Posted 06 March 2008 - 05:47 PM
salam aleykum
qamet muellim bu yazini shie saytindan oxudum ne derecede duzgundu? duz yaziblar bunlar bu yazilanlarin cavabi varmi? İbn Teymiyyə, sələfilərin (vəhhabilərin) çox sevdikləri, daim ehtiramla yad etdikləri bir alim olmuşdur. Vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvəhhabın da son dərəcə ifrat əqidəsi İbn Teymiyyənin fikir və ideyalarından tə`sirlənmişdir. O, “ət- Tovhid” kitabını məhz onun tə`limlərindən tə`sirlənərək yazmışdır.
661-ci hicri qəməri ilində Ərəbistan yarımadasının Hərran şəhərində dünyaya gələn İbn Teymiyyə Əbdülabbas Əhməd ibn Əbdülhəlim daim öz ifrat fikir və ideyalarınına görə tə`qib olunub. O, Allahı cisim sayır, qəbirlərin ziyarətini, təvəssül və şəfaəti haram və şirk adlandırırdı. Ümumiyyətlə, ibn Teymiyyənin əsas fikir və əqidələri bunlardan ibarətdir:
1. İslam Peyğəmbərinin (s.ə.) və digər şəxslərin qəbirlərini ziyarət etmək haramdır.
2. Bu qəbirlərin yanında Qur`an oxumaq, dua etmək, namaz qılmaq və s. haramdır.
3. Bayram və yas mərasimləri keçirmək haramdır.
4. Allahdan başqasına and içmək haram və şirkdir.
5. Allah-taala bir cismdir.
6. Yezid İmam Hüseyni (ə) qətlə yetirməkdə, Kə`bəni oda çəkməkdə, Mədinə şəhərini dağıdaraq qız-gəlinlərin namusunu üç gün öz qoşununa halal etməkdə günahkar deyil. (“Rə`sül-Hüseyn”, səh. 207; “Sualun fi Yəzid ibn Muaviyə”, səh. 16; “Minhacus-sünnə”, c. 8, səh. 238; “İqtizau siratil mustəqim”, səh. 293-296; “əl-fətva”, c. 5, səh. 192 və s.)
İbn Teymiyyənin fikir və əqidələrinə e`tiraz əlaməti olaraq, bir çox İslam alimləri, xüsusilə də sünni məzhəbli məşhur alimlər bir sıra kitablar yazmışlar. bunlardan bə`zilərinin adlarını qeyd edirik:
1. Təqiyyəddin Sübkini, “Dürrətül muziə fi rəddi əla ibn Təymiyyə”;
2. Tacəddin, “Töhvətul muxtarə fi rəddi əla münkəriz-ziyarə”;
3. Təqiyyəddin Hüsna, “Dəf`uş-şubhə”;
4. Fəxr ibn Muəllim Qureyşi, “Nəcmul muhtədi və rəcmul muqtədi”.
İbn Teymiyyə öz zamanına qədər görünməyən, heç kəsin cəsarət edib demədiyi əsassız və bid`ət qoxulu ifrat əqidəsinə görə bütün İslam alimlərinin e`tirazı ilə üzləşdi. Ən məşhur alimlər ona sərt ifadələrlə məktublar yazır, onu tənqid edirdilər. Dəfələrlə elmi mübahisələrə də`vət olunan İbn Teymiyyə, alimlərin tutarlı dəlilləri qarşısında daim məğlub olurdusa da, öz batil əqidəsindən əl çəkmirdi. O, avam və savadsızları, dini tə`limlərdən yetərincə mə`lumatı olmayanları ətrafına toplayır, öz bid`ət dolu fikirlərini onlara təbliğ edirdi. O, artıq bir çox fitnə-fəsadlara bais olurdu.
Elmi mübahisələrin, dəlil-sübutların və tövsiyələrin ona heç bir tə`siri olmadığı surətdə İslam alimləri onu zindana saldırmağı qərara aldılar. Öz batil əqidəsindən əl çəkməyən İbn Teymiyyə, nəhayət 728-ci ildə elə zindanda da öldü.
Məşhur İslam alimlərinin İbn Teymiyyə haqqında dedikləri:
1. Misirin baş qazisi Bədr ibn Cəmaət: ”Peyğəmbərin (s.ə.) ziyarəti böyük fəzilət və sünnət sayılır. Bütün alimlər bunu qəbul edir. Kim Peyğəmbərin (s.ə.) ziyarətini haram bilsə, cəzalandırılmalı və bu fikrindən əl çəkməlidir. Əks təqdirdə həbs olunmalı və xalqa tanıtdırılmalıdır ki, sadə müsəlmanlar onun ardınca getməsinlər” (Vəhhabi məzhəbi, Cə`fər Sübhani).
2. İbn Həcər Heysəmi: ”O, bir şəxsdir ki, Allah onu zəlil etdi. Onun gözü kor, qulağı kardır. O, yolunu azmışdır. Elm sahibləri də bunu təsdiqləyir” (“əl-fətavəl-hədisiyyə”).
3. Tanınmış rical və tarix alimi Zəhəbi ona məktub yazmış və bu məktubda onu tarixin mənfur adamı Həccac kimi fasid və yolunu azmış adlandırmışdır. Bu məktub “Təkmilətüs-səyfis-siqən” kitabının 190-cı səhifəsində qeyd olunub.
4. Cahiz: “Yezid fasiq və Allah yanında lə`nətlənmiş bir kəsdir. Hər kim onu müdafiə etsə, o özü də məl`undur” (“Rəsail-Cahiz”, səh. 298). (Mə`lum olduğu kimi İbn Teymiyyə onu müdafiə edirdi.)
Şəmsəddin
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə məsələləri çox oxumayın. Çünki burda yalan və böhtandan başqa bir şey yoxdur. Bu fikirlərin heç biri ibn Teymiyyənin (r.) deyil, bu fikirlər peyğəmbərin (s.a.v.) və sələflərin fikirləridir. İbn Teymiyyədə bu yolda gedənlərdən idi. Sadəcə ibn Teymiyyə (r.) yolunu azmış və zəlalətə düşmüş bütün firqələlərə rəddiyə verib, ona görə bu firqələr də ona böhtanlar yağdırmışlar. Çünki ibn Teymiyyə (r.) heç vaxt deməyib ki, Allah cismdir. Sadəcə bu müxalif firqələr sələfin mövqeyini eşidəndə onlara elə gəlir ki, biz Allaha cism kimi baxırıq, lakin bu yalandır. Biz Allahın isim və sifətləri barədə ALlahın rəsulu (s.a..v.) nə deyibsə, onu isbat edirik, təhrif etmədən, inkar etmədən, oxşatmadan və keyfiyyətini soruşmadan isbat edirik. Sadəcə onlar bu isbatı oxşatma başa düşüblər və bu da səhvdir. Cismi də sonra özlərindən çıxardıb deyiblər ki, bu cism verməkdir.
1. Burda həm haqq var, həm də batil məna. Heç də əhli sunnə qəbirləri ziyarət etməyi haram etmir. Əksinə bu faydalı əməllrədən biridir. Xüsusən də hədisdə gəldiyi kimi - axirəti yada salmaq üçün. Çünki ziyarət iki növdür: şəriətə uyğun və uyğun olmayan. İnkar edilən o ziyarıtdir ki, oranı pirə çeviriblər və orda təvaf, ondan istəmək, ona qurban kəsmək - bu cür ziyərət inkar edilir. Hətta imam Malik (r.) "peyğəmbərin (s.a.v.) qəbrini izyarət etdim" kəlməsini bəyənməyib, çünki sələf belə kəlmə işlətməyib. Çünki hədislərdə fəzilət məscidi ziyarət etmək üzərində qurulub, qəbri ziyarət etmək üzərində deyil.
2. Yenə burda haqq və batil qarışıb - çünki heç kim deməyib ki, qəbir yanında dua etmək olmaz. Sadəcə baxır necə dua edirsən. Məsələn, təbii ki qəbirdə yatandan nəsə istəsən, bu cür dua haramdır. Əgər onu vasitə qoşsan, bunun da iki növü var: əgər desən ki, ey filankəs, Allahdan mənim üçün filan şeyi istə - bu küfr və şirkdir, əgər desən ki, ya Rəbbi, bu filankəsin xatirinə məni bağışla və ya filan şeyi ver, bu isə bidətdir. Bu cür dua əlbəttə ki, olmaz. Amma qəbrin yanında dayanıb onun üçün dua edirsən, Allahdan onu bağışlamağı dua edirsən və axirəti yada salırsansa, bu cür duanı heç kim inkar etmir. Amma Quranı qəbir yanında oxumaq isə bidətdir. Çünki peyğəmbər (s.a.v.) qəbir yanında Quran oxumazdı. Namaz isə haramdır. Peyğəmbərin (s.a.v.) son sözlərindən biri belə olub ki, Allah nəsranilərə lənət etsin ki, onlar peyğəmbərlərin qəbirlərinin üstündə məscidlər tikiblər, yəni badətə çeviriblər.
Sadəcə tovhidi yaxşı bilməynlər, belə məsələlərə ciddi baxmırlar. Hansı ki, peyğəmbər (s.a.v.) Əli ibn abu Talibə (r.a.) deyir ki, get hündür qəbirləri yerlə düzəlt, yerlə bir et.
3. Yenə bu adam haqla batili qarışdırıb. Hamını çaşdırmaq istıyir. Çünki fikir versəniz, biz onlar deyənin hamısını deyirik, fərqimiz ondadır ki, nə şəriətdən kənara çıxırsa deyirik ki, bu olmaz. Biz sadəcə deyirik ki, hər şey şəriət dediyi kimi olmalıdır. Bu şübhədə də. Kim deyir ki, bayram etmək olmaz? Sadəcə islamda iki bayram var - Qurban və Ramazan bayramı. Amma ad günləri və ya kimsə ölüb, bunları qeyd etmək şəriətdə gəlməyib. Nə peyğəmbərlə (s.a..v.), nə səhabələrlə belə etmədilər. Yasın qaydasını isəşəriət bizə bildirib. Yəni insan öləndə o yuyulur, kəfənlənir, cənazı namazı qılınır və dəfn olunur. Dəfn olunanda hamı sakitcə dua edir və Allahdan onun üçün bağışlanma diləyir. O evdə ki, adam ölüb, peyğəmbər (s.a.v.) qonşulara deyərdi ki, 3-4 gün onun evinə yemək aparın, çünki orda təziyə baş verib. Amma bundan başqa nə varsa, şəriət deməyib.
4. Bunu ibn Teymiyyə (r.) deməyib, bunu peyğəmbərdən (s.a.v.) gələn hədisdə oxumuşuq: "And içəndə Allaha and işin, qeyrisinə and içən ya şirk edər ya da küfr."
5. Bu yalandır, cism sifət kimi qeyd olunmur, bunu şiələr deyir. Biz sadəcə yuxarıda qeyd etdiyimiz şərtlərlə Allahın isim və sifətlərini isbat edirik.
6. Bunlar hamısı yalan və böhtandır. Şəkk yoxdur ki, hər birimiz Qiyamət günü cavab verəcəyik, Yezid də həmçinin. Problem bundadır ki, bunlara deyəndə ki, filan kitabda var, heç vaxt gedib kitaba baxmırlar. Bizim saytın ana səhifəsində ibn Teymiyyənin Yezid barəsində dediklərini qoymuşuq. Hüseyni (r.a.) öldürənlər Kufəlilər idi, onu dəstək verməyə çağıranlar.
7. Belə üslüb da düzgün deyil. Məlumdur ki, sufilər, əşarilər, mötəzilər ibn Teymiyyəni xoşlamırdılar. Müxaliflərdən hər bri alim üçün belə sözlər var. Həmçinin alimlər var ki, ibn Teymiyyəni tərifləyiblər. Yəni haqq bu üslubla tapılmır.
8. Bunu ancaq savadsız deyə bilər. O kitablar bu günə kimi gəlib çatıb və ibn Teymiyyə bunların hamısını cavablandırıb. Sadəcə bu şübhədir və ibn Teymiyyə (r.) İslama yeni heç nə gətirməyib, o sələfin davamçılarından biri olub.
9. Bəli, zindana salırdılar, çünki xəlifənin ətrafında mötəzilər toplaşmışdı, onlarda ibn Teymiyyə (r.) ilə elmi mübahisə edə bilməyəndə onu zindana atırdılar. Burda nə var ki?
10. Bunlar hamısı sufilərdir, hansıları ki, ibn Teymiyyə (r.) elmlə rədd edirdi. Hər bir alim üçün ona müxalif olanlardan sitatlar gətirmək olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Həyat ALLAH’ın sənə ən böyük hədiyyəsidi.. Xoşbəxtlik də onun ən maraqlı hissəsi.. Xoşbəxtlik hər şeyin yolunda getməsi demək deyil xoşbəxtlik yolunda getməyənlərdən başqa ətrafında baş verənləri də görə bilməkdir.. Xoşbəxtlik sevgilisi üçün darıxan qızın pəncərənin qabağında bütün gecəni yağışa baxaraq göz yaşı axıtması qədər təbii olmalıdı axı.. Xoşbəxtlik sevgidir bəlkə.. Bəzən ən yaxın və isti bəzən ən uzaq ve soyuq hiss.. Sevgi.. insanı həm dünyanın ən xoşbəxt insanı edir, həm də ən bədbəxt... Ya da yaşamaq istəyini əlindən alan sevgi.. Sevgi və xoşbəxtliyin harmoniyasını axtarmaq lazım deyil.. Əldə etmək üçün də heçnə etmə.. O özü səni tapacax.. Həyatı öz axarına burax.. Əgər suların səviyyəsi yüksəkdirsə balıqlar qurdları yeyir.. Suların səviyyəsi azaldıqda isə qurdlar quruda qalan balıqları yeyir.. Bugünkü gücsüzlüyünə görə ALLAH'dan ümidini üzmə.. çünki "suyun axışını" O müəyyən edir.. Əgər hələ də həyatında dəyişiklik etməyə qorxursansa sən dünyadakı ən gücsüz canlısan.. Sənə öyrədilənləri unut.. İnsanlar onlara deyilənlərlə yox öz əziyyətləri ilə öyrənirlər.. Güclü ol.. Sənin şüurun var.. Xoşbəxtlik sənin bir addımlığındadır.. Dünən atmadınsa o addımı ümidini üzmə.. Çünki ALLAH bugünü sənə yeni bir şans olaraq verdi.. Sabah ? Bəlkə sabah olmadı heç.. Bir də fikirləş dostum! Qatar yollarında oturub gatarın gəlməsini gözləmisən heç ? Küçədən keçən hər hansı bir insanın arxasınca düşüb bütün gün izləmisən heç onu ? Həyatda ən nifrət elədiyin adamın üzünə qışqırıb ürəkdən bir dənə şillə vurub nifrətini bildirmisən heç ona ? Axrıncı dəfə ananın əlindən öpüb ona olan sevgini nə vaxt demisən? Axrıncı dəfə sevgilinə bir gül alıb onu sözlə başa sala bilməyəcəyin qədər çox sevdiyini nə vaxt demisən bəs hə? Bəlkə elə bugün başlayasan.. Yox bugün gecdi.. elə indi