Jump to content


Photo

01 марта 2015 года


  • This topic is locked This topic is locked
68 replies to this topic

#51 abdullah

abdullah
  • Guests

Posted 25 February 2015 - 04:27 PM

Əs sələmu aleykum və Rahmətullahi.Əxi dərslərin birində deyirsiz ki, ibn teymiyyədən gələn rəyə görə o şiələri qardaş görür,yəni müsəlman,hətta rafiziləridə iki yerə ayırıb.Bəzi qardaşlar deyirlər ki,ibn teymiyyənin belə bir rəyi yoxdur.İnşəAllah onun dəlilini yazmağı sizdən xahiş edirəm,yəni hansı kitabda və dəqiq olaraq harda.Allah razı olsun.Əs sələmu aleykum və Rahmətullahi və bərəkətuhu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İbn Teymiyyə (rahiməhullah): Məcmu Fətəva, 12/486, həmçinin 3/350-353.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#52 baci

baci
  • Guests

Posted 26 February 2015 - 10:26 AM

Salam aleykum
Men artiq 4 ildir ki aileliyem ve 1 ovladim var, alhamdulillah ehli sunneyem. Bu iller erzinde gormedim ki erim 1 ay muntezem namaz qilsin. 1 gun qilir 10 gun yox, bir gunde 5 namazdan 2ni gucle qilir, gah da yalandan deyir qilmiwam, temizliyine hec fikir vermir. Neqeder deyirem xeyri yoxdur, siqaret de cekir tergizmek fikri de yoxdur. Banklardan kredit goturur. Bu hallar meni ondan cox soyudub. Mene defelerle deyirki eger namaza gore bowanmaq isteyirsense get bowan. Bu halda menim ondan bowanma teleb etmeye haqqim var? Onun da menim de valideynlerimiz cahildir, bu mesele onlara yungul gelir, daha dogrusu hec bunu onlarla daniwmaga deymez anlamirlar,imanim zeifleyir. Xahiw edirem dogru meslehet verin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, boşanmaq hər vaxt olar. Xüsusən də əgər ər bu cür riayət edirsə, haqqınız var. Amma hər halda birinci çalışın islah edin, düzəlsin. Bəlkə ona köməklik edəsiniz, bəlkə düzələcək. Əgər bu davamlı olsa, xeyri olmasa, haqqınız var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 Guest

Guest
  • Guests

Posted 26 February 2015 - 05:46 PM

Salamalykum
Ankebut suresi 45 ayedede namaz sizi cirkinlikden ve pislikden cekindirer diger ayelerde(Nur suresi21aye,Beqere 268aye169aye) bu pislik ve cirkinlikleri seytan emr eder gelib.Bu barede ne deye bilersiniz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Şeytan əmr edər. Lakin kim ki, namazla, ibadətlə Allaha tərəf getsə, onlardan çəkinə biləcək, bəli.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 Guest

Guest
  • Guests

Posted 26 February 2015 - 08:33 PM

Salam aleykum.
2) iki baci arasinda miras, ev nece bolunmelidir?
2) eger bacinin biri ve ya ikisi de erdedirse onda nece bolunmelidir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər başqa heç kəs yoxdursa, yarı-yarı.
2) Fərqi yoxdur, ərdədir və ya ərdə deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#55 Guest

Guest
  • Guests

Posted 28 February 2015 - 03:37 AM

Salam aleykum.

1. Eyer islamin ehkamlarini yerine yetiren ve butunlukle yasyan xavariciler cehenneme gireceklerse ( hedislere esasen ), bes onda islamin hec bir ehkamlarini yerine yetirmeyen ve qismen de olsa yasamayan bu millet cennete gedecekmi, sizce ?
2. Rafiziler cennete gireceklermi ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Cənnətə, cəhənnəmə salan Allah Təalədir. Biz görürük ki, ibadətdə şiddətli olanı şəriət cəhənnəmin tulası adlandırıb. İçki içən, sadəcə Allah və rasulunu sevən adamı isə, şəriət lənət etməyi, söyməyi qadağan edib. Hər halda xəvaricləri kafir saymırıq. Onlar cəhənnəmə düşsələr belə, əbədiyyən deyil.
2) Bu da Allahın istəyi altındadır. Bizə görə kim peyğəmbərin ailəsini söyürsə, kafirdir. Amma cənnət, cəhənnəmə girmək söhbəti axirət məsələlərindəndir. Biz onu bilmirik. Biz sadəcə bilirik ki, kafirdirsə, cəhənnəmə düşəcək. Amma təyin etmək bir az çətin məsələdir. Bu məsələlər ağırdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#56 Guest

Guest
  • Guests

Posted 28 February 2015 - 02:35 PM

Salamaleykum
Yusif suresi 100 ayede olunan secde haqqinda yazardiniz.Yusif(es) olunan secde ibadet deyil?Secde ibadetdir axi bes bu nece olur?Yani secde ozu-ozluyunde ibadetdir axi.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu hörmət səcdəsidir. Necə ki, mələklər də Adəmə etdilər. Amma qaldı ki, ibadət səcdəsi deyil. Çünki bütün peyğəmbərlərin hamısı yekdil idi ki, Allahdan qeyrisinə ibadət etmək olmaz. Hörmət səcdəsi də ola bilər hansısa qövmlərdə icazə verilib, istisnadır. Amma bizim dində olmaz. Ona görə Muaz belə etdikdə, Peyğəmbər (sallallahu aleyhi va səlləm) qadağan etdi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#57 Guest

Guest
  • Guests

Posted 28 February 2015 - 03:28 PM

Salam aleykum!

http://azadqadin.az/...e-deyiller.html

Bu bedbexte qarsi ne etmek olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə şeytanlara qulaq asmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#58 Guest

Guest
  • Guests

Posted 28 February 2015 - 08:56 PM

Salameleykum
Bedenin tukun tokmek kimi sunnet var?Nure adinda maddedi bedene surtursen tuku tokur sunnetdir.Bu haqda etrafli yazardiniz

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Kişi üçün bədənin tükünü tökmək lazım deyil. Amma qadın edə bilər. O maddədən istifadə edə bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#59 Isi ibn muhammad

Isi ibn muhammad

    Пользователь

  • Пользователи
  • Pip
  • 34 posts

Posted 01 March 2015 - 08:53 PM

salamaleykum weyx gundelik yuz defe oxunan zikrleri edende bezen say yaddan cixir,bu zikrleri say unudulmasin veya rahat olsun deye tesbihnen elesem bidet sayilirmi?salamaleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Elə olanda azından hesablayın. Eyib etməz. Əgər bu səbəbdirsə. Amma çalışın ona adət etməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#60 Fuad

Fuad
  • Guests

Posted 01 March 2015 - 10:36 PM

As-Salamu aleykum!
men basdan qan aldirmaq isteyirdim. Bakida ele bir tibb merkezi var ki, bu isle mesgul olsunlar? yoxsa hansisa bir qardasa muraciet edim?
As-Salamu aleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunu ancaq fərdi adamlar edir. Belə tibb mərkəzi yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#61 Natur

Natur
  • Guests

Posted 02 March 2015 - 10:54 AM

AsSalamu aleykum Va rahmatullahi exi.
Sualim beledi iki ovladim var,alhamdulillah korpediler,Men hamile qalamamaqcun derman ice bilerem?sadece o ovladlarin haqqina girmemekcun yeni hamile qalib onlara istediyim kimi baxa bilmeyecem onlara istediyim kimi vaxt ayira bilmeyecem mehs bununcun icmek olar derman?
Umumiyyetle alimler bu haqda ne deyir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində yox. Sadəcə bir müddət qoruna bilərsiniz ki, bir az böyüsünlər. Amma bunu (hamiləliyi) tam kəsmək, olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#62 Şeyx

Şeyx
  • Guests

Posted 03 March 2015 - 10:44 AM

Imam Abdul Latif bin Abd ar Rahman demisdir:

وقد غلط كثير من المشركين في هذه الأعصار, وظنوا أن من كفّر من تلفظ بالشهادتين فهو من الخوارج, وليس كذلك؛ بل التلفظ بالشهادتين / لا يكون مانعا من التكفير إلا لمن عرف معناهما, وعمل بمقتضاهما, وأخلص العبادة لله, ولم يشرك به سواه, فهذا تنفعه الشهادتان

"Bu zamanlarda musriklerin coxu yalnis olaraq zenn etmisdirler ki, kim iki sehadet kelmesini teleffuz edeni tekfir ederse - xavariclerdendir.

Bu ise bele deyil.

Iki sehadeti teleffuz etmek o zaman tekfire mane olacaq ki, onu soyleyen onlarin menasini bilsin, onlarin teleblerini yerine yetirsin, Allahi ibadetde teklesdirsin (ixlasli olsun), Ona hec bir seyi serik qosmasin. Belesine iki sehadet fayda verer."

Menbe : "Al-Ithaf fi ar-radd ala as-Saxxaf", 27

Cavab:

Hə, nolduki? Bu ümumi sözdür. Sadəcə indi kim ki, şəhadəti tutaq ki, görsən birdən necə sən sübut edə bilərsən ki, o, ixlasla deməyib və ya məsələn, sözündə sadiq deyil. Amma belə əməlidə tutaq ki, problem olsun. Belə məsələlərdə ümumi sözlərlə camaatı təkfir etmək olmaz. Xəvariclərin azmağı budur. Alimlərin bu cür sözlərini götürüb, başlayırlar, nəinki ümumən, hətta fərdə tətbiq etməyə. Bu da əhli sünnənin mənhəcinə müxalifdir. Vəssalam. Çalışın belə məsələlərdə çaşmayın.
Allah daha yaxşı bilir!



#63 Guest

Guest
  • Guests

Posted 03 March 2015 - 11:21 AM

salam aleykum
mən dəvəti bacarmıram bəlkə də cəhd etmirəm. çünki kiməsə namaz və s deyəndə sakit başa salmaq istəsəm də bəzən elə boş cavab verir ki çox əsəbləşirəm ona görə qorxuram ki qaş düzəltmək istəyəndə göz çıxardım. ancaq yeganə etdiyim məsələn ALLAHdan qeyriisnə and içənləri, sol əllə yeyənləri və s çəkindirmək (əlimlə dilimlə bacardıqlarım ). Əlhəmdulillah xırda şeylər alınır. ancaq namaza və s dəvət etmək içimdən gəlmir qorxuram. mənə günah yazılır buna görə? çünki ətrafımda çoxu var

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər halda siz dəvət etdikdə birinci bundan başlamayın. Birinci, "lə iləhə illəllah"-dan başlayın. Yəni böyük günahları, kiçik günahları deməyin, qeyd etməyin. İnsanlara birinci Tovhidi başa salın. Lakin gözəl münasibət qurduqdan sonra. Bunlar yavaş-yavaş olacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#64 ixlas86

ixlas86

    Пользователь

  • Пользователи
  • Pip
  • 61 posts
  • Interests:DIN, ELM

Posted 04 March 2015 - 01:18 AM

Salam Aleykum Şeyx.1.Şeyx 3veya 4 ruketli namazlarda 2ci ruketden sonra secdeden qalxmazdan qabaq oturdugumuz yerde Allahu ekber deyirik,bu dogrudurmu?ve etme sebebimiz nedir?deyilene gore peygember doneminde bezi butperestler muselmanligi qebul ediblermis amaki butlerindende el cekmirlermis sirf secdeden sonra tekbir getiribki peygember qoltuqlarının altındakı butler dusub qırılsın.bu dogrudandami beledir?2.namazda barmaq oynatmagimiz harda gelib konkret ve menasi nedir Şeyx?Allah sizi qorusun .Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Qalxıb da demək olar, orada deyib də qalxmaq olar. İkisi də caizdir. Bu əfsanə düzgün deyil.
2) O hədis kitablarında gəlib. Səhihdir. Səhih hədislərdə gəlib. Peyğəmbər (sallallahu aleyhi va səlləm) təşəhhüddə oturan vəziyyətdə təşəhhüdü oxuduqda, o şəhadət barmağı ilə də təsdiqləyirdi. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#65 icetea

icetea

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts

Posted 04 March 2015 - 10:55 AM

es selemu aleykum ve rahmetullahi ve bereketuh
1) namazda elleri gobeyin altina qoymaq bidetdirmi??
2)bu gun hansisa selefi bawdasaki men imam Ehmedin etdiyi kimi edirem..onun fiqhini gotururem..bu ne derecede dogrudur
3)ellerin gobeyden ashagida tutulmasi zeif hedisdi ve zeif reydi..bes buna kimler zeif kimler guclu deyib..bezi ozune selefi deyib tekfirci fikirliler deyirki awagida tutmaq gucludu..
4)bezileri de deyirki hec biri haqda tam guclu sehih rey yoxdu..hansini gotursen problem yoxdu...fikriniz..
5)umumiyyetle teqlid nedi?teqlid kime vacibdi??teqlid ederken hansi meselede teqlid etmek lazimdi..
Allah razi olsun
es selemu aleykum ve rahmetullahi ve beraketuh

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bidət demirik. Sadəcə deyirik ki, zəif hədislərdə gəlib. Bu barədə səhih hədis budur ki, peyğəmbər (sallallahu aleyhi va səlləm) sinəyə qoyardı. Nəinki, peyğəmbər (sallallahu aleyhi va səlləm), bütün peyğəmbərlər.
2) Sələfilərdə əsasən, xüsusən də indi bu adət olunmayıb. Ola bilər bu adət qədimdə var idi. Amma indi məsələn sələfilərdə əsasən, hədisə daha üstünlük verilir, fiqhə yox. Əgər fiqhdəki olan məsələ hədislə səhih gəlirsə, edilir. Yox, hədislə zəif gəlirsə edilmir. Ən düzgün yolda budur.
3) Sadəcə ola bilər onlar bəzi alimlərə istinad edirlər. Amma Şeyx Albani bu barədə danışıb. Onların zəif olduğunu bildirib. Sadəcə təkfirçilər bidət əhlidir. Ola bilər hansısa bidətçilərlə qarışıblar. Sələfiləri özlərinə düşmən görürlər. Ona görə seçilmək üçün bu addımları atırlar. Əslində ibrət alimin sözündə yox, ibrət dəlildədir. Dəlilin də səhihi, zəifi var. Əgər biz bu məsələdə zəiflərə fikir verməsək, o zaman başqa məsələlərdə də zəiflərə əgər fikir verməsək, görün bu nəyə gətirib çıxaracaq. Əksinə çalışmaq lazımdır, səhihə üstünlük vermək.
4) Bu ola bilər hansısa fiqh aliminin fikridir. Amma belə hədislə yanaşsaq əlləri göbəkdən yuxarıda tutmaq daha səhihdir.
5) Təqlid, yəni dəlilsiz bir məsələni, sözü hansısa alimə bağlanıb, ondan götürmək. Bu əsasən avamlara aiddir. Məsələn, tutaq ki, elə yerdə yaşayır ki, nə alim, elm tələbəsi var. Hansı ki, səhih, zəifi ayıra bilən. O məsələn hansısa əqidədə yox, fiqhdə məsələni. Məsələn, namazı pozan şeylər 6dır, bəzi fiqhlərdə 10dur. Onun üçün eyib etməz. Amma alim, elm tələbəsi olan yerdə təqlid düzgün deyil. Çünki tarixdə göstərir ki, təqlidçilik nə qədər fəsadlara gətirib çıxarıb.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#66 Guest

Guest
  • Guests

Posted 04 March 2015 - 11:52 AM

salam aleykum

imanım çox zəifləyib. nafilə namazı gecə namazı bütün zikrlər yavaş yavaş məndən getdi. bu səfər də fərz namazlarım getdi. 1 həftə fərz namazlarımı da qılmadım Quran da oxumadım. qəlbim çox qısıldı. tövbə ettim. bu səfər də üzürlü səbəbdən namaza Qurana yaxın gedəmmədim. bilmirəm necə tövbə edim, hansı duanı edim.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Tövbə elə və çalış bir daha belə etmə. Çünki namaz böyük ibadətdir. Ona laqeyd yanaşmayın. Xüsusən də ayə var ki, "vay olsun namaz qılanların halına.". Təbii ki, bu ayə laqeyd yanaşanlaradır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#67 ahmet_kenan

ahmet_kenan

    Пользователь

  • Пользователи
  • Pip
  • 2 posts
  • Location:Baki.
  • Interests:Din elmini tehsil etmek

Posted 04 March 2015 - 08:44 PM

Əssalamu Aleykum, şeyx. Allah sizdən razı olsun, dünya və axirət işlərinizə kafi gəlsin! Şeyx, mən əvvəllər əşari əqidəsində olmuşam. Və bir az da sufiliyə meyilli idim. Sonradan tövbə etdim və sələf əqidəsinə gəldim. Əlhəmdulilləh! Qardaşlardan və həmçinin sizdən elmlər aldım. Allahın səmada və ucalıqda olduğunu qəbul etdim. Feqet bir şey ürəyimdə qaldı. Allah aləmin yaradılmışlara məxsus olmayan səmasındadırsa və bu ucalıq mənasındakı səma aləmlər yaradılmamışdan qabaq da varsa, bu "Allahdan başqa hər şey yaradılmışdır"-a zidd çıxmır mı? Və yaxud mən nəyisə səhv başa düşmüşəm? Allah sizi qorusun! Və aleykəssalam və rəhmətullahi və bərəkətuhu!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, səhv başa düşmüsüz. Allah var idi, heç nə yox idi. Hətta səma da yox idi. Heç nə yox idi. Allah Təalə yaratdı və istiva etdi. Necə ki, Qurani Kərimdə gəlib. İstivanı da İmam Malik (rahiməhullah) necə deyibsə, o cür başa düşürük. Yəni bizim sələflərimiz. Məlumdur. Allahın istivası məchuldur və bu cür sual vermək bidətdir. Biz sadəcə nə cür gəlibsə, o cür təsdiq edirik. Allah var idi, heç nə yox idi. Hətta səma da yox idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#68 Guest

Guest
  • Guests

Posted 04 March 2015 - 10:03 PM

Salam aleykum. Sheyx novruz uchun olar semeni goyertmek?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, olmaz. Tarlada heyvanat üçün əkin edə bilərsiniz. Amma boşqabda olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#69 Guest

Guest
  • Guests

Posted 05 March 2015 - 10:37 AM

Salam aleykum,

Aşağıdkı yazıya münasibətiniz?

Salam, mən Allaham. İndi Pakistanda bir qız uşağı yaradıram. 8 yaşında atası tərəfindən islam adəti ilə məcburi evləndiriləcək. Sonra buna dözə bilməyib intihar edəcək. Mən isə onu cəhənnəmdə yandıracam. Somalidə bir oğlan uşağı yaratmışdım 12 il əvvəl. Aclıqdan ölməyini oturub izləyirdim. Tab gətirmədi, öldü. Türkiyədə bir qıza beş kişi təcavüz etdi.

Bunu da mən elədim, axı hər şey mənim əlimdədir. Atası bilsə qızı öldürər, yazıq qız utandığından heç kəsə deyə bilmir. Bu qızın da taleyini mən yazmışam. Mənə üsyan etdiyi üçün onu da cəhənnəmdə yandıracam.

Venesuellada başıbitişik körpələr yaratdım, sırf gülməli olsun deyə. Burda Cəbrayıl ilə xeyli güldük. Hindistanda bir ata əlində çörəklə evine tələsərkən onu maşın vurdu. 6 uşağ ac halda atalarının yolunu gözləyirlər. Bunu da mən elədim. Əzrail də zəkama heyran qaldı.
Dünyada olan hər şeyi mən edirəm. Amma mənim bir bildiyim var. Mənə üsyan eləsəz sizi də cəhənnəmdə yandıraram. Amma mən rəhmliyəm.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu şeytanların sözlərinə qulaq asmayın. Vaxtınızı belə şeylərlə keçirməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users