Jump to content


Photo

01 января 2016 года


  • This topic is locked This topic is locked
55 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 04 December 2015 - 08:11 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, yanvarın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го января можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 05 December 2015 - 01:16 AM

Qamət düzünü denən əvvəl pul çox axırdı sənin üçün yoxsa indi. Məscid bağlanandan sonra deyirəm.

Cavab:

Sən narahat olma. Get rahat yat. Sən necə fikirləşirsən? Sən sayırsan axı. Sənə çox maraqlıdır. Get öz işinlə məşğul ol. Sən yazırsan, mən sənin yazılarının çoxusunu heç buraxmıram. Çünki bütün danışdığın puldur. Səni pul maraqlandırır? Get işlə qazan.. Belə görsənir ki, sən belə zənnlə yaşayacaqsansa, zənnlə də gedəcəksən. Narahat olma. Gecə rahat yat. Məndə pul yoxdur. Get rahat yat. Mən sənə ən düz sözü deyirəm.
Allah daha yaxşı bilir!



#3 ABDULLAH ABDULLH

ABDULLAH ABDULLH
  • Guests

Posted 05 December 2015 - 07:28 AM

Salam aleykum, qardas bu millimeclisin Nardaran sobetinen sonra kanistitusiyaya elave etdiyi qanuNu oxumusan? (http://www.1news.az/...151205014319844)

Deyirki Xaricde dini tesil alan 1000-5000 manat cerime odeyecek
Xaricde dini tesili olan mescidde imam olmyacaq ve,s
1-Indi bele cxirki Medine univereitetinde tesil almaq daha mumkun olmayacaq?
2-sizde xaricde Tesil almisuz bele cxirki sizi Abubakrdan cixardacaqlar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mənə elə gəlir ki, bu məsələ mütləq şəkildə tətbiq olunmayacaq. Mən 98-ci ildən orada imamam və elə məscidlər var ki, çoxusunda tələbələr xaricdə oxuyublar. Mənə elə gəlir ki, bu bir az tənzimlənəcək. Mütləq şəkildə kim xaricdə oxuyubsa, onu qoymayacaqlar. Elə olmayacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#4 Guest

Guest
  • Guests

Posted 05 December 2015 - 10:03 PM

Salam aleykum.
1) Men oturaq namaz qilirqm onurgamda yirtiq var subh mamazini da hekim icaze vermir umumen, deyirem uzanim qilim deyir yox hech uzanib qilmaq da olmaz yalniz subh namazimi qilma qeza et o birilerini ise qila bilersen otur qil. Olar ki subhu hekime qulaq asib qilmayib?
2) oturaq da qilan da ayaga hech durmuram, yani buyunlukde qiyami da oturaq qiliram olar bele qilmaq?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu məsələdə həkimə fikir vermə. O, cahil olduğu üçün namaza bir az başqa cür baxır. Hər halda durub və sübhü qılın. Buna görə sübhü gecikdirməyin. Amma necə rahatdırsa, elə qılın. Əgər ayaqüstdə qıla bilmirsinizsə, oturan yerdə qılın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 06 December 2015 - 03:05 PM

Salam aleykum.
1. Tesehudde deyilen bu sozler - as salamu aleykum eyyuhen-nabiyyu - bu peygembere ( salallahu aleyhi ve sellem ) muraciet kimi seslenir? Sanki "salami" esitdirmek isteyirik. Yoxsa Allaha ( Subhan va Teale ) muracietdi ki Senin salamin olsun peygembere? Sadece "eyyuhen" sozu biraz casdirir.
2. Peygemberimiz ( salallahu aleyhi ve sellem ) butun peygemberlerden ustun oldugunu bilirik. Namazda salavat deyende Allahdan Ibrahime bereket verdiyin kimi Mehemmede bereket ver deyilir. Bu ne mena ile deyilir? Iki sual yaranir - a) Mehemmedin ( salallahu aleyhi ve sellem ) bereketi Ibrahimin bereketinden azdi, ve Ibrahimin bereketi kimi coxalsin? b) Ibrahimin bereketi verilib tamamlanib, Mehemmedin ( salallahu aleyhi ve sellem ) bereketi hele de verilmekdedi?
3. Namaz vaxti destemazin puzulmagina getire bilecek bir sey bas vermesinin hiss etdikde, lakin ozumuzu saxlaya bilsek, namazi davam edek yoxsa destemazi pozub tezden alib tezden namazi qilmag daha meslehetdir?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bunlar hamısı duadır. Duanın bir növüdür, bəli. Peyğəmbər (sallallahu aleyhi va səlləm) özü belə oxuyub və səhabələr də belə davam ediblər. Bizdə belə davam edirik.
2) Çünki Peyğəmbərin (sallallahu aleyhi va səlləm) babası İbrahimin nəslindəndir. Ona görə. Həmçinin Məkkə ilə bağlılığı var. Bəli, əlhəmdulilləh, neməti, bərəkəti hələ də davam edir. Ümməti üçün davam edir.
3) O cür məkruhdur. Amma namaz səhihdir. Elə etmək bəyənilmir. Əlbəttə təmizlənmək daha yaxşıdır. Amma elə qılsan namaz səhihdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Neftcilerimize rehmet

Neftcilerimize rehmet
  • Guests

Posted 06 December 2015 - 04:45 PM

Salam aleykum. Qiz uwagina Sara adi vermey olar ? Menasi nedi bu adin ? bilmirsiz ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu adı qız uşağına vermək olar. Bir neçə mənası var. Misal üçün, şirə də deyilir və ya gecə seyr edən, səfər edən. Bu mənada işlənir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 ibn muslim

ibn muslim

    Пользователь

  • Пользователи
  • Pip
  • 6 posts
  • Location:qebele

Posted 06 December 2015 - 09:49 PM

assalamu aleykum va rahmatullahi va barakatuh
weyx bitkilerin calaq edilmesi icazelidirmi?
heyvanlarda nece icazelidirmi?
assalamu aleykum va rahmatullahi va barakatuh

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bitkiləri calaq etmək olar. Heyvanları da olar. Tutaq ki, inəkdir, hansısa başqa cinslə calaq eləmək. Burada bir şey yoxdur. Həmin inəkdən olan. Lakin başqa cins. Olar, eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Oyrenci

Oyrenci
  • Guests

Posted 09 December 2015 - 03:55 PM

Salam aleykum Qamet muellim. Men nece ereb dilini oyrenirem,ozum. Kitablardan,youtube'dan. Qurani oxuyanda bawa duwurem az-cox. Ereb dilinde xeberlere de qulaq asanda bawa duwurem nese. Adam adi daniwiqda bawa duwmurem. Erebler gundeliy,meiwetde istifade olunan erebcede ferqli sozleri istifade edirler. Meselen sabah sozu erebce "Ghadan" kimi oyrenmiwdim. Ama adi daniwiqda sabah sozu "Bukra" kimi istifade eliyirler. Men neyniyim ? Hansi erebceni oyrenim ki,hem de insanlari bawa duwum,unsiyyet qura bilim ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yaxşı olar ki, bir dənə təlim kitabı götürün. Yəni bilən adamın yanında və ya bizim Elşən qardaşımızın dərsləri var. Orada ərəb dili öyrədir. Oradan istifadə edə bilərsiniz. Hansısa bir kitab əsasında öyrənin. O sözləri öyrənəcəksiniz. Ərəblərin danışığında ləhcələri var. Qrammatik danışıq olmayan, adi danışıq. O da sizləri çaşdırmasın. Amma hər halda bir ərəb təlimi kitabı götürüb, onu müəllim yanında oxuyun. İnşəAllah, belə problemlər aradan qalxacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Guest

Guest
  • Guests

Posted 12 December 2015 - 03:11 PM

Salam aleykum. Lütfən bu hədis haqqında açıqlamalar verərdiniz. Mən Peyğəm aleyhissələmin hər bir sözünə iman gətirmişəm. Buna da iman edirəm. Və lakin qəlbimə bu hədis barədə vəsəvəsələr gəlir. Müasir elmlə ziddiyyət təşkil edirmiş kimi mənə gəlir. Ancaq yenə də elm nə desə desin, Muhəmmdin (sallAllahu aleyhi və səlləm) sözü haqdır.

Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu günəş hara gedir bilirsinizmi?». Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir» dedilər. Peyğəmbər: «Bu günəş ərşin altına çatıncaya qədər gedər və səcdə edər halda qapanır və bu halda da qalır. Nəhayət ona: «Yüksəl, gəldiyin yerdən geri dön!» deyilər. O, da dönər və doğduğu yerdən təkrar doğar. Sonra hər dəfə təkrar belə edir…Nəhayət Qiyamətə yaxın ona: «Qalx, batdığın yerdən doğ!» deyilər. O, da məğrib tərəfdən doğar. Peyğəmbər: «Bu nə vaxtdır bilirsinizmi?» deyə buyurdu. «Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz…». (əl-Ənam 158) [Buxari, Müslim «İman» 250.]

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulilləh. Biz Allah və Rasulu nə deyibsə, iman gətiririk. Bu hədis səhihdir. Buxari və Muslim Əbu Zərdən rəvayət ediblər. Sadəcə İslamın düşmənləri bu cür hədisləri gətirib göstərmək istəyirlər ki, guya ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) düz deməyib və ya bu ağıla ziddir və s. Burada heç nə yoxdur. Bu hədis səhihdir. Allah Təalə bizə xəbər verib ki, nə varsa hər şey Allahı zikr edir. Lakin biz bunu başa düşmürük. İndi bu Günəşin getməsi, dövran etməsi o demək deyil ki, gedir haradasa dayanır, səcdə edir, bizim kimi və s. Yox, elə başa düşməyin. Onlar elə başa düşüblər. Səhv onların fəhmindədir. Hədisin özündə yox. Sadəcə necə edirsə, biz bilmirik. Biz sadəcə isbat etmişik ki, Günəş Allahın ərşi altında səcdə edir. Bizim kimi əyilir və s. elə başa düşmək əlbəttə yanlışdır. Biz bilirik ki, nə varsa Allaha ibadət edir, Onu tanıyır. Lakin necəliyində fərqlənirik. Necə ki, Allah Quranda buyurur ki, hər şey Allahı zikr edir. Lakin biz başa düşmürük. Misal üçün: Nur surəsi, 41. Həşr surəsi 24. İsra surəsi 44. Bu onu göstərir ki, hər şey Allahı zikr edir. Lakin biz bilmirik necə. Bizim kimi yox. Əlbəttə o məxluqun özünə görə. Ona görə o hədisdə heç bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 Guest

Guest
  • Guests

Posted 12 December 2015 - 04:48 PM

ас саламу алейкум

Брат, у меня такой вопрос.

После второго талака я сказал жене, что верну ее, но потом передумал и не сделал этого.
То что я передумал считается третьим талаком?

ас саламу алейкум

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, üçüncü hələ sayılmır. Çünki siz qəti deməmisiniz. Sadəcə fikrinizi demisiniz ki, fikrim var ki, səni qaytarım. Ona görə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 GUEST-X

GUEST-X
  • Guests

Posted 12 December 2015 - 06:03 PM

As-Salamu aleikum ve rahmetullahi ve beraketuhu !
Meni bir sual cox maraqlandirir. Dord muqeddes Kitab (Quran,Incil,Tovrat,Zebur) Yaxin Werqe nazil olub. Ama taa qedimden bilirik ki,Cinden,Hindistanda,o cumleden Amerika qitesinde insanlar yawayib. Niye Allah onlara da kitab nazil etmeyib ? Axi onlarin da Kitaba ehtiyaci var idi,cunki muxtelif ewyalara,o cumleden goy cismlerine sitayiw edirdiler. Allah beyem onlarin islahin istemirdi ? Niye onlara da Kitab gondermedi ? Zehmet olmasa dolgun cavab verin. Onceden tewekkurler... Allah razi olsun !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah Təalə buyurur ki, Elə bir qövm olmadı ki, biz oraya peyğəmbər yollayamayaq. Allah Təalə hamısına peyğəmbər yollayıb. Və bəzilərinə kitablar da verib. Sadəcə biz bilmirik. Bizə məlum olan dörd kitabdır. O demək deyil ki, yalnız dörd kitab gəlib. Yox. Dörd kitabdan əlavə də o birisi kitablar gəlib. Sadəcə bizdə geniş məlumat yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#12 Guest

Guest
  • Guests

Posted 12 December 2015 - 06:42 PM

Salam aleykum. Sizin saytdan fayl arxivine girirsen islam kitabxanasindan pop yazilan hech bir fayl achilmir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onu, inşəAllah, nəzərə alarıq. Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 questions

questions
  • Guests

Posted 12 December 2015 - 08:29 PM

salam aleykum qardaw. peygemberden (aleyhissalam) sonra xelifeleri xalq secende,qadinlar da seckilerde iwtirak edirdi ? yoxsa ancaq kiwiler ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, ancaq kişilər. Seçkilər belə idi ki, ancaq ətraf beyət edirdi. Amma ümumi camaat isə, qəbul edirdi ki, hə, artıq xəlifə, hakim filankəsdir. Çünki ümumi camaatın beyəti budur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 rrrrrrr

rrrrrrr
  • Guests

Posted 13 December 2015 - 12:43 PM

salam aleykum,exi. bawa duwurem,senin forumda bizim suallari cavablandirmag kimi vezife borcun yoxdur. sen de iw-guc adamisan,bekar deyilsen,bunu da bawa duwurem. ama hec olmasa,heftede 1 defe,imkanin yetdiyi qeder,20 deqiqe,yarim saat ayir,suallari cavablandir. bezen olur ki,suala tecili cavab istiyirsen,ama 2 ay kecir,cavab yoxdu hele. eger forumu baglamirsansa,forumu iwledirsense,onda hec olmasa imkan dairesinde tez-tez cavablandir suallarimizi,xahiw eliyirem.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, Allah razı olsun. Çalışacam. Sadəcə bu Whatsappda çoxlu qruplar var. Onlara cavab verirəm. Nədənsə buraya vaxt çatdıra bilmirəm. Amma düz deyirsiniz. Razıyam. İnşəAllah, çalışacam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 deyanet

deyanet
  • Guests

Posted 13 December 2015 - 01:14 PM

as salam aleykum
qoyun,dana,qus eti'ni kesenin ya muselman,ya da en azindan ehli kitab'dan olmasi lazim. bes baliq nece ? baliq kesilmediyine gore,onu istediyimiz sexs'den ala bilerik ? kafir de olsa olar ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, balığı hətta krişnaid kəssədə satsada ala bilərsən. Hətta balığın meyidi halaldır. Misal üçün, dənizdə görsən qırağa çıxıb, ölsə də götürüb yeyə bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 ALLAHDAN QORX !!!

ALLAHDAN QORX !!!
  • Guests

Posted 13 December 2015 - 02:07 PM

Цитата
Спросили шейха Альбани о том, надо ли предостерегать и бойкотировать того, кто считает дозволенным выходить против правителя-фасика с наличием небольшого вреда? Шейх ответил: “Тот человек или требующий знание, чьи слова ты упомянул, я не считаю, что по причине этого слова надо делать ему бойкот, поскольку сам бойкот в наше время один в один подобен хуруджу: он не принесет пользы. Ведь нет из нас кого-либо, у кого не было бы ошибки, оплошности и т.п. И если каждый раз, как мы увидим у человека ошибку, станем порывать с ним, то только увеличим раскол! Однако, важно нам разъяснять его ошибку, чтобы люди не обольстились этим!” Сл. “Сильсилятуль-худа уа-ннур” № 799.

Salam aleykum

Sheyx Albani kimi boyuk alim bele dediyi halda ( Hemcinin weyx Muqbilde Useyminde bu reyde olublar ) bes siz niye cox asanliqla selefi devetcilere hizbi ya xaric damgasi vurusuz ? Ve yaxud ,Meneheci belli deyil deyib onlardan cekindirisiz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun. Ümumiyyətlə alimlərin belə ümumi fətvalarını gətirib, o deməkdir ki, kimin problemi varsa, susmaq. O da düzgün deyil. Bunu mütləq şəkildə başa düşməyin. Yəni şeyxlər demir ki, sus heç nə danışma. Əksinə, şeyxlər burada deyirlər ki, onlara nəsihət olunur. Nəsihət edirik. Ola bilər hansısa alimin hansısa görüşü olsun. Məsələn, kiminsə barədə. Ancaq bu o demək deyil ki, biz susaq və əgər təhlükə gəlirsə heç nə deməyək. Əksinə, belə şey olanda nəsihət olunur. Əgər fayda verməsə, o adam zəlalətə gedir. Necə Suleyman Ruheyli dedi. Yəni cərh olunur. Xüsusən də bir şeyi nəzərə alın ki, cərh məsələlərində alimlərin bu cür ümumi fətvalarını götürüb xüsusən bidət əhlinin hizbi, xuruc fikirlərində susaq. Əksinə, Şeyx Albani bidət əhlinə qarşı olub və mövqeyi onlar barədə məlumdur. Sadəcə şeyxin məqsədi islah yoludur. Bizdə islahın tərəfindəyik. Amma birdən islah olmursa? Əlbəttə o adam cərh olunmalıdır. Bunları qarışdırmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 Guest

Guest
  • Guests

Posted 13 December 2015 - 05:00 PM

Цитата
Цитата
Salam aleykum. Menim qohumum epilyasiya yerinde ishleyir deyir ki, gel sene pulsuz edim. Men gedib pulsuz etdire bilerem? Yani klinikaya pul odemeyecem de bele olarsa.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, haram deyil. Əgər klinika onundursa, əgər problem olmayacaqsa, gedə bilərsən. Əgər məsələn qoltuqaltı tüklərini götürmək üçün.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Salam aleykum. Xeyr klinika onun deyil, adi epilyasiya eden ishchidir. Onun meni pulsuz epilyasiya etmeyini rehberlik bilmeyecek. Bele etmek olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qoltuqaltını edə bilər. Amma övrət yerini yox. Çünki övrət yerini görmək olmaz axı.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Salam aleykum. Sualim budur ki, epilyasiyani pulunu yalniz bir hissesinin pulunu odeyecem bunu da rehberlik bilmeyecek. Bele etdire bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz əsas fikir verin ki, kiminsə haqqına girməyəsiniz. Əgər orada haqqa girmək, yalan varsa, eləməyin. Amma müdirin haqqına girmək yoxdursa, edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 tahir

tahir

    Пользователь

  • Пользователи
  • Pip
  • 122 posts
  • Location:Дар-ас-сульх
  • Interests:Спорить с христианами, но иногда надаедает, но споря всегда думаю что лучше читать сунны чем спорить.

Posted 13 December 2015 - 05:21 PM

As salamu aleykum
Buxari 2122 (7323). hədisinə əsasən Quranda rəcm ayəsi olub. Amma bu ayə ləğv olunduğu üçün Qurana salınmayıb. Deməli rəcm də artıq olmaz? Yəni rəcm haqda hədis də ləğv olunub?
A salamu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, Rəcm ayəsi nəsx olsa belə, hökmü qalıb. Çünki Quranda nəsx üç növdür. Bunda tilavət nəsx olunub, hökmü isə qalmışdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Ey Allahım, gördüyümüzü bizə olduğu kimi göstər, görünüşünə görə aldanmayaq.

#19 Guest

Guest
  • Guests

Posted 14 December 2015 - 06:23 PM

Salam aleykum.
1. Namazda ikinci ruketde tesehudu oxumayib ayaga qalxandan sonra bunu bilib, ne etmeliyem?
2. Namazda fatiheden sonra mesel ucun asr suresini oxumag fikrindeyem, baslayiram ikinci sureni oxumaga va birden basa dusurem ki ixlas suresini oxuyuram, dayanim ve asr suresin oxuyum yoxsa davam edim?
3. Muselman teqvimine gore ayin 13,14,15 cume senbe ve bazar gunune dusende, nefile oruc kimi daimi bu gunler oruc tutdugda, orucu heftenin bu gunleri tutmag olar?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Davam elə, axırda səhv səcdəsi elə.
2) Fərqi yoxdur, davam edin.
3) Tuta bilərsininiz. Alimlərin çoxusu deyir ki, tuta bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 Guest

Guest
  • Guests

Posted 15 December 2015 - 08:31 AM

Esselamu aleykum. Bir cox qida mehsullarinin, xususile de Avropa Rusiya istehsali olan sokolad, sirniyyatlarin terkibinde bir cox qatqi maddeleri olur. Meselen, E-120, E-475 ve s. E-120 heseratdan elde olunur ve bu barede internetde kifayet qeder resmi melumat var. Diger qatqilarin terkibinde de (meselen E475) donuz piyinin olmasiyla bagli kifayet qeder ciddi iddialar var. Hetta Turkiyede insanlar bu meselede ehtiyat edir ve xususi siyahilar hazirlayirlar ki bu qatqilar olan mehsullardan uzaq durun. Sualim odur ki bu barede muasir alimlerin fetvalari varmi? Eger heqiqeten de bu maddelerin terkibinde donuz piyi, heserat varsa bunlarin yeyilmesi halaldirmi? Onu da qeyd edim ki bu maddeler cox cuzi miqdarda (mq) istifade olunur. Eyni zamanda sirniyyatlara vurulan etil spirtinin de hokmunu bilmek isterdim. Bu spirtin dadi bir cox hallarda sirniyyati yeyende az da olsa hiss olunur. Allah sizden razi olsun ve elminize bereket versin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu barədə ayrıca fətva yoxdur. Hansısa maddə, yeyinti məhsulunu qadağan etməyə bir fətva yoxdur. Sadəcə insan ehtiyat baxımından nəyisə almaya bilər. Amma belə icazəlidir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#21 Abu Suleyman

Abu Suleyman
  • Guests

Posted 15 December 2015 - 09:15 PM

AsSalamu aleykum wa rahmatuLlah!

Qamet qardaş, sizden bir mesele barede aydindliq getirmek istiyirdim.
Siz təzhir(ya da ki carh) etdiyiniz bezi dəvətçilər barədə deyirsiniz ki onlarda xuruc meselesinde problem var. Mən sadəcə olaraq başa düşmürəm eger onlar xuruc meselesinde ehli sunneye dönsələr (yaniki tövbə eləsələr) onlar bəyəm salamat sayılırlır? Xeyir qardaş, çünki əslində onlarda problemlər daha da çoxdur. Onlardan bəziləri bunlardir: hizabilərdən elm almaqları, hizbilərin batil qaydalarınnan istifadə etmələri, bidətçi Hələbini və onun kimiləri sələfi kimi tanımaları, sələfi alimlərə dil uzatmaları və s. Həqiqətdə isə onlar hələbi firgəsi adlanır auzubiLləh.
Ona görədə deməyim o dur ki xuruc meselesi ile iş helede bitmir və məsələyə daha da dərin baxmalısınız yaniki bunlar kimnən elm gütürür, kimdir onlara bu qaydaları keçən və s. Və istiyirdim ki siz onların başqa zəlalətlərini də camaata bəyan eliyəsiniz.
CazakAllahu xayrna!

AsSalamu aleykum va rahmatuLlah!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, bu məsələ daha da dərinləşdi. Dərinləşdikcə məsələlər daha da üzə çıxdı. Və bunların hamısında təbii ki, xuruc problemi yoxdur. Bəzisində xuruc problemi var, bəzisi hətta deyilsə ki, o fikirdən dönüb, amma o fikirləri dəstəkləyir. Sonra deyir yenə tövbə elədim. Sonra bəzilərində Hələbi fikirləri var. Bunlar cürbəcürdülər. Təbii ki, bir dənə xuruc problemi deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 Guest

Guest
  • Guests

Posted 16 December 2015 - 09:22 AM

As Salamu Aleykum.
bir ölunu atasinin ve ya anasinin gebirinin icinde basdirmaq olar? olarsa ne etmek lazim gerekir(meselcun sumukleri)?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar. Əgər məsələn, yer yoxdursa. Sümükləri götürüb qırağa qoymaq və orada basdırmaq olar. Ehtiyac olsa.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#23 Shamil

Shamil
  • Guests

Posted 16 December 2015 - 10:56 AM

Salam aleykum hormetli sheyx, necesiz? Bir mesele ile elaqedar Size yazmaq isteyirem. Bezen qardashlar sohbet esnasinda biri birinden sorushurlar ki maashin ya gelirin ne qederdir, sirf maraq uchun. Munasibet etiketine qore buna oxshar suallar vermek ve bele sheylernen maraqlanmaq duzgun sayilmir, amma Sheriete qore bilmirem. Chox insanlar (ozumu de nezerde tuturam) istemirler ki oz gelirleri barede kimnense bolushsunler, ve neticede yalan cavab vermeli ya da bir teher cavabdan yayinmagi chalishirlar. Sizden bir xahishim var ki derslerin birinde qardashlara nesihet veresiniz ki buna oxshar suallardan chekinsinler, yani insanin shexsi heyatina aid olanlarnan. Mence, shexsi meseleler ile maraqlanmaq qardashlar arasinda munasibetlerin pisleshmesine sebeb ola biler.

Allah sizden razi olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, bu məsələdə demək vacib deyil. Əgər bir adam soruşursa, de ki, kifayət eləyir. Miqdarını demək şərt deyil. Əgər demək istəmirsinizsə. Düzdür, bu məsələlər belədir ki, həm camaatın yanında lazım deyil, həmdə sən əgər yaxşı tanımırsansa, yaxın dost deyilsənsə, bunu hər adamdan soruşmaq lazım deyil. İnşəAllah, toxunarıq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#24 baku sual

baku sual
  • Guests

Posted 17 December 2015 - 12:02 PM

salam aleykum.
exi, eger namaz qilarken shehvet hissin qalxarsa ne etmelisen?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Heç nə, namazı pozmur. Amma savabını azaldır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#25 Guest

Guest
  • Guests

Posted 18 December 2015 - 05:42 PM

Assələmu Aleykum

Məndə belə problem yaranıb. Namazda və ya ele bələ hiss edirəm ki, məzi gəlir. Gedib yoxlayıram hərdən həqiqətda olur hərdəndə heç bir şey olmur. Belə halda ne etmək lazımdır? Hər dəfə meciddən çıxıb yoxlamaq olmur. Həmçinin qorxuram vəs-vəsə halına keçsin.

Allah razı olsun

Assələmu Aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz fikir verməyin. Bu vəsvəsədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#26 777n

777n
  • Guests

Posted 18 December 2015 - 06:36 PM

salam aleykum. krab yemek olar? halaldi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yemək olar. Bəli, halaldır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#27 Guest

Guest
  • Guests

Posted 18 December 2015 - 09:45 PM

əssələmu aleykum və rahmətullah! Qardaş bu videoya münasibətiniz? Mən sözün düzü inanmıram ki, İmam Əhməd və İmam əz-Zəhəbi belə bir söz desin. Bunu sufilər də deyir ki, bəs İmam Əhməd belə deyib. Qaynaq da verirlər.

...link
 
 
 
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!

Birinci bunun səhih olub olmamağına baxmaq lazımdır.
Hətta imam Əhməd nəql etsədə götürülmür bu nəql.
Bu rəvayət sabit deyil imam Əhməddən.
 
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#28 Guest

Guest
  • Guests

Posted 21 December 2015 - 07:27 AM

Salam aleykum.
1. Farz namazlarini hayat ucun ciddi tehluke oldugda buraxmag olar?
2. Allahu akbar - Allah boyukdur demekdir. Her hansi bir insanin adi Ali-Akbar ve yaxud Alakbar oldugda onu bu cur cagirmag olar? Va ya ele ad usaga qoymag olar?
3. Duha namazini zohr namazin vaxtina nece deqiqe qalmisa qeder qilmag olar?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Xeyr, olmaz. Əgər ayaqüstə qıla bilmirsinizsə, oturan yerdə qılın, ya uzanan yerdə qılın.
2) Elə ad qoymaq düzgün deyil. Əgər Əliəkbərdirsə, Əkbər deyin. Və ya Əli deyin.
3) Əsas odur ki, zöhr girməyənə qədər qıla bilərsiniz. Lakin zöhrə yaxın 15-20-30 dəq qalmış ehtiyat üçün dayanın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#29 Guest

Guest
  • Guests

Posted 21 December 2015 - 09:13 AM

assələmu aleykum

şeyx yaxınlıq zamanı Allahı zikr etmək olar. məsələn əlhəmdulillah demək.

Allah razı olsun. assələmu aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar. Amma başlayanda Bismilləh deyin. Həmçinin dua, zikr var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#30 Emin

Emin
  • Guests

Posted 21 December 2015 - 11:35 AM

salam aleykum.Qamet exi,destamaz alib corabi geyinmiwem vr cekme geyinmiwem topuqdan yuxari indi men ayakqabli namaz qilmaq ucun namazin vaxtinda destamaz alib cekmenin uste mes cekim ya nece ayakqabiyla qilim?
cezekAllahu xayran.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Corabın da üstünə məsh çəkə bilərsiniz. Çünki hələ başlamamısınız. Həmçinin çəkmənin də üstünə də çəkə bilərsiniz. Əgər çıxarmaq əziyyətdirsə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#31 Eli

Eli
  • Guests

Posted 21 December 2015 - 08:59 PM

Salam Aleykuma.

Qardash, eger kimse men namaz qilan otaqda ichki ichibse men sonra seher namaz qila bilerem hemin otaqda?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Həmən otaqda səhər yox, elə həmən gün də namaz qıla bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#32 stranger

stranger
  • Guests

Posted 22 December 2015 - 03:21 AM

assalamu aleykum,Qamet qardaw. Deyilir ki,hicret yalniz Muselman olkelerine etmekdir. Ye'ni qeyri-Muselman olkesine koc etmek,hicret deyil. Axi tarixden bilirik ki,Peygember o vaxt sahebelerin bir hissesini Hebewistana (Efiopiyaya) gonderdi. O zaman ise Efiopiya xristian olke idi. Demeli sehabelerin ora getmesi hicret deyildi ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O zərurət idi. Çünki o vaxt müsəlman ölkəsi yox idi. Ona görə Peyğəmbər (sallallahu aleyhi va səlləm) ən yüngülünü seçdi. Amma indi əlhəmdulilləh müsəlman ölkələri çoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#33 Guest

Guest
  • Guests

Posted 24 December 2015 - 05:24 PM

Цитата
Bir sualim var men bir dullla evlenmisem onun boyuk usaqlari var men ozumde cavanam.O isleyir isden cixir evine gedir bize cox gelib gede bilmir oz evlerinde qalir.Mumkundurki biz heftenin mueyyen gunlerin gorusek?Umumiyyetle ne meslehet gorersiniz?Men evlene bilmemisem helelik bu evlilik ikimizede yaxsidi oda zinadan qorunur mende.Indi veziyyet pisdi o pis yola duse biler belelikle oda qorunur.

Cavab:

Ailə həyatı ciddi olmalıdır. Əgər arada halallıq olubsa və s. Burada bir şey yoxdur.
Allah daha yaxşı bilir!


Sual yarandi Biz o vaxti kebini ilahiyyatda kesdirdik sonra onun qardasin tutdular moskvada oda mecbur qalib getdi ora neyise aramizda anlasilmazliq oldu men ona eseblesib internetle bosadim dedim.Sonra getdim ilahiyyete ki gorum kebin quvvededi ya yox.Ordaki adam oranin iscisi dedi sizin kebin duz deyil bes o qadin ata-anasina demelidir velisi icazesi olmalidi.Dedim anasina kebinen bir muddet sonra yigib demisem.(sonra anasina deyib fikir verme o adam basdan xarabdi ele sey yoxdu bunu ona gore edibki ata anasi ona ev veribki kiraye verib ozune baxsin.Qorxur evi alarlarki bes artiq erin var get o sene baxsin) Hemde bildiyime gore dul qadinin valideyin icazesi vacib deyil.Dedi yox bes kebin duz deyil.Neyise qani qara qayitdim.Adamin 46-47yasi var bu yasinda o valideyinine deye bilmez axi men ozumnen 17yas balaca biriyle evlenmek isteyirem ne deyirsiniz?Muraciet etdim sie adamlarina dediler beli lazim deyil icaze.Hemde o adam deyirki onun bosanmaginda bilmirsen ne bilirsen o bosanib belke erin cole salib ve sair meni tehqir eledi guya camaat pozgundu.Neyise bele din adami olar?Hec bir haqq tanimir halbuki adam namaz qilandi sunneye emel edir.Durub ona yungulluk nisbet edir.O adam qelbime deydi onan salami kesdim.
Beli halalliq olub aramizda Menim gucum catmir ona komek ede bilmirem oda menim yanimda qala bilmir usaglarina gore ata-anasina gore hemde qinaqdan qorxurki men onun ovladinan bir nece yas boyuyem.Hemcinin bu sebeblerden usagda olmur.Amma imkani olduqca gelir bize mende ata anamla qaliram heleki qizla evlenenmemisem cox cetinlik var.indi men ne vaxtsa evlensem onu bosamaq istemirem nece edim?Oda istemez menen ayrila.Gelecekde inseAllah evlensem bunu gelen zovceden gizledecem.Umumiyyetle bosamaq fikrim yoxdur.Ona bacardigim qeder islamnan danisiram oda azdan coxdan emel edir bir hissesine hele emel edenmir xususen geyimi ureyimi acmir.Men deyyus sayiliram?Bele veziyyet meni cehenneme surukleyir?

Cavab:

Birincisi, fərqi yoxdur qadının neçə yaşı var. Vəli mütləq lazımdır. Siz uzaq dayanın. Siz düzgün etmirsiniz. Sizdə kəbin yoxdur. Bu zinadır. Uzaq dayanın və Allahdan qorxun!
Allah daha yaxşı bilir!


#34 Mahir

Mahir
  • Guests

Posted 26 December 2015 - 07:33 PM

assalamu aleikum. islam bank sistemi haqda ne deye bilersiz ? islam bank sistemi necur iwleyir ? ve ora pul qoyub,ordan gelen faizi halal saymaq olar mi ? etrafli cavab verin zehmet deyilse

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Orada ticarətdir. İslam banklarında əsasən, onlar səninlə nədəsə şərik olurlar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#35 ehli sunne

ehli sunne
  • Guests

Posted 26 December 2015 - 09:07 PM

Essalamu aleykum va rahmetullahi va barakatuhu. müselman qızlar mektebde tehsil ala bilermi? mektebde hicabla qoyurlar,lakin qızlarla oğlanlar bir sinifde tehsil alır.ona göre soruşdum şeyx.Allah sizi Firdovs Cenneti ile mükafatlandırsın.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məktəblərdə şəri cəhətdən yanaşsaq problem var. Nəinki hicab. Qızlarla oğlanların bir yerdə oxumaqları və s. İndi düzdür, elm tələb etmək qıza da vacib məsələlərdəndir. Sadəcə burada baxılır necə. Məsələn, universitetdirsə, qiyabi götürsün. Bacardığı qədər çəkinsin. Hətta məktəb məsələsidirsə, evdə təhsil ala bilirsə evdə alsın. Allah kömək olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#36 ehli sunneh

ehli sunneh
  • Guests

Posted 26 December 2015 - 09:22 PM

Essalamu aleykum.İnsan suresinin 1-ci ayetini qısaca izah ede bilersiz zehmet olmasa?Allah sizi Firdovs Cenneti ile mükafatlandırsın.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Burada Allah Təalə sadəcə insana bildirmək istəyir ki, Allah Təalə onu nütfədən xəlq edib. Əvvəli Adəmi də torpaqdan. İnsan əvvəli ananın bətnində olanda onun nə adı var idi, əslində heç nə idi. Sonra Allah Təalə ona ruh verdi. İnsanın əslini göstərir ki, yəni heç nə idi. İnsan bunu düşünsün. Görsün Allah Təalə onu nədən yaradıb? Heç nədən. Elə vaxtları var idi ki, heç nə idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#37 ehli sunneh

ehli sunneh
  • Guests

Posted 26 December 2015 - 09:32 PM

Essalamu aleykum.bir defe yazmışdım bura Quran oxuyarken qari ile beraber tekrarlamaq olarmı.siz yazmışdınız ki eger namazda deyilsense,öyrenmek üçün olar.men bezen qiraetim gözel olsun deye qari ile tekrarlayıram bildiyim sureleri.bes bele icazeledi?
Allah sizi Firdovs Cenneti ile mükafatlandırsın.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Öyrənmək, təlim üçün olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#38 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 27 December 2015 - 02:18 PM

Essalamu aleykum, qaradaşımız, şeyximiz.
Sual yox, fikir bildirmek isteyirem:
Bilesen ki, senin haqqında ne danışırlar, ne zenn edirler, ne deyirler desinler, elhemdulillah, selefin eqidesnde olmaq isteyenlerin çoxu senin tekebbürlü olmadığını, her bir sözünün öz nefsinçün olmadığını bilirik. bilirik ki, bu meydanda tek qalsan bele, selefin yolundan dönmeyeceksen, inşeAllah.
Allahdan sene de, başqa elm telebeleri olan qardaşlarımıza da doğru yolda sabit olmağı Allahın dini uğrunda selefin menhecinden ayrılmamağı, ixtilaflı meselelerde haqq üzre tezlikle birleşmeyi isteyirem.
Essalamu aleykum wa rahmatullahi wa barakatuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah hamımızı əhli sunnənin əqidəsində, mənhəcində sabit etsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#39 ehli sunneh

ehli sunneh
  • Guests

Posted 27 December 2015 - 03:39 PM

Essalamu aleykum va rahmatullahi va barakatuhu.vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün Allah razı olsun.
insan nece bile biler ki,qelbinde tekebbür var?yani tekebbürlüyün elameti nedi?
Allah sizi Fir Cenneti ile mükafatlandırsın.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təkəbbürlülük – Haqqı qəbul etməmək və özünü insanlardan uca görmək. Hər kəs qəlbində bunu mülahizə edə bilər. Əgər varsa, problemdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#40 Guest

Guest
  • Guests

Posted 28 December 2015 - 05:32 PM

Salam aleykum. Anam tezyiqlidi daim, ve tutalim men ele yerdeyem ki, anam yanimda deyil amma yanimda bashqa adam var onun da tezyiqi var. Bele bir xususiyyetim var o adama komek ede bilmirem (derman, masaj ve s.) fikirlesirem ki, menim anam da tezyiqlidi belke onun da ehtiyaci varbu qaygiya, amma komeyi yoxdur ve men de yaninda deyilem. Bunirmaldi? Yoxsa yanimdaki adama komek etmeliyem ki, anam da chetine dushen de Allah onu qorusun ve ya ona da komek yetirsin? Nece meslehet verereiz bele veziyyete? Islamda nece munasibetdi bele sheylere?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz bacardığınızı edin. Allah köməyiniz olsun. Allah şəfa versin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#41 Guest

Guest
  • Guests

Posted 28 December 2015 - 11:59 PM

Resullardan(es)basqa salehlere eleyhi salam demek olar?Meselen Meryem(es) kimi yaxud Eli radiyallahu yox elyhi salam demek olar?Demek olmazsa niye olmaz?

Cavab:

Ümumən səhabələr üçün “Allah ondan razı olsun!” – gəlib. Kim desə, demirik səhv edir. Lakin adət etmək düzgün deyil. Çünki “Allahın ona salamı olsun!” - əsasən peyğəmbərlərə deyilir.
Allah daha yaxşı bilir!


#42 Elnur690

Elnur690

    Пользователь

  • Пользователи
  • Pip
  • 48 posts
  • Location:Zavagzalni

Posted 29 December 2015 - 01:05 AM

السلام عليكم ورحمة الله وبركاته

Şeyx belə bir sualım var, bızın sizi vı ya digər tələbələri təqdim edəndə İlahiyyatçı deyə müraciət edirlər. İlah bildiyimiz kimi Tanrı deməkdir. O zaman bu Tanrıçılıq elmi olur və Tanrı bir çox şey ola bilər. لا اله الا الله. Əgər xəta edirəmsə düzəldin Allahın iznilə. Allah sizi xeyirlə mükafatlandırsın.

السلام عليكم ورحمة الله وبركاته

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yəni demək istəyirlər ki, İlahi (dini) elmləri bilən adam. Qorxulu bir şey deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#43 Elnur690

Elnur690

    Пользователь

  • Пользователи
  • Pip
  • 48 posts
  • Location:Zavagzalni

Posted 29 December 2015 - 01:23 AM

السلام عليكم ورحمة الله وبركاته

Şeyx həmçinin belə bir sualım var. Mənimlə işləyən bir xristian hələlik İslamı qəbul etməsə də din olaraq İslam haqq dindir, Allahın iznilə yaxın zamanlarda qəbul edəcəm deyir. İndi İslamı öyrənməyə çox həvəslidir. Ancaq bir şey var ki, o buddist bir qızla evlidir və yeni doğulmuş bir uşağı var. Ona dəvətdə necə bir üsul seçim? Mən ona desəm sən müsəlman olduqdan sonra artıq o qız sənin zövcən deyil və bu halda ola bilsin ki, tərəddüd etsin. Necə daha məsləhətdir? Biz hal-hazırda Bəhreyndəyik, əhli sünnə məscidi və camaatı kifayət qədərdir. Bir yol göstərin Allahın iznilə. Allah sizi xeyirlə mükafatlandırsın. Amin.

السلام عليكم ورحمة الله وبركاته

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən onu dəvət edəndə, denən ki, yoldaşını da dəvət elə. Çünki yoldaşın əslində belə baxanda xristian olsa da problemdir. Çünki onlar artıq kitab əhli sayılmırlar. Ona görə de ki, yoldaşını da dəvət elə. De ki, mən dediklərimi yoldaşına da danış. Elə elə dəvət paralel getsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#44 Guest

Guest
  • Guests

Posted 29 December 2015 - 09:17 PM

əssələmu aleykum və rahmətullahi və bərakətu.

Şeyx mən hal-hazırda universitetdə tələbəyəm. İnşəAllah yaxşı təhsil alıb universitetdə müəllim qalmaq niyyətim var. Çünki əgər dosent olsam daimi halal çörəyim olacaq. Az-çox biləcəm ki dövlət işindəyəm. Ortabab pulum olacaq Rabbimizin izni ilə. Mən müəllim olsam namazlarımı vaxtında qıla bilər, cüməyə gedər, hətta cavan kadr olduğum üçün saqqal da saxlaya bilərəm. Kim nə bilir. Elə biləcəklər mod üçün saxlıyıram. Sualım budur ki, mən müəllim işləyə bilərəm? Çünki universitetdə gənc qızlara dərs deyəcəm, axı onların da təhsil almaq haqqı var. Mən burada işləsəm pulum halal olar, yoxsa haram? İşləyə bilərəm? Yoxsa indidən niyyətimi dəyişim?

Rabb sizi və bütün tələbələri xeyirlə mükafatlandırsın.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslən müəllim olmaq olar. Siz hər halda oxuyun. Saqqal bu saat problem deyil. Allah köməyiniz olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#45 Kisll

Kisll
  • Guests

Posted 30 December 2015 - 01:15 AM

salam aleykum

Şeyx, bu yaxınlarda sizin elm tələbələrinin salamat olub olmaması barədə səs yazınıza qulaq asdım.
Şeyx, mən bilmək istəyərdim ki, salamat mədinə tələbələrini necə ayırd edə bilim. Şeyx zəhmət olmasa salamat olmayan elm tələbələrinin adını yazın ki, biz də siyahıya baxıb salamat olan tələbələri salamat olmayan tələbələrdən şəkildə ayırd edək. Şeyx, xahiş edirəm yazanda aşağıdakı kimi qruplaşdırıb yazasınız. Məsələn, belə:

1.Salamat olub, amma aydın olmayan tələbələrin siyahısı.
2.Aydın olub, amma salamat olmayan tələbələrin siyahısı
3.Həm salamat olan, həm də aydın olan tələbələrin siyahısı
4. saalamat olmayan elm tələbələrinin siyahısı
5.Salamat olmayan elm tələbələrinin salamat olmadığını bəyan etməyən salamat elm tələbələrinin siyahısı.
6. Salamatlığı şübhəli olan elm tələbələrinin siyahısı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Biz siyahı qurmuruq. Sadəcə zamanla aydın olacaq. Kim belə məsələləri bilsə, əhli sunnə val camaa mənhəcini anlamağa başlasa, artıq ayırmağa başlayacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#46 rasxod

rasxod
  • Guests

Posted 30 December 2015 - 01:16 AM

Şeyx bir də deyirlər ki, siz Quran təcvidinə dair proşurka yazan Elnur adlı bir müsəlmana onu tutdurmaq ilə hədə-qorxu gəlmisiniz, sonra da Elnuru rasxoda qoymusunuz, hökümət də onu 4 il süründürüb, gəl-getə salıb. Bu, doğru xəbərmi?!!! Çünki insanların ağzında bu söhbətlər yaman dolaşır.

Cavab:

Əlbəttə yox. Çox şey deyirlər. Məgər hər deyilən düzdür? İkincisi də bu məsələdə problem nədir? Tutalım kimsə xarab əqidədədirsə, ağzına gələni hər yanda danışır və elə bilir ki, ətrafının hamısı şeydir. Bunu harasa çağıranda və ya tutanda dərhal məni fikirləşirlər. Mənim adımı vermək də, savadsızlıqdır, ya da qərəzlilik. Adam əqidəsində xarabdırsa, ətrafında kimlərəsə və s. danışırsa, sonra bunu harasa çağırırlarsa, təqsir məndədir? Mənəm günahkar? Belə zənnlərə qapananlar uşaqdır. Ona görə sən belə şeylərə fikir vermə.
Allah daha yaxşı bilir!


#47 Samir

Samir
  • Guests

Posted 30 December 2015 - 07:57 PM

Assalamu Aleykum va Rahmatullahi va Barakatuh

Ailəmdə xəstə insan var,qadındır,həm fiziki,həm də mənəvi cəhətdən çox xəstədir.Ailə qurmayıb. Nə fiziki,nə də mənəvi xəstəliyi heç bir həkimlə,dərmanla sağaltmaq mümkün deyil və tibbdə sağalmaz kimi qeyd olunur. Yəni deyilir ki,insan bunu qəbul edib yaşamalıdır. Amma,mən şahidəm ki,bunlarla yaşamaq çox çətindir. Ailəmdən olan insanı hər gün bu halda görüb,vicdan əzabı çəkirəm ki,bu da mənim həyatımda da hər bir şeyə mənfi təsir edir.

Fiziki xəstəlik, yəni bu adam ailə qursa belə bu hal ilə övlad sahibi ola bilməz tibbə görə.

Mənəvi xəstəliyi isə daha dəhşətlidir. Vəsvəsə. Hər bir şeyə vəsvəsəsi var. Təmizlik,yemək,oturmaq,durmaq və sairə. Bunların içində ən dəhşətlisi isə,hamamda günün yarısını keçirməsidir. İnanın,ürək lazımdı buna dözsün,çox dəhşətlidir.

Mən özüm,dualar edirəm,zikr edirəm və başa düşürəmki indiki halda bu xəstəlikləri ancaq və ancaq Allaha tam siğınmaqla müalicə etmək olar.
Ancaq o ümidini itirib və heç bir şeyin ona kömək olmasına daha inanmır.
Və nəyisə demək və məsləhət vermək qeyri mümkündür,çünki nəsə deyiləndə "yalançı təsəlli" kimi başa düşür və dəhşətli bir psixi reaksiya verir.

1 neçə sualım var,zəhmət olmasa,Allahın izniylə cavablandırardınız.

1. Bu çıxılmaz vəziyyətimdə mənə məsləhət verin zəhmət olmasa,nə etməliyəm?

2. Rüqya etməyin şəriət qaydası və üsulu nədir? Ətraflı yazın zəhmət olmasa,çünki çoxlu sayda bir birinə əks məlumatlar doludur.

3. Bu insan ümrə ziyarətinə getsə və dua etsə olar,yəni ancaq şəfa tapmaq məqsədi ilə Kəbəni ümrə ziyarəti etməsi olar?

4. Bu insana Allahın şəfa verməsi niyyəti ilə zəkat verə bilərəm?

Əvvəlcədən təşəkkürlər. Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Ən birinci səbir, Allaha dua etmək və sonra həkimlərə müraciət etmək. Vəsvəsəyə fikir verməmək. Günün yarısını hamamda keçirmək düzgün deyil. Əksinə, özünə ziyan edir. Belə müalicə, islah olmayacaq.
2) Orada qeyri-adi nəsə yoxdur. Məsələn, biri gəlsin əlini başına qoysun və oxusun. Və ya stəkanda zəm-zəm suyuna oxusun, içsin. Bu cür.
3) Olar, məqsədi ümrə olsun. Niyyət Allah üçün olanda, onun içində hər şey olur.
4) Ehtiyaclıdırsa, bəli.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#48 Ekrem

Ekrem
  • Guests

Posted 30 December 2015 - 08:30 PM

Assalamu aleykum

Sualım belədir.

Siqaret çəkmək haramdır? Mən siqaret çəkirəm,tərgitmək istəsəm də,çox çətinlik çəkirəm,bu da mənə psixoloji təsir edir. Amma,eyni zamanda,siqaret çəkə çəkə namaz qılmaq,dua,zikr etmək və s. mənə vicdan əzabı verir,hiss edirəmki,ibadətdə səmimi deyiləm siqaret çəkdiyimə görə.

Allah razı olsun...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siqaret haramdır. Allahdan qorx və tərk elə. O sadəcə şeytandan vəsvəsədir ki, guya tərk edə bilmirəm. Allahdan qorxun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#49 Guest

Guest
  • Guests

Posted 31 December 2015 - 08:51 AM

HervaxtinizXeyr size bir sual vermek isteyirem.Bu imamet anlayisi varki imami secen Allahdir.Cunki ehli-sunnede deyir ki 12 imamin 6 var 5 bilinmir axirinci imam Mehdi(es)dir.Yaxsi eger bu imamlari Allah secmir insanlar teyin edirse hardan bildiniz ki axirinci kimdir.Demek bu imami Allah secib ve bize kim oldugu xeber verilibki biz bilirik.Sual cixir eger imam Mehdi(es) Allah secibse nece olur qalanin insan secir?Allah Teala birin secib qalanin insanlarin ixtiyarina buraxib?Bu meseleni izah edin.Biz bilirik ki 4 xelifeleri Allah onlardan razi olsun biri digerini teyin etmis yaxud Sura ile teyin edilmisdir.Demek ki bunlari Allah secmemisdir.Bes Allah secdiyi 12 imam kimlerdi?Niye biz onlari tanimiriq?Hedis kitablarinda her iki menbede ister ehli-sie ister ehli-sunne qaynaglari olsun 12imam haqqinda hedisler gelmisdir.Allah Teala onlarin varligindan bize xeber vermis Resulunun(sav) vasitesiyle amma biz bilmirik onlar kimdi.Niye?Amma ehli-sie 12 imami kimliyin ortaya qoymusdur.Raziyam rafiziler azgin sapiq tayfadi.Amma bize rafizi lazim deyil bize haqq lazimdir.Men isteyirem Rebbimin yaninda uzu ag olum.Mene ehli-sunne ya ehli-sie bunu dedi lazim deyil mene Allah Teala ne buyurub o lazimdi.Yani men teqlidci olmaq istemirem.Ozumnende inanc cixartmaq istemirem isteyirem haqqi bilim.

Cavab:

salam, salam...
Bu məsələnin izahı odur ki, hər şey Allahın iznilə olur. Kim imam, haranınsa hakimi olursa, o Allahın iznilə olur. Məsələn, peyğəmbərdən sonra Əbu Bəkr (Əli ibn Əbi Talib ona iki dəfə beyət elədi) oldu. Bu Allahın iznilə oldu. Həmçinin Ömər, sonra Osman, sonra Əli.. Demək ki, 12 imam hədisdə gəlib və 6sı məlumdur. Yox, o hədis ətrafında ixtilafdır. Bəziləri deyir ki, hamısı məlumdur, bəziləri başqa şey deyir. Lakin biz onun üstündə dayanmamışıq. Biz sadəcə bilirik ki, imam seçilir (Allahın iznilə). Allah Təalə orada insanlara da seçim verib. Vəssalam. Bizdə imamət məsələsi əsas məsələ deyil.
Allah daha yaxşı bilir!


#50 Guest

Guest
  • Guests

Posted 31 December 2015 - 11:32 AM

Salam aleykum.
Bir nece shexsi sual vermek istiyirem. Mumkunduse cavablandirardiniz.
1. Ferz namazlardan basqa daimi hansi namazi qilirsiz?
2. Ramazan ayin orucundan basqa hansi gunler oruc tutursuz?
3. Subh namazina her zaman vaxtinda dura bilirsiz? Esasem yay vaxtlarinda
4. Islamda size aydin olmayan bir sey varmi? Yani ki ele bir sual varmi, onun cavabini bilmek istiyirsiz?
5. Siz ozuvuz ozuvuzde herden imanin asagi dusmeyini gorursuz? Ele olanda ne edirsiz?
6. En cox Allaha ( Subhan ve Teale ) etdiyiniz dua hansidir?
7. Sizin ucun en hormet etdiyiniz sahabe kimdi?
8. Qeyri adi, ele bir sey hayattivizda hadise olubmu ki, kime danissaid, inanmazlar, mocuze kimi bir sey, mesel ucun dua etmisiz, ani moment yerine yetib?
Bu cur suallara cox adam cavab vermek istemez, cunki ele seyler var ki onlar gizli oldugda daha cox savab var. Amma men bilen coxlu sizi izleyen adamlar bunu bilmek istiyerdi, hec olmasa ondan otru ki bilek nede daha cox ibadetimize guc verek.
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Fərzlərdən öncə; sonra sünnətlər var, sonra duha, gecə namazı, dəstəmazdan sonra, məscidə girərkən qılınan namaz. Bu cür namazlar var. Bunlar qılınır.
2) Məsələn, 1ci və 4cü gün; müsəlman tarixi ilə 13,14,15; Aşura və Ərafa orucları və s. Amma bu oruc məsələləri imkan olanda tuturam. Birdə görürsən alınmır. Birdə görürsən məclislərə çağırırlar alınmır. Amma bacardığım qədər edirəm.
3) Bəli, çalışırıq, əlhəmdulillah.
4) Mən bilmədiyim şeylər çoxdur. Dərin, ağır məsələləri mən bilmirəm. Lakin ehtiyac olanda öyrənirəm. Çünki hər şeyi bilmək də mümkün deyil. Ona insanın ömrü çatmaz. Elə nəyi bilirəmsə, ona əməl eləsəm kifayətdir. Bununla kifayətlənmirəm, nəsə çıxanda öyrənirəm.
5) Əlbəttə olur. O zaman ibadəti möhkəmləndirirəm, özümü hesaba çəkirəm, hansı problemlərə görədir.
6) Allahım məni sabit et və məni bağışla.
7) Səhabələrin hamısına hörmət edirəm.
8) Elə məqamlar olur. Amma bunu danışmaq lazım deyil. Bu mənimlə Allahın arasındadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#51 Guest

Guest
  • Guests

Posted 31 December 2015 - 06:57 PM

Olu nece basdirilmalidir?Qebir derinliyi olunun qoyulmagi ve sair.Bes bu ustune das pilte qoyub palciglayirlar.Sonra qiraglarina das duzub ortani torpaqla doldururlar bu necur defindi bele olmalidir meyer?Sunnede nece gelib ve sebebler nedi bir qardas deyir bes baliq beli kimi olmalidir suyu tokurler kulek dagitmasin torpagi.Umumiyyetle cenazeni qebre qoydun ustune torpaq tokmurler?Turklerde gormusemki taxta ile cenazenin ustun ortur taxtaninda ustune torpaq tokurler

Cavab:

Əslində ölünü dəfn etmək vacibdir. Lakin dərinlik, o yerə baxır. Dərin olmağı yaxşıdır ki, qurd-quşdan qorunsun. Yəni sonra gəlib eşələyib yeməsinlər. Amma üstündən düzdü bizdə betonlayırlar. Bu bizdə adət olub. Ancaq eyib etməz. Daha nə deyəsən? Baxmayaraq bizdə bu ölülər ilə məsələdə insanlar çox şey uydurublar. Lakin əlhəmdulillah hər halda dəfn edirlər.
Allah daha yaxşı bilir!


#52 ANS TV-iran wie kanali

ANS TV-iran wie kanali
  • Guests

Posted 01 January 2016 - 04:34 PM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
Qardaw,qeyri-muselman olkelerinde restoranlarda yemek yeye bilerik ? ona gore soruwuram ki,cunki o qablarda donuzdan hazirlanmiw yemekler de biwirilir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, yeyə bilərsiniz. Əsas odur ki, qab yuyulur. Qab yuyulursa, o qabda kimsə donuz yeyibsə də bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 az-Zubeyr

az-Zubeyr

    Пользователь

  • Пользователи
  • Pip
  • 94 posts

Posted 01 January 2016 - 09:39 PM

assalamu aleykum

Alləmə, Şeyx Həsən əl-Bənna ilə telefon danışığı - İndiki prezidentlərin hökmü



Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulillah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 Guest

Guest
  • Guests

Posted 04 January 2016 - 12:28 PM

Salam aleykum. Əgər su olmadigi ucun (yaxud soyuq olmasindan qorxdugum ucun) teyemmum etmishemse (cenabet qusl evezine), o biri namaz ucun ne etmeliyem destamaz yoxsa yene teyemmum etməliyəm?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onda dəstəmaz ala bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#55 Emin

Emin
  • Guests

Posted 04 January 2016 - 03:23 PM

salam aleykum.exi kecen ay asr birlewdirmey haqda sual yazmiwdim.exi deyisiz caliw otran yerde qil.yaxwi bes teyamum edib qilsam olarmi?oturan yerde?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#56 Guest

Guest
  • Guests

Posted 05 January 2016 - 12:00 AM

Salam aleykum!
В Саудии появляются все новые реки, как и сказал пророк Мухаммад с.а.с!!!



Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ola bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users