Posted 10 February 2015 - 04:18 PM
Salam aleykum,
Aşağıdakını facebook profilində Əkrəm Həsənov yazıb. Yəqin siz də bu deyilənlərlə razılaşırsınız, hə?
Bu qədər olduğunu da təsəvvür etmirdim açığı....
Qardaşlar, mən sadəcə pis olduğum üşün, haqsızlıqlar gördüyüm üçün bunu paylaşmağa məcbur oluram. Bu Əlixan Musayevi hamı tanıyır. Bir vaxtlar müsəlmanları cihada sövq etdi, daha sonra facebookda başqa profillər açıb cihadı təbliğ etdi, bəzi insanlara cihadın vacibliyini bildirib daha sonra öz həqiqi simasını gizlətdi. Bir neçə müsəlmanların türməyə getməsinə səbəb oldu. Müxtəlif kitabları nəşr etdirərək, müxtəlif şirkətlərlə, pullu, imkanlı şəxslərlə əlaqə yaradandan sonra indi də digər Mədinə tələbələrinə iftira atmağa başlayır. Mən heç kimin tərəfin saxlamıram. Sadəcə deyəcyim budur ki, həmişə çalışın kimsə gözəl danışır deyə, sizə Quran ayələri, hədislər iqtibas gətirir deyə, alimlərin adını əzbərləyib onlardan iqtibas gətirir deyə ona inanmayın. Müsəlmanların çoxu məsələn, elm əhli adlandırılan Mədinədə təhsil alan tələbələrin arasında olan mübahisələrə fikir vermək istəmirlər. Amma müsəlmanlar da artıq bilməlidirlər ki, elə Mədinə tələbəsi var ki, (Əlixan kimi) 100-dən çox gizli profillər açaraq özünü müdafiə edirlər. Bir profili ilə Əlixanın cihaddan uzaq olduğunu bəyan edir Əlixan özü, başqa profili ilə Əlixan özü avamları cihada dəvət edir. Deməli bu məsələdə ehtiyatı olmağı, kimə inanacağınızı özünüz müəyyən etməlisiz. Hər özünü təmizə çıxaran təmiz olmur, digər elm sahibləri onu necə tanıyırlar, camaat onun haqqında nə deyir əsas buna fikir vermək daha vacibdir.
Sizə dəlil olsun deyə bəzi insanların onun haqqında dediklərini yazmaq istəyirəm. Məsələn biri yazıb ki, mənim Əlixana böyük simpatiyam var idi. Həmişə onun dərslərində oturardım. Həmişə onunla gəzərdim. Məsciddə, dərslərdə həmişə onunla olardım. Bir il bundan əvvəl münaqişə düşdü, mübahislər başladı, bir il bundan əvvəl ilahiyyat məscidində bir qardaş bir qardaşı bıçaqladı. Əlixanın üstündə, mən baxdım ki, Əlixan fitnəkar adamdır və mən ondan ayrıldım.
Bu fitnələrin təməlini də Əlixan özü qoymuşdu. Hətta Əlixan özü flaşkasında digər elm tələbələri haqqında, xüsusi ilə Yaşar Qurbanov haqqında müxtəlif iddihamlar səsləndirmiş, onun yəhudi vətəndaşı olduğunu iftira atmışdı. Məqsədi də bu idi ki, insanları, müsəlmanları özünə tərəf dəvət etsin. Daha sonra mən Əlixandan uzaqlaşdım və gördüm ki, onun dedikləri yalandan başqa heç nə deyilmiş.
Deməli, bu məsələdə camaatın çoxu deyir ki, bu problem elm əhli arasında olan problemdir və biz qarışmırıq, bəziləri cihadı dəstəkləyən Əlixana aldanırlar, bəziləri də həqiqəti olduğu kimi bilmirlər. Bu səbəblə hər özü özünü təmizə çıxaranlara aldanmayın
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yazılanlar düzdür. O adamda daim problem olub. Nəinki dini cəhətdən, həmçinin də insan kimi. Görsənir ki, adamın psixoloji problemləri var. Bu adama və kim bunun ətrafındadırsa, onlara qulaq asmayın. Çünki bunların əqidələri məlum deyil, mənhəcləri aydın deyil. Bunlar hizbçilərə daha yaxındır. Özünüzdə fikir verirsiniz ki, hizbçilərin üslublarından nədir? Xüsusi görünüşdə başqa şey danışırlar, camaatla görüşdə başqa şey. Məsələn, bu təklikdə deyir ki, hardasa nəsə var. Amma camaat arasında deyir ki, yoxdur camaat. Ona deyəndə ki, niyə belə deyirsən? Deyir ki, qorxdum, orada bir nəfər var idi ondan şübhələnib belə dedim. Belə adamdan elm götürməzlər. Yazılanlar düzdür. Azərbaycanda hizbçilər ixvanların varisləridir. Ona görə bu və onun ətrafında olanlardan elm götürməyin. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!