Va aleykum assalam.Mən kiməm ki bunu deyim.Bunu Allahu Təala Quranında, Rəsulullah sallallahu aleyhi və səlləm səhih hədislərində və Allahdan qorxan (Fatir surəsi, 28) Alimlərimiz deyir.Aşağda inşAllah dəlilləri gətirəcəyəm.Amma sən inşAllah fitrətədə baş vur.Fitrəti korlanmamış birisinə (adətən cahillərin əksəriyyəti belədir) istər qohum , istər qonşu ,istər tanımadığın başqa birisinə yaxınlaş və Peygəmbər sallallahu aleyhi və səlləmin imanının yoxlamaq üçün cariyəyə verdiyi sualı (Müslim 537,Əbu Hənifə,«əl-Fiqhul Əbsat» s. 47,48.
(aşağıda keçəcək)) səndə ver :"Allah haradadır?".Demək olar ki. 100 faizinin cavabi "Göydə(Səmada)" olacaq.Bunu bir sına və düşün.Nədən insanların əksəriyyəti elmsiz-zadsız bunu dərhal, düşünmədən iqrar edirlər.Nə isə ...Cahilləri qoyaq bir qırağa.Keçək dəlillərə.Dəlilləri , mənbələri diqqətlə oxu.Görəcəksən ki hətta Əbu Hənifə rahimahullah da bunu təsdiq edir.Yeri gəlmişkən Allahın səmada olması haqqında şiə kitablarında keçən rəvayətləri belə yerləşdirməyə çalışacağam. Suallar olsa yenə verərsən.Amma inanmıram ki. Allahın Kitabından,, Rəsulullah sallallahu aleyhi və səlləmin Sünnəsindən və böyük İslam Alimlərimizin risalələrindən gətirilmiş apaçıq dəlillərdən sonra hansısa suala. şübhəyə yer qalsın.Fikir versən bu
***********************************************************************************
ALLAH ə BARƏSİNDƏ: “ƏYNƏALLAH – ALLAH HARADADIR?” DEYƏ SORUŞMAQ OLARMI?
Əynə – harada? Sözünün işlədmək olarmı? Müaviyə İbn əl-Həkəm əs-Sələmi (r.a) rəvayət edir ki, bir cariyəm var idi. Çöldə qoyun otarırdı. Bir gün canavar qoyunlardan birini yediyinə görə çox qəzəbləndim. Hətta cariyəyə sillə də vurdum. Peşmançılıq çəkdim və hadisəni Rəsulullaha sallallahu aleyhi və səlləm danışdım. Allah Rəsulu buyurdu: «Cariyəni yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Əynəallah – Allah haradadır?» deyə buyurdu. Cariyə: “Səma üzərində”. Peyğəmbər: “Bəs mən kiməm?”. Cariyə: «Sən Allahın Rəsulu». Peyğəmbər: “Onu azad et! Çünki o, möminədir” deyə buyrdu[1].[2] Rəsulullahın sallallahu aleyhi və səlləm bu barədə bu cür sual verməsi ən gözəl və ən açıq-aydın bir dəlildir ki, bu tərzdə sual vermək olar – Allah Haradadır? Bəlkə də bizlərin Allah haradadır? deyə sual verməyimizə gülə bilərlər. Lakin yaradılmışların ən mükəmməli, Rəbbimizi ən gözəl tanıyan Allah haqqında haradadır deyə sual verdiyini unutmuşlar?
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Nəfsim əlində olan Allaha and olsun ki, kişi öz zövcəsini yatağa dəvət etdiyi zaman qadın imtina edərsə, əri (ondan) razı olana qədər Səmada olan ona qəzəb edər”[3]. Əbu Bəkr (r.a) Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına girir. Üzərindəki örtüyü qaldıraraq onu öpür və: «Atam, anam sənə fəda olsun! Sağlığında da səndən gözəl iy gəlirdi, öləndən sonra da səndən gözəl iy gəlir. Nəfsim əlində olan Allaha and olsun ki, Allah ölümü sənə iki dəfə daddırmaz. Əbu Bəkr cəmaatın yanına çıxır. Allaha həmd səna etdikdən sonra: «Ey insanlar! Kim Muhəmmədə ibadət edirdisə bilsin ki, artıq o, vəfat etmişdir. Kim Allaha ibadət edirdisə bilsin ki, Allah Səmadadır, Allah əbədi və ölməzdir: «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!». (əz-Zumər 30)[4]. Məsruk ® Aişədən (r.a) O rəvayət edir ki: “Sıddıqın qızı sıddıqə, Allahın sevimlisinin sevimlisi olan (Aişə) mənə danışdı ki: “İfk hadisəsində bəraət yeddi səma üzərindən gəldi mənə”[5]. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Uca və Böyük olan Allah hər gecə dünya səmasına enər və buyurar: Məndən istəyənə verərəm, Bağışlanma diləyəni bağışlayaram bu da günəş doğana qədər davam edər”[6].
Sələf İmamlarının Bu Barədə Olan Sözləri: Ömər ®: “Məni saxlayıb uzun müddət şikayət etdən qadının sözlərindən sonra” dedi – Bu qadının şikayətini Allah yeddi səma üzərindən eşitdi”[7]. «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən». (əl-Əraf 14-17). İbn Abbas (r.a) deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni onlara dünyanı çox sevməyə təşviq edəcəyəm, sağlarından gələcəyəm – yəni dinlərində onları tərəddüdə salacağam (yaxşı əməllər tərəfdən), sollarından gələcəyəm – yəni onları günah etməyə həvəsləndirəcəyəm. Şeytan üstlərindən deməyə (cürət etmədi) bacarmadı. Çünki bilirdi ki, üstlərində nəzarətçi Allahdır. İmam Şabi ® deyir ki: «Uca və Böyük olan Allahın rəhməti onların üzərindən enər»[8]. Qatadə ® rəvayət edir ki, Yunus (ə) buyurdu: «Ya Rəbbim! Sən göydəsən, bizlər isə yerdə. Sənin qəzəbinin və rizanın əlaməti nədir?». Allah: «Sizə ən xeyirli idarəçiləri başçı təyin etmişəmsə bu sizdən razı olduğumun əlamətidir. Əgər ən şərli idarəçini sizə başçı təyin etmişəmsə bu da sizə olan qəzəbimdir»[9]. İbn Abbas (r.a) deyir ki: “İstənilən bir şey barəsində düşün, lakin Allahın Zatı barəsində düşünmə. Həqiqətən yeddi səma ilə Kürsi arasında yeddi min il vardır. O, isə bütün bunlardan yuxarıdadır”[10]. İbn Abbas (r.a) deyir ki: “Allah Musa ilə səmadan gələn nida ilə danışdı. Allah isə səmada idi”[11]. Əbu Muti ® deyir ki, Əbu Hənifədən ®: “Mən Rəbbimin səmada, yoxsa yerdə olduğunu bilmirəm deyən kimsə barəsində soruşdum”. O, dedi: «Bu kimsə kafir olur». Çünkü Allah buyurur: «Rahmən ərşin üstünə yüksəldi». (Ta ha 5). Onun Ərşi isə yeddi səmanın üstündədir. Mən: «Əgər o, Ərşin üzərindədir dediyi halda, bilmirəm Ərş səmadadır, yoxsa yerdədir” desə? O, dedi: «Yenə o, kafirdir. O, Allahın səmada olmağını inkar edir»[12]. Bir qadın Allah haradadır? deyə soruşuduqda İmam Əbu Hənifə ®: «Allah səmadadır, yerdə deyil» cavabını verdi. Bəs Allah: «Siz harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə deyirsən?» sualına isə belə cavab verdi. «Bu sənin bir kimsəyə məktub yazıb mən səninlə bərabərəm deməyin kimidir. Halbuki sən onun yanında deyilsən»[13]. Abdullah İbn Mubarək S- deyir ki: “Biz Rəbbimizi belə tanıyırıq: O, yeddi səma üzərində, Ərşə İstiva etmişdir, məxluqatından ayrıdır və biz Cəhmilərin dediyi kimi də demirik, o filan yerdədir”[14]. Suleyman İbn Tarhan ət-Teymi Əbu əl-Mutamar əl-Basri ® deyir ki: “Əgər məndən soruşsalar ki, Uca və Böyük olan Allah haradadır?”. Mən: “Səmada” deyərəm. Əgər məndən soruşsalar: “Onun Ərşi göylər yaradılmamışdan öncə harada idi?”. Mən: “Su üzərində” deyərəm. Əgər məndən soruşsalar: “Su yaradılmamışdan öncə Ərş harada idi?”. Mən: “Bilmirəm?” deyərəm. Buxari ® bu sözlərə əlavə olaraq deyir ki: “Bu da Allahın buyurduğuna uyğundur: “Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər”. (əl-Bəqərə 255) Allahın izin verdiyindən başqa[15]. Səid İbn Amir ® deyir ki: “Cəhmilər öz sözlərində Kitab Əhli olan Yəhudi və Xaçpərəstlərdən pisdirlər. Yəhudi və Xaçpərəstlər Allahın Ərşin üzərində olduğunu qeyd edirlər. Lakin bu Cəhmilər deyirlər ki: “Ərşin üzərində heç nə yoxdur”[16]. Muhəmməd İbn Yusuf ®- deyir ki: “Kim desə ki, Allah Ərşin üzərinə İstiva etməyib artıq küfr etmişdir. Kim də desə ki, Allah Musa ilə danışmayıb artıq küfr etmişdir”[17]. İmam Zəhəbi ® Cariyə ilə bağlı hədisi rəvayət etdikdən sonra deyir ki: “Biz görürük ki, istənilən bir kimsə Allah haradadır? Deyə soruşulduqda fitrəti onu qabaqlayaraq: “Səmadadır” deyir. Bu xəbərdə bizim üçün iki qayda vardır: 1. Şəriətdə “Allah Haradadır?” sualının verilməsinin caiz olması. 2. Soruşulanın isə “Səmada” deyə cavab verməsinin caiz olmasıdır. Kim ki, bu iki qaydaya zidd gedirsə artıq Peyğəmbərin sallallahu aleyhi və səlləmin gətirdiyi şəriətə qarşı çıxmış olur”[18]. Əbul Həsən əl-Əşari ® dedi ki: “Bu hədis açıq-aydın dəlildir ki, Uca Allah səmada, Ərşin üzərindədir”[19]. Müaviyə İbn əl-Həkəm əs-Sələmi (r.a) rəvayət edir ki, bir cariyəm var idi. Çöldə qoyun otarırdı. Bir gün canavar qoyunlardan birini yediyinə görə çox qəzəbləndim. Hətta cariyəyə sillə də vurdum. Peşmançılıq çəkdim və hadisəni Rəsulullaha sallallahu aleyhi və səlləm danışdım. Allah Rəsulu buyurdu: «Cariyəni yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Əynəallah – Allah haradadır?» deyə buyurdu. Cariyə: “Səma üzərində”. Peyğəmbər: “Bəs mən kiməm?”. Cariyə: «Sən Allahın Rəsulu». Peyğəmbər: “Onu azad et! Çünki o, möminədir” deyə buyrdu[20].[21]. Kəlam əhlindən olan Abdullah İbn Kulləb deyir ki: “Məxluqatın ən xeyirlisi, Allahın seçdiyi, məxluqlar içərisində Allahı ən çox tanıyan Muhəmməd sallallahu aleyhi və səlləm “Allah Haradadır?” sualının verilməsinə, “Səmadadır” cavabının doğru olmasına və cavab verənin iman əhli olmasına icazə verməsi açıq-aydın buna dəlildir. Lakin Cəhm İbn Saffan[22] və onun tərəfdarları (həmfikirləri) Allah haradadır sualının verilməsini qadağan edirlər. Əgər bu tərzdə sual vermək qadağan olunsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm daha haqlı idi cariyənin bu kimi cavabına etiraz edib: Bu cür demək olmaz, çünki bu cür demək Allaha məkan verməkdir (məhdud) etməkdir”. Lakin əksinə Peyğəmbər 3 bu cür suala verilən cavabı imandan saydı. Bu sözlərdə bir neçə görüş vardır: 1. Allah haradadır? Sualının verilməsinin caiz olması. 2. Səmadadır – cavabının doğru olması. 3. Bu da icmadır[23]. Əbul Həsən əl-Əşari ® “əl-İbanə” kitabında böyük bir başlıq açmışdır İstiva (Uluv) barəsində. O, deyir ki: “Bir kimsə soruşa ki, Allahın İstivası barəsində nə düşünürsüz? Ona cavabımız: Uca və Böyük olan Allahın Ərşin üzərinə İstivası Onun əzəmətinə yaraşır bir şəkildədir. «Rahmən ərşə istiva etdi». (Ta ha 5). «Pak söz ona tərəf yüksələr». (Fatir 10). «Xeyir! Allah onu öz dərgahına qaldırmışdı». (ən-Nisa 158). Firon dedi: «Ey Haman! Mənim üçün bir qəsr tik ki, bəlkə göylərin yollarına yetişim və Musanın Rəbbini görüm. Doğrusu mən onu yalançı sayıram». (əl-Mumin 36-37). Firon belə düşünürdü ki, Musanın A Allahın səmada olması barəsində olan moizələri yalandır. «Göydə olanın yeri titrədib sizi onun dibinə göndərməyəcəyinə əminsinizmi. Göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?» (Mulk 16,17). Allah – subhənəhu və təalə - səmada olduğunu, səmalar üzərində yerləşən Ərşin üzərinə İstiva etdiyini buyurdu. Nə ki, səmada yerləşir, onları səmalara daxil etmək olar (Səmadadır deyə adlandırmaq olar). Ərş isə səmalarda olan ən əzəmətli məxluqdur. Allah bütün səmaları əhatə edir deyə buyurmadı, əksinə səma üzərində (Ərşin üzərinə İstiva) etdiyini buyurur. Allah: “Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi”. (Nuh 15-16). Allah buyurur ki: “Orada ayı bir nur etdik” Lakin bu o, demək deyil ki, Ay bütün səmaları əhatə edir. Biz görürük ki, necə bütün müsəlmanlar dua etdikləri zaman əllərini səmaya doğru qaldırırlar. Çünki Uca və Böyük olan Allah səmalar üzərində yerləşən Ərşin üzərinə İstiva etmişdir. Əgər Uca və Böyük olan Allah Ərşin üzərində olmasaydı müsəlmanlar dua edərkən əllərini səmaya doğru qaldırmazdılar. Kifayədir ki, onlar namaz vaxtı əllərini yerə doğru uzatmırlar”. İbn Qudamə ® rəvayət edir ki, Əbu Hənifə ® dedi: “Kim Allahın səmada olduğunu inkar edərsə artıq küfr etmişdir (kafir olmuşdur)”[24]. İmam Məlik ® deyir ki: “Allah səma üzərindədir, elmi isə hər yerdədir”[25]. AbdurRahman İbn Amr əl-Auzai ® deyir ki: “O, öz Ərşi üzərindədir, Özü özünü vəsf etdiyi kimidir”[26]. Dahhaq və Vəhb İbn Munəbbih ® deyirlər ki: “Ərş Allahın ilk yaratdığıdır”[27]. Əbu Bakr Abdullah İbn Zubeyr əl-Qureyşi əl-Humeydi ® deyir ki: “Biz deyirik ki: Rahmən Ərşə İstiva etmişdir və kim bundan qeyrisini düşünərsə o, Allahın sifətlərini təvil edən Cəhmidir”[28]. Vəhb İbn Cərir ® deyir ki: “Cəhmilər bidət əhlidir və onlar istəyirlər ki, biz deyək: “Allah Ərşə İstiva etməmişdir”[29]. İmam Əbu Zura əz-Razi ® deyir ki: “Əziz və Cəlil olan Allah Ərşin üzərində, məxluqatdan ayrıdır”[30]. İmam ən-Nablusi ® deyir ki: “Rahmən Ərşə yüksəldi. O, məxluqatından ayrıdır”[31]. İmam Muhəmməd əl-Bağdadi ® deyir ki: “Allah Ərşə İstiva etmişdir. Bütün mülk Ona məxsusdur və Onun elmi hər bir şeyi əhatə etmişdir”[32]. Şeyxulİslam İsmail əl-Nişapuri, Əbu Osman əs-Sabuni ® deyir ki: “Mən şəhadət edirəm ki, Rahmən Ərşə İtiva etmişdir”[33]. İmam İbn Cureyc ® deyir ki: “O, məxluqatı yaratmamışdan öncə Ərşi su üzərində idi”[34]. Muqatil İbn Həyyan ® deyir ki: «Məgər görmürsənmi ki, Allah göydə və yerdə nə varsa, hamısını bilir. Aralarında gizli söhbət edən üç adamın dördüncüsü, beş adamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harda olsalar, Allah yenə də onların yanındadır. Sonra Qiyamət günü Allah onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir». (əl-Mucadələ 7). O, Ərşi üzərindədir, elimi isə Onunladır”[35]. Muhəmməd İbn İbrahim əl-İsfəhani ® deyir ki: Mən eşitdim ki, Əbu Zura ər-Razi S: “Rahmən Ərşə yüksəldi” ayəsinin təfsirini soruşdular. O, qəzəblənərək: Bu ayənin təfsiri sənin oxuduğun kimidir. O, Ərşin üzərindədir, Onun elimi isə hər bir şeyi əhatə etmişdir. Allahın lənəti olsun o, kəslərə ki, buna zidd olan bir söz söyləyərlərsə”[36]. İmam Hafiz Nueym İbn Həmməd ® deyir ki: “Kim Allahı yaratdığı məxluqatla müqayisə edərsə o, kafirdir. Kim Allahın özü-özünü necə vəsf etdiyini inkar edərsə kafirdir. Allahın və Onun Rəsulunun Onu necə vəsf etdiyində Təşbih (bnzətmə) yoxdur”. İshaq İbn Rahaveyh ® deyir ki: “Təşbih nə zaman baş verir? Əgər bir kimsə desə ki: Əli mənim əlimə bənzəyir və ya eşidirəm necə O, eşidir. Artıq bu Təşbihdir. Lakin Allahın buyurduğu kimi desə: Əl, eşitmək, görmək və necəliyinə varmasa, bənzətməsə bu zaman bu Təşbih sayılmır. «Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir». (əş-Şura 11). Biz Onu özü-özünü vəsf etdiyi kimi vəsf etməliyik”. İmam Şafii ® “Risalə” kitabında deyir ki: “O, özünü vəsf etdiyi kimidir və məxluqatın Onu vəsf etməsindən Ucadır”[37]. Muhəmməd İbn AbdulKərim əş-Şəhristani ® deyir ki: “Sələflər – bənzətməkdən o, qədər qorxardılar ki, hətta kim ayəni oxunduğu zaman: “...iki əlimlə yaratdığıma” (Sad 75). əlini tərpədərsə (göstərərsə) və ya hədisi söylədiyi zaman: “Qulların qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasındadır...” söylədiyi zaman barmaqları ilə işarə edərsə, qoy o, kimsə əlini kəssin, barmaqlarını isə çıxartsın”[38]. İbn Teymiyyə ® deyir ki: “Kim Allahın sifətlərini məxluqatın sifətlərinə oxşadaraq deyərsə: Allahın yüksəlməsi, enməsi və digər əməlləri oxşardı məxluqatın enməsinə, qalxmasına o, kimsə zəlalətə düşmüş bidət əhlidir”[39]. Əhməd İbn Hənbəl ® deyir ki: “Allah özünü Həyy, Alim, Səmi, Basir, Rauf, Rahim adlandırmışdır. Onun bu sifətləri məxluqatda olan sifətlərə oxşar deyildir”[40]. İbn Teymiyyə ® deyir ki: “Quran, Sünnə və sağlam ağıl şahidlik edir ki, Allah yaratdığı məxluqatdan heç birinə bənzər deyildir...”[41]. İbn Teymiyyə ® deyir ki: “Kim desə ki, Allah müəyyən bir yerdədir və ya Allah məxluqatı ilə bir yerdədir, məxluqat və göylər onu əhatə etmişdir, yaratdıqlarından bir çoxu Ondan hündürdədir, bəziləri Ondan aşağıdır belə bir kimsə zəlalətə düşmüş bidətçidir”[42]. İbn Teymiyyə ® deyir ki: “Kim desə ki: “Allahın Ərşə və ya başqa bir yerə ethiyacı vardır o, kimsə zəlalətə düşmüş bidət əhlidir”[43].
Sonda sizə Şeyx əl-Albaninin başına gəlmiş ibrətli bir hadisəni qeyd etmək istəyirəm. Şeyx əl-Albani deyir ki: «Həcc ziyarətində Minada idik. Bir məclisdə oturmuşduq. O, gecə bir çox cavanlarla, o cümlədən də “Ənsara Sünnə Muhəmmədiyyə” cəmiyyətinə mənsub cavanlarla da görüşdük. Bu vaxt Əhzar Universitetinin Şeyxlərindən biri yanıma daxil oldu. Eşitdi ki elm məclisidir. Məclisdə əyləşdikdə başa düşdü ki, məclis onların Vəhhabi adlandırdığı məclisdir. O: «Hörmətli Vəhhabilər![44] Siz Allahı cisimləşdirirsiniz». əl-Albani: «Bu necə ola bilər?» dedim. O: «Siz deyirsiniz ki, Allah Ərşin üzərindədir». əl-Albani: «Subhənəllah! Biz belə demirik. Allah buyurur: «Rahmən ərşə istiva etdi». (Ta ha 5). O: «Bəli, lakin siz deyirsiniz ki, Allahın məkanı var». Bizim aramızda mübahisə oldu. Bu da fəlsəfəyə bənzəyirdi. Çünki bu ağıl və məntiq mübahisəsi idi. Ümumən müsəlmanlar əqidə məsələlərində ağılla mübahisə etməsinlər. Çünki ağılı nəqldən (Quran və Sünnə) üstün tutan zəlalatə düşər. Bu cür insanla bir az məntiqlə mübahisə etmək məcburiyyətində qaldım. O: «Siz Allaha məkan təyin edirsiniz». Şeyx: «Səndən bir sual soruşacağam. Xahiş edirəm cavab verəsən». O: «Buyur, soruş» dedi. Şeyx: «Məkan mövcud olan bir şeydir, yoxsa yox». O: «Mövcud olan bir şeydir» dedi. Şeyx: «Bu məkan əzəlidir. Əzəldən olub, yoxsa sonradan yaradılıb?» deyə soruşdum. O: «Sonradan yaradılıb» dedi. Şeyx: «Biz indi məkandayıq?». O: «Bəli» dedi. Şeyx: «İndi bizim üstümüzdə səmanın birinci qatıdır və o məkandır?» deyə soruşdum. O: «Bəli» dedi. Beləcə Şeyx yeddinci səmaya qədər sadaladı. O, da bəli deyərək cavab verirdi. Şeyx: «Yeddinci səmadan sonra nə var?» deyə soruşdum. O: «Ərş» dedi. Şeyx: «Ərş məkandır, yaradılıb». O: «Bəli» dedi. Şeyx: «Ərşdən sonra nə var?». Söhbətin bu yerində o, məni qəribə bir cavabla təəccübləndirdi. O: «Kurrabiyun mələklər» dedi. Şeyx: «Sən elə bir ayə bilirsən ki, orada Kurrabiyun mələklərdən söhbət getsin?». O: «Xeyr» dedi. Şeyx: «Bəs hədis?». O: «Xeyr» dedi. Şeyx: «Çox qəribədir» dedim. Əhzar Universitetinin Şeyxisən, lakin bu məsələni bilmirsən? O: «Bizə belə öyrədiblər» dedi. Şeyx: «Yaxşı indi gəl biz səninlə müvəqqəti də olsa razılaşaq (Buna cədəl deyilir)». Yaxşı sən iddia edirsən ki, Ərşin üzərində Kurrabiyun mələklər vardı. Bəs ondan sonra nə vardır. O, bir anlığa susdu. Mən: “Kainatın sonu var, yoxsa sonsuzdur?” deyə soruşdum. O: «Sonu var». Şeyx: «Bu son bizə görə Ərşdir, sənə görə isə Kurrabiyun mələklərdir». Onlardan yuxarıda heç bir şey yoxdur, Elədir? Çünki sən dedin ki, kainatın sonu var. O: «Bəli» dedi. Deməli Sələflər dedikdə ki, Rahmən Ərşə İstiva edib sən nəyə görə elə başa düşürsən ki, onlar məkan nəzərdə tuturlar. (Ərşin üzərində məkan yoxdur Allah da oradadı). O, da susdu”[45].
MÜXALİFLƏRİN GƏTİRDİKLƏRİ BƏZİ ŞÜBHƏLƏR VƏ ONLARA VERİLƏN CAVABLAR
Müxaliflərin Şübhələri: Müxaliflər müsəlmanların qəlblərinə şübhə salmaq üçün bəzi ayələri dəlil gətirirlər. «Göydə olanın». (Mulk 16-17). Zahirini qəbul etsək, səmanın Allahı kölgələdiyini, Onu daşıdığını, Onu əhatə etdiyini desək düzgün olmaz. Bu sözləri söyləyən kimsə əgər bunu özündən demişsə sapıq, yox əgər başqasına nisbət edərək söyləmişsə o, təqdirdə yalançı və xətalı olmuşdur. Allahın böyüklüyünü: «Ən Uca və ən böyük varlıq da Odur!». (əl-Bəqərə 255). «O, (hər şeydən) Ucadır, (hər şeydən) Uludur!». (əş-Şura 4). Onun hər şeyi elmi ilə əhatə etdiyini (MUHİT)[46]: «Halbuki Allah kafirlərin bütün işlərini biləndir». (əl-Bəqərə 19). «Allahın hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə…». (ət-Talaq 12). Qiyamət günü yer üzünün Onun ovcunda olacağını: «Halbuki Qiyamət günü yer bütünlüklə onun ovcunun içində olacaq, göylər isə onun sağ əli ilə büküləcəkdir». (əz-Zumər 67). Göyü də kitab səhifəsi kimi bükəcəyini: «Göyü kitab səhifəsi kimi büküb qatlaycağımız gün (Qiyamət gününü) yadınıza salın». (əl-Ənbiya 104). Göyün də Allaha ehtiyacı olduğunu: «Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi». (əl-Həcc 65). Bilən bir kimsə əsla yaratdıqlarından hər hansı bir şeyin Allahı kölgələdiyini, daşıdığını, əhatə etdiyini belə ağlına gətirməz.
Həmçinin: «And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq». (Qaf 16). Bəli, bu ayəni oxuduqda biz fikirləşə biləik ki, Allah bizə şah damarımızdan da yaxındır. Lakin nə ilə yaxın olduğunu biz sonrakı ayədən başa düşürük. «Xatırla ki, sağında və solunda yazan iki mələk oturmuşdur». (Qaf 17). O, mələklər ki, insanın ağzından çıxan hər bir kəlməni qeyd edirlər.
Həmçinin: «Göylərdə də, yerlərdə də yalnız o Allahdır. Sizin gizlində də, aşkarda da nəyiniz varsa onu, tutduğunuz əməlləri O bilir». (əl-Ənam 3). Bu ayə Allahın zatıyla göydə olduğu kimi, yerdə də olduğu mənasına gəlməz. Bu cür fikirləşən çox böyük xəta etmişdir. Qurani Kərimdə olan digər bir ayə bunu çox gözəl açıqlayır. «Göydə də ilah (ibadət olunan) yerdə də ilah Odur. O, hikmət sahibidir, biləndir». (Əz-Zuxruf 84)[47]. Şübhəsiz ki, Allah göylərdə də, yerlərdə də ibadət olunan ilahdır. Göydə də, yerdə də olan hər bir şey ilah olaraq yalnız Allaha ibadət və itaət edirlər. Çünki Allahın göylərin üzərində olması sizin gizlində də, aşkarda da etdiyinizi bilməsinə əngəl törətməz. Hər nə qədər Allah zatıyla göydədisə ilahlığı (tanrılığı) isə hər iksindədir. Bunun bir bənzəri də: «Filankəs Məkkədə də əmirdir, Mədinədə də». Yəni o, kimsə hər nə qədər bu şəhərlərdən birində olursa olsun əmirliyi hər iki şəhərdə də keçərlidir. İmam Məlik ® deyir ki: «Allah göydədir, elmi isə hər yerdədir»[48].
Həmçinin: «Can boğaza yetişdiyi zaman, siz ona baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz». (əl-Vaqiə 83-85). Allah: «Biz Ona Sizdəndə Yaxınıq» buyurduqda, ölüm anında Ölüm – mələyinin ölən insana yaxın olduğunu buyurur. Bəs nə üçün Allah birinci şəxsin adından danışır? Mələklər Allahın elçiləridir və onladan danışıldıqda birinci şəxsisn adından danışılır. “Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə”. (əl-Qiyamət 18). “İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın onlardan dəf edilməsini istədi)”. (Hud 74). Hər iki ayədə söhbət mələklərdən gedir. Həmçinin - Bu ayədə ölüm anı xüsusiləşdirilmişdi. Əgər biz desək ki, Allah bizə yalnız ölüm anında yaxındır, bu düz olmaz, çünkü Allah bizə hər an yaxındır. Ölüm anının xüsusiləşdirilməsi isə o, anda ölüm mələyinin yaxın olmasına görədir. Allahın bizə hər an yaxın olması isə Quran və Sünnə ilə sabitdir. Bu da duadır. «Bəndələrim məni səndən soruşsalar söylə ki, mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm». (əl-Bəqərə 186). Burada söhbət Allahdan nə isə istəmək və Allaha ibadət etmək üçün olunan duadan gedir.
Qayda: İstək duası zamanı insan bir şeyə diqqət etməlidir! Allahın adlarından öz istədiyi şeyə münasib olanını istədiyindən qabaq çəkməlidir. Məs: «Ey Rahmən olan Allah! Mənə rəhm et, məni bağışla!» «Ey qoruyan, məni qoru!» və s. Rəsulullah 3 buyurur: «Sizin dua etdiyiniz Allah sizdən hər hansı birinizin dəvəsinin boynundan da ona yaxındır»[49]. Allahın yaxın olması ucalığına və yuxarıda olmasına zidd deyildir. Çünkü bütün sifətlərində Allaha bənzər bir şey yoxdur. O, yaxın olması ilə də ucadır, ucalığı ilə də yaxındır. «Allah (müşriklərin) ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır». (əs-Saffət 159). Həsənul Bəsri ® deyir ki: “Allahummə - kəliməsi özündə istənilən növ istəyi əhatə edir”. Əbu Radca əl-Ataridi ® deyir ki: “Allahummə - kəliməsində olam “Mim” hərifi özündə Allahın 99 İsmini əhatə edir”. ən-Nadr İbn Şamil ® deyir ki: “Kim Allahummə - deyərək Allaha dua etməyə başlayarsa artıq Allahı bütün İsimləriylə çağırmış olar”.
Həmçinin: «Məgər görmürsənmi ki, Allah göydə və yerdə nə varsa, hamısını bilir. Aralarında gizli söhbət edən üç adamın dördüncüsü, beş adamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harda olsalar, Allah yenə də onların yanındadır. Sonra Qiyamət günü Allah onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir». (əl-Mucadələ 7). «Siz harda olsanız, o, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir». (əl-Hədid 4). İlk baxışdan bu ayələr insana şübhə gətirə bilər. O, sizinlə bərabərdir buyuruğu: Allah yaradılmışlar ilə qarışmış, onların yanlarındadır demək deyil. Xeyr! Allah Ərşin üzərindədir, məxluqatın üzərində Raqibdir (nəzarət edəndir). Əgər ayələrin sonlarına fikir versəniz görərsiniz ki, Allahın bizimlə bərabər olması, Onun bizim etdiklərimizi bilməsi və görməsi ilədir. Elm, qüdrəti ilə hər bir şeyi idarə edən, əhatə edən, himayə edən haqqında düşünmək ki, o məxluqlarla, naqislərlə, günahkarlarla birlikdədir. Bu ağla sığmazdır. Sufyan əs-Souri S deyir ki: “...Allah yenə də onların yanındadır”. Yəni: Elimi ilə onlarladır”[50]. Sələflər (Səhabə və Tabiinlər) bu barədə icma etmişlər: “O, Ərşi üzərindədir, elimi isə hər bir yerdədir”[51]. İbn Kəsir ® bu ayənin təfsirində deyir ki: “Məhz bu səbəbə görə bir çox insanlar deyirlər ki, İcma vardır “Yanında” kəliməsinə görə. Yəni, burada qəsd olunan “Yanındadır Elimilə” deməkdir[52].
Əhli Sünnə Vəl Cəmaat alimləri Allahın yaratdıqları ilə bərabər olmasını, Zatı ilə deyil məhz elmi ilə onlarla bərabər olması şəkilində açıqlamışlar. Burada məqsəd sapıq Hüluliyyəçilərə cavab verməkdir[53]. Pak və nöqsansız olan Allahın yaratdıqlarıyla bərabər olması Ona yaraşır bir bərabərlik olub əsla yaradılmışların bir-birləriylə olan bərabərliyi kimi deyildir. Heç şübhəsiz ki, onların dəlilləri Allahın həm zatıyla yaratdıqlarının üstündə, həm də onlarla bərabər olduğunu ifadə etməkdədir. Bunların hər iksinin də sübut və dəlili güclüdür. Allahın bu buyurduğunda hər iksinə də dəlil vardır. «Göyləri və yerləri altı gündə xəlq edən, sonra ərşin üzərinə yüksələn (istiva edən) Odur. O, yerə girəni də, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir. Siz harda olsanız O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!». (əl-Hədid 4). Bu ayədə Allah yaradılmışların (məxluqatın) ən üstündə, ən yüksəkdə olan Ərşə İstiva etdiyini bildirdiyi kimi, bizimlə bərabər olduğunu da bildirmişdir. Yüksəkliklə bərabərlik arasında bir ziddiyyət yoxdur. Bir şey həm zatı ilə yüksəkdə də ola bilər, həm də ona bərabərlik nisbət edilə də bilər. Əgər biz Allahın yaratdıqlarından olan Aya baxsaq görərik ki, o səmada yerləşdirilmişdir. Bununla bərabər o, səfərdə olan hər bir kəsə hara gedirsə getsin onunla birlikdədir. Halbuki Ay göydədir və bizimlə bərabər hərəkət etməkdədir. Ayın bərabər olması onun işıq saçması və görülməsinə görədir. Ay isə Allahın ayələrindən ən kiçiyidir. Bir qadın Allah haradadır? deyə soruşuduqda İmam Əbu Hənifə: «Allah səmadadır, yerdə deyil» cavabını verdi. Bəs Allah: «Siz harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə deyirsən?» sualına isə belə cavab verdi. «Bu sənin bir kimsəyə məktub yazıb mən səninlə bərabərəm deməyin kimidir. Halbuki sən onun yanında deyilsən»[54].
Həmçinin: Ubadə İbn Samit (r.a) rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «İmanın ən üstünü harada olursansa ol, Allahın səninlə bərabər olduğunu bilməkdir»[55]. Bu hədis, bu ləfzlə hədis alimləri tərəfindən zəif qəbul edilmişdir[56]. Əyyub Səhtiyani ® Mutəzilə və Cəhmilər barədə deyir ki: “Onların (etiqadının) əsası: Səma üzərində heç nə yoxdur – deməkdir”[57]. «O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir». (əl-Hədid 3). Muqatil İbn Həyyan ® deyir ki: “Sən Əvvəlsən, səndən əvvəl heç bir şey yoxdur. Sən Axırsan, səndən sonra heç bir şey yoxdur. Sən Zahirsən, Sən hər bir şeyin üzərindəsən (sənin üstündə heç bir şey yoxdur). Sən Batinsən, sən hər bir şeydən yaxınsan (Səndən o, tərəfə heç bir şey yoxdur). Yəni, gücü və elimi ilə hər bir şeyə yaxındır, Özü isə Ərşin üzərindədir və O, hər bir şeydən xəbərdardır”[58].
ALLAHIN ə MƏİYYƏ – BİRLİKDƏ, BƏRABƏR OLMAQ SİFƏTİ
Məiyyə – birlikdə olmaq sifəti iki cürdür:
1. Ümumi – yəni Allah elmi ilə, qüdrəti ilə, tədbiri ilə (işləri düzüb qoşmaq və idarə etməsi ilə) hamı ilə bərabərdir. Zatı ilə yox. Heç bir şey ondan gizli deyildir. «Çünki mən sizinlə bərabərəm. Eşidirəm və görürəm». (Ta ha 46). «Bir də səbr edin. Allah səbr edənlərlə bərabərdir». (əl-Ənfal 46). «Həqiqətən Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128). Aişə O deyir: «Bir qadın ərindən şikayət etmək üçün Rəsulullahın 3 yanına gəlir. Mən otağın bir küncündə olmağıma baxmayaraq onların nə barədə söhbət etdiklərini eşitmədim. Lakin Allah eşidib ayə nazil etdi. «Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən Allah eşidən və görəndir». (əl-Mucadələ 1)»[59].
2. Xüsusi – yəni Allah elmi, qüdrəti ilə yalnız Peyğəmbərlərlə, möminlərlə, müsəlmanlarla birlikdədir. «Müşriklərin hamısı səninlə vuruşduğu kimi siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir». (ət-Tövbə 36). «Allah həqiqətən möminlərlədir». (əl-Ənfal 19). Rəsulullah 3 Əbu Bəkr K ilə mağarada olarkən Əbu Bəkr K müşrikləri gördükdə qorxaraq: «Allaha and olsun ey Allahın Rəsulu, onlardan biri ayağının altına baxsa bizi mütləq görəcəkdir. Rəsulullah 3 ona Allahın buyurduğu şəkildə: «Qəm yemə, Allah bizimlədir». (ət-Tövbə 40). «Üçüncüləri Allah olan iki kişi barəsində sən nə düşünürsən»[60]. O, halda buradakı bərabərlik yardım və düşmənlərdən qorumaq mənasındadır. Həmçinin – Allah Musa və Haruna E müraciət edərək: “(Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!”. (Ta ha 46). Həmçinin - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah zatıyla yüksəkdə olmasına baxmayaraq namaz qılanın qarşısındadır. Onun üzünə baxar»[61]. Yüksəkliklə, qarşıda olmaq arasında bir ayrılıq yoxdur. Bir şey həm yüksəkdə həm də qarşıda ola bilər. Çünki qarşıda olmaq yerdə olmaq demək deyil. Məs: Doğan günəşə baxan kişi, onun yəni günəşin qarşısında olduğunu söyləyir. Lakin günəş göydədir. İbn Teymiyyə S deyir ki: “Allahın məxluqatı ilə bərabər olması ayələrdən aslı olaraq dəyişilir. «Göyləri və yerləri altı gündə xəlq edən, sonra ərşin üzərinə yüksələn (istiva edən) Odur. O, yerə girəni də, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir. Siz harda olsanız O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!». (əl-Hədid 4). Ayədən açıq-aydın görsənir ki, Allahın məxluqatı ilə bərabər olması Allahın insanları görməsi, onlardan xəbərdar olmasıdır. (Elmi, eşitməsi, görməsi, bilməsi) Allahın bəndələrilə olması elmilədir və bu fikirdə ilk əsr imamları olmuşlar”[62].
Nəticə: 1) Allahın yaratdıqları ilə bərabər olması Quran, Sünnə və Saleh Sələflərin icması ilə sabitdir. 2) Allahın yaratdıqları ilə bərabər olması Onun Ucalığına və Əzəmətinə yaraşır tərzdə olan bir haqqdır və bu yaradılmışların bir-birilərilə bərabər olmalarına bənzəməz. 3) Allahın yaratdıqları ilə bərabər olmasının mənası, Allahın məxluqatından elmi, eşitməsi, görməsi, bilməsi ilə xəbardar olmasıdır. 4) Buradan belə anlaşılmaz ki, Allah yaratdıqları ilə eyni məkanı paylaşdırır. 5) Allahın yaratdıqları ilə bərabər olması Onun Ərşin üzərinə İstiva etməsinə zidd deyildir. Əgər səndən: «Bərabərlik Allahın zatı sifətlərindəndir, yoxsa feli sifətlərindəndir?» deyə soruşularsa cavabımız: «Ümumi bərabərlik Allahın zatı sifətlərindəndir. Çünki bunlar əzəldən əbədi Allahda vardır. Xüsusi bərabərlik isə Allahın feli sifətlərindəndir».
[1] Müslim 537.
[2] Müslim 537, «əl-Fiqhul Əbsat» s. 47,48.
[3] Buxari 5193, Müslim 1436, Nəvəvi “Riyadus Salihin” 281, “Buluq əl-Məram” 1021.
[4] İbn Qudamə “İsbat Uluv” səh: 102, Buxari “Tarix əl-Kəbir” 1/201/623.
[5] Zəhəbi “Uluv” №317, səh: 121,122, İbn Həcər “Təhzib” 12/386, № 2840, Əhməd “Musnəd” 2336, 2496, Darimi “Raddu Alə Cəhmi” 27.
[6] Darimi, İbn Məcə 1367, əl-Albani “İrva” 450 səhih.
[7] Buxari 2/494.
[8] Təbəri «Camiul Bəyan» 5/133-136, Lələkai «Usulu Etiqad» 3/397.
[9] Əhməd “Musnəd”, Darimi “Raddu Alə Cəhmi” 59.
[10] İbn Qudamə “İsbat Uluv” səh: 34, Beyhəqi “Əsməu Və Sifət” səh: 420. İsnadda Asim İbn Əli və atası zəif ravilərdir. Lakin əsər digər bir hədis ilə gücləndirirlir: Peyğəmbər 3 buyurdu: “Allah barəsində düşünməyin, lakin onun yaratdıqları barəsində düşünün...”. əl-Albani “Səhih Silsilə” 1788.
[11] Buxari “Xalqu Əfalul İbəd” səh: 53.
[12] Əbu İsmail əl-Ənsari əl-Faruk əsəri “Fikhul Əbsat” səh: 46, İbn Teymiyyə “Məcmuul Fətava” 5/48, Zəhəbi “Uluv” səh: 101,102, İbn Qudamə “Uluv” səh: 116.
[13] Beyhəqi «əl-Əsma və əs-Sifət» 429, Zəhəbi «Uluvv» müxtəsər: s. 135.
[14] İmam Buxari “Xalqu Əfalul İbəd” səh: 25, İmam Darimi “Cəhmilərə Rədd” səh: 272, İbn Qudamə “İsbat Uluv” səh: “48, Beyhəqi “Əsməu Və Sifət” səh: 427.
[15] İmam Buxari “Xalqu Əfalul İbəd” səh: 37,42, Zəhəbi “Uluv” 130, Lələkai “Usulu Etiqadi” 3/401.
[16] İmam Buxari “Xalqu Əfalul İbəd” №18, səh: 7,26, Zəhəbi “Uluv” №430, səh: 158.
[17] İmam Buxari “Xalqu Əfalul İbəd” səh: 42.
[18] İmam Zəhəbi “Uluv” 28.
[19] İbn Batta “İbanə” səh: 103.
[20] Müslim 537.
[21] Müslim 537, «əl-Fiqhul Əbsat» s. 47,48.
[22] Cəhmilər - Əbu Muxriz kimi tanınır. H. 128-ci il Mərvəzdə öldürülür. İbn Teymiyyə “əl-Fətava əl-Hənbəliyə əl-Kubra” deyir ki: “(Allahın bütün sifətlərini inkar edənlərdir) İlk olaraq bu fikirləri Cud İbn Dirhəm təbliğ etməyə başlamışdır. Ondan da Cəhm İbn Saffan bu fikirləri alır və yaymağa başlayır. Cəhmilər də ona nisbət edilərək belə adlanmışlar. Rəvayət edilir ki: Cud İbn Dirhəm bu görüşləri (fikirləri) Abana İbn Səbanadan, o da Talutdan, o da öz əmisi Lubeyd İbn əl-Əsləmdən almışdır. Lubeyd İbn Əsləm isə Peyğəmbər 3 sehr (cadu) edən Yəhudi sehirbaz idi”.
[23] İbn Teymiyyə “Tarud Aql Məa Nəql” səh: 6/193, “Məcmuul Fətava” 5/319, İbn Favraq “Məqalət İbn Kulləb”.
[24] “İsbat Uluv” səh: 116,117.
[25] Zəhəbi “Uluv” 140, İbn Qudamə “İsbat Uluv” 115.
[26] İmam Zəhəbi “Uluv” 367.
[27] İmam Zəhəbi “Uluv” №340, səh: 127.
[28] Muhəmməd əl-Humeyyis “İtiqadu Aimmətus Sələf” səh: 71.
[29] Buxari “Xalqu Afalul İbad” №6, səh: 5.
[30] Muhəmməd əl-Humeyyis “İtiqadu Əimmətus Sələf” səh: 132.
[31] Muhəmməd əl-Humeyyis “İtiqadu Əimmətus Sələf” səh: 158.
[32] Muhəmməd əl-Humeyyis “İtiqadu Əimmətus Sələf” səh: 168.
[33] Muhəmməd əl-Humeyyis “İtiqadu Əimmətus Sələf” səh: 179.
[34] Zəhəbi “Uluv” səh: 137.
[35] Zəhəbi “Uluv” səh: 138.
[36] Zəhəbi “Uluv” səh: 203.
[37] “Məcmuul Fətava” 5/195.
[38] Şəhristani “Din Və Məzhəblər Barədə Kitab” 80.
[39] “Məcmuul Fətava” 5/199.
[40] “Məcmuul Fətava” 5/196.
[41] “Məcmuul Fətava” 5/199.
[42] “Məcmuul Fətava” 5/199.
[43] “Məcmuul Fətava” 5/199.
[44] Subhənəllah! Şeyxə də Vəhhabi deyirlər?
[45] ət-Təqva studiyası kasset 1579, Kuveyt «İhyə ət-Turass əl-İslam».
[46] Bu İsim üçün bax: Ali İmran 120, ən-Nisa 108, 126, əl-Ənfal 47, Hud 92, Fussilət 54, əl-Buruc 20.
[47] Bax: Təfsir İbni Kəsir.
[48] Əbu Davud «Məsailu İmam Əhməd» s. 263, İbn Əbdul Bərr «Təmhid» 7/138.
[49] Buxari, Müslim.
[50] Zəhəbi “Uluv” 139.
[51] Zəhəbi “Uluv” 572.
[52] Bax: Fəxrəddin Razi “Məfətihal Qeyb” ayənin təfsiri.
[53] Hululiyyə – Allahın Zatıyla hər yerdə olduğunu qeyd edənlərdir. Onlar Allahın Məiyyə – Birlikdə, bərabər olmaq sifətində həddi aşaraq Allahın ona yaxın olan (əl-Mukərrəbun) şəxslərə hulul etdiyini (yəni nüfuz etmək, girmək, iki şeyin bir şeymiş kimi birləşməsini) irəli sürən sapıq firqədir. Onlara görə kim nəfsini itaətlə tərbiyə edər, dünya ləzzətləri və şəhvətlərinə səbr edərsə Allaha yaxın olanların (əl-Mukərrəbun) məqamına yüksəlir. Sonra o, bəşəriyyət sifətlərindən təmizlənincəyə qədər, saflaşmaya və saflaşmış olanların dərəcəsinə yüksəlməyə davam edəcəkdir. Saflaşma əsnasında bəşəriyyətdən bir parça da belə qalmadıqda İsa İbn Məryəmə hulul edən Allahın ruhu ona da hulul edər. O, zaman istədiyi kimi olan şeydən başqasını diləməz və əməllərinin tamamı Allahın feli olur, sonunda da Allaha birləşərək, Allah olur!? AbdulQahir əl-Bağdadiyyənin bölümünə görə 11 qurupdur. Bunlar: Hululiyyə, Səbəiyyə, Beyaniyyə, Cənahiyyə, Hatabiyyə, Şurayiyyə, Nemiriyyə, Rizamiyyə, Mukannaiyyə, Hulmaniyyə, Hallaciyə və Azafira. Hululiyyə eyni zamanda müşəbbihlərin (bənzədənlərin) həddi aşanlarıdır. Rafizilər içərsində də Allahın imamlara Hulul etdiyini deyənlər də vardır. Bax: «Məqalətul İslamiyyə» 1/81,82, «Fərq Beynəl Firaq» s. 198,205.
[54] Beyhəqi «əl-Əsma və əs-Sifət» 429, Zəhəbi «Uluvv» müxtəsər: s. 135.
[55] Təbərani «əl-Kəbir», «əl-Əvsat» bax: Heysəmi «Məcmauz Zəvaid» 1/60, Əbu Nuaym «Hiylətul Əvliya» 6/124, Suyuti «Cəmius Sağir» 1/49.
[56] Zəif hədis. əl-Albani «Daiful Cəmius Səğir» 1002, «Zəif Hədislər Silsiləsi» 2589. Lakin Abdullah İbn Muaviyə əl-Ğadiridən K gələn rəvayətdə: «Nəfsin təmizlənməsi (yaxşılığı) harada olursansa olsun Allahın onunla bərabər olduğunu bilməsidir» Beyhəqi «Sünnən Kubra» 4/95, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1046.
[57] Zəhəbi “Muxtəsər Uluv” 132, Əhməd “Musnəd” 6/457, 27627, İbn Batta “İbanə” 3/194.
[58] Beyhəqi “Əsmə” 2/173.
[59] Buxari.
[60] «əl-Lulu Vəl Mərcan» 1540, Buxari, Müslim, Əhməd 1, Tirmizi 3096.
[61] Buxari, Müslim, Məlik 1/173, Əhməd 2/6,29, Nəsai 2/51, İbn Məcə 731, Beyhəqi «Əsmə və Sifət» s. 465. əl-Albani «Səhihul Tərğib» 1/186,188, «Səhihul Cəmius Səğir» 753.
[62] “Fətava əl-Həməviyyə”.
**********************************************************************************
Hətta bu məsələ barədə rəvayətlər şiə məzhəbinin kitablarında da var. Hətta nəinki var, bəzi şiə alimləri Allahın dünya səmasına qədər enməsi barədə rəvayətləri mütəvatir səviyyəsinə çatdığını qeyd etmişdir.
Rəvayətlər:
Əs-Saduq özünün "ət-Tövhid" kitabında Cəfər əs-Sadiqin münafiq və zındıqların üzərinə ihticac etdiyi bir hədisdə, isnadı Hişam bin Həkəmdən rəvayət edilən hədisdə bir zındıqın Əbu Abdullaya (Cəfər əs-Sadiqə) ünvanladığı sual olan hədisdə: "Uca Allahın: "Ər-Rahman ərşin üzərinə istiva etdi" ayəsi barədə sualına Abu Abdulla cavab verərək demişdir: "Uca Allah bu cürə özünü vəsf etmişdir. Həmçinin, ərş Onu daşımaz, məxluqatdan yüksəkdə, ərşin üzərinə istiva etmişdir və ərş Onun üçün, doldurucu (tam əhatə edən) deyildir və ərş Onu əhatə etməz. Lakin, biz deyirik: "O, ərşin daşıyıcısıdır və ərşi tutandır. Biz də, Onun dediyini deyirik: "Onun kürsüsü göyləri və yeri əhatə edir" (Əl-Bəqarə surəsi, 255). Ərş və kürsüdən Onun sabit etdiyini, biz də sabit edirik və ərş və ya kürsüdən Onun doldurucu (tam əhatə edən) olmasını biz də rədd edirik. Əziz və Cəlil olan Allah özünün xəlq etdiyi məkana və ya şeyə yönəlmiş olur ki, xəlq etdiklərinin hamısı Ona möhtacdır.
Sual edən soruşdu ki: "Əllərinizi səmaya qaldırmaqla, ovuclarınızı yerə tərəf tutmaq arasında nə fərq var ki?". Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: "Bu, Onun (Allahın) elmində, əhatəsi altında və qüdrətində bərabərdir (yəni, heç bir fərq yoxdur). Lakin, Əziz və Cəlil olan Allah öz övliyalarına (vəlilərinə, dostlarına) və qullarına əllərini səmaya tərəf - ərş istəqamətinə qaldırmağı əmr etmişdir. Çünki, O (Allah) bunu, ruzinin mədəni (mənbəsi) etmişdir. Biz, bununla, Qur`anda və peyğəmbərdən (sas) gələn xəbərlərdə sabit olanları isbat edirik. Necə ki, peyğəmbər (sas) demişdir: "Əllərinizi Əziz və Cəlil Allaha tərəf qaldırın. Bunun üzərində ümmətin bütün firqələri (məzhəbləri) icma etmişlər". Soruşan sual edərək dedi: "Sən: "Onun (Allahın) dünya səmasına endiyinimi?" deyirsən. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: Biz deyirik ki: "Bu barədə gələn rəvayətlər və xəbərlər səhihdir". Bunun üzərinə, soruşan sual edərək dedi: "Əgər, O (Allah dünya səmasına) nazil olursa, məgər, ərşdən ayrılmırmı və Onun ərşdən ayrılması f`eli sifət deyilmi?". Bunun üzərinə, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: "Onun (Allahın) xəlq etdiyi məxluqlarında olan, bir yerdən bir yerə gedərkən, halın dəyişməsi, yorğunluq, kədərlənmək və bir yerdən başqa bir yerə getmək və bir haldan, başqa bir hala keçmək Ondan (Allahdan) deyildir. Çünki, O (Allah), təbarəkə və təaladır və Onda, heç bir hal dəyişikliyi baş verməz və Ona heç bir şey olmaz. Onun (dünya səmasına) nazil olması (enməsi) məxluqun nazil olması kimi deyildir. Hansı ki, bir məkandan başqa bir məkana gedərkən, əvvəlki məkan ondan boşalır (yəni, o, artıq, həmin məkanda olmur). Lakin, Onun (Allahın) dünya səmasına nazil olması, yerdəyişmə və hərəkət ilə deyildir. Necə ki, O (Allah), ərşin üzərində səmanın yeddinci qatında olarkən, həmçinin, dünya səmasında da olur. O (Allah) yalnız, əzəmətindən kəşf (aşkar) edilir, özü istədiyi kimi, övliyalarını (vəlilərini, dostlarını) görür və qüdrətindən istədiyinə kəşf edir (verir). Onun (Allahın) nəzəri həm yaxında olan və həm də uzaqda olan üçün, bərabərdir". (Əs-Saduq "Ət-Tövhid" (Səh. 248). Çap edilmiş nüsxədə, soruşanın axırıncı sorusu yoxdur. Bu: "... O (Allah), dünya səmasına nazil olur?". Bunun üzərinə, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) deyir: "Biz deyirik ki: "Bu barədə gələn rəvayətlər və xəbərlər səhihdir ..." hissəsidir. Biz, bunu, Muhəmməd Baqir əl-Məclisinin "Biharul-ənvər" kitabından (3\səh. 331) "kitabut-tövhid" 14-üncü babdan (fəsildən) təsbit etdik).
http://11emam.com/vb...ead.php?t=12563Əl-Kuleyni özünün "əl-Kafi" kitabının "tövhid kitabı"-nda isnadı Muhəmməd bin İsadan olan rəvayətdə demişdir: "Əbul-Həsən Əli bin Muhəmmədə (əs) (bir yazı) yazdım ki: "Ey seyyidim! (burada) bizə rəvayət edirlər ki, bəs, Allah bir yerdə olmaq və başqa bir yerdə olmamaqla ərşin üzərinə, istiva etmişdir və O (Allah), hər gecənin axırıncı yarısında dünya səmasına nazil olur. Rəvayət edilir ki, O (Allah) ərəfə gününün gecəsi (səmadan) nazil olur və sonra da, öz yerinə qayıdır. Bunda, bəzi (elmə) malik olanlar deyirlər ki: "Əgər, O (Allah), bir yerdə olub, başqa bir yerdə olmadığı zaman, artıq, havaya qarışır. Hava yüngül cismdir və Onun (Allahın havaya) qarışması, Onun qədəri ilə hər şeyin ona qarışmasıdır. Bu misala görə, onlar Cəlil və səna sahibi olan Allah necə qarışır?". Buna cavab olaraq, Əbul-Həsən Əli bin Muhəmməd (əs) dedi: "Bunun elmi, Onun (Allahın) nəzdindədir. O, bunun qədərini təyin etmiş və O, nə qədər də qədəri gözəl təyin edəndir. Bil ki, O (Allah), dünya səmasında olduğu zaman, O (Allah) ərşin üzərində olduğu kimidir. Hər şey Onun üçün, -- həm elm olaraq, həm qüdrət olaraq, həm mülk olaraq və həm də, əhatə etmək olaraq bərabərdir". (Əl-Kuleyni "Usul min əl-Kafi" "Kitabut-tövhid", "Babul-hərəkəti vəl-intiqal" 4-üncü hədis (1\səh. 126).
http://iraqeana.com/....kafi-1/45.htmlقال مصحح ومعلق الكافي السيد علي أكبر الغفاري في تعليقه على هذا الحديث ما نصه : " قوله (ع): علم ذلك عنده أي علم كيفية نزوله عنده سبحانه وليس عليكم معرفة ذلك ". (حاشية الأصول من الكافي 1/126).
"Əl-Kafi" kitabını təshis edən və qısa şərh edən əs-Seyyid Əli Əkbər əl-Ğifari bu hədis barədə yazdığı qısa şərhdə demişdir ki: " Əbul-Həsən Əli bin Muhəmmədin (əs) sözü: "Bunun elmi, Onun (Allahın) nəzdindədir". Yəni, Onun (Allahın) nazil olmasının keyfiyyəti uca Allahın nəzdindədir və siz bunu bilə bilməzsiniz". ("Haşiyətul-usuli minəl-kafi" (1\səh. 126).
فعن جابر الجعفي قال : "سمعت أبا عبد الله (ع) يقول: "إن الله تبارك وتعالى ينزل في الثلث الباقي من الليل إلى السماء الدنيا ، فينادي هل من تائب يتوب عليه ؟ وهل من مستغفر يستغفر فأغفر له ؟ وهل من داع يدعوني فأفك عنه ؟ وهل من مقتور يدعوني فأبسط له ؟ وهل من مظلوم ينصرني فأنصره". (المجلسي "بحار الأنوار" 87/168 " باب دعوة المنادي في السحر " ).
Cabir əl-Cufidən rəvayət edilmişdir ki, demişdir: Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) eşitdim ki, deyir: "Şübhəsiz ki, Allah təbarəkə və təala gecədən son üçdə biri keçəndə dünya səmasına nazil olur və nida edərək: "Tövbə edən varmı, tövbələrini qəbul edim?". Gunahlarının bağışlanmasını istəyən varmı, günahlarını bağışlayım?". "Mənə dua edib, ondan bir bəlanın qaldırlmasını istəyən varmı?". Xəsislik edənin mənə dua edib, onun ruzusunu artırmağımı istəyən varmı?". "Zülm edilən bir kəsin, Mənə dua edib, ona yardım etməyimi istəyən varmı?". (Əl-Məclisi "Biharul-ənvər" (87\səh. 168), "Sehrdə nida edənin duası babı (fəsli)").
وأثبت حديث النزول المتواتر شيخهم المحقق المتتبّع محمد بن علي الاحسائي المعروف بابن أبي جمهور في كتابه "عوالي اللئالي" الفصل السابع (1/119 رواية 44): حديث:" إن الله تعالى ينزل إلى السماء الدنيا في الثلث الأخير من الليل، وينزل عشية عرفة إلى أهل عرفة، و ينزل ليلة النصف من شعبان " .
وقال محدثهم محسن الكاشاني ما نصه:" الأول: أن يترصد لدعائه الأوقات الشريفة كيوم عرفة من السنة ،وشهر رمضان من الشهور، ويوم الجمعة من الأسبوع، ووقت السحر من ساعات الليل ، قال الله تعالى: { وبالأسحار هم يستغفرون } ولقوله:" ينزل الله كل ليلة إلى السماء الدنيا حين يبقى ثلث الليل الأخير فيقول: من يدعوني فأستجيب له، من يسألني فأعطيه، من يستغفرني فأغفر له " . (محسن الكاشاني "المحجة البيضاء" 2/285- كتاب الأذكار والدعوات باب " آداب الدعاء وهي عشر " .
Allahın nazil olması barədə olan hədislərin mütəvatir olduğunu onların (şiələrin) şeyxi, mühəqqiq, mütətabbi İbni Əbu Cumhur adı ilə məşhur olan Muhəmməd bin Əli əl-Əhsai özünün "Əvalil-ləali" kitabında isbat etmişdir. "Yeddinci fəsil. (1\119, 44-üncü rəvayət: Hədis: "Şübhəsiz ki, uca Allah gecənin axırıncı üçdə birində dünya səmasına nazil olur. Ərəfə (gününün) gecəsində, ərəfə əhli üçün nazil olur. Şaban (ayının) yarısı (ortası) gecəsi də nazil olur". Onların (Şiələrin) mühəddisi Muhsin əl-Kəşani "əl-Məhəccətul-bəyda" kitabında demişdir ki: "Birincisi: "Duasının qəbul olunması üçün, şərafətli vaxtları seçməkdir. (Bu), Bir ildə, ərəfə günü kimi, aylardan ramazan ayı kimi, həftənin günlərindən cümə günü kimi və gecənin saatlarından da suhur vaxtını seçməkdir. Uca Allah demişdir: "Sübh çağı isə bağışlanma diləyirdilər". Müəllif demişdir ki: "Uca Allah hər gecənin son üçdə biri qaldığı zaman, dünya səmasına nazil olur və deyir: "Mənə kim dua edir ki, onun duasını qəbul edim, Məndən kim nə istəyir ki, onu verim ona və Məndən kim günahlarının bağışlanmasını istəyir ki, Mən də onun gunahlarını bağışlayım". (Muhsin əl-Kəşani "əl-Məhəccətul-bəyda" (2\səh. 285), "Kitabul-əzkər vəd-dəavət", "babu ədəbud-dua" 10-uncu hədis).
وقال أيضاً في موضع آخر: " وسئل رسول الله- صلى الله عليه وسلم - " أي الليل أفضل ؟ فقال: نصف الليل الغابر" يعني الباقي ، ومن آخر الليل وردت الأخبار بإهتزاز العرش وانتشار الرّياح من جنات عدن ونزول الجبّار إلى السماء الدنيا وغيرها من الأخبار ". (محسن الكاشاني "المحجة البيضاء" 2/373).
Həmçinin, Muhsin əl-Kəşani "əl-Məhəccətul-bəyda" kitabının başqa bir yerində demişdir: "Peyğəmbərə (sas): "Ən fəzilətli gecə hansıdır?" deyə sual etdilər. Bunun üzərinə, peyğəmbər (sas) dedi: "Keçən (yəni, davam edən gecənin) gecənin yarısı" yəni, qalan hissəsi. Həmin gecənin axır hissəsində xəbərlər varid (nazil) oldu ki, bunlar, ərşin titrəməsi, Adn cənnətlərindən küləyin yayılması, əl-Cabbarın (Allahın) dünya səmasına nazil olması və başqa xəbərlərdir". (Muhsin əl-Kaşani "əl-Məhəccətul-bəyda" (2\səh. 373).
ذكر أيضاً في حديث آخر بقوله : " ينزل الله تعالى في كل ليلة إلى السماء الدنيا فيقول: هل من داع فأستجيب له " . (محسن الكاشاني "المحجة البيضاء" 5/15).
Həmçinin, Muhsin əl-Kəşani "əl-Məhəccətul-bəyda" kitabının başqa bir yerində qeyd etmişdir ki: "Uca Allah hər gecədə dünya səmasına nazil olur və: "Mənə dua edən varmı ki, onun duasını qəbul edim?" deyər". (Muhsin əl-Kaşani "əl-Məhəccətul-bəyda" (5\səh. 15).
ومارواه زيد النرسي في كتابه، عن عبدالله بن سنان قال: سمعت أباعبدالله(ع) يقول : " إن الله ينزل في يوم عرفه في أول الزوال إلى الأرض على جمل أفرق يصال بفخذيه أهل عرفات يميناً وشمالا ، فلا يزال كذلك حتى إذا كان عند المغرب ويقر الناس وكل الله ملكين بحيال المازمين يناديان عند المضيق الذي رأيت : يارب سلّم سلّم ، والرّب يصعد إلى السماء ويقول جل جلاله : آمين آمين رب العالمين ، فلذلك لا تكاد ترى صريعاً ولا كبيراً " . ("رياض العلماء" 2/404).
Zeyd ən-Nursi öz kitabında rəvayət etmişdir ki: "Abdulla bin Sinandan rəvayət edilmişdir ki, demişdir: "Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) eşitdim ki, deyir: "Şübhəsiz ki, ərəfə günü (günəşin) zəvalının əvvəlində, uca Allah iki illik bir dəvənin üzərində yer üzünə nazil olar. O (Allah) ərəfə əhlinin sağ və sol tərəfdə durduğu zaman, çiyinləri səviyyəsində namaz qılar. Bu hal, hətta, (günəşin) batmasına qədər davam edər. İnsanlar qərar verər və Allah iki mələki vəkil edərək, Maziminə qarşı tərəfdə boğazın yanında nida edərək: "Ey Rəbb! Salamat ol! Salamat ol!" deyərlər. Və bunun üzərinə, Allah səmaya qalxar və Cəlil və Cəlalət sahibi: "Əmin! Əmin! Rəbbil-aləmin!" deyər. Buna görə də, təqribən, sürətli və böyük görülməz". ("Riyadul-uləma" (Alimlərin bağçası) (2\səh. 404).
وعن سليمان بن خالد، عن أبي عبدالله قال سمعته يقول : " إن الأعمال تعرض كل خميس على رسول الله- صلى الله عليه وسلم - فإذا كان يوم عرفة هبط الرب تبارك وتعالى " . ("بصائر الدرجات" للصفار ص 426رواية 15، "البرهان" 2 / 158 ، "بحار الأنوار" 23/345ح37).
Suleyman bin Xaliddən rəvayət edilmişdir ki, demişdir: "Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) eşitdim ki, deyir: "Şübhəsiz ki, əməllər (həftənin) hər dördüncü günü peyğəmbərə (sas) ərz edilir. ərəfə günü olduğu zaman, Rəbb (Allah) təbarəkə və təala (yer üzünə) enir". (Əs-Saffar "Bəsairud-dəracat" (Səh. 426, 15-inci rəvayət), "əl-Burhan" (2\səh. 158), əl-Məclisi "Biharul-ənvər" (23\səh. 345, 37-inci hədis).
عن عطاء عن أبي جعفر عن أبيه عن آبائه عن علي(ع) عن رسول الله- صلى الله عليه وسلم - في حديث طويل قال فيه: قال: ثم أن الله أوحى إلى جبرئيل بعد ذلك أن أهبط إلى آدم وحواء فنحهما عن مواضع قواعد بيتي لأني أريد أن أهبط في ظلال من ملائكتي إلى أرضي فارفع أركان بيتي لملائكتي ولخلقي من ولد آدم ... قال ثم أن جبرئيل أتاهما فأنزلهما من المروة وأخبرهما أن الجبار تبارك وتعالى قد هبط إلى الأرض فرفع قواعد البيت الحرام بحجر من الصفا وحجر من المروة وحجر من طور سينا وحجر من جبل السلام .. " . ("تفسير العياشي" 1/37ح21، "بحار الأنوار" 5/49 -50 ، "البرهان" 1/84-85).
Atadan, o da, Əbu Cəfərdən, o da, atasından, o da, atalarından, o da, Əlidən (əs), o da, peyğəmbərdən (sas) uzun bir hədisdə rəvayət etmişlər ki, demişdir: "... Bundan sonra, Allah, Cəbrayıla bundan sonra, Adəm və Həvvanın yanına enməyi vəhy edir. Onlar ikisi də, Mənim evimin özülünün (Kəbənin özülünün) yeri üçün, ağlayırlar. Çünki, Mən Bundan sonra, dedi: "Cəbrayıl onların ikisinin yanına gələrək, onların ikisini də Mərvədən endirdi və xəbər verdi ki, əl-Cabbar (Allah) təbarəkə və təala artıq, yer üzünə enmiş və Beytul-haramın (Kəbənin) özülünü Səfadan bir daş, Mərvədən bir daş, Turi Sina (dağından) bir daş və Cəbəlus-səlamdan da bir daş ilə qaldırmışdır". ...". (Əl-Əyyaşi "Təfsir əl-Əyyaşi" (1\səh. 37, 21 saylı hədis), əl-Məclisi "Biharul-ənvər" (5\səh. 49 – 50) və "əl-Burhan" (1\səh. 84 – 85).
عن جابر قال قال أبو جعفر(ع) في قوله تعالى: { فِي ظُلَلٍ مِّنَ الْغَمَامِ والْمَلَيكَةُ وَقُضِيَ الأمْرُ} قال: " ينزل في سبع قباب من نور ولا يعلم في أيها هو حين ينزل في ظهر الكوفة فهذا حين ينزل " . (انظر : تفسير البرهان 1/209ح2وح5 وح6وح7، العياشي 1/103ح 301و303 ، تفسير الصافي 1/183 ، اللئالي 5/83 ، علي في القرآن والسنة 1/85 ، البحار25/19،الجديد في القرآن 1/247 راجع ، تفسير القرآن الكريم 5/392 ، حلية الأبرار 1/16، مدينة المعاجز2/41 ، الصحفية 1/161، العياشي 1/37 وص103ح301وح303).
Cabirdən rəvayət edilmişdir ki, demişdir: Əbu Cəfər (Muhəmməd əl-Baqirdən) uca Allahın: "Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır". (Əl-Bəqarə surəsi, 210) ayəsi barədə demişdir: "(Uca Allah) Nurdan yeddi qübbə ilə nazil olar ki, Onun (Allahın) nazil olduğu zaman, Kufənin dağında, onların hansında olması bilinməz. Bu, Onun (Allahın) nazil olduğu zamandır". ("Təfsiril-burhan" (1\səh. 209, 1, 2, 5, 6 və 7 saylı hədis), əl-Əyyaşi "Təfsir əl-Əyyaşı" (1\səh. 103, 301 və 303 saylı hədis), Feyd əl-Kəşani "Təfsirus-safi" (1\səh. 183), "Əl-Ləali" (5\səh. 83), "Əli fil-Qur`an vəs-sünnə" (1\səh. 85), əl-Məclisi "Biharul-ənvər" (19\25), "əl-Cədid fil-Qur`an" (1\səh. 247), və s. .............).
وعن جابر بن يزيد الجعفي قال: " قال أبو جعفر محمد بن علي الباقر(ع) يا جابر كان الله ولا شيئ غيره ولا معلوم ولا مجهول فأول ما ابتدء من خلق خلقه أن خلق محمداً وخلقنا أهل البيت معه من نور عظمته - إلى أن قال - ثم أن الله هبط إلى الأرض في ظلل من الغمام و الملائكة وهبط أنوارنا أهل البيت معه وأوقفنا نوراً صفوفاً بين يديه نسبحه في أرضه كما سبحنا في سمائه ". (صحفية الأبرار لميرزا محمد تقي 1/160- 161).
Cabir bin Yezid əl-Cufidən rəvayət edilmişdir ki, demişdir: "Əbu Cəfər, Muhəmməd bin Əli əl-Baqir (əs) dedi ki: "Ey Cabir! (İlk öncə, tək) Allah var idi və – bilinən və bilinməyən başqa heç bir şey yox idi. Ən əvvəl yaratdıqlarından Muhəmmədi yaratmağa başladı və onunla birlikdə, bizi - əhli beyti əzəmətli nurundan yaratdı. – Bundan sonra, uca Allah bir buluddan kölgədə yer üzünə endi və mələklər (endi) və bizim əhli beytin nuru endi və bizim nurumuz Onun qarşısında səff-səff (sıraya) düzüldük. O (Allah) bizi səmada təsbih etdiyi kimi, biz də Onu yer üzündə təsbih etdik". (Mirzə Muhəmməd ət-Təqi "Suhfiyyətul-əbrar" (1\səh. 160 – 161).
Ümumiyyətlə, bu barədə rəvayətlər çoxdur. Bu rəvayətlər isbat edir ki, əhli beytin imamlarının bu barədə əqidəsi səhabələrin və ümumən, əhli sünnə vəl camaatın əqidəsinə müvafiq olmuşdur.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!