Jump to content


Photo

01 октября 2015 года


  • This topic is locked This topic is locked
59 replies to this topic

#51 Guest

Guest
  • Guests

Posted 26 September 2015 - 05:58 PM

Bizim qohumlar bizle dusmencilik edir agizlarinan cixan sozlerden gorunurki bu adamlar qati dusmendi hele gor qelblerinde neler var.Dayim meclislerin birinde anama deyib men usaglarimi evlendirdim isede duzeltdim nevemde var bes sen neynemisen? risgend edib. Atamiz xeste olduguna veziyyet cetindi eve gelin getirenmemisik yasimizda az deyil.Gorunur bu adam dusmendi demekden bacim usaglarina komek edim eksine gelib bele sozler deyir yani qisasi qohumlarin ekseriyyetinde bunun kimi seyler olub meselen emim deyib size dusmencilik elan edirem yani bele adamlara ne deyesen ?Bunlarla elaqeni kesmesen deyecek seydi basi catmir gormurki men bunun dusmeniyem.Gizli dusmencilik edenlerde var her yerde quyu qazirlar bize xeber veribler ki flankes senin barende pis danisir hemcinin xeyre mane olurlar ve sair.Vehabidiler ne bilim deli basdan xarab deyenlerde var.Men dusmencilik elemirem sadece uzag dururam deyirem sabah rebbime cavab vereceksiniz bele qohum olmur.Siz ne deyirsiniz?

Cavab:

Qohumlarla əlaqə o demək deyil ki, gündə onlara gedəsən. Sadəcə, xüsusən də əgər belə problem varsa, ehtiyac olsa, kömək istəsələr, kömək elə, ölsələr cənazəsinə get, xəstə olsa ziyarətə gedə bilərsən, salam versə al, salam ver. Şərt deyil ki, əgər elədirsə, gündə onlara gedəsiniz.
Allah daha yaxşı bilir!


#52 Guest

Guest
  • Guests

Posted 27 September 2015 - 01:05 AM

Salam aleykum

Necəsiz şeyx?

Şeyx sizin əqidənizə görə özbəkistan prezidenti islam kərimov müsəlmandı, yoxsa tağut?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birinci mən o boyda adamı təkfir eləyən deyiləmki. Alimlərdən kimsə ona kafir deyib? Bilmirəm. Alimlərdən kimsə ona kafir deyibsə, mənə də göndərin. Bir fayda üçün.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 futureaz

futureaz

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 28 September 2015 - 04:37 PM

Salam aleykum və rəhmətullahi və bərəkətuhu şeyx. Suallar çoxdur. Haqqını halal elə)))
Özümün və bir qardaş var o istəyir cavab...
1) Bir qardaş sual verir ki, zövcəsi ilə mübahisədə oldu. Ac idi. Və zövcəsinin söz verdiyi axşamkı yemeyi gözləyirdi. Mübahisə 1 dəqiqə olar gedirdi. Danışanda zövcəsi onu ciynindən vurdu. Qardaş dözmədi bu hərəkətə o da vurdu onu. O da dediyinə görə çiynindən. Bəlkədə, deyir şeytan azdırdı, kişi xaylağı olduğuna görə deyir möhkəm şillə ilə çiyninə vurdu.
Zövcə bunu görüb ağladı və dedi:
1)mən sənə niyə ərə gəldim?
2)1 vəya 3 dəfə "dözə bilmirəm, boşanmaq istəyirəm".
3)1-3 dəfə də "gedib qalacam atamgildə"
dedi.
İndi qardaşı bu çox narahat edir. və o soruşur:
Onların nigahı pozulmuş sayılırmı?

2) Əgər mənim iş yerimdəki tualet istifadə edənlər (mən gördüklərim namaz qılmayanlardır) kiçik işi görəndən sonra sadəcə əli su ilə yaxalayıb cıxırlarsa və burnun təmizləyib. axıntı və töküntünü yuyub axıtmırlarsa əl-üz yuyan çanaqdan.....Mənim ixtiyarim varmi evdə dəstəmaz anında ayagimi yuyum və corab geyib gəlim işə, və işdə yalniz məsh cəkim?
Qeyd:
Ayağımı yumamağımın səbəbi sadəcə belə insanların hərəkətindən və birgə işlətdiyimiz əl-üz yuma çanağından irgənməkdir...

3) Qardaş sual verirki əgər o bu aya qədər ilk dəfə namaz qılandan bəri namazlarına səhlənkar yanaşıbsa və arabir qılmayib bəzilərin. cox sayda yigilib qalan namazı varsa, bu gunahın Allah qarşısında necə bağışlanmağın diləsin? Gərək deyir hamısın qılsın, yoxsa başqa dua varmı vəya kəffarə kimi bir şey?

4) Geybet etdiyin adamla üzləşmədən, ondan xəbərsiz Allahdan bağışlanma almaq olarmı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, onların nikahı hələ səhihdir. Hirslənib, qəzəbdən nəsə deyibsə, yox, o sayılmır, həm də qadının deməsi sayılmır, boşanmaq kişinin əlindədir.
2) Bu qəribədir. Hətta it ayaqyoluna getdikdən sonra, o yeri gizlədir ki, görünməsin. Əgər iyrənirsinizsə, evdə dəstəmaz aldıqdan, ayağınızı yuduqdan sonra corabınızı geyinib, iş yerində məsh çəkə bilərsiniz.
3) Qoy tövbə eləsin. Bundan sonra belə eləməsin. Allahdan qorxsun.
4) Təbii ki, adamın özündən halallıq almaq lazımdır. Çünki onun haqqına girmisən. Hər halda Allaha tövbə elə. Düzdür, bu Allahla sənin arandadır. Lakin o insandan halallıq almaq lazımdır. Ala bilsən al, amma ala bilməsən hər halda tövbə elə və onun üçün dua elə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 ibn muslim

ibn muslim

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts
  • Location:qebele

Posted 28 September 2015 - 09:40 PM

Salam aleykum va rahmatullahi va barakatuh
weyx 3 ve ya 4 ruketli ferz namazlarinda birinci oturuwda tehiyyatdan sonra salli barik dualarini oxumaq olarmi? olarsa delili nedir? ve ya olmazsa eger oxunsa buna gore sehv secdesi duwurmu?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, hədislərdə gəlib. Ona görə oxumaq daha yaxşıdır. Hətta Şeyx Albani onu vacib görüb.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#55 Guest

Guest
  • Guests

Posted 01 October 2015 - 06:31 AM

Salam aleykum. Bazan tualetde boyuk ayaq yoluna gederken sidikden sonra yapışkan madde çixir, biraz sarı renginde. Bele şey gücünenden sonra çixir. Men nece lazımdır yuyuram ve tüpürceyime sidik çixan yeri batiriram. Amma sonra mes sidik çixan yer yapışir aq paltara. Men buna fikir verim?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O vadidir. Ona görə qüsl lazım deyil. Sadəcə təmizlənib, dəstəmaz alın. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#56 Guest

Guest
  • Guests

Posted 02 October 2015 - 06:09 PM

Salam aleykum.
1) Men bir neferle kusuluyem, bunu da yaxin bir adamim hiss edib menden sorushdu. Men de bezi meseleleri ona danishdim ki sebeb nedir kusmeyimizde. Ozu de cume gunu idi? Men o adamin haqqina girmishem ve qeybetini etmish oldum yoxsa olan hadiseler barede danisdigima gore problem yoxdur? eger haqqina girmishemse ve ya gunah etmishemse ne.ede bilerem bagishlanim?
2) Mescidde yanimda kimese yer saxlamaq.gunahdi? Bir baci gelei ki, yanimda dayansin men de sumkam8 qoyub yer saxladigimi ona dedim. O da aciqli formada mene.dedi ki, mescidde kimese yer saxlamaq gunahdir. Ele.oldu ki hech o baci cumeye chata bilmedi yanim.bosh qaldi. Herbir halda men gunah etmishem? Bafin8n haqqina yoxsa girmisem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Qeybət o vaxt sayılır ki, sən mömin qardaşıvın dalıyca danışırsan. O, eşitsə ki, sən onun barədə belə deyirsən, onun xoşuna gəlməz belə deyəsən və ya orada qeyd edəsən. Onda qeybətdir. Böyük günahdır. Tövbə edin. Bacarsanız ondan halallıq alın.
2) Əgər məsələn, yanınızda hansısa yoldaşını oturmuşdu. Sadəcə məsələn getdi dəstəmaz alıb gəlməyə. Onda hə, deyə bilərsiniz ki, bura bir adamındı çıxıb dəstəmaz almağa. Çünki kimki bir yerdə oturmuşdusa, sonra çıxdı qısa bir müddət sonra qayıtmaq üçün (dəstəmaz və s.). Onun o yerə haqqı başqasından daha çoxdur. Amma məsələn, qabaqcadan gəlib oturmaq, təyin etmək ki, bu yerlər bizimdir. Bu cür etmək lazım deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#57 Guest

Guest
  • Guests

Posted 03 October 2015 - 05:51 PM

Salam aleykum. Evde temizlik edende mes. lustr silende spirtle daha temiz olur deye atamin aragindan istifade edirem. Bele etmek olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ehtiyac olsa edə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#58 Guest

Guest
  • Guests

Posted 03 October 2015 - 06:07 PM

Salam aleykum. Bir neferin borcu var idi manatla. Dollar qalxandan sonra devalivasiya olanda o adam borcludan pulunu verdiyinden cox aldi. Borclu dedi ki, sen mene verdiyivi qaytarim o da dedi ki yox dollar qalxib deye manat olub artiqlamasi ile.ver. o duzgun edib bele hereket etmekle yoxsa artiq aldigi pul haramdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Elə ona manatla da qaytarılmalıdır. Düzdür indi arada nəsə olubsa, dollar qalxıb və s. O məsələni öz aralarında kiməki borc verib, o, biraz artıq verə bilər. Amma borc verən tələb edə bilməz. Çünki borc verən tələb edə bilməz ki, mənə bir az çox ver və s. Amma öz aralarında kimki borc almışdısa, o, bir az artıq verə bilər ki, belə nəsə olubsa. Dollar bahalaşıbsa və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#59 Guest

Guest
  • Guests

Posted 05 October 2015 - 03:19 PM

Salam aleykum şeyx sualima gore uzr istiyirem oral cinsi elaqe islama gore haramdimi? Dini fetvalar saytinda: Ne zaman cinsi elaqe haram olur sualina 3 hali qeyd edibler heyz, nifas birde anal. Zehmet olmasa cavab yazardiz? Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Cinsi əlaqə arxadan olmaz. Arxa yoldan olmaz. Haramdır. Hətta kufrdür. Amma o birisi qeyd etdiyin barədə düzdür, şəriət bir şey deməyib. Sadəcə Allah Təalə bizə bildirib ki, qadınlar sizin tarlanızdır. Harada istəyirsinizsə, onlara yaxınlaşın. Yəni qeyd olunub ki, yaxınlaşmaq yeri ancaq oradır (qadının fərci). Ona görə o məsələdə bəzi alimlər ona məkruh deyiblər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#60 Qərib

Qərib
  • Guests

Posted 06 October 2015 - 04:39 AM

S.a. Yeni namaza bashlayan bir adam AbuYunus Vadavinin derslerini dinleyir. .Bir az maraqlandim. Sheyx Albani(r.h)-i mudafie etdir ve ruveybidalara redd sesyazisinda tekfircilere redd vererek tekfiri pisleyir.anladim ki tekfirci deyil gozel dersleri var.ama sonra Oyrendim dediler ki, o medine telebesi deyil.onu dinleye bilerem?

Cavab:

Onu tanımıram. Ona görə nəsə deyə bilmərəm.
Allah daha yaxşı bilir!





1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users