Jump to content


Ибн Хаджар's Content

There have been 843 items by Ибн Хаджар (Search limited from 30-March 23)



Sort by                Order  

#47157 01 июня 2012 года

Posted by Ибн Хаджар on 04 May 2012 - 02:38 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Əssələmu aleykum!

1) Kəfənlənmiş olüdən nəsə çıxsa, qabağında və ya arxadan, bu halda nə etmək lazımdır? Onu təzədən yumaq lazımdır? Zəhmət olmasa açıqlayardınız.

2) Əgər ölü bir müddət basdırmaqdan qabaq evdə qalmalı olursa (müəyyən səbəbə görə, məs qəbr yeri tapana kimi), bu halda onu qibləyə tərəf nə cür qoymasında bir fərq varmı? Məs. ayaqları və ya başı Qibləyə tərəf baxsın?

3) Əgər ölmüş yaxın adamı yuxuda görürsən və o, yuxuda sənə nəsə verir və sən ondan qəbul edirsən, bu pis yuxu sayılır?

4) Sünnəyə görə olünü qəbrdə torpaqla basdıranda, qəbrə 3 ovuc torpaq atmaq sünnədir. Bunu hansı anda etmək lazımdır?

5) Həmçinin bəziləri ovucların yerinə, 3 lopatka torpaq atırlar, bu nə dərəcədə düzdür?

6) Bizim şəraitimizdə (yəni, Azərbaycanda) ad günü keçirtməyin hökmü bir qədər yumşaq olur, çünki bunu keçirtmək artıq camaatmız arasında yayılıb və artıq məhz kafirlərin adəti kimi sayılmır. Ona görə də ad günü bizdə keçirtmək məkruh olur - buna münasibətiniz. Əgər razı deyilsinizsə onda ətraflı zəhmət olmasa, çünki adətlər səbəbə görə haram olur.

Allah razı olsun. Salam aleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İmkan olsa, bəli, yoxdursa, elə də basdırın.
2. Xeyr, əslən fərq yoxdur.
3. Allah bilir, sadəcə istənilən halda dua edin ki, Allah xeyirli etsin.
4. Bəli, torpaq tökülən vaxt edin.
5. Eyib etməz.
6. Xeyr, düzgün deyil, xristianlardan keçmiş adətdir, ən azı oxşamaqdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#43021 01 сентября 2011 года

Posted by Ибн Хаджар on 18 August 2011 - 04:08 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Əgər Cümə namazıdırsa, bu namazdan sonra əgər məsciddəsizsə, bu halda 2+2 rükət namaz qılın. Əgər evə qayıdacaqsızsa, bu halda evdə 2 rükət namaz qılın. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Cümə namazından sonra kim istəsə 4 rükət (2+2) namaz qılsın" (Səhih Müslim, 881). Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) Cümə namazından sonra evə gələndən sonra, 2 rükət nafilə namazı qılardı" (Səhih Müslim, 882)


Bəs evdə 4 rükət qılmaq olmaz? Ancaq 2 rükət olmalıdır?

2)
Цитата
Bəli, belə bir şəxs olub. Ömərin (radiyALLAHU 'anhu) vaxtında onun meyidini tapırlar və xəlifə əmr edir ki, 13 qəbir qazılsın və birində basdırılsın ki, camaat onun yerini bilməsinlər. Pyeğəmbər özü İsadan (sallALLAHU 'aleyhi wa sallam) əvvəl yaşayıb.
Allah daha yaxşı bilir!


Bəs niyə məhz 13 qəbr qazılır? Məhz 13 qəbrin qazılmasında məqsəd var idi yoxsa sadəcə bir rəqəm idi?

3) Bu Danial peyğəmbərə kitab verilmişdirmi? Rəsul idi yoxsa nəbi?

4) Danial adı hər hansı bir məna daşıyırmı?

Allah razı olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Evdə də 4 rükət olar.
2. Xeyr, heç bir məqsəd yox idi, sadəcə müəyyən sayda tapılmalı idi.
3. Bilinmir.
4. Bilmirəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#42995 01 сентября 2011 года

Posted by Ибн Хаджар on 17 August 2011 - 01:13 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Kişilər yalnız ilk iki barmağa taxa bilərlər.


Qardaş, məncə siz səhv demisiz. İlk iki barmağa (yəni şəhadət və orta barmağa) kişilərə üzük taxmaq qadağandır.

Цитата
Что же касается хадиса от Али ибн Аби Талиба, который сказал: «Посланник Аллаха (мир ему и благословение Аллаха) запретил мне надевать кольцо на этот и этот пальцы», после чего он указал на средний и следующий за ним палец. Муслим 3/172.

Речь в этом хадисе идет именно о мужчинах, поскольку Али говорит о том, что пророк (мир ему и благословение Аллаха) запретил ему, а не сказал о запрете в обобщенной форме.

Что касается того, о каких именно пальцах идет речь, то имам Абуль-‘Аббас аль-Къуртуби сказал: “Если кольцо надето на безымянный палец, то это не является запретным. То, что запрещено в хадисе от Али, в нем речь идет о следующем пальце за средним со стороны большого, т.е. указательный”. См. “аль-Муфхим” 5/414.

Что касается вида запрета в этом хадисе, то ученые разошлись, например имам ан-Науауи считал, что речь идет о порицании, но не о категоричном запрете. См. “Шарх Сахих Муслим” 14/71.

Однако более правильно то, что говорил имам Ибн Хазм, что в хадисе речь идет о полном запрете, поскольку в основе любой запрет указывает на не дозволенность, если только нет какого-либо исключения. См. “аль-Мухалля” 4/51.


2)
Цитата
ger bir elm telebisiynen diger elm telebesinin basqa basqa cvblari varsa,meselen biri deyir 1meselede olar,o birisi de deyir konkret olmaz....kimin fetvasini qebul elemek lazimdir?yeni 1insanin elmi azdir hemin sualin cvbini bilmir...sorusanda da 1bele deyir biride de sovsem basqa sey....kime qulaq asmaq lazimdir? - CAVAB: Bu halda hər ikisindən dəlil tələb edin və deyin ki, qoy dəlili aydınlaşdırsınlar.


Bəs əgər ikisi də dəlil gətirirsə, elmi az olan adam nə etsin?

3) Əgər iftar açmaq üçün həm xurma həm su da varsa, hansından birinci açmaq sünnəyə uyğundur?

Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İlk iki barmaq çeçələdən başlayır.
2. Belə halda üçüncü birindən daha səhih dəlil soruşun.
3. Xurma, sonra su.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#42979 01 сентября 2011 года

Posted by Ибн Хаджар on 16 August 2011 - 06:06 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) Qardaş, bir elm tələbəsinin bizi öyrətdiyi kimi, biz fidyanı və zəkatul fitri belə vermək niyyətindəyik:

Fitr - 2kg.40 qramm. Bu da düyünün orta qiyməti ilə götürəndə (orta qiyməti hardasa 1kq - 1 AZN) 2 man 40 qəpik edir.

Fidya - 510 qramm. Onu da 30 günə vuranda 15 kq-dan bir az çox edir. 16-kq-lıq un kisəsini alıb fidyəni vermək istəyirik.

Biz bu cür fitri və fidyanı versək şəriətə uyğun olacaqmı?

2) " Zəhəbəzzəməu vəbtələtil uruq və thəbətəl əcru inşəAllah" bu duanı dəqiq nə vaxt demək lazımdır? Bu duanın mənasından belə çıxır ki, bu duanı ifarı artıq açdıqdan sonra (yəni, bir az su içdiqdən sonra və ya bir neçə xurma yediqdən sonra) açmaq olar. Bu vaxt bu duanı demək sünnəyə uyğundurmu?

3) Əgər yaxın qohumunun cənazəsini şiə mollası qılırsa, yəni sünnəyə tam uyğun deyilsə, və hamı (yəni cahil qohumlar) onun dalınca durub qılırlarsa, belə halda tək qıraqda qalmamaq üçün onun arxasında durub cənazəni qılmaq olarmı?

4) Belə cənazədən sonra mən özüm gedib artıq qəbrin yanında cənazə qıla bilərəm, yoxsa onun qıldığı cənazə kifayətdir?

5) Ramazan vaxtı evə hərdən bir qonaq gəlir: cahil qohumlar, cahil ustalar - onlara çay verməklə günah qazanmırıq ki? Onsuzda onların həmin günün orucu artıq batildir...

CəzəkəAllahu Xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Olar.
2. Bəli, suyu içəndən sonra deyin.
3. Xeyr, olmaz.
4. Qəbrin yanında qıla bilərsən.
5. Bu problemdir, verməkdən çəkinin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#42972 01 сентября 2011 года

Posted by Ибн Хаджар on 16 August 2011 - 04:05 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Gohumu ziyarete gedende bibim veya xalam gorusende opurler meni men nece cekinim. - Heç nə olmaz, amma sonra bildirin ki, bir də belə eləməsinlər. Heç olmasa bildirin ki, dəstəmazım pozulur, bəlkə belə çəkinərlər.


Bəs belə demək yalan sayılmır?

2) Məgər bibi və xala məhrəm deyillər? Bəs niyə onda çəkinmək lazımdır?

3) Ölüyə toxunandan sonra əlləri sadəcə yumaq haqqında şəriətdə bir şey gəlibmi? Bəzi cahillər ölüyə toxunan kimi qaçıb əllərini yuyurlar elə bil ki ölü nəcasətdir.

4) Ölü nəcasət sayılırmı?

5) Ölü gözləri açıq ola-ola ölübsə, sünnəyə gözlərini bağlamaq lazımdır. Düzdür?

6) Əgər ölünün ağzı açıqdırsa və bağlamaq istəyəndə bağlanmırsa, nə etmək olar?

7) Ölünün başını hələ evdə olarkən balışın üstünə qoymaq lazımdır? Yoxsa yastı yerə qoyulmalıdır?

Allah razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, alimlərdən belə deyənlər var, zəif olsa da, amma daha böyük problemin qarşısını alır. Məsələn, Şafii məzhəbində belədir.
2. Sadəcə öpməkdən çəkinmək lazımdır.
3. Düzdür, buna bir dəlil yoxdur.
4. Xeyr, insan bədəni nəcasət sayılmır.
5. Bəli.
6. Çənəsinin altından yuxarığa iplə bağlayın.
7. Bir balaca hündür qaldırsanız, kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#41069 01 июня 2011 года

Posted by Ибн Хаджар on 05 May 2011 - 09:01 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Ассаляму алейукум ва рахматуллах!

Есть ли в шариате что-то что считается харамом при аренде или что-либо харамное связанное с арендой?

В Коране или в сунне что-либо есть по этому поводу? Вообще какое-либо упоминание?

ДжазакаАллаху Хайран

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Все что харам и в аренде харам. В целом аренда дозволено, но если арендуешь харам или даешь в аренду харам, то это запрещено.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!




#41053 01 июня 2011 года

Posted by Ибн Хаджар on 04 May 2011 - 10:01 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!
Цитата
Mahnıya görə yox, amma açıq-saçıq qadınlara görə getməyin. Sirkin proqramına baxın, adətən hissə-hissə olur, ancaq heyvanlar olan hissələr baxmaq olar.

Qardaş, sözünüzdən belə çıxır ki,sirkdə heyvanların çıxışları hətta mahnı ilə müşahidə olunsa bunda problem yoxdur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz mahnıya görə yox, heyvanlara baxmağa görə gedirsiniz, buna görə problem yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40976 01 мая 2011 года

Posted by Ибн Хаджар on 29 April 2011 - 10:17 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) "Allah səni güldürsün" ifadəsini işlətmək günahdır?

2) "Alahın qanadın altında yaşayasınız" və ya buna oxşar ifadəni işlətmək küfrdür?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birinci eyib etməz, amma ikincini başqa ifadə ilə əvəz etsəniz, yaxşı olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40942 01 мая 2011 года

Posted by Ибн Хаджар on 27 April 2011 - 11:08 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

Цитата
Sirkə apara bilərsiniz, həmçinin, heyvanxanaya apara bilərsiniz. Bunlarda problem yoxdur, inşəAllah.


Mən əvvəl bilirdim ki, sirkə getmək olmaz, çünki orada heyvanların və klounların çıxışları musiqi ilə müşaidə olunur və həmçinin açıq-saçıq geyinən qadınlara görə...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mahnıya görə yox, amma açıq-saçıq qadınlara görə getməyin. Sirkin proqramına baxın, adətən hissə-hissə olur, ancaq heyvanlar olan hissələr baxmaq olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40916 01 мая 2011 года

Posted by Ибн Хаджар on 25 April 2011 - 04:15 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) Bəzi yerlərdə ölünü kəfənə bürümək üç dəfə lazım olduğu qeyd olunur, digər yerlərdə isə 2 dəfə. Bunu müəyyən sayı var yoxsa o vəziyyətdən asılı olaraq seçilir?

2) Əgər vəziyyətə görə seçilirsə, yəni, ola bilsin ki, hətta bir kəfənə də bürümək olar?

3) Ümrədə və ya Həccdə öləni 2 kəfənə salırlar, yoxsa fərq etmir? Çünki hədisdə 2 dəfə gedir

Цитата
Пророк (мир ему и благословение Аллаха) сказал: «Обмойте его водой с сидром (ююбой) и заверните тело в два куска ткани, но не умащайте его благовониями и не покрывайте ему голову, ибо, поистине, в День воскрешения он будет воскрешен произносящим тальбийю»”. аль-Бухари 1265, Муслим 2/865.


4) Eyni sual da misk vurmaqdan - hədisdə 3 dəfə qeyd olunub:

Цитата
«Когда будете умащать благовониями умершего, то делаете это трижды». Ахмад 3/331, аль-Хаким 1/355. Хадис достоверный. См. «Сахих аль-джами’» 278.


Yəni, 1, 2 , 5 və sayrı artıq sünnə sayılmır?

Allah razı olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Təbii ki, vəziyyət nəzərə alınır, imkan varsa, kişidə 3 qat, qadında isə 5 qat edin.
2. Bəli, vəziyyətdən asılıdır. Amma yaxşı olar ki, yuxarıdakı kimi olsun.
3. Kişidə üçqat edirlər.
4. Sayılır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40915 01 мая 2011 года

Posted by Ибн Хаджар on 25 April 2011 - 04:05 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) Ölü adamı bir dəfə yumaq olarmı?

2) Əgər bir dəfə yumaq olarsa, bəs bu hədisə necə cavab vermək olar:

Цитата
Посланник Аллаха (мир ему и благословение Аллаха) сказал: «Обмойте ее трижды, или пять раз, или более того, если посчитаете нужным». аль-Бухари 1254-1255, Муслим 2/648-649.


Bu hədisdə say üçdən başlayır...

3)
Цитата
Джабир рассказывал: “Когда умер один человек, мы искупали его, завернули в саван, умастили благовониями, и положили для посланника Аллаха (мир ему и благословение Аллаха) на место стояния Джибриля, где совершалась молитва-джаназа”. аль-Хаким 2/58, аль-Байхакъи 6/74. Шейх аль-Альбани назвал иснад хорошим.


Qardaş, "место стояния Джибриля" - mən bunu başa düşmədim? Cibrilin duran yerinə qoydular? Cibril nə üçün o yerdə dururdu? Ümumiyyətlə o nə yer idi?

4) Bəzən deyilir ki, ölünü yuyanda dəstəmaz yerlərindən başlamaq lazımdır, digər yerlərdə yazılır ki, ölünü sol tərəfə çevirib birinci bədənin sağ tərəfini, sonra sol tərəfini yuyursan, bunlar bir birinə ziddir? Hansı düzdür? Əgər bədənin sağ tərəfini yuyuruqsa, onda ahı dəstəmazdakı ardıcıllıq pozulur axı...

5) Hədisə görə ölü qadının saçı üç hörüyə hörülür. Bəs bir hörük etmək sünnə sayılmır?

Allah razı olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər bir dəfə yumaqla təmiz olarsa, onda olar.
2. Ölü yumaq dəstəmaz kimidir, yəni 1, 3, 5, təklə qurtarmaq olar. Hədisdə nəzərdə tutulan, 3 dəfədən sonra daha təmiz olmasıdır. Daha çox yumaq isə ehtiyac daxilindədir, başqa hədisləri də nəzərə alın, israf və s.
3. "əd-Durar əs-Səminə" kitabında Muhib əd-Din (rahimahullah) deyir ki, peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) həmin yerdə ərəb qəbilələrini qarşılayardı. Digər bir rəyə görə, həmin yerdə Cəbrayıl (sallALLAHU 'aleyhi wa sallam) peyğəmbərə (sallALLAHU 'aleyhi wa sallam) namaz qılmağı öyrədibmiş…
Allah daha yaxşı bilir!
4. Ölünün birinci sağ tərəfini yumaq müstəhəbdir.
5. Tək sayda hörmək olar, amma yaxşıdır ki, 3 olsun.
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#40731 01 мая 2011 года

Posted by Ибн Хаджар on 15 April 2011 - 09:58 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Цитата (Ибн Хаджар @ 14 Apr 2011, 23:52)
Əssələmu aleykum va rahmətullah!

Цитата
Bilirik ki, cümə qüsldan sonra ayrıca dəstəmaz alınmalıdır və cənabət qüsldan sorna isə dəstəmaza ehtiyac yoxdur. Bəs əgər cümə günü səhər iki niyyətlə bir qüsl alırsansa (cənabət və cümə niyyəti ilə bir qüsl) bu halda ondan sonra dəstəmaz lazımdır yoxsa yox? - CAVAB: İki niyyətlə bir ibadət edilməz, siz əvvəl cənabət qüslü alın, sonra isə cümə qüslü alın, arada dəstəmazı pozan əməl olmasa, dəstəmaza ehtiyac olmayacaq.

Qardaş, imam an-Navani, şeyx Useymin, ibn Bazz hamısı o rəydə idiliər ki, belə halda iki niyyətlə bir qüsl almaq olar. Hətta İbn Qudamə deyir ki, bu məsələdə heç bir ixtilaf bilmir.Şeyx Useymin isə fətvanın sonunda deyir ki, bəzi alimlər belə halda məhz iki ayrı qüslun alınmasına üstünlük veriblər lakin bu rəy səhih rəy deyil (Məcmu Fatava İbn Useymin, 16/137).

http://www.islam-qa.com/ar/ref/88032

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sünnədə səhih budur ki, bir ibadətdə iki niyyəti birləşdirmək gəlməyib. Əvvəl cənabətə niyyət edib qüsül alırsan, sonra isə yeni niyyətlə cümə qüslü alırsan.
Ola bilər bəzi alimlər belə ictihad eləsinlər, amma buna dəlil yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Əssələmu aleykum va rahmətullah!

Cavabınız çox qəribə olub...

Birincisi, yəni sizin sözünüzdən belə çıxır ki, İbn Baz, Useymin kimi böyük alimlər səhih sünnəni bilmirlər?? Mən mənbə kimi heç olmasa onlarin ikisini müasirlərdən və qədim alimlərdən İbn Qudama ilə imam ən-Navavini göstərmişəm, amma siz heç birini də mənbə kimi gətirmədiz.

İkincisi, siz deyirsiz ki, "ola bilər bəzi alimlər belə ictihad eləsinlər", əksinə mənə elə gəlir ki, bu sözləri iki ayrı qüslu almağa üstünlük verənlər haqqında demək olar. Çünki Şeyx Useymin, fətvanın sonunda deyir ki, bəzi alimlər bu rəydədirlər lakin bu rəy səhih deyil, yəni, sizin tutduğunuz rəy səhih deyil. Ona görə də dediyiniz cümləni məhz tutduğunuz rəyə aid etmək olar.

Üçüncüsü, deyirsiz ki, buna dəlil yoxdur. Amma link kimi verdiyim fətvada dəlilllər göstərilib. Yaqin ki, siz fətvanı oxumadız. Dəlil Buxaridə və Muslimdə keçən məşhur hədisdir : "Əməllər niyyətlərə görədir və hər kəs niyyət etdiyi şeyə çatacaq". Sonra dəlil kimi, bu böyük alimlər bunu da gətiriblər: Şeyx Useymin deyir, necə ki, məscidə girəndə iki rəkət qılırsan və niyyət edirsən ki, bu iki rəkət həm ratibə sünnə olsun, həm də təhiyyət, beləcə burada belə etmək olar.

Həmçinin dəstəmaz müxtəlif səbəblərə görə pozulanda, biz axı bir neçə dənə dəstəmaz almırıq, yalnız bir dəsətmaz alırıq, baxmayaraq ki, dəstəmaz ibadətdir, əgər siz dediyiniz rəylə yanaşsaq onda gərək dəstəmaz da alanda, bir neçə dənə dəstəmaz alaq.

Dördüncüsü də, bu rəydə olan alimlər, fətvada qeyd ediblər ki, hətta belə halda sən cənabət niyyəti ilə də bir qüsl alsan, bu bir qüsl cümə üçün də kifayət olacaq və əlavə cümə üçün qüsl almaq lazım deyil bir neçə səbəbə görə: suyun israfına görə, vaxtın israfına görə və bir də cümə qüslün məqsədinə görə, məqsədi də təmiz olmaqdır və cənabət qüslu aldıqdan sonra həmin təmizliyə nail olmaq olur.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mən belə deyəndə demək istəmədim ki, bu və ya başqa alimlərlə razı deyiləm, sadəcə bu barədə dəqiq dəlil yoxdur. Özün də görürsən ki, bəzi alimlər ümumi dəlillər gətirib caiz görüblər, yəni fiqhdə bu normal haldır. Elə “əməllərin niyyətə görə olması” hədisini götürsək, deməli, hər bir ibadətin ayrıca öz niyyəti olmalıdır.
Amma yenə də, burda heç bir problem yoxdur. Kim belə edərsə, eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40706 01 мая 2011 года

Posted by Ибн Хаджар on 14 April 2011 - 10:52 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

Цитата
Bilirik ki, cümə qüsldan sonra ayrıca dəstəmaz alınmalıdır və cənabət qüsldan sorna isə dəstəmaza ehtiyac yoxdur. Bəs əgər cümə günü səhər iki niyyətlə bir qüsl alırsansa (cənabət və cümə niyyəti ilə bir qüsl) bu halda ondan sonra dəstəmaz lazımdır yoxsa yox? - CAVAB: İki niyyətlə bir ibadət edilməz, siz əvvəl cənabət qüslü alın, sonra isə cümə qüslü alın, arada dəstəmazı pozan əməl olmasa, dəstəmaza ehtiyac olmayacaq.

Qardaş, imam an-Navani, şeyx Useymin, ibn Bazz hamısı o rəydə idiliər ki, belə halda iki niyyətlə bir qüsl almaq olar. Hətta İbn Qudamə deyir ki, bu məsələdə heç bir ixtilaf bilmir.Şeyx Useymin isə fətvanın sonunda deyir ki, bəzi alimlər belə halda məhz iki ayrı qüslun alınmasına üstünlük veriblər lakin bu rəy səhih rəy deyil (Məcmu Fatava İbn Useymin, 16/137).

http://www.islam-qa.com/ar/ref/88032

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sünnədə səhih budur ki, bir ibadətdə iki niyyəti birləşdirmək gəlməyib. Əvvəl cənabətə niyyət edib qüsül alırsan, sonra isə yeni niyyətlə cümə qüslü alırsan.
Ola bilər bəzi alimlər belə ictihad eləsinlər, amma buna dəlil yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40688 01 мая 2011 года

Posted by Ибн Хаджар on 13 April 2011 - 11:18 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
fatmeyiler firqesi var? - Demək olar ki, artıq itib belə bir firqə.

Onlar haqqında bir az məlumat verə bilərdinizmi?

2) Fatimələr adı nə ilə bağlıdır?

3) Eyni qadınla həyat boyu evlənmək həddi varmı? Varsa, həmin həddə dəlil nədir?

Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1-2. Batini firqələrdən biri idi. Həmçinin ubeydilər adı ilə də məşhur olublar. Özlərini Fatiməyə (radiyALLAHU 'anhə) nisbət etdikləri üçün belə adlanıblar.
3. Sual aydın olmadı.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40676 01 мая 2011 года

Posted by Ибн Хаджар on 12 April 2011 - 09:54 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) Qardaş, bu linkdə: http://www.islam-qa.com/ar/ref/143212 fətvanın sonunda Şeyx Useymin vaxtını söyməyin 3 növündən danışır. Birinci iki növü mən başa düşdüm, amma axırıncı 3-cü növü mən tam başa düşmədim çünki misal da yox idi. Zəhmət olmasa bu üçüncü növü izah edə bilərsiz? Və misal gətirə bilərsiz? Allah razı olsun.

2) Ondan əvvəl fətvada qeyd olunurdu ki, sadəcə "Bu isti gün dözülməzdir" tipli sözləri deməkdə problem yoxdur, əgər insan vaxtı söyməyi qəsd etmirsə. Bəs bu cür ifadələrin yuxarıda qeyd etdiyim 3-cü növü ilə nə fərqi varki?

3) Bu fətvada: http://www.islam-qa.com/ar/ref/146363 deyilir ki, əgər bir insan kasıbdırsa lakin onun üçün iş var amma həmin iş ona yararlı deyil, çünki o ali cənablı ailədəndir və həmin iş çox aşağı səviyyəli işdir, onda bu halda həmin adama zəkat yenə də düşür. Məgər bu təkəbbürlük deyil? Niyə bu insanlar işin olmasına baxmayaraq (lakin onlar üçün yararsız olduğu üçün) yenə də kasıb sayılırlar və onlara zəkat düşür? bu axı artıq təkəbbürlük olur, ehtiyacı olun gedib hər bir işdə işləyər hətta ali cənab ailədən olsa belə. Zəhmət olmasa izah edərdiz.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Yəni etiqadla söymür, etiqadında budur ki, Allah edir hər şeyi, sadəcə bu cür havanı xoşlamır. Amma bu da haramdır.
2. Bu sadəcə sözdür, amma yuxarıda üçüncü məsələdə söyür.
3. Zəkat düşür, çünki ehtiyaclıdır, amma daimi olmamalıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40674 01 мая 2011 года

Posted by Ибн Хаджар on 12 April 2011 - 09:36 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) Umar ibn al-Xattab - Umar (radiAllahu anhu)nun atası Xattab haqqında məlumat verərdiz, zəhmət olmasa?

2) O müsəlman olub yoxsa kafir? Səhabə yoxsa yox?

3) Cahillərə daimi olaraq müraciət edəndə "qardaş" sözü ilə müraciəti başlamaq olar?

4)
Цитата
Belə vəziyyətdə, əgər razılaşmasalar, qardaş desin ki, onda eliyin, amma bəy və gəlin orda iştirak etməsinlər, sonra qardaşlar üçün kiçik bir məclis təşkil edər.

Mən inanmıram ki, hər hansı bir cahil valideyin razılaşsın ki, toyu bəysiz və ya gəlinsiz keçirtsin, onlar deyəcək ki, sən nə danışırsan, camaat bizə dəli kimi baxacaq.

5)
Цитата
Mən onu kafir bilirdim, çünki Qəzzafinin müəyyən fikirləri var idi. Lakin sonradan bilmirəm ki, dönüb köhnə fikirlərindən, yoxsa yox - ən salamatı böyük alimlərdən soruşmaq lazımdır.

Bəs əhlu sünnənin mənhəcinə görə hətta adamda küfr və ya küfr fikirlər olsa onu kafir bilmək olmaz axı, ta hüccət çatamyınca. Siz nəyə isə əsaslanıb onu kafir bilirdiz? Əgər hə, onda nəyə?

Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1-2. Baxıb yazaram, inşəAllah.

3. Bir müxəlif məsələ yoxdur.
4. Xeyr, belə hallar olub.
5. Bəli, bu belədir, sadəcə alimlər ona dəfələrlə bəyan etmişdilər, Qəzzafi isə sünnəni inkar edirdi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40617 01 мая 2011 года

Posted by Ибн Хаджар on 08 April 2011 - 10:10 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Цитата (Ибн Хаджар @ 03 Apr 2011, 20:48)
Əssələmu aleykum va rahmətullah!

1) Bu linkdəki (http://www.islam-qa.com/ar/ref/45970) fətvaya əsasən, mən belə başa düşdüm ki, kişi nikah etdikdən sonra, hətta cinsi əlaqəyə girməsə belə, kişinin oğlu evləndiyi qadına dərhal məhrəm olur, yəni, kişinin arvadı onun yanında başıaçıq gəzə bilər, amma arvadın qızı isə kişiyə yalnız cinsi əlaqədən sonra məhrəm olur, yəni nikahdan sonra yalnız cinsi əlaqədə olduqdan sonra, qadının qızı kişiyə məhrəm olur və onun yanında başı açıq gəzə bilər, hər bir hal üçün şeyx Munaccid Qurandan dəlil gətirir, mən bunları düz başa düşmüşəm?

2) Əgər bunları düş başa düşmüşəmsə, sadəcə maraqlı oldu ki, belə baxanda axı, həmin evlənən kişi axı qızın əsl atası deyil, niyə o, anasının cinsi əlaqəsindən sonra ona artıq məhrəm sayılır, nə olsun ki, nikah olub və ya cinsi əlaqə olub, bu artıq onun anası ilə olub, qızına nə dəxli var ki? Eyni şeyi də kişinin oğlu haqqında demək olar ki, bu arvad axı onun doğma anası deyil, niyə nikahdan sonra dərhal ona məhrəm olur, belə baxan onun üçün tam yad bir qadındır....

Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu şeyxin rəyidir, amma nə qadın kişinin oğlunun yanında, nə də qadının qızı atalığının yanında başlarını aça bilməzlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Əssələmu aleykum va rahmətullah!

Qardaş, şeyx Munaccid bunların hərəsinə Qurandan dəlil gətirdi, yaxşı bəs dəlil gətirdiyi ayələrə nə cavab verə bilərik?

Deməli, oğlunun atasının evləndiyi qadına məhrəm olmasına dair dəlil:

"Olub-keçənlər istisna ol-maqla (bundan sonra) atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur." (Nisa, 22)

Əgər ataların evlənən qadınlarla oğullara evlənmək qadağandırsa, deməli həmin qadınlar onlara məhrəmdirlər.

Qadının qızı isə atalağı üçün məhrəm olmasına (ancaq cinsi əlaqədən sonra) dair dəlil:

"...yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir..." (Nisa, 23)

Bu ayədə Uca Allah kişinin məhrəmlərindən danışır, hansılarla evlənmək haramdır, və hansılar ki, kişinin yanında başlarına aça bilərlər. Ayənin əvvəlində, qızlarından, bacılarından, analarından söhbət gedir, sonra isə Uca Allah məhrəmlər sırasına "himayənizdə olan ögey qızları" daxil edir, lakin ancaq kişinin qadınla cinsi əlaqəsini şərt qoyur: "yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir..."

Bu açıq dəlillərə nə cavab vermək olar??

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu fiqhi məsələdir, belə bir rəy var. Nisa, 22-nin nazilolma səbəbi belə idi ki, cahillik dövründə kişi öldükdən sonra onun oğlu analığını ala bilərdi.
Amma, inşəAllah, məsələyə bir az geniş baxıb, bura yazaram.

Məsələni araşdırdım, doğrudan da məsələ şeyx deyən kimidir - qadın oğulluğuna, qız da atalığına məhrəm olurlar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#40616 01 мая 2011 года

Posted by Ибн Хаджар on 08 April 2011 - 09:55 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Bir müsəlman bacının rəfiqəsi var, o, da əlhəmdulillah müsəlmandır, namaz da qılır. Lakin rəfiqənin anası xristiandır, qocadır. İndi o dünyasını dəyişsə həmin müsəlman bacı öz müsəlman rəfiqəsinə nə cür kömək edə bilər? Qeyd edim ki, həmin xristian qadın dünyasını dəyişsə, onu qohumları çox güman ki, xristian adətləri ilə basdıracaqlar, ona görə də soruşuram ki, həmin müsəlman bacı öz rəfiqəsinə nə cür kömək edə bilər ki, rəfiqəsi də inciməsin, özü də günaha düşməsin - yasa hazırlıqda, təsəlli və s, zəhmət olmasa izah edərdiniz -  CAVAB: Yuxarıda qeyd etdiyimiz kimi təsəlli versin və s.

Qardaş, bu bacı onun yaxın rəfiqəsidir, yəni sadəcə təsəlli verə bilməz, belə halda rəfiqəsi ondan inciyər, çünki həmin bacıya həmişə gəlirdi evində kömək edirdi. Bəs təsəllidən başqa bacı gedib rəfiqəsinin evində dəfnə hazırlıqlar üçün kömək edə bilər? Yəni birdən kimsə anasının qohumlardan gəldi (həm xristian həm də müsəlman ola bilər), yaxud da həmin günlərdə rəfiqəsinə çətin olduğu üçün ev işləri ilə, yemək bişirməklə köməklik edə bilər?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bu işlərdə rəfiqəsinə kömək edə bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40615 01 мая 2011 года

Posted by Ибн Хаджар on 08 April 2011 - 09:47 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Цитата (Ибн Хаджар @ 05 Apr 2011, 21:59)
Əssələmu aleykum va rahmətullah!

2) Əgər çox guman bilirsənki, əgər kimi isə xilas etsən özün çox güman ki, öləcəksən bu halda həmin adamı gedib xilas etmək intihardan sayılır? Əgər sayılmırsa, şəhidlikdən sayılır?

3) Evdə vannanı su ilə doldurub və cənabətdən təmizlənmək üçün sadəcə qüsl niyyəti ilə bütün bədəni həmin vannanın içini, suyun altına salsan və sonda ayrıca burun ilə ağızı yaxalasan, qüsl etmiş sayılırsan?

4) Bu cür qüsl almaq rahat olduğu üçün, belə daimi qüsl alsan, bir problem var?

Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!

2. Seçim edə bilərsiniz.
3. Bəli, sayılırsan.
4. Xeyr, olmaz.

Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Əssələmu aleykum va rahmətullah!

1) Qardaş, ikinci cavabı başa düşmədim, zəhmət olmasa açıqlayardınız, nəyin arasında seçim edə bilərəm?

2) 3-cü və 4-cü cavabda isə yazdız ki, belə halda, yəni vannada qüsl sayılır. Bəs bu cür (yəni vannaya girməklə) hər bir qüsl almaq olar yoxsa bu yalnız cənabət qüslə aiddir? Məsələn cümə qüslü, bayram qüslü (bu halda vannadan sonra ayrıca dəstəmaz almaq), heyzdən, nifasdan sonra qüsl və s.??

3) Bilirik ki, cümə qüsldan sonra ayrıca dəstəmaz alınmalıdır və cənabət qüsldan sorna isə dəstəmaza ehtiyac yoxdur. Bəs əgər cümə günü səhər iki niyyətlə bir qüsl alırsansa (cənabət və cümə niyyəti ilə bir qüsl) bu halda ondan sonra dəstəmaz lazımdır yoxsa yox?

4) Qüsldə əsas odur ki hər yerə su dəysin və əl ilə bədəni sürtmək şərt deyil, düzdür?

CəzəkəAllahu Xayran!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Seçim belədir ki, mühüm adamı xilas etmək lazımdırsa, ehtimal var ki, ölə də bilərsən, qala da bilərsən, onda get, amma ölməyin ehtimalı çox olarsa, qala da bilərsən. İnşəAllah, şəhid sayılması ehtimalı da var.
2. Bu əsasən cənabət qüslünə aiddir.
3. İki niyyətlə bir ibadət edilməz, siz əvvəl cənabət qüslü alın, sonra isə cümə qüslü alın, arada dəstəmazı pozan əməl olmasa, dəstəmaza ehtiyac olmayacaq.
4. Bəli, əsas budur, amma əl ilə sürtməkdə alimlər arasında, xüsusən də məzhəblərdə fikir ayrılığı var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40614 01 мая 2011 года

Posted by Ибн Хаджар on 08 April 2011 - 09:38 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Assalamu aleykum
Mən başa düşmədim hansı sidikdən söhbət gedir? - Cavab: Məsələn, dəvə sidiyi, hətta insanın öz sidiyi də.

Qardaş, insan sidiyi nəcis ola-ola ondan necə müalicə caiz ola bilər? Məgər nəcis olan şeylərdən şəfa olar? Buna dəlil varmı?

2) bir hədisdə deyilir ki, Allahın haram etdiyində şəfa olmaz, əgər hədisə səhihdirsə onda bu hədisə necə cavab vermək olar əgər insan sidiyi ilə müalicə etmək olarsa?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Alimlər caiz görüblər. Alimlərin çoxu əti yeyilən heyvanların sidiyini nəcis görməyiblər, imam Şafiidən (rahimahullah) başqa. Təbii ki, bu cür müalicə qeyri-dərmanların faydası olmayanda tətbiq olunur. Həm də söhbət nəcislikdən getmir, söhbət müalicədən gedir.
2. Bəli, belə hədis var, amma zərurətdə eləmək olar, necə ki, nə qədər haram şeylər var, amma zərurətdə eləmək olar. Təbii ki, bir daha qeyd edirəm, hamısı zərurətdə tətbiq olunur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40565 01 мая 2011 года

Posted by Ибн Хаджар on 05 April 2011 - 11:36 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

İdda ərzində əgər kişi yoldaşına şəhvətlə toxunsa və bununlar belə onun qaytarmasını qəsd etsə, bu halda kişi arvadını qaytarılmış sayılır?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər qəsdi olsa, bəli, lakin bunu qadına bildirməlidir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40564 01 мая 2011 года

Posted by Ибн Хаджар on 05 April 2011 - 11:03 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) Biz bilirik ki, namazda rükətlərin sayında şübhə olanda axırda səhv səcdəsi edilir, bəs əgər namaz əsasında rəkətlərin sayında əmin deyildin amma daha sonra artıq hansı rəkətdə oldğunu xatırlatdın və dəqiq bilirdinsə, bu halda axırda səhv səcdəsi etmək lazımdırmı?

2) Bir müsəlman bacının rəfiqəsi var, o, da əlhəmdulillah müsəlmandır, namaz da qılır. Lakin rəfiqənin anası xristiandır, qocadır. İndi o dünyasını dəyişsə həmin müsəlman bacı öz müsəlman rəfiqəsinə nə cür kömək edə bilər? Qeyd edim ki, həmin xristian qadın dünyasını dəyişsə, onu qohumları çox güman ki, xristian adətləri ilə basdıracaqlar, ona görə də soruşuram ki, həmin müsəlman bacı öz rəfiqəsinə nə cür kömək edə bilər ki, rəfiqəsi də inciməsin, özü də günaha düşməsin - yasa hazırlıqda, təsəlli və s, zəhmət olmasa izah edərdiniz

CəzəkəAllahu Xayran.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər dəqiq bilmirsənsə, ehtiyac yoxdur.
2. Yuxarıda qeyd etdiyimiz kimi təsəlli versin və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40563 01 мая 2011 года

Posted by Ибн Хаджар on 05 April 2011 - 09:59 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1) Suda batan şəxsi xilas edən lakin özü bunun nəticəsində ölən şəxs şəhid sayılır?

2) Əgər çox guman bilirsənki, əgər kimi isə xilas etsən özün çox güman ki, öləcəksən bu halda həmin adamı gedib xilas etmək intihardan sayılır? Əgər sayılmırsa, şəhidlikdən sayılır?

3) Evdə vannanı su ilə doldurub və cənabətdən təmizlənmək üçün sadəcə qüsl niyyəti ilə bütün bədəni həmin vannanın içini, suyun altına salsan və sonda ayrıca burun ilə ağızı yaxalasan, qüsl etmiş sayılırsan?

4) Bu cür qüsl almaq rahat olduğu üçün, belə daimi qüsl alsan, bir problem var?

5) Əgər tanıdığın bir kafirin (əhli kitabın) kafri olan atası (o da əhli kitab) ölübsə, müsəlman bu halda on təsəlli üçün nə cür sözləri deməlidir?

6) Belə halda yaxınlaşıb demək ki, mən eşitmişəm və çox təəssüf edirəm - demək olar?

Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli.
2. Seçim edə bilərsiniz.
3. Bəli, sayılırsan.
4. Xeyr, olmaz.
5. Deyin ki, Başın sağ olsun, Allah hidayət versin və s.
6. Olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40562 01 мая 2011 года

Posted by Ибн Хаджар on 05 April 2011 - 09:50 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Nə üçün yalnız kitab əhlinin kəsdiyi ətə icazə verilir? Nə üçün bütpərəstin kəsdiyi əti yemək olmaz? İkisi də kafir deyil? Nə fərqi var axı o kafir kəsdi və ya bu kafir kəsdi? Allah özü deməyib kitab əhli və xristianlar kafirdir? - Cavab: Bəli, hər ikisi kafirdir, biri kitab əhlidir, o birisinin isə heç kitabı da yoxdur, Allah Təala ayırıb bunları.

Qardaş, bəs əgər biri xristiandır və ya yahudidirsə, amma ancaq adı var ki, kitab əhlidir, yəni dinindən xəbəri yoxdur, hətta öz dinin kitabına da əməl etmir nə də heç bir rükna, bu halda da onun kəsdiyi ətdən yemək olar? Zəhmət olmasa bunu açıqlayardınız.

2) Dediz ki, Allaha aid məhəbbət sözü işlənir amma kişi ilə qadın arasında isə eşq. Bəs sevgi? Hər ikisinə işlənir?

3) Allaha sevgi və Allaha məhəbbət arasında nə fərq var?

4)
Цитата
sidik ila mualica na daracada duzgundur? cazakumullahu xayran - Cavab: Olar, sünnədə gəlib.

İnsan sidiyi ilə yoxsa ancaq heyvan sidiyi ilə?

6) Müalicə bütün heyvanlarin sidiye aiddir yoxsa ancaq dəvələrin?

7)
Цитата
.Adem peygamberin va Havva anamizin aleyhumassalam Cannatda hansi agaca yaxinlashmamasi barada malumat var? - Cavab: Bu ixtilafdır.

Bəs ixtilaf nədən ibarətdir?

8) Daha doğru və ya səhih rəy hansıdır?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər bunlardan sayılırsa, yəni etiqadı budursa, bəli, olar.
2. Bizim dildə, bəli.
3. Hər ikisi eynidir, sadəcə biri ərəbcədir, biri bizim dildə.
4. Fərq etməz.
5. Heyvanların içində əsasən dəvə.
6. Yəni hansı meyvənin olması. Lakin bu növlü ixtilafdır, ona görə də qorxulu deyil.
7. Allah bilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#40550 01 мая 2011 года

Posted by Ибн Хаджар on 04 April 2011 - 11:15 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Əssələmu aleykum va rahmətullah!
Цитата
1) 1 eger zovce ile yaxinliqdan sonra baxirsanki zohrun vaxti girib sende cunubsan iwe getmelisen bilirsenki 3 namaz iw vaxtina duwur zohur,esr ve megrib, ve qusul almaga vaxt yoxdusa, ve yaxud azdisa teyemmum ede bilersen ?
2 misafir oldugun evde zovceyle yaxinliadan sonra cunub olsan ve evin yiyesinnen utansan cimmeye teyemmum almaq olar ?
3 biri evlenib ve ailesi ile yawayir zovcesiyle yaxinliqdan sonra her defe qusul almaga her ikiside utanirsa,yani bu hal tez tez baw verdiyine gore bunlar teyemmum ede bilerlermi bu hal aradan qalxana qeder ?

Cavab:

1. Bəli, edə bilərsiniz.
2. Bəli, olar.
3. Belə etmək olar, amma çalışın qüslü çox uzatmayın.

Qardaş, məgər utancağında və ya dərsə ya da işə gecikməsindən ötrü vacib olan qüslü qoyub onun yerinə təyəmmüm almaq olar?? Axı su ola-ola və suya çıxış ola-ola yalnız utancağından və ya işə gecikdiyindən müsəlman təyəmmüm ala bilərmi? Biz axı təyəmmümün şərtlərini bilirik, və gecikmək və ya utanmaq onun şərtlərindən deyil. Zəhmət olmasa bunu açıqlayardınız.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər ciddi səbəbdirsə, qüsül iş və ya dərsə çatmağa mane olacaqsa, əlhəmdulillah, şəriətimiz bu məsələdə genişlik verib, təyəmmüm almaq olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!