Jump to content


Photo

01 апреля 2015 года


  • This topic is locked This topic is locked
85 replies to this topic

#51 ramiztahir

ramiztahir

    Пользователь

  • Пользователи
  • Pip
  • 35 posts
  • Location:sankt-peterburq

Posted 22 March 2015 - 11:14 PM

es selemu aleykum ve rahmetullahi ve beraketuh
sheyx bela bir sualim var manim isim eladir ki hec cur namazlari vaxti vaxtinda qila bilmiram namazlari birlasdirib qila bilaram masal ucun zohrla asri zohrun vaxtinda ,magribla isani magribin va ya isanin vaxdinda cox xahis ediram atrafli cavab verasiniz .,birda namazin vaxtlari barada quranda hansi ayalar var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində Allah Təalə hər bir möminə namazı öz vaxtında fərz edib. (Nisa surəsi, 103-cü ayə). Həmçinin bu namazlarda bəziləri açıq-aydın, bəziləri də işarələr kimi qeyd olunub. Amma hədisdə isə açıq-aydın qeyd olunub. Adları isə daha açıq-aydındır. Çünki o namazın adları vaxtların adlarıdır. Ən yaxşısı adlarıdır. Adlar dəlildir ki, namaz beş vaxtdır. Çünki məsələn, sən zöhr namazına əsr namazı deyə bilmərsən. Çalışın buna adət etməyin. Bəzi hallarda əgər mümkün olmasa, o zaman birləşdirin.
Namazın vaxtları olan ayələrdən, məsələn: "Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur" (əl-İsra: 78).
"(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)" (Hud: 114).
"(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!" (Qaf: 39)
"(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!" (Taha: 130)
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#52 SAMIRELHAMINs

SAMIRELHAMINs
  • Guests

Posted 23 March 2015 - 07:52 PM

Salam aleykum.weyx meni maraxlandiran bir nesele var.rafiziler deyirlerki qunewin uzu tutulanda namaz var ollarda.deyirlerki bu namaz sizdede var adida kusufdu.men inanmiram ama yenede sizden maraxlanmaq istedim.salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, belə namaz var. Günəş-ay tutulanda 2 rükətli namaz var. Buna kusuf və xusuf namazı deyirlər
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 Guest

Guest
  • Guests

Posted 23 March 2015 - 08:34 PM

As salam aleykum!
Ramazan ayi uchun olan suallarim var
1. Fitre ve zekat kimlere dusur- Namaz qilmayan qohum eqrabaya zekat ve fitre pulu dusur? Ailede er ve zove ikisde pensiya alir , qizi isleyir yada islemir. Er oz zovecisinin yerine zekat ve fitre pulu vere biler, ve ya zovcesi erin yerine, qizi ata anasinin yerine zekat ve ya fitre vere biler?
2) Nece qramdan yuxari qizil olmalidir ki zekat verilisin ve hesablanmasi.
Bes temiz qizil olmasa yani yari qarisiq qizil olsa onda nece hesablanir? Ata ana qizinin yerine zekat vere biler mi?
3)Zekat gumuslede hesablanir?
4) Qedr gecelerinde hansi dualar oxunur?
Umumiyyetle Allahin adlarini her gun subh ve ikindi namazlarinda oxumaq olar mi?
5) Oruc tuta bilmeyen sexs her gun bir oruc tutan kisiye yemek vermelidir, yoxsa bir defelik bir gune 30 ve ya 29 kisiye yemek paylamalidir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Fitrə zəkatı müsəlmana düşür. Namaz qılmırsa, oruc tutmursa, hər halda verə bilərsən. Ehtiyaclıdırsa.
2) 85 qram.
3) Bəli, gümüşdə 500-ə yaxındır qram.
4) Ümumi dualar. Sonra xüsusən də " Allahummə İnnəkə Afuvvun Kərimun Tuhibbul Afva Fə'fu Anni".
5) Bir dəfəlikdə edə bilər. Qadına da verə bilər. Əsas odur ki, imkansız olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 Guest

Guest
  • Guests

Posted 24 March 2015 - 01:25 AM

Salamun aleykum.
Sheyx, menim islam dininin ehkamlarini yasamagim maraqli hadise ile bas tutub. Bu uzun oldugundan yazmiram. O vaxtlar men qurana el basib and icende zinadan basqa olan butun gunahlara tovbe etdim. Lakin zinaya yox deye bilmedim, ve ele bil seytan menim ince damarimi tutdu. Zina etmesem de, porno filmlerin xestesiyem. Demek olar ki, bu filmler menim namazlarima manecilik toredirler, bele ki, subh namazlarimi, hetta gun olur ki, butun namazlarimi terk edirem. Bilirem, bu emelin terki kufrdur ( kafirlik deyil ), hetta hamisini deyil de, birce denesinin terk etsen de kufrdur. Sebeb de qelbim deyir ki : neynirsen e ?, qusulun yoxdur, qalsin, sabahdan qusl alarsan, tezeden baslayarsan. Qusl aliram ve gunler olur ki, hamisini qiliram. Ele ki, yadima bu lenete gelmis emel dusende gedirem filme baxiram ve yene de hemin epizodlar baslayir.
Sizce men ne etmeliyem, buna aid quranda ve ya sunnede nese bir shey varid olubmu ? Sadece mene komek edin menevi cehetten. Ki, men dogrudan bu emeli tam terk etmek isteyirem.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən o cür islah ola bilməyəcəksən. Ən birincisi əgər günahdan çəkinmək istəyirsənsə, o günaha aparan şeylərə getməyəsən. O haramdan gərək çəkinəsən. Ona görə sənin əlacın budur ki, qardaş, birincisi, harama baxma. Çünki özündə etiraf edirsən ki, bu sənə böyük zərər verir. Ağılsızlıq işdir o. Ona görə harama baxma. Əgər o şeylərdən çəkinsən ibadətdə salamat olacaqsan. İbadət sənə rahatlaşacaq. Əks halda özüvə zərər verirsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#55 ebutalha

ebutalha

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts

Posted 24 March 2015 - 02:23 PM

salam aleykum ve rehmetullahu ve bereketu.Allah sizleri qorusun sheyx Recep tayyib erdogan haqqinda bilmek istrdm fkrvizi.? yaxn vaxtlarda sosial webekelern brnde br video paylawdm tekfir ehli tokulduler ki ay o kafirfir Allahn homunden kenara cixir tagita muselman demeyin falan.o oz qanunlarna itaete cagirir.bunlara cavab olaraq sizin fikrivizi bilemy istyerdm

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O, müsəlmandır. Hətta Allahın hökmü ilə hökm vermirsə. Allahın hökmü ilə hökm verməmək kiçik küfrdür. Böyük küfr deyil. Böyük küfr o vaxt olur ki, (necə əhli-sünnə val cəməa deyir) əgər halal görsə. Amma kimki sadəcə Allahın hökmü ilə hökm verməyəni qeyri-şərtsiz təkfir edirsə, onlar xəvariclərdir. O səfehlər başa düşməyiblər ki, onlar o cür təkfir ilə özləri də kafir çıxırlar. Çünki o ayə bir dənə hakimə, dövlət başçısına aid deyil ki. Hamımıza aiddir. Onların sözü ilə Allahın hökmü ilə hökm vermirlərsə, onlarda kafirdirlər. Yox, əgər onlar özlərini üzrlü görürlərsə, onda hakimə də üzrdür. Ya gəlsinlər sələfi olsunlar, ya da bu ziddiyyatdan qurtarmayacaqlar. Onlar ziddiyyat içərisindədirlər. Həyatları da ziddiyyatdır. Əqidələri də ziddiyyatdır. Əhli-sünnə val cəməa əqidəsinə kim girsə, ziddiyyatdan çıxacaq. Əks halda ziddiyyata girəcək. Tayyib müsəlmandır. Məsum deyil. Günahları adi müsəlmanlar kimi ola bilsin var. Lakin təkfirçilərin bəzi növləri onu müsəlman görür. Sadəcə ğulatlar kafir görür. Ğulatlar Səudiyyənin kralını kafir görür. Hansı ki, konstitusiya Qurandır. Başqaları barədə day nə fikirləşirsən? Əgər bu xəstələr Kəbəni də məscidul-dirar görürlərsə, başqa məscidlərdən nə deyirsən? Elə səfehlərə qulaq asma.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#56 Guest

Guest
  • Guests

Posted 24 March 2015 - 02:38 PM

Salam aleykum. Sheyx emim rehmete gedib bir neche il evvel. Onun ushaqlarina biz baxiriq. Bu gozel emeldi duzdu. Amma atam son vaxtlar gorurem ki, demek olar ki meylini salib onlara. Pul xercleyende evine herden deyinir, amma onlar isteyende verir. Menim problemlerim coxdu amma o qeder de vecine almir. Men demirem onlara baxmasin, problem onun ailesine laqeydliyindedir.Ailesine, ovladina zeif baxmaqla atasiz ushaqlara meyl etmek ne qeder dogrudur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəni eyib etməz, onlar yetimdirlər. Qardaşının uşaqlarıdır. Əgər baxırsa, sən etiraz etmə. Sadəcə əgər həddini aşırsa, məsələn, ancaq onlara baxır, sizə baxmırsa, hərdən nəsihət elə ki, hərdən bizə də bax. Amma belə etiraz eləmə. Qardaşı uşaqlarıdır. Özüdə yetimdirlər. Burada bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#57 Guest

Guest
  • Guests

Posted 24 March 2015 - 10:13 PM

Цитата
Salameleykum
Bedenin tukun tokmek kimi sunnet var?Nure adinda maddedi bedene surtursen tuku tokur sunnetdir.Bu haqda etrafli yazardiniz

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Kişi üçün bədənin tükünü tökmək lazım deyil. Amma qadın edə bilər. O maddədən istifadə edə bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Slamaleykum
Nure nedir ?hardan satilir nece tapmaq olar ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Harada satıldığını mən bilmirəm. Onu apteklərə müraciət edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#58 Жанар

Жанар
  • Guests

Posted 25 March 2015 - 08:53 AM

Ассалам валеикум. Вот вопросы 1- я не принадлежу к мазхабу.имам сказал я заблудшая. Разве это не грех,на человека который делает добро,читает Коран,пост держит,и т.д я даже не курю,говорить заблудшая?честно потом даже в мечеть не хочется идти,имам сказал же 2- куда попадают животные после смерти?еще неизвестно достоверны ли хадис про животных,которые станут прахом. У меня убили 3собак, 2съели, пусть им пусто будет, от остальные кто отравился,кто заболел. Я оч люблю собак,меня все подруги,даже родственники предали,а собака никогда. Я иногда прошу у Аллаха,чтобы Он подарил им рай,ведь столько зла сколько человек делает,я имею в виду предательства,собаке на ум не придет. Не грех ли это просить рай для собак?и куда они после смерти идут

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Məzhəbə tutunmaq vacib deyil. Amma imamın sənə elə deməsi, düzdür, onlar məzhəbçilərdir. Məzhəbçilərdə hətta elə məzhəbçilər var ki, (ifrata varanlar) onlar deyirlər ki, kim məzhəbdən çıxsa, kafirdir. Ona görə siz elə adamlara fikir verməyin. Elə adamlar sizə məscidə getməyə maneə olmasınlar. Siz gedin namazlarınızı qılın. Amma qadın üçün ən yaxşı namaz evindədir. Amma o imamın danışığına fikir verməyin.
2) Əslində heyvanlar mükəlləf deyillər. Yəni onlara Allahın bu dini əmr olunmayıb. Düzdür, onlar Allaha inanırlar, şərik qoşmurlar, hətta şərik qoşanlardan təəccüblənirlər. Onları ağılsız görürlər. Amma onlar mükəlləf deyillər. Yəni onlar cənnət, cəhənnəmlik deyillər. Onlar qiyamət günü həşr olunacaqlar. Kimki onlara əzab verib, onlar kiməki əzab verib. Allah Təalə adildir. Amma sonra torpağa çevriləcəklər. Düzdür, deyirlər ki, cənnətdə ola bilsin bu dünyada olan heyvanlar olacaq. Məsələn, Kəhf surəsində Kəhf əhlinin iti. Və ya məsələn, Salihin dəvəsi və s. Onlara səhih dəlil yoxdur. Əsl budur ki, heyvanlar mükəlləf deyillər. Onlar cənnət cəhənnəmə düşməyəcəklər. Qiyamət günü gəlsələr belə. Amma qaldı ki, itə dua etməyinizə. Ehtiyac yoxdur. Siz bu duanı valideynləriniz üçün istəyin və s. Vaxtı buna ayırın. Allah qaldı ki, it saxlamağa. Ehtiyac varsa edin. Evdə it saxlamaq olmaz. Amma həyət evindirsə, ehtiyac olsa saxlaya bilərsiniz. Belə itə çox bağlanmaqda düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#59 Guest

Guest
  • Guests

Posted 26 March 2015 - 12:57 AM

Assalamu aleykum və rahmatullahi və bərakətuhu
Sual
1.Sunnədə qadınların görüşməsi necə olur?
2.Uzanıb quran oxumaq olar?
Allah sizdən razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əllə görüşə bilərlər. Üzüzə vura bilərlər. Bir şey yoxdur.
2) Olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#60 Guest

Guest
  • Guests

Posted 26 March 2015 - 10:02 AM

Салам Алейкум

Раскол и разногласии среди секты Коранитов в каких вопросах есть?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onlar kafirdirlər. Onların təbii ki, bir-birilərinin arasında ixtilafları var. Məsələn, ən birinci onların dırnaqarası peyğəmbərlərində. Onların hər ölkəsinin öz peyğəmbəri var. O peyğəmbərlərinin də peyğəmbəri var. Yəni dostları. Hər rayonun öz peyğəmbəri var. Onlarda obşyak qururlar. Əsas onlarda xümsdür. Yığırlar, bu peyğəmbər yığır o birisinə göndərir, baş peyğəmbərə. Və o da oradan idarə edir. Təbii ki, raskold onlarda çoxdur. Çünki öz havalarına uymuşdurlar. Elə kafirlərlə çox maraqlanmaq lazım deyil. Mən onları MMM-ə oxşadıram. Onlarda piramida qurublar. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#61 Guest

Guest
  • Guests

Posted 27 March 2015 - 11:57 AM

salam eleykum ,

weyx HUSILER kimlere deyirler ? niye gore husilernen saudi ereblerin arasinda muharibe gedir? sebeb nedi ki?

salam eleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəməndə çoxluq sünnidir. Şafi`i məzhəbi. Sadəcə bir qismi (faizlə təxmini 20% deyirlər.) zeydilər var. Onlarda Əli ibn Huseynin davamçılarıdır. Sonra zeydilərdən bir şəxs (Hovsi adında) bir vaxt İrana qaçır. İranda bu 12-liyi qəbul edir. O, qayıdanda zeydilərin arasında 12-liyi yayır. Zeydilər arasında bu 12-lər təxminən 5%-dir. Onlar dövləti aldılar, hakimi devirdilər, orada inqilab etmək istədilər. Ona görə də Yəmən xalqı, həmçinin devrilən hakim də Səudiyyə hökumətindən kömək istədi. Onlarda kömək edirlər. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#62 SUAAL

SUAAL
  • Guests

Posted 27 March 2015 - 04:46 PM

Salam aleykum
1)Qardaw Huzeyfe bin Yeman'ın neql etdiyi bu hedise cavab vererdiniz

Eger yer uzunde Allahin bir Xelifesi olarsa, sene haqsizlig elese, malini alsa bele ona itaet etmek lazimdir, amma eger Allahin xelifesi olmazsa, o zaman agac koku gemirerek ( sakit bir yerde ol )

2)hedisde geldiyi kimide gorsenirki XELIFEYE itaet etmek vacibdir cunki xelife ALLAHIN hokmleri ile idare edir dovleti (ve biz bilirikki xelife zalimda ola biler adilde), bes indiki dunyavi hokmlerle idare eliyen bawcilara itaet etmek harda gelib qardaw, bir haldaki onlarin hec namazida yoxdu?

salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Hədisdən faydalar: imama tabe olmaq, həmçinin fitnə olan vaxtı fitnəyə qarışmamaq, qırağa çəkilmək. Söhbət ondan gedir.
2) Ümumən burada hakim gedir. Hakim əgər dövlətin, müəyyən yerin başçısıdırsa, hakim sayılırsa, yəni hökmlər onun əlindədirsə, o, artıq hakim olduğuna görə ona itaət vacibdir. Asi olmayan məsələlərdə. Fərqi yoxdur dünyəvi hökmlə verir, ya dini hökmlə verir. Hakim hakimdir. Sadəcə fərq budur ki, Allahın hökmü ilə hökm verməyən asidir. Amma onun asiliyi (yəni Allahın hökmü ilə hökm verməməyi) onu hakimlikdən çıxarmır. Hakim kimi sayılır. Hakim haqları qalır. Bax, bu mühüm qeyddir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#63 Guest

Guest
  • Guests

Posted 27 March 2015 - 05:06 PM

salam aleykum qardaw

Oturub fikirlewirem ve anlamaga bawdiyiramki niye gore ummet bu gune qalib, men gunahin devetcilerde oldugunu duwunurem, cunki devetciler islami bize yarimcig bir paket halinda teqdim edirler. mes: bir hissesi ancaq devet uzre, bir hissesi ancag cihat, bir hissesi ancag hedis, biri ancag quran ve.s.
cox az alimler ve devetciler varki islami tam bir paket halinda teqdim etsinler yeni hem devetden hem cihaddan hem sunneden hem qurannan ve teessuflerki bele devetciler coxsu zindanlardadi.
fikirlewiremki eleye qalsa sufileride bezi weylerde haqqi deyirler, nurcularda, quranilerde, murciyalarda, tekfircilerde ve diger firqeler. pax prablem ele burdadi niye ele bir devetci yoxduki bu ummete dogru wekilde hem deveti hem cihad ruhunu awilasin, hammi ancag bir hisseni goturur. hec uzaga gedmiyek ele bizim devetciler ancag devet uzre qurmusuz dinimizi. meger dinimiz yalniz devetdenmi ibaretdi? illerdi ancag eyni dersler cumelerde eyni xutbeler ewidirem uzag bawi 50 hedis uzerinde tekrar tekrar daniwir butun telebeler, meger bizim dinimiz bele dar bir movzulardan ibaretdir? qoy bize neyniyiller elesinler qardawlar bow yere tutulsunlar polis terefinnen doyulsunler hecne olmaz. goresen cezalandirildimi qardawlari doyen polisler? goresen zohrab qardawin mehkemesi ne yerde qaldi? bele devetle bu ummeti ancag sindirdiginizi bawa duwmursuz? duzdu men butun telebelerimizin derslerine qulag asiram hormetde edirem hamsina. ama sizdede boyuk gunahlar var dinimizi bize tam bir paket halinda bawa salin Allah rizasi ucun.
SALAM ALEYKUM

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sizin fikirləriniz səhv fikirlərdir. Təbii ki, indi siz öz gördüyünüzü danışmısız. Amma heçdə elə deyil. Dəvət nəyinsə üstündə məskunlaşmayıb. Sadəcə dəvət mərhələlərdən ibarətdir. Əsas nəyi müalicə etmək lazımdırsa, onu müalicə etmək lazımdır. Məsələn, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Məkkə dövründə heç döyüş etməmişdi. Nə üçün? Vəziyyətə görə. Fikir versəniz Qurandakı əhkamlar (ayələr) mərhələ-mərhələ nazil olub. Yəni müsəlmanların vəziyyətinə görə. Hal-hazırda müsəlmanların vəziyyətində nə problemlər varsa, onu müalicə etmək lazımdır. Sizin dediyinizdən cihaddı və s. ona hazır olmaq üçün, hətta səhabələr bunu birdən etmədisə, təsəvvür elə indi başqaları necə. Ona görə bəli, bu təkrar deyil. Məsələn, Qurana fikir versək 13 il ancaq Tovhiddəndir. Səhabələr demədilər ki, ya Rasulullah, bu nədir? Təkrar. Nə qədər gəldi.. Heç kəs elə demədi. Allahın dinidir. Baxmayaraq, təkrar edirik, nolur? Düzəlir məgər? Əslində təkrar etmirik. Həmişə yeni-yeni xütbələr olur, həmişə yeni-yeni dərslər olur, yeni-yeni kitablara başlanılır yavaş-yavaş. Bu təkrar deyil. Ona görə sizin fikirləriniz səhvdir. Nə lazımdı Peyğəmbərin (sallallahu aleyhi va səlləm), səhabələrin yoluna görə, sələfin mənhəcinə görə addımlar atırıq. Narahat olmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#64 azerxelil

azerxelil

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:baku
  • Interests:islam

Posted 27 March 2015 - 09:21 PM

salam aleykum va rahmatullahi va barakatuhu. 1.Dishi aqriyan adam destamazda aqzina su alanda dishi aqriyir, teyemmum elemelidir yoxsa destamazda aqzina su almamalidir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər ağzına su almaq dişini ağrıdırsa, barmağı ilə qabaq dişlərinə sürtsün kifayət edir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

..............................

#65 azerxelil

azerxelil

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:baku
  • Interests:islam

Posted 27 March 2015 - 09:26 PM

Salamu aleykum rahmatullahi va barakatuhu. Seferde olanda namazlari birleshdirib qilaq yoxsa 5 vaxtda qilaq?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İmkan dairəsində 5 vaxt qılın. Əgər səfər ağırdırsa, yəni cürbəcür yerlərə gedirsiz, bir yerdə oturmursunuzsa, onda birləşdirə bilərsiz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

..............................

#66 kamran9696

kamran9696

    Пользователь

  • Пользователи
  • Pip
  • 4 posts

Posted 28 March 2015 - 12:12 AM

Assalamu eleykum. Sizden bir sey sorusmaq isteyirem seyx menim bir xristian yoldasim var, 1ci sinifden onnan biryerdeyem. Yaxwi oglandir ailesini de taniyiram, Islama da hormet eleyir. bunu soruwmaq isteyirem ki olar onnan ara bir goruwub bir yerde oturmaq, cay icmek ve s. Yeniki onunla yoldasligimi davam ettirmek caizdir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Eyib etməz. Qəsdiniz dəvət olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#67 mirze mammadov

mirze mammadov
  • Guests

Posted 28 March 2015 - 11:05 AM

salam aleykum seyx 1 sual hamamdan cixandan sonra elnamdullah zikrni demak olar ?, 2sual mascidda man quran oxuyuram sakit bir qardasda manim yanimda quran oxuyur amma o sesla oxuyur ona man irad bildira bilar ki axi imkan var sakit oxu? 3 sual seyx avtobusada gedis haqqi 30q uzaq masafadi 35daq yoldu manda yolda miniram avtobusa 15-17d yol gediram dusanda 20q veriram amma surucu etiraz etmir amma bilmiram man duz verdim ya yox amma etiraz etsa na edim?4 sual seyx musviqadat mescidida cumaya getmak maslahatdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, hamamdan sonra əlhəmdulilləh demək gəlməyib.
2) Deyə bilərsiz, məsləhət edə bilərsiniz ki, əgər maneə olursa, deyə bilərsiniz.
3) Əsas odur ki, nə qədər getmisənsə və nə qədər qayda qoyulubsa, ona riayət elə.
4) Gedə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#68 saleh

saleh
  • Guests

Posted 28 March 2015 - 01:25 PM

salam aleykum

xevaric fikirli insanlar ne vaxt anlayacaqlar ki , onlar tarix boyu qalib olmayiblar ve onlari hemishe mikrob kimi ezibler ve qiyamete kimi de ezecekler . bunu basha dushub ve camaati da bogaza yigmasinlar .

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəni onlar başa düşsəydilər o fikirə girməzdilər. Lakin onlarda o başa düşmək anlayışı yoxdur axı. Onlar səfehdirlər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) onları vəsf edib. Onların problemi budur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#69 Guest

Guest
  • Guests

Posted 28 March 2015 - 02:09 PM

$eyx Assalamu aleykum varahmatullah.Bir baci deyirki 5 ildir spiral qoyub narahatdirki buda abot kimi bir seydirmi bu duzdurmu ve gunah yazilirmi buna gore ? spiral qoymaq olarmi 5 - 10 ile ?

Cavab:

Yox, abort kimi deyil. Amma uzun müddət bəyənilmir. Xüsusən səbəbsiz.
Allah daha yaxşı bilir!


#70 Guest

Guest
  • Guests

Posted 28 March 2015 - 05:05 PM

salam aleykum.hedislere nece inanmaq olar.mene inandirici gelmur.yeniki belje deyisdirilib.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Dəyişdirilənləri alimlər qeyd ediblər, narahat olma. Özləri qeyd edib. Hansı dəyişdirilib, hansı yox.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#71 Guest

Guest
  • Guests

Posted 28 March 2015 - 05:58 PM

salam aleykum,namazda birinci fetzi qilmaq olar??sonra sunneti

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Səbəb olsa. Belə adət etməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#72 Abu Muhammad

Abu Muhammad
  • Guests

Posted 29 March 2015 - 02:50 AM

Əssalamu aleykum va rahmatullahi va barakatuhu

Şeyx diri və saleh müsəlmana demək qiyamət günü mənə şəfaət edərsən bu şirkdi yoxsa caiz?
xavariclərin saytında məqalə var ki bu caizdi və şirk deyil dəlillərdəndə biri bu idi ki İbn Bəzə sual verirlərki cihada gedənə demək olar ki əgər şəhid olsan mənə qiyamət günü şəfaət edərsən İbn Bəzz də cavb verir ki problem yoxdu. bu doğrudu?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Diri adama demək olar. Sadəcə bəzi növ xəvariclərin problemi nədir. Onlar ölüyə də müraciəti deyirlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#73 .................

.................
  • Guests

Posted 29 March 2015 - 08:48 AM

Assalamu aleykum
Sheyx,Tirmizide bele bir hedis varki icki aludecisi 4 defe tovbe edib ickiye qayidirsa,ona olum hokmu verilir?
eyer varsa bunu izah ederdizde
CezekALLAHU xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, buna hakim qərar verir. Əgər görürsə ki, düzəlmir. Bu hakimin qərarıdır. Amma şərt deyil dörddən sonra ölüm vermək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#74 azerxelil

azerxelil

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts
  • Location:baku
  • Interests:islam

Posted 29 March 2015 - 08:30 PM

Salamu aleykum rahmatullahi va barakatu. 1. evde xalcanin uzerinde namaz qilanda xalcanin uzerindeki naxishlari ecayib heyvana oxwar insan wekilleri gorurem buda weytan vesvesesidi? Men dediyim xalca evlere serilen boyuk xalcalardandi, namaz qilan xalca yox. Ne qeder isteyirem fikir vermeyim yenede hemen wekili oz fikrimde yaradiram. Xalcani tullayim. 2. Komedik verilishlere baxmaq gunahdi? Baxmaq gunahdisa delil orda yalan daniwmaqdi? Yalan daniwmaq gunah olduqunu bilirem.
Salamu aleykum rahmatullahi va barakatu

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Çalışın üstünə bir şey atın və ya başqa yerdə qılın.
2) Çəkinsəniz daha məsləhətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

..............................

#75 Guest

Guest
  • Guests

Posted 29 March 2015 - 10:54 PM

Salam aleykum!
1.Sunne namazi nece qilinir sesli yoxsa sessiz qilinir ve nece ruket qilinir?
2. SubhanAllah, Elhemdulillah ve Allahu ekber deyilir mi sunne namazlarindan sonra
3.Her namazin nece ruket sunnesi olur
4. Sunne namazini bir gun qilib bir gun qilmamaq da olar yoxsa baslayanda hemise qilmaq lazimdir?
5.Meselen zohr namazina catmayanda ikindi namazinda zohrun sunnesi qilinir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Səssiz qılınır. Sünnət namazları iki-ikidir.
2) Xeyr, deyilmir.
3) Sübhdən qabaq iki, zöhrdən qabaq iki+iki=dörd, sonra iki, əsrdə heç nə yoxdur, məğribin fərzindən sonra iki, işanın fərzindən sonra iki.
4) Çalışın buna adət etməyin. Tərk etməyin.
5) Olar, bəli qılınır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#76 mirze mammadov

mirze mammadov
  • Guests

Posted 30 March 2015 - 09:42 PM

Salam aleykum seyx;1 sual quran oxuyanda sacda ayasi galan sacda neca edirlar?(izah qisa allah razi olsun )( ;2 sual man hamisa calisiram(1 rukat) elhamdullah vitr namazini qilim amma hardan istayiram qunut tutum (mas. ay 1 dafa) amma bilmiram qunut neca tutulur? ( suralardan sonra takbir goturum tutum yoxsa rukudan sonra)(izah qisa allah razi olsun )

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Allahu Əkbər deyirsiz, gedirsiz səcdəyə, üç dəfə Subhənə Rabbiyəl `Alə, sonra Allahu Əkbər deyib qalxırsız.
2) Qunutu həm rükudan qabaq, həmdə sonra tuta bilərsiniz. Amma siz duaya görə istəyirsinizsə, elə duanı səcdədə edin və təşəhhüddə salamlardan qabaq. Bu daha uyğun olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#77 Guest

Guest
  • Guests

Posted 31 March 2015 - 11:29 AM

Цитата (AbuSaid @ 14 Mar 2015, 23:09)
Allahi adeti ile soyen Kafir olmur.buna aciqlama vermayinizi isterdim.

Cavab:

Ümumiyyətlə, Allah və Rasulunu söyən kafirdir. Bu bizim əqidəmizdir. Amma qaldı ki, müəyyən şəxsdən söhbət getdikdə, əgər nə dediyini dərk etmirsə, onun halına baxacağıq. Yox, əgər nə dediyini dərk edirsə, bilirsə, qəzəbli halda olmayaraq, məcbur halda olmayaraq söyürsə, o, kafirdir.
Allah daha yaxşı bilir!
bu sizin ishtihatinizdi,yoxsa deliliniz var?Allahi soyene neca berayet qazandirmaq olar?Allahi soyen neca kafir olmaya biler?Men Allaha iman getirmiwem.muselman olmuwam,amma Allahi soyurem ve kafir olmuram.bu obsurd fikirdi.Allahi soyen Kafirdi.ona berayet qazandiranda kafirdi.Allah hidayet versin.

bu sizin ishtihatinizdi,yoxsa deliliniz var?Allahi soyene neca berayet qazandirmaq olar?Allahi soyen neca kafir olmaya biler?Men Allaha iman getirmiwem.muselman olmuwam,amma Allahi soyurem ve kafir olmuram.bu obsurd fikirdi.Allahi soyen Kafirdi.ona berayet qazandiranda kafirdi.Allah hidayet versin.

Cavab:

Bu bəraət qazandırmaq deyil. Bu sadəcə sələfin mənhəci ilə, qoyduğu qaydalar ilə getməkdir. Bu mənim sözüm deyil, böyük alimlərin sözüdür. Şeyx İbn Bəzin, Şeyx Albaninin, Şeyx İbn Üseyminin, Şeyx Fovzanın, Şeyx Abdurrazzaq əl-Afifinin və başqalarının. Bizim əqidəmiz budur ki, Allah və Rasulunu söyən kafirdir. Lakin bu ümumidir. Lakin müəyyənə gəldikdə isə, halına baxacağıq. Halını görmək lazımdır. Bəlkə insan məcbur olub, bəlkə insan qəzəbindən dərk eləmir nə dediyini, bəlkə ağlı hərdən pozulur. Ona zülm olar. Bizdən adil olmaq tələb olunub. Ona görə şərtlərə riayət etsək adil olacağıq, şərtlərə riayət etmədən təkfir etsək, o zaman zalım olacağıq.
Allah daha yaxşı bilir!



#78 Əhlimanov 202

Əhlimanov 202
  • Guests

Posted 31 March 2015 - 06:11 PM

Əs səlamu aleykum hörmətli Qamət müəllim. Siz dəfələrlə sıravi müsəlmanlara nəsihət etmisiniz ki, baxın görün kimdən elm alırsınız. Yəni kiminsə ərəb dilini mükəmməl bilməyi ( misal Elmir Quliyev), hətta Mədinə İslam Universitetində təhsil almağı (misal Əlixan Musayev) hələ heç bir şey demək deyildir. Bu xüsusda sualım Rəşad Hümbətov barəsindədir. Heç bir yerdə 5-7 il təhsil almayıb (Mədinə, Ər Riyad universiteti, Əl Əzhar universiteti), heç bir mötəbər alimin dizinin dibində oturmayıb (Həccdə 10 dəqiqə Abdul Muhsin al Abbadı görub əlini sıxmaq hələ elm deyil) ərəb dilini sizin kimi - Mədinə tələbələri kimi- mükəmməl bilmir. Amma parta-part dərsələr deyir, əqidə dərsləri keçir, ən dəhşətlisi Nəvaqidul İslamdan danışır. Yaxşı sıravi müsəlman neyləsin? Ondan elm alsa, onda sağlam düşüncəyə uyğun sual çıxır: Elmir Quliyevin ondan nəyi pisdir? Rəşad Hümbətov ağırlığında kitablar tərcümə edib, Fundamental Qurani-Kərim, hədislərin təfsirini verən "Buluq al Aram" və s. Ya da ki, Əlixan Musayev. Heç kəsdə şübhə olmaz ki, Əlixan Musayev Rəşad Hümbətovu parta arxasında otuzdurub dərs keçər. Yəni əziz qardaşım bu obyektiv reallıqdır. İndi siz konkret olraq nə deyirsiniz? Xahiş edirəm səmimi olun-hərçənd Sizin səmimiliyinizdə heç vaxt şübhə etməmişəm. Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulilləh, mən səmimi danışıram. Özünüzdə görürsünüz ki, mən heç bir sualdan çəkinmirəm. Sadəcə siz dediyiniz bu üslub hizblərin, yəni ixvanların üslubudur. Yəni onlar deyirlər ki, bax gör nə edib. Əgər yaxşı şeylər edibsə, qurtardı. Yox, biz onu demirik. Bizə maraqlıdır insanın əqidəsi və mənhəci. Ola bilər kimsə gedib Abbadın yanında otursun. Lakin Rəşad ondan mənhəcdə salamat olsun. Bizdə şəxsə bağlılıq yoxdur. Bəli, ola bilər qüsurlar, məsələn, şeyxlərin yanında az olub və s. Lakin məsələn, qeyd etdiyin Mədinə tələbəsi mənhəcdə Rəşad daha sabit və daha aydındır. Mən heçdə razı deyiləm ki, qeyd etdiyin Mədinə tələbəsilə görüşsə, qeyd etdiyin Mədinə tələbəsi ona nəsə deyər. Mən əks fikirləşirəm ki, (hər ikisini də tanıyıram) o, qeyd etdiyin Mədinə tələbəsinə bəzi şeyləri başa salar. O birisinin heç adını çəkmirəm. O, heç elm tələbəsi deyil. O, adi переводчик-di, tərcüməçidi. Vəssalam. O, heç elm tələbəsi deyil. Ona görə lap tutalım ki, tonlarla kitab tərcümə edib. Lap Rəşadla, məndəndə ağır. O demək deyil ki, o, yaxşı oğlandı. Biz insanın əqidəsinə, mənhəcinə baxırıq. Salamatdır, yoxsa yox. Rəşad salamatdır. Ona görə biz ona heç nə demirik. Qardaşımızdır. Dərs keçməyinə də maneə olmuruq. Yox, əgər xarab olsaydı biz bəyən edəcəkdik. Məsləhət görməzdik. Ona görə düzgün yanaşın. Sizin yanaşmağınız düzgün deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#79 Guest

Guest
  • Guests

Posted 31 March 2015 - 07:49 PM

Salam aleykum!
Peygember sallalahu aleyhi vua sellemi olen gunden bir gun sonra basdiriblar? Eger eledirse sebebini yazardiz ,axi olen kimi olunu basdirmirlar ki

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) ölən gündən iki gün sonra basdırdılar. Oda cənazə namazına görə. Cənazə namazı indiki kimi qılınmadı. Möminlərin anası Aişənin (Allah ondan razı olsun) evində dünyasını dəyişmişdi. Yer balaca idi. Ona görə birinci kişilər girib bir-bir, iki-iki qılıb çıxırdılar. Sonra qadınlar girdilər, sonra uşaqlar girdilər. Ona görə bu bir az çəkdi. Bax buna görə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#80 Guest

Guest
  • Guests

Posted 01 April 2015 - 11:20 AM

salam aleykum

deyiram sizin na gadar gozunuz baglidiki Saudiyya hokumati Yemana bu gadar tacavuz edir,oranin alimlari agzina su alib baxir sizda bu torba tikan alimlarin fetvasina uyursuz. indi bashliyacagsan ki beladi eldai basdi ort basdir etdin

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mən heç nəyi ört-basdır etmirəm. Nə var onu deyirəm. Birinci kim deyir ki, Yəməndə camaatı öldürürlər? Yəni sən nə üçün Yəməndən danışırsan? Ondan qabaq Suriyada artıq ölənlər 300 mini keçib, İraqda ölənlər minlərlə insanı keçib. Onlardan nə üçün danışmırsan. Nə üçün birdən Yəməndən danışdın? Yəni kor kimdir? Yəməndə də nə olubki? Sadəcə Hovsilər baxmayaraq Yəmənin heç 5%-i deyillər, bir 10-15%-də zeydilərdir. Qalanları isə sünnidir. Şafi`i məzhəbində. Hovsilər gəliblər hökuməti deviriblər və almaq istəyirlər. Burada da hökumət, camaat, millət narazıdır. Nəinki Səudiyyə, 10 ölkə ona kömək edirlər. Həm oranın hakiminə, həm oranın millətinə kömək edirlər. Vəssalam. Lap ən azından Suriya, İraqla müqayisə elə. Onda həqiqəti görəcəksən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#81 Sual

Sual
  • Guests

Posted 01 April 2015 - 12:55 PM

Salam aleykum qardaw.
bilirikki Saudiya alimleri islami cebhe qruplawmasinin terefindedir ve onlari xeyrine olan fetvalar verir. bunlar niye bele edirler axi? o vaxtida iraqda amerika ile birlikde Elqaideye qarwi vuruwdular ve vuruwanlar ele bilirdilerki el qaidenin iwini bitirdikden sonra bunlara rutbe verilecek general; olaceyler ama muharibeden sonra hamisi iwdenmiw salfetka kimi bir qiraga atildilar, hal buki amerika gelib muselmanlari oz torpaglarinda bombardiman eleyirdi. niye gore islami cebhe qruplawmasida amerikanin iraqdan cixmagi ucun vuruwmadi, deyimde niye cunki saudiya nece amerika adli atasina qarwi vuruwa bilerki, sonra deyirlerki muselmanlar birlewe bilmir, muselmanlarin bir birini qirmasina sebeb olan fetvalar verilende elbetdeki hec kim birlewmez. indide iraqda hemen sohbeti tewkil edirler iwide qarwi. bu avam axmaq muselmanlarda ikinci defe amerikanin nokeri olan saudiyanin fitvasina gedir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sənin yanaşmağın düzgün deyil. Ən birinci bu söhbətə Səudiyyəni niyə qatırsan? Xüsusəndə Səudiyyə deyəndə görsənir ki, alimlərinə tənə edirsən. Bu alimlərə tənə eləməkdir. Şeyx Fovzana və başqa alimlərə. Guya ki, onlar Amerikanın dediyi ilə oturub-dururlar. Yəni Amerikanın xoşuna gələn fətvalar verirlər. Bu hamısı zənn, şeytani vəsvəsələrdir. Başqa şey deyil. Amma qaldı ki, əgər İŞİD-i müdafiə edirsənsə, sən hələ deyəsən İŞİD-in çəkdiyi müsəlmanları öldürdüyü filmləri görməmisən. Sən bir dənə ona bax. Sonra Amerikaya deyəssən ki, onları öldürməkdə əhsən sənə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#82 Umm Yahya

Umm Yahya
  • Guests

Posted 01 April 2015 - 01:29 PM

Salamaleykum Qamet qardash.

Alhemdulilleh nece defe yazmisam hemise suallarima cavab vermisiz. Allah sizden razi olsun. Komeyiniz deyib mene.
Amma sizden bir shey xahish elemek isteyirem, o qeyri-adi ve meqsedli suallar ve ya qiciqlandirmaq ucun yazilan suallara cavab vermeyin. Qoy onlar sizin yazilari oxuyub sizin qiciqlanmaginizi hiss elemesinler. Haqqli ola ola susun.
Men teztez yazmasamda forumu oxuyub meni maraqlandiran hansisa sualin cavabini tapa bilirem. Allah razi olsun sizden. Amma gorende ki, siz ele qiciqlandirici insanlarin suallarina size yarashmayan terzde cavablar yazirsiz cox meyus oluram. Biz dini sizin kimi elm ehllerinden oyrenirik ve istemezdim ki, bele elmli muselmanlarimiz hansisa biliksiz insanlarin sozlerinin badina getsinler.
Allah sizi qorusun. Hec bir kolgenin olmadigi gunde Oz Ershinin kolgesinde sizi kolgelendirsin. AMIN.
Sizi Allah rizasi ucun sevirem.

Salamaleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, düz deyirsiz. Hərdən cavablarda olur. Oda belə ümumi camaata yox, özünüz görürsüz ki, elə cavablar olur ki, ola bilsin bir az sərt olsun. Oda kimlərdi. Birinci sualı oxuyanda aydın olacaq. Onlar adama salam vermir. Onlar bizi kafir görür. Onlar xəvariclərdir. Yəni mən ola bilər birdən onlara sərt cavab verim və ya sərt görsənsin. İnşəAllah, nəzərə alaram. Çalışaram cavablarda bir az yumşaq olum. Ancaq onların sualları mühümdür. Qoy soruşsunlar. Sadəcə bəzən görürsən ələ salırlar. Məsələn, yeni suallardan: Amerikadan nə qədər pul gəlir və s. Düzdür, onları da buraxıram. İnşəAllah, çalışaram cavablar bir az sərt olmasın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#83 Guest

Guest
  • Guests

Posted 01 April 2015 - 06:59 PM

Salam aleykum!

Bu hedis dogrudur yoxsa yox?

Rəvayət edilir ki, Israil oğullarından bir gənc, ömrünün iyirmi ilini ibadətlə, iyirmi ilini isə Allaha üsyan ilə keçirib. Bir dəfə aynaya baxır, saqqalının ağardığını görür və üzülərək belə deyir: Allahım Sənə iyirmi il ibadət etdim və iyirmi ilimi isə üsyanla keçirtdim. Əyər Sənə dönsəm, tövbə etsəm məni qəbul edərsən? Pak və Müqəddəs Allah ona belə səslənir : " Sən məni sevdin, mən də səni sevdim.Sən məni tərk etdin, mən də səni tərk etdim. Sən mənə üsyan etdin, mən sənə möhlət verdim.Əgər dönsən səni qəbul edərəm."
"O, qullarının tövbəsini qəbul edən və günahlarını bağışlayandır" (Şura,25)

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunu bilmirəm. Gərək yoxlayaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#84 Guest

Guest
  • Guests

Posted 01 April 2015 - 11:52 PM

Salam aleykum sheyx. ____Ixlasla.com____ saytinda Resad qardasin gozel derslerine qulaq asiram. Amma siz ona meslehet gorerdiniz ki, bir balaca yigcam danismasin, izahi genislendirsin. Ve de azeri kelmelerinden cox istiface elesin.

Bir de suallara tez cavab verin, bu qeder gec cavab vermek olmaz, hetta isiniz olsa da bele. Cunki, ele suallar olur ki, ona emel geci bir gune vacib olur. Bizse size yaziriq, nein ki, bir gune, inanin hec bir hefteye ve ya hec bir aya bele cavablandirmirsiniz.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əksinə mən ona demişəm ki, bir az qısa danış. Ona görə ki, qısa olanda həm yadda tez qalır, həmdə hər cəhətdən rahat olur. İnşəAllah. Qısa-qısa danışsın, sadəcə çoxaltsın. Çox dərs versin. İnşəAllah, problem yoxdur.
2) Düzdür, Allah razı olsun. Düz deyirsiz. Lakin mən bacardığımı edirəm. Vaxt tapan kimi edirəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#85 Guest

Guest
  • Guests

Posted 02 April 2015 - 12:47 PM

Şeyx İŞİD-ə qarşı Amerika koalisiyasına qoşulanlara Qamət demək olar?!!!Ona bilmirem ne demey olar amma sene şuphesiz sefeh demey olar

Cavab:

Səfehliyin yazından görsənir. Koalisiyaya mənim adımı vermək istəyirsən? Nədi-nədi mən sənin fikrində deyiləm, ona görə? Bunu böyük alimlər deyir. Sən söhbəti niyə mənə bağlamısan? Görsənir ki, hələ balacasan. Oxu. Va ya əsəbisən. Sakitləşdirən dərmanlar at. İnşəAllah, hər şey yaxşı olacaq. Narahat olma.
Allah daha yaxşı bilir!


#86 Guest

Guest
  • Guests

Posted 02 April 2015 - 03:17 PM

Салам алейкум

Гамет америкадан айда сене неце доллар гондерилер?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mənə Amerikadan pul zad yollayan yoxdur. Bilmirəm bunu sənə kim deyib. Hansı məlumatlar var. Amma narahat olma. Mənə Amerikadan pul yollayan yoxdur. Xüsusən konqres, nə Bush, nə Obama pul yollamayıb. Səni aldadıblar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users