Jump to content


Muvahhid's Content

There have been 20 items by Muvahhid (Search limited from 28-April 23)


Sort by                Order  

#9662 01 сентября 2005 года

Posted by Muvahhid on 17 August 2005 - 12:52 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Arab olkalarinda Qurani-Karim uzra yarishlar kechirilir. Istirakchi tapa bilarsinizmi orada Azerbaycani tamsil etmak uchun? Man konkret haldan danishiram. shartlarini da deya bilaram.
Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
Bəli, tapa bilərəm.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9661 01 сентября 2005 года

Posted by Muvahhid on 17 August 2005 - 12:30 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, man bela bir hadis oxudum Ibn Kasirin "Kasas-ul-Anbiya" kitabindan, Musa (. Imam Ahmad ve Muslima istinad verilir. Imam Ahmad Anas bin Malikdan ravayet edirki, Rasulullah (s.a.s.) bela deyib: Geca Seyahetina (Isra) goturulduyum zaman Musanin yanindan kechdim, o qiyamda idi, qum tapaciyinin yanindaki qabrinda namaz qilirdi (arabca matn: Lemme usriya bii marartu bimuusaa wa huwa kaaimun yusallii fii kabrihi 'inda-l kasiibi-l ahmar). Hadisa isnadlar beladir Ahmad 3:248, 120 ve Muslim 2375.
Mani maraqlandiran odur ki,
1) magar oldukdan sonra namaz qilinmasi davam eda bilar?
2) bu hadisi esas gyoturub deyanlar tapilar ki, imamlar, ovliyalar da namaz qilir, ibadet edir oldukdan sonra. Bunu izah edardiz, zahmat olmazsa.
Allah butun musalmanlari baghishlasin.
Assalamu 'Aleykum!




Cavab:

Wa aleykum salam!
1. Burada namaz, ola bilər dua mənasındadır. Ikinci, adi insanları Peyğəmbərlərə müqayisə etmək olmaz. Həmçinin bunlar qeybi məsələlərdir və belə məsələlərdə ancaq nə deyilibsə onu demək lazımdır.
2. Bu onun üçün dəlil deyil. Çünki insan öləndən sonra ona heç nə fayda verməz və o özü də namaz qılmaz. Çünki o özü bərzəx dünyasındadır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9614 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 06:37 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, Qurandaki لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ "la nufarriku beyna ahadin-min rusulih" neca basha dushmak olar? Burada sadece peyghemberlerin hamisinin, meselen Suleyman (a.s.) ile Muhammad (s.a.s.) ve digerlerinin qabul edilmasinden sohbet gedir, yoxsa Allah Ta'ala nasa bashqa sheylar da nazarda tutur. Bilirik ki, Ulul Azmlar var, Rasullar var, Nabilar var ve s.
Umumiyyetle na kimi farqlandirmadan sohbat geda bilar ve peyghambarlarda nada farq yoxdur?
Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
Burada söhbət qəbul etməkdən gedir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9612 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 05:40 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Sual yox, bir balaca achiqlama vermak istayiram.
Bundan oncaki Forumda (1 avqust 2005) bela bir sual verilmishdi ki, kralin vefati ile elaqedar Saudiyyada 7 gun matem elan olunub. Evvela qeyd edim ki, 7 gun yox 3 gun. Bu 3 gun da ki, yaqin yaxinlari ve qohumlari uchun olub, chunki olkede demak olar ki matem hiss olunmurmush, dukan-bazar ishlayirmish ve s. Matem elameti olaraq bayraqlarin ashaghi endirilmasi da olmamishdir. Qeyd edim ki, Sauduiyyanin bayraghini umumiyyatla hech zaman ashaghiya endirilmish gyormak olmaz, onlar bayraghi endirmirlar. Bundan elave Krali defn etdikdan sonra "yeyib-ichmak" da vermayiblar, dafndan sonra qabirin sechilmasi uchun balaca bir dash parchasi qoyublar. Mavzoley da tikmayacaklar onun uzarinda, mascidda tikmayacaklar, ziyaretgaha da chevirmayacaklar. Malumat uchun deyim ki, bezi menbelere gyore vefat etmish Fahd Bin AbdulAzizin ve hazirki kral Abdullahin Atasi, muasir Saudiyyanin banisi Abdulazizin da qabrinin harada olmasi bilinmir.
Bunlar hamisi dushunmaya vadar edan nesnelerdir. Dushuna bilanlar dushunsun, ya ulil albaab.
Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
Bəli, bunlar düzdür. Ibrət almaq üçün səbəb də vardır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9610 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 04:53 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, manim heyat yoldashim cerrahdir ve Bakidaki dovlet xestexanalarinin birinin emekdashidir. Cerrahi emeliyyatlarda ishtirak edir ve bununla elaqedar mani bizi bir sual maraqlandirir ki, onu ashaghida qeyd etmisham.
Masala burasindadir ki, yoldashimin emeliyyetda ishtirak etdiyina gyore cerrahi emeliyyatlari aparan bash hekimlar ona xesteden ve ya xestenin sahibindan (qohumlarindan ve s.) aldiqlari mueyyen mebleghde pul teklif edirlar. Yani, masalan, xastanin qohumlarina deyilir ki, filan emeliyyatin qiymati 500 dollardir. Sonradan hamin 500 dollarin 250-si emeliyyati aparan hekima, 100 dollari 1-ci assistenta, 50-si 2-ci assistenta, 50-si anestezioloqa ve s. chatir. Bu pullar hech harda qeydiyyatdan kechmir ve pulun alinmasina gyora qabz verilmir.
Lakin yoldashim hamin xestexanadan maash da alir, taxminan 160-200 min manat.
Sual beladir: 160-200 min manatin chakilan zahmata qarshiliq olaraq cuzi oldughunu nazara alaraq yuxarida qeyd etdiyim qaydada cerrahi emeliyyatda ishtirak edarak xestenin qohumlarindan alinan pul halal ola bilar, yoxsa rushvat hokmunda olmaqla haram sayilir?
Elave ir hashiye chixim ki, masalan eger xeste Merkezi klinik xestexanada ve ya her hansi ozel klinikada, diger dovletde emeliyyat kecharsa ondan daha artiq pul teleb eda bilarlar emeliyyata gyore. Ve birde nezere alin ki, xaricde hakimlar en yuksak maash alan tebeqeye aiddirlar, bizda isa bu hech da bela deyil. Belke de, bizda adli-sanli professor-hakim xaricda universiteti yenica qurtarib ishlamaya bashlayan hakimdan az maash alir.
P.S. Aila bashcisi manam ve ailemi dolandirmaq uchun ayda 250-300 dollar maash aliram.



Cavab:

Wa aleykum salam!
Təbii ki, bu özəl olsaydı bunda problem olmazdı. Amma hökümət xəstəxanasında etmək isə problemdir. Allah təalə sizə kömək olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9609 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 03:40 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Bir sira sherq olkelerinda atirlamak meqsedila evleri ve mescidleri tustuya vermak (buxur, 'ud) adeti var. Yaqin ki, ozunuz da bunun shahidi olmusunuz. Umumiyyetle bela etmak olar? Sualimi ona gyora veriram ki, bildiyima gyora bu tustu veran aghaclar Hindistandan ve Uzaq-Sherqi Asiyadan getirilir. Bu olkeler ise hinduizm ve buddizm kimi dinlerin tarixen meskeni olmushdur. Deyiram belke bu adet nasa hindu ve ya budist dinlarinin qaliqlarindandir ki, biza sirayet edib?
Amma qeyd edim ki, bu aghaclarin qabighinin yandirilmasi neticesinda heqiqeten de gyozel etirlar gelir.



Cavab:

Wa aleykum salam!
Bunda problem yoxdur.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9608 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 03:34 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, bu yaxinlarda bir kitab almisham, Saudiyyada chap edilib ve ingilis dilina chevrilib. Kitab bir alimin Fetvalarindan ibaretdir, yani sual verilir ve hamin alim cavablarini esasli shekilda bildirir. Alim chox mahshur alimdir, adini hele yazmiram ki, birdan sualimda fitna olar, kiminsa imanina tasir edar ve ya alimin nufuzuna xelel getirar ve ya ola bilsin man nayisa duzgun basha dushmamisham. Hamin bu alimin bir suala verdiyi cavab mani heyrata gyatirdi. Alim deyir ki, Qurana gyora yer gunashin deyil, gyunash yerin etrafinda dovr edir.O, bunu isbat etmak uchun Qurandan ayeler gatirir. Yena da qeyd ediram, bu alim islam aleminda chox meshhurdur.
Sizin fikrinizi bilmak istardim bu masalaya dair. Agar lazimdirsa kitabdan surat chixarib siza faksla gyondara bilaram, faksin nomrasini mana desaz.



Cavab:

Wa aleykum salam!
Ola bilər hansısa məşhur alim belə desin. Lakin bu heç də qəribə deyil. Çünki alimlər məsum, yəni günahsız deyillər. Imam Malik Ibn Ənəs (r.) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) məscidində oturub deyir: Hər insanın sözünü rədd etmək olar. Yalnız bu qəbrin sahibindən (yəni, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)) başqa.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9607 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 03:24 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash Sualim Rasulullahin (s.a.s.) nevesi Al-Hasan (r.a.) haqqinda olacaq. Bir yerda oxumusham ki, o 90-a qeder ve ya 200-e qeder defe evlanib. Birinci halda Madininin eserina istinad edilir, 2-ci halda isa Al-Gazalinin eserine. Hetta deyilir ki, Ali (r.a.) Hasana (r.a.) qiz verilmemesi barede insanlara muraciet de edibmish. Bunlar sahihdir ya yox? Fikriniz nadir, qardash?



Cavab:

Wa aleykum salam!
Bəli, belə bir şey olub. Bunu nəinki iki müəffli hətta digərləri də qeyd ediblər.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9606 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 03:20 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, momin qadini sebebsiz olaraq boshamaq olarmi?
Bezi melumatlara esasen, bir sira amali-salehlar birdan-bira 4 qadin alib 4 qadin boshadiqlari qeyda alinib tarixda. Bu sahihdirmi?



Cavab:

Wa aleykum salam!
Səbəbsiz yerə boşamaq olmaz. Belə hərəkətdən çəkinmək lazımdır. Bu hərəkət bəyənilməyən hərəkətdir.
Əgər belə olubsa bunun səbəbinə baxmaq lazımdır. Bəlkə müəyyən səbəb olub ona görə edilib.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9605 01 сентября 2005 года

Posted by Muvahhid on 11 August 2005 - 03:15 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, bela bir sualim var. Man numayende heyati ile birga danishiqlarda ishtirak etmisham. Danishiqlar bitdikdan sonra qarshi teref bizim numayende heyatina muxtalif hediyyeler etdilar. Bunlarin arasinda, masalan, bahali saat da var idi, qelemler ve s. Danishiqlardan sonra men hamin hediyyeleri chalishdighim tashkilatin rehberina (o haqqi qebul edir, lakin hele namaz qilmir) tehvil verdim (man dovlet tashkilatinda chalishiram). O teeccub etdi ki, bunlari sana baghishlayiblar, man ise dedim ki, manim yerimda bashqa adam da olsa ona eyni hediyyeni verardilar ve manim bu hediyyeleri gyoturmaya haqqim yoxdur, chunki man vezife bashinda idim. Hamchinin ona mahshur hedisi de danishdim, harda ki Rasulullah (S.A.S.) bir nafari zakat yighmagha gyonderir ve o, qayitdiqdan sonra zakati tehvil verarak hediyyeni saxlamaq istayir, lakin Rasulullah (S.A.S.) ona hirslanir ve "Atanin evinda otursaydin gyorum bu hadiyyani sana verardilar?" deyir, belalikla hadiyya da kechir beytul-mala.
Manim chalishdighim tashkilatin rehberi (qeyd edim ki o, butun digar masuliyyetlerle birge tasarrufat meselelerine gyore de mesuldur) dediklarima qulaq asdiqdan sonra mana dedi ki, man qalamlari gyotururam, amma saati san gyotura bilarsan, man onu sana veriram. Hadiyyani sharti olaraq geri gyoturdum, amma masalani daqiqlashdiracayimi soyladim ve eger meslehet bilinsa hamin hediyyeni qebul edeceyimi dedim. Iki sualim var:

1) Manim harakatlarim duzgun idimi?
2) Man hamin hediyyani gyotura bilarammi?
Allah musalmanlardan razi olsun! Amin!
Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
1. Bəli, sənin hərəkətin düzgündür.
2. Bəli, əgər müdir veribsə onda götür.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9198 01 июля 2005 года

Posted by Muvahhid on 30 June 2005 - 02:51 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, bu yaxinlarda bir kitab aldim, adi "Ali Bin Abi Talib - Dorduncu Xalifa". Kitab ingilis dilindadi, Saudiyyada chap olunub, "Darussalam" matbaasinda. Malumatlarin sahihliyina shubha yoxdu, inshaAllah.
Kitabda bela bir fikir var ki, Abu Musa al Ash'ari ila Amr Bin Al As arbitrlik edarkan qarara ve raziligha gyalirlar ki, Abu Musa Alini, Amr isa Muaviyyani tutduqlari vazifadan azad etsinlar ve yeni sechkilar kechirilsin. Abu Musa xalqin qarshisinda Alini vazifadan azad edir, Amr isa aldadaraq (kitabda bela yazilib) Muaviyyani dastakladiyini soylayir
Man bunlari oxuyanda taaccublandim. Subhanallah.
1) Bu hadisa daqiq bela mi olub?
2) Amrdan hadislar revayet olunubmu?
Allah butun musalmanlari baghishlasin, imanimizi ve elmimizi artirsin.
Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
1. Bu səhih deyildir. Orada onlar Əli ilə Müaviyə ittifaq edirlər. hər iki tərəf bununla razılaşaraq ayrılırlar. Əlinin xilafətdən çıxmaq söhbəti isə heç edilmir.
2. Amr ibn Al-As digər səhabələr kimi hədislər rəvayət etmişdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9005 01 июля 2005 года

Posted by Muvahhid on 18 June 2005 - 11:43 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, eger namazda secdelerde chashiramsa, yani bilmiram 1-ci sacdadayam ya 2-ci, onda na etmaliyam?
Allah razi olsun! Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
Əgər şəkk gəlibsə və şəkkin çox hissəsi etmədiyini deyirsə onda bir rükəti artıq qıl. Çünki, səcdə namazın rüknlərindən sayılır.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9004 01 июля 2005 года

Posted by Muvahhid on 18 June 2005 - 11:40 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, Omar (r.a.) haqqinda soylanilir ki, iki mut'ani (izdivac ve hajj tamattu) qadaghan edib. Bir da deyirlar ezanda "hayya ala xeyrul amal" ifadelerini chixartdirib. Mut'alar haqqinda movqe mana aydindir, oxumusham biraz. Amma ezandan ifadenin chixarilmasi doghrudurmu? Umumiyyatla bu fikrin esasi var ya yox?
Allah razi olsun! Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
Təbii ki, azan haqda deyilən rəvayətlər səhih deyildir. Bu zəif rəvayətlərdə gəlmişdir. Bu əməlin səhv olmasını bilmək üçün, Əgər Ömər (r.a.) onu dəyişsəydi sonradan gəlmiş Əli (r.a.) onun səhvini düzəldərdi. Buna görə də dünya müsəlmanlarının 90%-i bunu demir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#9003 01 июля 2005 года

Posted by Muvahhid on 18 June 2005 - 11:22 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash dastamazi olan adam korpa ushagi yuduqdan sonra (yani mas. pampersini dayisharkan) dastamazi pozulmush sayilir?
Allah razi olsun! Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
Xeyr, dəstəmaz belə şeylərlə pozulmur. O əllərini yusa kifayətdir.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#8446 01 июня 2005 года

Posted by Muvahhid on 23 May 2005 - 03:06 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'aleykum!
1. Man bezen vitr namazini qilir, bezen ise "qilaram" niyyatila yatiram. Olur ki, qilmiram. Bela fikirlashiram ki, manim vitr barede elmim azdi, ona gyora de buna lazimi ehemiyyat vera bilmiram. Xahish ediram vitrin hikmatlari ve zarureti barede yazasiniz.
2. Sunnet namazlari qilmaghin ve onlari terk etmemeyin zarurati haqda yazin.
Allah razi olsun!
Assalamu 'aleykum!



Cavab:

Wa aleykum salam!
1. Vitr namazı sünnədir. Peyğəmbər (s.a.v)in yolundandır. Sələfilər vitri tərk etməyi pis əlamət kimi görürdülər. Hətta imam Əhməd deyib ki, vitri tərk edən pis adamdır. Onun şahidlik etməyə ixtiyarı yoxdur.
2. Həmçinin sünnət namzlarının əhəmiyyəti fərz namazlarında olan boşluqları doldurmaqdır. Həmçinin Peyğəmbər (s.a.v) buyurub: kim gün ərzində 12 rükət sünnə qılarsa Allah onun üçün cənnətdə ev hazırlayar.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#7853 01 мая 2005 года

Posted by Muvahhid on 28 April 2005 - 04:01 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
1.Qardash, camaata gecikmish adam imama en son hansi veziyyatda chatdiqda rukati tutmush sayilir?
2. Namazin 1-ci veya 2-ci rukatindan sonra camaata qoshulan shaxsin imam salam verdikdan sonra namazini tamamlayarkan Fatihadan sonra har hansi dua oxumasi duzgundurmu?
3. Chilpaq olaraq alinmish dastamaz caizdirmi?
Assalamu 'Aleykum!



Cavab:

Wa aleykum salam!
1. Əgər gəlib rükuya çatarsa və imam hələ rükudan qalxmayıbsa onda namazın bu rükətinə çatmış sayılır.
2. Dua yox surə oxuya bilər.
3. bəli caizdir. Lakin çalış qəliz yerlərin bağlı olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#5244 07 февраля 2005 года

Posted by Muvahhid on 31 January 2005 - 02:50 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, bu gun bir chox olkelerde vergi ve rusumlar var. Bu vergi ve rusumlar muxtelif fealiyyet novlerine munasibetde tetbiq olunur. Malumdur ki, Rasulullahin (S.A.S) vaxtinda bu vergi ve rusumlar olmayib, lakin bezi odemeler (meselen, qeyri-muselmanlardan alinan cizya ve s.) olub.
Manim sualim beladir ki, agar man bu gun oz fealiyyetimden qazandigimin 40%-ni kimlarasa vergi olaraq veriramsa bunu na uchun etmaliyam? Bundan boyun qachirsam dinan duzgun hereket etmish olaram ya yox?
Assalamu aleykum!



Cavab:

Wa aleykum salam!
Təbii ki, şəriət baxışı ilə baxsaq bu məsələ şəriətlə düz gəlmir. Ona görə zərurət baxımından verə bilərsən. Allah sənə və cəmi müsəlmanlara kömək olsun.
Allah daha yaxşı bilir!
Salam aleykum!




#4569 05 января 2005 года

Posted by Muvahhid on 02 January 2005 - 12:54 PM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, Quranda Allah Ta'ala buyurur ki, "Hacc malum aylardadir..." (2/197). Sahih hadislarda da haccin Shavval, Zul-Qade ve Zil-Hicce ayinin ilk on gununda olmasi bildirilir. Xahish ediram bunu izah edasiniz. Yani, masalan Shavval ayinda ihrama girib, rafas ve fusukdan chakinan ve haccin ruknlarini yerina yetiran hacc etmish sayilir, yoxsa bu ishlamlarin mahz Zil-Hicca ayinda gorulmasi shartdir?
Allah razi olsun!
Assalamu 'Aleykum!


Cavab:

Wa aleykum salam!
Hacc meselelerində Peyğəmbərin etdiklərinə baxır və görürük ki o hacci zil-hiccanin 8,9,10, 11, 12, 13 –cü günləri edib biz da bela etmaliyik. Çünki Peyğəmbər (s.a.v.) buyurub: “Həcc əməllərini məndən götürün…”. Amma ayədə qəsd olunan isə başqa məsələdir. Orada məqsəd bu aylarda ehrama girib ümrə edən adam həcc günü yalnız həccə niyət edəcəkdir. Ifrad həcci edənlər isə bu aylarda həccə getmək istəsələr onda onlar həcc gününə qədər Məkkədə ehramda qalmalıdırlar.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#4568 05 января 2005 года

Posted by Muvahhid on 02 January 2005 - 10:59 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qamet qardash, Siza bir necha sualim var:
1) Manbayini demaya chatinlik chakiram (yadimda qalmayib), amma manda bela bir malumat var ki, musalmanlar evveller elleri achiq namaz qiliblar. Lakin Madinaya kochdukdan ve yahudilarin da eli achiq shakilda ibadet etdiklarini gyordukdan sonra Rasulullah (Sallallahu 'Aleyhi wa Sellem) onlardan farqlanmak uchun ellari baghlamaghi amr edib. Bu sahihdirmi?
2) Sahv etmiramsa, Quranda korpa ushagin 2 il sudla amizdirilmasi barede aye var. Qardash, ushagin anasi yenidan hamila qaldiqda ushaq daha sud ammak istamir axi. Masala bundadir ki, toksikoz vaxti sudun tarkibi dayishir ve onda ushaga zarar vera bilacak maddeler emele galir. Albatta, butun bunlari Allah bizdan daha yaxshi bilir. Quranin ayesini neca basha dushak?
3) Hamilaliyin kasilmasi deyil, hamila qalmamag uchun hansi muasir tadbirlarin gorulmasinin caiz olmasi barede malumat verin, zahmat olmasa.
4) Vefat etmish valideynim ucun har namazin (farz, sunnat, nafila) sonuncu sacdasinda bir necha dafa "Allahummagfir abii, Allahummarham abii" desam caizdirmi? Bundan artiq da deya bilarammi?
5) Sual deyil amma bir masalani qeyd etmak istayiram. Adlar haqqinda saytdaki malumatda "Sumeyya" adi gyozuma daymadi. Ailasinda qiz ushagi dunyaya galmish baci ve qardashlara ovladlarina ad qoyarkan bu ad barede de dushunmayi tovsiya edardim. Arabistanda, xususila Korfaz arab dovletlerinda bu ada rast galmak olur. Sumeyya islamda ilk shehid qadin olmushdur. Yasirin ailasindandir, daha dogrusu Yasirin zovcesi, Ammar bin Yasirin anasi olmushdur. Rasulullah (Sallallahu 'Aleyhi wa Sellem) Yasirin ailasini Cannatla mujdalamishdir.
Haqqinizi halal edin. Allah razi olsun!
Assalamu 'Aleykum!


Cavab:

Wa aleykum salam!
1. BU batildir. Çünki hədisdə gəlib ki üç əməl Peyğəmbərləin sünnətindən idi. Onlardan biri də sağ əli sol əlin üzərinə qoymaqdır.
2. BU ayə bunun mütləq belə olmasını göstərmir. Bu normal müddəti göstərib. Bu ayədən öncəki və sonrakı ayələrə fikir versən görərsən ki burada söhbət valideyinin necə də əziyyət çəkməsinin övlada göstərməsindən danışılır.
3. Ümumiyyətlə bunun qarşısını almaq yaxşı deyil. Lakin müəyyən hallarda: xəstəlik və s. müvəqqəti olaraq müasir dəva-dərmanlarla qarşısını almaq olar.
4. bu caizdir artıq da deyə bilərsən. sən bunu yalnız axırıncı səcdəyə xas etmə bunu hər hansı səcdədə etsən caizdir.
5. Biz o cədvəldə bütün adları cəm etmək istəməmişik. Gözəl adlar çoxdur lakin biz bunların bəzilərini qeyd etmişik. Onlardan biri dı sənin dediyindir.
Allah daha yaxşı bilir!
Salam aleykum!



#4523 05 января 2005 года

Posted by Muvahhid on 28 December 2004 - 10:49 AM in ВСЕ ФОРУМЫ 2005 ГОДА

Assalamu 'Aleykum!
Qardash, 2 sualim var Siza:
1) Quranin qissalarindan Adem Aleyhissalamin ovladlari haqqinda bahs edilarkan bir qardashin digarini oldurmak istadiyi soylanir va digarinin da ona bela cavab verdiyi bildirilir ki,... man istayiram san mani oldurmakla manim da gunahlarimi oz uzarina goturasan ve Cehenneme dushasan (sitati yadimda qaldighi kimi yazdim, Allah sahvimi baghishlasin). Yena Qurandan bilirik ki, Allah nafslari dashiyabilacayindan artiq sheyla yuklamaz. Xahish ediram bu ayelerdeki manalari izah edin.
2) Canlilarin shakillari olan eva malaklarin girmadiyina dair hedis var ve hamimiz chalishiriq ki, evda canli shakillari olmasin (en azi ustu achiq shekilde). Mani maraqlandiran sual budur ki, melekler eva gelmese na olar ki, Allah Ta'ala onsuz da har sheyi gyorur ve eshidir. Balka hedisde sadece Cebrail 'Aleyhissalamin Rasulullahin (Sallallahu 'Aleyhi wa Sallam) evina galmasi qesd edilirdi?
Allah hamimizdan razi olsun, elm ahlina ve elm talabalarina elmlarini artirmagi ve digarlarini aydinlatmaghi qismat etsin. Amin!
Assalamu 'Aleykum!


Cavab:

Wa aleykum salam!
1. Ayədə bütün günahları daşımaq deyilmir. Orada Habil deyir ki “sən mənim günahlarımı daşıyacaqsan…” burada daşıdığı günah onu düşmənçiliklə öldürməsi və zülm etməsidir. Habil özünü zülm etməkdən uzaq tutdu və dedi ki, sən məni öldürsən mənə etdiyin düşmənçilik və zülmə görə məsuliyəti sən daşıyacaqsan. Ona görə sən dediyin ayəyə görə “heç kəs digərinin günahını daşımayacaq” düzdür. Lakin bəzi hallar müstəsna olunub. Şəriət dəlillərində görə zülm edənin savabından götürülüb məzluma veriləcək. məsələn: qeybət edən və s. bu ayə də digər ayələrə zidd deyildir.
2. Söhbət Mələk Cəbraildən getmir. Bu bütün mələklərə aiddir. Əgər bu Şəriətdə deyilibsə deməli evdə mələklərin olmasında xeyir var. xüsusən də onlar qiyamət günü şahidlik edəcəklər.
Allah daha yaxşı bilir!
Salam aleykum!