Jump to content


Photo

01 декабря 2005 года


  • This topic is locked This topic is locked
214 replies to this topic

#201 Djumana

Djumana
  • Guests

Posted 02 December 2005 - 10:36 AM

Ассалям алейкум ва рахматуллахи ва баракатух!
У меня к вам такой вопрос. Если человек работает дизайнером, то есть обрабатывает фотографии, например делает монтаж или из старой фотографии делает новую. То относится ли это к хадису о запрете на изображения? И если например составляет меню, в котором есть раздел о спиртном, то как это записывается человеку?
Аllah razi olsun.
Ассалям алейкум ва рахматуллахи ва баракатух!



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Belə əməllərdən çəkinsən daha yaxşıdır. Deyilən ümumi qadağaya görə.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!




#202 guest

guest
  • Guests

Posted 02 December 2005 - 11:34 AM

As-salamu aleykum, gardash.
1) Tanimadigim insani (yani: dinini, agidasini va sayri) neca salamlamaliyam?
2) bir issal: tutax ki, man oturmusham maschidin hayatinda va maschidin imami yanimdan kechir. Birinci kim salam vermalidir? Va hech kas salam vermasa, kufrdu?
As-salamu aleykum



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər zahirən müsəlmandırsa, yəni azərbaycanlıdırsa onda adi müsəlmana verilən salamla. Amma əgər əhli kitab və ya digər kafirlərdən olsa onda qoy birinci o başlasın sən də ona elə cavab qaytar.
2. Gedən oturana salam verir, minikdə olan piyadalıya salam verir. Az çoxa salam verir. Salam vermədikdə ola bilər nəsə səbəb olsun. Bu küfr sayılmır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#203 Djumana

Djumana
  • Guests

Posted 02 December 2005 - 11:08 PM

Ассалям алейкум ва рахматуллахи ва баракатуху!
Шейх у меня к вам такой вопрос. Мы с одним человеком недавно были обручены, дома по поводу Кабина говорят, что сделают только за несколько дней до свадьбы, а до свадьбы еще есть не мало времени. Так как по Шариату нам встречаться запрещено, можно ли нам разговаривать по телефону или нет? Мои родители не против. Но я хотела бы знать по Шариату запрещено это или нет?
Да вознаградит вас Всевышний и Всеблагой АЛЛАХ!
Асслям алейкум ва рахматуллахи ва баракатуху!



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Gərək belə danışıqlar kəbindən sonra olsun. Əgər valideynlər cahildirlərsə və deyirlər ki, kəbini toya yaxın edərik və s. belə halda ehtiyac varsa məs, harayasa ötürmək və ya danışmaq eyb etməz.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!




#204 ddd

ddd
  • Guests

Posted 03 December 2005 - 03:16 AM

AsSalamu Aleykum wa Rahmatullah!
1.Mojno li vo vrema gusla, jenshinam u kotorix dlinnie volosi, s celyu
nemocit vsu golovu , to nabirat vodu v ladoni i oblivat golovu takim
obrazom 3 raza, ili obazatelno stoyat pod dushem i mocit vsu golovu?
2.Mojno li jenshinam polzovatsa uslugami jenshin kotorie udalayut volosi v
intimnix mestax s pomoshyu voska?ili i v etix slucayax toje scitaetsa
haram pokazivat svoi polovie organi komu libo pomimo muja?
3.Nujno li sovershat gaza sunni namazov, esli prospala...?
4.Nujno li sovershat gaza nafile namazov, esli usnula s niyyatom prosnutsa
nocyu i sovershit giyamu leyl i vitr, no prospala ix..
Salam Aleykum



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. Belə halda üstən islatsa bəsdir. Saçın dibini ovuşdurub suyu oraya vurmaq şərt deyil. Ummu Sələmə (Allah ondan razı olsun) adlı səhabə qadın belə edərdi.
2. Olmaz, haramdır.
3. Qəza niyyəti ilə deyil amma adi iki rükət qıla bilərsən.
4. Belə halda qəza lazım deyil. Amma vitri qəza edirsən. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur ki: "Kim yataraq və ya unudaraq vitri qılmasa sonra oyanandan və ya yadına düşəndən sonra qılsın". Və vitrin qəzası cüt qılınır. kim adətən 1 rükət qılırsa 2 qılmalı. Kim adətlə 3 qılırdısa 4 rükət qılmalıdır.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!




#205 Guest

Guest
  • Guests

Posted 03 December 2005 - 12:30 PM


Salam,siz deyirsiniz ki,saqqali qirxmayin,uzadin,bes ozunuz niye uzun saqqal saxlamirsiniz?



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən deyəsən məni görməmisən. Mən axı saqqal saxlayıram. Ola bilsin sən uzun saqqal saxlamıram demək istəyirsən.
1. Ümumiyyətlə mənə baxıb əməl etməyin. Əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyibsə kifayətdir.
2. Mənim belə etməyimə müəyyən səbəblər vardır ona görə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#206 abdul-MUCiB

abdul-MUCiB

    Пользователь

  • Пользователи
  • Pip
  • 11 posts

Posted 03 December 2005 - 04:14 PM

ESSALAMU ALEYKUM $eyx,sizi yenede Fetullah gulen haqda narahat ediremm.Menim dostum hansi ki,men F.Gulen haqqinda bildiyim melumatlari ona demi$em,deyir yalandir,nece subut ede bilersen?
Men sizden xahi$ edirem onun 1 kitabinin adini (mumkundurse sehifesinide,siz bele meselelerde yuksek melumata maliksiz) ve ordaki xetasini deyin.Men de IN$ALLAH ona catdiraram.
ALLAH sizin elminizi artirsin ve fitne ehlinin $erinden qorusun.ESSALAMU ALEYKUM VA RAHMATULLAHI VA BARAKATUHU



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Hal-hazırda bizdə onun kitabları yoxdur, amma onun danışığlarını dinləmək kifayətdir. ola bilsin sənə deyən adamın özü elə də çox elmə sahib olmadığı üçün onun danışığını fərqləndirə bilməsin. Ən yaxşı odur ki, gedib başçılarından onun maturidi əqidəsində olmasını və digər məsələləri soruşsun bu kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#207 misirli

misirli
  • Guests

Posted 03 December 2005 - 04:26 PM

Assalamu aleykum
1.Kur chayinin suyu ile destamaz almaq olar? Deyirler ki Kure Minhechevirin kanalizasiyalari axir...
2.Tekke qoymaq sunnedir? Hedisi zehmet olmasa getir de...
3.Hedis var ki (Sehihi-Buhariden) Ali r.a deyir ki qadinla yaxinliq (intim elaqe yox sadece yaxinliq) zamani onda adeten meni ifraz olurdu ve Peygember s.a.s deyib ki destamaz alsa yeter bes sen deyirdin qusl almaq lazimdi mutleq meni chixanda ...?!
4.Komputerde oyun oynamaq barede ne fetvalar var?
5 teheccudu sesli qilmaq sunnedir ya sessiz?
6.eger qonaq getmishemse ve orda geceni qaliramsa ve fecri qilanda onlari oyatmamaq uchun (bu onlara eziyyetdir dogrudan da) ne edim, qilmasam olar?
Allah daha yaxshi bilir
Assalamu aleykum



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, almaq olar. Çünki bu axar çaydır və oraya nəyinsə düşməsinin heç bir qorxusu yoxdur.
2. Sünnə deyil lakin müsəlmanları seçən bir əlamətdir. ona görə başda təsəyin olması olmamasından yaxşıdır. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) çox vaxt başı örtülü olardı.
3. O hədisdə məzidən danışılır. Sən hədisi yenidən oxu inşallah daha aydın görərsən.
4. Vaxtı belə şeylərə sərf etmək bəyənilmir. Xüsusən də həddi buluğa çatan üçün.
5. Ümumən səssiz qılınır. Hərdən səslə qılmaq olar.
6. Səz özün eşidən səslə oxusan kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#208 Guest

Guest
  • Guests

Posted 03 December 2005 - 06:02 PM

Salamaleykum!
Mene yazilan ashagidaki mektuba munasibetinizi bildirmenizi xahsih edrem.Xahish edirem delillerlerle cavab veresiniz.Oldugu kimi gonderirem.
1.alimlerden( indiki alimlerden sohbet gedmir cunki coxusu murjiya eqidesidendir)
kim deyib ki, shirk eleyen adam ucun olenden sonra dua elemek olar ? delilnen
( OLKENIN KECHMISH BASHCISI GEDIB QOYUN KESIR ETAQANIN QEBRININ USTUNDE SONRA ** BIBIHEYBET PIRINI REMONT ELEYIB MUSHRIKLERIN IXTIYARINA BURAXIR) bu boyda kufurden sonra yende sen onu muselman gorursense menim sene daha sozum yoxdur
abd vahab® deyir
nevakuz-al-islam( islamdan cixardan hereketler)kitabinda 3-ju bashliqinda
o kesler ki, mushriki tekfir elemeir,ve onun duz yolda olmaqina shubhe eleyirse ve sonra subhe eleyerse bu aciq ashkar kufurdur (yani fikir alim demir ki,onlarin jem halinda demir ,alim demek isteyir ki tek haldada
tekfir elemeyi jaiz gorur)
2.sonra hemen kitabin 7-ji bashliqinda
abd vahab deyir-- kim "" yunus 104-106-a ""deyilen sozlere emel eleyerse
anjaq bashqasinda bu xususiyyetleri gormuyub onu tekfir elemezse o adamda
tovhid ola bilmez
3.ibn teymiyye ® al-ikna adli olan kitanbinda deyir kim oluye dua eleyerse hemin adam kafir olar, lap dua elediyi adam mumin xelife olsa bele,eger kimse bu adamin elediyi hereket haqqinda shubhe eleyerse o adam da
kafir olar shevkaninin tefsir kitabinda da bu haqda yazilib indi sene abd vahabin heyatini gonderirem,yarisinida sabahda gonderejeryem
4.1691 -ji ilde alim anadan olub,1786-ji ilde ise olub,allah ona rehmet elesin
1730-ju ilde ozlerine muselman deyenleri tek allahliqa caqirirb,anjaq abdvahab onlari muselman gormurdu,cunki namaz qilsalarda bele qebirlden allaha dua elemeyi jaiz gorurdurler, kimki onun devetini qebul eleyirdise ona kelmeyi shehadeti tezeden getizdirerdi, ve sonra onu muselman sayardi,
60 il alim tovhide devet eledi, tekje omurune 1-il qalmish turklernen gujdu
muharibe oldu aralarinda yani isteseydi srazi muharibe eleyerdi anjaq tovhidi bilmeyenlernen neje muharibe eleyesen abd vahab® eger hereketlerine gotursek o rehbere, yani boyuk turk imreriyasina(yani ozune muselman deyen) ozlerini islam xilafeti adlandiridilar onlar anjaq o olke bashcisi ki, shirkin yayilamaqina jaiz gordu,cunki turk sultanalari qebirden komek istmeyi ozleride jaiz gorurdu sadeje olaraq gujdu olduqlarina gore hami onlara bash tabe olurdu,anjaq shirk olan meselerde emir tabe olmaq olmaz,
ondan sonra abd vahabin devetini redd edenden sonra mekke ve medine alimleri o jumleden muellimi onu ""xevarij""adlandirdi.
5.indi neje her haqqi deyene xevarij damqasi vururlar 1745-ji ilde mekkenin alimleri bir yere yiqishib hokum cixartdi abd vahab ve onun devetini yayanlari tutub zindana atsinlar,ve onu kafir adlandirdilar ozlerine muselman deyib shirk eleyenleri mushrik dediyine gore, abd vahab kafir hokmu verdiler ondan sonra hejj ziyaretine gelmeyede ad-dariya vilayetinin sakinlerine qadaqan qoyuldu butun bunalra baxmayaraq abd-vahab ® yende sebrnen devet ederdi mushrikleri yani guju az idi vurushmaqa mekke ve medine ehliynen cunki muvahhidlerin sayi az idi adamlari cox idi anjaq esil tovhidi basha dushenler az idi yani 1-ji kicik tayfa bashcilarini tekallahliqa chaqirardi, gozel suretde delilelernen hedislernen,ayelernen basha salardi,eger bundan sonra devetini redd ederdise bundan sonra kicik toqqushmalar olurdu mekke ve medine etrafinda olan ozlerine
muselman deyen mushrik tayfalarnan esil muharibe ise olumune 1-qalmish bash verdi alimin mekke yaxinliqinda turk ve mushrik ereb qoshunlar ile
1785-ji ilde her 2 teref boyuk itkiler verdi, ondan sonra 95 yashinda alim allah ona rehmet elesin oldu olumunden 13 il sonra abd vahabin shagirdleri mekenyene medinenei aldilar sehabelerin qebirleri ustunde olan meqbereleri daqitdilar, sehih hedis de gelir ki, ali(r.a)xelixe olanda bashqa sehabeye deyir
sene ele bir ish tapshirajaqam ki, vaxtiynan allahin resulu mene bu ishi tapshirmishdi
-------------- harda qaldirlmish qebir gorsen onu yernen bir elememish
ordan ushaqlashma
harda shekil gorsen onu mehv elememish ordan getme
Salamaleykum!



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu adam yeddi şərti başa düşməyib əslən. Çünki orada söhbət başda dində olan xalis müşriklərdən danışılır, yaxud o müsəlman ki, şirk edəndən sonra ona hüccət qalxıb və alim ona hökm verib. Çünki sadəcə insanın gedib pirdə qurban kəsməsi küfr deyil. o hələ əqidəni yaxşı bilmir. Sən ona məsləhət gör ki, gedib əqidəni öyrənsin. Ona görə bir müsəlman əgər küfr və ya şirk etsə bu onun kafir və ya müşrik olması demək deyildir. Xüsusən də əgər cahildirsə. ƏbdülVahhab (Allah ona rəhmət etsin) Durərussənyyə kitabının səh 101-də deyir: "Mən əbdülqadir və Əhməd Bədəvinin qəbri üzərində ibadət edənləri kafir görmürəm. Çünki onlar cahildirlər". gördüyün kimi bir adam gedib pirdə gedib nəsə etməyi onun kafir və ya müşrik olması demək deyil ki, sən ona yeddi şərti tətbiq edəsən. Sən ona de qoy gedib oxusun. Ondan sonra bu məsələlərdən danışsın. Çünki onun o yeddi şərti başa düşdüyü kimi desən o özü dindən çıxmış sayılır. Çünki o şərtlərin ən birincisi elmdir. O hələm o kəlmə barədə çox şeyi bilmir. Bilmədiyi bir şeyi də danışmaq ən böyük günahlardandır. Allah təalə buyurur: "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. " (əl-İsra: 36).
2. Şeyxin Yunus 104 və 106 da olan ayələr haqda olan fikrini də dediyim qayda əsasında başa düşmək lazımdır. Hər bir məsələnin qaydaları var, həmçinin təkfir məsələləri də belədir. Onun və onun kimilərin problemi savadsız dərəcədə sələfin minhəcini bilmədən tətbiq etmələridir. Çünki ayənin hədisin və ya alimin sözünün olması bir, onların tətbiqi isə təmamən ayrıdır. Onlar ki, başa düşmədən və savadsız dərəcədə tətbiq etməyi də bacarmayanlar ki, camaatı təkfir edirlər elə onların dediklərinə əsasən onlar özləri də kafirdir.
3. Birincisi əl İqna kitabı səh neçədə. Çox vaxt xəvariclərin başçıları şeyxin sözünün bir hissəsini gətrib digər hissəsini demirlər. şeyx orada xalis kafirlərdən danışır, asi müsəlmanlardan yox. Şeyxin (Allah ona rəhmət etsin) bəzi kitanbları bizdə mövcuddur. Məs, Fətava kitabından qısa bir məqamı sənin diqqətinə çatdırım. O burada xüsusən təkfir haqda danışır. Düzdür bu axıra qədər tərcüməsi bitməyib amma fayda üçün bunu yazıram tərcümə tam hazırlanandan sonra ana səhifədə onu yerləşdirərik oxuyarsınız: O buyurur: " Bütün bunlara baxmayaraq mənimlə daimi ünsiyyətdə olanlar və məni yaxından tanıyanlar bilirlər ki, mən müəyyən bir adama kafir, fasiq və ya asi deməyi çox böyük əzmkarlıq və qətiyyətlə qadağan edənlərdən biriyəm. Yalnız bir halda, həmin müəyyən adama islam şəriətinin hüccəti açıq-aşkar bəyan edildikdən sonra ona bu hökmü verə bilərəm. Bu hüccətə müxalif olanlar bəzən kafir, fasiq və ya asi olurlar. Mən iqrar edirəm ki, Allah təalə bu ümmətə səhvən etdikləri işləri bağışlamışdır. Bu səhvlər həm sözlü məlumatlara həm də elmi məsələlərə aiddir.
Bir çox sələflər hələ də bu kimi məsələlərdə fikir ayrılığındadırlar. Amma onlardan heç kəs bu fikir ayrılığına görə bir-birlərinə kafir, fasiq və ya asi deməmişlər. Buna misal olaraq: Şüreyh (Allah ona rəhmət etsin) bir ayənin oxunuşunu: "Bəli, mən onlara təəcüb edirəm, onlar isə istehza edirlər" (əs-Saffat: 12), Allah təəcüblənmir deməklə inkar edir (yəni ayənin oxunuşu: (Bəl acibtu) "Mən təəcüblənirəm" deyil, (Bəl acibtə) "Sən təəcüblənirsən"-dir). Bu xəbər İbrahim Ən-Nəxaiyə (Allah ona rəhmət etsin) çatdıqda belə buyurur: Şüreyh bir şairdir və elmi onu çaşdırır. Abdullah İbn Abbas (Allah ondan razı olsun) ondan da elmli idi və o: "Bəli, mən onlara təəcüb edirəm..." kimi oxuyardı.
Həmçinin Aişə (Allah ondan razı olsun) və digər səhabələr Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Allah təaləni görməsi haqda fikir ayrılığı etmişlər. Aişə (Allah ondan razı olsun) deyərdi ki: Kim; "Məhəmməd öz Rəbbini görmüşdür" deyərsə, artıq Allaha qarşı böyük bir iftira atmış sayılır. Amma buna baxmayaraq İbn Abbas və digər səhabələrin (Allah onlardan razı olsun) belə demələrinə görə onlara "Allaha qarşı iftira atan" demirik. Həmçinin Aişə (Allah ondan razı olsun) digər səhabələrlə ölünün dirilərin səsini eşitməsi, ölən adamın ailəsinin ağlaması ilə ona əzab verilməsi və s. bu kimi məsələlərdə də fikir ayrılığı olmuşdur.
Bəzi məsələlər sələflər arasında (yəni, Əli ilə Müaviyə (Allah onlardan razı olsun) arasında olan məsələlər) hətta döyüşlə nəticələnmişdir. Amma bütün Əhli Sünnə və Camaat hər iki tərəfin mömin olması haqda yekdildirlər. Onların bir-birlərinə qarşı döyüşmələri onların ədalətliliklərinə heç bir ləkə salmır. Çünki döyüşən adam həddini aşsa da o bunu yozumlu edir. Yozmaq isə fasiqliyi qarşılayan bir amildir...........
Bax: Məcmuul Fətava, cild 3, səh 229"".

4. Harda deyilir ki, öz müəllimi ona xəvaric deyib. ƏbdülVahhabın (Allah ona rəhmət etsin) o zaman olan Osmanlılara qarşı çıxmasını deyərək iddi etmək və bu böhtanı dəlil gətirməkdə onlar üçün heç bir dəlil yoxdur. Həmçinin çox qəribədir deyir "ərəb müşrikləri". Məyər ƏbdülVahhab (Allah ona rəhmət etsin) onları müşrik adlandırırdı?!. Xeyr, əksinə o MƏkkə və digər şəhərlərin əmirlərinə məktub yazanda onlara ən gözəl sözlərlə xitab edərdi. Həmçinin onlara gözəl hədiyyələr göndərərdi. ƏbdülVahhab (Allah ona rəhmət etsin) Özü əmirə qarşı çıxanları pisləyər və hər zaman onlara itaət etməyi əmr edərdi.
"Məs, o zaman ümumiyyətlə Osmanlı xilafətinin nəcd vilayətində heç bir rəhbərliyi yox idi. Orada hər qəbilə ayrı bir dövlət idi və onlar tez-tez öz aralarında döyüşlər aparır və bir birləri ilə yola gedmirdilə. Məs, elə türk müəlliflərindən biri də deyir ki, osmanlıların ümumən 32 əyalətləri var idi. Onların yalnız 14-ü ərəb ölkələrində mövcud idi. Amma bu 14 əyalətin heç biri Nəcd tərəfdə yerləşmirdi. Yalnız əhsa deyilən bir yerdə bir əyalət mövcud olmuşdur və bu yer də Nəcddən sayılmır....". Deməli son nəticə belədir ki, Məhəmməd İbn Əbdülvahhab (Allah ona rəhmət etsin) Osmanlılara qarşı çıxmamışdır və bunu bütün islami tarixçilər də isbat edirlər.
Amma onu da bilmək lazımdır ki, Şeyx heç vaxt ümumən müsəlman aləmini təkfir etməmiş və əksinə hər zaman haqqı onlara çatdırmağa çalışmışdır. Əksinə digər bidət əhli onu təkfir etmişdir amma o onları təkfir etməmişdir. Bidət əhli ona qarşı müharibə elan etmiş və üzərinə qoşunlarla gəlmişlər o da öz camaatını müdafiə etmişdir.
Həmçinin Şeyxin onlara qarşı döyüşməsi qarşı tərəfin kafir olması demək deyil. Əgər belə olarsa onda deməli elə çıxır ki, Əli ilə Müaviyə (Allah onlardan razı olsun) arasında olan səffeyn döyüşündə və həmçinin Cəməl döyüşündə də iştirak edən səhabələr qarşı tərəfi kafir görürdülər? Əlbəttə ki, xeyr. Ola bilər iki tərəf savaş etsin amma bu digər tərəfin kafir olması demək deyildir....
İnşallah bu məsələ haqda bir kitab işləyirəm və orada bu məsələlərə toxunacam.
5. Onu da demək lazımdır ki, Məhəmməd İbn ƏbdülVahhabın (Allah ona rəhmət etsin) adından təkfir camaatı çox istifadə edir və iddia edirlər ki, guya o Osmanlı xilafətinə qarşı çıxmış və onun dağılmasında səbəb olmuşdur. Amma əslində isə bu heç də belə deyil. O özü bir çox kitablarında asi, fasiq əmir sahiblərinə itaət etməyi vacib görür və bunu çox zəruri sayır. O buyurur:

يقول الشيخ الإمام في رسالته لأهل القصيم : وأرى وجوب السمع والطاعة لأئمة المسلمين برّهم وفاجرهم ما لم يأمروا بمعصية الله eومن ولي الخلافة واجتمع عليه الناس ورضوا به وغلبهم بسيفه حتى صار خليفة وجبت طاعته وحرم الخروج عليه .
" مجموعة مؤلفات الشيخ " ( 5 / 11 ) .

O Qasim şəhərinin əhalisinə yazdığı məktubda deyir: Mən müsəlmanların fasiq və ya əməlisaleh olmasından asılı olmayaraq rəhbərlərinə itaət etməyin və onların sözünü dinləməyin vacibliyini vurğulayıram. Yalnız bir halda onlara itaət edilmir o da Allaha asiliyi əmr etdikləri işlərdə. Kim rəhbərliyi hər hansı yolla ələ keçirirsə, camaat da onun tərəfində olarsa, öz qılınc gücü ilə onlara qalib gələr və rəhbər olarsa belə halda da ona itaət etmək vacibdir və ona qarşı çıxmaq haramdır. Bax: Məcmuətu Muəlləfət əş-Şeyx: 5\11.

الأصل الثالث : أن من تمام الاجتماع السمع والطاعة لمن تأمّر علينا ولو كان عبداً حبشيّاً .."
مجموعة مؤلفات الشيخ ( 1 / 394 ).

Həmçinin deyir: "Üçüncü əsas: Camaatın tam formalaşması onların üzərinə təyin edilmiş hətta həbəşistanlı qara kölə olsa belə yenə də həmin rəhbəri dinləməsi və ona itaət etməsidir...." Bax: Məcmuətu Muəlləfət əş-Şeyx: 1\ 394.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#209 Guest

Guest
  • Guests

Posted 04 December 2005 - 12:01 AM

Salam aleykum. Qardash, men namazdan uzaqlashmisham, ne qeder istesem de qayida bilmirem, bir muddet qilib sonra yene uzaqlashiram. Chox pisem. Mescide gelib derslerde ishtirak etmeye de imkanim yoxdur. Hansi ishleri gorum, hansi emelleri edim, ne cur kitablar oxuyum li, imanim, elmim guslensin, ibadetlerimde sabit olum. Allah evezini versin. Salam aleykum.



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən birinci tövbə et. Çünki namazı tərk etmək ən böyük günahlardandır. Ölüm hər an gələ bilər. imanı artırmaq məsələsinə gəldikdə isə iman ibadətlə və itaətlə artaq asilik və günahlarla azalar. Görsənir ki, sən namaz qılanda da çox günah edirdin və ona görə də namazdan uzaq oldun. Sən günahlardan əl çək və ibadətə başla. Allah təalə sənə kömək olsun. Birdə oturub-durduğun adamlara fikir ver. Onlar da sənin belə olmana səbəbdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#210 Ханиф

Ханиф
  • Guests

Posted 04 December 2005 - 01:39 AM

ас_Салам алейкум ва рахматуллахи ва баракатух!
1. Если после совершения намаза обнаружил, что на одежде есть следы нечистоты (наджис), то нужно ли заново совершить этот намаз?
2. Витр необходимо читать вслух? А тахаджуд?
3. Какие еще виды ночных намазов, кроме витра и тахаджуда, имеются в Сунне?
4. Проснувшись для совершения витра, вспомнил, что совершил иша намаз без омовения, потому что необходимо было помыть ноги(т.к. время масха истекло), а я сделал масх. а)Нужно ли совершить заново иша намаз?
б)Если вспомнил только после восхода солнца, нужно делать гяза
для намазов иша и субх?
5. Нужно брать halallıq, если знаешь наверняка, что его получишь? Можно ли совершить дело, а уже потом, просить об этом (т.е. не заранее)?
Шейх, хорошо было бы, если бы вы посвящали побольше хутб, рассказам о праведных предках (саляфах), т.к. это благотворно влияет на иман. Например, расскажите об основателях четырех юридических школ.
Да будет доволен вами Аллах!



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. Əgər namazdan sonra görmüsənsə onda eyb etməz. Qılmasanda olar.
2. Xeyr, necə istəyirsən.
3. Gecə namazları elə bunlardır.Amma günüzlər isə duha, azan və iqamə arasında olan namazlar. Məscidə girəndə və s. müəyyən səbəblərə görə qılınan namazlardır.
4. Əgər məshin vaxtı qurtarıb amma sənin dəstəmazın pozulmayıb namazı qılmısansa onda eyb etməz. Amma vaxtı qurtarandan sonra dəstəmaz alıb məsh etmisənsə onda belə halda ehtiyat üçün təzədən qılsan yaxşıdır.
5. Ehtiyat üçün halallıq al sonra.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!




#211 sələfi

sələfi

    Пользователь

  • Пользователи
  • Pip
  • 666 posts
  • Location:Darul-küfr

Posted 04 December 2005 - 07:33 AM

بِسْمِ اللّهِ الرَّحْمنِ لرَّحِيم

As Salamu aleykum şeyx. Aşağıdakı hədis orijinal mətni ilə eynidirmi və bu hədisin şərhi barədə məlumat verməyinizi xahiş edirəm.
"İki dövlət rəhbəri olduğunda ikisindən birini öldürün" Müslim; 1853.
Allah razı olsun!
As Salamu aleykum va rahmatullah



Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəni əgər iki nəfər rəhbərliyi iddi etsə onda onu fitnədən uzaqlaşdırın. Əgər silaha əl atıb fitnə etsə onda ona qarşı döyüşülür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#212 Guest

Guest
  • Guests

Posted 04 December 2005 - 02:47 PM

Ас-саламу алейкум.
Я послал письмо на ваш э-адрес [email protected], но к сожалению письмо к вам не дошло. Я получил уведомление об этом. Не могли бы дать другой э-адрес, что бы послать письмо брату Гамяту. Это важно для меня.



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Hələlik buraya göndərə bilərsən: [email protected]
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!




#213 AMMAN

AMMAN

    Пользователь

  • Пользователи
  • Pip
  • 29 posts
  • Location:Baku
  • Interests:Kung-fu,vse o BMW

Posted 04 December 2005 - 07:12 PM

Salam aleykum
vopros takoy.
Mojno li vstupat v polovuyu svyaz s 2 jenami vmeste.?
p.s. ochen interesno znat.Po podrobnee
Allah yarda alek
Salam aleykum



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Bu haram deyil lakin bəyənilmir.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


[FONT=Arial][COLOR=red][B]AMMAN

#214 Umar

Umar
  • Guests

Posted 04 December 2005 - 08:31 PM

Assalamu aleykum va rahmatullahi va barakatuhu!
Xvala Vsevishnemu Allahu! Mir i blagslovenie proroku ego semye i vsem ego spodvijnikam! Vo ima Allaha Milostivogo, Miloserdogo!
Uvojaemiy sheyx Gamet! Skajite pojalusto mojno li poseshat mecheti tam gde dopuskayut novshestva, v osobennosti mechet "Shehidler"? Da voznagradit vas Vsevishniy i Vseblagoy Allah!



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Əgər sələfi məscidləri varsa oraya gedin xüsusən də orada müəyyən dinə müxalif olan məsələlər varsa. Yalnız çıxılmaz hallarda məs, namazın vaxtı çıxırsa və s. onda oraya girib qıla bilərsən.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!




#215 Guest

Guest
  • Guests

Posted 04 December 2005 - 11:20 PM

Salam Aleykum
Obyasnite mne razve mojno brat veshi v Banke i platit v rasrochku i eshe nadbavku kak rentu tem vesham kotorie ti vzyal v rassrochku?
Mne eto o4en interesno potomu 4to mnogiye banki v Saudovskoy Arabii uje eto delayut bolshe goda...
Kak je eto mojet bit i esli est zapret na eto v Korane i Sunne pojaylusta privedite na eto tsitatu!
Ya uje zamuchilsya iskat govorit na etu temu odnogo resheniya netu vot i muchayus isha mojno ili nelzya!
Salam Aleykum



Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Bankdan olmaz, amma səudiyyədə olan banklar orada çox vaxt sələm deyil sadəcə olaraq şərikli iş görürlər. imkan varsa burada bizim abu-havada çəkinsən daha məsləhətdir.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!






0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users