Jump to content


AZERITURK's Content

There have been 87 items by AZERITURK (Search limited from 04-June 23)



Sort by                Order  

#53504 01 сентября 2013 года

Posted by AZERITURK on 25 August 2013 - 10:23 PM in ВСЕ ФОРУМЫ 2013 ГОДА

Assalamu aleykum exi.Allah elmine bereket versin .Bele suallarim var.
1.Fecr azani 5.24 de verilir ve 7.01 de gunesh cixir. Fecr namazini 7-00 a qeder qila bilerem,bes fecr namazinin sunnesini ne vaxta qeder qila bilərəm? Yəni fərz namazıni kəharət vaxtı olsada qılıram,sünnə namazında vəziyyət necə olur?Kəharət vaxtı hansı dəqiqədən başlayır?və kəharət vaxtı sünnəni qıla bilərəmmi?
2.Qardaşın zövcəsi son hamiləliyi agır kecirdib, zobu bə sair xəstəlikləri var. Körpəsi 4aylıqdır, indi yenədə hamilə qalıb.Döl 1 aylıq ola ya olmaya.Abort eləmək olarmı?Ümumiyyətlə aborta hansı hallarda icazə var?
Samir Velioglu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Hər namazın 3 vaxtı var: əvvəl, orta, axır. Ən fəzilətlisi əvvəl vaxtıdır. Çalışın namazı girən kimi qılın. Amma kəharətə qalsanız, sünnəti gecikdirin.
2. Xeyr, olmaz. Yalnız ananın həyatına ciddi ölüm təhlükəsi olsa, edə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#51454 01 марта 2013 года

Posted by AZERITURK on 26 February 2013 - 08:57 PM in ВСЕ ФОРУМЫ 2013 ГОДА

Assalamun aleykum.Allah elmine bereket versin,qardash ve sizi en gozel olanla mukafatlandirsin.Ashagidaki suallarim var.
1.Isha namazindan sonra danishmagin beyenilmediyini bildiren hedis eshitmishem.Bu hedise gore isha namazimi yatmaq vaxtina saxlayiram,onu qilib derhal yatiram.Hedisi duzmu anlamisham?Yoxsa bele etmeyim hederdimi?
2.Evde qilinan ferz namazini zovce ile camaat kimi qilmaqmi feziletlidir ya teklikde hec kimin gormediyi halda?
3.Gece namazlarini davamli olaraq 8+1 sheklinde qilan(8-cide teshehhude oturur,etehiyatu ve Allahummesalli ve Allahummebarik dualarini oxuyur,9 da ise bunlari ve Allahumme inni euzubike min….duasinida oxuyur ve salam verib bitirir.) ,eyer yatib qalar ve gece namazini qilmazsa seher onun qezasini 9+1 sheklindemi qilmalidir? Yeni eyni qildigi shekilde sadece 1 ruket daha artiq.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, belə edə bilərsiniz.
2. Zövcə ilə camaat halında.
3. Bəli, belə rəy var, amma bunu etmək vacib deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#50475 01 февраля 2013 года

Posted by AZERITURK on 20 January 2013 - 03:18 PM in ВСЕ ФОРУМЫ 2013 ГОДА

Salamaleykum qardash.Allah elmine bereket versin bele suallarim var:
1.Namazi kapyushonlu paltarda ve ya alini orten bash geyiminde ve ya ortuyunde qilaramsa ,secde zamani alnim seccadeye birbasha deymirse bir problem varmi?
2.Subh namazindan sonra ishe gecikmemek ucun namazdan sonraki zikirleri yolda ede bileremmi?bu zikrin feziletine xelel getirirmi?
3.Nerpa deyilen xezli heyvan var.men bildiyim qeder yirticidir,eti yeyilmir.onun xez derisinden olan papaqi istifade etmekde problem yoxdurki?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Yaxşı olar ki, alnınızı açasınız.
2. Bəli, edə bilərsiniz.
3. Əgər aşılanıbsa, emal olunubsa, problem deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#50122 01 февраля 2013 года

Posted by AZERITURK on 04 January 2013 - 07:40 PM in ВСЕ ФОРУМЫ 2013 ГОДА

Assalamu aleykum qardash,Allah senden razi olsun,bele suallarim var.
1.2-ci teshehhudde ettehiyyatudan sonara Allahummassali… , Allahummabarik dualarinin oxunmasi haqda seleflerden ne gelib?Hansisa ferz vey a sunne namazlari secilibmi bu dualarin oxunmasinda?
2.camaat namazinda imam namaz sonunda sehv secdesi edir ,lakin camaat bu sehv secdelerinde cahilliklerinden (bilmemezleklerinden) dolayi imama uymayirlar.onlarin namazi sehihdirmi?ya tekrar qilmali idiler?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Sonuncu təşəhhüddə mütləq oxunmalıdır.
2. Əgər bilməyiblərsə, onda sayılar, inşəAllah. Amma imam namazdan sonra bəyan eləməlidir, başa salmalıdır ki, gələcəkdə belə səhv etməsinlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#49865 01 января 2013 года

Posted by AZERITURK on 23 December 2012 - 06:58 PM in ВСЕ ФОРУМЫ 2013 ГОДА

Assalamu aleyke qardash.Allah elmine bereket versin ,bele sualim var inseAllah:Gurcustana 7-10 gunluk seferim var ,emim gile qonaq gedirem,dincelmeye.namazlarimi orada qesr qilmaliyam ya yox?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, qəsr qılın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#49648 01 января 2013 года

Posted by AZERITURK on 12 December 2012 - 07:28 PM in ВСЕ ФОРУМЫ 2013 ГОДА

salamaleykum,ahi.1-ci sual:Amerikanin Azerbaycandaki sefirliyinde muhafize xidmetinde ishlemein hokmu nedir? 2-ci sual: Bu suala cavab vermekden elm telebeliri niye cekinirler?umumiyyetle suali cavabsiz qoymaq yeni fitneye sebeb olmazmi?salamaleykum ve rahmatullahi

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Çəkinmək daha məsləhətdir, ümumiyyətlə, kafirin mühafizəsindən uzaq olun. Amma əgər artıq işləyirsinizsə, günah qazanmırsınız. Çünki ordakılara toxunmaq olmaz, ordakılar mustəmin hökmündədirlər. Ona görə də ehtiyac üzündən işləyən günah qazanmaz.
2. Biz heç bir sualdan çəkinmirik, nə sualınız var soruşa bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#46949 01 мая 2012 года

Posted by AZERITURK on 17 April 2012 - 11:58 AM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Assalamu aleyke.Allah elminize bereket versin.Bu hedisleri sherh ederdiniz.Zelalet ehli bu hedisleri Elinin-Allah ondan razi olsun,her seyi bilmesine delil getirirler.

Məndən istədiyiniz şeyi soruşun. Soruşduğunuz hər şeyin cavabını verərəm».
Əbu Davud «Sünnən»in 356-cı səh;
Əhməd ibn Hənbəl «Musnad» cild 1 səh 278;
Buxari «Səhih» cild 1 səh 46 və cild 10 səh 241.

Həzrət Əli belə dedi: «Məndən soruşun. Allah-Təalaya and olsun ki, Qiyamətə qədər olacaqlar haqqında soruşduğunuz hər şeyi sizə xəbər verərəm. Məndən Allahın kitabını soruşun. Allah-Təalaya and olsun ki, hər ayənin gecə, yoxsa gündüz, yumşaq torpaqda, yoxsa dağda nazil olduğunu bilirəm».

Siyyuti «Tarixul-xüləfa» səh 124;
Süyyuti «Təfsiri-İtqan» cild 2 səh 319;
Təbəri «Riyazun-nəzrə» cild 2 səh 198;
Qəlani «Fəthul-bari» cild 8 səh 485, «Təhzibut-təhzib» cild 7 səh 338.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər iki hədis zəifdir, Buxaridə həmin məsdərdə tamamilə başqa hədisdir, imkanı varsa, qoy skan edib səhifəni qoysun, ya da hədisi ərəbcə yazsın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#46707 01 апреля 2012 года

Posted by AZERITURK on 29 March 2012 - 01:51 AM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamunaleykum,qardash,yene sualim var.Allah elminize bereket versin.
Oturan zaman ayagi ayagin uzerine ashirmagin haram ve ya mekruh olmasi haqda hedis yadimda qalib.Bu hedisi deye bilerdinizmi? Sehihdirmi?Nece emel etmeliyik?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli. Hədis ayağı ayaq üstə aşırmağı qadağan edir. Yəni bu cür oturmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#46424 01 апреля 2012 года

Posted by AZERITURK on 14 March 2012 - 04:51 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Assalamun aleykum qardash,Qamət Süleymanovun Said Buryatskinin bəzi ittihamlarına verdiyi təkzib megalesinin rusca variantini axtariram.
Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Saytımızın ana səhifəsində var:
Qamət Süleymanovun Said Buryatskinin bəzi ittihamlarına verdiyi təkzib
Ответ брата Гамета на некоторые обвинения Бурятского
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#46395 01 апреля 2012 года

Posted by AZERITURK on 12 March 2012 - 09:34 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamunaleykum,qardash,yene sualim var.Allah elminize bereket versin.
1.qardashlari bacilarini istemediyi birine ere veribler.Qizda mehkemeye verib,eri ile boshanib.onun gunahi ve ya sehvi nadir?
2.Namazda tekbir,semiallahu limen hemideh,salamlar deyende uzadaraq,sesimizi gozelleshdirerekmi demeliyik,yoxsa adi sesle?sunneye uygun olani hansidir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər yaşamaq mümkün deyildisə, qızın günahı yoxdur.
2. Rahat deyə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#45725 01 марта 2012 года

Posted by AZERITURK on 04 February 2012 - 05:30 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamunaleykum,qardash,yene sualim var.Allah elminize bereket versin.
1.Sesli namazda imam fatiheden sonraki zimmi sureni oxuduqda onu ezber biliremse onunla beraber tekrar ede bileremmi?
2.Cumede 2 azan verilir.Azandan sonraki sunne duasini,iki reket namazi her iki azanda etmek lazimdirmi,gozeldirmi?Yoxsa yalniz bir azandami bu sunneleri etmeliyik? Eyer beledirse 1-ci azandami ,yoxsa 2-ci azanda?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, siz ancaq Fatihəni imamdan sonra oxuyun.
2. Zikri hər iki azandan sonra edin, amma namazı qılmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#45529 01 февраля 2012 года

Posted by AZERITURK on 23 January 2012 - 04:36 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamaleykum,Sheyx,yene sualim var.Allah sizi cennetle mukafatlandirsin.
1. Qiyamet vaxti yer uzunde 1 neferde olsun muselman qalmayacaq hedise gore, demeli biz qiyameti gormeyeceyik. Duz neticedirmi?
2.Duha namazinin adi 2 ruketli namazla ne ferqi var,yeni,duhadan sonra hansisa mexsusi dua edilmirmi?
Men bezen duhanin teshehuddunde sunne dualarindan sonra salamlardan evvel azerice bagishlanma isteyir ve tovbe edirem.Sonra salamlari verib namazi bitirirem.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli.
2. Xeyr, sadəcə vaxt və niyyət fərqi var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#45506 01 февраля 2012 года

Posted by AZERITURK on 22 January 2012 - 07:17 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamaleykum,Sheyx,yene sualim var.Allah sizi cennetle mukafatlandirsin.
1.Azan ile iqame arasinda hansi musteheb emeller var? Men yalniz azandan sonra edilen Allahumme rebenne hezihi....duasini bilirem. Bashqa ne ise musteheb emel,namaz varmi? Bu haqda ne gelib? 2.Iqameden sonra ne ise demek –zikr ve ya dua haqda bir hedis varmi? Bezilerini nese zikr elediklerini eshidirem,amma bilmirem sehihdirmi?
3.Eyer evde tekem ve qonshulari narahat elememek ucun alcaq sesle azan veriremse barmaqlari qulaga qoymaga ve heyye elessalah,heyye elelfeleh deyerken saga-sola teref donmeye ehtiyac varmi?
4. Namazda sonuncu teshehudde salam vermemishden evvel , sunne dualarini dedikden sonra azerice de dua edirem ozum istediyim kimi , sonra salam verib namazi bitirirem. Bir problem yoxdurki?
5. Rukuda,secdede edilen zikirler 3 defe deyilir, 1 defe demek caizdirmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İki rükət namaz qıla bilərsiniz, həmçinin, istənilən qədər dua edə bilərsiniz, çünki duanın ən gözəl vaxtlarından biridir.
2. İqamədən sonra yalnız namaz qılınır.
3. Xeyr, ehtiyac yoxdur.
4. Xeyr, eləmək olar.
5. Caizdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#45279 01 февраля 2012 года

Posted by AZERITURK on 12 January 2012 - 06:11 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamaleykum,sheyx,yene sualim var.Islamda insanin oz 7 nesil seceresini bilmesi haqda ne gelib? Bezileri iddia edirlerki, muselman en azi 7 nesil ecdadini tanimalidir.Allah elminize bereket versin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Şəriətdə belə bir tələb yoxdur, lakin bu müsəlmanları kafirlərdən seçən xüsusiyyətlərdən biridir. Həm də bilməyiniz eyib eləməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#44833 01 января 2012 года

Posted by AZERITURK on 21 December 2011 - 09:44 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamaleykum,exi,yene sualim var. Destamaz alarken ezalarin yuyulmasi haqda 3defe yumaq kecir, sehv etmiremse 1 defe de yumaq,1 defe agiza ve buruna su almaq da kafidir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, düzdür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#44829 01 января 2012 года

Posted by AZERITURK on 21 December 2011 - 07:23 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamaleykum,exi,yene sualim var..Mushterilerim ishletdiyim cayxanada domino oynamaq isteyirler.onlara icaze vermeyin hokum nadir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Domino haram deyil, amma çoxaltmaq da yaxşı deyil. İmkan varsa, adətə çevirməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#44567 01 января 2012 года

Posted by AZERITURK on 03 December 2011 - 05:57 PM in ВСЕ ФОРУМЫ 2012 ГОДА

Salamaleykum. Mescidde cume gunu arxami qibleye cevirib ayaqlarimi qabaga uzadaraq uzu camaata teref oturub quran oxuyurdum,bir nefer bunu mene irad tutdu, dediki bu edebsizlikdir. Irad dogrudurmu?Edebsizliyin qibleye qarshi yox,camaata qarshi oldugunu iddia eledi.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, ədəbsizlik deyil, sadəcə bəzən qoca kişilər bunu ədəbsizlikdən görürlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#44515 01 декабря 2011 года

Posted by AZERITURK on 30 November 2011 - 08:02 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Salamaleykum,exi,yene sualim var.
1. Gece namazini sesli qilmaq olarmi?
2. Birinci sefin her yerinde fezilet eynidirmi? Meselen,Imamin arxasi ve ya sefin kenarlari ferqi varmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, özünüz eşidəcək səslə qıla bilərsiniz.
2. İmama yaxın olduqca fəzilət artır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#44485 01 декабря 2011 года

Posted by AZERITURK on 28 November 2011 - 11:37 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Salamaleykum qardash, Shiyeler iddia edirler ki Albani rahimullah kishilerin emizdirilmesine icaze veren fetva verib, gorunur ki dogurdanda verib.Evvala bu beledirmi? Eyer beledirse o icmanin gorushune n iye muxalif olub ve bu meseleye bizim movqeyimiz nece olmalidir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu məsələdə nə qəribəlik var? Əmmək deyildikdə, söhbət bir başa gedib döşündən əmməkdən getmir. Yəni qadın südünü stəkana sıxıb verə də bilər.
İkincisi, şiələr niyə gedib öz kitablarını oxumurlar ki? Orda yazılıb ki, peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) gedib Abu Talibi əmirdi. Qoy gedib öz rəvayətlərini araşdırsınlar.
Şiələrin problemləri budur ki, əhli sunnədə eyib axtarmazdan əvvəl öz eyiblərinə baxmırlar, əgər bilsəydilər ki, nə qədər eyibləri var başqalarında eyib axtarmazdılar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#44478 01 декабря 2011 года

Posted by AZERITURK on 27 November 2011 - 02:01 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Salamaleykum.Allahin ruhu barede selefin movqeyi ve delilleri barede melumat axtariram. Bir de bele bir sual veribler –quranda Allah kishi cinsinde hallanir,biz ona cins nisbet etmeliyik?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allahın ruhu barədə Quran və Sunnədə heç nə gəlməyib, ona görə də biz bu məsələdə susuruq. Kişi cinsinə gəlincə, kişi qadından üstün olduğu üçün belə qəbul edilib, amma komkret olaraq Allaha cins tətbiq olunmur, Allah təkdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#44474 01 декабря 2011 года

Posted by AZERITURK on 26 November 2011 - 03:38 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Salamaleykum,exi,yene sualim var.

Salamaleykum,Pakistan camaati ile bir yerde camaat namazina gedirem. Isha namazindan sonra 2+2 ruket sunne qilirlar,men bildiyime gore ise 2 reket olmalidir. Elave qilinan cutluk bida-dirmi? Yoxsa caizdir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz 2 qılın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#43937 01 ноября 2011 года

Posted by AZERITURK on 15 October 2011 - 01:44 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Salamaleykum,sheyx. Bu hedis haqda selef alimlerinin movqeyi necedir?

Peyğəmbərin öz peyğəmbərliyinə və özündən qabaqkı peyğəmbərlərə təvəssül etməsi.
Əsədin qızı Fatimə (Həzrət Əlinin (ə) anası) vəfat etdikdən sonra Allahın Rəsulu onun başı üstünə gəlib buyurdu: Ey mənə anamdan sonra analıq edən, Allah sənə rəhmət eləsin! Sonra Üsaməni, Əbu Əyyubu, Ömər ibn Xəttabı və qulamını çağırıb, onlara qəbrin hazırlanmasını göstəriş verdi. Qəbir hazır olandan sonra Peyğəmbər qəbrin içində çiyni üstə uzanıb belə dua etdi: Ey öldürən və dirildən, əbədi diri olan Allah! Səni Peyğəmbərinin və məndən qabaqkı peyğəmbərlərin haqqında and verirəm. Əsədin qızı Fatiməni bağışla və yerini geniş elə. Xülasətül-kəlam kitabının müəllifi deyir: Bu hədisin səhih-düzgün olduğunu Təbərani Möcəmül-kəbir və əl-Övsət kitabında, həmçinin İbn Həbban və Hakim nəql edərək təsdiq edirlər. Seyyid Əhməd Zeyni-Dəhlan əd-Dürərüs-sünniyyə fir-rəddi ələl-vəhabiyyə kitabında yazır: Bu hədisi tanınmış mühəddis İbn Əbi Şəybə Cabirdən, İbn Əbdül Bərr Abbasdan və Əbu Nəim Ənəsdən rəvayət etmişlər. Bu sənədlərin hamısını Cəlaləddin Süyuti Camei-kəbir kitabında yazmışdır. Hilyətül-Övliya / müəllif: Əbu Nəim İsfəhani / c. 3, s. 121. 2) Vəfaül-Vəfa / müəllif: Səmhudi / c. 3, s. 899.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bizim mənbələrdə bu barədə heç nə tapa bilmədim, amma yazısından şiə rəvayətinə bənzəyir, yəqin ki, uydurmadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#43915 01 ноября 2011 года

Posted by AZERITURK on 14 October 2011 - 02:58 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Salamaleykum,exi,yene sualim var.
1. Adi cekildikde salam gondermek ancaq bizim Peyqamber salallahu alleyhi vessellem ucun vacibdir,yoxsa butun peyqamberlere?
2. Bu salamin gonderilme formasi necedir? Yeni az.dilinde deye bilerikmi Salam olsun ona ve onun ailesine? Eger olarsa nebi salallahu alleyhi vessellem az.dilinde dediyimiz bu cumleni nece basha dushe biler? Sual belke xetalidir,amma yenede sehvim varsa duzeldin.
3. salamin ona catmasi haqda olan hedisin metni necedir?o salami eshidirmi? Cavab verirmi?
Umumiyyetle exi,bu movzu haqda saytda ve ya bashqa yerde melumat varsa deyerdin zehmet olmasa,forumdaki qardashlardanda xaish ederdim.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bütün peyğəmbərlərə.
2. Elə gəldiyi kimi deyilsə, kifayət edər.
3. Bəli, ona çatdırılır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#43901 01 ноября 2011 года

Posted by AZERITURK on 13 October 2011 - 02:13 AM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

salamaleykum Sheyx.bu shubheye cavab axtariram

1-ci şübhə
Maliki alimlərindən, Alləmə “bidətlərə düşmən” olaraq tanınan Əbu Abdullah İbn Əl Hacc Əl Məliki (v. 737 h/ 1336 m) bu haqda deyir:
فإن كان الميت المزار ممن ترجى بركته فيتوسل إلى الله تعالى به ، وكذلك يتوسل الزائر بمن يراه الميت ممن ترجى بركته إلى النبي صلى الله عليه وسلم بل يبدأ بالتوسل إلى الله تعالى بالنبي صلى الله عليه وسلم ، إذ هو العمدة في التوسل ، والأصل في هذا كله ، والمشرع له فيتوسل به صلى الله عليه وسلم وبمن تبعه بإحسان إلى يوم الدين
“Əgər ziyarət edilən ölü bərəkəti umulanlardandırsa, onunla Allaha təvəssül edilər. Bunun kimi, ziyarətçi bərəkəti umulanlardan ölünün gördüyü şəxslə Nəbiyə - sallallahu aleyhi və səlləm - təvəssül edər. Hətta, ilk olaraq Nəbiylə - sallallahu aleyhi və səlləm - Allaha təvəssül etməklə başlayar.
Çünki, o təvəssüldə bünövrədir və bütün bunlarda əsldir (əsasdır).
Onun üçün, Nəbiylə - sallallahu aleyhi və səlləm - və Qiyamət gününə qədər ona xeyirlə tabe olanlarla təvəssül etmələri məşrudur.”
Qaynaq: İbn Əl Hacc: Əl Mədxal fiş Şəriş Şərif aləl Məzəhibil Ərbəa: 1/254-255
Darut Turas

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ən birincisi, mən sənə məsləhət görmürəm belə saytlara girməyi. Əslən özlərini əhli-tovhid kimi qələmə verən bu saytların məqsədi sələfləri zəiflətməkdir, amma özləri bidətçilərdir. Gətirilən dəlillər isə əşarilərdən, maturidilərdən və digər bidətçilərdəndir. Yəni hansısa alimin fikridir, nə Quran ayəsidir, nə də səhih hədisdir. Əgər məsələyə bu cür yanaşsaq, onda hətta rafizilərin də dəlili var – bizdə ibrət dəlildədir.
Bu müəllifin özü isim və sifətləri sələf kimi sübut etmir, indi biz ona tabe olaq? Əlhəmdulillah, kitablarımız da var, alimlərimiz də var, mövqeyimiz də bu məsələdə bəllidir.
Çalışın məlum olmayan saytlara girməyin, orda yazılanlara uymayın və bilin ki, elm əmanətdir, alanda bilin kimdən alırsınız. Məsələn, bu məqaləni yazan bəlkə də heç harda təhsil almayıb, müəllimi də yoxdur, salamat əqidəli bir alim də deməyib ki, beləsindən nəsə öyrənin. Ehtiyatlı olun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!




#43346 01 октября 2011 года

Posted by AZERITURK on 03 September 2011 - 09:52 PM in ВСЕ ФОРУМЫ 2011 ГОДА

Salamaleykum,exi,yene sualim var.
1. Mescide girende camaat iwani qurtarmiwlar ve teravihe durdular.Men onlara qowulmadim,iwani qildim,sonra qowuldum.sonda ise teravihde catmadigim rekatlari tekce elave qildim.duzmu etmiwem?En gozeli hansidir?(onlar20 rekat qildilar)
2. Bir qardas artiq 2ildirki xarici devletdedir.Devletden cixisini mehkeme baglayib ve vetene qayida bilmir.Sebeb-orada 1-ine ticari borcunun olmasidir.Bilmek isterdi sefer hokmundedirmi?Zekat ,fitre vermelidirmi?Nezerinize catdirimki borca dushmub ve heleki qaytara bilmir.Ticaretle mesgul olur.Dovriyyede olan mali ve alacagi pullari cemlese borcundan artiq olar.Amma alacaqlarini(borclarini)yiga bileceyi bilinmir.Dukani vetendedir , onada sheriyj nezaret edir.(bawqa melumat lazimsa elave ederik).

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Siz təravihə işa niyyəti ilə qoşulmalıydınız, camaatla qılardınız, sonra təravihi qılardınız.
2. Bəli, səfər hökmündədir, amma zəkata düşən malı, varı varsa, səfərdə olmasından asılı olmayaraq, verməlidir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!