniyyətinə, dininə qarşı sevgi yaranmasına gətirib çıxarır, halbuki onlar bu sevgiyə layiq deyillər. Amma son vaxtlar müsəlmanların belə səyahətlərə hədsiz marağını, bəzi halda bununla fəxr etdiklərini görürəm. İnşaAllah, Cümə xütbələrinizin birində kafirə məhəbbət məsələsinə toxunardınız.
2. Bu yaxınlarda bir bacı camaat arasında nüfuza sahib olan elm tələbələrinin biri haqqında elə bir söz dedi ki (pis niyyətlə olmasa da), həmin sözü qəlbində mərəz olan ya da ki, dində zəif olan biri pis yerə də yoza bilərdi. Bunun qarşısını almaq üçün bacıya dedim ki, elə deyil, əslində həmin qardaş belə məsələlərə daha həssas yanaşır, bizim çoxumuzdan daha diqqətcildir. Üçüncü bir bacı isə belə deməklə həmin qardaşı tərifləmiş olduğumu və onun yaxşı əməllərini puç elədiyimi dedi. Amma mən oxumuşdum ki, Şəriətə əsasən bu hal tərif sayılmır, sitisnalı hal hesab edilir, çünki müsəlman qardaşını (bacını) müdafiə edib haqqı demək fərzdir. İnşaAllah, dəqiqləşdirərdiniz.
3. Xəvaric bacılardan biri ilə məişət məsələlərinə görə ünsiyyətdə olmağa məcbur oluram və münasibətimiz sırf dünya məsələlərində pis deyil, hərçənd vaxtilə İslam baxımından o mənə "dəvət" etməyə çalışıb, mən də ona başa salmağa çalışmışam, amma elmi az olsa, ailə üzvləri bu zəlalətə düşdüklərindən, mühitindən ayırmaq mümkün olmayıb, indi isə bu söhbətləri bağlamışıq, sadəcə məişət məsələləri ilə bağlı ünsiyyətdə oluruq. Bu yaxınlarda
məndən nurçuların əqidələrindəki əsas naqisliklərinin nələr olduğu barədə soruşdu. Başa düşdüm ki, bunu öz "dəvət"i üçün öyrənmək istəyir. Belə halda ona "bilmirəm" desəm yalan olacaq, daha nə deyib vəziyyətdən çıxmaq olar?
Əvvəlcədən Allah razı olsun...Amin!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Düzdür, kafir ölkəsinə ehtiyac olmadan getmək bəyənilmir, xüsusən də əgər adam dində, əqidədə zəifdirsə. Şəkk yoxdur ki, o bu səfərdən təəssirlənir. Bacardıqca, bu cür səfərdən çəkinmək lazımdır və imkan daxilində müsəlman ölkələrinə səfər edin.
2. Çalışmaq lazımdır ki, kimdənsə danışmayaq, çünki bu ya qeybət olur, ya da böhtan, xüsusilə də əgər bir məsələni dəqiq bilmirisinizə. Peyğəmbər (s.a.v.) deyib ki, “Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun”. Bir müsəlman bu hədisə riayət etsə, böyük fitnələrdən qurtara bilər və dünya axirətində salamat olar.
3. Çalış bir az ehtiyatlı ol, çünki təkfirçilər bizim dəvətin birinci dərəcəli düşmənləridir. Ola bilər ki, o sadəcə söhbəti açmaq üçün bu mövzunu atıb, çalış dini mövzuda danışma, xüsusilə də əgər elmdə zəifsənsə. Əgər hansısa bir firqə barədə soruşsa, deyin ki, mən dəqiq yaxşı bilmirəm, qaranlıq bir məsələ olsa, soruşub deyərəm. Hərdən belə etmək lazımdır ki, hətta cahillər görsünlər ki, insan gərək ehtiyatlı ola, xüsusən də müsəlman, xüsusən də sələfi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#19951 01 августа 2007 года

Posted by Humeyra on 15 July 2007 - 07:30 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLLah.
1. Uşağın cinsini hamiləlik dövründə Şəriət baxımından öyrənmək icazəlidirmi? Bəzi bacılardan eşitmişdim ki, olmaz, amma nəyə əsaslandırqlarını bilmirəm.İnşaAllah, aydınlaşdırardınız.
Əvvəlcədən Allah razı olsun...Amin!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Eyib etməz, olar. Bu qadağa üçün heç bir dəlil yoxdu.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#19867 01 августа 2007 года

Posted by Humeyra on 05 July 2007 - 05:42 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLLah.
1. Qardaş, demişdiniz ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) qırmızı dimdikli qara qarğaları göstərərək "Cənnət qadını bunlara bənzəməlidir" hədisinin "Cənnətlik qadın digərlərindən qırmızı dimdikli nadir qarğa necə digərlərindən fərqlənirsə o cür fərqlənir" şərhindən əlavə, ikinci şərhi də var, hansı ki, hicabın qara olmasının hökmünün sünnə olmağına dəlildir. Bu şərhi alimlərdən kim deyib? İnşaAllah, mümkündürsə,həmin alimlərin adını çəkin ki, dəlil olaraq qeyd etmək mümkün olsun.
2. Çünki bacılardan bir qismi deyir ki, qara rəngin hökmü o vaxt sünnə hesab edilə bilər ki, Şəriətə əsasən əgər bunu Peyğəmbər (səllallahu aleyhi və səlləm) desəydi. Amma bu rəngi səhabə qadınlar imanlarının çoxluğundan daha az cəlb etsinlər deyə öz şəxsi inisiativləri əsasında seçib geyiblər, ona görə də buna sünnə demək olmaz və bu rəngin parlaq , cəlbedici olmayan digər rənglərdən (məsələn, yaşıl, mavi və s.) heç bir fərqi yoxdur İslamda. Amma mən bildiyim qədərilə, hədislər mərfu ya da məvquf olmağından asılı olmayaraq ikisi də Sünnədən sayılır. Bu məsələyə aydınlıq gətirərdiniz, inşaAllah.
3. Həkim körpəyə gündəlik bir neçə saatlıq hava almaq məsələhət görür, lakin məhrəmin vaxtı azdırsa, gec gəlirsə, ev yaxınlığında qadın uşağı tək gəzdirə bilərmi?
4. Qardaş, əgər mümkündürsə, Məğribdən sonrakı dərslərə zövcələrini məscidə gətirən qardaşlara nəsihət edin ki, zövcələrinə qarşı daha diqqətli olsunlar, tərbiyələndirsinlər. Çünki bir neçə bacı istisna olmaqla çoxları məscidə nə üçün gəlmək lazım olduğunu unudub, sadəcə bacılarla görüş yeri kimi baxır, bəzənib düzənir, qeybət edir və dünyadan danışırlar, qulaq asanlara da imkan vermirlər.
5. Həqiqqətənmi göydələnlərdə, çoxmərtəbəli evlərdə yaşamaq bəyənilmir? Qiyamətin əlamətləri barədə gələn məşhur hədisin belə bir şərhi varmı?
6. Əgər məhəllədə işləyən fəhlə qardaşlar namaz vaxtı küçədə camaat qılırlarsa, aşağı mərətbədə yaşadığından imamın səsini eşidən bacı həmin camaata qoşula bilərmi?
7. Qardaş, məlumdur ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə camaat namazını qadınlı kişili hamı bir yerdə qılardı. Kişilər əvvəldə, qadınlar isə arxada. Və bununla əlaqəli gələn hədisdə kişi və qadınların qarışıb fitnə törətməməyi baxımından qeyd olunur ki, kişilər üçün ən yaxşı cərgələr ön, qadınlar üçün arxa cərgələrdir. Bəs indiki şəraitdə, harda ki, məsciddə pərdə aralayır qadın bölməsini, qadınlar ön sıralara can ata bilərlərmi, yoxsa yenə də arxa sıralar əfzəldir?
8. Uşaqlar (qız və oğlan) camaat namazından cərgənin hansı hissəsində durmalıdırlar, öndə yoxsa arxada? Bəzən (qadınlar tərəfdə) namaza duran kiçik qız uşaqlarını analarının yanından ayırıb, arxa cərgələrə göndərirlər. Bu Şəriət baxımından nəyəsə əsaslanırmı?
Əvvəlcədən Allah razı olsun...Ameen!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəziləri qaranın əfzəl olmasının dəlili kimi, ifq hadisəsində Aişənin (r.a.) qara geyinməsini, ənsarlaın qadınlarının geyimini (onlar çıxanda hicabları bu rəngdə idi) və s. göstərirlər
2. Təbii ki, başqa rənglərə icazə olsa belə qara rəng daha əfzəldir. Hədis səhihdir, imam Əhməd rəvayət edib. Qara rəngin seçilməsində başqa üstünlüklər də var.
3. Belə halda, əgər ehtiyac varsa, evin yaxınlığında, fitnədən uzaqdırsa, ərin icazəsi ilə eyib etməz.
4. Bu doğrudan da müşkül məsələlərdən biridr, mən daim bu məsələyə toxunuram, bunun təkrara ehtiyacı var, inşəAllah yenə danışıram.
5. Xeyr, bu hədis orda yaşamamağa dəlalət etmir. Sadəcə bildirilən qiyamətin əlamətidir.
6. Əgər yaxındırsa, eşidib görünürsə eyib etməz.
7. Əlbəttə, yenə arxa sıralar əfzəldir, necə hədisdə gəlib. Təbii ki, bu kişilərlə olan camaat namazına aiddir. Amma qadınlar özləri camaat qılırsa, onda əfzəl ön cərgələrdir.
8. Düzdür, camaat namazında qayda belədir ki, əvvəl kişilər, sonra qadınlar və sonda uşqalar dayanmalıdır. Hətta təşviş etməsinlər deyə və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#19861 01 августа 2007 года

Posted by Humeyra on 04 July 2007 - 04:42 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum wa RahmatuLLahi wa Barakatu.
1. Məni çoxdan narahat edən bir sual sənayedə istehsal olunan ərzaq məhsullarının tərkibinə daxil olan maddələrdir. Məsələn, əksər növ şirniyyatların, süd məhsullarının (yoqurt, meyvəli tvoroq və s.), şokoladların, çipslərin və s. inqridiyentləri siyahısında müəyyən kodlar olur, məsələn, E 1424, E 6 və s. Bu kodların nə mənaya gəldiyini isə yalnız qida sənayesində mütəxəssis müəyyənləşdirə bilər. Belə olduğu halda, bu ərzaqları almaq olarmı ("çətinləşdirməyin, asanlaşdırın" hədisinə əsasən), yoxsa "şübhəli şeydən çəkinin" hədisinə əsasən çəkinmək daha düzgündür? Onu da qeyd edim ki, bu tip kodlar demək olar ki, bütün sənayedə istehsal olunan ərzaqların inqridiyentlərində olur.
2. İnternetdə bu kodların halal olanlarına və olmayanlarına dair bir siyahı yayılmışdı, xaricdə yaşayan bəzi bacılar hətta mağazaya gedəndə yalnız bu siyahı ilə çıxdıqlarını deyirlər. Bilmirsiniz, bu siyahı nə dərəcədə səhihdir və onu tətbiq etmək olarmı?
3. Oxumuşdum ki, jelatin əvvəllər donuzdan alınırdı. Sonra sənayedə jelatini kimyəvi üsulla almaq mümkünləşdi və bu daha ucuz başa gəldiyindən əksər firmalar ərzaqların tərkibinə yalnız sənayedə istehsal olunan jelatini qatmağa başladılar (qənaət baxımından). Əgər ərzaqın tərkibində jelatin var, amma dəqiqləşdirilmir ki, bu sənaye jelatinidir yoxsa təbii jelatin, sadəcə yazılır ki, "пищевой желатин", belə ərzaqı istehlak(yemək) etmək olar?
4. Məsciddə Zöhr namazından sonrakı sünnəni əvvəlcədən niyyət etmişdim ki, evdə qılacam (ev yaxındır). Zikr vaxtı bir neçə olduqca hər şeylə maraqlanan və çoxlu sual verən bacının suallarından (hansı ki, onlara aid olmayan şəxsi məsələlərə dairdir) qaçmaq üçün evdə qılmaq istədiyim sonuncu sünnəni məsciddə qıldım ki, həmin vaxt ərzində məndən uzaqlaşsınlar. Niyyətimin içinə belə bir şey qarışdığından, həmin namaz batil olmur ki?
5. Sualım refle adlanan qadın saç düzümü, daha doğrusu saçın rənglənmə forması haqqındadır. Burda saçın bir teli deyək ki, sarı rəngə boyanır, digəri tünd qəhvəyi, yaxud da qırmızı və s. Bildiyim qədər əksər alimlər (şeyx Useymin, şeyx İbn Bazz (Allah onlara rəhmət eləsin)) saçda 3 şərt qoyublar. 1) Kişi saçına oxşamamalıdır 2) Kafir qadınlara bənzəməməlidir 3) Qara olmamalıdır. Və məntiqlə fikirləşib belə rəyə gəlmək olarmı ki, insan təbiətən saçının bir teli sarı, o biri qara anadan olmur, yəni bu, sonradan kafirlər tərəfindən tətbiq olunmağa başlanıb və bizim qadınlara keçib, ona görə də kuffara oxşamamaq üçün çəkinmək daha yaxşıdır? Yoxsa belə qənaətə gəlmək düzgün deyil?
6. Qadın yay vaxtı rahatlıq baxımından saçları zəncilərdəki hörüklər kimi xırda-xırda hörüklərlə hördürə bilərmi? Bu kafirlərə oxşamaq deyil ki?
7. Həqiqətənmi çimib çıxan kəsə "с легким паром" demək olmaz? Bacılardan eşitmişdim ki, bu söz qədimdə slavyan xalqlarının içində xristianlıqda əvvələr yaranıb. Belə ki, onlar çimən şəxsə hamamdan çıxarkən soyuq dəyib pis ruhun girəcəyindən ehtiyat edir və bu sözləri deyib həmin pis ruhu uzaqlaşdırmaq mümkün olduğuna etiqad edirdilər.
Əvvəlcədən JazakAllahu Hair.
AsSalamu alaik.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər qeyd etdiyiniz kimi bütün ərzaqda varsa, əsasən də bu maddələr məhsulun müddətini uzatmaq üçündür, problem yoxdur.
2. Bu barədə elmim yoxdur, bilmirəm, amma cüzi nəsə varsa, onu alıb istifadə etməkdə problem yoxdur.
3. Bunda problem yoxdur, alıb yeyə bilərsiniz.
4. Xeyr, eyb etməz, Allah kömək olsun.
5. Təbii ki, bunların elə formaları var ki, məhz onlara bənzəməkdir, ona görə çəkinmək daha yaxşıdır.
6. Sırf onların adəti deyilsə, bunda problem yoxdur.
7. Əgər belə adət olubsa, əlbəttə, çəkinmək daha yaxşıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#19764 01 июля 2007 года

Posted by Humeyra on 13 June 2007 - 07:13 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLlah.
1. Körpəni əmizdirmək üçün qadın məclisində, ya da məscidin qadınlara aid bölməsində övrətin müvafiq hissəsini açmaqda həya etməmək düzgündürmü? Doğrudanmı, qadınlar arasında övrət məsələsindəki hədlər bu halda istisna sayılır?
2. Hamiləliklə əlaqədar yoxlanış zamanı qadının övrətinə bir neçə dəqiqəlik cihaz salınır, sonra isə çıxarılır. Bu halda qüsl tələb olunurmu, yoxsa dətsəmaz kifayətdir?
3. Qardaş, Cənnətə oda toxunmadan girəcək 70 min nəfərin vəsflərinin birində deyilir ki, "onlar ruqyə tələb etmirlər". Bilirəm ki, bu hal Allahdan qeyri kimdənsə real kömək istəməməyə, kimdənsə onun üçün dua etməyi xahiş etməməyə və həmçinin kimdənsə (həkimlərdən və s.) müalicə istəməməyə də aid edilir. Bu hədisin ətraflı şərhi barədə daha geniş hardan oxuya bilərəm? Əgər (inşaAllah) ana olmağa hazırlaşan qadın bu 70 min nəfərin içində olmağı dua edir və buna görə ruqyə tələb etməməyə çalışırsa, lakin məhrəmi qəti şəkildə bunu əleyhinədir ki, özünün və uşağın sağlamlığı ilə risk etmək olmaz, bu halda məhrəmə tabe olan və həkimlərdən kömək istəyən qadının həmin 70 min nəfərin içində olmağa şansı varmı?
Əvvəlcədən Allah razı olsun...Amin!
AsSalamu alaikum.


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, bu istisna deyildir, bu yerlər örtülməlidir, əgər belə edirsə, açıq şəkildə etməsin.
2. Dəstəmaz kifayətdir. Bir halda qüsl
3. Düzdür bu məslədə belə deyənlər var. Amma siz həkimə müraciət edin, Allah niyyətinizi bilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#19718 01 июня 2007 года

Posted by Humeyra on 01 June 2007 - 05:13 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLLah.
1. Qadın əri üçün makiyaj edibsə, yaxud ətirlənibsə və bu vaxt onlara qaynata gəlirsə, belə vəziyyətdə onun qarşısına çıxmaq olarmı?
2. Qardaş, belə bir rəy varmı ki, Şəriətlə, əgər müsəlman qızla ailə qurmaq istəyən yoxdursa, evdə qalıb qarımaqdansa, cahilə, ya da ki, bidət əhlindən (rafizi, sufi, xəvaric və s.) kiməsə ərə gedə bilər, bəlkə onu döndərdi? Axı dəlil (səhih hədis) var ki, qadın yalnız o kəslə evlənə bilər ki, onun dini və əxlaqı qaydada olsun. Cahildə, bidət əhlində nə din? Həmçinin axı müsəlman ima gətirməlidir ki, əgər Allah rizası üçün bir pis şeyi(kəsi) tərk etsə), heç ola bilməz ki, Allah ona ondan daha xeyirlisini verməsin.
3. Kişi evdə imam dayanıb, ailə üzvlərinə namaz qıldırarkən, qiyamda ayəni unudub dayanırsa, zövcə ona kömək edə bilərmi? Yoxsa, bu köməyi yalnız kişilər bir-birinə edə bilər?
Allah razı olsun...Amin!
AsSalamu alaikum.


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Ətir iyi və ya makiyaj öz evində edibsə problem yoxdur, sadəcə çox açıq-saçıqlıq olmasın.
2. Çalışın imkan daxilində müsəlmana ərə gedin, bəli, peyğəmbər (s.a.v.) buyurub ki, dininə və əxlaqına baxın. Dua edin Allah, təvəkkül edin, səbr edin. "Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir" (Talaq, 3).
3. Bəli, edə bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#19670 01 июня 2007 года

Posted by Humeyra on 15 May 2007 - 03:45 PM in ВСЕ ФОРУМЫ 2007 ГОДА

AsSalamu alaikum va RahmatuLlah.
1. Qardaş, sualım "qara it şeytandır, harda gördünüz- öldürün" hədisi ilə bağlıdır:
a) Bu hədisin şərhini bilmək istərdim. Hədisdə qeyd olunan Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dövründəki hər hansı bir konkret qara it idi, yoxsa, bütün qara rəngli itlərə tətbiq olunur?
b) Əgər nəzərdə tutulan bütün qara rəngli itlərdirsə, hədisin hikməti nədədir?
c) Üstündə başqa rəngli çox xırda xal yaxud ləkə olan qara rəngli it də eyni hökmə daxildirmi?
d) Əgər hədisdə nəzərdə tutulan bütün qara rəngli itlərdirsə, lakin müsəlman belə itə (xüsusən lap balaca, şirin küçükdürsə) nifrət edə bilmir (axı şeytana nifrət edilir), hətta toxunmamaq şərtilə ona yemək qırıntıları və s. verirsə, bu Sünnəyə müxalif çıxmaq hesab olunurmu?
2.Vitr namazından sonra zikr etmək mən bildiyim qədər Sünnədə gəlməyib, düzdürmü?
3. Fərz namazından sonra edilən "SübhənAllah(33), "Əlhəmdülilləh"(33), "Allahu Akbar"(33) zikrlərində Sünnəyə əsasən hər barmaq büküşlərinə toxunmaq lazımdır. Müsəlman demək olar ki, daimi şəkildə barmaq büküşlərinə toxunmadan bu zikrləri edirsə, bu bidət sayılırmı?
4. Matrudi meylli İslam saytlarının birində qeyd edilir ki, həmin bu yuxarıda qeyd edilən zikrləri Safiyyə (Allah ondan razı olsun) səbətə yığdığı daşlarla edərmiş, Peyğəmbər (səllallahu aleyhi və səlləm) özü belə etməsə də Safiyyəyə (Allah ondan razı olsun) heç nə deməyib. Bu da - saytda yazılana görə- dəlildir ki, təsbehlə zikr etmək olar. Belə bir hədis (səhih əlbəttə) varmı?
5. Aydın məsələdir ki, qadının abayası uzun olmalıdır və yerlə sürünməlidir, hətta toz-torpaq sürtünsə də bu, namaza naqislik gətirmir. Mən blirdim ki, burda nəsi istisnadır, gərək onu təmizləyəsən. Amma dünən bir bacı mənə fitva oxudu Ləcnə əd-Daimədən, orda deyilirdi ki, əgər qadın abayasının yerlə sürtünən hissəsinə əgər nəcasət dəyirsə, daha sonra isə üstündən toz torpaq gəlirsə, həmin torpaq nəcisi təmizləyir, ona görə də əlavə təmizliyə ehtiyac yoxdur. Bilmək istərdim, bu fitvanın əsli varmı?
6. İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) "Üzündə olan tükləri alan və aldırana Allah lənət eləsin" deyə buyurub. Burda qəsd olunan həmçinin qaşlardan əlavə bütün üzdəki tüklərdir? Çünki bir çox bacı üz, xüsusən dodaqlarının üstündəki tükləri götürür. Demək bu da haramdır?
7. Qız uşağına "Nur" adı vermək nə dərəcədə düzgündür? Əvvəllər elə bilridim ki, bu Allah Subhanahu va Taalənin 99 ad və sifətlərindən biridir, sonra Useyminin (Allah ona rəhmət eləsin) bu məsələ ilə bağlı kitabında oxudum ki, belə deyil. Lakin yenə sual qalıb, uşağa "Nur" adı vermək olarmı?
Allah razı olsun..Amin!
AsSalamu alaikum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. a) Bu hədis ümuməndir və bütün qara itlərə aid edilir. Öldürmək məsələsi isə gücün daxilindədir, yəni sahibi yoxudrsa, öldürə bilərsən.
b) Hikməti hədisdə qeyd olunub - şeytan qara rəngli it ola bilər
c) xeyr, sırf qara rəngdən söhbət gedir.
d) xeyr, heyvana yemək vermək olar, amma sırf qara rəngli it saxlamaqdan çəkinin.
2. Vitrdən sonra və nafilələrdən sonra zikr gəlməyib
3. Bu mütləq deyil, əsas odur ki, sayı itirməyəsən
4. Sadəcə bu hədis Aişəyə (r.a.) aiddir və peyğəmbər (s.a.v.) görəndə deyib ki, sənə daha yaxşısını öyrədim və barmaq büküşlərini göstərib. Təsbihə isə bəzi alimlər icazə veriblər müəyyən şərt daxilində - say bilməmək, yaşlı adam və s.
5. Bəli, doğrudur. Torpaq nəcisi təmizləyir.
6. Xeyr, bu hədisdə lənətlənən qaş tükləridir.
7. Ümumiyyətlə, bu məsələ ixtilaflıdır. Ən məsləhətlisi saytımızdakı bu barədə məqalədən istifadə edərək yaxşı ad seçə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#16375 РАМАЗАНский Форум

Posted by Humeyra on 01 October 2006 - 05:46 PM in ВСЕ ФОРУМЫ 2006 ГОДА

AsSalamu alaikum wa RahmatuLlahi wa Barakatu, qardash.
Sualim Ramadana aid olmasa da inchaAllah deqiqleshdirmek isterdim. Meni internetde myselmanin hansi etikata gore ozyny aparmasi maraqlandirir. Islam-qa.comda oxudugum fatwalarin birine esasen, eger qadin internetden dawat meqsedi ile, yaxud elm almaq meqsedi ile ve eger munker goryrse mynasibet bildirmek ycyn istidade edirse, bele halda ijazelidir. Lakin bununla bele ashagidaki shertler hokmen olmalidir:
1) Private (tekbetek) xarakter dashimirsa;
2) shexsi melumatlar verilmirse (yash, ynvan ve s.);
3) flirt xarakterli smayliklardan istifade olunmursa;
4) diger qardash ve bajilar da aparilan myzakireni goryrlerse;
5) Fitna gorynyrse, derhal bu myzakire kesilmelidir.
Bu fetwaya riaet etmek olarmi?
Jazak Allahu Hairan.
AsSalamu alaikum





Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Fitva mən bilmirəm kim deyib bunu, amma görsənir ki, şərtləri uyğundur. Ümumiyyətlə insan istifadə edə bilər, lakin o şeylər ki, faydalıdı. Əgər şəriətə bir şey müxalif olsa, ondan çəkinin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#16337 РАМАЗАНский Форум

Posted by Humeyra on 28 September 2006 - 05:09 PM in ВСЕ ФОРУМЫ 2006 ГОДА

AsSalamu alaikum wa RahmatuLlah.
Qardash, eger qadin artiq yashlidir ve menopauza dovryndedir ve bu myddetde heyz waxtli-waxtinda olmur, bezen adet olunmushdan chox myddet dawam edir, bezen ise ymumietle bir neche ay cikl bash vermir. Bele halda, qadin oruj ve namazi dayandirmaq ychyn maxsimum waxt 10 gyn gotyrmelidir, yoxsa 15 gyn? Men eweller fetwalardan maksimum myddeti 10 gyn gotyrmek barede oxumushdum, bu yaxinlarda ise 15 gyn hesablandigini oxudum. InchaAllah, deqiqleshdirerdiz.
Jazak Allahu Hairan.
AsSalamu alaikum.




Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər qadın artıq həddi keçibsə o artıq heyz deyil. Əgər ondan nəsə gəlsə (qan və s.) o daima namazı qılsın sadəcə hər namaza dəstəmaz alsın. Çünki qadının namaz qılmasının qarşısını alan heyz və nifas halıdır. 10 gün lazım deyil
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#15744 01 сентября 2006 года

Posted by Humeyra on 28 August 2006 - 04:42 PM in ВСЕ ФОРУМЫ 2006 ГОДА

AsSalamu alaikum wa RahmatuLlah.
Mesjidde bir baji irad tuturdu ki, kafir dilinde (mes. rus) zeruret yoxdursa danishmaq olmaz. Ondan teleb edende ki, dalil getirsin, dedi ki, hedis oxumusam, kitab evdedir. Sozyn dyzy, qardash men bu barede hech ne eshitmemishem ne de oxumamisham. Ymumietle, qardash, hedis yox, hech olmasa bu barede gyjly bir rey movjuddurmu?
Jazak Allahu Hairan
AsSalamu alaikum wa RahmatuLlah.



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu barədə bir şey yoxdur, problem yoxdur əgər qabağındakı rusca yaxşı başa düşürsə rusca danış. Amma əgər rusca yaxşı başa düşmürsə lazım deyil rusca danışmaq, xüsusən əgər azərbaycanca bilirsən
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#14299 01 июля 2006 года

Posted by Humeyra on 23 June 2006 - 08:13 PM in ВСЕ ФОРУМЫ 2006 ГОДА

AsSalamu alaikum wa RahmatuLlah.
Qardash, eger jahil namehrem yaxin qohumlar gelir eve ve qadin onlarla 5 deqiqelik girib "xosh gelmisiz" deib chixmalidir (elbette tek yox), yoxsa ailede soz-sohbet olajaq. Qadin hijabin qalan shertlerine emel eleib, yzyny acha bilermi?
Jazak Allahu Hairan.
WasSalamu alaikum.



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər belədirsə onda hicablı onlara xoşgəlmisiniz desin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#13870 01 июля 2006 года

Posted by Humeyra on 05 June 2006 - 06:30 PM in ВСЕ ФОРУМЫ 2006 ГОДА

AsSalamu alaikum wa RahmatuLlah.
Kechen forumda diqqetsizlik eleib, suallari tam oxumamish qara rengde hijab barede sual verib sizi ikinji defe eziete salmishdim, halalliq verin, qardash.
1. Qadinin sachi chox uzundur ve qalindir ve istide eziet edir. Ona gore sachlarini mohkem horub chetin achilan bir sheyle baglair. Destemaz waxti mesh horuyun butun uzunluguna chekilmei uchun gerek bagladigi sheyi achsin, buna da uzun waxt lazimdir. Horuyun yalniz bir hissesine mesh chekmek kifaet eleyermi?
2. Bir baji maraqlanir, qardashla kebinleri olasidi inchaAllah. Qardashin imkani chox deil ve baji ile kichik mebleg mehr barede danishib, inchaAllah tedrijen vermek isteir. Lakin qizin valideynleri kichik mebleg mehre razi deil, bunu bilseler, arada uzun narazichiliq olajaq. Olarmi kebin waxti qizin velisinin yaninda daha bouk mebleg yazilsin, amma javanlar oz aralarinda danishdiqlari mebleg uzre shertleshsinler? Bu halaldirmi?
3. Myselman ehtiaji oldugundan, indikinden iki defe chox mevajib teqdim olunan pozisiaya qebul olmaq isteir. Bunun ychyn Istixare qilir ve Allahdan isteir ki, eger bu ishde xeir varsa, ona nesib olsun, yoxdursa Allah ondan uzaq elesin, ishe qebul olmasin. Bir myddet sonra hemin pozisiaya qebul olunur. Lakin bele bir problem meydana chixir: 1 il myddetinde o waxtashiri 3-4heftelik Ingiltereye, Birleshmish shtatlara getmeli, hem de ordaki neft platformalarinda ixtisas kechmelidir. Ofis sheraitinde olanda saqqalli olmaqda problem yoxdur. Lakin platformada telykesizlik(safety) baximindan (saqqala zeherli qazlar dola biler ve yzy yandirar) ola bilsin ki, (hele deqiq deil) saqqali qisaltmagi (1 ovujdan az) teleb eleyejekler. Bele bir menfi terefi ola bilejek (Allahu Aleem) ishi qebul elemek olarmi? Qeyd eleim ki, ola bilsin, bashqa chixish yollari da olsun (saqqalin qaz kechirmeyen materialla ortylmesi ve s.).
JazakAllahu harian.
WasSalamu alaikum wa RahmatuLLah.



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Baş örtüyünə məsh çəkmək coraba məsh çəkmək kimidir. Sadəcə olaraq başının ön hissəsindən saçına biraz dəysə bəsdir. Qalan hissəsinə isə örtüyün üstündən çəksin.
2. Bu qızın haqqıdır. Valideynlərin buna qarışması düzgün deyil.
3. Çalışıb saqqala toxunmasın. Xaricdə saqqal məsələsi problem deyil problem bizdə müsəlman ölkəsindədir. Kafir ölkələrində saqqal problem deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!