Jump to content


Photo

01 октября 2005 года


  • This topic is locked This topic is locked
250 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,151 posts

Posted 01 September 2005 - 01:29 PM

Əs səlamu aleykum və rahmətullahi və bərakatuh!
Əziz müsəlmanlar! InşəAllah, oktyabrın 1-dək suallarınızı forumda verə bilərsiniz. Suallarınız 3-4 gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го октября можете задавать вопросы на форуме. В течении 3-4-х дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!


#2 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 02:25 PM

Salam Gamet Gardash.
3-4 ilden choxdurki her gece yatanda menasini(tercumesini) bilmediyim dualari oxuyub yatiram. ALLAH RIZASI uchun bu dualarin tercumesini mene de ve mende kor-korane oxumayim.
1) Ellahumme eslemtu nefsi ileyke ve veccehtu vechi ileyke ve fevvadtu emri ileyke ve elcehtu zahri ileyke ragbeten ve cehbeten ileyke la melcea ve la menca minke kellezi erselte.
2) Estedi ullahel eliyyel elel celilel ezime nefsi ileyke ve men yenini emruh. Estedi ullahe nefsil merhubel metuzehehe li ezemetihi kullu shey.
3) Euzi bi izzetillah ve euzi bi gudratillah ve euzi bi celalillah ve euzi bi sultanillah ve euzi bi cemalillah ve euzi bi defillah ve euzi bi menillah ve euzi bi cemillah ve euzi bi mulkillah ve euzi bi vechillah ve euzi bi resulillahi selllellahu ve aleyhi aleh. Min sherri ma xelege ma beree ve ma zeree.
4) Ellahumme inni eseluke royen saliheten sadigeten geyre kazibetin nafieten geyre darretin.
Bu dulari oxumagda sehv etmiremki?



Cavab:

Wa aleykum salam!
Bu dualar müsəlmanın qalası kitabçasında mövcuddur və onların tərcüməsi də orada var. Oradan oxusan inşallah daha çox dualarla rastlarsan.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#3 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 02:40 PM


ESSALAMU ELEYKUM VE REHMETULLAHI VE BEREKETUH.
Gamet gardash ALLAH Sizden razi olsun. Ishde otura otura Sizin saytin komeyi ile bilmediklerimizi oyrenirik.
1) Gamet gardash tutag ki cahilliyet dovrunde oldugda illerle zina etmish bir insan, tovbe edir, namaza bashlayir ve zina etmir. Rehmli olan ALLAH onun kechmish zinalarini bagishlayir. Ve hemin gardash mueyyen bir muddetden sonra 1 defe chashib, sheytana uyub zina edir ve tovbe ede bilmeden dunyasini deyishir. Onun evvel etdikleri tovbeden sonra bagishlanan zinalari da bu defe etdiyinin ustune gelir?
2) Namaz gilmayan amma omru boyu ALLAHA yarashan ishler goren, ALLAHIN tekliyini ve MEHEMMED (sellellahu aleyhi sellem) PEYGEMBERI onun resulu kimi gebul eden, Gurana inanan, Meleklere, Axiret gunune, Taleye inanan insan cehenneme gedib sonra cennete gedecek ya bir basha cennetede dushe biler?
3) Nishanlim ALLAHIN GURANDA buyurdugu kimi geyinmese (yeni gol uzun, bash ortuyu) onunla nishani pozsam gunah etmish oluram? Axi bu gun mene gulag asmayan sabah evlendikden sonra hech gulag asmaz. (Bunu da deyim ki o NAMAZ gilir.)
4) SHEYX, Azerbaycanda coxlu Seyidler var. Bu hagda mene etrafli melumat verin. Onlar dogurdanda hansisa imamin neslindendirler? Eger onlar real deyilse niye meselen mene seyid demirler amma gonshuma seyid deyirler. Nese bunun bir koku olmalidir amma tapa bilmire.
5) Evvelki forumda Muaviyanin (RA) HZ.OSMANIN (RA) gatillerini HZ. ALIDEN (RA) teleb etmesini ve hetta bunun doyushle neticelendiyini yazmisiz. Meger HZ. OSMANI(RA) HZ. ALI (RA) oldurub? Meger HZ.ALI (RA) isteyerdi ki HZ. OSMANI (RA) oldursunler?
ALLAH SIZDEN RAZI OLSUN



Cavab:

Wa aleykum salam!
1. Allah təalə Rəhman və Rəhimdir. Əgər o birinci tövbəsində sadiq idisə onları bağışlayır. Ikinci zinaya görə tövbə etməyibsə ona görə qiyamət günü cavab verəcəkdir.
2. O, Allahın istəyi altındadır. Allah Ona şərik qoşanlardan başqa hər kəsi bağışlayacaqdır. Yalnız müşriklər bağışlanmayacaqlar. Allah təalə buyurur: "Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" (əl-Maidə: 72). Müşrik sadəcə şirk eləyən deyil. Ola bilsin müsəlaman cahillik üzündən hansısa şirki etsin amma müşrik sayılmasın. Namaz qılmamağ böyük günahlardandır. Hətta bəzi alimlər namazı tərk etməyi küfr sayırlar. Amma qiyamət günün isə Allahın istəyi altındadır. Yəni, Allah istəsə bağışlar istəsə bağışlamaz. Allah təalə buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur: (ən-Nisa: 48).
3. Sən tələsmə və onu dəvət et. Ola bilər ailəsində olan abu-hava dini olmayıb ona görə ona çətin olsun. Həmçinin səbəbini öyrən ola bilsin ciddi səbəb vardır. Ondan sonra qərar ver. Əgər ciddi səbəb yoxdur və sənin dediyindən imtina edirsə bu yaxşı əlamət deyildir. Çünki qadının gözəlliyi ərinə qulaq asmaqdadır. Əgər faydasız olduğunu görsən onda özün qərar ver. Allah sənə kömək olsun.
4. Seyid islam aləmində mövcuddur. Lüğəti mənada hörmətli adama deyirlər. Şəriət terminlərindən birində Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəsli ilə əlaqəsi olanlara deyilir. Onlar islam aləmində mövcuddurlar. Lakin kim seyidlik iddiasında olsa onun şəcərəsi olmalıdır. O şəcərə də bəzi ərəb ölkələrində olan nəsil arxivlərində təsdiqlənilməlidir. Onlar bunu təsdiqləsələr onda insan bunu iddia edə bilər. düzdür bu kəlmə bizdə ifrat dərəcəsində yayılmışdır. Hətta bəzən elə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) azərbaycanlı idi. Çünki ərəb ölkələrində heç bu qədər seyid yox idi. Təbii ki, bu iddialarına çoxusu düzgün deyil. Lakin ola bilər həqiqi seyidlər olsunlar. Allah bilir.
5. Görsənir ki, sən düzgün başa düşməmisən. Müaviyə (Allah ondan razı olsun) Əlini (Allah ondan razı olsun) Osmanın (Allah ondan razı olsun) qətlində ittiham etmədi. Müaviyə (Allah ondan razı olsun) Əlinin (Allah ondan razı olsun) ətrafında olanları ittiham etdi. Çünki Osmanın (Allah ondan razı olsun) qatilləri Əlinin (Allah ondan razı olsun) qoşununda idi. Müaviyənin (Allah ondan razı olsun) tələbi də onlardan qisas almaq idi. Baxmayaraq ki, Müaviyə (Allah ondan razı olsun) Osmanın (Allah ondan razı olsun) qatillərindən qan qisası tələb etəkdə haqlı idi. Allah təalə buyurur: "Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər)." (əl-İsra: 33). Lakin buna baxmayaraq bu, Müaviyənin (Allah ondan razı olsun) hərəkətinə bəraət qazandırmır. Çünki Əli (Allah ondan razı olsun) xəlifə idi və Müaviyə (Allah ondan razı olsun) də ona tabe olmalı idi.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#4 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 02:47 PM

SALAM SHEYX.
1) Siz bezi forumlarda deyirsiz ki NAMAZ gildigda DUA etmek olar. Bunu NAMAZIN hansi hissesinde ve nece etmeli?
2) SIGE-nin mentigsiz ve Haram oldugunu bilirem. HZ. ALI (RA) bele revayet edir: HZ. MUHAMMED (Sellellahu elyhi sellem) Xeyber gunu SIGE-ni haram etdi. (Ehli-Sunna mesheblerinde Buxari, Muslim, Ehli-Shie mesheblerinde Tusi-nin hedislerinde). Imam Cefer Sadigden (RA) SIGE hagginda sorushdugda: SIGENI yalniz gunahkarlar eder buyurmushdu. Sualim ise beledir men SIGE ile gadinla yaxinlig etsem bu ZINA sayilir ya sadece gunah sayilir?
3) EL-BEGERE Suresinin 255-ci ayesinde chetinliyim var. ELLAHU LA ILAHE ILLA HUVEL HEYYUL GEYYUM. Yalniz bu hissesinde chetinliyim var. Yazdigim duzdur ya bashga curdurse xahish edirem bunu mene yazin.



Cavab:

Wa aleykum salam!
1. Səcdədə və ya təşəhhüddə salamdan öncə, olduğun vəziyyətdə dua edə bilərsən. Necəliyi isə adi dua kimi lakin əllərini qaldırmırsan səcdədə səcdə vəziyyətində təşəhhüddə də təşəhhüd vəziyyətində dua edirsən.
2. Siğə haramdır. Bunu Əli (Allah ondan razı olsun) özü də haram olduğunu buyurub. Bizə görə siğə ilə qadınla yaxınlıq etmək zinadır. Allah təalə buyurur: "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)." (əl-Muminun: 5-7).
3. Allahu lə iləhə illə huvəl həyyul qəyyum.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#5 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 03:05 PM

Salam.
Gamet gardash, Saytinizda yeni dogulan ushaglara goyulan muselman kishi ve giz adlari var. Amma gizlarin adlari ichinde FATIME rastima gelmedi. FATIME adi yaxshi ad deyil. Axi HZ. FATIME (ALLAH ONDAN RAZI OLSUN) ALLAHIN RESULUNUN GIZIDIR. Ozude EHLI_BEYT-dendir. Buxarinin, Muslimin hedislerinde varki MEHEMMED (sellellahu alyhi sellem) PEYGEMBER dunyasini deyisherken gizi FATIMENI (RA) yanina chagirib 2 soz deyib: 1) Mene ilk govushan Sen olacagsan 2) Sen Axiretde gadinlarin Seyidi olacagsan. Nedense sizin EBUBAKR mescidinde bezi (hamisi yox) gardashlar HZ. ALI-ye (RA), HZ. FATIME-ye (RA), HZ. HUSEYN-e (RA), HZ.HESEN-e (RA) nedense lageyd yanashirlar. Axi HZ.ALI-nin(RA) Islamda rolu olmayib?
Cabir bin Abdullah (Allah ondan razı olsun!) rəvayət edir: "Taif günü Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Əlini çağırdı və onunla xüsusi görüşdü. Görünüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) buyurdu:
Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi" (ət-Tirmizi; Mənaqib, 3728).
Ənəs (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Bəraət (ə-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkirə (Allah ondan razı olsun!) göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (Allah ondan razı olsun!) çağıraraq surəni ona verdi" (ət-Tirmizi; Təfsir, ət-Tövbə, 3089).
Bunun sebebini achiglaya bilersen? Sexsen sen GAMET GARDASH Hz. Ali(RA) ve onun ailesine munasibetin necedir?



Cavab:

Wa aleykum salam!
Adın olmamağı o demək deyil ki, biz onları sevmirik və s. biz orada bütün adları deyil bəzi adları qeyd etmişik. Bizdə əhli beytə qarşı sevgi məhəbbətdə heç bir problem yoxdur. Xüsusən də Əlinin (Allah ondan razı olsun) ailəsi. Onları sevmək Əhli sünnə və camaatın əqidəsində çox mühüm yer tutur. Münasibətimiz isə çox gözəl. Elə bir müsəlman yoxdur ki, onları sevməsin. Sən əhli sünnə kitablarını oxusan bunun şahidi ola bilərsən.
Allah səndən razı olsun ki, yadımıza saldın. Inşallah yaxınlarda onun adını da orada qeyd edərik. Başqa belə adlar olsa yenə də bizə xəbər verin biz də əlavə edək.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#6 Emil

Emil
  • Guests

Posted 01 September 2005 - 04:10 PM

Ас саламу алейкум уважаемый Гамет!
Прошу Вас ответить на мои вопросы, как правильно совершать намаз:
1) В книге Шейха Мухаммада Насир Ад-Дин Аль-Альбани "Описание намаза пророка " , он пишет, что при совершении сажда и мужчинам, и женщинам надо сначала класть руки, а затем колени.Так ли это?
2) При совершении сажда локти рук женщин должны касаться земли?
3) Между 2-мя сажда, когда мы просим прощение,ноги должны обязательны принимать такое положение, как при ташшахуде?
4) После 2-ого сажда , чтобы перейти на следующий рукут, надо сразу вставать или подождать немного в положении сидя, а затем подниматься?
Салам алейкум!



Ответ:

Ва алейкум салам!
1. Да, это правильно. особенно пророк (с.а.в) совершал таким образом сажду к кноцу своей жизни.
2. Это запрещено и мужчине и женщине.
3. Да, так лучше.
4. Приемлимы оба метода.
Аллах знает лучше!
Алейкум салам!


#7 Nushiyev

Nushiyev
  • Guests

Posted 01 September 2005 - 04:27 PM

Assalamu aleykum wa rahmetullah. Elleri ashagi salib qilinan namaz sehihdirmi?



Cavab:

Wa aleykum salam!
Namaz batil deyil. Lakin səhih hədislərə görə isə əllər sağ əl sol əlin üzərinə sinəyə qoyulmalıdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#8 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 04:36 PM

Es Selamu Aleykum ve Rahmatullahi ve Barakatuh.
Gamet Gardash, Seferde bashga hansi hallarda namazlari birleshdirmek olar? (zohr+asr; megrib+isha)
Chox Sag olun.



Cavab:

Wa aleykum salam!
Əgər fəlakət baş versə, yaxud xəstə olsan və ümumiyyətlə ciddi səbəb olduqda.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 05:10 PM

Salamaleykum!
1.Turkiyede melim oldugu kim muxtelif firqeler movcuddur(sufi,maturini ves).Orada en chox henefilik yayilib.Niye?
2.Turkiyede selefilik varmi?Esasen hansi vilayetlerde?Orada hansi selef alimleri var?
Salamaleykum!



Cavab:

Wa aleykum salam!
1. Buna səbəb Osmanlı imperiyası olub. Nəinki Türkiyədə hətta dünyanın çox yerlərində sünnilər arasında hənəfilər çoxdur. Çünki məzhəblər dövlətlərin siyasətləri nəticəsində yaranıb və yayılıb.
2. Sələfilər hər yerdə var.Türkiyədə də əlhəmdulilləh sələfilər var. Yerlərini isə mən bilmirəm. Lakin sələfiləri tapmaq asandır çünki hamı onları tanıyır. Alim isə yoxdur. Elm tələbələri isə var. Onlardan biri Nəcmi Sarı kimi.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#10 amal

amal
  • Guests

Posted 01 September 2005 - 06:12 PM

Salam aleykum...
1.Allah(st)-nin 2 gozu omagi haqqinda mana bir hadis yaza bilarsinizmi,chunki man Buxarida axtardim tapa bilmadim?
2.Konfetin ichinda likor olsa yemak olar demishdiniz.Axi oda spirtli ichkilara aiddir?
3.Niqab sunnadirsa,buna aid bir hadis var?Khimarin tarjumasini mana yaza bilarsiniz?Axi sachlarda bir fitna yoxdur uz olmasa?
Allah(st) razi olsun..
Salam aleykum..



Cavab:

Wa aleykum salam!
1. Bu hədis məşhur hədisdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dəccal haqda danışanda buyurur ki, Allah təalə təkgöz deyildir. Dəccal isə təkgözdur... Müslim, cild: 1\ səh: 155\ rəqəm-169.
Buxari də bu hədisi rəvayət edib, özüdə bir neçə yerdə. Məs, əl-Ənbiya kitabı, fəsil 48. tövhid kitabı 17-ci fəsil.
2. Həmin likor qadağan olan növlərə aid deyildir.
3. Ximar, baş örtüyüdür. Bəzi alimlər onu üzü örtməyə də aid edirlər. lakin bu baş örtüyüdür. Fəqət bəzi hədislərdə gəlib ki, üz də örtülür. Amma yenə də üzü örtmək vacib deyil.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#11 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 08:47 PM

AsSalamu alaikum.
Qardas, myselmanlara cetinlik toreden qoja nesrani qadinin olmeini arzulamaq gynahdirmi?
WasSalam



Cavab:

Wa aleykum salam!
Əgər əziyyət verirsə deyə bilərsən ki, Ya Rəbbi bizi onun fitnəsindən qoru.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#12 Guest

Guest
  • Guests

Posted 01 September 2005 - 09:05 PM

Salam aleykum..
Salam aleykum. Scitaetsa li namaz batil esli posle togo jenshina sovershila namaz, zametila cto u nee bili prozracnie videleniya?
Izvinite za vopros i zaranee blagodaru za otvet..Salam aleykum.

S togo vremeni uje proshlo neskolko dney.nujno li ey zanovo sovershit etot namaz??A ona uje zabila kakoy imenno eto bil namaz..Cto delat??

Salam aleykum..



Ответ:

Ва алейкум салам!
Совершать газа намаз нету необходимости. Ведь прошло много времени.
Аллах знает лучше!
Алейкум салам!


#13 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 06:18 AM

Salam,
1.Osman Ebuzerri niye surgun etmisdir?
2.Imam Huseyn(e) qetle yetiren Yeziin qosunleri idi?



Cavab:

Wa aleykum salam!
1. Osman (Allah ondan razı olsun) Əbu Zərri (Allah ondan razı olsun) sürgün etməyib. Sadəcə olaraq Əbu Zərr ilə Müaviyə (Allah onlardan razı olsun) qızıl və zinət əşyalarını toplamaq və saxlamaq haqda ixtilaf edirlər. Sonra bu xəbər Osmana (Allah ondan razı olsun) çatanda Əbu Zərri (Allah ondan razı olsun) öz yanına çağırır və onunla bu haqda danışır. Sonra Osman (Allah ondan razı olsun) Əbu Zərrə (Allah ondan razı olsun) harada istəyirsən orada da məskunlaş təklifini verir. Sonra Əbu Zərr (Allah ondan razı olsun) Rəbva deyilən yerə köçür. Orada da vəfat edir. Onun qaldığı yerdə tək olduğundan basdıqmağa adam olmur. Səhabələrdən biri oradan keçərkən Əbu Zərrin vəfatını eşidir və gəlib onu dəfn edir. Sonra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: "Ey Əbu Zərr! Sən təklikdə öləcək və tək həşr olunacaqsan". Hadisə belə olmuşdur , Osman (Allah ondan razı olsun) onu sürgün etməmişdir.
2. Imam Hüseyni (Allah ondan razı olsun) qətlə yetirən Yezidin (Allah ona rəhmət etsin) qoşunu idi. Onu qətlə yetirən qoşun elə Hüseyni (Allah ondan razı olsun) oraya dəvət edənlər idilər. Yezid (Allah ona rəhmət etsin) Hüseyni (Allah ondan razı olsun) öldürməyi əmr etməmişdi.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#14 qonaq

qonaq
  • Guests

Posted 02 September 2005 - 06:20 AM

Assalam, bir cox hedis kitablarinda destemazda yalin ayaqlara mesh cekilmesi vacib buyurulmusdur, bu dogrudur?



Cavab:

Wa aleykum salam!
Xeyr, Əhli sünnə kitablarında yalın ayaqlara məsh çəkilmir. Məsh yalnız corab və ya xöfün üzərindən çəkilir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#15 nizi

nizi
  • Guests

Posted 02 September 2005 - 06:26 AM

Salam aleykum.
1.Niye Imam Malik ve Imama Safi namazda ellerin aciq olmasini tovsiye etmisler?
2.Peygember(s) hansi halal emelleri sonradan hesh etmisdir? 3.Ali(e),Hasan(e),Huseyn(e) ehli-beyte daxildirler?
4.Namazda sozleri ureyinde demek olar?
5.Sidikle mualice etmek olar?
6.Siz ictihad edirsiniz?
7.Ictihad eden oz mezhebini yarada biler?(Imam Malik,Imam Safi kimi)
8.Muselman kafire el vurduqda murdarlanir?



Cavab:

Wa aleykum salam!
1. Onlar heç biri namazda əliaçıq tövsiyə etməyiblər. xüsusən də imam şafii. Fəqət Maliki məzhəbində belə bir rəy vardır. Lakin bunu onların hamısı demirlər.
2. Məs, siğə halal idi sonradan haram edildi.
3. Bəli, onlar da daxildirlər.
4. Yaxşı olar ki, dil ağız tərpənsin.
5. Bəli. Olar.
6. Demək olar ki, xeyr.
7. Xeyr, əslində onlar özləri məzhəb yaratmayıblar. Bu məzhəblər onlardan sonra meydana gəlmişdir.
8. Xeyr, onların nəcasəti mənəvi nəcasətdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#16 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 06:30 AM

Salam.
Ya kashifel kerb ikshef kerbuna biheggi muhammed ve aliyy ve fatime vel hasan vel huseyn.
Zehmet olmasa bunun tercumesini deyerdiz. Allah razi olsun.



Cavab:

Wa aleykum salam!
Tərcüməsi: Ey kədərləri yox edən! Məhəmmədin, Əlinin, Fatimənin, Həsənin və Hüseynin xətrinə bizim kədərlərimizi yox et.
Bu cür dua etməkdən çəkinmək lazımdır. Bu cür dua etmək bidətdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#17 UmmKonul

UmmKonul
  • Guests

Posted 02 September 2005 - 06:30 AM

Salam aleykum.Ya xotelabi utochnit -mi znaem chto pri poseshenii kladbish nujno chitat dua, mojno li tixonko chut-chut poplakat ili prolivat slezi na kladbishe zapresheno? Wassalam


Ответ:

Ва алейкум салам!
Плакать можно, это слезы милости. Но особо преусердствовать при этом запрещено.
Аллах знает лучше!
Алейкум салам!


#18 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 06:45 AM

Salam, hedisde deyilir ki, Peygember(s)- sehabeden ikisini lenetleyir, bunlar kimlerdir?



Cavab:

Wa aleykum salam!
Bunları hansı mənbədən oxumusan onu de məndə baxıb deyim.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#19 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 06:46 AM

As-Salamu Aleykum ve Rehmetullahi ve Berekatuh.
SHEYX,
Bizde ishde her gun Namaz gilanlar yigishib (ZOHR NAMAZINI) camaat Namazi gilirlar. Amma onlar shie usulu ile gilirlar. Yeni elleri achig, Subhaneke-ni demirler, Keme salleyte Ibrahime....demirler, Allahumme inni euzu bike..... demirler ve s. Men ise nedense ureyimde shubhe galir ve onlarla Namaza durmuram. Tek ve yaxud menim kimi 2-3 nefer birleshib bir gilirig. Ne edim, baxmayarag ki onlarin namazi ferglidir, onlarin arxasinda durum camaat namazi kimi? Eger dursam onda onlarin demediyi dualar nece olsun?
ALLAH SIZDEN RAZI OLSUN.



Cavab:

Wa aleykum salam!
Sən elə belə də davam et. Çünki düz gəlməyən bəzi məsələlər var ona görə.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#20 AbuAnsar ibn Corc

AbuAnsar ibn Corc
  • Guests

Posted 02 September 2005 - 08:48 AM

salam aleykum va rahmatullah
Xadija_al-Ihsan (Дата Aug 30 2005) terefinnen gonderildiyi asagidaki suallara ve sizin cavablariniza esaslanaraq as-kileri yazmaq isteyirem:
[Xadija_al-Ihsan]

1. собирается ли группа женщин с нашей мечети для поездки в хадж. Если, да, то к кому обратиться шейх, и еще, можно ли совершить хадж за счет других, то есть, за счет спонсора и есть ли благо в этом.
джазак АЛЛАХ хейран

 ele basa dusulur ki, xanim mahremsiz hacca getmekten danisir. Sehih hedise gore, bu olmaz. Al Arnaut'a bu suali vermisti, o da haram oldugunu dedi ve dedi ki, Safi meshebinin bezi alimleri bezi sertleri qebul ederek, buna icaze vermistler (qrub seklinde ve s.)

________________________________________________________________________
2. [Xadija_al-Ihsan] Шейх, можно ли слегка подкрашивать брови черным карандашом, в случае если они светлые, или же использовать черную тушь, максимально незаметно!!!

SIZIN CAVABINIZ: Çalış çox bilinməsin. Аллах знает лучше!

 Munajjidden gelen cavaba gore: olar, ancax mehremlerin yaninda, veya niqab geyse (yani namehremler onu ele gormemelidir). inshaAlah siz bunu nezerde tutmustunuz, amma diqqetli olun, cunku bu fitnenin sebebi olabiler. Menim sehv demeyimle sizin sehv demeyiniz ferqlidir.

_________________________________________

3 kecen defeki forumda verdiyim sualimi deqiq basa dusmediz belke. Sualimi vermekle deqiqlestirmek isteyirdim ki, tam qan cixmadigi eti (kitab ehli terfinden kesilibse de) yemek halaldir ya deyil.

Allah razi olsun! 
Salaamaleykum va rahmatullah!



Cavab:

Wa aleykum salam!
1. Təbii ki, qadın məhrəmsiz səfərə çıxa bilməzlər. bizim məsciddən gedənlər olsa da onlar məhrəmsiz getməyəcəklər.
2. Təbii ki, bunlar hamısı olsun. Amma hərdən sual və cavab qısa olur. Sualların çoxluğundan cavablara yalnız soruşulan qədər cavab veririk
3. Kitab əhli kəsən əti yemək olar. Qanın tam çıxmamağı haramlığa dəlil deyil.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#21 ismail

ismail
  • Guests

Posted 02 September 2005 - 11:18 AM

Assalamu Allaikum va Rahmetullah
Sheyx size bir neche sualim var.
1. Bir de gorursen dini sohbet edirem ve ya kimise devet edirem sheytan bashlayir vesvese vermeye gelbime bir az tekebburluk gelir. Bele olan halda sohbeti dayandirim yoxsa Euzu Billeh deyib davam etdirim? Bele etmeishem sheytan terk edir amma bir az kechmish yene gelir.
2. Bir adam gun erzinde gezerek, oturarag, uzanarag La Ilaha Illallah deyirse, ve umumiyyetle zikrle meshguldursa bu bidet olmur ki? Hansi zikri kankret vaxtlarda etmeyende ve vaxti garishdirdigda o zikr bidete chevrile biler?
3. Eger bir gadin namaz gilan diger gadinin gabagindan kecherse bele olan halda namaz gilanin namazi batil olurmu yoxsa bu ancag kishilere aiddir?
4. Gadin nafile namazlar uchun de oz erinden icaze almalidir yoxsa bu ancag nafile oruclara aiddir?
5. Sheyx bu ayin hansi gunleri 13, 14, ve 15-ne dushur ki, hemin gunlerde InshAllah oruc tutag? Chunki Miladi ile Hicri fergler oldugu uchun bir geder chashdiriram vaxtlari?
6. Sibtuzzehra adli muellifin "1001 Shefa" adli kitabi var, bu kitab sehihdirmi? Umumiyyetle bu muellif hagginda ne bilirsiz?
7. Eger bir insan ezamiyyete gedir lakin dovletin onun uchun kesdiyi ezamiyyet xerci galdigin yerin gundelik xerclerini odemeyinden Rehber elave gunler yazdirir ki, hemin gunlerin pulu kompensasiya ede bilsin: Meselen: eslinde ezamiyyet 2 gunlukdur ve iki gun uchun dovlet 50 000 manat verir lakin ezamiyyetdeki 2 gunun xerci daha chox oldugundan rehber 7 gunluk ezamiyyet yazdirir ve 175 000 min pul verir ki, rayonda chekilen ish eziyyeti de kompensasiya edilsin. Bele olan halda bu pul haram olmur ki?
Allah Razi olsun.
Assalamu Allaikum va Rahmetullah.



Cavab:

Wa aleykum salam!
1. Elə məsələlərə çox fikir vermə. Əuzubilləh et və dəvətini davam et.
2. Xeyr, bidət deyil.
3. Hədis ümumən gəlmişdir.
4. Bu əslində nafilə oruca aiddir.
5. Saytın ilk ana səhifəsində təqvim vardır. Orada görsənəcəkdir.
6. Mən bunu tanımıram. Görsənir bu tibbi kitabdır.
7. Bu düzgün deyil. Çünki bu yalandır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#22 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 12:59 PM

Salam Gamet Gardash ve bu saytda eziyyet cheken butun gardashlar.
ALLAHA yarashmayan ishler gormekden chox gorxuram, ozu de lap chox. Adi ishde biri ishe gelmeyende onun yerine gol chekib onun sokunu, meyvesini goturende onu sahibine verirem, chunki o menim deyil. Ve yaxud valideynlere, boyuklere, ushaglara, gadinlara gormetsizlik etmekden chox gorxuram. Omrum boyu ichki, sigaret gumara yaxin durmamisham.
1) AMMA---zina etmeyin de boyuk ozude chox boyuk gunah oldugunu bile bile, ve onu da etmekden gorxdugum halda yene de herden ozumu saxlaya bilmirem ve zina edirem. GAMET yalvariram mene chixish yolu goster. Bu neden ireli gelir, butun haram ishleri etmekden gorxuram amma en boyuk gunahdan saxlaya bilmirem. Her gun NAMAZDA ALLAHA yalvariram ki Meni nece Namaza govushdurdunsa elecede ZINADAN uzaglashdir. Mene bir muselman, bir momin, bir gardash kimi ALLAH XATIRINE ele meslehet verki men gurtula bilmediyim bu alchagligdan gurtarim.
2) Hemde bir yol goster, aile gurana geder ehtiyacimi nece odeyim. (Hetta bunu da bilirem ki NUR SURESINDE ALLAH buyurur ki Aile gurmaga imkanin yoxdursa, men senin imkanlarini odeyene geder ZINA-dan chekinin.



Cavab:

Wa aleykum salam!
1. Bu asiliklər imanın zəifliyindəndir. Iman itaətlə artar asiliklə isə azalar. Sən günah çox edir və əməl az edirsən. Sən bunu dəyişsən onda sənin vəziyyətin yaxşılaşacaq. Allahdan qorx, camaada çox gəl, məsciddə dərslərdə iştirak et. Həddini aşanlardan olma. Allah təalə buyurur: "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)." (əl-Muminun: 5-7).
2. Oruc çox tut və ibadət çox et.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#23 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 01:21 PM

As-Salamu aleykum.
Men 2003 ci ilde xeste oldugum ycyn oruc tutabilmedim 15 gyn. indiye kimi tutmamisham ve eger tutmasam onun keffaresi nedir ?



Cavab:

Wa aleykum salam!
Kəffarəsi elə orucları tutmaqdır. Imkan olanda tutarsan. Çalış tez tut.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#24 UmmKonul

UmmKonul
  • Guests

Posted 02 September 2005 - 01:47 PM

Salam aleykum.Mi znaem sni ochen chasto nesut v sebe opredelenniy smisl. Xotela bi uznat esli vo sne uvidel chto ti kormish umersheqo cheloveka yaycami , k chemu eto. Voobshe videt vo sne umersheqo chto oznachaet? Wassalam.


Ответ:

Ва алейкум салам!
ПРисниться может всякое. Это из гейба. Ты не волнуйся. И что означет конкретный предмет во сне, точно сказать ни кто не может.
Аллах знает лучше!
Алейкум салам!


#25 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 02:42 PM

SALAM.
1) eger Imama igtida ederek Namaz giliramsa Tutag ki ozumde ureyimde Fatihe suresini deyirem arada chasiram ve duzeldib davam edirem, mene secdeyi sehv dushur, namaz batil olmur ki?
2) Hz. FATIME-ni (ALLAH ONDAN RAZI OLSUN) kim getle yetirib? Duzdurki onu Hz. OMER (ALLAH ONDAN RAZI OLSUN) getle yetirib?
3) Evde destemaz alanda yalniz ayaglarimi yuyanda sag ayagimi yuyub sulu halda evde geyindiyim ayaggabiya goymamag uchun onu gurulayib sonra sol ayagimi yuyandan sonra butunlukle gurulaniram. Bunda bir gebahet yoxdurki?
4) eger men ya Megrib ya Isha namazinin sonuna yaxin Ferzini gildim amma vaxt gurtardi, Cunneti geza kimi gilmaliyam?
5) Gebr evine kimi ALLAHA, ONUN RESULUNA, GURANA, MELEKLERE, GIYAMET GUNUNE, TALEYE inanan, ALLAHA layig olan ishlerle meshgul olan, zekat veren, kimsesizlere el tutan bir insan hwerden bir zina ederse a) dunyasini deyishmeden once tovbe etmek ona nesib olarsa o cehennemde gunahlarini yuyub sonra cennete gedecek ya bir basha cennete? b) tovbe ede bilmeden dunyasini deyisherse ola bilerki ALLAHIN REHMI ile bir basha cennete getsin?
6) BURDA YAZILAN SUALLARI HEGIGETEN SHEYX GAMET CAVABLANDIRIR YA BI GORMURUK DEYE BASHGALARI GAMETIN VAXTI OPLMAYANDA GAMETIN ADINDAN CAVABLANDIRIR? XAHISH EDIREM DUZUNU DEYIN. :)



Cavab:

Wa aleykum salam!
1. Xeyr, səhv səcdəsinə ehtiyac yoxdur. Çünki imamın arxasında edilən səhvlər bağışlanır.
2. Fatimə (Allah ondan razı olsun) öz əcəli ilə ölüb və onu heç kəs qətlə yetirməyib. Ömərin (Allah ondan razı olsun) Fatiməni (Allah ondan razı olsun) vurması haqda deyilənlər 1001 gecə nağılları idi. Əlinin (Allah ondan razı olsun) Fatimədən (Allah ondan razı olsun) olan qızını Ömərə (Allah ondan razı olsun) verməsi bu məsələ üçün kifayət qədər dəlildir.
3. Sən çalış ikisini də yu qurtar sonra qurula.
4. Xeyr, sünnəti qəza kimi qılma. Iki rükət qılman kifayətdir.
5. o Allah təalənin istəyi altındadır. Ola bilər olsun.
6. Xeyr, sualları yalnız özü cavablandırır. Fəqət cavablar bəzən müəyyən səbəblərdən gecikir. Amma buna baxmayaraq çalışıram ki, cavablar çox gecikməsin.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#26 [email protected]

Posted 02 September 2005 - 03:06 PM

Asselam aleykum rehmetullah ve bereketu. Quranda bele bir sure var ki Cennetde sizi ahu gozlu hurilerle evlendireceyik .Onu basa dusmedim. Umumiyyetle huri ne demekdi



Cavab:

Wa aleykum salam!
Huri cənnətdə olan qadınların vəsfi və adıdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#27 ismail

ismail
  • Guests

Posted 02 September 2005 - 04:05 PM

Assalamu Allaikum sheyx
Size bir neche sualim var.
1. Gadinlar televizorda moda verilishlerine baxa bilermi?
2. Eger birinin atasi kafir olubsa, o dunyasini deyishenden sonra onun evladi onun uchun dua edib rehmet dileye bilermi?
3. Eger korpe ushagin sidiyi adamin paltarina deyerse o paltarin ustune su surtub namaz gilmag olar, yoxsa paltari deyishmek ve yumag lazimdir? Bir deki, bu oglan ushaglarina aiddir yoxsa hem de giz ushaglarina? Bir deki, ushagin sudemer olmasi lazimdir yoxsa boyuk ushag da ola biler?
Assalamu Allaikum



Cavab:

Wa aleykum salam!
1. Onda xeyr yoxdur. Çəkinmək daha yaxşıdır.
2. Əgər həqiqətən kafir olubsa xeyr. Allah təalə buyurur: "Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!" (ət-Tövbə: 113)
3. Əgər oğlan uşağı südəmərdirsə onu su çiləyib silmək kifayətdir. amma qız uşağı isə hətta südəmər olsa belə onu yumaq lazımdır. Oğlan südəmərlikdən çıxdıqdan sonra mütləq yumaq lazımdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#28 Guest

Guest
  • Guests

Posted 02 September 2005 - 05:39 PM

salam,yezid sehabeden olub?



Cavab:

Wa aleykum salam!
Xeyr, Yezid (Allah ona rəhmət etsin) tabiinlərdəndir. Çünki o Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) görməyib amma səhabələri görüb ona görə də tabiin adlanır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#29 kenun

kenun
  • Guests

Posted 02 September 2005 - 10:46 PM

Assalamu aleykum.
Birinin mene borcu var.Men ona borcu halal elemishem amma onun xeberi yoxdu. Indi o borcu istemeyim duzgundu?
CezekAllaxu xeyr.
Assalamu aleykum.



Cavab:

Wa aleykum salam!
Əgər bağışlamısansa yaxşı olar ki, götürməyəsən.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#30 Xadija_al-Ihsan

Xadija_al-Ihsan
  • Guests

Posted 03 September 2005 - 08:59 AM

Ас саламу алейкум
шейх, я слышала, что мокрота (а вернее, глотать ее, извините за вопрос) нарушает пост. Я читала это в книге Алихана Мусаева. А что делать, если нет возможности от нее избавиться, и приходится глотать (извините), неужели пост нарушен??? Прошу разъяснить
Jazzak ALLAX xeyran
Ас саламу алейкум


Ответ:

Ва алейкум салам!
По правильному мнению это не портить пост. Но если есть возможность выплюнуть, то выплюн. Если проглатила, то проблем нет, пост верен.
Аллах знает лучше!
Алейкум салам!


#31 Anar

Anar

    Пользователь

  • Пользователи
  • Pip
  • 30 posts

Posted 03 September 2005 - 09:16 AM

Assalamu aleykum!
Sheyx bilmek isteyirem ki, insan dunyavi meselelerde ne vaxta qeder ata-anaya taba olmalidir? Eger ata-ana sene istediyin mescide getmeye, istediyin adamlardan ders almaga, istediyin insanlarla olmaga ve saireye manecilik ve ya qadagan etseler ne etmeli? Bu kimi sheylere ozumum secim etmeye haqqim yoxdurmu? Sheriyetimiz bu meselerde bize ve valideyinlerimize ne kimi serhedler qoyub.
Allah sizin haminizdan razi olsun!
Assalamu aleykum!



Cavab:

Wa aleykum salam!
Tabeçilik daimidir fəqət asiliyi əmr etsələr onda tabe olmamalısan və bununla belə onlarla xoş davranmalısan.
Asiliklərə misal: onların dedikləri sənin dininin zəifliyinə təsir edən əməlllər və s.
Allah təalə buyurur: "Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”" (Loğman: 15).
Allah daha yaxşı bilir!
Salam aleykum!




#32 Guest

Guest
  • Guests

Posted 03 September 2005 - 09:30 AM

Salam.
1) Sheyx, Bu gun yuxudan durdugda bedenimden meni chixmishdi. Men hamami gizdirib, cimib gusl aldigda saat 7:09 idi. Bu gunun Subh Namazi 7:07 de bitirdi. Bele olan halda (umumiyyetle neche degige ya saat kechse Gezaya dushur?) Geza Namazi kimi gilmaliyam ya Ferz kimi?
2) Destemaz aldigdan sonra ayagyalin Namaz giliram. Gurtardigdan sonra corablarimi geyirem. Novbeti Namaza geder corablarimi chixartmiram, yene de Destemaz aldigda ayaglarimi tam yumaliyam ya Mesh cheke bilerem? (Destemaz alan kimi corablari geymirem, Namaz bitdikden sonra geyirem.)
3) Fatihe Suresinden sonra yadimdan chixib AMIN demiremse bu secdeyi Sehve dushur?



Cavab:

Wa aleykum salam!
1. Qəza da elə fərzdir. Ola bilsin sən demək istəyirsən ki, vaxtındakı kimi qılım ya yox. Sən namazı qıl və demə ki qəza və ya vaxtında qılıram. Xüsusən də sənin səbəbin vardır.
2. belə etsən məsh çəkə bilərsən.
3. Ehtiyat üçün et.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#33 ADIL

ADIL
  • Guests

Posted 03 September 2005 - 11:40 AM

Assalamu Aleykum
1)Magrib namazinin vaxti dagig na gadardir? Masalan, isdan cixib yol galirik va namaza 30,50 dagiga va ya 1 saat onar catacagimizi dagig bilmiriksa maksimum vaxt na gadar goturakki,namazi oturarag gilag?
2)Ishla bagli cumaya gala bilmiriksa 3 gardash bir yerda Cuma gila bilarikmi?Xutba vacib olurmu? Cuma namazinin vaxti saat necadan necayadirki, sonra Zohr
girir


Cavab:

Wa aleykum salam!
1. Məğrib namazının vaxtı gün batandan sonra qızartı itənə qədərdir. Bu da təx 40-45 dəq çəkir.
2. Xeyr, cümə namazı şəhərdə və ya kəntdə cəm formada qılınır. Kim əgər işinə və ya digər səbəbə görə cüməyə gələ bilmirsə onda zöhrü qılsın və cümə namazının vaxtı eynilə zöhr namazının vaxtı kimidir

Sual:
1) Sheyx biz agar bu zaman yolda olurugsa otura-otura gilinmasi gabul olunur? bu zaruriyyat sayilir? Sheyx Useymin namazin maksimum vaxtinin zaruriyyatda 1 saat 30 dag. oldugunu goturub 40-45 dag.sonra oturarag gilag yoxsa 1 saat 30 dag. muddatinda mascida catirigsa orda gilag? Magribdan 40-45 dag.sonra I'sha gilina bilar?
2)Agar ish yerimiz mas:Sangachaldadir,biz orada 3 gardash cuma gila bilarikmi?


[b]
Cavab:

Wa aleykum salam!
1. Əgər siz səfərdəsinizsə onda çatandan sonra qılarsınız. Yox əgər səfərdə deyilsinizsə onda namazın vaxtı çıxmamaq üçün elə maşında qılın. Hədisdə deyilir ki, məğribin son vaxtı üfüqdə olan qızartının itməsinə qədərdir. Ondan sonra işa namazının vaxtı daxil olur.
2. Xeyr, cümə sizə vacib deyil. Birinci siz uzaqdasınız və müsafir kimisiniz. Zöhr namazını qılmaq kifayətdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#34 Guest

Guest
  • Guests

Posted 03 September 2005 - 12:46 PM

Salam aleykum.
Mojno li verit prognazam pogodi, ili eti prognozi toje ot sheytana?Obyasnite pojaluysta..
Salam Aleykum.


Ответ:

Ва алейкум салам!
Прогнозировать погоду - это не из гейба. Это основывается на науку. Можно верит этим пронозам. Наши синоптики допускают ошибку при объявлении этих прогнозов, не сказав "ИншаАллах".
Аллах знает лучше!
Алейкум салам!


#35 syayra

syayra
  • Guests

Posted 03 September 2005 - 01:54 PM

Salam aleykum
Eger qiz ere getmek istemedi, ve buna gore oglan ezziyet cekir, qiz gunah qazanirmi?
Salam aleykum



Cavab:

Wa aleykum salam!
Bu baxır səbəbə. Əgər heç bir səbəb olmasa onda günah qazana bilər.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#36 abdul_Vahhab

abdul_Vahhab
  • Guests

Posted 03 September 2005 - 04:47 PM

Assalamun aleykum Qamət qasrdaş.
1.Allahın üluhiyyəti-bax burada olan ilah kəlməsinin ərəb dilindən azərbaycan dilinə ləfzi ,konkret tərcuməsi necədir.
2.İlah--bu sözün mahiyyəti nədir.



Cavab:

Wa aleykum salam!
1. İlah sözünün mənası məbud, yəni, ibadət olunan deməkdir.
2. ilah sözü ümumi sözdür. Hər bir ibadət olunan ilahdır. Lakin həqiqi və tayı bərabəri olmayan ilah yalnız Allah təalədir. ibadət yalnız ona olmalıdır. Bu da Lə İləhə illəllahın mənasıdır. Ona görə şəhadət kəlməsində bu ad qeyd olunub.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#37 Guest

Guest
  • Guests

Posted 03 September 2005 - 05:03 PM

Salamaleykum!
Ictimai televiziyanin efire chixmasi belke sizin qarshinizda olan manealeri aradan qaldia biler? Chunki bu yaxinlarda Neriman Qasimov bele bir teklif verdi ki, muxtelif fikirli insanlar teledebata chgirilsin. Gozel teklifdir. Yeri gelmishekn bu barede size yazmishdim. Siz buna razi oldugunuz bildirmishdiniz. Siz belke bununla elaqedar televiziyaya muraciet edesiniz. Her halda ictimai televiziyadir. Yeri gelmishken cume gunleri orada dine aid verilsih aparilir.
Salamaleykum!



Cavab:

Wa aleykum salam!
Ola bilər gələcəkdə bu cür veriliş edilsin.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#38 kenun

kenun
  • Guests

Posted 03 September 2005 - 05:16 PM

salam aleykum.
1- peyqemberimiz(s.a.s): 1."Kabrimi ziyaret eden şefaatimi hak eder"2."Kalbinde beni ziyaretten başka hiçbir düşünce olmaksızın kim beni ziyarete gelirse, Kıyamet gününde şefaatimi haketmiş olur."
Bunlar duz hedisdir?
2- Birde qebirlerin ustunde mescidin tikilmesi duzdur?



Cavab:

Wa aleykum salam!
1. Bu hədislər uydurmadır.
2. Xeyr, qəbirlərin üzərində məscidlər tikmək olmaz. Bu qadağandır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ölüm ayağında olarkən demişdir: "Allah yəhudi və xaçpərəstlərə lənət etsin. Onlar peyğəmbərlərinin qəbirləri üzərində məscidlər ediblər".
Allah daha yaxşı bilir!
Salam aleykum!





#39 UmmKonul

UmmKonul
  • Guests

Posted 03 September 2005 - 07:46 PM

Salam aleykum.Nas okrujayut razlichnie lyudi.Moqu li ya zdorovatsa s chelovekom,bud to sosedka ili net ,esli ya znayu chto ona tak skajem pis yolun odamidir?Ili s takim chelovekom zdorovatsa nelza? Wassalam.


Ответ:

Ва алейкум салам!
Первым здороваться с неверным нельзя. Но если этот человек географический мусульманин, то ничего.
Аллах знает лучше!
Алейкум салам!


#40 samira

samira
  • Guests

Posted 03 September 2005 - 08:07 PM

As salamu aleykum va rahmatullahi va barakatuhu!Hormetli sheyx,xahiş edirəm bu suallarimi cavablandirasiniz:
1)evdeki butun foto shəkilləri bir yere toplayib eyvandaki dolaba goymushamçlakin orada da namaz gilinir.onlari nə edim,tamam evden kenarda saxlayim?
2)yatag otaginda namaz gilmag olarmi?və namaz gilarkən arxada insan yatmish veziyyetde ola biler?
3)eger eyni zamanda birinin boynuna 2 gusl dushubse(mes.heys,cənabət)onlari neje etmek lazimdir,niyyəti necə etmek lazimdir,yoxsa ikisini de birden?



Cavab:

Wa aleykum salam!
1. Əgər bağlı yerədirsə görsənmirsə onda eyb etməz.
2. Qılmaq olar.
3. İkisini də niyyət edə bilər. lakin niyyəti dil ilə demək lazım deyil. Bunu əməl edərkən bilmək kifayətdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#41 UmmKonul

UmmKonul
  • Guests

Posted 03 September 2005 - 10:21 PM

Salam aleykum.Rasskajite pojaluysta pro mechet v Ierusalime:kem ikoqda ona bila postroena,i v chem ee osobennaya znachimost,t.k.mi znaem chto o ney upomyanuto v xadise Proroka Sallallahu Aleyhi va Sallem kak ob odnoy iz samix vajnix mechetey ,kotorie mojno ziyarat etmak.Wassalam.


Ответ:

Ва алейкум салам!
Строительство этой мечети начато Давудом (а.с.), и закончено Сулейманом (а.с.). И двухрукатный намаз в той мечтети приравнивается к 250 обычным намазам. А сам город является третьим святым местом. Можно сказать, что это город пророков.
Аллах знает лучше!
Алейкум салам!


#42 amal

amal
  • Guests

Posted 04 September 2005 - 02:44 AM

Salam aleykum Qamat qardash...
Man uzur istayiram bir necha dafa eyni sual vermayima gora..
1.Naya gora likor spritli ichkilara aid deyil?Axi likor ichandada bash dumanlanir?
2.Allah(st) 2 gozu haqqinda siz Dajjalla bagli olan hadisi gatirirsiniz dalil,lakin o hadisda yazilmayib hokman 2 gozu var Allah(st)-nin,yazilib ki, Dajjal tek gozludur,lakin Allah(st) tek gozlu deyil?Balka 2-dan artiqdir?Bu hadisdan bashga ayri bir hadis var ki,tasdiq elasin Allah(st)-nin 2 gozunu?
3.Xahish ediram, uz baglanma haqqinda hadisi mana yazasiniz?
Allah(st) razi olsun..
Salam aleykum...



Cavab:

Wa aleykum salam!
1. Likoru müstəqil olaraq içmək olmaz. Amma hansısa halal bir yeməyin və ya produktun tərkibində olsa onda onun haramlığı itir. Məs, adi qatıqda və s məhsullarda spirt var amma o tərkibdə olduğuna görə haram sayılmır. Amma ondan müstəqil olaraq içki hazırlansa onda içmək olmaz.
2. Orada Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) iki gözünə işarə edir. Həmçinin ərəb dilinin qaydalarına görə əgər bir şey inkar edilirsə dərhal onun əksi başa düşülür. Bu haqda başqa hədislər də var amma bu kifayətdir.
3. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qadınları və möminlərin qadınları üzlərini bağlayardılar. Bu haqda hədislər çoxdur. Məs, Aişə (Allah ondan razı olsun) deyir ki, biz həcdə olarkən üzümüz açıq şəkildə gəzərdik. Kişiləri gördükdə isə üzümüzü bağlayardıq.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#43 Abd al-Malik

Abd al-Malik
  • Guests

Posted 04 September 2005 - 02:55 AM

Assalamu Aleykum Sheyx!
1)Bilirik ki, canli tevsiri olan yerde namaz qilmaq olmaz. Bu barede sahih hedisler var. Ancaq bir reye gore eger shekil qarshinda, saginda, solunda ve ustunde deyilse (yani arxanda qalirsa) olar ( Hasan Yavash, Namaz kitabi). Bu dogrudurmu?
2) Uzerinde canli tevsiri olan paltardada namaz qilmaq caiz deyil, bes eger qolsuzun uzerinde shekil var, ve namaz vaxti onun ustunden bashqa (tevsirsiz) paltar geyinsem namaz qila bilerem?
Uassalamu aleykum ua rahmetullahi ua barakatuh!!!



Cavab:

Wa aleykum salam!
1. Şəkil mələklərin evə daxil olmasına maneədir. onun sənin namazına təsiri yoxdur. Namaz səhihdir. Amma belə demək olar ki, əgər həmin şəkilləri götürməyə imkan yoxsa onda çalış ön tərəfdə olmasın heç olmasa arxada qalsın.
2. Bəli, qıla bilərsən əsas odur ki, görsənməsin.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#44 Guest

Guest
  • Guests

Posted 04 September 2005 - 05:48 AM

Salamaleykum!
Siz qeyd edirsiniz ki, dunyevi meselelerde insan serbestdir.Basha dushdum.Amma size ele gelmir ki, bezi serf etmeyen hallarda hemin dunyevi meselelere dini hokmleri tetbiq ederek haram buyururusunuz.Meselen ,mikrofon, kompyuterden ves.den istifade etmek olar.Elbette,duzudr.Indi 7-ci esr deyil.Onda shahmat niye haramdir?Yeqin tarixi gedimdir?Nerd niye olmaz?Yaxshi ki, xokkey,futbol o vaxt olmayib?Ona da baxa bilmezdik.Umimiyytele bezi dini hokmleri indi tetbiq etmek geriye qayitmaga benzeyir.Sizin dediklerinizin Azerbaycanda heyata kechirilmesi chetin meseledir.Nezere alsaq ki, Azerbaycan Avropa Shurasinin dedikleri ile ''oynayir''.Bu millete her sheyi ashilamaq mumkun deyil.Illerle vaxt lazimdir ki, belke neyese nail olmaq olar.Azerbaycanda shielik daha chox hakimdir.Sizlerin baxishlari ile tanisham.Quran ve Sunne...Chox gozel!Amma sizin fikirlerinde chatoshmayan cehetler de var.Duzdur bunlar sizin fikirleriniz deyil.Peygemberin(s.a.v) buyurduqlaridir.Ola bilmez ki,Peygember sehv etsin?Ve ya hansisa alimin sherhi yanlish olsun!Her halda insanin gerek oz fikri de olsun.Oz baxishlari da olsun.Hemin alimlerin fikirleri ile oturub durmaq ne derecede duzgundur.Siz de mueyyen meseleye oz fikrinizi bildirmelesiniz.Bezen mueyyen meselelerde geyd edirsiniz ki,bu barede hech ne deyilmeyib.Qardash, o vaxt deyilmeyib .Bu o demek deyil ki buna bizim de oz fikrimiz olmamalaidir.Siz de bir alim.Buyirin fikriniz bildirin.Daha onda niye tehsil almisiniz.Insanin gerek yaradiciiq qabiliyyeti de olmalidir.O vaxt hemin alimin gorduyu ve derk etdiyi bu qeder olub.Bizim gorduklerimizin o choxunu gormeyib.Ve ua biz gelecekde neler olacaq (ALLAH bilir)onlari bilmirik.Teslimchilikden chekinmek lazimdir.Bu ancaq yerinde saymaga benzeyir.Ne ise..
Guman edirem ki, bunlari ciddi qebul edeceksiniz.Cavablarinizi gozleyirem.Ancaq oz fikirleriniz olsun.Hech bir alimin fikirleri menim uchun maraqli deyil. Fikirlerin mufessel ve mentiqli olsun. Teshekkur edirem.



Cavab:

Wa aleykum salam!
Mən sizi başa düşürəm. Dini məsələlərdə biz Qurana və Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və onun tələbələri olan səhabələrə tabeyik. Çünki din kamildir. Ən sonuncu ayələrdən biri bu ayədir. " Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim." (əl-Maidə: 3).
Mömin insan dini məsələlərdə bu məsdərlərə əsaslanmalıdır və bu iman əhlinin siması və mövqeyidir. Allah təalə buyurur: "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab: 36).
Lakin dünyəvi məsələlərdə isə biz azadıq. Biz heç də demirik ki, dünyəvi məsələrdə fikirləşə bilməzsən. Bəli fikirləşə bilərsən. Hətta Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müəllim olaraq səhabələrə fikirləşmək üçün məcal yaradırdı. Nə qədər dünəyvi məsələlər olub Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz fikrini deyil səhabələrin fikrini götürüb. Insanın öz fikri ola bilər. lakin əsas odur ki, ümumi dini prinsiplərə zidd olmasın. Bir şahmat və ya nərdin qadağan edilməsi həyatın və ya fikirləşməyin qarşısını almaq demək deyildir. əksinə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyib ki, idmanla məşğul olmaq lazımdır. lakin yenə də bunlar islam dininin prinsiplərinə zidd olmamalıdır. Bu iki oyunun oynanmaması heç də problem deyil. Çünki onları əvəz edən oyunlar həddindən artıq çoxdur. Amma dini məsələlərdə öz fikrini demək düzgün deyil. Desən də baxmaq lazımdır görək bu fikri belə demək düzgün olar ya yox. Bu hər bir əsaslı elmdə belədir. məs, fizikada hər kəsin fikri ola bilməz. Ola bilər kimsə hansısa fikri desin. Lakin onun bu fikri elmdə olan qayda-qanulara əsasən yoxlanılır və sonra onun düz və ya səhv olması bildirilir.
Siz özünüz təsəvvür edin əgər dində hər kəs öz fikrini deyib onun ardınca getsə bu hara gedib çıxar???
Bir məsələni də bilin ki, elə insanların bölünməsi və parçalanmasına səbəb də elə bu olub. Mən daha da aydın olsun deyə adi bir misal çəkim. Islamda Mötəzililər adlı bir firqə var. Onlar öz ağıllarını şəriətdən üstün sayırlar. Yəni, onlar şəriətin ağıla tabe olması prinsipini əsas tuturlar. Biz isə tam əksinə deyirik. Ağıl şəriətə tabedir. Çünki şəriətdə elə məsələlər varki ağıl onları dərk etməkdə çox acizdir. Xülasə odur ki, onlar 19 yerə bölündükdən sonra deyirlər ki, gəlin yığılıb bu 19 firqəni azaldaq və bunun müzakirəsi üçün məclis quraq. Sonra məclisə otururlar və o məslicdən çıxanda artıq iyirmi firqə ilə çıxırlar. Biri də artır.
Mənə elə gəlir ki, məsələni müəyyən qədər açıqlaya bildim və sənin üçün də aydın oldu.
Allah bizi açıq başa düşənlərdən etsin... Amin!!!
Allah daha yaxşı bilir!
Salam aleykum!





#45 Guest

Guest
  • Guests

Posted 04 September 2005 - 12:52 PM

salam.
1.selefilik ayrica bir mezhebdir,yoxsa dord mezhebin kulliyyatidir?
2.sigeden basqa daha hansi emeller sonradan nesx edilib?
3.bildiyime gore hansisa hedis kitabinda eli aciq olaraq namaz qilmanin mumkunluyu bildirilir, bu beledir?



Cavab:

Wa aleykum salam!
1. Sələfilik məzhəb deyil. əslən sələfilik məzhəbçiliyin əleyhinədir. o dörd məzhəbin fikrilərini deyən Əbu Hənifə, Malik, Şafii və Əhməd özləri də sələfi olublar. Bu, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yoludur. Bu yolu məzhəblər kimi başa düşməyin. Sadəcə olaraq biz elə bir vaxtda yaşayırıq ki, məsəlman deyəndə hansısa məzhəbdə olmaq başa düşülür. Amma əslində isə bu belə deyil.
2. Qəbirləri ziyarət etməyin qadağan olması və sonradan icazə verilməsi. Qaynanmış sudan dəstəmaz almaq, süd analığının on dəfədən beş dəfəyə enməsi və s.
3. Bizim örnəyimiz Peyğəmbərdir (ona Allahın salavatı və salamı olsun) və o əliaçıq namaz qılmayıb və bu haqda heç uydurma hədis də yoxdur.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#46 Guest

Guest
  • Guests

Posted 04 September 2005 - 01:03 PM

salam,SEHIH MUSLIMDE Peygember(s) iki sehabeni lenetleyir.2007/4.bunlar kimdir?



Cavab:

Wa aleykum salam!
Bilmək lazımdır ki, Müslimin səhih kitabında fəslin adı belədir: "Peyğəmbərin lənətləməsi, söyməsi və bəd dua etməsi həmin adam üçün həlak deyil, məğfirətdir."
Amma bu iki səhabənin adı qeyd olunmur. Burada adların bilinməsinin bir əhəmiyyəti yoxdur. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu hansısa səhabəyə demişdisə onun üçün məğfirət və rəhmətdir. Necə ki məs, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Müaviyəyə (Allah ondan razı olsun) qarşı da demişdir ki, Allah onun qarnını doyurmasın. Amma bunu Allah təalə Müaviyə (Allah ondan razı olsun) üçün məğfirət edir.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#47 Guest

Guest
  • Guests

Posted 04 September 2005 - 03:48 PM

assalam aleyke sheyx..
1)bu xevvaricler haqqdadi sualim, onlarla danishmaga meslehet gorursuz yoxsa yox?
sheyx bugun dersde dedizki kufrun sebebleri var, ve biride odurki beyan elemek lazimdi, ve beyan olub olmamagini alimler deye biler..sheyx onda bizim ixtiyarimiz yoxduda kimese bizim cemiyyetde kafir deyek? yoxsa shertlere baxib deye bilerik?
2)eger birinnen qeybete gore halalliq aliramsa, ve o halalligi vermirse ne etmek lazimdi?
assalam aleyke



Cavab:

Wa aleykum salam!
1. Əgər elmin varsa danışa bilərsən. Çünki onların toxunduqları məsələlər ağır məsələlərdir və o məsələləri yalnız alimlər araşdırırlar. Heç onların o məsələlərdən dərin məlumatları yoxdur və bildikləri yalnız səthi məlumatlardır.
2. Sən borcunu etmisən və Allah təalə sənin etdiyini eşidir və görür. Çalış bundan sonra qeybət etmə.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#48 abdul_Vahhab

abdul_Vahhab
  • Guests

Posted 04 September 2005 - 05:48 PM

assalamu aleykum Qamət qardaş.
Mən o dəfə xavariclər haqqında sənə sual verəndə dedin ki, onlar böyük günah saniblərinə kafir deyirlər. Yaxşı ,adi bir misal-namaz qılmamaq.Bax elə bu cür insanlara İbn Teymiiyyə, Şey Albani və s. alimlər kafir hökmünü verib. İmam Malik və imam Şafi ölüm hökmünü verib. Və həmçinin Həsənul Basri əmldə münafiq deyir. Onda sənin dediyindən elə çıxır ki, bu alimlərin özləri elə xavaricdirlər.



Cavab:

Wa aleykum salam!
Xeyr bu belə deyil. Həmin alimlər böyük günah sahiblərini kafir saymırlar. Fəqət namaz barədə bəziləri nə isə deyiblərsə bunu bütün əməllərə şamil etmək olmaz. Kim deyir ki, Ibn Teymiyyə (Allah ona rəhmət etsin) namaz qılmayanları kafir sayıb. Bilmək lazımdır ki, çox alimlər namaz qılmayanı kafir saymayıblar. Onlardan da biri imam Şafiidir (Allah ona rəhmət etsin). Amma onu cəzasının deyilməsi isə hakimə aiddir. Onun məsələyə dəxli yoxdur. Məs, biri oğurluq edir və onun əli kəsilirsə bu həmin adamın kafirliyinimi bildirir???
Sən məsələləri qarşıdırma.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#49 Guest

Guest
  • Guests

Posted 04 September 2005 - 05:58 PM

Salam Alaikum..
Axi, mescidde dersler hansi gunler ve saat necede olur?
WasSalam..



Cavab:

Wa aleykum salam!
Mənim dərslərim hal-hazırda üç və bazar günləri zöhrdən sonra olur. Ramazan ayından sonra da ola bilsin bazar ertəsi günü də əlavə edilsin.
Digər qardaşların dərslərini bilmək üçün isə məsciddə cədvələ baxa bilərsən.
Allah daha yaxşı bilir!
Salam aleykum!





#50 Muslimatun

Muslimatun
  • Guests

Posted 04 September 2005 - 10:47 PM

AsSalamu aleykum!
1. Esli u mena est zoloto na 8,5 gr, no ya ne rabotayu ,i jivu na popecenii roditeley,to ya doljna viplacivat zakat?
voobshe summa zakata iz etogo kolicestva zolota sostavlaet $21?
2.Posle smerti babushki ya nashla u nee doma listok bumagi s ee imenem i imenem ee materi,a dalee kakie to dua kotorie ya nesmogla razobrat,a eshe tam bili kusocki sahara zavernutie v etu bumagu.. Eto jadu sdelannoe na nee, ili ona sama komuto eto sdelala?? Ya eto vibrosila.. Ya pravilno postupila?
3.Odin celovek mne doveril summu deneg na xranenie,mojno li mne bez razresheniya etogo celoveka, pri nujde potratit cast iz nix,i v tecenii mesaca polojit obratno..?Ili obazatelno poprosit razreshenie??
JazakAllahu heyran za otveti...
AsSalamu Aleykum!!!



Ответ:

Ва алейкум салам!
1. Да, ты должна выплатить закат. И эта не такая уж большая сумма. И это способствует к увеличению твоего состояния.
2. Да, правильно.
3. Попроси разрешение на это.
Аллах знает лучше!
Алейкум салам!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users