
01 августа 2005 года
#101
dr_eldaniz
Posted 17 July 2005 - 12:25 PM
Qardash,elhemdulilah ki ALLAH mene hidayet verenden sonra chalishiram ki ,insanlari hidayete devet edim.Tebii ki hidayeti veren ALLAHdir.Insanlarla muxtelif movzularda sohbet esnasinda suallar yaranir.Bildiyime cavab verirem, bilmediyimi ise sizden ve sizin kimi qardashlardan oynerirem.ALLAH sizden razi olsun!
.Bu yaxinlarda bir nefer mene er-arvad munasibetleri haqqinda dinde neyin haram olub-olmadigi baresinde sorushdu.Hemin insani daha chox cinsi munasibetler maraqlandirirdi.Ve bunu da bildirdi ki, tutaq ki men arvadima yarashdira bilmediyim her hansi seks novu(meselen oral,anal)ile bashqa qadinla olmagi ustun tuturam.Men ona anal cinsi elaqenin haram oldugunu dedim. Menimle razilahmadi.Bele halda men ona zina etdiyini bildirdim. Bunun cezasinin agir oldugun onun nezerien chatdirdim. Reaksiyasi ise chox sert oldu.Ona basha saldim ki,heyz ve nifas vaxti cinsi elaqe istisna olmaqla qadin eri ile istediyini ede biler.Bu barede sizin fikrinizi bilmek isterdim.Bu barede elimde delil olmadigi uchun ona subut ede bilmedim. Bilirem ki, evvelki forumlarda bu barede suallar verilib.xahish edirem bir daha aydinliq getirerdiniz.
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Cavab:
Wa aleykum salam!
Qadağan edilən yaxınlıq qadının arxa cinsi orqanından yaxınlıq etmək olmaz. Amma aral seks isə alimlər deyirlər ki, məkruhdur. Amma haram deyildir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#102
mumina_
Posted 17 July 2005 - 12:41 PM
1)Keçən dəfə sizə sual verəndə ki, namazı nə vaxt tərk etmək olar,ömürlük nəzərdə tutmurdum. Məsələn bunu demək istəyirdim telefon zəng çalanda, ya da nəsə dəhşətli hadisə vaxtı və s. nə vaxt olar.Yəni namazdan çıxmaq.
2)Rukuda səcdədə deyilən “subbuhun quddusurrabbul mələikəti vərruh” zikrini desəm səhv səcdəsi etməliyəm?ümumiyyətlə mən səhv səcdəsini nə vaxt etməli olduğumu hardan öyrənə bilərəm.Çünki bilməməyim mənim üçün problemlər əmələ gətirir. Yəni məsələn hər cür xırdalığın yazıldığı kitab var ya da nəsə?
Allah razı olsun.Wassalamu aleykum wa rahmatullah.
Cavab:
Wa aleykum salam!
1. namazdan yalnız təhlükəli halda çıxmaq olar. Zəlzələ, yanğın və s. amma telefon zənginə görə yox. Nafilədə isə bəzi alimlər deyiblər ki, valideyn çağırırsa çıxmaq olar.
2. Biz bu haqda internetdə məlumat yerləşdirmişik. Sən saytın ana səhifəsində dinin əsasları bölümünə daxil ol və oradan bu haqda öyrən.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#103
Guest
Posted 17 July 2005 - 01:33 PM
Cavab:
Wa aleykum salam!
İslam Peyğəmbərini (s.a.v.) təhqir etmək küfrdür. Deyən şəxs də kafir sayılır. Şərtsiz maneəsiz. Lakin onu cəzalandırmaq isə hakimin işidir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#104
Guest
Posted 17 July 2005 - 09:01 PM
Mesjidde Ramin qardasin derslerinde "Taharet" bolmesinde heyzden danisilarken, heyzli ola-ola mesjidde oturmagin qadagan olmasi haqqinda hec bir delilin olmadigi deildi. Bajilar buna esaslanaraq, heyzli halda mesjidde otururlar. Eger bu halin qadagan olmasina dair dalil varsa, Allah rizasi ucun getirin, ki, aydin olsun, yoxsa aramizda "filan elmli qardas bele deir" deye ixtilaf dusur.JazakAllahu Hairan.
Fi amani Allah.
WasSalamu alaikum
Cavab:
Wa aleykum salam!
Birinci bu fiqhi məsələdir. belə bir rəy də vardır. Lakin qadın belə halda məscidə gəlməsə daha yaxşıdır. Məs, dəlillərdən Peyğəmbər (s.a.v.) Aişəyə (r.a.) deyir ki, məsciddən məsciddən mənə əskini ver. O deyir ki, bəs mən heyzliyəm. Peyğəmbər (s.a.v.) deyir: heyzin sənin əlində deyil ki.
Bu hədis dəlildir ki, Aişə (r.a.) heyzli vaxtı məscidə daxil olmağın qadağan olduğunu bilirdi. Belə şeylərə görə ixtilaf etməyin. Bu fiqhi məsələdir. ola bilər hansısa məsələdə ixtilaf olsun amma bu soyuqluğa səbəb olmamalıdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#105
Guest
Posted 17 July 2005 - 09:05 PM
Mene Quran oxumaq barede nesihetler elein, Allah rizasi ucun.
Jazak Allahu Hairan.
WasSalamu alaikum
Cavab:
Wa aleykum salam!
Quran oxumağın fəzilətləri çoxdur. Çalış nəfsinlə cihad et heç olmasa gün ərzində Quran oxumaq üçün 15-20 dəqiqə vaxt ayır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#106
Guest
Posted 17 July 2005 - 09:24 PM
1 baji var, dediyine gore Islama gelmesine sebeb gujlu isiq, ardinja ise bezi sheylerin gosterilmesi olub. Sonradan Qurani oxuyanda bilib ki, ona gosterilen ayat-al-Kursidir. Kifaet qeder elmi yoxdur, amma Allaha semimi qelbden baglidir. 1 nece defe Quran ayelerini oz bashindan, elmsiz tefsir eleyende onu dayandirmisam. O ise injiyerek, deir ki, Allah ona ayat-al-Kursini acib gosteren kimi bu ayeleri de acib gosterir. Odur ki, bele tefsir elemeinde hec 1 qebahet yoxdur. Davranislari ve gozlerindeki isiq qeribedir, Allahu Aleem, menje bajinin icinde jinn war, onu zalaleta salan da ele hemin bu maxluqdur. Bunu ona demeliemmi, demesem bajinin haqqi ustumde qalajaq?
Eweljeden cox sag olun.
WasSalam
Cavab:
Wa aleykum salam!
Quranı elmsiz öz rəyi ilə təfsir etmək yaxşı əlamət deyil. Bu təhlükəli əməllərdəndir. Sən ona nəsihət et ki, elm öyrənsin. Dərslərdə iştirak etsin. Amma cin olmağı isə bilinmir. Sənin ona bu haqda deməyə ehtiyac yoxdur.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#107
Guest
Posted 17 July 2005 - 10:27 PM
Cavab:
Wa aleykum salam!
Bəli, düzdür müsəlmanı öldürmək küfrdür. Lakin bir şərt ilə ki, müsəlmanı öldürməyi qəlbi və etiqadı ilə halal görərsə. Amma sadəcə əməli isə onun kafir olmasına dəli deyil. Allah təalə buyurur: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!" (49: 9).
Bu ayədə göstərilir ki, onların bir-birlərinə qarşı döyüşmələrinə baxmayaraq onları kafir adlandırmır. Hüseyni öldürənlər isə onu oraya çağıranlardır. Yəni, kufə əhli.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#108
Abdurrahman ibn Yusif
Posted 18 July 2005 - 09:24 AM
Şeyx, foto apparat la şəkil cəkmək olar yoxsa yox? Şeyx Yusuf Kardavinin kidabinda (Hala və Haram musulmanin hayatinda) deyilir ki bu haram deyil. Bu haqqda islamda nə deyilir və məlumata görə mən hansı kitaba muracıyət edə bilərəm.
Allah razi olsun
Salam Alleykum
Cavab:
Wa aleykum salam!
Qardavi ixvandır və onun əqidəsi əşari təriqətdə isə sufidir. Sələfi belə müəlliflərin kitablarını oxumamalıdır. Şəkil isə haramdır fəqət zərurətdə ola bilər. o da müəyyən sənədlər üçün. Bu barədə sən hədislərə müraciət edə bilərsən.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#109
Posted 18 July 2005 - 09:43 AM
bismilleh
Bildiyimize gore Tevhidin ilk sherti elmdir, yeni ilk once tevhidin ne oldugunu ve Islamin insani neye chagirdigini bilmekdir.buna delil olaraq
Fe'alem ennehu le ilehe illellah'dir( Muhammed,9) bu delil olaraq yeter hele bashqa delilleri demirem.
Bunun eksi de yeni Tevhidin esasini bilmeyen muselman deyil.Bu meselede de alimler icma edibler ve onlarla delil getirmek olar bildiyiniz kimi.
VE BU UMMETIN EVVELI DE TEVHID UZERE BIRLESHMISHLER ve buna gore de Allah onlara izzet vermish ve onlari bu dunyada ustun tutmush ve axiretde de cennetin en gozel yerleri onlarindir.
Amma bu gun bizim mescidde 10 neferden ikisi tevhidin ruknleri ve tevhidin shertleri kimi sade ve esas meseleleri bilmir.Inanin ki, mene ilk defe deyilende men buna inanmadim amma ozum tanidiqlarima bu suallari verende onlarin bu meselelerde hele cahil olduqlarini ashkar etdim.Hetta Adil qardash dersde Tevhidin ruknlari, shertleri nedir deyende hami sanki bu sual teze sualdir kimi baxirdi ve vallahi ki bunlar faktdir.
Bunun sebebi nedir?
Belke bu sehv devetin neticesidir? Bele oldigu halda da izzetin gelmeyeceyine emin olmaq lazimdir.Nece ki , men yuxarida qeyd etdim.
Amma xevaric ve ixvan deyib tevhide chagiranlara ten olunur ve lag edilir.duzdur men raziyam bunlarin arasinda meseleni shishirdib ifrata varanlar da var. Amma yaxshi olmazdimi ki, muselman olaraqdan vaxtimizi bele sheylere serf etmekdense tevhidin esasina dair( hech olmasa) olan dersler ve xutbeler artirilsin. Hem bu esaslari bilmeyen ve ozunu muselman adlandiranlar iman getirsin hem de ifrata varnlarin bu hereketleri muselmanlara beyan olsun. Chunki muselman heqiqetleri elme dayali olaraq bilmelidir ki, shubhe ve tereddude dushmesin.
Bir de elm ehli arasinda Tevhidi bilmediyi halda Le ilehe illellahi deyene fayda vereceyini deyenler var?
Oldu suallarimi delile dayali olaraq cavablanmasini isteyirem.
Allah bizleri haqqi haqq kimi gorub onu qebul edenlerden ve batili batil kimi gorub ondan chekinenlerden etsin.Amin!!!
Muselmanlarin arasina fitne salana ve Tevhid meselelerinde batili haqq kimi gosterenlere Allahin ve butun mexluqatin leneti olsun. Amin!!!
assalamu aleykum wa rahmatullah
Cavab:
Wa aleykum salam!
Məsciddə bir neçə nəfərin hansısa şərtləri dalbadal bilməmələri o demək deyil ki, məsciddə təlimlər az olur. Məsciddə daima tövhid dərsləri gedir. Artıq kifayət qədər güclü elmli qardaşlar çıxıblar. Ona görə də məscidin əleyhinə belə fikir tutmaq olmaz. Xəvariclərə tövhidi dediklərinə görə tənə olunmur. Onlara rədd olunan məsələlər tövhiddən istədikləri kimi öz maraqlarına görə istifadə etmələridir. Sənə bir misal verim. Məs, tağutdan danışanda baxmayaraq tağutun növləri çoxdur onlar daima tağutu hakimə aid edirlər. həmçinin danışıqları ancaq küfr və hakimiyyət söhbətələridir. Mən sənə sual verirərm məyər tövhid elə budur? Sələf tövhiddə bundan başlamayıblar. Mən sənə deyirəm. Onlar bu yolu tutmaqda guya ki, inqilab edib islam dövləti qurmaq istəyirlər. lakin onların dəvətin əvvəlində gətirdikləri məsələlər. Məs, tağut, hakimiyyə, Allah hökmü, küfr diyarı, cahilliyin üzr olmaması, böyük günah sahiblərinə kafir demələri, küfrün şərtlərini tətbiq etmədən ümumən və ya xüsusən insanlara hökm vermələri, Maidə 44-cü ayəni xəvariclərin təfsiri ilə təfsir etmələri. Yəni, halal görmək şərtini qoymamaları. Bunlar hamısı xəvariclərin əqidəsidir. Bu cür yol tutmaq və daima bunlardan danışmaq xəvariclərin yoludur. Onlar özləri tövhiddə cahildirlər. çünki kimləri ki görmüşəm ondan küfrün nə olduğunu və onun şərtlərini soruşmuşam, o isə mənə düzgün cavab verə bilməyib.
Məsciddə dərslər gedir. əlhəmdulilləh bu böyük fayda verir. Sən narahat olma bil ki, tövhid bir dənə şer kimi yeddi şərti əzbərləməklə deyil. əsas o şərtləri həyata keçirməkdir.
Xəvariclər özləri bamxayaraq ən birinci şərt elmdi onlar elmdən uzaqdırlar. Özləri birinci şərtə xilaf çıxırlar. Mən bilirəm bəziləri məscidə qarşı mənfi fikir formalaşdırmaq istəyirlər. lakin bu qəlbin xarablığını göstərir. Amma cahilliyin üzr olması isə bəli üzrdür. Çox hallarda üzr ola bilər. Xüsusən də elmin və elm əhlinin olmadığı yerlər və vaxtlarda. Bunu şeyxul İslam, Məhəmməd, Şafii və qeyri alimlər deyirlər. hətta misal belə çəkirlər. Məhəmməd deyir: kim Ceylani adlı övliyanın qəbri ətrafında təvaf eidirsə o kafir deyil.
Amma o ki qaldı
Allah daha yaxşı bilir!
Salam aleykum!
#110
Z.binti T.
Posted 18 July 2005 - 11:41 AM
Allah razi olsun
Cavab:
Wa aleykum salam!
Hikmətini bilmirəm. Birdə bu rəvayəti harada oxumusansa qeyd et və mən baxım deyim görək olub yoxsa yox.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#111
dr_ruslan
Posted 18 July 2005 - 02:46 PM
Цитата |
ən əhəmiyyətlisi budur ki, əqidəni öyrənməklə yanaşı sələfin mənhəcini öyrənmək lazımdır. Onu bilməmək insanı başqa firqələrə aparıb çıxarır. Amma Mutavakkil təkfirçidir. Sən onun suallarına fikir ver görürsən ki, ancaq təkfirdən danışır. Onun nə mənhəc nə də sələfilərdən xəbəri var. Alimlərin sözünü kitablardan götürməyin qaydası vardır. Ondan soruşsan bəlkə də dəstəmazı pozan şeyləri bilməz. Amma elə məsələrə qarışıb ki, İbn Teymiyyə o məsələlərdə ehtiayat edirdi. Biz artıq onun suallarını foruma qoymaq istəmirik. Çünki o suallardan faydalanmır və yenə də öz bildiyini edir. Həmçinin yazdığımız cavablara da əhəmiyyət vermir. Allah daha yaxşı bilir! |
Yani destamazi pozan sheyleri bilmek tekfir meselelerinden vacibdir? Meyer tekfir meselesi (birisini kafir bilmek) tovhidin ichinde deyil?
Ancaq Ibn Teymiyye ehtiyat etmirdi tekfir meselelerde, butun selefler edirdi: sehabelerden tutmush indiki MUSELMANLARA.kimi.
Men seninle munaqishe etdimse haradasa, onda yerin goster. Men sadece suallar verirem. Senin ixtiyarin var menim suallarimi redd eleyesen. Amma deme ki men munaqishe edirem.
Cavab:
Sən yenə də qəribəsən. Tövhid məyər ancaq küfrdən danışmaqdırmı? Biz tövhidi oxumuşuq özüdə alimlərin yanında. Birinci üç əsasdan sonra isə başqa kitablardan mərhələ ilə oxumuşuq. Amma sizin kimi təkfirçi olmadıq. Bu çox maraqlıdır? Bunların hamısı düzgün elmə yanaşmamaqdır. əslən təkfirçilərdə elm yoxdur. Birdə sən nə üçün elə başa düşürsən? Məyər mən dedim ki, dəstəmaz məslələri tövhiddən üstündür. Mənim elə deməyim misaldır. Insan dəstəmazın, namazın şərtlərini bilmədən böyük məslələrə baş vurması böyük təhlükədir. hətta tövhiddə də başlayanda kiçik məsələlərdən başlanır. Təkfir məslələri isə tövhidin içində böyük və təhlükəli məslələrdən biridir. Bunu oxumaq bir, hökm vermək isə başqa məsələlərdir. Problem buradadır ki, bir neçə kitab oxuyub, hələ oxunan kitablardan və müəlliflərdən danışmıram, dərhal küfr məsələsinə girib və camaatı təkfir etmək böyük xətadır.
Bu artıq münaqişədir. sənin sadəcə inadkarlıqla dəlil gətirmən və məsləni isbat etməyə çalışman özü münaqişədir.
Allah daha yaxşı bilir!
#112
dr_ruslam
Posted 19 July 2005 - 10:01 AM
Cavab:
şəkk yoxdur ki, bunu cihadist təkifçilər düzəltmişlər və belə qələmə verirlər. bunlar hamısı yalandır. Belə şüarlara uymaq olmaz.
Allah daha yaxşı bilir!
#113
Guest
Posted 19 July 2005 - 10:48 AM
Cavab:
Wa aleykum salam!
Elmsiz adam bir fiqh aliminin kitabını götürüb həmin alimin fiqhi məsələlərə verdiyi fətva ilə kifayətlənə bilər. lakin bir şərtlə ki, həmin alimin əqidəsi salamat olsun. Amma elm tələbəsi isə təqlid etməz.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#114
Guest
Posted 19 July 2005 - 10:52 AM
Cavab:
Wa aleykum salam!
Mən belə hədis bilmirəm. Əgər haradasa oxumusansa yaz və mən baxaram.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#115
Guest
Posted 19 July 2005 - 10:58 AM
Cavab:
Wa aleykum salam!
Şəkk yoxdur ki, bu sözlərin əsası yoxdur. Bu fikrin əsası zəif və ya uydurma rəvayətlərə istinad edilir. Plombun dəstəmaza heç bir mənfi təsiri yoxdur.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#116
Guest
Posted 19 July 2005 - 11:01 AM
Cavab:
Wa aleykum salam!
1. Bəli, bu barədə kifayət qədər səhih hədislər mövcuddur. Bunu Buxari, Müslim və digər alimlər rəvayət ediblər.
2. Darul islam Müsəlman diyarı. Dürul hərb isə döyüş diyarı deməkdir.
3. Bunu yalnız hədis elmini öyrənməklə bilmək mümkündür.
4. Əvvəlcədən lövhi məhfuzda yazılıb. Lakin qədr gecəsi bir ilin qədəri endirilir. Bəli insan dua ilə qədərini dəyişə bilər. lakin onun etdiyi dua da qədərdəndir.
5. Elə bir namaz yoxdur.
6. Risaleyi nur bir kulliyat kitabının adıdır. Bunu Nurçu təriqəti özlərinə düstur götürmüşlər. Onun müəllifi səid nursidir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#117
dr_ruslan
Posted 19 July 2005 - 11:50 AM
Цитата |
Sən özün fikirləş, əgər münafiq batinən kaifr, zahirən müsəlman sayılırsa, lə iləhə illəllahı deyən cahil adam müəlman sayılmağa daha layiq deyilmi? |
Xahish edirem, burada olan kitabi oxuyasan ve redd eleyesen. Ona gore ki bu kitab senin dediylerinin eksini deyir. Orada yazilir ve subut eleyirler ki, islamdan qabaq (yani fitret dovrunde) butun shirk eden insanlar mushrik sayilirdilar. Ve onlarin bilmemezliyi onlar uchun mezemmet deyil (yani haqq qazandırmir, bəhanə deyil). Bilirem sileceksen bu URL-ni. Bir qiz yazmishdi sene bunu, sende sildin. Amma seninchin yaziram.
Girirsen evvel .........
sonra - незнание не оправдание/
sonra - Является ли незнание оправданием в области основ религии.htm
Цитата |
Birdə nə olub sənə hələ bu məsələlərdən danışırsan. Başqa məsələni bilmirsən. Sən belə məsələləri alimlərə həvalə et. |
Maraqlidir, ona gore danishiram. Deyirsen teqlidchi olum islam esaslarinda?
Cavab:
Mən sənə hər zaman demişəm axı sən yazanda yaz görək bu kimin sözləridir. Onun müəllifi kimdir. Mən demirəm ki islamdan öncə hamı mömindir. Həmçinin cahilliyin növləri vardır. Sən yaxşı olardı yazardın görək burada söhbət hansı cahillərdən danışılır. Sən sələfin kitablarını oxusaydın görərdin ki, alimlər bir məsələdən danışanda cahilliyi üzr görürlər. Sənə İbn Teymiyyənin Imam Əhməddən nəql etdiyi sözünü yazmaq kifayətdir. O demişdir: "Əgər cəhmiyyələrin dediyini mən desəydim kafir olardım, lakin mən onlara kafir demirəm çünki onlar cahildirlər".
Amma o ki qaldı bu məslələrin sənə maraqlı olması, mən sənə demirəm ki sən bu haqda təmamilə oxuma. Sadəcə olaraq sən bu məsələlərdən qabaq mənhəc və əqidəni müəllim yanında dərs al sonra bu məsələlər haqda danışaq. Çünki mən cavabları verirəm lakin görürəm ki, sən qəbul etmirsən. Heç kəs səni təqlid etməyə səsləmir. Əgər sənin dediyin ilə götürsək kiminsə sözünü dinləyib əməl etmək təqlid sayılar. Onda əgər belədirsə heç kəs heç kəsin sözünü dinləməməlidir. Görürsən sən hələ bilmirsən ki, insan nə vaxt təqlidçi sayılır və nə vaxt yox. Məhəmməd İbn Abdul Vahhab deyir. "Mən Əbdülqadir ceylaninin məbədinə ibadət edənlərə kafir demirəm. Çünki onlar cahildirlər".
Birdə sənə bu sayta daxil olmağı məsləhət görmürəm. Çünki orada sələf mənhəcindən heç nə yoxdur. Xüsusən də bu cür səviyyə ilə.
Allah daha yaxşı bilir!
#118
Guest
Posted 19 July 2005 - 11:54 AM
Cavab:
Wa aleykum salam!
1. Gözdəymək haqdır. Necə ki Peyğəmbər (s.a.v.) buyurmuşdur: "Göz haqdır".
2. Əgər sən övrət yerlərini demək istəyirsənsə, onda Kişinin övrəti qəliz yerlərdi. Göbəkdən dizə qədər isə ehtiyat yerlərdir. Qadının isə üzü və əli müstəsna olmaqla hər yeri övrətdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#119
saffat
Posted 19 July 2005 - 11:57 AM
Cavab:
Wa aleykum salam!
1. Əgər şəkil insan və heyvan şəkili deyilsə asmaq olar. əks halda olmaz. Çəkinmək lazımdır. Çünki hədisdə bu qadağan edilmişdir.
2. Zihar kişinin öz arvadına sən mənə anam, bacım və ya məhrəmlərdən biri kimisən deməsidir. Yəni özünə cinsi yaxınlığı qadağan etmək üçün.
3. Dəyyan isə başqasını zörla özünə itaət etdirən deməkdir.
4. Bəli olar. Problem yoxdur.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#120
QONAQ
Posted 19 July 2005 - 11:59 AM
Cavab:
Wa aleykum salam!
1. Mən Mədinə Şəhəri İslam universitetinin Hədis fakultəsini bitirmişəm və inşallah məlumatım da var.
2. Bəli, cihad etmək üçün icazə hakimə məxsusdur. Hakimə məxsus olan cihad növü fərzul eyn növü olan cihadda olur. Amma fərzul kifayədirsə onda valideyinin icazəsi də lazımdır. Yalnız bir halda özünü müdafiə etmək üçün icazə almaya bilər.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#121
Guest
Posted 19 July 2005 - 12:01 PM
Cavab:
Wa aleykum salam!
Hər kəs və hər bir elm tələbəsi hansısa bir fiqhi məsələyə baxanda bu dörd alimin fikrinə baxmalıdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#122
saffat
Posted 19 July 2005 - 12:05 PM
Cavab:
Wa aleykum salam!
1. Tövbə edərkən istiğfarı dil ilə demək kifayətdir.
2. Bəli sən ümumən tövbə etsən bağışlanır.
3. Böyük günahları etdikdə tövbə vacib olur.
4. Bu geniş məsələdir. Bu müxtəlif məsələlərdə olur. Məs, Ramazan ayında oruc tutanda cinsi əlaqədə olmaq. And içərkən andı pozmaq. Zina etmək və s.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#123
Guest
Posted 19 July 2005 - 12:09 PM
Cavab:
Wa aleykum salam!
1. Zəkatı səkkiz qism insanlar ala bilərlər. Allah təalə buyurur: "Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (9: 60)
2. Uşr, yəni onda bir deməkdir.
3. Cənnətin 100 dərəcəsi vardır. Ən üstün dərəcəsi Firdovs cənnətidir.
4. Mülkü olub pulu olmayan zəkat vermir.
5. Bu onunla Allah təalə arasında olan günahdır. O bu dünyada tövbə edir qiyamət günü isə Allahın istəyi altındadır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#124
saffat
Posted 19 July 2005 - 12:10 PM
Cavab:
Wa aleykum salam!
Bu Allahın hikmətidir. Allah təalə nə istəyirsə onu da edir. Allah təalə buyurur: "Allah istədiyini edər." (22: 14).
Allah daha yaxşı bilir!
Salam aleykum!
#125
abdul_Vahhab
Posted 19 July 2005 - 12:24 PM
Sheyx, men o defe senden ellerin uze cekilmesi barede sorushanda(duadan sonra) sen dedin ki, bu bidaatdir.amma ,ebu-davudun,salat358,1489,1490,1491-ci hedisinde peyqamber(s.a.s) emr edir. Hedis lap zeyif de olsa bele. Onda sene sualimm var.
1.zeyif hedis neye deyilir?.
2. Ve bu cur hedise sunnnenin minhecinde emel olunurmu, ona muxalif hec bir novde hedis olmasa?
3. Bidaat neye deyilir?.
Cunki men bildiyime gore eger zeife muxalif hec bir hedis olmayanda, emel olunmasa da bele ona bidaat demek olmaz.
Cavab:
Wa aleykum salam!
1. Zəif hədis yəni "Peyğəmbər (s.a.v.) dəqiq olaraq bu sözü deməmiş və əməl etməmişdir" Mənasını verir.
2. Xeyr belə hədisə əməl olunmur. Hətta ona müxalif olan hədis olmasa da yenə əməl edilmir. Yalnız bəzi alimlər zəif hədislə bəzi məsələlərdə əməl olunmağın tərfdarıdırlar. Lakin daha doğrusu odur ki, zəif hədislərə əməl olunmur.
3. Dinə dəlilsiz, Quran, sünnə, səhabələr, xüsusən də dörd xəlifənin demədikləri və ya etmədikləri əməli dinə əlavə etməkdir.
4. Xeyr, bilə-bilə zəif hədis üzərində davam etmək bidətə yol açıq. Çünki zəif dedikdə məqsəd odur ki, bu sözü Peyğəmbər (s.a.v.) deməyib.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#126
Guest
Posted 19 July 2005 - 01:33 PM
Cavab:
Wa aleykum salam!
1. Ümumən bəyənilmir. Bir halda, əgər fitnə olmasa salam vemək olar.
2. İnsan və ya heyvan şəkili çəkmək və ya çəkdirmək günahdır. Lakin təbiət şəkilləri isə eyb etməz. Orada günah yoxdur.
3. Bəli. Bütün Peyğəmbərlər (s.a.) məsumdurlar.
4. Bəli, o məzhəbdə şafii idi.
5. Xeyr, bu düzgün deyildir. Müaviyə (r.a.) heç vaxt sürgün olunmayıb, əksinə vəhyi yazanlardan biri olub.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#127
Guest
Posted 19 July 2005 - 01:36 PM
Cavab:
Wa aleykum salam!
Bəli, yoxsul zəkat ala bilər. Xüsusən də işləyib maaşı ona kifayət etmirsə ala bilər.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#128
Guest
Posted 19 July 2005 - 01:38 PM
Cavab:
Wa aleykum salam!
Günaha baxdıqda günahdır. Lakin ümumən günah deyildir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#129
ismail
Posted 19 July 2005 - 01:53 PM
Assalamu allaikum
gardash bir chox gardashlar, meselen tesbehin, namazdan sonra daireye duzulub salamlashmagin, ve bir chox bashga sheylerin bidet olmadigini deyirler. Onlar deyir ki, bunlarin ibadete hech bir dexli yoxdur ona gore de bidet deyil. Namazdan sonra dediyim kimi salamlashmagi adi gorush hesab edirler, tesbehi ise saya bilmek uchun rahatlig.
Sheyx umumiyyetle neyi bidet hesab etmek olar ve ne bidet deyil?
Assalamu allaikum va rahmetullah.
Cavab:
Wa aleykum salam!
Şəkk yoxdur ki, namazdan sonra deyilən formada salamlaşmaq bidətdir. Çünki səhabələr belə etməzdilər. Bu da ibadətlərə aiddir. Əgər ibadət deyilsə deməli savabı yoxdur. Həmçinin bunu cahillər ibadətə çeviriblər. bəzi yerlərdə bu əməl namazın şərtlərindən biri olub. Amma təsbeh isə əgər onu götürən ona müqəddəs kimi baxsa bu haramdır. Yalnız təsbeh olduqda Allahı zikr etmək isə məkruhdur. Sayı unudan yaşlı adama isə təsbeh götürüb sayı dəqiqləşdirmək eyb etməz. Lakin belə adama da camaat qarşısında təsbeh görsətməsi yaxşı deyil.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#130
qardash 28
Posted 19 July 2005 - 02:02 PM
1.bankda ishlemey haramdir ?
2.birde ferqi varmi kredit shobesinde ishleyirsen ve yaxud diger kreditlere adiyati olmayan shobede?
3. Corabsiz namaz qilmaq olar ?
Cavab:
Wa aleykum salam!
1. Bankda işləməkdən çəkinmək lazımdır.
2. Xeyr, fərqi yoxdur.
3. kişiyə olar. Qadına isə yaxşı olar ki, örtülü olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#131
Guest
Posted 19 July 2005 - 06:01 PM
1) al- vahhab - oznachaet li eto podatel vsex shedrot ?
2) mojno li pri poluchenii destamaza delat odno deystviye ( t.e. Odin raz rot poloskat , odin raz nos,odin raz lico i t.d.)
3) s kakogo rasstoyaniya schitaetsya sefer namazi ?
4) kogda nastupaet vremya namaza , ya jdu brata ,on prixodit domoy na pol chasa pozje ot nachalo namaza .v takom sluchae mne ego jdat ,ili je odnoy sovershit namaz?
5) mojno li sovershat namaz v nochnoy odejde? S usloviyam chto eto odejda otvechaet trebovaniyam shariata.
Da budet dovolen vami allah taale
salam aleykum
Ответ:
ВА алейкум салам!
1. Да, и это одно из имен Аллаха.
2. Да, можно.
3. В шариате точное определиние дистанции нету. Человек сам по намерению должен знать, что он в пути. Но как минимум 50-60 км должен быть.
4. Если время намаза еще не выходит, то дождись его.
5. Можно.
Аллах знает лучше!
Салам алейкум!
#132
Guest
Posted 19 July 2005 - 06:28 PM
Salam aleykum
sheriyat baximindan , eger oglan 200 $ alir , o aile gura biler?
Salam aleykum
cavab:
wa aleykum salam!
Əgər o ailəsini dolandira bilərsə əlbəttə. Belə ailə qura bilər.
Allah daha yaxşi bilir!
Salam aleykum!
As-salamu aleykum
umumuyyetce , siz demisiz ki aile guranda allah taale bereket verir , lakin bezi gardashlar hesab ediller ki bele migdarnan aile sahlamag olmaz .
Gardash , zis bakida yashadigiviz uchun size de sual vermek isteyirem , bes sizce 200$ aile gurmag olar ?
As-salamu aleykum
Cavab:
Wa aleykum salam!
O baxır insanın vəziyyətinə. Əgər evi varsa kifayətdir. Dolanmaq olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#133
ULTRAMUSLIM
Posted 19 July 2005 - 09:41 PM
Cavab:
Wa aleykum salam!
1. Sururilər ixvanların radikal bir qoludur. əsas da Səudiyyənin ixvanları bu qoldandır. Bu yolun banisi Məhəmməd Surur isə digər ixvan qardaşları kimi ingiltərədə məskunlaşıb.
2. Bəli. Hətta fəsillərin adları da var.
3. Çünki bu mənzərə təbiətin ən gözəl guşələrindəndir.
4. Heç kəs onlara qarşı aciz mövqe tutmur. Onlar o kitabı yaymasalar da alimlər onlar haqda hər zaman danışmışlar.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#134
Chingiz
Posted 19 July 2005 - 09:53 PM
bele bir sualim var:
men bir az evvel futbol oynayarken burnumu sindirmisdim, indi o bir az eyridir. Ne meslehet gorerdiniz ona (eyriliye) gore axiretde cavab vermeli olajamsa allah ucun onu cerrahiye yolu ile duzeltdirmeye olarmi?
Allah razi olsun,
assalam aleykum ve rahmatullahu ve berakatu
Cavab:
Wa aleykum salam!
Bəli, əzilmiş burunu cərrahiyyə ilə düzəltmək olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#135
Guest
Posted 20 July 2005 - 09:18 AM
Cavab:
Wa aleykum salam!
Ümumiyyətlə bu məsələ yaxşı məsələlərdən deyildir. Kişi ilə qadın nə qədər uzaq olsalar bir o qədər yaxşıdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#136
abdul_Vahhab
Posted 20 July 2005 - 12:18 PM
Sheyx,
1.corab , xof- bunlarda ferq nededir?
2.ve bunlarin ustunden mest ne zaman caiz sayilir? Cunki men oxudum ki, imam-ehmede gore o vaxt caiz sayilar ki, 2-shertde: hem six toxunmali; hem de ki, gezmek olsun (serbest-ayaqqabsiz) ve dik dursun.
Cavab:
Wa aleykum salam!
1. Xoff, dəridən olur. Onu bəzən ayaqqabı əvəzinə geyinmək olar. Corab isə yundan və ya pambıqdan olan ayaq geyimidir.
2. Bunların üzərindən əgər dəstəmazlı halda geyinmisənsə onda sonrakı dəstəmazda onların üzərinə məsh çəkə bilərsən. Əsas şərtlər dediyimizdir. əgər corabdan ayağın əti görsənmirsə məsh çəkmək olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#137
Guest
Posted 20 July 2005 - 01:07 PM
1.zapisivaetsa li mne grex,esli ya delayu tovba na ctolibo a potom tak polucaetsa cto narushayu ego, i opat delayu tovba..naskolko eto pravilno voobshe tak delat??
2.nedavno uslishala cto okolo jenshin jahiley nujno pokrivat golovu. dostoverna li eta onformaciya?Togda polucaetsa i prikosatsa k nim toje nelza??
3.ya znayu cto mojno prinimat lekarstva v kotorix soderjitsa spirt,no xocu utocnit,mojno prinimat v lubix slucayax,daje esli prinimayu eto lekarstvo dla prafilaktiki (naprimer nervouspokaivayushee), ili je mojno tolko pri ostroy neobxodimosti,gde mojet zavisit jizn celoveka??
Jazakallahu heyran za vashi otveti..
Salam aleykum.
Cavab:
Wa aleykum salam!
1. Естественно, нарушать данную клятву не желательно. ПОстарайся быть честным к товбе. Но и не забывай товбу.
2. Нет, запрещено носить более откровенную одежду. А открыть голову можно.
3. ТОлько при необходимости можно.
Аллах знает лучше!
Салам алейкум!
#138
Guest
Posted 20 July 2005 - 02:56 PM
heyatimda etdiyim yalniz 1 gunahim var-zina, etmediyim vacib ishler ise namaz ve
oruc-dur. Yeri goyu yaradan rebbime sonsuz sayda shukrler olsun ki mene hidayet
verdi ve meni 10-iluy-2005 il namaza govushdurdu. Sizden cox xahish edirem allah
rizasi uchun meni narahat eden bezi suallarima cavab veresiniz.
1)Allah izn vererse inshallah gelen il aile heyati guracam. 1 il erzinde birden
doze bilmesem (butuj pisliklerden, sheytanin sherinden, gebr ve cehennem
ezabindan, o cumleden zina etmekden allaha siginiram) ve zina etmish olsam
gildigim butun namazlar (namaza bashladigim gunden zina etdiyim gune geder, 1
ay, 5 ay, ve s.) Batil olur ya gildigim namazlar xeyir emelim kimi etdiyim zina
ise namazimi batil etmeden (hemin gunun namazini chixmag sherti ile) pis emel
kimi yazilir?
2)eslinde men bu ilin avgust ayinda (allahin izni ile)aile gurmagi
planlashdirmishdim ve 1 ay zina etmeden doze bileceyimi dushundum. Amma toyum 1 il uzandi, hetta 10 il uzansa bele, hech omrumde mene toy gismet olmasa bele
namazi atmayacam ve bunun uchun allahdan gebr evine geder hidayet dileyirem. Bu
1 il erzinde chalishacam dozum, amma doze bilmesem oz ixtiyari oz elinde olan,
dul gadinla onun oz raziligi ile gorushsem bunun gunahi ne derecede olar ve
yaxud mene chixish yolu gosterin.
3)hech vaxt erde olmayan (yeni atasi ve anasi terefinden giz ushagi kimi taninan
amma eslinde gizligini itirmish)gadinla intim elagede olmagla dul gadinla intim
elagede olmagin (onun ehtiyaclarini odemek shertile--amma bunu sige basha
dushmeyin)gunahi eyni olchudedir ya biri birinden ferglenen olchude gunahlara
malikdir?
4) yuxudan duranda gorurem ki mundar olmusham (meni xaric olub) ve alt paltarim
batib. Amma maykam ya eynimde koynek olubsa, koyneyim batmayib. Men chimib gusl aldigdan sonra eynimde olan amma meniye batmayan maykami ya koyneyimi de
deyishmeliyem?
Allah sizden razi olsun.
Cavab:
Wa aleykum salam!
1. Zina ən böyük günahlardan biridir. Sən elə fikirdə olma ki, əgər evlənməyim gec olsa zina edəcəyəm. Bu şeytanın vəsvəsələridir. Amma namazların batil olmasına gəldikdə isə namazlar batil deyildir.
2. Əgər sən bunu etsən böyük günahlardan biridir. Zina dul və ya sunaya baxmır. O böyük günahdır. Sən camaat namazlarında iştirak et və dərslərə gəl. Allah təalə səni bu günahdan qorusun.
3. Hər ikisi zinadır. Sən şeytanın vəsvəsələrinin arxasınca getmə.
4. Xeyr. Batmayan paltarı dəyişməyə bilərsən.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#139
mumina_
Posted 20 July 2005 - 06:04 PM
Bu duzdur ki, oturuqlu yatanda hetta mohkem yatanda destemaz pozulmur?
Cavab:
Wa aleykum salam!
Yatanda, yəni belə halda mürgiləyəndə dəstəmaz pozulmur. Amma dərin yuxuya getdikdə isə dəstəmaz lazımdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#140
mumina_
Posted 20 July 2005 - 06:05 PM
imanimin artmasi ucun hansi kitabi oxuyum?
Cavab:
Wa aleykum salam!
Qurani Kərim, hədislər və sonra sələflərin kitablarını məs, Ibn Qeyyimin kitablarını.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#141
Posted 20 July 2005 - 09:08 PM
1.sheyx, qardashin evinde veziyyet hec de yaxshi deyil, yeni ushaqlari ibadetde tenbellik edirlerse, namazlari bir muddet evde qilmaq yaxshidir, yoxsa mescidde?
2. Bir de kim ki, neyese isteza edirse yaxud inanmir ki, meselen kotuk danisib ve s. Onda o kafirdir?
Salam aleykum
Cavab:
Wa aleykum salam!
1. Məscid yaxındırsa gəlib məsciddə qılsın. Uşaqları gətirə bilmirsənsə onda evdə imam dayanıb nafilə qıl onlar isə fərzi qılsınlar.
2. İstehza etmək küfrdür. Fəqət dəvət edəndə belə məsələlərdən başlamaq düzgün deyildir. ən öncə əhəmiyyətli məsələlərdən, tövhiddən başlamaq lazımdır. Bunu qəbul etdikdən sonra digər məslələri demək olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#142
Posted 21 July 2005 - 12:15 AM
1.ibadet etmeyen "muselmanlara" birinci salam vermak olar?
Cavab:
Wa aleykum salam!
Bəli, olar. Qadağan olan birinci olaraq əhli kitaba salam verməkdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#143
ADIL
Posted 21 July 2005 - 02:11 AM
1) Sacdeyi sahv na vaxt olur?
2) Sacda ayasini oxudugda takbir verilib sacdaya gedilir yoxsa takbirsiz,2 dafa olur yoxsa 1 dafa?
3) Shukr sacdasi takbirla bashlayir, neca sacda olur?
4) Magrib namazinda 3-cu rukata goshuldugda salavat va dua da oxunur yoxsa yalniz tashahudd?
5) 4 rukatli namazda axirinci rukata goshuldugda sonraki 3 rukati gilarkan 1va 2-ci rukatlarda Fatihadan sonra sura oxunur?
6) Tahiyyatul Mascid namazi 2-dafa mascida girarkan lazim olur?
7) Safar namazindan bashga namaz na vaxt cam oluna bilar?
8) Safar namazinda Magrib namazi I'shaya birlashdirila bilar?
9) Safarda galmag muddati bilinirsa minimum gun neca gundurki,namaz cam edila bilar?
10) Safarda yerli gardashlarla namaz neca gilinir, cam olunur?
Assalamu Aleykum
Cavab:
Wa aleykum salam!
1. Səhv səcdəsi haqda saytın ana səhifəsində dinin əsasları bölümündə məqalə yerləşdirmişik. Oradan oxu.
2. Təkbir edilib bir dəfə səcdəyə gedilir və bir təkbir edilib qalxılır.
3. Bu bir səcdədən ibarətdir.
4. Oxuya bilərsən.
5. Bu baxır hansı namazdır. Məs, zöhr və əsr namazlarında 3 və 4-cü rükətlərdə fatihədən sonra surə oxumaq olar. Sən bax neçə rükətin qalıb və sonra davam et.
6. Əgər ikinci dəfə məsciddən uzaqlaşmısansa onda ikinci dəfə qılırsan.
7. Safardan başqa qorxu halında, fəlakət baş verəndə və s.
8. Bəli, birini qılırsan sonra salam verib digərinə başlayırsan.
9. Cəm etməkdə azadsan. Sən özün vəziyyətə bax.
10. Camaata qoşulsan onda onlar kimi qılmalısan. Çünki imama tabe olmaq lazımdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#144
ADIL
Posted 21 July 2005 - 02:41 AM
2) Gardashlar arasinda zovcalarin nigabi vacib yoxsa sunnadir?
3) Mahram isda olarkan zovca bashga mahramin olmadigi halda usagi cola cixara bilarmi?( Ozunun va ushagin hava almasi magsadila)
4) Zovca maktabda muallima ishlaya bilarmi,8-ci sinif shagirdi namahram sayilir?
Assalamu aleykum
Cavab:
Wa aleykum salam!
1. Xeyr, olmaz. Çünki digər qardaşlar onlar üçün naməhrəmdirlər.
2. Niqab taxmaq sünnədir. Bəzi hallarda vacib ola bilər.
3. Əgər fitnə yoxdursa eyb etməz. Bu ərinin icazəsi ilə olmalıdır.
4. Əgər onların 14-15 yaşları varsa artıq həddi büluğa çatıblar. əgər kiçik siniflərə dərs deyir və fitnədən uzaqdırsa ey etməz.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#145
qonaq
Posted 21 July 2005 - 06:24 AM
Cavab:
Wa aleykum salam!
Əsl xəvariclər Əlinin (r.a.) vaxtında olanlardır. Onlar böyük günah edənləri kafir sayır. Hətta bəzi səhabələri də kafir sayırdılar. Indiki xəvariclər isə 20-ci əsrin ortalarında yaranmış ixvanlığın radikal formasıdır. Bunlar da böyük günah sahiblərini kafir sayır. Fəqət onların əvvəlkilərdən fərqi bəzi səhabələri kafir saymamalarıdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#146
Guest
Posted 21 July 2005 - 10:27 AM
Intim elagede olanda bedenden chixan meni uchun ve yaxud yuxuda nese bash verdikde bedenden chixan meni uchun GUSL alinmasinin vacib oldugunu bilirem. Bes sherde gezdiyin zaman chilpag gezen gizlari gordukde ozunden asili olmayarag nese fikirleshdikde hiss edirsenki artig alt paltarina nese yash deyir, hiss edirsenki alt paltarin islandi. Bu nedir? Bunun uchun de GUSL alinmasi vacibdir, ya Destemaz kifayet edir?
Allah butun muselman (momin) gardash ve bacilarimizdan razi olsun.
Cavab:
Wa aleykum salam!
Bu məzidir. Məzi üçün qüsl lazım deyildir. Məzi hər zaman az miqdarda və elə hallarda gəlir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#147
Guest
Posted 21 July 2005 - 10:55 AM
Цитата |
1. Bəli, nəinki biri hətta bir neçəsi olmasa müsəlman qala bilər. xüsusən də cahil olarsa. Çünki sən onu islamdan çıxarmaq üçün ona şərtləri tətbiq etməlisən. Birbaşa təkfir etmə. Sənin hələ bu məsələdə savadın yoxdur............................................................................ |
Teshekkur edirem cavablarina gore. Senin cavablarin mene chox komek eledi ve gozlerimi achdi. Birden bashqa shey basha dushersen haa!!
Allah butun muselmanlari baghishlasin, zelaletde olanlara hidayet versin.
Cavab:
Allah səni sələfin yolunda sabit etsin.
Allah daha yaxşı bilir!
#148
Guest
Posted 21 July 2005 - 11:50 AM
1.Sushestvuyet li takoy xadis gde govoritsa o tom cto (pereskaju svoimi slovami), esli u jenshini volosi korotkie to ey nujno polnostyu mit golovu posle polovogo oskverneniya,a esli volosi dlinnie to mojno tolko namocit..Esli takoy xadis sushestvuyet to napishite ego polnostyu pojaluysta..
2.Mojno li delat pirsing na pupke?Esli net to pocemu?
Salam aleykum.
Ответ:
Ва алейкум салам!
1. Если волосы короткие и вода доходит до корней, то нужно вымыть волосы полностью. А если волосы длинные, и каждый раз вымыть волосы проблематично, то можно просто намочить сверху. Об этом есть множество хадисов.
2. Это не запрещено. Если нравится мужу, то может сделать.
Аллах знает лучше!
Салам алейкум!
#149
abdul_vahhab
Posted 21 July 2005 - 12:20 PM
1.Sheyx, sen icma ve ya cumhur alimleri deyende, o dovrun alimlerini, yoxsa, bu dovrun alimlerini nezerde tutursan?
Cavab:
Wa aleykum salam!
Cumhur və ya İcma dedikdə əsas əvvəlki alimlərdir. Müasir alimlər də qismən buraya daxil olur. Lakin məslələri qeyd edərkən əlavə olaraq müasirlərin adları xüsusi deyilir.
Allah daha yaxşı bilir!
Salam aleykum!
#150
Guest
Posted 21 July 2005 - 05:22 PM
Esli v dome est sobaka, i ona sidit i lejit vezde,na divane, na krovati i td, to doljen li celovek sevshiy tuda posle sobaki pomit svoyu odejdu ili v etom net neobxodimosti?
Ya znayu cto sobaku doma derjat nelza no xocu utocnit ,sokrashayutsa li blagie dela musulmanina(rebenka),v dome kotorogo est sobaka?Ved ee zaveli ego roditeli a ne on,i potomu obyasnite pojaluysta kak postupat v takoy situacii? I eshe mojno li sovershat namaz v komnate gde bila sobaka?
Esli sobaku derjim vo dvore to mojno li kupat ee i uxajivat za ney kak naprimer za koshkoy? Ili k ney lucshe voobshe ne podxodit?
Salam aleykum.
Ответ:
Ва алейкум салам!
Если на одежду попали волосы собаки, достаточно рукой почистить одежду. В доме где есть собака ангелов не бывает. Пророк (с.а.в.) сказал, что кто без нужды дома держит собаку, Аллах уменшает его саваб каждый день на один гырат. А гырат по величине с горою Ухуд.
Естественно ребенок в этом не виноват. Виноваты родители.
И воздержись от купания собаки, прогулок с ней по городу.
Аллах знает лучше!
Салам алейкум!
0 user(s) are reading this topic
0 members, 0 guests, 0 anonymous users