Jump to content


Photo

01 августа 2005 года


  • This topic is locked This topic is locked
232 replies to this topic

#51 Guest

Guest
  • Guests

Posted 10 July 2005 - 11:05 PM

Salam Aleykum. Sualim hicab haqqindadir. Eslen hicab diqqetcheken olmamalidir. Qara rengli hicab barede ise tez-tez deyirler ki, onsuz da insanlarin icherisinde derhal secihlir. Lakin men basha dushduyum qeder burada shert vucud xetlerinin bilinmemesi ve vucudun diqqetcheken olmamasidir. Xahish edirem bunu izah edesiniz. Bir de hansi rengli hicab beyenilmir? Salam Aleykum.



Cavab:

Wa aleykum salam!
Ümumiyyətlə hicab qara rəngdə olmalıdır. Amma seçilməyə qalanda insan hərbir rəngi seçir. Lakin belə hicabın seçilməyi cəmiyyətdə olan hicabsızlıqdır. Lakin seçilsən də buna fikir vermək lazım deyildir.
Bəyənilməyən hicab həddindən artıq naxışlı və sənin dediyin ki, cəlbedici olan hicabdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#52 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 11 July 2005 - 09:13 AM

Цитата
Birdə sən də olmaya təkfir camaatındansan. salam nə üçün vermirsən? Ittiham kimi başa düşmə sadəcə olaraq soruşuram. Çünki əslən bu onların müsəlmanlara qarşı olan sifətlərindəndir.


Ele ittihamdi ki var. Salam vermemek meyer gunahdi? Birde, biz axi mektublashiriq axi. Eger isteyirsense - salam aleyka

Abu Bakrin atasini doymesinden danishanda dedin:
Цитата
Din kamil olandan sonra təbii ki, bəzi keçmiş məsələlər dəyişmişdi.


Bu duzdu. Amma bunu deyerek sen gelek delil getirerdin ki bu mesele sonradan leghv olunub. Basha dush men atami anami doyen deyilem. Mene maraqlidir, neye gore bizim mescid bu ve diger meseleleri selefler dediyi kimi basha dushmur.

Цитата
Yaxşı olar həmişə yazanda həmin sözün müəllifinə də yazasan. Çünki bu mühümdür. Hər kəsin yazdığı kitabı oxumaq düzgün deyil.


Burada sohbet din sozunun menasindandir. Ne fergi ver kimin sozudur. Tutaq ki kucheden kechen bir adam bunu dedi. Men fikirleshmeliyem ki bu duz dedi ya xeta etdi. Sen Lisanul arabdan getirirsen. Men axi onu istemirdim. Men axi senden salah sozunu sorushsam sen mene demeyessen ki Lisan arabda bunun menasi istemek, yalvarmakdir. Yox, sen deyessen ki, bu sherietde mueyyen olunmush qayda-qanunla olunan ibadet novudur, filan-filan sheyden ibaretdir. Indi sen deyirsen ki, menim dinim Islamdir. Duzdu? Mende sorushuram nedi axi o din? Ve bashqa adamin sozunu getirirem, ki bilim budu din yoxsa yox? Yaqin meni basha dushdun.

Цитата
Çünki mən kor-koruna bir şeyə hə və ya yox demərəm.

Ele chixir ki, sen kor-karane dinin menasini bilmeden onu qebul etmisen?

Цитата
Təbii ki, Afrikada mağarada yaşayan dəvət çatmayan insan heç şübhəsiz kafirdir. Amma onların aqibətləri Allaha aiddir.


Yani sen qebul edirsen ki, kime devet chatmayibsa o musleman deyil kafirdir yada mushrikdir. Amma musliman deyil. He? Bir de men demirem ki onun aqibeti harada olacaq. Yox. Yani bu dunyada biz ona muslim kimi baxmaliyiq yoxsa mushrik.

Цитата
Amma o ki qaldı kafir və müşrik deməyin şərtlərinə bu zahirən şəhadəti gətirən adamlara aiddir.


Demek isteyirsen ki, kim lailahaillellahi dese (shehadet kelmesini !) amma bunu emelde tesdiq etmese, ve yaxud bu sozun menasini basha dushmeyerek(meselen, ingilisi islama devet eleyirem, deyirem de lailahaillellah olassan muslem, oda hech basha dushmemish deyir, ele bil ki bu soz bir mocuze sozudur, basha dushdu dushmedin, xeyirlidir) dese, o kafirdi?



Cavab:

Bu nə deməkdir, Əgər istəyirsənsə? Salam Allahın adıdır və onunla başlamaq söhbətə fayda verər.
Sən çox təəsüf ki, uzun yazırsan və mənimlə münaqişə edirsən. Sən çalış münaqişə eləmə. Qısa sual ver və cavabını da al.
Bəli salam vermək salam deyil. Lakin məktub yazanda və s. ədəblərdəndir.
Sən yenə də qarşıdırırsan. Mən sənə dəlil yazdım. Həmçinin mən sənə dedim ki, bu ayə Əbu Bəkrin səbəbinə görə deyil, Bədr döyüşündə döyüşən səhabələrə görə nazil olub. Bu daha səhihdir. Sələfilərdən heç kəs atanı döyməyə icazə verməyib nə də deməyiblər. Bizim məscid həm bu həm də digər məsələlərdə sələfin yolunu tutur. Bilmədiyin bir məsələni danışma. Allah təalə buyurur: "Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” " (31: 15). Bu ayədə vurmaqda söhbət gedmir. Sən hələ oxu tələsmə.
Sən bil ki, cürbə-cür rəylərin və yolların çıxan vaxtında baxmalıdır kim deyir. Necə ki, tabiinlərdən olan İbn Sirin deyir: "Biz fitnə olana qədər soruşmazdıq kim deyib haradan eşidib. Lakin fitnə və fitnə əhli olduqdan sonra bunları soruşmağa başladıq". Mən sənə dinin mənasını yazdım. Bu islam alimlərinin rəyidir.
Hər yoldan keçən adamdan və əqidəsi düz olmayan adamdan hər şeyi götürmək olmaz. Allah təalə buyurur: "Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar." (6: 116).sənin belə mövqe tutmağın xətadır.
Çalış elmdə zəif olanda mübahisə etmə, öyrən.
Mən sənə yenə deyirəm, mən heç nəyi kor-koranə qəbul etməmişəm. Sən inadkarlıq etmə və haqqı qəbul et.
Əgər o qeyri müsəlmandırsa o kafirdir. Istəyir dəvət çatsın istər çarmasın. Amma islamda olan qeyri islamda olandan fərqlidir. Fərq isə şəhadəti deməklədir.
Lə iləhə illəllahı tələffüz edən artıq müsəlmandır. Amma bu kəlməni deyəndən sonra bunun şərtlərini öyrənməlidir.
Problem bundadır ki siz qəribı misallar gətirirsiniz. Usamə Ibn Zeydin rəvaydin rəvayəti bunu başa düşmək üçün kifayətdir. Döyüş vaxtı o kafir, lə iləhə illəllah deyir sonra səhabi onu öldürür və sonradan Peyğəmbər (s.a.v.) onun islamını təsdiq edir və səhabənin onu belə halda öldürməsini pisləyir. Amma bu kəlmənin şərtləri sonrakı məsələdir. Bil ki, bu kəlməni deyən zahirən müsəlmandır. İbn Teymiyyə deyir: "Bİr kişi imanın əslinin izhar etməyənə qədər zahirən mömin olmaz. Imanın əsli də kəlmeyi şəhadətdir." (Fətava: 20 \ 86).
Həmçinin digər yerdə buyurur: "Bir insanın zahirən müsəlman olması şəhadət kəlməsi ilə ölçülür və hökm verilir" (Fətava: 7\ 261).
"İslamın əsası zahirdədir, kamilliyi isə qəlbdədir" (Fətava: 7\ 637).
Sənin dediyin o şərtlər sonrakı məsələlərdir. Çalış uzun yazma. Qısa yaz!!!
Allah daha yaxşı bilir!



#53 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 11 July 2005 - 11:24 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Qardash, internet saytinda bele bir meqaleye rast geldim.
Şiə sözünün mənası haqqında
Şiə sözünün mə᾿nası lüğət kitablarında tabe, ardıcıl kimi göstərilmişdir. Әrəb dilində «şiətur-rəcul» sözü deyildikdə, o kişinin arxasıyca gedən, ona tabe olan mə᾿nası nəzərdə tutulur. Məşhur Әhli-sünnə lüğət və ədəbiyyatçıları Firuzabadi «Qamusul-lüğət» və İbni-Әsir «Nihayətul-lüğət» kitabında şiə sözünün mə᾿nası haqda belə yazırlar:
«Həqiqətən bu ad (şiə) Әli (ə)-ı və onun Әhli-beytini sevənlərə şamil olurdu. Daha sonra bu ad onrlar üçün xüsusiləşdi».
Şiə məzhəbi ardıcılları Әli (ə)-ın tabeləri olduqları üçün onlara aid edilən bu ad sonradan xüsusiləşdi. Belə bir sual ortaya çıxır: Nə üçün bu məzhəb Həzrət Məhəmmədin (s) ümməti kimi müsəlman deyil, sonradan qondarılmış şiə adını daşıyır?
Cavab:
1. Biz insanlar yalnız və yalnız öz yaradanımıza baş əyir, Ona itaət edirik. Allahdan başqa heç bir kəsin əmrinə itaət etmək bizim vəzifəmiz deyildir. Fiziki və ya mə᾿nəvi gücündən asılı olmayaraq, kimsənin bizlərə göstəriş vermək hüququ yoxdur. Lakin əmr və itaət sahibi olan Allah-taala bizlərə müəyyən bir şəxsə itaət etməyi əmr edərsə, bu şəxsin itaəti bizim üçün vacib sayılır. Bu şəxsin itaəti, onun əmrlərinə tabe olmaq bilavasitə Allah-taalanın əmrinə itaət etmək deməkdir.
Allah-taala bəşəriyyətin atası Adəmi yaratdıqdan sonra bütün mələklərə onun qarşısında səcdə etməyi əmr etdi. Bu səcdə Allahın Öz icazəsi və əmri ilə olduğu üçün sözsüz ki, Allah-taalanın Özünə səcdə hesab olunur. Uca və əzəmətli Allah bizlərin hidayəti üçün həzrət Məhəmmədi (s) peyğəmbərlik məqamına tə᾿yin etdi. O həzrətin bütün əmrlərinə itaət etməyi bizlərə əmr etdi. Allah Rəsulunun əmrlərinə itaət etmək heç də Allahdan qeyrisinə itaət etmək sayılmır. Bu itaət bilavasitə Allah qarşısında baş əymək, Onun əmrlərinə tabe olmaqdır. Necə ki, «Nisa» surəsinin 80-cı ayəsində buyurulur:
«Hər kəs peyğəmbərə itaət edərsə, Allaha itaət etmişdir».
Bu məntiqlə həzrət Peyğəmbər (s) müsəlmanlara müəyyən bir şəxsin itaətini əmr edərsə, bu itaət bütün müsəlmanlara vacib olur. Bu şəxsin itaəti Peyğəmbərin (s) itaəti və bilavasitə Allah-taalanın itaəti sayılır. Biz gələcək bəhslərimizdə isbat edəcəyik ki, Allahın Rəsulu bütün müsəlmanlara özündən sonra Әli (ə)-a itaət etməyi vacib buyurmuşdur.
Deməli, əgər Әli (ə)-ın itaəti Peyğəmbərin (s) əmri və göstərişidirsə, onun ardıcılı (şiə) olmaq Peyğəmbər (s) itaətindən kənara çıxmaq deyildir.
2. Şiə sözünün həzrət Peyğəmbərdən (s) sonra qondarılması həqiqətə uyğun deyildir. Bu söz hətta Qur᾿ani-Kərimdə də işlədilmiş, insanların bə᾿ziləri digərlərinin şiəsi adlandırılmışdır. «Saffat» surəsinin 83-cü ayəsində İbrahim peyğəmbər (ə) Nuh peyğəmbərin (ə) şiəsi kimi təqdim olunur:
«Onun (Nuh) şiələrindən biri İbrahim idi».
Şiə sözü Peyğəmbərin (s) zamanında da işlədilmiş, bu barədə yüzlərlə hədis və rəvayətlər nəql olunmuşdur.
Böyük əhli-sünnə alimi, hədisşünas Hafiz Әbu-nəim İsfahani mö᾿təbər sənədlərlə İbni Abbasdan nəql edir:
«Bəyyinə surəsinin 7-ci ayəsi nazil olduqdan sonra:
“İman gətirib saleh əməl edənlər ən yaxşı məxluqdurlar. Onların mükafatı Rəbblərinin hüzurunda altından çaylar axan cənnət bağlarıdır. Onlar əbədi olaraq bu bağlarda qalarlar. Allah onlardan, onlar da Allahdan razıdırlar”.
Peyğəmbər (s) Әli (ə)-a üzünü tutaraq buyurdu:
Ya Әli, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allah da sizdən razı olar.»
Həmçinin bu mö᾿təbər hədis aşağıdakı əhli-sünnə kitablarında yazılmışdır:
1. Mənaqib ‒ Әbul-müəyyəd ibni Әhməd Xarəzmi;
2. Şəvahidut-tənzil fi qəvaidit-təfsil ‒ Hakim Әbul-Qasim Ubeydullah ibni Әbdullah Әl-Həskani;
3. Kifayətut-talib ‒ Məhəmməd ibni Yusif Gənci;
4. Təzkirətu xəvassil-ümmə fi mə᾿rifətil ümmə ‒ Sibt ibni Cuzi.
5. Durrul-mənsur fi kitabillahil-mə’sur ‒ Cəlaləddin Siyuti;
6. Səvaiq ‒ İbni Həcər;
7. Nihayə ‒ İbni Әsir;
8. Cəvahirul-əqdəyn ‒ Әllamə Səmhudi;
9. Füsulul-mühimmə ‒ Nurəddin Әli ibni Məhəmməd ibni Әhməd Maliki.
Әhli-sünnə raviləri (hədisşünaslar) Seyyid Әli Həmdani Şafei “Məvəddətul-qurba” kitabında və İbni Həcər “Әs-səvaiqul-mühriqə” kitabında həzrət Peyğəmbərin (s) xanımı Ümmu-Sələmədən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu:
“Ya Әli, sən və sənin səhabələrin, sən və sənin şiələrin cənnətdə olacaqlar”.
Bu hədislərdən mə’lum olur ki, şiə sözü heç də sonradan qondarılmış bir termin deyildir. Әksinə, bu kəlmə Peyğəmbərimizin (s) dilindən bəyan olunmuşdur və o həzrət, Әli (ə)-ın tərəfdarlarını şiə adlandırmışdır
Xahish edirem munasibetiniz bildirerdiniz.
Asslamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Şiə kəliməsi kəlmə kimi işlənirdi. Həm Peyğəmbər (s.a.v.)-dən öncə, onun vaxtında və ondan sorna da işlədilirdi. Lakin bu məzhəb kimi deyil, bir kəlmə kimi işlədilirdi. Hətta şiələrin tarixçiləri, məs, Məsudi və digərləri saffeyn döyüşü haqda danışarkən deyirlər: Müaviyənin şiələri ilə Əlinin şiələri görüşdü.
Tarixdə belə misallar çoxdur. Lakin tarix boyu bu kəlməni müəyyən tayfalar özlərini Əlini sevənlər kimi təqdim edib bu adla tanındılar. Necə ki, məs, sufi kəliməsi. Bu söz sələfilər arasında pak təmiz kimi işlənirdi. Lakin sonra bir tayfa özlərinə bu kəlməni xas edib çox işlətdikləri üçün bu adla, sufi kimi tanındılar.
Amma Quranda isə bu kəlmə 11 dəfə işlənib. Lakin sadəcə bir yerdə yaxşı adamlarla deyilib. Digər yerlərdə isə başqa cür gəlib. Hətta ayələrin birində deyilir ki, şiə olmayın. Təbii ki, bu ayələrdə söhbət indiki şiə məzhəbindən deyil, lüğəti mənadan gedir. Məs, bax: Rum, 32. Ənam: 65. Ənam: 159. Amma bəyyinə rəvayətinin təfsirində deyilən rəvayət isə uydurmadır. Doğru rəvayət deyildir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#54 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 11 July 2005 - 11:51 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Onanizm haramdir?Bu barede menbeler varmi?Umimiyyetle cinsi heyat haqqinda hansi edebiyyatlardan yararlanamaq olar!Mumkunse adlarini qeyd edrdiniz?Bu barede hedisler varmi?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Haram deyənlər vardır. Onlardan biri Şafii. Ayə gətirir və onu da oraya daxil edir. Allah təalə buyurur: "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)." (23: 5-7).
Amma bu barədə tərcümə olunan kitablardan bilmirəm lakin ərəbcə fiqh kitablarında bunu taparsan.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#55 STEP

STEP

    Пользователь

  • Пользователи
  • Pip
  • 31 posts
  • Location:Баку,Азербайджан

Posted 11 July 2005 - 01:08 PM

АсСаламу Алейкум
Как относиться Ислам к шахматам?


Ответ:

Ва алейкум салам!
В исламе увлекаться шахматами не желательно. Некоторые ученые, Шафии (р.), ибн Теймиййа (р.) посчитали шахматы харамом.
Аллах знает лучше!
Салам алейкум!


#56 Guest

Guest
  • Guests

Posted 11 July 2005 - 07:15 PM

assalamu aleykum
Gamet gardash , xahish edirem komek ederduz bu meselede inshaALlah
Insan ki eger gismetimde yoxdu , men Allah Taaleye dua edirem ki , o insan olsun ve o insan menim dinim uchun ve geleceyim uchun heyirli olsun , bele bir meselede ola biler ki dua etmekle Allah Taaleye , Allah Taale onu mene gismet etsin ,yani ki dualarnan gismetimi deyishim?
Allah sizden ve butun musulman baci ve gardashlardan razi olsun! AMIN!
assalamu aleykum



Cavab:

Wa aleykum salam!
Dua edə bilərsən. Dua qisməti dəyişər və dua özü də qismətdəndir. Allah sənə kömək olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#57 ilqar55

ilqar55
  • Guests

Posted 11 July 2005 - 09:56 PM

Assalamu aleykum.
1.Sheyx, el-En"am/159-da ALLAH(c.c) firqelere bolunmeye qadagan edir. Ona gore xahish edirem ki, firqe ile meshebin eyni, yoxsa ferqli oldugunu deyesen.



Cavab:

Wa aleykum salam!
Məzhəblə firqənin fərqi var. Firqə əsasən əqidə baxımından və ya məngəc baxımından seçilir. Məzhəb isə fiqhi cəhətdən seçilir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#58 Abu-Daud

Abu-Daud

    Пользователь

  • Пользователи
  • Pip
  • 16 posts

Posted 11 July 2005 - 10:41 PM

As salam aleykum ua rahmatullah! Meni bir sual maraqlandirir. Zehmet olmasa mene "Hokmlerin esasi" kitabinin muellifi hagginda yeni Abdul Gani al-Magdisi hagginda bir az xeber veresiniz. O necenci esrde yashayib, onun muellimleri kimler olub ve hansi mehzebe aid olub? As salamu aleykum! Allah muselmanlara komek olsun!



Cavab:

Wa aleykum salam!
Onun adı Təqiyyuddin əbu Məhəmməd Abdul Ğaniyy İbn Abdul Vahid İbn Ali İbn Sərur İbn Rafi İbn Həsən İbn Cəfər Əl Məqdisi əl-Cəmaili.
544-cü ildə doğulub.
Şeyxləri çox olub. Dəməşqdə, Bağdadda, Movsildə, Həmədanda və s. onun 70-ə yaxın kitabı var. 600-cü ildə vəfat etmişdir. Onun məzhəbi hənbəli olub.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#59 Ханиф

Ханиф
  • Guests

Posted 12 July 2005 - 12:45 AM

Ас_Саляму алейкум ва рахматуллах!
1.Можно ли постоянно совершать витр перед утренней молитвой(субх)?
2.Кто был первым пророком? Есть ли разногласия среди ученых по этому вопросу?
3.Нужно ли при совершении омовения (дястямаз) проводить влажными пальцами по ушной раковине (масх), или достаточно провести за ушами большим пальцем?
4.Напишите ту молитву (дуа) которую делал Пророк, да благословит его Аллах и приветствует, прибегая к Аллаху от совершения ширка.
Да будет доволен вами Аллах!


Ответ:

Ва алейкум салам!
1. Да, можно.
2. Можно сказать, что таких разногласий среди ученых нету. Первым пророком-наби сичтается Адэм (а.с.), а первым пророком-расулом считается Нух (а.с.).
3. Масх делается и во внутренную, и во внешную часть уши.
4. Allahummə inni əuzu bikə ən uşrikə bikə və ənə əaləm və əstəğfirukə limə lə əaləm.
Аллах знает лучше!
Алейкум салам!


#60 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 12 July 2005 - 10:43 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Namazda secdede ve teshehudde zamani dualarin azeri dilinde deyilmesi qebul olunur? Bu barede menbe varmi? bu cur hal namazin qismen azeri dilinde qilinmasi (nece ki namazin azeri dilinde qilinmasi meselesini ireli surenler) fikrine getirb chixarmi?
2.Seher ve axsham zikrlerini azeri dilinde demek olar?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Namazda və ya namazın xaricində öz dilində dua etmək olar. Heç bir dəlil yoxdur ki, dua mütləq ərəbcə olmalıdır. Bu cür etmək dediyiniz fikrə gətirib çıxarmaz. Çünki dua namazın nə şərtlərinə nə də əhkamlarına daxildir. Namazın əsas hökmləri ərəbcədir. başqa dildə olarsa namaz batildir. Çünki Peyğəmbər (s.a.v.)-in dövründə səhabələrdən qeyri ərəblər var idi və onlar da namazı məhz ərəbcə qılırdılar. Namazı azəricə qılmaq batil fikrdir.
2. O, zikrlər ki, onları Peyğəmbər (s.a.v.) deyib onları ərəbcə demək daha yaxşıdır. Öz dilində dua et.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#61 Davud

Davud
  • Guests

Posted 12 July 2005 - 11:52 AM

As-Salam Aleykum.
1. Islamda felsefi suallara mehduduyyet goyulur?
2.Allah sheytani niye yaratdi? ( Allah her sheyi bilendir)
3. sheytanin ibadetlerinin evezi nedir?



Cavab:

Wa aleykum salam!
1. Ümumiyyətlə fəlsəfə çox da bəyənilmir. Xüsusən də sələf bunu bəyənməyibdir. Çünki əqidə cəhətdən parçalanmaya səbəblərdən biri fəlsəfədir. xüsusən də bu fəlsəfənin əsasını aristote və digər yunanlar qoyublar.
2. Şeytanı deyil iblisi. Onun yaradılma hikməti digərlərinin yaradılması səbəbinədir. yəni, imtahan üçün.
3. Bil ki, şeytanın ibadətlərinin faydası yoxdur. O əbədiyyən cəhənnəmlikdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#62 brave

brave

    Пользователь

  • Пользователи
  • Pip
  • 10 posts
  • Location:baki
  • Interests:Islam

Posted 12 July 2005 - 06:12 PM

Assalamu aleykum wa rahmatullah
bismilleh
Ingilterede tehsilimi davam etdirmek haqqinda fikirlerim var.Ilk once bilmek isteyirem ki, bunu nece qarshilayirsiniz?yeni sheriat ne deyir?
Yoxsa ferqi yoxdur.burda da mescid var orda da. burda da muselman var orda da.
Eger olum meleyi men orda oldugum halda canimi alsa bu menim axiretimi itirmeye sebeb olar?
Amma onu deyim ki, tanidigim qardashlardan orda var deyirler ki, orda dini yashamag daha rahatdir neinki Azerbaycanda.hetta camaatlar bele var
oldu Allah bizleri Siratal Mustaqimde olanlardan etsin.Amin!!!
allahumme ayzel Isleme wal muslimin wa azille shirke wal mushrikin
assalamu aleykum wa rahmatullah



Cavab:

Wa aleykum salam!
Elm öyrənmək fərzdir. Kafirlərin arasına getmək onlarına arasında yaşamaq və səbəbsiz yerə oraya getməkdir. sən gedib oxuya bilərsən lakin çalış məscidlərə ged və orada namzlarını qıl. Lakin ehtiyatlı ol. Çünki xəvariclərin başçıları oradadır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#63 [email protected]

Posted 12 July 2005 - 08:26 PM

Banklarda emek haqqininin hesblanmasi faizle hesablanir.bu haram hesab olunur?



Cavab:

Wa aleykum salam!
Əslən belə düzgün deyil. Lakin bu gün çox şey bankla hesablanır. Bu zərurət olduğundan eyb etməz.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#64 Humeyra

Humeyra

    Пользователь

  • Пользователи
  • Pip
  • 851 posts
  • Location:Azerbaijan, Baku
  • Interests:Tawheed, Islam, Quran.

Posted 12 July 2005 - 09:31 PM

AsSalamu alaikum.
Qardas, kechen shenbe gunu Magrib namazindan 1 qeder ewel mesjidde bir qardasin dersi var idi ve derse yox Marib namazina geldiyimden, qardasin dediklerinin yalniz 1 hissesini eside bildim. Sehv etmiremse, movzu "Sheikhi olmayanin muellimi sheytan olar" idi. Ve hemin qardas, koky(bashi, sonu) melum olmayan sheyden xeir gelmeyejeini bildirdi ve buna misal olaraq, interneti gosterdi. Bildirdi ki, internet ele 1 mekandir ki, orda her shey-xeir de, sher de qarishib bir-birine. Ve pisle yaxshini ayird eden 1 gosterici olmayan bele bir sheyden xeir gelmez. Bu jur fikri, achigi ilk defe eshidirdim, bilmek isterdim, bele halda internetden cekinmek lazimdir, yaxud bu informasia vasitesinin Sheriete gore hokmu nedir? Allahu Aleem, ola bilsin, dersin yalniz sonunu eshitdiyimden, neise duz basha dushmemishem.
Barak Allahu Fikya.
MasSalama



Cavab:

Wa aleykum salam!
Xeyr, o qardaş demək istəyib ki, internetə girərkən ehtiyatlı olmaq lazımdır. Çünki internetdə islam adından çoxlu şeylər vardır. Qardaş bunu demək istəyib.
Allah daha yaxşı bilir!
Salam aleykum!


Однажды шейх-уль-ислама Ибн Теймийю[rahmahhu Llah] спросили: «Какие деяния совершают обитатели Рая, и какие деяния совершают обитатели Ада?»

Он ответил: Деяния обитателей Ада — это приобщение сотоварищей к Всевышнему Аллаху; обвинение во лжи посланников и неверие; зависть и ложь; предательство и несправедливость; распутство и вероломство; разрыв родственных связей и уклонение от джихада из-за трусости; скупость и двуличие; отчаяние в милости Аллаха и отсутствие страха перед Его наказанием; беспокойство во время беды, горделивость и заносчивость в радости; отказ от выполнения приказов Аллаха и нарушение Его ограничений и запретов; боязнь творений, а не Творца; показуха и тщеславие; отступление от Корана и сунны в душе и на практике; подчинение творениям в том, что запретил Творец, и слепая преданность лжи; насмешка над аятами Аллаха и отрицание истины; сокрытие знаний и свидетельств, которые обязательно обнародовать; колдовство и непокорность родителям; убиение человека, которого запретил убивать Аллах, не имея права на то; пожирание имущества сирoты и ростовщичество; бегсtво с поля боя и клевета на целомудренных верующих женщин, даже не помышляющих о грехе .


Йакза ули-л-и‘тибар. С. 222



#65 Ханиф

Ханиф
  • Guests

Posted 12 July 2005 - 11:42 PM

Ас_Саляму алейкум ва рахматуллах!
1.Из скольких частей состоит "Книга единобожия" шейха Тамими? Говорят что смысловой перевод, который есть в продаже это вторая часть, а есть еще первая, которой в продаже нет. Правда ли это?
2.Если кто-то просит у меня пароль для того чтобы посидеть в интернете, а я приблизительно знаю, что он будет использовать это на запретное, должен ли я давать пароль? Будет ли на мне грех, совершенный им в данном случае?


Ответ:

Ва алейкум салам!
1. Эта книга состоит из 67 частей. в продаже есть и из 66 частей.
2. В таком случае не давай пароль.
Аллах знает лучше!
Салам алейкум!


#66 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 13 July 2005 - 08:16 AM

lA ILAHA ILLALLAH cumlesinin menasini bilmeyen ve basha dushmeyen insan onu sadece teleffuz edirse, ancaq shirk edirse o muselmandir yoxsa mushrik? Xahish edirem sualima umumen cavab yaz, yani ayri-ayri yerlerine yox.



Cavab:

Zahirən müsəlmandır. Biz əvvəldə sənin üçün İbn Teymiyyənin bəzi kitablarından sitatlar qeyd etmişdik. Sən özün fikirləş, əgər münafiq batinən kaifr, zahirən müsəlman sayılırsa, lə iləhə illəllahı deyən cahil adam müəlman sayılmağa daha layiq deyilmi?. Birdə nə olub sənə hələ bu məsələlərdən danışırsan. Başqa məsələni bilmirsən. Sən belə məsələləri alimlərə həvalə et. Bu sənin üçün daha xeyirli olar. Biraz ehtiyatlı ol, dediyin hər kəlməyə görə cavab verəcəyini dərk et! Allah təalə buyurur: "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." (17: 36).
Sən bu və digər məsələlərdə hələm çox zəifsən. Sən ilk olaraq düzgün başa düşməyi öyrən. Sən belə məsələlərin ətrafında fırlanmaqdansa ged sələfin mənhəcini öyrən.
Allah daha yaxşı bilir!



#67 Xadija_al-Ihsan

Xadija_al-Ihsan
  • Guests

Posted 13 July 2005 - 09:21 AM

As salamu aleykum. Sheyx, forumlarin birinde size sual veribler: mes. o gidalarda ki, spirtli ichkilervar, mes. konyak, likyor ve s. onlari bile bile yemeg olarmi.Siz dediz olar. Xahish edirem bu meseleni arashdirasiz
ALLAH razi olsun
As salamu aleykum



Cavab:

Wa aleykum salam!
Bu məsələ barədə bəzi alimlər buyurublar ki, yemək olar. Qadağan olan iməkdir. bu isə içmək sayılmır və həmçinin sərxoş etmir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#68 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 13 July 2005 - 09:25 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
1.Ata qizini istediyi insana mecbur vere biler?Ve ya qizin isteyi nezere alinmalidir.
2.Son gunler Londonda bash veren hadiseler bir daha islami terrorochuluqda gunahlandirmaga chalishan quvvelere shans verdi.Yene muselmanlarin adlari hallanmaga bashladi.Siz xutbelerinizin birinde demishdiniz ki, terrorchularin hazirlandigi merkez Boyuk Britaniyaidir.Eger bele olan halda mehz hemin dovletde bu hadisleerin toredilmesi neye xidmet edir?
3.Islam tarixinde bele bir shey olub?Yeni Eli(r.a)Peygembere(s.e.s) Aisheni(r.a)boshamagi tovsiye edib.Eli(r.a)ile Aishe(r.a)arasinda soyuq munaisbet olub?
Assalamu aleykum wa rahmatullahu barakatuhu!



Cavab:

Wa aleykum salam!
1. Ata qızını məcburi ərə verə bilməz. O yalnız məsləhət edə bilər.
2. Bunu həyata keçirən iblisin dəstəsidir. Bu hərəkət göstərir ki, onlar heç bir məhdudiyyət görmürlər. onların mərkəzlərinin orada olması o demək deyil ki, orada heç nə olmamalıdır.
3. Bəli buna oxşar bir mesele olun. Bu hadisə ifk, yəni böhtan hadisəsində olmuşdu. O vaxt ki Aişəyə böhtan atmışdılar buna görə Peyğəmbər (s.a.v.) çox üzülürdü. Bunu görən Əli dedi ki, ya Peyğəmbər (s.a.v.) üzülmə sən onu boşayıb başqasını da ala bilərsən. Əli bu sözünü Aişəni istəmədiyinə görə deməyib, sadəcə olaraq Peyğəmbər (s.a.v.)-in halına görə deyib. Peyğəmbər (s.a.v.) səbər etdi və Allah təalə ayələr nazil etdi ki, Aişə təmizdir. Bax, Nur surəsi 10-25.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#69 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 13 July 2005 - 09:36 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Son gunler Spase telekanalinda chershenbe axshami "Gece homsohbeti"adli dini verilish numayish etdirilir.Ilk verilishine baxanda orada qonaqlarin ehli-shie oldugunu gordum.Sonuncu verilishde ise Ehli-Beyt adli musiqi qrupu(ALLAH onlara hidayet versin)qonaq idi.Movzu ise-Islam ve incesenet idi.Ve burada musiqi haqqinda damishildi.Onlarin demeyine gore musiqinin islamda boyuk rolu olub.Sozun duzu axira kimi baxmadim.Hovselem chatmadi.Ve shox isterdim ki, hemin verilishde siz qardashlar olardi. Inanin ki onda hemin verilish daha baximli olar.Bu yaxunlarda ANS-de Balans verilsihinde hicab haqqinda Yashar qardash danishdi.Verilish chox yaxshi gedirdi.Amma diger tarixchi ''mene bele gelir ki''prinsipinden chixish edrek verilishi tamam maraqsiz etdi.Sozun qisasi siz qardashlari devet etmirler?Ve ya siz istemirsiniz.Belke hansisa bir telekanal sizi devet etdi.Yeri gelmishken Spase-deki verilishin emailine bu barede yazmisham.ALLAH sizden razi olsun!
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
O verlişə bixi dəvət etməzlər. xüsusən də Spase tv müəyyən qüvvələrin təsiri altındadır. Bizim hələm tv-yə çıxmağımız indiki abu-havada münasib deyildir. Tv şirkətlər özləri də bizi ekrana çıxartmağa qorxurlar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#70 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 13 July 2005 - 10:04 AM

Bu ayelerin sherhini vere bilersen?:

" 2. Неужели люди полагают, что их оставят и не подвергнут искушению только за то, что они скажут: «Мы уверовали»?
3. Мы уже подвергли искушению тех, кто был до них. Аллах непременно узнает тех, которые говорят правду, и непременно узнает лжецов. "
el-Ankebut/2


Cavab:

Bu ayədə Allah təalə bildirir ki, insanlar yaradılıb başdı-başına tərk edilməyiblər. iman gətirmişik demələrinə baxmayaraq onlar imtahansız tərk olunmazlar. Imtahana çəkmək mütləqdir. Bu imtahan fağırlıq, övlad və s-lə olunar ki, hər kəsin ixlaslı və sadiq olmasını, yaxud münafiq və yalançı olmasını ortaya qoyaq. 3-cü ayədə bildirilir ki, bu Allah təalənin yoludur. Əvvəlki ümmətləri imtahana çəkdiyi kimi bu ümməti də imtahana çəkir.
Bu Allah təalənin adilliyindəndir.
Allah daha yaxşı bilir!


#71 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 13 July 2005 - 10:13 AM

Bir tuk kitabinda bu hedisi tapdim:

Nebi Sallallahu Aleyhi ve Sellem ise kabir azabını anlatırken şöyle der:
“..Kâfire -yahut münafığa- gelince, der ki: ‘Bilemiyorum; insanların söylediği şeyi ben de söyledim.’ Denilir ki: ‘Bilmez olaydın, okumaz olaydın.’ Sonra demir bir çekiçle iki kulağı arasına bir darbe indirilir. Öyle bir çığlık atar ki, bunu insanlar ve cinler dışındaki bütün varlıklar işitir.”
Buhârî: 1338.
Basha dushurem, bu munafiqlerdendi. Yani ele chixir ki insanin kelmeyi-shehadeti yalniz teleffuz etmekle, onu basha dushmeyerek ve yaxud inanmayaraq elese, musleman olmaz. Yani evvela gelek qalbi ile onu tesdiq etmelidir. Yani sen deyirsen ki insanin esas qelbidir. Duzdu? Raziyam!
Yaxshi. Bes onda neye gore mekkede yashayan qureysh ehlinin choxunu rasulallah mushrik kimi taniyirdi, axi onlarda deyirdiler ki biz Ibrahimin yolundayiq. Yani indiki zamana chevirsek, onlarda deyirdiler ki biz muselmaniq?



Cavab:

Sən düzgün müqayisə etmirsən baxmayaraq ki onlar Ibrahimin dinində idilər və bunu açıq deyirdilər. lakin onlar bizim Peyğəmbər (s.a.v.)-i qəbul etmirdilər. Amma indiki müsəlmanlar Peyğəmbər (s.a.v.)-i qəbul edirlər. sən qarışdırma. Birdə fikir verirəm ki, sən hədis gətirib özündən nəticələr çıxardırsan. Bilmirəm sənin elmi dərəcən nə dərəcədədir. sənin belə etmək üçün ixcazən var ya yox. Amma əslində hədisləri alimlərin təfsiri ilə başa düşmək lazımdır. Sələfin yolu budur. Bu hədisəd xalis münafiqlərdən gedir. Çünki münafiq zahirən müsəlman batinən isə kafirdir. Sən indiki müsəlmanları onlaramı müqayisə edirsən?
Allah daha yaxşı bilir!


#72 xadija_al-Ihsan

xadija_al-Ihsan
  • Guests

Posted 13 July 2005 - 12:33 PM

As salamu aleykum
Xristyan olkelerinde devet ucun hansi kitablari meslehet gorerdiz, ve bizde varmi o kitablar
ALLAH razi olsun
As salamu aleykum



Cavab:

Wa aleykum salam!
Əsas Əhməd Didatın kitabları və birdə məşhur alimlərin tövhidə aid kitabları. Bizdə onların tərcümələri olmalıdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#73 tawhid

tawhid

    Пользователь

  • Пользователи
  • Pip
  • 11 posts
  • Location:BAKI
  • Interests:RELIGIYA,EKONOMIKA.ASTRONOMIYA

Posted 13 July 2005 - 01:21 PM

Sheyx salam aleykum! Internede bir shey oxumusham isteyiem fikirivi bildiresen-bu melumat hemchnin gazetde de chap olunub:Ne geder dogrudur yazilanlar ve bele shey hegigeten bash verirmi Mekkede
Ваххабиты и риэлторы угрожают святыням Мекки
Важнейшие исторические здания в Мекке и Медине могут быть уничтожены из-за возведения новых гостиниц для паломников. Религиозные лидеры оказались солидарны со строителями: с точки зрения господствующего в Саудовской Аравии ваххабизма культовое отношение к достопримечательностям - серьезный грех, поэтому их нужно уничтожить, отмечает Aljazeera.
По оценкам Сами Ангави, эксперта по исламской архитектуре, за последние 50 лет было уничтожено не менее 300 объектов, имеющих историческое значение не только для мусульман, но и для мировой культуры. В частности, было разрушено здание первой школы, в которой учил сам пророк - Дар аль-Акрам.
Наибольшую угрозу для архитектурного наследия ислама представляют священнослужители и политики, следующие ваххабизму, официальной религиозной доктрине Саудовской Аравии. Ваххабизм, среди прочего, осуждает почитание святых и поклонение местам, связанным с их пребыванием. Такие формы религиозности могут привести к идолопоклонству, а затем и к многобожию. Истинным и единственным объектом поклонения должен быть только камень в храме Кааба.
"Мы физически уничтожаем собственную историю и превращаем наше наследие в легенду", - полагает Сами Ангави.
http://www.echo-az.c...03.shtml-burdan oxumusham
As salamu aleykum wa rahmatullahi wa barakatuhu



Cavab:

Wa aleykum salam!
Bu cəfəngiyatdan başqa bir şey deyil. Müəllif hər şeyi bir-birinə qarışdırıb. Ola bilər harasa dağılıb. Bu da müəyyən səbəblərə görə olsun. Şəhərlərin böyüməsinə, yaxud əqidə baxımından. Və ya bunların tarixi abidə sayılmırlar. Özüdə müəllif deyir ki, ibadət ancaq daşa olmalıdır. Bu böyük batil fikirdir. Qara daş kəbədə böyük rol oynamır. Görsənir ki, müəllif cahilin biridir. Çünki hadisələrə düzgün qiymət verməyib.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#74 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 13 July 2005 - 01:28 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Namazda Fatihe suresinden sonra 2-3 ve s.sure oxumaq olar?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Bəli olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#75 abdul_Vahhab

abdul_Vahhab
  • Guests

Posted 13 July 2005 - 02:19 PM

Assalamu aleykum.
1.Sheyx, qusl alandan sonra destemaz alinir, yoxsa yox? Cunki bele bir hedis eshitmishem ki, " qusuldan sonra destemaz alan bizden deyil".
Assalamu aleykum.



Cavab:

Wa aleykum salam!
Əgər qüsl cənabət qüslüdürsə dəstəmaz lazım deyi. Əgər qüsl başqa qüsldürsə məs, cümə, adi çimmək və s. bunlardan sonra dəstəmaz al.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#76 mezahir

mezahir
  • Guests

Posted 13 July 2005 - 02:23 PM

Size menim sualim o ola biler ki men bilmek isteyirem ki namazi neler batil edir ve neler batil etmir.Bu haqda mene cavab yazin



Cavab:

Wa aleykum salam!
Namaz iki halda batil olur.
1. Namazda edilməsi haram olunan əməlləri etmək.
2. Namazda vacib olan əməlləri tərk etdikdə.
Namazda haram olanlar bunlardır:
1. Yemək və içmək.
2. Namaza aid olmayan söhbət etmək və ya sözlər demək.
3. Qəsdən edilən çox hərəkət.
4. Namazda gülmək.

Kim namazın vacib və ya rükn olan əməllərini bilərəkdən tərk edərsə onun namazı batil olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#77 Ismail

Ismail
  • Guests

Posted 13 July 2005 - 03:53 PM

Assalamu Allaikum.
Sheyx size bir neche sualim var.
1) Heyzli gadin muxtelif dini materiallar oxuya biler. Meselen, Elmir Kuliyevin din haggda tercumelerini. Ancag orda Gurani Kerimden ayelerin tercumesi var?
2) Sheyx gece teheccud namazindan sonra sehere geder yatmag meslehet deyil? Chunki gardashlardan kimse mene demishdir ki, Peygamber (SAS) Aishe (RA) sehere geder yatmamagi meslehet gormush ve seherin achilmasinda bereketin olmasini demishdir?
3) Eger teheccudden sonra oyag galmag meslehetdirse gun chixana geder hansi zikrleri etmek meslehetdir?
4) Subh namazindan sonra Gurani Kerim oxumag olar?



Cavab:

Wa aleykum salam!
1. Bəli oxumaq olar.
2. yatmaq olar.
3. Sən sübh namazından sonra səhər zikrlərini etsən kifayətdir.
4. Günün hər bir saatında Quran oxumaq olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#78 abdul_Vahhab

abdul_Vahhab
  • Guests

Posted 13 July 2005 - 09:28 PM

Assalamu aleykum.
1. Sheyx, tesbihin bidet olmasina delil nedir?
2. Bu edisiu nece basha dushmek olar:"kimse meni qelbinde zikr ederse , men de onu qelbimde zikr ederem
3.Buraq atinin bashi necedir?



Cavab:

Wa aleykum salam!
1. Delil odur ki, Peyğəmbər (s.a.v.) və səhabəlrə ondan istifadə etməzdilər. Həmçinin İbn Məsud (r.a.) bir gün məscidə girir və görür ki bir kişi qarşısında iki çala qazıyıb və birində olan daşları digərinə doldurur və belə zikr edir. Ibn Məsud bunu görərkən həmin kişiyə bu əməli inkar edir və belə etməkdən qadağan edir.
2. Yəni kim məni xatırladarsa mən də onu xatırladaram.
3. Bəzi rəvayətlərdə gəlib ki insana bənzər idi.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#79 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 13 July 2005 - 09:36 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Bizim eradan evvel yashaynalrin aqibeti Qiyamet gunu nece olacaq?Onlar neye gore sorgu-sual olunacaq?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Hər bir ümmətə Peyğəmbər (s.a.v.) göndərilib və kimə dəvət çatmayıbsa Qiyamət günü Allah təalə onlar üçün imtahan edəcəkdir. Heç kəsə zülm olunmaz.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#80 AbdulMughnee

AbdulMughnee
  • Guests

Posted 13 July 2005 - 10:37 PM

assalam aleykum va rahmatullah va barakatahu. bir iki sualim var.
1) men neche ildi yatanda agzi uste yatiram ve hech cur bunu tergide bilmirem.. buna gore gunah qazanmiramki? yeni buna gore sorsu sual olunacam?
2)cahilin duasi qebuldurmu?
3) eshitdiyime gore hz Alinin 3 gunahi var, ve buna gorede peygember[sas[ a shikamet elemishdir insanlar.. bunlar hansilardir? bu haqqda xahish ederdim danishasiz..
ALlah sizlerden razi olsun.



Cavab:

Wa aleykum salam!
1. Çalış bu yatışdan çəkin. Yəni oyanərkən özünü sağ tərəf üzərində çevir və yat.
2. Ola bilər. xüsusən də məzlum olarsa.
3. Əli (r.a.) məsum, günahsız deyildir. Günahsız yalnız Peyğəmbərlərdir. Onun və digər səhabələrin bundan da çox günahları ola bilər. biz bunu saymamışıq. Lakin biz səhabələrin xətalarından danışmağı xoşlamırıq. Çünki Allah təalə onlardan, onlar da Allah təalədən razıdırlar. Allah təalə buyurur: "(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!" (9: 100) və s.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#81 Guest

Guest
  • Guests

Posted 14 July 2005 - 12:17 AM

Salam Alaikum..
Axi, Islam aleminde (sehabe, selef, tabiin ve s.) Elqameh (Alqamah) adli bir sexs varmi?
WasSalam..



Cavab:

Wa aleykum salam!
Bəli var. Lakin Alqama çoxdur. Sən yaxşı olar atasının da adını yazasan ki sənə dəqiq kim olduğunu deyim.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#82 Guest

Guest
  • Guests

Posted 14 July 2005 - 12:50 AM

Salam aleykum. Qardash, her ay bir niche (meselen,5) muselman evvelceden mueyyen olunmush ve eyni miqdarda pul ayirir. 1-ci ayda toplanmish hemen pulu 1-si goturur, 2-ci ayda 2-si, 3-cu ayda 3-su ve s. Burada duzgun olmayan nese varmi? Bir de kimin 1-ci, 2-ci.... oldugunu mueyyenleshdirmek uchun pushk atilir. Bu halda ve umumiyyetle pushk atmaq olarmi? Allah razi olsun. Salam aleykum.



Cavab:

Wa aleykum salam!
Sənin dediyin kimi etmək olar. Bu qumardan sayılmır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#83 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 14 July 2005 - 09:44 AM

Burada bele shey tapdim, http://www.abubakr-m...topic=169&st=15

"АсСалам Брат!
что ты можешь сказать о фетве от ибнБааза о том,что земля плоская?
вот её вариант на английском языке:
Title of the Book: "Evidence that the Earth is Standing Still."
Author: Sheikh Abdul Aziz Ben Baz.
Editor: Islamic University of Medina.
Year: 1395 AH
City: Medina, Saudi Arabia.
Page: 23.
"If the earth is rotating as they claim, the countries, the mountains, the trees, the rivers, and the oceans will have no bottom and the people will
see the eastern countries move to the west and the western countries move to the east."
"In The Name Of Allaah, The Most Merciful, The Bestower of Mercy."
"The earth is flat, and anyone who disputes this claim is an atheist
who deserves to be punished." [Muslim religious edict, 1993, Sheik
Abdel-Aziz Ibn Baaz, Supreme religious authority, Saudi Arabia]"
ВасСалам


Ответ:

Ва алейкум салам!
Я хочу сказать одну вещь. У алимов бывает так. В каком то вопросе основываясь на далил говорят что-то. Но это не означает, что он безгрешен. Так было у великих ученых, как Абу Ханифа (р.), Шафии (р.). Я проверю это, и потом, иншаАллах отвечу тебе.
Аллах знает лучше!
Алейкум салам!"

Bilmek isteyirem, hele yoxlamamsan bunu?


Cavab:

Mən buna baxıb cavab vermişdim. Ibn Bazz belə fətva verməyib. Bu səhih deyil.
Allah daha yaxşı bilir!


#84 xadija_al-Ihsan

xadija_al-Ihsan
  • Guests

Posted 14 July 2005 - 02:21 PM

as salamu aleykum
Xahish edirem Vitr namazi barede melumat veresiz. Yani, nece qilmaq, hansi sureleri oxumaq, qunut lazimdir ya yox, namazdan sonra hansi duani demek,
1 ruket qilmaq olarmi ve s...
ALLAX razi olsun
as salamu aleykum



Cavab:

Wa aleykum salam!
Necəliyi adi namaz kimidir. Onun vaxtı işadan sübhə qədərdir. Rükət sayları tək saydadır. 1-dən 11-ə qədərdir. Sən adi namaz kimi iki rükət qıla bilərsən sonra əlavə bir rükət. Amma oxunan surələri isə birinci rükətdə Alə surəsi, ikincidə kafirun, üçüncüdə isə ixlas. Başqa istədiyin surələri də oxuya bilərsən. Qunut isə lazım deyildir. Müəyyən bir dua gəlməyib.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#85 Guest

Guest
  • Guests

Posted 14 July 2005 - 06:59 PM

asslamau aleykum
Koran - chto oznachaet?
salam aleykum


Ответ:

Ва алейкум салам!
Коран из глагола qaraa (читать). Означает собрать, суммировать. ТО есть Коран представляет сбор букв и слов Аллаха.
Аллах знает лучше!
Салам алейкум!


#86 abdul_Vahhab

abdul_Vahhab
  • Guests

Posted 14 July 2005 - 08:10 PM

Assalamu aleykum.
1. Sheyx, men o defe size bidaat haqqinda sual verende, siz dedizki, bidaatin novleri var. Eger bidaatin novleri varsa mes: hansilardir? Cunki Peyqamber (s.a.s) dedi ki, en pis emel yenilik(dinde), yenilik bidaat, bidaat zelalet, zalelet de oddur(alovdur).
2. Bir de ki, oluye Qur"an oxumaq barede size sual verende dedizki, delil odur ki, delil yoxdur. Bunu nece basha dushmek olar.Cunki men dedim ki, Sheyxul-Islam® caiz gorur.
Assalamu aleykum.



Cavab:

Wa aleykum salam!
1. Bİdətin növləri deyəndə mən demək istəmirəm ki yaxşısı və pisi. Mənim demək istədiyim növlər küfr olan bidətlər və küfr olmayan bidətlər. Mən bunu demək istəyirəm.
2. İbn Teymiyyə dəlil deyildir. Dəlil Quran, sünnə və icma sayıla bilər. Bu barədə isə səhih bir şey yoxdur. Amma Ibn Teymiyyənin rəyi bir rəydir və ictihaddır. Bu dəlil sayılmır. Çünki cümhur alimlər bunu qadağan ediblər.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#87 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 15 July 2005 - 07:45 AM

Bu mesele ne yerde qaldi?

beyan Дата May 16 2004, 07:32 PM
Unregistered
Salam aleykum sheyx men kechen defe sene coca -cola haqqinda sual vermishdim sen cavab verdin ki, bu barede alimlerin fetvasi olmadigina gore bu bosh sohbetdir. Ancaq mence burda alimlerin fetvasina ehtiyac yoxdur. Orada le Muhammed, le -mekke( Muhammed yoxdur, mekke yoxdur) yazisi aciq aydin gozle gorunur. Alimlerden birinin ise bu haqda fetvasini men artiq tapmisham. Yusuf Kardavi( onun bezi zeif hedislerle fetva vermesi hele o demek deyilki biz onun butun fetvalarini kenara atmaliyiq . Her bir alim xeta ede biler) el cezire televiziyasi ile butun dunyaya yayimlanan cume xutbesinde bu barede danishmishdir.
Elbettde sen deye bilersen bu sohbeti ixvanlar yayib . Bunu kimin yaymasinin dexli yoxdur. Esas odur ki, orada muselmanlari tehqir eden yazilar goz qabagindadir. Ve iman getirenler uchun bu kifayetdir.
O ki, qaldi bu yazinin muellifleri olan yehudilere resullari inkar etmek, onlari oldurmek onlarin tarixen etdiyi sheylerdir ki, bu haqda Allah( svt) qurani - kerimde bir chox yerlerde melumat vermishdir.
Bu cur ele salma metodlarindan onlar tekce muselmanlara qarshi deyil, xristiyanlara qarshi da istifade etmishdirler. Meselen: bir vaxtlar seudiyye erebistaninda satilmish idman ayaqqabilarinin altinda le ilehe illallah yazildiglari kimi butun dunyada exlaqsiz qadin kimi taninan qadina madonna( bununla onlar isa(as)in anasini qesd edirler) adini vermekle xristiyanlari tehqir etmishdirler. Bu qadin hetta kliplerinin birinde xristianlarin muqeddes saydiqlari xaci ayaqlari arasinda oynatmaqdan bele chekinmemishdir. ( pis zenn etmeyin men hech de kliplere baxmiram) bu yehudilerin bashqa dinleri ele salmaq ucun istifade etdikleri metoddur.

Cavab:

Wa aleykum salam!
Sen yene chox qeribe danishirsan. “Mence” deme! Chunki senin fikrive chox shey gele biler. Alimler demeyibse, demeli hele eybi yoxdur. Kardavi ise moteber alim deyil. Ve qeribedir ki, sen ona uzr axtarirsan. Amma bashqa muselmanlari balaca xeta ile kafir sayirsiniz. O dediyi xetalari birimiz deseydik, choxdan ona kafir demishdiniz, baxmayaraq ki, xetasiz da deyirsiniz. Onun achiq aydin Kitab ve Sunneye muxalif fitvalarina sen goz yumursan. Hech bir alim Coca Colanin qadagan olunmasi fetvasini vermeyib. Ola biuler ki, nese neyese oxshasin. Eger her sheye bele yanashsaq chox shey tapmaq olar. Sen eziyyetini Coca Colanin haram olmasini yayamaga yox, tovhidi yaymaga serf et.
Allah daha yaxshi bilir!
Salam aleykum!



Cavab:

Mən sələf alimlərindən bu barədə heç nə eşitməmişəm. Xüsusən də şeyx Fovzandan bu barədə soruşdular və o dedi ki, içmək olar. Fəqət bunu Qardavi kimi bəzi ixvan meyilli adamlar deyirlər. onlar da siyasi hərəkat olduqlarına görə bunu siyasi cəhətdən irəli sürürlər.
Allah daha yaxşı bilir!



#88 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 15 July 2005 - 08:38 AM


Men kafir olmaqdan qorxuram. Ve hech kim mene deye bilmez, ki qorxma sen eyer kelmeyi-shehadeti deyirsense onda inshallah muslimsen, ona gore ki sen halala haram demirsen ve eksine. Eyer men lailahaillallah deyiremse, ve bununla beraber (Allahdan uzr isteyirem) qurani taptalayiramsa bile-bile ki Qurandi, ve bunu etmek olmaz, mene sen kafir deye bilersen? Yox? Axi men leilahaillallah deyirem. Esas menim eqidemdi. Men rasulallaha inaniram. Men qurani taptalamaghi duzgun hesab etmirem, yani men bunu aqidemde qebul etmirem. Sadece kefim bele istedi, goturdum taptaladim. Yani menim bu EMELIM meni islamdan chixara biler?




Cavab:

Hamı kafir olmaqdan, küfrə və şirkə düşməkdən, bidət və zəlalətə qapanmaqdan qorxur. Görsənir ki, sən hələ küfrün nə olduğunu başa düşməmisən. Bilginən ki, küfr iki növdür. İslamdan çıxaran və islamdan çıxarmayan.
Birinci növ küfrə misal, Allahı və ya Onun rəsulunu söymək, Quranı ayaq altına atmaq. Bunlar küfrdür və islamdan çıxarır. Bunlar üçün şərtlər tətbiq olunmur. Yəni, şərtlərdən hüccət qaldırmaq.
Ikinci növ küfrə misal, Allahdan qeyrisinə and içmək, müsəlmanı öldürmək, halal etmədən Allahın hökmü ilə hökm verməmək, araq içmək, zina etmək. Bunlar islamdan çıxarmayan küfrlərdir. Bunlar böyük günahlardan sayılır.ikinci növdə dindən çıxa bilər. lakin bir şərtlə, şərtləri tətbiq edəndən sonra halal görsə onda kafir olur. Mən sənə yenə də məsləhət edirəm sən hələ bundan danışırsan. Sən bu məsələyə pillələrlə yaxınlaş.
Allah daha yaxşı bilir!



#89 dr_ruslan

dr_ruslan

    Пользователь

  • Пользователи
  • Pip
  • 140 posts

Posted 15 July 2005 - 11:29 AM

1.Demeli ele chixir ki 7 shertlerden biri olmasa o musliman qala biler. He?
2.Umumen, isanlarin konstitusiyalarina tabe olmaq kufrdur yoxsa yox?
3.Yani burada demek isteyirsen ki insan bilmeyerek shirk edirse o mushrik deyil. Bes onda kelmeyi-shahadetin 7 shertlerinden 1-cisi ne demekdir? Onu basha sal xahish edirem.
5.Deyirsen ki ola bilmez ki onlar duz desinler ve onlara ad goysunlar. Bu nese bir teze sheydir. Yene deyirsen: "Не может быть, тчо они говорять про правильный тауихид и на них косо смотрят.". Onda yaqin Mehemmed peyghember, Nuh, Isa, Ibn abdulWahhab, Ibn Teymiya ve s. duzgun tovhidden danishmirdilar ki onlara yalanchi deyirdiler, turmeye basirdilar, oldururduler, ishgenceler verirdiler...
Menim sozlerimi duzgun basha dush. Men burada hech kimi gunahlandirmiram. Demirem duzdu ve ya duz deyil. Men basha dushmek isteyirem. Men chox insanlarla sohbet eleyirem. Biri xristianlighi terifleyir, o birisi yahudiliyi, bashqasi shiyeliyi, 4-cu ne bilim neyi, sende deyirsen ki sen duz yoldasan, seleflerin yolunda. Onda suallarimi basha sal. Aydinliq ver.



Cavab:

1. Bəli, nəinki biri hətta bir neçəsi olmasa müsəlman qala bilər. xüsusən də cahil olarsa. Çünki sən onu islamdan çıxarmaq üçün ona şərtləri tətbiq etməlisən. Birbaşa təkfir etmə. Sənin hələ bu məsələdə savadın yoxdur.
2. Konstitisuyaya tabe olmaq baxır hansı qaydalara. O qaydalar ki, şəriətə zidd deyil onlara tabe olmaq vacibdir. Amma o qanunlar ki, şəriətə ziddir o qanunlara tabe olma. Bacardığın qədər çəkin. Əgər görsən ki, mümkün deyil onda Allah təalə zərurətdə donuz ətini yeməyi də halal edib. Bilginən ki, Allahın hökmü ilə hökm verməmək küfr deyil, ta onu halal görənə qədər. bunu bütün sələfilər deyiblər.
3. Əməl ola bilər şirk olsun. Lakin əməl sahibi şərtlər ona tətbiq olunmayana qədər müşrik olmaz. Heç kəs ona əsl mömin demir. O asidir və əməli də şirkdir. Lakin hələ islam dairəsindən çıxmayıb. Sözlə həmin sözü deyəni ayır. Məhəmməd Ibn Abdulvahhab deyir: Bədəvi və Əbdülqadir Ceylaninin qəbir bütləri qarşısında dayanıb ona ibadət edənə kafir demirəm. Çünki onlar kafirdirlər və mən onların cahilliklərinə görə bunu demirəm. (Əd-Durarus-səniyyə: 1\ 104). Sən ehtimalla təkfir etmə. İbn Teymiyyə deyir: ehtimal ilə təkfir olunmaz. əməl birbaşa insanın kafir olmasına dəlil deyil. Məs, Peyğəmbər (s.a.v.) buyurub: "Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür". Allah təalə isə buyurur: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!" (49: 9).bu ayədən görsəndiyi kimi, bir birinə qarşı döyüşən iki mömin tayfanı Allah təalə mömin sayır. Mən sənə məsləhət görürəm hələm belə məsələlərə girişmə bu sənlik deyil.
4. Yazılarından görsənir ki, sən haqqı axtarmırsan. Mən vaxtımı sərf edib sənə cavablar verirəm. Lakin sən hələ fırladırsan. Sənin əslən mövqen düzgün deyil. Sənin mövqen təkfirçi mövqeyidir. Problem buradadır ki, sən deyilənləri qəbul etmirsən. Sən Allaha dua et ki, Ya Rəbbi mənə haqqı göstər. sən dördüncü sualda hər şeyi bir birinə qarışdırdın. Birdə çalış sualları qısa ver. Eyb etməz sən qəbul etməsən də yaxşıdır ki, qoy digər qardaşlar təkfir camaatının fikirlərini görsünlər və onlara cavab verməyin yolunu öyrənsinlər. Lakin yenə də qısa yaz. Köhnə sualları göstərmək lazım deyil.
Allah daha yaxşı bilir!



#90 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 16 July 2005 - 09:00 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
www.islamhouse.com saytindan faydalanmaq olar?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Bu saytdan ümumən faydalanmaq olar. Lakin yenə də zəmanət verilmir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#91 abdul_Vahhab

abdul_Vahhab
  • Guests

Posted 16 July 2005 - 01:01 PM

Assalamu aleykum
1. Sheyx, duadan sonra ellerin uze cekilmesine aid olan hedisler sehihdir, yoxsa yox? Çünki bəziləri Əbu-Davudun® İbni-Abasa(r.a),Tirmizinin® isə Omərə(ra) istinadən verdiyi hedisi dəlil gətirtirlər.
Assalamu aleykum



Cavab:

Wa aleykum salam!
Bu hədislər zəifdir və əgər səhih olsaydı biz birinci edərdik.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#92 saffat

saffat
  • Guests

Posted 16 July 2005 - 05:18 PM

assalamu aleykum,dukanlarda halal yazilmis etleri almaq olar?



Cavab:

Wa aleykum salam!
Halal yazılıbsa almaq olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#93 Davud

Davud
  • Guests

Posted 16 July 2005 - 05:39 PM

As-Salamu Aleukum.
1.Nece oldu secdegaha cism elave olundu (mohur)?
2. Peygember (s.a.s) bir cur namaz gildigi halda nece oldu namazda (zamanla) hereketlerde boyuk fergler emele geldi? Meselen; Eli acig ve ya eli bagli.
Allah razi olsun!!!



Cavab:

Wa aleykum salam!
1. Möhür səfəvilərin vaxtında şah Təhmasibin ətrafında olan Məhəmməd Kərki adlı bir alim tərəfindən icad edilir. Burada məqsəd digərlərindən seçilmək idi. Bu, yəni fərqlənmək, səfəvilərin əsas siyasətlərindən biri idi.
2. Bunlar hamısı tarix boyu xilafətin dəyişmələri və onların yürütdükləri müxtəlif siyasətlərindən irəli gəlib.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#94 Guest

Guest
  • Guests

Posted 16 July 2005 - 11:04 PM

Salam aleykum. Sheyx, bu mesh meselesini men basha dushe bilmirem. Yani ki meshi ayagin hansi hissesine chekirler, nice chekirler ve niche defe chekirler.Salam aleykum.



Cavab:

Wa aleykum salam!
Dəstəmaz zamanı ayağa məsh çəkə bilərsən. Lakin bir şərtlə ki, həmin ayaqda xoff və ya corab olsun və həmin corabı və ya xoffu əvvəlcədən dəstəmazlı geyinməlisən. Xoff: yəni dəridən tikilmiş coraba bənzər. əgər bu şərtlər varsa onda ayağın üzərinə məsh çəkə bilərsən. Məshi ayağın üst tərəfinə və ovucun içi ilə çəkirsən. Daha ayağın altına məsh çəkilmir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#95 Guest

Guest
  • Guests

Posted 16 July 2005 - 11:08 PM

Salam aleykum. Sheyx, bu tekfir ve hicret camaati var, biz onlara nice munasibet beslemeliyik. Muselmana beslediyimiz munasibeti ya bashqa cur? Onlara salam vermek ve salamlarini almaq duzgundur? Bes onlarin yolu ile gedenler ve indi Azerbaycanda genish yayilmish olanlara nice ? Salam aleykum.



Cavab:

Wa aleykum salam!
Çalış onlara salma vermə. Çünki onlar şeytanın dostlarıdır. Necə ki şeyx İbn Bəzz bunu deyir. Çünki dünyada gedən hadisələrə fikir versən görərsən ki, dünya müsəlmanlarına ən böyük ziyan vuran onlardır.
Onlar geniş yayılmayıblar. Fəqət şeytan bir qismini öz toruna salıb.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#96 Guest

Guest
  • Guests

Posted 17 July 2005 - 12:20 AM

Как вы объясните что ритуал совершенного вами намаза действительно схож с тем намазом который совершал пророк (с.а.а.с.)?


Ответ:

Ва алейкум салам!
Это можно доказать только достоверными хадисами. А эти хадисы переданы нам от сахабов пророка (с.а.в.). Между пророком (с.а.в) и передавшим нам эти хадисы всего 3 человека. И эти хадисы в книгах Бухари и Муслима.
Аллах знает лучше!
Алейкум салам!


#97 Davud

Davud
  • Guests

Posted 17 July 2005 - 09:55 AM

Salam Aleykum
Musigi barede.
1.Jackson, Michael yeni Allah adli single buraxib. Bu parcada hec bir musigi aleti istifade olunmayib ve Michael bu dualari yalniz oz sesiyle oxuyur. Bu muselman aleminde tarixe yazilacag bir weydir. Mumkunse deyin- Bu cur weyler dinlemek olar?
Allah razi olsun!!



Cavab:

Wa aleykum salam!
Bu cür məsələlər düzgün deyil və bundan çəkinin.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#98 saffat

saffat
  • Guests

Posted 17 July 2005 - 10:20 AM

assalamu aleykum.1.yolda tapilmis pulun hokmu nedir?2.islamda kim varli sayilir?3.islami qebul eden ne ucun iki sahid tutmalidir?4.ekstrasensura ve hipnoza nece baxirsiniz?5.bodibildinqle mesgul olmaq olar?



Cavab:

Wa aleykum salam!
1. Təbii ki, ilk olaraq onun yiyəsini axtar, əgər tapmasan onda bir il saxla və bu müddətdə də tapmasan onda ehtiyacın olan qədər götür və qalanını sədəqə ver.
2. islamda valı sayılanlar bir neçə baxımdan, din, mal, namus və s. lakin ümumən kim haqq yoldadırsa o varlı sayılır.
3. İslamı qəbul edərkən iki şahid tutmaq şərt deyil. Lakin ola bilsin müəyyən qurum olanda bunu təsdiqləmək üçün etsinlər.
4. Bunlardan çəkinmək lazımdır. Çünki bunlar islamla düz gəlmir.
5. Çox şişirtmək olmaz. Xüsusən də bunda riya ehtimalı daha çoxdur.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#99 oxucu

oxucu
  • Guests

Posted 17 July 2005 - 11:48 AM

salam,size bir necesualim var. 1.hacet veistixare namazi nedir?2.quran vetesbehle istixare necedir?3.hedislerde buyrulmusemelleri yerineyetirmek vacibdir?4.quslun qaydalari quranda yazilibmi?5.keffare orucunun qaydalari quranda yazilibmi?8.dinozavrlar movcudolubmu?



Cavab:

Wa aleykum salam!
1. İstixarə yəni hər hansı bir işi görmək istəyirsən və bunun xeyirli tərəfini bilmədikdə Allahdan daha xeyirlisini istəmək üçün qılınan namazdır. Bunların hər ikisi, istixarə və hacət, eynidir.
2. Quranla təsbehlə istixarə olmaz. Belə etmək bidətdir.
3. baxır hansı məsələlərdir. Əgər əmrlərdirsə vacibdir. Ola bilsin bəzi məsələlər müstəhəbdir. Yenə də baxılır hədisdə deyilən əmrə və məsələyə.
4. Xeyr, quranda yazılmayıb, lakin quranı açıqlayan sünnədə yazılıb. Quran çox şeyi açıqlamayıb və bunu Peyğəmbər (s.a.v.)-ə həvalə edib. Allah təalə buyurur: "Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!" (16: 44) "Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!" (16: 64).
5. Bəli. Allah təalə buyurur: "Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!" (58: 4). Allah təalə buyurur: "Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!" (5: 89). Və s.
6. Bəli, ola bilər. çünki əvvəllər nəinki heyvanlar hətta insanlar da böyük olublar. Peyğəmbər (s.a.v.) deyib ki, insanlar ged-gedə cılızlaşırlar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#100 NIZAMI

NIZAMI
  • Guests

Posted 17 July 2005 - 12:00 PM

Salam aleykum.boynunda qul haqqi olan sexs evezinde sedeqe verse,ve ya namaz qilib savabini ona hediyye etse,ve ya ona xeyir dualar etse qul haqqini odemis sayila bilermi?



Cavab:

Wa aleykum salam!
Birinci halallıq almaq lazımdır. Ala bilməsən onda edə bilərsən.
Allah daha yaxşı bilir!
Salam aleykum!






0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users