Jump to content


Photo

01 апреля 2011 года


  • This topic is locked This topic is locked
507 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 01 March 2011 - 01:38 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, aprelin 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го апреля можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 xadica

xadica
  • Guests

Posted 01 March 2011 - 10:07 AM

Sallam aleykum.Siza sual yazmishdim atamla na qadar barishmaq istayiramsa rad edir.Atama gunah yazilirmi?Yoxsa haqqi var barishmamaga/Mumkunsa dalilarda gatirin.ALLah RAZI olsun haqqinizi hallal edin sizi bela sualarnan mashqul ediram,atamin manimla barishmamagina balkam sizin yazdiginiz cavab vastaci ola siz dini ondan daha darin bilirsiz.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər bu haqsız yerədirsə, əlbəttə, ata günah qazanır. Amma məsləhət edirəm ki, xüsusən də siz bağışlanma istəyirsinizsə, qoy atanız sizi bağışlasın. Çünki Allah və rəsulu (sallALLAHU 'aleyhi wa sallam) bizə belə öyrədiblər. Peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) buyurur ki, əgər Səmada olanın səni bağışlamasını istəyirsənsə, yer üzündəkiləri bağışla.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#3 sual

sual
  • Guests

Posted 01 March 2011 - 11:01 AM

as salamu aleykum wa rahmatullahi wa barakatuhu.
1. mart forumundaki suallara cavab verilacak, yoxsa artiq o sahifa baglandi?
2. muasir dovrda cariya var? bazan deyirlar ki, guya arab sheyxlarinin heramxanasinda 100-larla qadin var, onlar cariyadir. cariya azad olmayan qadinlardir. magar indi ela qadinlar var?
3. Hamzanin (radiyallahu anhu) haqqindaki hadis barada sorushdular va Sizda Buxarinin kitabindaki yerini sorushdunuz. ingilisca tapdim.
Hadith no: 569 sahih al Bukhari
Narrated / Authority Of: Husain bin Ali
Ali bin Abi Talib said: "I got a she-camel as my share of the war booty on the day (of the battle) of Badr, and Allah's Apostle (SAW) gave me another she-camel. I let both of them kneel at the door of one of the Ansar, intending to carry Eidhkhir on them to sell it and use its price for my wedding banquet on marrying Fatima. A goldsmith from Bam Qainqa' was with me. Hamza bin 'Abdul-Muttalib was in that house drinking wine and a lady singer was reciting: "O Hamza! (Kill) the (two) fat old she camels (and serve them to your guests)." So Hamza took his sword and went towards the two she-camels and cut off their humps and opened their flanks and took a part of their livers." (I said to Ibn Shihab, "Did he take part of the humps?" He replied, "He cut off their humps and carried them away.") 'Ali further said, "When I saw that dreadful sight, I went to the Prophet (SAW) and told him the news. The Prophet (SAW) came out in the company of Zaid bin Haritha who was with him then, and I too went with them. He went to Hamza and spoke harshly to him. Hamza looked up and said, 'Aren't you only the slaves of my forefathers?' The Prophet (SAW) retreated and went out. This incident happened before the prohibition of drinking (alcoholic drinks)."

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Biz cavabsız sual qoymuruq, sadəcə vaxtı bitir və bağlanır.
2. Əslində cariyə cihadda əldə olunan qənimətdir. Sülh vaxtı cariyə olmur.
3. Bəli, bu hədis Muslimdə də var, bu hadisə içki qadağan olunmamışdan əvvəl olub.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#4 MudzaheD

MudzaheD

    Пользователь

  • Пользователи
  • Pip
  • 58 posts

Posted 01 March 2011 - 11:34 AM

Assalamu aleykum va rahmatullahi va barakatuhu.
Weyx subh namazinda durub destemaz alannan sora.Zohr namazinda,esr namazinda mestin ustunden mesh cekmek olarmi,mestin altinda corab ola ola?yoxsa mesti cixardib corabin ustunnen mesh cekmek lazimdi?
Assalamu aleykum va rahmatullahi va barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, çəkə bilərsiniz, fərq eləməz, ya corabın ya da məshin üzərinə, yəni birinci hansınınü zərinə çəkdinizsə, sona qədər onun üzrərinə də çəkin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Ebu Hureyra revayet edir ki,ResulAllah (sallallahu aleyhi və səlləm) dedi:"Hər Peyğəmbərin cavabsız buraxılmayacağı duası olub.Bütün Peyğəmbərlər öz duasını etməyə tələsdilər,mən isə öz duamı qiyamət günü öz ümmətimi müdafiə etmək üçün saxlamışam və Allahın izni ilə Ona şərik qoşmayanlar bu himayəyə layiq olacaqlar." Muslim,199

#5 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 11:50 AM

Salam aleykum!

1 Əgər yahudilərlə evlənmək olarsa belə çıxır ki,kafirlərlə evlənmək olar?

2 Onda evlənəndə yalnız möminlərlə evlənin ayəsini necə başa düşək? Onda bu ayənin dəyəri yoxdur?

3 Əgər yahudi qadınla evləniriksə onda uşaqlarla daha çox vaxt keçirən qadın onlara öz dinlərini öyrətməyəcək? Uşaqlar da İslamdan çıxmayacaq?

4 Bəs onda bütün bu ibadət məsələləri və başqa məsələlər kafir qadınla necə uzlaşdırılır? Lənətlənmiş millətlə necə evlənəmək olar?

5 Yəni həqiqətən kafirlə evlənmək olar?

6 Bəs onlarla evlənəndə qadın kişiyə necə tabe olacaq? Başqa dindədir axı...

7 Yalnız yahudi qadınlarla evlənməyə icazə verilib yoxsa digər kafirlərlə də evlənmək olar?

8 Bəs Allah Quranda bizə Yahudilərlə hətta dost olmayın (əl-Maidə 51) əmr etmir? Bəs bütün bu ziddiyətləri necə başa düşək?

9 Əgər kafirlə evlənmək olarsa onda onlarla dost da olmaq olar?

10 Niyə burada hər şey bu qədər çətindir? Niyə bu məsələ mənim beynimi qarışdırıb,mən heç nə başa düşmürəm.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, əhli-kitabdan olan kafirlərlə evlənmək olar.
2. Bu ziddiyat deyil, bu evlənmək üçün icazədir. Yəni kitab-əhli də Allaha inandığı üçün müəyyən qədər möminlərdən sayılır.
3. Biz demirik ki, evlənmək vacibdir, biz deyirik ki, bunu etməkz olar. Bu problemləri isə nikahdan əvvəl kişi nəzərə almalı və həll etməlidir, ən yaxşısı dəvət etməkdir.
4. Bunu Allah Təala bizə caiz görüb – Maidə, 5.
5. Bəli, olar.
6. Sən kişisən, sən evlənməmişdən əvvəl şərtləri de, əgər razı olsa, evlən.
7. Biz dedik axı, əhli-kitab, yəni yəhudi və xristian.
8. Dost məsələsi ayədə dini sevməmək və təsdiqləməkdir, bu münasibətə aid deyil.
9. Ailə münasibəti qurmaq olar, ticarət etmək olar.
10. Heç bir çətinlik yoxdur, problem sizin özünüzdədir, mənə elə gəlir ki, bu cavabalrdan sonra sizə də asanlaşar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#6 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 11:51 AM

Salam aleykum!

1 Sizə bir neçə dəfə sual verəndə demisiniz ki,Nizami Gəncəvi əhli sunna olub.İndi isə forumda Nizami Gəncəvinin əhli sunnadan çox uzaq olduğu və hətta bidət əhli olduğuna dair materiallar yerləşdirilib.Sizin də xəbəriniz olmayıb onun belə adam olduğundan?

2 Əgər kitab əhlinin kəsdiyi əti yemək olarsa onda Allahın adı ilə kəsilməyən əti yeməyin ayəsini necə başa düşək? Bu ayə ilə ziddiyət təşkil etmir? Yenə də heç nə başa düşmürəm.Onda bu ayə nə üçün gəlib?

3 Nə üçün yalnız kitab əhlinin kəsdiyi ətə icazə verilir? Nə üçün bütpərəstin kəsdiyi əti yemək olmaz? İkisi də kafir deyil? Nə fərqi var axı o kafir kəsdi və ya bu kafir kəsdi? Allah özü deməyib kitab əhli və xristianlar kafirdir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, mən bilirdim ki, o sələfi olmayıb, sünni olub. Biz ona ümumən yanaşırıq, yaxşı şerləri də var. Biz sadəcə bunu qeyd edirik ki, Gəncədən olub və sünni olub.
2. Bu msüəlmana aiddir, əgər gözünlə görsən. Əhli kitabın kəsməsi barədə isə Maidə, 5 ayəsi sonuncu nazil olan ayələrdəndir.
3. Bəli, hər ikisi kafirdir, biri kitab əhlidir, o birisinin isə heç kitabı da yoxdur, Allah Təala ayırıb bunları.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#7 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 11:51 AM

Salam aleykum!

1 Hansısa qızla cinsi əlaqəni təsəvvür etmək həmin qızın haqqına girmək hesab olunur?

2 Allahın əzabından qorxduğumuz üçün ona ibadət etməliyik yoxsa sevdiyimiz üçün?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu bəyənilməyən əməldir, çəkinin, haqqına girmək ola bilər.
2. İbadətdə üç şey bir yerdə olmalıdır: qorxu, sevgi və ümid, bunlar tıklikdə olmamalıdır. Sələflər ona görə deyiblər ki, kim Allaha qorxu ilə ibadət eləsə, xəvaricdir, kim sevgi ilə ibadət eləsə, zındıqdır, kim ümid ilə ibadət eləsə, murciyədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 axiret

axiret
  • Guests

Posted 01 March 2011 - 12:09 PM

as salamu aleykum wa rahmatullahi. sidik ila mualica na daracada duzgundur? cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, sünnədə gəlib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#9 Guest

Guest
  • Guests

Posted 01 March 2011 - 12:16 PM

Salam eleykim,menim adimdan Allah yolunda semeni halvasi nezir edilib men bu semeni halvasin hazirlamaliyam?eger hazirlamazssam bunun ziyanin goreremmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, hazırlamaq lazım deyil, heç bir ziyanı da yoxdur. Belə uydurmalara inanmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!