Posted 23 February 2006 - 12:57 AM
Salamaleykum!
Ashagidakilara munasibetinizi bilmek istrdim. Amma subutlarla!
1. Bax goturek kul hedisini, bu hedise coxlu sherhler veriilib, anjaq ki, Ibn teymiyyenin fikreynen jemi 2 alim razilashib, qalanida coxluq imam nevevinin sherhine ustunluk veribler!
cox teesuuf ki, senin priznavat elediyin alimler,
ozudeki, 60-70 il elm oyrenmish alimler imam nevevinin bu jurne sherh vermeyini sene catdirmamishdilar! Yani sende shubheler hele bashdamayibki, bunlar aciqdan-aciqa mushrikin terefini saxlayirlar,
abd vahabda deyibki,islamdan cixardan 10 sheyden biri de mushrikin terefini saxlamaqdir,ki,insani kafir eleyir !
anjaq alimler o jumleden ibn teymiyye >> muselman aleminde bu kufurdur>>,bunu ibn teymiyyede tesdiq edir! Yani ibn teymiyyede bu gorushdedir !
indi sual vere bilersenki, niye bu gorushdedir?
cunki, alim allahin resulu, yani ki, muhammede sallahu va aleyhi sallam geldikden sonra, yani butun dunya goderilen peyqembere tabe olmaliydilar,isteyir indiki shirk eleyen ozune muselman deyen olsun fransuz olsun, isteyri kitay ya da yapon onlarin hamisinin resulu muhammed (s.a.s) allahin dergahinda! Qiyamet gunude onlar eger eshidib anlayiblarsa muhammed(s.a.s)adinin sonradan redd ediblerse onda cixilmaz veziyyete dushurler hemin insanlar !
yani ki dunya hokmuynen onlar kafirdiler!anjaq axiretde eger,dirileyejeyi gun bir engel olarsa onlarin jahil qalmaqina, janlarini qurtara bilerler, anjaq umumen mushrik jennete gire bilmez, butun alimler bi fikirdedir !
yani bizi maraqlandiran axiretdeki hokumleri yox dunya hokumleridir, eleciknede qametin kufrunun isbatini sene gondermishdim ki, oxuyasan ? oxudun?!!
eger desen ki, yox ayrija erebler ucun gonderilmishdir, ondada bu sozmerinde kufur var !
butun dunya ucun gonderilibse demeli tabe olmaliydi, kitayindan tutmush, neqirine kimi, haqqi gosteren kitabda var ki, yani haqq itmeyib,
nejeki, alimlerin yarisi resul(s.a.s) gelmemishden qabaq olenlerin jenennemde olduqunu bele izah etmishdirler ki,
----onlar bilen adamin hokmundeydi ! yani resul(s.a.s) anasi, atasi,babasi, cunki onlarin arasinda iki muvahhid var idi,
1-nin keyse ibn sayda® idi ki, butlerini sindirdiqlarina gore mekkeden qovulmushdu!
indi ise quran var! Bu onlar qiyamet gunu cixilmaz veziyyete sala biler !eger eshibib anlayiblarsa bu haqqdi asonra kufur ebiblerse buna, anjaq dunya hokmuynen kafirdirler! Butun alimler emellerine gore hokum verib jahillik uzunden shirk edenlere yani kafir sayiblar dunyada !
anjaq qaldi ki, o fitret ehline(yani afrikada yashayan, ya da doqrudanda xeberdarliq catmayib bu adama) onlarada onlarin resulu muhammed s.a.s sayilir, anjaq xeberdarliq catmadiqina gore(yani afrikanin jengellikerinde yashayanlari deyirem) onlar qiyamet gunu janlarini
ola bilsinki, qurtarsin,anjaq dunya hokmuynende alimler onlari kafir adlandiriblar, bilmeyib shirk elediklerine gore ! anjaq alimler resul(s.as) geldikden sonra ,bilib bilmeyib shirk eleyenleri,(yani qebre tapinanari deyirem,yadaki vehdetil vujudda olanlari ) kafir adlandirib!
sua
2.sen ele bir sehih delil getire bilersenki, nejashe olenejen allahin hokmuynen hokum vermedi? Var bele bir sehih melumat sehabelerden?
yani ozunde gorursenki, qametgil aciqdan aciqa rahat yol secibler, yani mushrik ucun jenaze namazi, dua,kefenlermek,yani bu yolu luboy bir insan tutub gede biler, tekfir elemeden, anjaq ki, bunuynan jenneti qazanmaq isteyirsen,??
elecikneye qalsaydi, abd vahab bu boyda dushmen qazanmazdir ki, ozune, ele deyerdiki, eshhi jahil muselmandirlar, ishiviz olmasin?!
anjaq tovhid kitabinda ise onun zamanesinde shirk eleyenleri abu lehebdende,abu jahildende ashaqi seviyyede adlandirir,indi ozun fikirlesh abu lehebdende pis kim ola biler??senje ne ixtiyari var idi alimin le illehe illelah deyenleri abu lehebdende pis adlandirir !!
ona gore deyiremki, oxu tovhid kitabini !
cunki onlar bilrdilerki, islami qebul eleseler, gerek
onu qebul elemeyen qohumlarini tekfir etsin,
butlerine kufur etmeliydiler, yani onlar cox gozel basha dushurdu bunun menasini,
abd vahab shirk icinde olanlara, sheheadeti tezden getrimeyi emir etmezdi!
ahmad ibn hejek abu tamiminin kitabina baxa bilersen bu haqqda yazilib!
ibn teymiyye bu haqda deyir ki,
shehadet getirmeyen insan dunya ve allah qatinda da kafirdir !
qamet ise deyir ki, lazim deyil shehadeti getizdirmek !
islamda doqulubsa, bashdasin namaz qilmaqa !
3...yende sual verirem sene ,sen neje allahin dinini qaldirmaq isteyirsen? Qametkimilerin terefini saxlamaqnan???
yani otur fikirlesh sonra, ola bilsinki, allah sene imani hiss etdirsin !!!!!!
yende deyirem ki, imanin 70 den cox mertebesi var neje ki, sehih hedisde geldiyi kimi, en yuxarisida le illehe illelahdir ! en ashaqisida yoldan insanlara mane olan sheyi gotirmek!
bax xristinalarin arasinda utanjaq, sade insanlar var, anjaq bu o demek deyil ki, onlar iman sahibidir !
elede shiyelerin,sufilerin arasinda hetta geje namazi qilanlar var !!!!!!!!!!!!!!!!!!!!!!!
anjaq bu onlara hec bir xeyir getirmez tovhidleri
duz olmasa, yani mushrik jennete gire bilmez!
sende ele o jumleden onlarin kufrunde shubhe eleyeni tekfir elemediyun ucun o durumdasan,
heleki gej deyil qac-januvu qurtar bu kufurden !
4. ALLAH SENE ESIL IMANIN DADINI GOSTERSIN ! amin ! bunu hiss eleyenden sonra sen hec vaxt istemezsenki kufre giresen !
birde bunu yadda saxla bu ibn teymiyyenin sozudur!
allah hec vaxt kafirnen munafiqe esil imanin dadinin hiss etdirmez !
cunki onlar buna layiq deyiller ! yani ki,onlar bu jurne nemete layiq deyiller !
yani qamet, elxan, ibn bazz, bunlar dinlerini satmish alimlerdir !
onun kimilerin ustunde xristianlar allahin resulunu elle salirlar !
yani onlarin olke bashcilarini tekfir etmemesi bu veziyyete getirib cixartdi bizi !
Cavablari gozleyirem.Salamaleykum!
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Elə ilk sətirdən görsənir ki, məqaləni təkfir fikirini daşıyan adam yazıb. Məqalədən görsənir ki, savadsız, aldadılmış və yalançıdır. Çünki İbn Teymiyyənin (Allah ona rəhmət etsin!) şərhini iki nəfər deyil, bütün sələf alimləri dəstəkləyir. İmam Nəvəvinin (Allah ona rəhmət etsin!) elə deməsi haqda mən dərinə getmək istəmirəm. Çünki alimlərin belə deməsi elmi baxımdan bir məsələdir. Fəqət bildirmək istəyirəm ki, Nəvəvinin (Allah ona rəhmət etsin!) əqidəsi əşari idi. Əqidə və mənhəc məsələlərini sələf alimlərindən götürsək daha güclü və doğru olar.
2. İnsan necə də cahil olar. Heç bu məktubu yazmasaydı da olardı. Belə halda ölən adam necə də pis halda olar. Allah təalə elmsiz danışmağı qadağan etmişdir. Çaşmaqlarının səbəblərindən biri budur ki, bu yazıq deyir ki, müşrikə kömək etmək olmaz. Bunu elə biz də deyirik. Təbii ki, bunun öz qaydası var və mən dərinə getmək istəmirəm. Burada müşrik deyəndə söhbət əhli kitab və bütpərəstlərdən gedir. Müsəlman da müşrik ola bilər lakin şərtlər tətbiq olunandan sonra. Amma kim şəhadəti gətirsə və şirk etsə o müşrik sayılmaz. O elə tövhid tövhid deyə bağırır. Elə ƏbdülVahhab (Allah ona rəhmət etsin!) digər müsəlman qəbilələrə məktub yazanda onların şirk etməsinə baxmayaraq onlara müsəlman kimi müraciət edirdi, yəni salam verir və s. O Nəcaşi (Allah ona rəhmət etsin!) haqda maraqlı bir söz deyir ki, heç siz dəlil gətirə bilərsinizmi ki, səhabələrdən kimsə Nəcaşinin (Allah ona rəhmət etsin!) Allah təalənin hökmü ilə hökm verməməsi haqda nəsə deyiblər. Sən ona de ki, birinci səhabələrin çoxusu onu görməmişdilər. Fəqət bəziləri görmüşdülər hansılar ki, o vaxt hicrət etmişdilər. Sadəcə Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) onun üçün cənazə namazı qıldı. İbn Teymiyyə (Allah ona rəhmət etsin!) bu barədə deyir ki, o nə namaz qıldı, nə oruc tutdu nə də Allahın hökmü ilə hökm verdi. Fəqət mən sənə nəsihət edirəm ki, belə cahil adamlarla söhbət etmə ki, səni də aldatmasınlar. Onlar alimlərin adından istifadə edib onları da özləri kimi təqdim etmək istəyirlər. Hansı ki, alimlər onlardan çox uzaqdırlar.
3. Görsənir ki, o səfehdir. Sən ona de ki, gəl baxaq görək kim Allahın izni ilə Allahın dinini yüksəldib?! Sənin kimilər? Hansı ki, internet klublarda gizlincə oturub camaata şübhə yayırlar. Sən ondan soruş ki hanı sənin dinin. Sənin danışdıqların olan dini də məhv edir. O əgər öz yolunu mənimlə müqayisə edirsə sən ona de ki, Qamət 7 ildir ki, məsciddədir. Ilk cümə namazında 80 yaxud 100 nəfər adam iştirak etmişdi. Lakin hal-hazırda 7000-dən daha çoxdur və Allahın izni ilə yenə də artmaqadadır. Amma sənin dinin hanı görsənmir və yüksəlmir... Əlbəttə ki, yüksəlməz. Ona görə ki, internet kafedə oturub, ətrafı, nəyə baxdıqları bilinməyən internet dinimi yüksəlməlidir. Hansı ki, elmsizlik, yalan, əxlaqsızlıq üzərində qurulmuş din. Mən üzr istəyirəm bunu özümü tərifləmək kimi başa düşməyin lakin hərdən korlara görsətmək üçün qeyd edirəm.
4. Axırda səfehliyini yenə də görsətdi. Çünki o bilmir ki, karikaturalar elə təkfirçilərin etdiklərinə görədir. Onlar bu teror hadisələrini edirlər, kafirlərə pis münasibət göstərdilər və bu da cavab olaraq belə oldu. Bu da təbii haldır. Allah təalə buyurur: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Möminlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir" (əl-Ənam: 108).
Səfehə bildir ki, əl-Cəzirə kanalında karikaturanı çəkən adamdan müsahibə alıb deyirlər ki, sən bunu niyə etmisən bu axı hörmətsizlikdir? O isə cavabında dedi ki: Müsəlmanlar (təkfirçilər) öz dinlərinə hörmətsizlik edib, qadağan olunan adamları öldürürlər. Yəni, hansısa yeri partladıb orada günahsız qadın, uşaq, əhd bağlayan kafir və s. adamları öldürür, öz qadınlarına cariyə kimi baxır və s. belə hörmətsiliyi görəndə mən də bunu edirəm (yəni, karikaturalar və s.).
Sən o səfehə de ki, gözlərini açsın və haqqa baxsın. Məndən heç nə olmaz amma heç olmasa İbn Bəzzə (Allah ona rəhmət etsin!) belə demə. Mən şeyxi görmüşəm evində olmuşam və onunla danışmışam. Onun dinə olan xidməti çox böyük olub. Ona görə alimlərin dalınca danışmayın. Bu yaxşı əlamət deyil. Çünki alimlər deyirlər ki, alimlərin ətləri zəhərlidir. Kim (qiybət edərək) onu yeyərsə həlak olar. Allah təalə buyurur: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" (əl-Hucurat: 12).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!