BAYRAM İXTİLAFI
Ölkəmizdə bir qism Səudiyyə Ərəbistanı ilə orucunu tamamlayaraq, sabah bayram edir, digər bir qism isə ölkə əhalisi ilə birgə orucu tamamlayaraq, sabah deyil, biri gün bayram edirlər.
SUAL: BU HALDA NƏ ETMƏLİYİK?
CAVAB: Bu halda mötəbər alimlərimizə qayıdırıq.
Şeyx Salih əl-Fovzan:
Sual:Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?
Şeyx Saleh ibn Fovzan
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. HƏR BİR İNSAN YAŞADIĞI YER VƏ CAMAAT İLƏ ORUC TUTUR VƏ İFTAR EDİR. YAŞADIĞIN ÖLKƏDƏN ASILI OLMAYARAQ SƏN, YAŞADIĞIN ÖLKƏ CAMAATININ HÖKMÜNDƏSƏN VƏ SƏN ONLARLA İFTAR EDİR VƏ ONLARLA DA ORUC TUTURSAN!
Mənbə:
http://www.alfawzan....rg.sa/node/7450Şeyx Albani:
Məncə İslam ölkələri oruc tutub, iftar açmaqda həmrəy olmalıdırlar. Necə ki, Həcc haqqında ittifaq etmişdirlər. Kaş ki, bu məsələdə də ittifaq edərdilər. Lakin bir camaatdan bəzilərinin öz dövləti ilə, digərlərinin isə başqa dövlətlə gedərək, öz arasında parçalanmağı caiz görmürük! Bu cür etmək (yəni, öz cəmiyyəti ilə birgə olmaq) böyük fəsadı kiçik bir fəsadla dəff etməkdir.
(Silsilətul Əhədisis-Sahihə, 2624-cü hədis-in şərhi)
Şeyx Albani “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” hədisini şərh edərək buyurur:
“İmam Tirmizi bu hədisi zikr etdikdən sonra deyir: Elm əhli bu hədisi şərh edərək demişdir: Hədisin mənası budur ki, oruc tutmaq da, iftar açmaq da camaatla birlikdədir!”
Şeyx Albani sözünə davam edərək buyurur: “İmam Sənani “Subuləs-Sələm” (cild 2, səh 72) kitabında buyurur: Bu hədis dəlalət edir ki, bayramın sübut edilməsi, camaatın müvafiq (həmrəy) olması ilədir. Bir kəs ayı görərsə belə, bu məsələdə digərlərinə tabe olmalıdır. İstər namaz olsun, istər oruc və qurban olsun, camaatın bir olduğu hökmə tabe olmalıdır.”
(Silsilətul Əhədisis-Sahihə, səh. 1ci cild, səh. 224, hədis 445)
Şeyx Abdul-Aziz İbn Bəz:
Sual: Bəzi islam ölkələrində ayı görüblərsə və mən işlədiyim dövlətdə Şaban və Ramazan aylarını 30 günə tamamlayıblarsa bu halda nə etməliyəm? Ramazan ilə bağlı insanlar arasında yaranan ixtilafların səbəbi nədir?
Şeyx İbn Bəz:
Həmd Allaha məxsusdur.
SİZİN ÜZƏRİNİZƏ DÜŞƏN ÖLKƏ CAMAATI İLƏ GETMƏKDİR. ONLAR ORUC TUTDUQDA ORUC TUTURSUNUZ, ORUCU AÇDIQDA ORUCUNUZU AÇIRSINIZ.
Bu barədə Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) istinadən rəvayət olunan hədisdə bildirilir: “Oruc sizin oruc tutduğunuz, iftar (orucu açmaq) iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”. Çünki, ixtilaf şərdir. Sizə vacibdir ki, ölkənizin camaatına görə hərəkət edəsiniz. Əgər sizin ölkədə müsəlmanlar orucu açarsa siz də orucu açırsınız, oruc tutarsa siz də oruc tutursunuz.
İxtilafların səbəbinə gəldikdə bu ona görə baş verir ki, bəziləri təzə ayı görür, bəziləri görmür, sonra da ola bilsin ki, digərləri təzə ayı görənlərə etibar edib onların görməyinə görə hərəkət etsinlər yaxud da onlara etibar etməyib onların ayı görməyinə görə hərəkət etməsinlər. Nəticədə, ixtilaf baş verir. Bir dövlətdə təzə ayı görüb buna görə hökm edərək oruc tutub oruclarını aça bilərlər. Başqa bir dövlətdə isə bir çox-siyasi və digər səbəblərdən onların görməyinə inanmaya və həmin dövlətə etibar etməyə bilərlər.
Müsəlmanlara vacibdir ki, təzə ayı gördükdə hamılıqla oruc tutsunlar, təzə ayı gördükdə oruclarını açsınlar. Bu dediklərimizə Peyğəmbərin ümumi sözü dəlalət edir: “Təzə ayı gördükdə oruc tutun, təzə ayı gördükdə orucu açın, çox buludlu olduqda günlərin sayını 30-a tamamlayın”. Əgər onların hamısı təzə ayın göründüyünün doğru olduğundan əmin olarsa və bu görmə həqiqi olub sübuta yetirilərsə, bu halda buna müvafiq olaraq oruc tutub, orucu açmaq vacibdir. Lakin, faktiki olaraq insanlar bu məsələdə ixtilaf edərlərsə və biri-digərinə etibar etməzsə SİZİN ÜZƏRİNİZƏ DÜŞƏN VƏZİFƏ ÖZ ÖLKƏNİZƏ GÖRƏ ORUC TUTMAQ VƏ ONLARLA BİRGƏ ORUCU AÇMAQDIR.
Bunu Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) bu hədisinə əməl edərək yerinə yetirirsiniz. Hədisdə deyilir: “Oruc sizin oruc tutduğunuz, iftar (orucu açmaq) iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.
İbn Abbasa (Allah hər ikisindən razı olsun) istinadən bildirilir ki, Küreyb (adlı bir şəxs) ona Şam camaatının artıq oruca başladığı barədə xəbər verdikdə İbn Abbas ona belə cavab verdi: “Biz onu (təzə ayı) şənbə günü görmüşük. Təzə ayı görməyincə oruc tutmağa davam edəcəyik ya da otuz günə tamamlayacağıq. İbn Abbas Şam camaatının ayı görməyinə müvafiq hərəkət etmədi. Çünki Şam, Mədinədən uzaq idi. Bu ikisinin arasında ayı görmək fərqli ola bilər və onun fikrincə bu ictihadi bir məsələ idi. İbn Abbas sizin üçün nümunədir və onun rəyini götürən alimlər bildirirlər ki, müsəlman gərək öz ölkəsinin camaatı ilə oruc tutsun və onlarla birgə orucunu pozsun. Müvəffəq edən Allahdır.
(Fətvalar və Müxtəlif Məqalələr Toplusu, (15/100-102))
Mənbə:
http://www.binbaz.org.sa/mat/411Sual:
Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edirik. Ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq?
Şeyx İbn Bəz:
Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır.
Sual:
Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?
Şeyx İbn Bəz:
Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür".
Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər".
Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.
Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.
Şeyxul İslam İbn Teymiyyə:
Şeyxul İsləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur:
“(Hər kəs) Camaat ilə oruc tutmağa başlamalı və camaat ilə də orucunu açmalıdır. Bu ən doğru rəydir. Çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” Tirmizi rəvayət edib, hədisin həsən qərib olduğunu bildirmişdir. Həmçinin, Əbi Davud və İbn Macə bu hədisi yalnız “orucu açmaq və qurbanı” qeyd etməklə rəvayət etmişdirlər. Eləcə də, Tirmizi, Abdullah ibn Cəfər hədisindən onun Osman ibn Muhəmməddən, o əl-Məqbəridən, o da Əbu Hüreyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə söylədiyini rəvayət edirlər: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Tirmizi demişdir: Bu həsən qərib hədisdir. Bəzi alimlər bu hədisin mənasının “camaat və insanların (çoxluğu) əksəriyyəti ilə oruc tutmağa başlayıb bitirmək” olduğunu təfsir etmişdirlər”.”
(Məcmuul Fətava, 25/114)
Həmçinin Şeyxul İsləm İbn Teymiyyə buyurur:
“Bir kəs zulhiccənin təzə doğan ayını fərdi olaraq görmüş olsa belə, alimlərdən heç kəs deməmişdir ki, o təkbaşına Ərəfatda durmalıdır! İnsanlardan bir çoxu bu məsələ barədə xəta edirlər və düşünürlər ki, təzə ay səmada göründükdə, insanlara göründüyü, məlum olduğu və bunu elan edib etməməsindən asılı olmayaraq, həmin gecə ayın birinci günü hesab edilir. Lakin məsələ düşünüldüyü kimi deyil. Daha doğrusu bu insanlara görünməli, məlum olmalı və onlar bunu gördükdə ayın başlanğıcını elan etməlidirlər. Odur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Yəni, orucluğun başlanması və yaxud bitdiyini elan etdiyiniz, qurban kəsdiyiniz gündür. Əgər bunu tanımasanız, heç bir hökm buna əsaslana bilməz”.”
(Məcmuul Fətava, 25/202)
İbnul Qeyyim (Allah ona rəhmət etsin) ““Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür” hədisinin şərhində buyurur:
“Bu hədisdə o kəslərə rədd var ki, o kəslər deyirlər: “Ayın çıxıb-batmasını izləyərək bilən kəs, başqaları bilməsə belə, orucunu tuta və ya aça bilər! Həmçinin bir kəs öz gözü ilə ayı görərsə, lakin qazi onun bu şəhadətini qəbul etməzsə, onun oruc tutmasına, həmçinin insanların oruc tutmasına hökm verilməz!””
(Təhzibus-Sunən kitabı)
Həmçinin İmam Sindi (Allah ona rəhmət etsin) bu hədisin şərhində buyurur:
“Bundan görünən odur ki, bu cür məsələlərdə fərdlərə etibar edilməz. Və bu kimi məsələlərdə fərdləşmək olmaz, əksinə bu məsələdə əməl imama və camaata qayıdır! Bu məsələdə fərdlər imama və camaata tabe olmalıdır. Məhz bu səbəbə görə, əgər bir kəs Hilalı (təzə doğmuş ayı) görərsə, lakin imam onun şəhadətini qəbul etməzsə, bu məsələdə həmin (ayı görən) kəsə etibar edilməz. Bu camaata tabe olmaq vacibdir. Hədisin mənası da məhz budur! Hədisi gücləndirən isə, Aişənin (Allah ondan razı olsun) Məsruqa etdiyi rəddir! O vaxt ki, Məsruq Qurban gününə düşmək qorxusundan, Ərəfa günü oruc tutmur. Bunu görə Aişə (Allah ondan razı olsun) ona bəyan etmişdir ki, onun bu rəyində heç bir fayda yoxdur və bu rəy mötəbər sayılmaz. Sənin üzərinə düşən camaata tabe olmaqdır. Qurban günü insanlar qurban kəsdikləri, iftar isə insanların iftar etdikləri gündür.” (Şeyx sözünə davam edərək:) Bu səxavətli və möhkəm şəriətə də layiq olan məhz budur, o şəriət ki, insanların vahid toplu olması üçün göndərilmişdir. Məhz bu səbəbdən, camaat halında edilən ibadətlərdə, fərdlərin rəyi səhih olsa belə, ona etibar edilməz. Axı səhabələr bir məsələ ətrafında ixtilaf etsələr də, camaat namazını bir-birini arxasında qılardılar. Hətta o həddə çatmışdır ki, camaat naminə, öz səhih rəyindən mütləq olaraq dönmüşdür. Necə ki, Osman (Allah ondan razı olsun) Minada dörd rükət qıldı. Abdullah ibn Məsud ona dedi: “Mən peyğəmbərlə (Ona və Ailəsinə salavat və salam olsun) iki rükət qıldım. Əbubəkrlə iki rükət qıldım, Ömərlə iki rükət qıldım.” Sonra Abdullah İbn Məsudun Osmanın arxasında dörd rükət qıldı. Orada olanlar ona dedi: “Özün Osmana irad tutdun, lakin özün də dörd rükət qıldın?!” Abdullah ibn Məsud buyurdu: “İxtilaf şərdir!”” (Şeyx buyurur:) Namazlarında insanları parçalayanlar bu hədisə nəzər salsınlar və bu hədisdən ibrət alsınlar. Bu zikr etdiyimiz elm ətrafında düşünsünlər, bəlkə beləcə öz cahil nəfslərinin məğrurluğunu müalicə edə bildilər və müsəlman qardaşları ilə bir səff olsunlar! Həqiqətən də, Allahın əli camaatın üzərindədir.
Sual:
Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?!
Daimi elmi araşdırmalar və fətvalar mərkəzi:
Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar.
Topladı: əz-Zubeyr
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun. Baxmayaraq ki, bu məsələ aydındır, amma yenə də hər il çaşqınlığa düşənlər olur. Kim harda yaşayırsa, ora ilə də getsin. Özü də görürlər ki, bu məsələdən xəvariclər və mənşəyi bilinməyənlər camaatı bölmək üçün istifadə edirlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!