Jump to content


Photo

01 сентября 2015 года


  • This topic is locked This topic is locked
54 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 04 August 2015 - 12:59 PM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, sentyabrın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го сентября можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 05 August 2015 - 11:39 AM

salam aleykum. Şeyx qardaşınız Yaşar Süleymanlının internetde çox qəşəng dərsləri var. Qəşəng rəddiyyələri var, heyif ki hamısı video halındadır. Siz və ya ixlasla.com-u idarə edən qardaşlar onun dərslərini .mp3-ə çevirib ixlasla.coma yerləşdirə bilərsiniz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hal-hazırda müəyyən bir saytlarda qoymağa ehtiyac yoxdur. Youtube, facebook aləmi genişdir. Orada yayılır. Amma mən bu cür rədləri çoxaltmağın tərəfində deyiləm. Sadəcə onun tərəfindəyəm ki, hansı firqələr əhlussunnəni əqidəsində-mənhəcində ittiham edirsə, o məsələyə aydınlıq gətirilsə, daha gözəl olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 Guest

Guest
  • Guests

Posted 05 August 2015 - 12:20 PM

Əssələmu aleykum və rahmətullahi və bərakətu! Şeyx, bir dəfə Bakıdakı sünni məscidlərinin birində idim. Orada rəfdəki kitablara göz gəzdirdim. Balaca bir kitabça əlimə düşdü. "Fətavayi-Hindiyyə". səhv elimərsə 7-ci cildindən qısa bir bölümünün tərcüməsi idi. O kitabda musiqi-çalğı-təvəssül-şəfaət və sair mövzular var idi. Şəfaət bəhsində eyni ilə belə yazılmışdı:
"Şəfaət- dini deyimdə Peyğəmbər(aleyhissələm) və salehlərdən yardım istəməkdir.
Allah təalə buyurur: "Allah yolunda öldürülənlərə "ölülər" deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz". (Bəqara 154, Ali İmran 169)
İbn Əbu Şeybə səhih sənədlə Əbu Salehdən, o da (Ömərin r.a xəzniədarı olan) Malik əd-Dardan nəql edir: "Ömərin dövründə (Mədinədə) qıtlıq oldu. (Əshabədən) Bir nəfər (Bilal bin Haris) Peyğəməbirn (s.a.v) qəbri üstünə gələrək dedi: "Ey Allahın Rasulu! Ümmətin həlak olur, onlar üçün (Allahdan) yağış yağmasını istə!" Sonra həmin adam peyğəmərini yuxusunda gördü: "Ömərin yanına ge! Ona yağış yağacağını müjdə ver" (İbn Əbi Şeybə, Müsənnəf 6/352, İbn Həcər Əsqalani, Fəthul-Bəri 2/412)"
sualım budur ki, Şeyx, bizə-sələfilərə görə bu şirk sayılır. Hətta demişdiniz ki, muasir alimlərdən ixtilaf var ki, bu əməl böyük, yoxsa kiçik şirkdir. Yəni səhabə şirk edir? Əgər desəniz ki, səhabənin əməli dəlil deyil, onda belə çıxır ki, heç bu insan səhabə olmayıb. Çünki səhabə Allaha şərik qoşmaz. Zatən qoşsa səhabə deyil. bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm. Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Fətavadakı diri ikəndir. Ölü ikən heç kəs deməyib, xüsusən də İbn Teymiyyə. İbn Teymiyyənin bu barədə kitabı var. Özü geniş danışıb. Amma qaldı ki, o biri rəvayətə. O rəvayət səhih deyil. Çünki yuxu ilə hökm qurulmaz. Ona görə ona görə ölülərlə təsəvvül edənlərin əsası yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#4 Əs-Sələfi ə&

Əs-Sələfi ə&
  • Guests

Posted 05 August 2015 - 09:52 PM

salam aleykum. Əxi, biz bilirik bir müsəlman əbədiyyən cəhənnəmdə qalmayacaq. Zərrə qədər imanı olan oaradan çıxacaq. Amma bu ayəyə görə bir mumini qəsdən öldürən şəxs əbədiyyən cəhənnəmdə qalacaq. “Hər kəs bir mömin səxsi qəsdən öldürərsə, onun cəzası
əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər...”(Nisa, 4/93). Bəlkə mumini öldürən şəxsin özü də müsəlmandır və etdiyi işin haram olduğuna etiqad edir? Şəriətdə qana-qandır. Müsəlmanı öldürən şəxs də cəza ilə öldürülür və üstəlik cənazəsi də qılınır. Deməli əbədiyyən cəhənnəmlik olmadığı üçün cənzaəsi qılınır və kafir sayılmır. Lakin yuxarıdakı ayəyə görə əbədiyyən cəhənnəmdədir. Bunu necə cəm edək? Zəhmət olmasa başa salarsınız. Əssələmu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, ayələri, hədisləri cəm etdikdən sonra bu nəticəyə gəlmək olur ki, bəli, kimin qəlbində zərrəcən iman varsa, qiblə əhli olubsa, onlar əbədiyyən qalmayacaqlar. Ancaq o ayələr və hədislər hansı ki, əbədiliyə göstərirlər, yəni mənası odur ki, uzun müddətə. Bu da dəlilləri cəm etdikdən sonra bu nəticəyə gəlinib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Montin

Montin

    Пользователь

  • Пользователи
  • Pip
  • 35 posts

Posted 05 August 2015 - 09:57 PM

Salamun aleykum. Qardaş sizin saytdaki tarixlə feqih.com-un saytında ki tarixlə ferq var yəni hicri qəməri təqviminə görə. Sizin göstərdiyiniz tarix İran-la düz gəlir onların göstərdiyi tarix Səudiyyənin təqvimilə düz gəlir. İndi ayın ortasının oruc tutmaq üçün hansını etibarlı sayaq?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bizim təqvim bilmirəm hansı ölkə ilə uyğun gəlir. Fakt budur ki, biz öz ölkəmizlə gedirik. Bu təqvim daha düzdür. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Guest

Guest
  • Guests

Posted 05 August 2015 - 10:51 PM

Əs-Sələmu ələyküm.

Hörmətli Qamət müəllim, xahiş edirik bəzi suallarımıza ətraflı (2-3 cümlə) cavab verəsiniz.

1) İslamın əsas məqsədi nədir?
2) İslam bizi nəyə öyrədir?
3) İslam bizi qadınla necə davranmaqa çağırır?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) İnsanları nura çağırıb, zülmətlərdən uzaq etmək.
2) Bizə Allaha düzgün qul olmağı öyrədir.
3) Gözəl davranmağı deyir. Allah Təalə buyurur: "Onlarla xoş rəftar edin." (Nisa, 19).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 sunni_selefi

sunni_selefi
  • Guests

Posted 06 August 2015 - 12:49 PM

Əssələmu aleykum. Bundan əvvəlki suallarıma cavab vermisiniz, Allah razı olsun. 1) Şeyx mən şafii məzhəbinə bağlı sələfiyəm. Məsələn siz deyirsiniz ki, qadına toxunmaq dəstəmazı pozmur, baxmayaraq ki, şafii məzhəbində bunun əksidir. Mən dəlilə tabe oluram əgər rastıma çıxsa. Lakin sizin sözünüzdə dəlil görmədim axı. Bu əslində balaca ixtilaf deyil bildiyim qədəri ilə. Şafiidə mütləq pozur, Malikidə şəhvətlə toxunduqda pozur, deyəsən Hənbəlidə də həmçinin. Sizin dediyiniz fətva hansı hədisə dayanır? 2) Əbu Muhəmməd Asım əl-Maqdisi kimdir? Bir neçə Maqdisi olub? Əhli Sünnədir yoxsa bidətçi? 3) Əxi, sizin və ya hər hansı mötəbər tələbənin televiziya kanallarına çıxıb vaaz verməsi mümkün deyil? Bəzən görürsən şiələr çıxır danışır. Adam əsəbləşir ki, bizdən bir nəfər niyə orada yoxdur. Əssələmu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Peyğəmbər hətta Aişəni öpürdü, çıxırdı. Namaz qılırdı. Peyğəmbər dəstəmaz almadı. Bu dəlillərdən biridir.
2) Bu yalançı və xəvaricin biridir.
3) Birincisi, nağıl danışanlara baxma. İkincisi, bizə imkan verilmir, qadağandır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Guest

Guest
  • Guests

Posted 06 August 2015 - 12:55 PM

Salam aleykum. Bir neçə il əvvəlki forumda sizə verilən sualların birində yazılıb ki, bir nəfər var deyir mən sünni ilə şiənin qarışığıyam. Siz də cavabda yazmısınız ki, o ŞİNNİ məzhəbindəndir. Allah sizi güldürsün. Xeyli güldüm. Doğurdan da bu cür cahillər var. rast gəlirik belələrinə. Deyirlər sünni şiə bilmirəm mən müsəlmanam. Hamı qardaşdır. Deyəsən ay qardaş, ay bacı, Allah Rasulunun s.a.v namusuna söyən rafizilər sənin necə qardaşın ola bilər. Bunların əqidəsi söyüş üzərində qururlub. Bir Peyğəmbərin s.a.v namusuna sataşmaqları qalmışdı.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulillah, qardaşlar, hər şey düzgün dəvətin təsiri ilə ola bilər. İnşəAllah, düzgün dəvət olsa, bu məsələlər yavaş-yavaş aradan gedəcək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 sual

sual
  • Guests

Posted 08 August 2015 - 06:17 PM

salam aleykum
Imam Malikin bele bir sozu varki namazda elleri sinede saxlamag olmaz eller yana salinmalidi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Maliki məzhəbində deyənlər var. Sırf İmam Malikin sözü olması dəqiq deyil. Amma qaldı ki, əllər haradan qoyulur? İmam Malik əlhəmdulillah öz Muvatta əsərində hədis gətirib ki, əlhəmdulillah, namazda əlləri bağlamaq bütün peyğəmbərlərin sünnəti idi. İmam Malikin məzhəbində səhih olanda budur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 Muhammed

Muhammed
  • Guests

Posted 08 August 2015 - 09:11 PM

Assalam Aleykum va Rahmatullahi va Barakatuhu. bu suallari xaiw edirem cavablandirasis. 1) Ereb dilini yeni oyrenen yeni telebeler ucun, bizim seviyemize uygun kitablar nece tapib oxumaq olar? bele bir sayt varsa verin xayiw edirem. 2) bele hallar olur ana dogum zamani olumle uzlewir ve hekimler 2 secim deyirler bezi hallarda yana ana yada ki bala , bele hallarda secim ede bilerikmi? Allah sizi, ve bu iwde eziyet cekenleri xeyirle mukafatlandirsin.Amin

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Elşən qardaşımızın dərsləri var. Onu izləsəniz, əlhəmdulillah, kifayət qədər irəliləyərsiniz.
2) Elə vəziyyətdə ana seçilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 heyasiz genc

heyasiz genc
  • Guests

Posted 08 August 2015 - 09:30 PM

esselemu aleykum rahmetullah va beraketu... Sizi bir mumin qardas kimi cox istediyime ve etibar etdiyime gore size bunu yaziram. Seyx, men cooox heyasiz bir muselman gencem. Mende munafiqliyin elametleri var. Qiz fitnesi ile bacara bilmirem. Butun fikrim, dusuncem qiz fitnesidir. Exim, butun bunlar beynimden cixmir. Aliram elime Qurani, oxuyuram oxuyanda bele aglima gelir. Kucede qizlar qas-goz atir, olmazin oyunlardan cixirlar. Butun bunlar qarwisinda ne vaxta qeder sebr ede bilecem bilmirem. Icim partdiyir. Yeni O derecede. Seytan deyir sen de onlara qosul. Inanin o qeder heyasizlawmisam ki, hec ne mene tesir etmir. Munafiqliyin sifetlerini dawiyiram. Deseniz ki, evlenmek. Yasim hele 17-dir. Sonra da utanmaz utanmaz deyirler ki, niye Islamda genc yasda evlilik var. Inanin qiz fitnesi olmasq ne qeder elm alaram, axiretim ucun calisaram. Bir qardas da var. O da menim kimi. Eyni derddeyik. Fikrimi bu qizlardan ayira bilmirem. Bu bar