Posted 15 January 2005 - 06:46 PM
Salam-aleykum.
1)Qamet qardash Imam Qazali, Muhyiddin ibn Arabi,Bediiuzaman Said Nursi ve bir de Abdulkadir Geylani hezretleri haqqinda melumat verin eziyyet olmasa.
2) Huseyn mendendir, mende Huseyndenem. Bele bir hedis varmidir? Varsa bu tam olaraq ne menadadir.
3) Qardasin biri size yuxarida size sual vermisdi ki, Turkiyenin bas naziri Recep T. Erdogan ve basqalari selefdendirmi, sizde demisdinizki yox onlar ancaq muslumandir. Onda size bir sualim Qardash Ilham eliyev de muslumandir onda Erdoganla Ilham Eliyevin ne ferqi oldu?
4)Qardas tutaq ki, bir musluman insanin ve musluman insan toplusunun 100 xarakteri var bunun icine her sey daxildir, bunlardan 90-i yaxsi xaraxterdir, 10-u pis xaraxter.Siz niye gore hemise insan ve insan toplumunu deyerlendirende hemise pis xususiyyetlerinden danishirsiniz, hec umumiyyetle yaxsi xususiyetlerine cox toxunmursunuz..Ve bele olan halda insanin aglina o insan ve insan toplumu haqqinda pis fikirler gelir ve kufr insanidir, cehennemlikdir kimi fikirler gelir.Eger eledirse niye onda butun insanlarin sehv xususiyetlerinden danismaq olar, peygemberlerden basqa. Meselen onda Hz. Ebubekrin, Hz.Omerin, hz Alinin pis xusiyyetlerinden de danismaq olar.Cunki onlarda insandir. Ehtimalki, onlarinda sehvi var. ehli sunne olaraq qardaslar arasina fitne dusur bezen adamlar hec savadi olmaya-olmaya alimleri pisleyir ve soyur ehli sunne toplumlumlarinin arasinda bele parcalanmanin olmasi insana cox-cox pis tesir edir o ki qaldi shielerle ehli sunne arasinda.
5)Iran islamiyyeti daha yaxsi yasayir yoxsa Turkiye ve ya Turkiye islamda irelidedir yoxsa Iran ve niye gore?
Qardas haqqinizi halal edin suallar belke bir az qarisiqdir. Ama dorduncu sual gunumuzun esas problemlerinden biridir.
Salam-aleykum.
Cavab:
Wa aleykum salam!
1. İbn al-Arabi böyük islam alimlərindəndir. O, hicrətin 468-ci ildə Andalusda (indiki İspaniya) anadan olub. 485 ci ildə atası ilə Şama gedib və orada dini təhsil alıb. Onun müəllimlərindən: Nasr al-Maqdisi, İbn Furat, Ğazali və s demək olar. O imam Ğazali ilə bir əsrdə yaşamışdır. Hicrətin 543 cü ilində Fas şəhəri yaxınlığında bir vilayətdə vəfat etmişdir. (Diqqət! Başqa bir İbn Arabi adlı biri də vardır. Onun adında “al” artikulu yoxdur və adı “arabi”dir. Bu adam bidət əhlidir. Alimlər ona hətta kafir deyiblər. amma bizim haqqında yazdığımız İbn al-Arabidir bu ailimdir və sələfidir.).
Səid Nursi hicrətin 1293-cü (1876) ilində, Türkiyənin cənubi şərqində yerləşən nures kəndində anadan olub. 1314cü (1897) ildə Van şəhərinə gedib və orada elmi təhsil alıb. Orada, astranomiya, riyaziyyat, kimya, fizika, coğrafiya, fəlsəfə və tarix dərslərini öyrənmişdir. 1334 cü ildə əsir düşmüş və Sibirə sürgün edilmişdir. 1336 cı (1918) ildə əsirlikdən çıxmış və ölkəsinə dönmüşdür. 1379 cu (1960 cı) ildə vəfat etmiş və Urfada basdırılmışdır. Sonradan qəbri dağıdılmış və başqa yerə köçürülmüşdür.
Imam Qazali. Abu Hamid al-Ğazali. Məşhur alimdir. O, hicrətin 5-ci əsrində yaşayıb. 450-ci ildə Xorasanın Təbəran deyilən yerində doğulub. Bir çox kitabların müəllifidir. Bunların ən məşhuru İhyau ulumuddindir. 40 ilə yaxın fəlsəfə ilə məşğul olduqdan sonra sufi olur sonra həyatının axırında sufiliyi də tərk edir və sələfi olur.
Abdulkadir ibn Abi Salih ibn Abdullah al-ceyli al-Bağdadi Geylani.Keylan deyilən yerdə, təxminən hicrətin 470-ci illərində doğulub. Əqidəcə sələfi olub lakin sufilər ona çoxlu iftira atıblar.
2.hədisi Trimizi, İbn Macə, İbn Hibban və Hakim rəvayət ediblər. Albani bu hədisin səhih olduğunu qeyd edib. (Silsilətus-sahihə: 1227).
3. Mən ona müsəlaman deməyimdə pis söz deməmişəm. Bunu deməklə ona tənə etmirəm. o, hal-hazırda Türkiyədə olan başçıların ən salamatıdır.
4. Sən dəqiq yazmamısan mən konkret olaraq nəyi pisləyirəm. ola bilsin kənardan sənə elə gəlsin. Lakin mənim danışdığım mövzu danışılmalıdır. Çünki o fikirlər ki, bizim ətrafımızı dövrəyə alıb, bu fikirlər ilk olaraq bizim camaata təhlükəlidir. Əgər hansısa tərəf pislənirsə onların fikri pislənir.
5. Hər iki tərəfin mənfi və müsbət cəhətləri vardır. Inşallah hər şey yaxşı olacaqdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!