Jump to content


Photo

01 июля 2005 года


  • This topic is locked This topic is locked
159 replies to this topic

#151 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 02 July 2005 - 05:45 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Qardash, Quranin azerice 2 tercumesi var-V.Memmedeliyev -Ziya Bunyadiv Ve Neriman Qasimoglunun tercumeleri.Bunlari hansini oxumaq meslehetdir?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Salamatı V. Məmmədəliyevlə Z. Bünyadovundur.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#152 ilqar212

ilqar212
  • Guests

Posted 02 July 2005 - 07:44 PM


assa lamu aleykum.
1.Namaz qilmayan, lap etiqadi olsa da hali ile kafir sayilirmi?
2.Iman eden, muselman ve momin .Xahish edirem bunlari acixlayin.



Cavab:

Wa aleykum salam!
1. Cümhur alimlərin (çoxusunun) rəyinə görə yox.
2. Insan birinci müsəlman olur sonra isə mömin. Allah təalə buyurur: "(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (49: 14).
İman islamdan daha üstün mərtəbədir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#153 Abdullahibniabdullah

Abdullahibniabdullah

    Пользователь

  • Banned
  • Pip
  • 72 posts

Posted 02 July 2005 - 08:42 PM

Salamun aleykum
Tevessul etmek meger shirk etmek menasindadirmi?
vas-salam



Cavab:

Wa aleykum salam!
Xeyr, təvəssül başqadır şirk isə başqa. Şəriətin buyurduğu qaydada Təvəssül etmək olar, amma şirk isə haramdır.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#154 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 02 July 2005 - 09:16 PM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Qardash, musiqi haqqinda LOGMAN suresinin 6-ci ayesinde olanlar azeri dilinde tercumede muxtelif curdur. Heqiqetenmi bunlar musiqi baresindedir? Meselen,
'İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar'. Məhz belələrini alçaldıcı bir əzab gözləyir(V,Memmedeliyev ve Z.Bunyadov),digerinde ise 'İnsanlardan eləsi var elmsizlik üzündən boş-boş söhbətlərilə azdırar adamları Allah yolundan, rişxənd edər bu yola. Alçaldıcı bir əzab gözləyir belələrini'.(N.Qasimoglu). Bu tercumeler tamam ferqlidir.Bu tercumede musiqi haqqinda hech ne deyilmir. Sizin munasibetinizi bilemk isterdim. ALLAH senden razi olsun!
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Bu ayədə məqsəd Peyğəmbər (s.a.v.)-in dedikləri kimi, söhbət musiqidən gedir. Hətta Abdullah İbn Məsud and içir və deyir ki, bu ayədə musiqidən danışılır. Tərcümə isə Quran deyildir. Xüsusən də əgər tərcüməçinin əqidəsi pis gündə olsa bu lap dəhşətdir. Məs, ikinci kimi.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#155 NOBODY-2

NOBODY-2
  • Guests

Posted 03 July 2005 - 01:03 AM

As salamu aleykum shex u menya yest bilyard klub.zdes rebyata iqrayut bilyard za stol .mne bratya qavaryat shto rabotat v bilyard klube haram a vi qavarite ne haram.kak mne dakazat im shto eto ne haram.
Jazakallahu xeyran.
As salamu aleykum istinnim
a xavaricam hi


Ответ:

Ва алейкум салам!
Чтобы что-то запретить нужен далил. Для запрета билярда далила нету.
Аллах знает лучше!
Алейкум салам!


#156 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 03 July 2005 - 08:08 AM

Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!
Qardash, teshehuddede dualari oxuyan zaman gozler secde yerine baxmalidir ya shehadet barmagina?
Assalamu aleykum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Hər ikisi də olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#157 dr_eldaniz

dr_eldaniz
  • Guests

Posted 03 July 2005 - 11:22 AM

Assalamu alekum wa rahmatullahu wa barakatuhu!
Qardash, men qurani erebce oxumagi oyrenmek isteyirem.amma bilmirem harada oyrenim.mescidde quran dersleri aparilir?bu ishde mene kim komek ede biler?nece ki,peygember(s.e.s) buyurmushdur ki, sizin aranizda en xeyirlisi qurani oyrenen ve oyredendir.allah senden razi olsun!
Assalamu alekum wa rahmatullahu wa barakatuhu!



Cavab:

Wa aleykum salam!
Bəli, məsciddə Quran dərsləri aparılır. Siz məsciddə bizə yaxınlaşın sizə deyək.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#158 mumina_

mumina_
  • Guests

Posted 03 July 2005 - 03:53 PM

Salam aleykum, sheix.
Axsham ishadan sonra vitiri qilmamishamsa ki,gecə qiyamulleylə duracam.və durmamishamsa,saati da qoshmamishdim ki, zəng calsin təkcə dua etmishdim ki,allah məni durquzsun.cunki, belə edəndə həmishə durmusham .indi mən nə edim axi vitiri qilmamisham...
Vassalamu aleykum.
Jazaak`allahu khair.



Cavab:

Wa aleykum salam!
Əgər qılmamısansa eyb etməz. Çünki vitr fərz deyildir. Ona görə narahat olma.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#159 Guest

Guest
  • Guests

Posted 04 July 2005 - 03:11 PM

Müşrik sifəti risalətdən əvvəl də verilmişdir!
Məcmu əl Fətava c 20 səh. 37.



Cavab:

Müşrik sifəti risalətdən əvvəl verilmişdir lakin kimlərə?
Məsələn, Allah təalə buyurur: "Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər." (98: 1).
Bu ayədə müşriklər dedikdə məhz bütlərə ibadət edən müşriklər nəzərdə tutulurdu. Sən bununla nə demək istəyirsən?
Risalədən qabaq hamı müşrik olduğuna görə hamını müşrik sayırsan? Yaxud mən demişəm ki, indi müşrik yoxdur? Birdə mən sənə dedim ki, cüməni tərk etməyin dəlilini yaz!.
Allah daha yaxşı bilir!




#160 Guest

Guest
  • Guests

Posted 04 July 2005 - 03:17 PM

Müşriklerin kesdiyi et yeyilermi?




Cavab:

Sən əgər müşrik sözünlə bütpərəstləri qəsd edirsənsə bəli onların kəsdikləri ət yeyilməz. Amma əhli kitab və müsəlmanların kəsdiklərini yemək olar.
Allah təalə buyurur: " Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar! " (5: 5).
İbn Abbas (r.a.) deyir: bu ayədə məqsəd onların kəsdikləri heyvanlar sizə halaldır.
Allah daha yaxşı bilir!







1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users