Posted 14 October 2005 - 10:46 AM
Assalamu Allaikum Sheyx.
Bir gardashla internet vasitesile yazishiram ve o mene ashagidaki suallari verib. Sadece ona mueyyen meseleler garanligdir. Men dushundum ki, yaxshi olar ki, bu suallara siz cavab veresiz ki, menim cavabim daha esasli olsun. Bir de ki, biz onunla razilashmishig ki, delillerle danishag ona gore de zehmet olmasa delilleri de gosterin.
1)Bildiyimizi kimi Fatimei Zahra (s) anamiz Cennet qadinlarinin xanimidir, bunu sunni de shie de qebul edir. Eger Peygemberimizin olumunden sonra hami Abu Bekre beat etmeliydise bes niye Fatime Zahra etmedi?
2)Niye Ali (a) 6 aydan sonra Fatime (s) rehmete gedenden sonra beat etdi? Niye Ali(a), Zubeyr....kimi en boyuk sehabeler ona beat etmedi?
3)Niye Omer Ali (a)-in evine, Fatimeye (s) hucum etdi? (bunu yalniz shie demir, en boyuk sunni taricisi Ebil Hedid, Teberi de yazir) bilmirdimi ki Fatimeni inciden Muhammedi (sas incidir?
4)Niye Ali (a) beat etmek istemedikde onu zorla mescide apardilar?
5)Niye Aishe Ali (a)-la muharibe etdi? (CEMEL doyushu) Bilmirdi mi ki, Alini inciden Peygemberi (sas) incidir?
6)Niye Osman AbuZarr kimi en boyuk sehabelerden birini Rebezeye surgun etdi? (bu da aciq faktdir, demek olar ki butun sunni tarixcileri bunu yazir ve bilir)
7)Niye Osman Cennetin gozlediyi 4 neferden biri olan Ammar Yasiri doydurdu ve doydu?
8)Niye Omer Peygemberin(sas) icaze verdiyi, Allahin aciq aydin Quranda icaze verdiyi, hem Peygemberin (sas), hem Abu Bakrin, hem de Omerin ozunun xilafetinin yarisina qeder icra olunan SIGENI (muveqqeti kebin – mut'e) qadagan etdi? Bunun halal olmasina men de shubhe edirdim, amma ehli sunnenin tam sehih hesab etdiyi Buxaride ve bir cox menbelerde aciq aydin yazilib ki, Omerin xilafetinin yarisina qeder sige icra olunurdu ve bu zinanin qarsisini alirdi. Bir cox ictimai faydalari da vardi. Ali (a) buyurmusdur ki: "Sige Allahin size olan rehmetidir. Omer onu qadagan etmeseydi en alchaq insanlardan basqa hec kim zina etmezdi" Amma qadagandan sonra faktdir ki zinalarin sayi artdi. Sunniler deyir ki Omer deyibse demeli duz edib. Axi aciq askar Qurana ziddir. Sunniler deyir ki Quranda sige haqda olan aye nesx edilib, basqa aye nazil olub onu hokmden salib, halbuki, bu deyilen nesx edici aye Sige ayesinden de evvel Mekkede nazil olub, Mekki ayedir ve tefsiri, menasi da tamamile basqa seydir.
9)Niye Osman Beni Umeyyenin FASIQ insanlarini vezifeye getirdi? Yoxsa bilmirdi onlarin fasiqliyini. Butun muselmanlar bilirdi bunu. (Mervan, Muaviyye, Velid.....)
Neqqqeder bele faktlar demek olar hansi ki hem sunni hm de shie alimleri qebul edibler, sadece sunni qardaslarimiz teessubden dolayi onlarin bu sehvlerinin Allaha aid oldugunu deyib uzerinden kecmisler. Bir coxlari saxta hedis uydurmuslar. En meshhurlarindan biri de Cennetle mujdelenen 10 sehabedir. Eger Talha Cennetle mujdelenmisdi se nece Cemel doyushunde Ali (a)-a qarsi doyushdu ve oldu? Eger Omer Cennetle mujdelenmisdise bes yuxarida yazdigim ve ne qeder buna benzer faktlar nece?...
Sheyx zehmet olmasa dolgun cavab verin.
Assalamu Allaikum va Rahmetullahi va Barakatuhu.
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bilginən ki, Fatimə (Allah ondan razı olsun) möminlərin anası deyil. möminlərin anaları Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcələridir. Allah təalə buyurur: "Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). ...." (əl-Əhzab: 6). O ki qaldı beyət məsələsinə şərt deyil ki, hamı rəhbərə beyət etsinlər, xüsəsən də qadınlar. Bu mümkün deyil. Cəmiyyətin çox hissəsi beyət etsə bu artıq kifayətdir. Birdə bilmək lazımdır ki, Fatimə (Allah ondan razı olsun) beyət etməyibdir. Çünki buna dəlil yoxdur. Əksinə dəlillər göstərir ki, o beyət edib. Çünki əgər Əli (Allah ondan razı olsun) beyət edibsə deməli arvadı da beyət edib. Fəqət Əbu Bəkrlə (Allah ondan razı olsun) onun arasında miras məsələsində narazıçılıq var idi. Sonra ölümünün sonunda halallaşırlar.
2. Təbərinin tarixində rəvayət olunur ki, Əli (Allah ondan razı olsun) ən birinci beyət edənlərdən biri idi. Lakin ikinci dəfə beyət etməyin səbəbi münafiqlərə və bəzi söhbətlərin yatırılmasına görə idi. Çünki Fatimə (Allah ondan razı olsun) xəstələnəndən sonra Əli (Allah ondan razı olsun) az görsənirdi. Ona görə bəziləri şayələr yazmağa başladılar ki, guya Əli (Allah ondan razı olsun) Əbu Bəkrin (Allah ondan razı olsun) xilafətini tanımır. Əli (Allah ondan razı olsun) də bu söz-söhbəti yatırmaq üçün ikinci dəfə beyət etdi. Bütün səhabələr beyət ediblər. ola bilsin bəziləri gecikiblər. Bundan tutub Əbu Bəkr (Allah ondan razı olsun) haqda pis fikir yaratmaq lazım deyil. bütün səhabələrin ona beyət etməsi kifayətdir. kim səhabələrdə eyb axtarmaq istəyirsə özündə axtarsın.
3. Bunlar hamısı Min Bir gecənin nağıllarıdır. Əgər belə olsaydı nə üçün Əli (Allah ondan razı olsun) Fatimədən (Allah ondan razı olsun) olan qızı Ummu Kulsumu (Allah ondan razı olsun) Ömərə (Allah ondan razı olsun) verdi. Bu nə idi, təşəkkür əlaməti yoxsa? Danışanda məntiq olmalıdır. Kiminsə kitabında nəsə varsa o demək deyil ki, həmin məlumat səhihdir. Xüsusən də tarix alimləri fəqət rəvayətləri cəm edirlər. onlar kitabda yalnız səhih rəvayətləri şərt qoymurlar. Təbərinin müqəddiməsini oxusan bunu görərsən. Bir də onu bilmək lazımdır ki, Əli (Allah ondan razı olsun) mərd idi və o heç vaxt ailəsinən belə davranmağa yol verməzdi. Onu aciz, fağır və zəif göstərmək lazım deyil.
4. Bunlar hamısı cəfəngiyatdır.
5. Aişə (Allah ondan razı olsun) Əliyə (Allah ondan razı olsun) qarşı çıxmamışdı. Tarixi yaxşı oxumaq lazımdır. Talha və Zübeyr xəvaricərdən Osmanın (Allah ondan razı olsun) intiqamını almaq üçün bəsrəyə tərəf gedirdilər. Əli (Allah ondan razı olsun) isə Mədinədə idi. Əgər onları Əli (Allah ondan razı olsun) ilə döyüşmək istəyirdilərsə onda bəsrəyə yox Mədinəyə gedərdilər. Həmçinin Aişəni (Allah ondan razı olsun) də incidən Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) incidmiş sayılır.
6. Hansısa xəlifənin hansısa səhabəni cəzalandırdıqda və ya ciddi davrabdıqda buna tənə etmək lazımdır. Həmçinin Osman (Allah ondan razı olsun) Əbu Zəri (Allah ondan razı olsun) sürgün etməyib, sadəcə olaraq ona deyir ki, ged və ürəyin istəyən yerdə də yaşa. Əbu Zərr (Allah ondan razı olsun) də rabzə deyən yerə gedir və orada da vəfat edir.
7. Cənnətlə müjdələnən adamla hansısa konflikt ola bilər. çünki yaddan çıxarmaq olmaz ki, Osman, Əli, Talha, Zübeyr, Aişə və b. Səhabələr cənnətlə müjdələnmişdilər. lakin ola bilər aralarında nə isə olsun amma bu onlara tənə olmalı deyil. Həmçinin yaddan çıxarmaq olmaz ki, Osman (Allah ondan razı olsun) xəlifə idi və o ümumi məsləhəti qorumalı idi. Həmçinin hərdən Əli (Allah ondan razı olsun) Fatimədən (Allah ondan razı olsun) inciyirdi və gəlib məsciddə yatırdı. Indi bu Fatiməyə (Allah ondan razı olsun) tənədirmi?.
8. Ömər (Allah ondan razı olsun) sigəni qadağan etməyib. Siğəni Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qadağan edib və həmçinin Əli (Allah ondan razı olsun) də qadağan edib. Bu onları öz kitablarında da var. Ömər (Allah ondan razı olsun) sadəcə olaraq bu hökmü təkrarlayıb və bilməyənlərə çatdırıb. Məs, adi bir misala baxaq. əgər sən desən ki, içki haramdır indi deyək ki içkini sən haram etdin? Təbii ki, xeyr sən sadəcə olaraq hökmü xatırlatdın. Amma o ki qaldı ayələr məsələsinə. Elə fərz edək ki, deyilən ayələr Məkkə ayələri idi. Bu özü göstərir ki, siğə özü yox idi. Lakin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müəyyən səbəbə görə bir neçə günlük icazə vermişdi sonra onu qadağan etdi.Nisa surəsinin 24 –cü ayəsində orada evlənməkdən söhbət gedir siğədən yox. Çünki ayənin əvvəlində iffətli qadınlardan danışılır. Siğəli qadın isə iffətli sayılmır.
9. Bunu deyənlər tarixi yaxşı bilmirlər. Çünki Osmanın (Allah ondan razı olsun) vaxtında bəzi əmirlər artıq Əbu Bəkr Ömərin (Allah onlardan razı olsun) vaxtında qoyulmuşdu və Müaviyə (Allah ondan razı olsun) də onlardan biri idi. Yəni Osman (Allah ondan razı olsun) xəlifə olanda artıq onlar vəzifə sahibləri idilər. Osman (Allah ondan razı olsun) şikayətləri eşidəndə həmin əmirləri cəzalandırır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!