Jump to content


Photo

01 декабря 2015 года


  • This topic is locked This topic is locked
67 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 01 November 2015 - 11:29 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, dekabrın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го декабря можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 Guest

Guest
  • Guests

Posted 01 November 2015 - 12:18 PM

Салам Алейкум

Давай я тебя так спрошу где в Коране сказанно , что поясной и земной поклон надо читать на арабском? Где вы Коране сказанно , что Аррабский язык надо выделять или делать его неким свящённым ? могу привести доводы как хадиситы выделяют арабский язык и говорят он связённый язык Я привел из Корана суру и там говориться отом что только Коран в молитве надо читать на арабском, а насчёт поясного и земного поклона не сказанно

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu sualı sənə vermək lazımdır ki, Quranda harada yazılıb ki, namazı öz dilində qılmalısan? Sən bunu məndən soruşma. Bunu nə üçün səndən soruşuram? İslam tarixi 14 əsrdir. İndiyənəcən hamı bu namazı bir dildə qılıb. Oda ərəbcə. Çünki yeganə dildir ki, bir dildir. Amma başqa dillərə fakt budur ki, tərcümə edəndə bir neçə tərcümə olur. Hansı tərcümənin üstün olmasını demək isə mümkün deyil. Amma ərəb dili isə bir dənədir. Oda original, Allahın kəlamı necə gəlibsə, elə. Ona görə mən bu originalı qırağı qoyub, gedib kiminsə, yəni Allahın kəlamını qırağı qoyub, necə Allah deyibsə, bunu qırağı qoyub, gedib hansısa perevodçikin (o, perevidçik bilinmir müsəlmandır ya yox). Hətta müsəlman olsa kimdir bu, necə tərcümə edib. Bu məgər düz olarmı? Hansı əfzəldir? Əlbəttə necə Allah Təalə deyibsə, o. Ona görə 14 əsrdir müsəlmanların hamısı belə qılır. Taa məğribdən məşriqəcan. Amma siz deyirsiniz ki, öz dilinizdə qılın. Bu Quranın harasında yazılıb? Elə şey yoxdur axı. Siz nə üçün özünüzə problem edirsiniz? Fəlsəfə danışırsınız və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 Guest

Guest
  • Guests

Posted 01 November 2015 - 12:35 PM

Салам Алейкум

Аллах в Коране говорит надо следовать только Корану и не нужно следовать Хадисам

Аллах Свят Он и Велик говорит в Коране Суре 45 аяте 6 ЭТО — ЗНАМЕНИЯ АЯТЫ АЛЛАХА, МЫ ЧИТАЕМ ТЕБЕ ИХ ИСТИННО. В КАКОЙ ЖЕ ХАДИС ПОСЛЕ АЛЛАХА И ЕГО ЗНАМЕНИЙ АЯТОВ ОНИ УВЕРУЮТ?! (сура 45:аят 6)

В КАКОЙ ЖЕ ХАДИС ПОСЛЕ ЭТОГО ВЫ УВЕРУЕТЕ? (сура 77:аят 50)

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz ayə gətirirsiniz, orada nədir nədir "hədis" sözü keçir. Dərhal deyirsiniz ki, Peyğəmbərin sözlərinə aiddir. Siz özünüz də fikirləşin. Allah deyir ki, Qurana inan, Peyğəmbər nə deyir ona inanma. Əgər O deyirsə ki, peyğəmbərə inanma. Onda necə olur ki, Onunla danışır, Quranda onu vəsf edir ki, o, sadiqdir, o havadan danışmaz, kim ona tabe olsa artıq o hidayət olunub, hamımıza ona tabe olmağı əmr edib və s. Allah Təalə ağıl verib bizə. Özünüz düşünün də. O biri yandan deyir ki, nədir nədir hədis sözü keçir. Hədis yəni onun sözünə inanmayın?! Siz ziddiyyatdasınız. Burada hədis, yəni Allah Təalə deyir ki, kim bu Quranı qoyub başqa söhbətə getsə, bu Qurana inanmasan nəyə inanacaqsan? Kimə inanacaqsan? Bu da kafirlərə gedir. Yəni onlar ayəni qəbul etmirdilər. Burada hədis hər bir adamın sözündən gedir. Peyğəmbərin hədislərinə aid deyil. Yəni siz ən salamatı belə məsələlərə girişməyin. Bunlar sizlik deyil. Siz cahilsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#4 Guest

Guest
  • Guests

Posted 03 November 2015 - 12:55 PM

Salam Aleykuma.

Vaxtinizi ayirib suallara cavab verdiyinuze gore Allah sizden razi olsun.

1. Destemaz alanda, meselen aqiz yaxalamaq ve ya uz yumaq, mutleq hammisi 3 defe olmalidir yoxsa bir defe de olar? Ve ya bir meselen aqizi 2 defe, uzu 3 defe, burunu 1 defe yuya bilerem?
2. Namaz xalchami evdeki xalchanin ustune qoyuram, ve yer chox yumushaq olur, yani namaz qildiqim yer chox yumshaq olur, bunun problemi var?
3. Hansisa inasin gelbinim chirk olduqunu bilerek, bilerekden ona demek olar ki "Allah senin ureyince versin", bunu deyende eslinde belke de bunu qarqish kimi deyirsen, altdan ona soz salirsan. Bele etmek gunahdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Ola bilər. Əsas odur ki, o əza tam yuyulsun. Əgər o 1 dəfə ilə, 2 dəfə ilə yuyulacaqsa, 3 dəfə yumaq şərt, vacib deyil. Üzü 3 dəfə, ağzı 2 dəfə, burnu 1 dəfə ilə kifayətlənmək də olar.
2) Ehtiyac olsa edin. Ehtiyac yoxdursa, buna adət etmək lazım deyil.
3) Qəlbi bilmək bir az çətindir. Amma demək olar. "Allah sənin istəyincə versin" və s. Burada bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Guest

Guest
  • Guests

Posted 03 November 2015 - 04:59 PM

salam eleykum sheyx ,

bu xeber dogrudurmu ? http://veteninfo.az/...a/#.VjivGtLhDDd

salam eleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Xəbərin doğru olub-olmadığını deyə bilmərəm. Ancaq belə adamlardan uzaq dayanın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Guest

Guest
  • Guests

Posted 03 November 2015 - 08:43 PM

Salam aleykum və rahmətullah! Şeyx siz yazdınız ki, bu cür şiddətli dərəcədə aşiq olmaq düzgün deyil. Amma mənim əlimdən gəlmir. O mənə qismət olmasa da mən onu dəli kimi sevirəm. Yəni inanın, mən bəlkə də onu tez unuda bilərəm, ən azından əzablarım xəfifləyər. Və lakin mən onu hər gün görürəm. Yəni universitetdə hər gün onu görməyə məcburam. Bu da məni lap çökdürür. Qardaşım, hamı danışıb-gülən mamentlərdə mən bir kənara çəkilib qəm dəryasına batıram. Mən belə deyildim. Həyatımda heç nəyə həvəsim qalmayıb. Yəni şeyx, bu Allahın mənə göndərdiyi böyük bir imtahandır. Onu hər gün gördükcə yaralarım təzələndiyinə görə mən bu eşq xəstəliyindən yaxa qurtara bilmirəm. Bir əlac yoxdur mu buna? Dinimiz o qədər möhtəşəm və qüsursuzdur ki, hər şeyə çatır. Ola bilməz ki, mənə bir əlac olmasın. Mənim əlacım nədir? Sadəcə səbrdir mi? Allah rızası üçün mənə əməlli-başlı əliniz açıb dua eliyin. Yəni "Allah sənə kömək olsun" kimi deyil də, daha gözəl dua ilə mənim üçün dua edin ki, bəlkə Allah məni bu müsibətdən qurtara.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər halda ehtiyatlı olun. Çalışın ki, bu sizi ibadətdən uzaqlaşdırmasın, günahlara aparmasın. Belə şeylərə çox bağlanmaq düzgün deyil. Bunlar təhlükəli addımlardır. Həmçinin də o, sizin üçün naməhrəmdir. Bu dərəcə də düzgün deyil, olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 Rshad

Rshad
  • Guests

Posted 03 November 2015 - 09:55 PM

Salam Aleykum Weyx. Olarmi cahil menden borc pul alir ve o pula siqaret alir, men bildiyin halda ki o pulu harama xarclayacaq,ona bu yonden borc vere bilerem? bes yodun terkibinde spirt var yodu ele cekib namaza durmag olarmi? Allah razi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər dəqiq bilirsinizsə, verməyin. Harama kömək etməyin. Harama kömək etmək olmaz.
2) Olar, bir şey yoxdur. Yəni o qadağan deyil. Spirt olsa da, o maye ilə qarışıb. O nə dəstəmazı pozur, nə də namaza təsiri yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Bezo

Bezo
  • Guests

Posted 04 November 2015 - 02:06 PM

Əssələu aleykum va rahmətulla

Qamət qardaş sizdən Qərib nikli qardaş Abu Yunus Vadavi(suriyalı Pərviz) haqqında soruşmuşdu. siz onu tanımadığınızı bildirdiniz. O bidətçinin biridir. Ona qulaq asan ya onu tanımir yada onun kimi azmışın biridir. Qardaşların başını xarab edən təkfirçilərdən də biridə odur. Allah onu islah etsin. Buyurun baxın buradan onun kim olduğunu görəcəksiniz Qamət qardaş. Allah bizi dinimizdə sabit etsin.Əmin!

Əssələu aleykum va rahmətulla

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yaxşı ki, bu qısa danışır. Belə azmış, məlum olmayan adamlara qulaq asmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Guest

Guest
  • Guests

Posted 04 November 2015 - 07:26 PM

Salam aleykum.
1)kişinin və ya qadının hər hansı bir yolla iki qaşı ARASINDAKI tükləri azaltması və ya tamamilə götürməsi caizdir mi?
2)həmçinin kişinin və ya qadının qaşın özünü istənilən yolla azaltması və ya üstündən götürülməsi caizdir?
3) bəs bu eybəcərlik verirsə necə?
4) və ya ərin zövcəsindən yaxud zövcənin ərdən soyumasına səbəb olursa necə? - bu barədə güzəşt olunmur?
Allah azzə və cəllə razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Qaşın arasında olan tükləri götürməyin bir az şərhi var. Bəzi alimlər o yeri qaşdan görüb qadağan ediblər, amma bəzi alimlər qaşdan görmürlər. Hər halda əgər eybəcər şəkildədirsə, qısalda bilərsiniz.
2-3-4) Təbii ki, qaşı dartmaq olmaz. Amma uzun tükləri əgər eybəcər görsənirsə, qayçı ilə qısalda bilər. Əgər bu problemlərə gətirib çıxarsa, eybəcər şəkildədirsə, biri o yandan, biri bu yandan çıxıbsa, qayçı ilə qısalda bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 Guest

Guest
  • Guests

Posted 04 November 2015 - 08:32 PM

Əssələmu aleykum və rahmətullah!
1) Şeyx, Adil və Əlixan qardaş haqqında indiki mövqeyinizi bilmək istərdim.
2) Adil qardaşı müdaifə edən və ixlasla.com-dan faydalanmağımızı bizə tövsiyə edən bu qədər elm tələbəsi haqqındakı mövqeyinizi bilmək istərdim.
3) Və bir də qardaş onsuz da bilirsiniz. Sadəcə sizə xatırladım. Tələbələr arasındakı bu cür fitnələr dəvəti qırıb-dağıdır. Başımızı aşağı salıb əmin-amanlıqla, rahat bir şəkildə dəvət aparıb yaşayaq. Bu fitnələr əl çəkmir bizdən. Allaha həmd olsun. Siz özünüz məndən yaxşı bilirsiniz, ancaq yığışın, söhbət eliyin, bitirin bu məsələləri. Əssələmu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) O ki qaldı Musayev, o, aydındır. Onu nəinki mən, Adil özü də, hamısı deyib. Adil isə bəzi şeylərdə aydın deyil. Ona görə o, hələ aydınlıq gətirməyincə, sual işarəsi onun üzərində qalacaq.
2) Ümumiyyətlə, danışan tələbələrin çoxusu nə var, nə yox bunu bilmirlər. Ona görə onlar başqa cəhətdən yanaşırlar. Yəni xeyir cəhətdən. O birisi cəhəti fikirləşmirlər. Ona da səbəb odur ki, nə var, nə yox bunu bilmirlər. Ona görə. İnana da bilmirlər. Sadəcə problem budur ki, onların heç biri gəlib oturub deməyiblər ki, Qamət niyə belə deyirsən? Onda haqq onlara aydın olar. Sadəcə indi qıraqdan danışırlar. Ola bilər onlar öz bildiklərini deyirlər. Ona görə. Mən ona suçlamıram. Sadəcə dəqiqləşdirsəydilər, onda daha düzgün olardı. Onda adillik olardı.
3) Dəvət dağılmır. Bizdə dəvət şəxsə bağlı deyil ki, dağılsın. Dəvət əksinə təmizlənir və güclənir. Dəvət daha da qaydalar üzrə möhkəmlənir. Amma demək ki, dəvət dağılır. Bu səhv fikirdir. Kiməsə elə gəlirsə, o səhv fikirdir. Əksinə dəvət dəqiqləşdirilir, möhkəmləndirilir və daha konkretləşdirilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 Guest

Guest
  • Guests

Posted 04 November 2015 - 09:40 PM

Assalamu aleykum sheyx..
1)8 ildir aileliyem...uwaq olmur Alhamdulillah..mualiceler de etmiwem..olmuyub...dua da edirem,udl hind de icmiwem,Zekeriyye peygemberin duasini da edirem demek olar ki her namazda...ama olmur Alhamdulillah...men duani davam edim yoxsa daha o haqda dua etmiyim?belke ele bu xeyirlidi?erime deyirem gel biryerde her gun dua edek.deyir bu haqda duwunmekden yorulmuwam..redki dua edir bu haqda...ama ikinci arvad almaqi ise ozune beraet bilir..uwaqa gore aliram deyir..haqqimdi deyir..qardash, erim deyir ikinci arvad alacam..daim evde dava dalaw olur..evvel daha cox olurdu.hetta 1 talaq wansimiz qalib.soz sohbetimiz yalniz arvad meselesine gore olmurdu..axir bir nece ildi o haqda soz sohbet olur daha cox..evvel meni doyurdu..indi ikinci arvad alacaq deye uje kiwi doymeyen kiwi olub...artiq nece ildi menim psixikami korluyur bu haqda daniwmaqla...men Allahin yazdiqina qarwi cixa bilmerem..ama urekde istemirem bunu...her defe desem de ki baqla daniwma bu haqda her defe acir sohbeti..deyir sen meni sevsen ozun taparsan ne bilim ne...bu ne derecede doqrudu?exi hec kim qarantiya vermiyib ki bu evlense uwaq olacaq.Allah bilir..birden bele bir wey olarsa menim veziyyetimi duwunun...siz ne meslehet gorerdiz..nece addim atilmalidi bu veziyyetde?
2)qadin erinin ikinci arvadina nifret edirse gunah qazanirmi?
Va aleykum salam va rahmatullah

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, davam elə. Həkimə get, müalicə olun, özündə duaya davam elə.
2) Nifrət o dərəcə yox. Sadəcə bəli, xoşuna gəlməyə bilər. Amma bu şiddətli olmasın, bu məsələ şişirdilməsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#12 Guest

Guest
  • Guests

Posted 04 November 2015 - 11:17 PM

Цитата
Salam aleykum. Menim qohumum epilyasiya yerinde ishleyir deyir ki, gel sene pulsuz edim. Men gedib pulsuz etdire bilerem? Yani klinikaya pul odemeyecem de bele olarsa.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, haram deyil. Əgər klinika onundursa, əgər problem olmayacaqsa, gedə bilərsən. Əgər məsələn qoltuqaltı tüklərini götürmək üçün.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Salam aleykum. Xeyr klinika onun deyil, adi epilyasiya eden ishchidir. Onun meni pulsuz epilyasiya etmeyini rehberlik bilmeyecek. Bele etmek olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qoltuqaltını edə bilər. Amma övrət yerini yox. Çünki övrət yerini görmək olmaz axı.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 Anonim

Anonim
  • Guests

Posted 05 November 2015 - 08:17 AM

Цитата (Guest @ 03 Nov 2015, 20:43)
Salam aleykum və rahmətullah! Şeyx siz yazdınız ki, bu cür şiddətli dərəcədə aşiq olmaq düzgün deyil. Amma mənim əlimdən gəlmir. O mənə qismət olmasa da mən onu dəli kimi sevirəm. Yəni inanın, mən bəlkə də onu tez unuda bilərəm, ən azından əzablarım xəfifləyər. Və lakin mən onu hər gün görürəm. Yəni universitetdə hər gün onu görməyə məcburam. Bu da məni lap çökdürür. Qardaşım, hamı danışıb-gülən mamentlərdə mən bir kənara çəkilib qəm dəryasına batıram. Mən belə deyildim. Həyatımda heç nəyə həvəsim qalmayıb. Yəni şeyx, bu Allahın mənə göndərdiyi böyük bir imtahandır. Onu hər gün gördükcə yaralarım təzələndiyinə görə mən bu eşq xəstəliyindən yaxa qurtara bilmirəm. Bir əlac yoxdur mu buna?  Dinimiz o qədər möhtəşəm və qüsursuzdur ki, hər şeyə çatır. Ola bilməz ki, mənə bir əlac olmasın. Mənim əlacım nədir?  Sadəcə səbrdir mi? Allah rızası üçün mənə əməlli-başlı əliniz açıb dua eliyin. Yəni "Allah sənə kömək olsun" kimi deyil də, daha gözəl dua ilə mənim üçün dua edin ki, bəlkə Allah məni bu müsibətdən qurtara.

Əssələmu aleykum və rahmətullahi və bərəkətuh! Şeyx, izninizlə:

Təbii ki, in şə Allah, Şeyxin cavabı daha faydalı olar.

Bu sualı verən qardaşa demək istəyirəm ki, mən də bu xəstəliyi dadmışam, necə şiddətli olduğunu bilirəm, lakin bu xəstəliyi ciddi şəkildə zəiflədə bilmişəm, əlhəmdulilləh. İn şə Allah tezliklə tam qurtularam. Bunun öhdəsindən necə gəldiyimi paylaşmaq istədim, bəlkə faydalı olar.

Eşq xəstəliyindən qurtulmasaq, bu bizim həm dünyamızı, həm də Axirətimizi məhv edə bilər. Eşqin şiddətli halında olarkən ən birinci Allaha çoxlu dua etdim. Dua etdim ki, mənə yardım etsin, qəlbimdən bunu çıxarsın, qəlbimi təmizləsin, çünki Allah bizim qəlbimizdə olanı bilir və orda olanları çıxarmağa qadirdir. Sonra isə eyni zamanda bacardığım qədər çoxlu zikr etdim və dinə çox vaxt ayırdım, Quran oxudum, qəlb xəstəlikləri, qəlb əməlləri, ixlas haqqında qardaşların dərslərinə qulaq asdım və s. Həmçinin, bacardığım qədər bu eşq haqqında düşünməməyə çalışdım və başqa şeylərlə özümü daim məşğul etdim. Allaha sonsuz həmd-sənalar olsun ki, bir neçə günün içində bu xəstəliyi ciddi şəkildə zəiflədə bildim, artıq demək olar ki, rahatam.

Yəni müvəffəq edən Allahdır. Ən birinci Allaha yalvararaq dua etmək lazımdır ki, Allah bizə yardım etsin, sonra səbəblərdən tutmaq lazımdır. Qardaşa da eyni şeyləri etməyi tövsiyə edirəm. İn şə Allah faydalı olar. Əgər nəyisə düzgün etmədimsə, haqqınızı halal edin, qardaşlar. Allah hamımıza kömək olsun, bizi qəlb xəstəliklərindən qorusun!

Əssələmu aleykum və rahmətullahi və bərəkətuh!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulillah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Guest

Guest
  • Guests

Posted 06 November 2015 - 01:32 PM

Salam Aleykuma

Sheyx, siz coraba mesh chekmekle baqli sualima cavab verdiniz. Allah razi olsun. Menim suallarim yaranir, ne derecede duzgundur mesh chekmek, bele baxanda insan herden erinir ayaqinida yusun yada ki soqyuq olur, ele mesh chekib namazimi qila bilerem, sadece vicdanim izin vermir. Bu harda yazilib ne delili var bunun? Eger fikirleshsek ki corab ayadan chixmayib, demeli ayaq temiz qalib, ve yumaqa ehtiyac yoxdur, bununla raziyam. Onda niye men uzun qol kohnek geyinim qollarini qaldirmayim, destemaz alanda ise qoluma mesh cheke bilmeyim? Niye onda uzun qol bir paltar, qolumuz achilmasa bele mesh chekmirik qolumuza?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Coraba məsh sabitdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədislərdə gəlib ki, həm corabın, həm də xofun üzərinə məsh çəkərdi. Həmçinin coraba məsh neçə səhabədən gəlib ki, məsh çəkiblər. Ona görə həmçinin alimlərin çoxusu da bunu caiz görüblər. Qaldı ki, qol elədirsə, belədirsə, məsh çəkməyə, elə müqayisə düzgün deyil. Bizdə tabeçilik şəriət nə deyibsə, o həddə olmalıdır. Şəriət icazə verib və səhihdir. Əsas odur ki, bu səhihdir. Səhihdirsə, olar. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 Guest

Guest
  • Guests

Posted 07 November 2015 - 11:03 AM

Salam Aleykuma.
1. Xala qizi ile evlenmeye icaze var sheriyetde? Eger varsa, Quranda yazilibmi bu barede nese? Bes ushaqin xeste doqulmaqinin riskini artirmaqi nece? Xala qiziyla evlenmeye icaze varsa hansi sebebden olan amma bibi qizi ile olmaz?
2. Umymiyyetle, kishi uchun mehrem sayilan qadinlar kimlerdi hansi qohumlardi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Evlənmək olar. Çünki bu barədə qadağa gəlməyib. Xalaqızıdı, əmiqızıdı, bibiqızıdır.. Heç bir qadağa gəlməyib. Ancaq uşaqların elə xəstə olmasını tibbdə sübut edib ki, heç bununla bağlı deyil.
2) Kişi üçün məhrəm sayılanlar, hansı ki, onlarla evlənə bilməz. Onlardır.
“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Nisa, 23).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 Rafiq

Rafiq
  • Guests

Posted 07 November 2015 - 11:41 AM

Salam aleykum qardaw .
1-insan meselcun 25 yawinda ibadete qelir,onun evelki butun gunahlari bagiwtanilir?bide hemin erefede elediyi yaxwi emeler bes nece olur?yoxsa herwey aq vereqden bawlayir?!
Allah sizden razi olsun ,Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, əvvəlki savab işləri yazılır. Əgər tövbədə sadiq olsa, Allah Təalə o günahlarını bağışlayır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 Guest

Guest
  • Guests

Posted 07 November 2015 - 01:33 PM

Salam Aleykuma

Son vaxtlar chox sual yaziram, problem yoxdursa haqqinizi halal edin.
Ele olur ki yaziram, sonra bashqa suak yaranir 1-2 saat sonra yene yaziram.

1. Men her namazdan sonra demek olar ki Allaha dua edirem, meselen saqlamliq ruzi bereket, ya nese istemek ve s. Kimi sheyler. Bunu namazdan sonra etmek olar?
2. Secdeye gedende Allahdan nese istemek olar oz dilinde? Eger olarsa Subhana Rabbiyal Ala 3 defe dedikden sonra oz dilimde dua ede bilerem? Yoxsa bunu dememishdin evvel?
3. Teshehudlerde dua etmek olar oz dilimde? Eger olarsa hansi ruketde nece ne qeder ve s? Imkan varsa etrafli aydinliq getirin bu meseleye, chunki sualdan sual chixir. Eger icaze varsa, onda ele chixir ki quran surelerininereb dilinde oxuyandan sonra men Azerbaycan ya rus dilinde istediyim dualarimi ede bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Xeyr, siz bunu elə namazın içində edin. Təşəhhüdün sonunda, səcdədə və ya namazdan qabaq azan və iqamə arasında. Amma namazdan sonra yox. Çünki gəlməyib ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) namazdan sonra dua edərdi.
2) Bəli, səcdədə öz dilində “Subhənə Rabiyəl Ələ”dən sonra dua edə bilərsən.
3) Hansı səcdədə və hansı təşəhhüddə dua etmək istəsən olar. Biz bu məsələdə şəriət nə deyibsə, o həddə etməliyik. Məsələn, şəriət səcdədə dua etməyə icazə verib. Amma qaldı ki, Qurandan sonra dua etməyə. O barədə gəlməyib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 Guest

Guest
  • Guests

Posted 08 November 2015 - 12:56 PM

Salam aleykum. Men ozum ancaq halal sasiska kolbasa yeyirem, eve de elesi alinir. Olar ki, namaz qilmayan, halal olub olmamasina baxmayana halal olmayanindan alim? Men yemeyecem, amma eve ala bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, siz alırsınızsa, heç olmasa belə abhavada halala üstünlük verin. Halal alın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 Guest

Guest
  • Guests

Posted 08 November 2015 - 06:39 PM

Salam aleykum. Dovshan eti yemek haramdi? Umumiyyetle hansi chol heyvani haramdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Dovşan əti yemək halaldır. Onun haram olmağına heç bir dəlil yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 Guest

Guest
  • Guests

Posted 08 November 2015 - 09:50 PM

Salam aleykum. Baciyam uzr isteyirem suallarima gore.
1) Goz zinasi etmek haramdi? (Video, shekil ve s)
2) istimna etmek namehremle cinsi munasibetde olmaq qeder haramdi ve gunahdi? Chunki hissler oyanarsa ne qeder chekinsen de tovbe etsen de qachilmaz olur.
3) bir baciya nese olub ve qorxub ki, bekaret perdesi zedelener ve guzgu ile bir neche defe baxib ki belke nese gore biler. Bashqasi da ona deyib ki guzgu ile ora baxmaq olmaz gunahdi. Duz deyir? Gunahi var guzgu ile baxmagin?
4) baciyam aile qurmamisham qadin xesteliyim de var ere getmeliyem. Ancaq qismetim achilmir. Mene deyirler ki, senin yolunu baglayibpar belke. Get achdir. Adam taniyirlar, deyilene gore baxici ve cadu eden deyil ancaq xeyirli ishler gorur. Deyirler get onun yanina bagliligin varsa achsin. Gede bilerem ele adamin yanina? Allaha da o qederdua edirem ki. Bilmirem ne edim artiq. Mene yol gosterin.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əlbəttə qadınlara video, jurnal və s. şeylərə baxmaq göz zinasıdır.
2) Bəli, istimna etmək günahdır.
3) Fərqi yoxdur, güzgü ilə güzgüsüz və s. Hamısı günahdır. Belə hallarda ibadəti möhkəmləndirmək lazımdır, şəhvət çoxdursa oruc tutmaq lazımdır. Amma bu üslublar düzgün deyil.
4) Ərə gedə bilmirsənsə, o demək deyil dərhal cadudur. Hər kəsin öz vaxtı var. Cadugarın yanına getmək lazım deyil. Lap ərə getsənizdə, getməsənizdə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#21 Guest

Guest
  • Guests

Posted 08 November 2015 - 11:18 PM

Салам Алейкум

Вот ещё доказательства из Книги Аллаха о дозволенности читать молитву-салят на своём родном языке так Аллах Свят Он и Велик говорит в Коране суре 24 аяте 41 Разве ты не видишь, что Аллаха славят, кто в небесах, на земле и птицы, летящие рядами? Всякий знает свою молитву и восхваление. Аллах знает о том, что они делают! (Сура 24:аят 41)

Этот Сура Корана показывает , что истина может восприниматься на родном языке и молитва воспроизводится так же. Ведь предполагать, что все творение говорят на одном, а тем более на арабском, языке было бы неразумно.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən qəribəsən. Deyirsən ki, namaz öz dilində olmalıdır. Dəlil olaraq gətirmisən ki, Nur surəsi 41-ci ayəni. Bu nədir ki? Bu ayə dəlildir ki, namaz öz dilində olmalıdır? Sənin üçün açıq-aydın heç nə yoxdur. Sadəcə gətirirsən quşlarda danışacaq, nə bilim quşlarda, heyvanlarda Allahı zikr edirlər. Bu dəlildir ki, hər kəs namazı öz dilində qılmalıdır. Gülməli şeylər danışma da. Sən yazırsan. Mən bəzilərini heç qoymuram. Çünki: Birincisi, çox yazırsan. İkinci, ayələri öz havana görə istifadə edirsən. Məsələn, adi bu suala bax. Ayə gətirmisən. Orda deyilir ki, heyvanlarda Allahı zikr edir. Bu dəlildir ki, hər kəs öz dilində Allaha dua etməlidir. Bu məsələ sənlik deyil. Get başqa işlərlə məşğul ol. Belə məsələlərə girişmə. Mən sənə məsləhət edirəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 Guest

Guest
  • Guests

Posted 09 November 2015 - 12:10 PM

Салам Алейкум

Вот ещё доказателствы из Корана о том , что надо следовать только Корану , а другим источникам к примеру хадису который по мнению хадиситов дополняет Коран не нужно следовать Коран не нужно дополнять потому что Аллах Свят Он Велик говорит в Коране суре 6 аяте 114 Неужели я буду искать иной источник закона, кроме Аллаха, когда Он ниспослал вам эту книгу Коран вполне подробной( сура 6 аят 114)

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yenə adamı təəccübləndirirsən. Buradan görsənir ki, sən cahilsən. Bəzi yerlərdə nədi nədi Kitab zikr olunub deyə, deyirsən ki, bu dəlildir ki, Quranla getmək lazımdır, hədisləri qəbul eləmə. Sənin danışdıqlarının hamısı cahil söhbətləridir. Əgər hədisləri qəbul etməməliydiksə, Allah Təalə niyə deyir ki, Mənə və Mənim peyğəmbərimə tabe ol? Yaxşı, Allaha tabeçilik onun Quranınadır. Bəs peyğəmbərinə tabeçilik nədir? Çünki əgər desən ki, peyğəmbərə tabeçilik elə Allaha tabeçilikdir. Necə ola bilər ki, Allah bir adama kitab göndərsin, lakin desin ki, onun dediklərinə qulaq asmayın. Lakin qaldı ki, uydurma hədis var və s. ona görə biz qəbul etmirik və s. necə deyiriniz. Bəs Allah deyib axı. Alimlərə müraciət edin. Alimlər əlhəmdulillah bəyan ediblər səhih, uydurmanı və s. Quranda Allah deyir ki, alimlərdən soruşun, bilənlərdən. Ona görə sən hamısını qarışdırmısan. Bu mövzu sənlik deyil. Qırağa çəkil, get Quran oxumağı öyrən, düzgün ibadət etməyi öyrən. Bu sənin üçün daha xeyirli olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#23 Guest

Guest
  • Guests

Posted 09 November 2015 - 12:16 PM

Salam aleykum. Sheyx bir neferin banka borcu var odeye bilmir. Aydindir ki, orda faiz de odeyir ve o da haramdi. Pulu yoxdur menden istedi. Men vere bilerem orda faiz ola-ola? Chetin durumdadi borclari choxdu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə köməklik edə bilərsən ki, bir də girməsin. Ona nəsihət elə ki, əgər birdə girməsə, doğurdan da çox pis vəziyyətdədirsə, sıxırlarsa onu, artıq həyatı təhlükədədirsə, onda kömək elə. Əks halda lazım deyil. Qoy o işin necə əziyyətli, yalan olmağını, necə tələ olmağını başa düşsün ki, birdə belə söhbətlərə girməsin. Amma belə edəndə deyəcək ki, nə yaxşı, qardaşlar, muhsinlər varda. Allah onların canını sağ eləsin. Yenə girəcəm. Yenə gedib onlara deyəcəm. Onlar da çətinliyə düşən adamlara kömək edirlər. Bizim barədə belə fikirləşməsinlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#24 Guest

Guest
  • Guests

Posted 09 November 2015 - 01:42 PM

Salam aleykum. Sualima gore chox uzr isteyirem. Baciyam.
1)Videoya baxdim goz zinasi etdim ve menden choxlu ifrazat geldi. Men qusl almaliydim? Isti su yox idi deye men teyemmemum etdim.
2) Cenabete niyyet etdim teyemmum aldim sonra su ile destemaz aldim. Sonra su istilenene qeder destemaz alib namazimi qilirdim. Duz etmishem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Harama baxmaqdan çəkin. Əgər ehtilam oldunsa, qüsl boynuna düşür. Belə halda qüsl almaq vacibdir. Lakin birdən soyuqdur, su yoxdursa, qüsl almağa. Onda təyəmmüm et. Amma namazını qıl. Namazını gecikdirmə.
2) Əgər cənabət boynunda olub və təyəmmüm almısansa, ondan sonra dəstəmaz lazım deyil. O təyəmmümlə qıla bilərdin. Sonra əgər təyəmmüm pozulsaydı (o şeylər ki, dəstəmazı pozur, onlar təyəmmümü də pozur), əlbəttə onda o birisi namazlar üçün dəstəmaz ala bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#25 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 09 November 2015 - 05:13 PM

Salam aleykum.
1. Gece namazin 3 ruket qilanda, tesehudsuz, ucuncu rukete qalxanda, subheneke-ni oxumag lazimdi?
2. Qisda hava soyug oldugda, ve isde oldugda, mesel ucun zohr namazi vaxtin sonuna yaxin qilmag olarmi ki, asr namazini da vaxtin evvelinde destemaz pozulmamis qilim?
3. Sunnet namazlarinda birinci ruketde fatiheden sonra ikinci sure oxuyub, ikinci ruketde ise ancag fatiheni oxumag, bele daim etmek olar?
4. Ayda 3 gun oruc tuttugda, 13,14,15, kimse yemeye ve ya cay icmeye devet etse, orucumu mutleq mi acmaliyam? Ve ya bildirsem ki oruc tutmusam olar? Ve acsam orucumu, sonra hemin gun ucun yeniden basqa bir gun oruc tutmaliyam, yoxsa tutmasamda hemin ay 3 gun nefile oruc tutmus hesab olunuram?
5. Zohrden qabag 4 ruketli sunnet namazini dordunde birden tesehudsuz qilmag, ve ya tesehudnen, amma salamlarsiz qilmag barede bir sey var?
6. "Selefi" termini son 3-5 il erzinde azerbaycanda islenilir, yoxsa lap evvelden var idi?
P.S. Xahis edirem bura biraz cox vaxt ayirasiz. Mes burdan cox lazimli ve faydali melumat elde ede bilirik.
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, Subhənəkəni oxumursan. Çünki bir qılırsan axı. Əgər ayrı qılsaydın 2 ayrı, 1 ayrı. Onda, bəli, Subhənəkəni oxuyursan.
2) Elə adət eləmə. Əgər səbəb olsa, hə. Məsələn, ciddi soyuqdur. İndi orada Allah bilir hansı haldır. Amma hər halda elə adət eləmə.
3) Buna adət etməyin. Bu bidətdir.
4) Aça bilərsən. Ona görə qəza lazım deyil. Çünki nafiləyə qəza düşmür. Amma açmaq söhbətinə isə, baxda. Tutaq ki, məclis iftara yaxındırsa, onda yaxşı olar ki, iftara yaxın get. Yox, əgər səhərdən çağırıblarsa və görürsən ki, alınmır açmaq daha məsləhətdir. Onda aç.
5) Məşhur olan budur ki, ayır. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurub ki, gecə və gündüz nafilə namazları iki-ikidir. Ona görə də ayır.
6) Nəinki iyirmi il bundan qabaq, sələfi termini 16-cı əsrəcən olub, ondan qabaq daha çox olub. Nə qədər tarixdə qədimə getsək, sələfi termini çox olub. Azərbaycandan böyük alimlər çıxıb. Onların kitabları var və s. Sadəcə məşhur deyil. Bolşeviklər bizi o tarixdən (o aranı) kəsiblər. Bolşeviklərdən də qabaq bizdən o aranı səfəvilər kəsdilər. Səfəvilərdə İranda, Azərbaycanda xüsusən əhlussunnəyə bolşeviklərdən böyük zərbə vurublar. Ona görə əhlussunnə vəl cəməa bu cür zərbələr görüb. Ona görə bunlara sələfi termini bir az qərib olub. Amma sələfi termini əlhəmdulillah var, olub və olacaq, inşəAllah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#26 Muslim

Muslim
  • Guests

Posted 09 November 2015 - 11:06 PM

As salamu aleykum.

Xahiş edirəm, bu sualın cavablandırılmasında yardımçı olasınız.

Sələfilikdə Allah Rəsulundan (sallalahu aleyhi və səlləm) birbaşa şəfaət istəmə əməli hansı növ qadağa sayılır?
Məhz Allahın öz elçisinə ona icazə verəcəyi şəfaəti səhvən bu dünyada istəyir, digər ehtiyacları yox.

Şirk yoxsa bidət?

Bu barədə ixtilaf varmı?

Öncədən təşəkkür edirəm.
As salamu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sələfilikdə Allahdan Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəfaətinə nail olmaq üçün dua etmək olar. Bəli, bu caizdir. Lakin sələfilikdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) öldükdən sonra gedib onun qəbrinin yanında dayanmaq, hətta qəbrinin yanında olmasan belə dua etmək ki, “Ya Rasulullah, mənə Qiyamət günü şəfaətçi ol.” Bax, sələfilikdə bu yoxdur. Bunu sələfilik qəbul etmir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#27 N19

N19
  • Guests

Posted 10 November 2015 - 02:04 AM

As salam aleykoum wa rahmatullah
Menim qaynanam bashin bagliyirdi,azerbaycan abêti ile,yaylignan,Saçı ,boynu Görünürdü,men de dedim ki,dinimizde necedi ele bağla,bağlamırsan aç,Rus babuşkalarına okşama,onsuzda 64 yaşın var ,sene günah yoxdu açmağa,hem de onsuzda dini bağlamırsan,ayağın açık,qısa qoy geyinirsen,saçın bayırda,.yanı dedim ki,ya düz-emelli bağla ya da aç,o da Yaylım bağlamır day,ama namaz qalır,qılanda bağlıyır.
İndi men günah eledim sizce?üreyime şübhe düşdü Neşe,men Nur suresi 60 a göre dedim,ama faktdır kı,hicablı olub başın açmıyıb,onsuzda açık kimi idi,sadece yaylığın açıb

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Aydındır ki, qadın üçün hicab fərzdir. Mühüm məsələlərdən biridir. Həmçinin yaşlıya da. Düzdür Allah Təalə yaşlıya icazə verir. Lakin örtməyi daha xeyirlidir. Ona görə. Siz sadəcə hikmətlə, Allaha dua etməklə başa salın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#28 MudzaheD

MudzaheD

    Пользователь

  • Пользователи
  • Pip
  • 58 posts

Posted 10 November 2015 - 12:12 PM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

1.Şeyx bəziləri iddia edirki Peyğəmbərin sünnəsi deyilən bir şey yoxdu. Məsələn namaz namazın qaydaları hamısı quranda var. Deyirlərki qurana görə yeməyi sol əllə yemək evə sol ayaqla daxil olmaqda heç bir problem yoxdur. Bunlar kimlərdi belə?

2. ****************** - bu şəkilə baxarsız. Namaz qaydaları deyir qurana görə belədi. Bu barədə fikrivizi bilmək istərdim.

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bu rəy batildir. Elə Qurana görə. Çünki Sünnəyə, peyğəmbərə ehtiyac olmasaydı elə Qurani Kərimdə peyğəmbərin adı çəkilməzdi. Əksinə Quranda demir ki, bu kitab sizə kifayətdir. Yox. Deyir ki, bu kitab var və həmçinin Rasul var. Deyir ki, Allaha və Rasuluna tabe ol. Yəni gəlməyib ki, bu kitab kitab kifayətdir, peyğəmbərə tabe olma. Elə bir şey yoxdur. Və ya peyğəmbərin sözlərini qəbul eləmə. Elə bir şey yoxdur. Əksinə deyir ki, peyğəmbərə qulaq as. Peyğəmbərin də danışığı vəhydəndir. Ona görə belə fikir deyən cahildir və o, əslində Qurana müxalifdir.
2) Qurana görə namaz ümumi gəlib. Bəzi şeylər. Bütün təfsilatnan gəlməyib. Peyğəmbər (sallallahu aleyhi va səlləm) namaz qıldı və göstərdi ki, nəyi harada oxuyun. Kimki bu Qurana istinad edirsə, onda nə üçün Qiyamda Fatihəni oxuyur? Elə rükuda Fatihəni oxusunda və ya səcdədə. Haradan götürüb ki, qiyamda Fatihə oxunur? O əlbəttə sünnə yolu ilə gəlib. Sünnə bu ibadəti necə düzgün etmək lazım olduğunu tənzimləyib, dəqiqləşdirib. Ona görə sünnəsiz Qurana hətta namaz barədə yaxınlaşmaq həm azmaqdır, həm də səhvdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Ebu Hureyra revayet edir ki,ResulAllah (sallallahu aleyhi və səlləm) dedi:"Hər Peyğəmbərin cavabsız buraxılmayacağı duası olub.Bütün Peyğəmbərlər öz duasını etməyə tələsdilər,mən isə öz duamı qiyamət günü öz ümmətimi müdafiə etmək üçün saxlamışam və Allahın izni ilə Ona şərik qoşmayanlar bu himayəyə layiq olacaqlar." Muslim,199

#29 Rashad

Rashad
  • Guests

Posted 10 November 2015 - 08:33 PM

Salam aleykum qardaw. Xaiw edirem bu suali cavablandirasiz. Woferem ve suret heddi 60 km dir ve men sureti awiram ve qeza edib ozume ve ya serniwine xesaret ve ya olum olur, bu zaman men ozume qesd etmiw olurammi sureti awdigima kore? Allah razi olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ola bilər. Düzdür, birbaşa deyil. Ancaq hər halda ehtiyatlı olmaq lazımdır. İnsan həyatını qorumalıdır, əzaları qorumalıdır. Bunlar əmanətdir. Allah Təalə tərəfindən verilib. Bir gün bu əmanətlər barədə soruşulacağıq. Ona görə bunu qorumaq lazımdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#30 Guest

Guest
  • Guests

Posted 11 November 2015 - 02:00 AM

Salam aleykum şeyx.
1)Hər hansı bir elmi yenilik olan kim mbəzi müsəlmanların "filan şey Quranda var idi" demələri nə qədər düzgündür.Axı dünyəvi elm sabit deyil.Daim inkişaf edir dəyişikliklər əlavələr olur.Quranın nazil olma səbəbi aydın deyil ki?Oturub Quranda belə "möcüzə" axtarmaq düzgündür?
2)İmam Qazali sələfi idi?Bu düzdür ki,o deyib ki,Qurandan başqa elm haramdır.Riyaziyyat şeytan əməlidir.
Allah razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Ona ehtiyac yoxdur. Başa düşənlər üçün Quran özü elə möcüzədir. Amma başa düşməyənlər üçün bəzi şeyləri demək olar. Amma belə oturub Qurandan axtarmağa ehtiyac yoxdur. Quranın özün elə möcüzədir.
2) Xeyr, o, birinci filosof olub fəlsəfə ilə məşğu olub. 40 il fəlsəfə ilə məşğul olub. Sonra deyib ki, bu boş elmdir. Sonra keçib sufi olub. Sonra deyirlər həyatının sonunda əhlussunnə əqidəsini qəbul edib, sufiliyi tərk edib. Allah bilir. Amma hər halda onun bu yazdığı əsərlərdə və s. Onların hamısında problem var. Amma riyaziyyat barədə nə dediyini dəqiq bilmirəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#31 Guest

Guest
  • Guests

Posted 12 November 2015 - 06:22 PM

Салам Алейкум

Гамета вы прошлом форуме вы ответили , что пропускаете в форум все посты( вопросы) однако мои некоторые посты не появляются в форуме одни мои посты пропускаешь другие нет почему? Поводу этого Аллах Свят Он и Велик сказал в Коране о те которые уверовали почему же говорите то чего не делаете?( Свящённый Коран)

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, mən deyirəm ki, mən sualları göndərirəm. Ancaq siz çox yazdığınıza görə bəzilərini yollayıram, bəzilərini yollamıram. Nə üçün? Çünki sizin yazdığınız o fikirləri burada göstərmək məsləhət deyil. Çünki Allah Təalə deyib ki, bilənlə bilməyən bir olmaz. Siz birinci, tanımırıq ki, kimsiniz. Siz alim deyilsiniz. Heç elm tələbəsi deyilsiniz. Başlayırsınız Qurandan bəzi ayələri götürüb öz fikrinizi yazmağa. Elə düzgün deyil. Birincisi, bu üslub düzgün deyil. Siz ehtiyatlı olmalısınız. Xüsusən də Allahın kəlamında. Allahın adından yalan danışmaq ən böyük günahdır. İkincisi, bilmədiyiniz şeyi danışmayın. Necəki Quranda Allah Təalə neçə yerdə buyurub ki, bilmədiyiniz şeyi danışmayın. Buna görə Qiyamət günü cavab verəcəksən. İsra surəsi 36-ya baxa bilərsən. Sən yazırsan ki, hədislər düzgün deyil, hədisləri qəbul etməyək. Sən elə şeylər danışırsan ki.. 14 əsrdir müsəlmanlardan heç kəs elə deməyib. Ona görə məsləhət deyil. Mən sənə deyirəm: Sən get, oxu, öyrən, tələsmə. Sənin yanaşmağın düzgün deyil. Sənin hədissiz Quranı başa düşməyin mümkün deyil. Nəinki namaz məsələsini, çox məsələni. Bu Quranla xilafət olub, bu Quranla dövlət idarə edilib. Lakin hədissiz, alimlərsiz mümkün olmayıb. Bəzi ayələri tutub demək ki, Quran kifayətdir.. Bizdə deyirik, Quran kifayətdir. Ancaq bu demək deyil ki, hədisi inkar elə. Ola bilməz ki, Allah Təalə bir adam seçsin, ona kitab yollasın və desin ki, onun dediklərinə qulaq asmayın. Bu ziddiyyatdır!
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#32 Guest

Guest
  • Guests

Posted 13 November 2015 - 09:38 AM

Salam Aleykuma.

Sheyx, qelyan chekmek ve ya qalyan hazirlayub mushterilere satmaq haramdi?

2. Eger men oz yerimde meselen kafede ichki satmiram, amma kimse gelir kabinetin pulunu verir ve ozuyle ichki getirir oturub orda "ley pey" edir, men ancaq yerin ve ya yemeyin pulunu aliram, mene gunah sayilir bu? Sherait yaratmish kimi oluram men eger oz yerimde icaze versem ki cahiller spirtli ichki ichse?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Qəlyan çəkmək haramdır, hazırlamaqda haramdır. Ona görə belə şeylərdən çəkinin.
2) Siz hər halda yazın ki, içki içmək olmaz. Bunu elan edin. Kim sizdən gizlin eləsə hə. Amma bilsəniz ki, oradadır. Onlara nəsihət edin. Çalışın ki, qoymayasınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#33 Exi

Exi
  • Guests

Posted 13 November 2015 - 01:34 PM

Salam Aleykuma.

Qardash, evden chixiramsa zohr vaxti, esri bilirem ki qilmaq chetin olacaq ele yerde olacaqam istemirem mesleen ki bilsinler namaz qilmaqimi, zohr vaxti esri qila bilerem?

Cume namazinda yer yox idi namaza dayanmaqa bir mefer saqdan gordum gelir yer boshalmishdi qabaq sirada, ozumnen asili olmayaraq tez addim atdim ki orda dayanim, chunki qorxdum ki cume namazini qila bilmeyecem. O qardashda yer tapdi ozune arxada yani hammi namazin qildi, sadece men ele bil ki birinci addim atdim qabaqin kesen kimi oldum, ozume de hech xoshuma gelmedi hereketim. Gunahim var mi? Namazim qebulmu?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox. Siz baxın, çalışın əgər məğribəcən çatacaqsınızsa, yaxşı olar məğribəcən çatdırın qılın.
2) Eyib etməz. İndi cümədə bir addım atıb. Bundan sonra gələn dəfələrdə əgər belə şey olsa diqqətli olun. Eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#34 ibo

ibo
  • Guests

Posted 13 November 2015 - 04:12 PM

Salam aleykum,Qardaw. necesen ? inwallah yaxwisan.
1- Qardaw,indiki muselman qizlarin exlaqi urek acan deyil. Edeb qalmayib,heya qalmayib. Onlara baxanda artiq evlenmekden soyuyuram. Bele olan halda exlaqi duzgun olan ehl-i kitabdan olan qizla evlene bilerem ?
2- Adil Recebov haqqinda da soruwmaq istiyirdim. O heqiqi selefidi idi ya radikalliga meyilli biri idi ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər müsəlman deyənlər bu gündədirsə, görün əhli-kitab nə gündədir. Ona görə belə halda tanıdığın yerdən al, tanımadığını alma. Hal-əhvalını soruş, sonra.
2) Adil hizbilərə meylli adam idi. Sonra dedi ki, tövbə elədim. Lakin sonradan bu son hadisələr ortaya çıxanda yenə görsəndi ki, onlara meyllidir. Lakin indi deyir ki, meylli deyiləm. Biz ona dedik ki, aydınlıq gətir. Ona görə gözləyirik.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#35 Guest

Guest
  • Guests

Posted 13 November 2015 - 08:42 PM

Цитата (MudzaheD @ 10 Nov 2015, 12:12)
Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

1.Şeyx bəziləri iddia edirki Peyğəmbərin sünnəsi deyilən bir şey yoxdu. Məsələn namaz namazın qaydaları hamısı quranda var. Deyirlərki qurana görə yeməyi sol əllə yemək evə sol ayaqla daxil olmaqda heç bir problem yoxdur. Bunlar kimlərdi belə?

2.***************- bu şəkilə baxarsız. Namaz qaydaları deyir qurana görə belədi. Bu barədə fikrivizi bilmək istərdim.

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

salam aleykum ve rahmetullah! Sheyx bu qeder azginliq olar mi? Gorun muselmanlari 1400 ildir ki qildiqlari namazdan ayirmaga cagirirlar. SubhenAllah! Ne dehshetdiler ee. Bu felsefeciler, quraniler de cox azgin firqedir. Quranı da, Sünnəni də bizə eyni şəxslər çatdırıb. Birini qəbul edib birini inkar etmək ziddiyyatdır!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunlar əslində kafirdir. Bunları sadəcə idarə edən müəyyən ölkələr, müəyyən qurumlar var. Təbii ki, müsəlman cəmiyyətlərində Qurandan, peyğəmbərdən uzaqlaşdırmaqdır hamısı.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#36 Guest

Guest
  • Guests

Posted 15 November 2015 - 01:25 PM

əssələmu aleykum. Qardaş mən dəstəmaz alıb zöhr namaznı qıldım və evdən çıxıb gəzməyə getdim. Asr namazını həmin dəstəmazla bir mağazada qıldım. Dəstəmazımı tutub məğrib namazını da qıla biləcəyimi düşündüm. Ancaq bir az baş qarışdı. Mağazada qıla bilmədim. ancaq məğribin vaxtı çıxmamışdı. Mən fikirləşdim ki, bircə vaxt çıxmasın, metroda ayaq üstə olsa da qılım. Ancaq metroya minməmişdən əvvəl bir qızla əl görüşdüm. (Allah məni bağışlasın) Mən naməhrəmə toxunduqda dəstəmazın pozulacağı rəyini götürmüşdüm. Anaq mən namazın vaxtı çıxmasın deyə metroda rəyimi dəyişdirib birtəhər ayaqüstə gözümlə bir az da əyilərək namaz qıldım. Namazım səhihdir? Yoxsa təzədən qılım? Namazı qəsdən tərk etmiş sayılıram? Bir də Allaha namazımı heç vaxt tərk etməyəcəyimə dair söz verdim. Tövbə ettim. Yəni günah qazandım bu əməlimə görə?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bilirsiniz, gündə bir rəyə girmək də düzgün deyil. Siz əsas dəlilə fikir verin. Dəlil göstərir ki, qadına toxunduqda dəstəmaz pozulmur. Ona görə siz belə uzatmaq, gündə belə cürbəcür rəyə girmək, özünüzü çətinliyə salmaq düzgün deyil. Əsas dəlilə baxın, istinad edin. Dəlil göstərir ki, qadına toxunduqda dəstəmaz pozulmur. Vəssalam.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#37 Guest

Guest
  • Guests

Posted 15 November 2015 - 01:49 PM

Əssələmu aleykum.

Qamət əxi, biz dini dərslərə və ya xütbələr qulaq asdıqda, Quran dinlədikdə, istər ərəbcə istər türkçə qazandığımız savab böyükdür, yoxsa kiçik?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu elm tələb etmək məclisi sayılır. Ona görə savab qazanırsınız, əlhəmdulillah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#38 SunShine

SunShine
  • Guests

Posted 15 November 2015 - 03:38 PM

Assalamu aleykum !
Insan zamanda seyahet ede biler mi ? Kecmishe veya geleceye gede biler mi ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Onu əsasən kinolarda göstərirlər. Elə şey yoxdur. Düzdür, yuxuda insan müəyyən vaxta, müəyyən gələcəyə gedə bilər. Yuxu aləmində. Amma belə harasa getmək, o fantastik kinolardadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#39 Rashad

Rashad
  • Guests

Posted 17 November 2015 - 03:37 PM

Salam aleykum Weyx. Qurban etinden ite vermek olarmi? Allah razi olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar. Əgər məsələn, sümük və s. o qurbanın ətindən artıq qalıbsa, tullamaq lazım deyil. İtə, pişiyə verin yesin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#40 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 18 November 2015 - 08:48 PM

Salam aleykum.
1. oturub yuxuya getdim, 1-2 deqiqelik. Diyesen yuxu da gordum. Destemaz pozulurmu? Namaza baslayanda yadima dusdu ki yuxlamisdim. Amma deqiq bilmediyimnen namazi qildim. Indi bilmirem tezden destamaz alim ve yeniden namazi qilim?
2. Allaha tevekkul olmag meselesini ne cur basa dusek. Tevekkulun bir heddi varmi? Mesel ucun xestelenende hekime getmemek ki, Allaha tevekkul oluram, bu ne derecede duzdu?
3. Birdeki qeder meselesi. Her sey Allahdan oldugunu qebul edib, ve buna gore tam her seyde rahat olmag, ve her hansi bir meselede, isde, sohbetde bele ozumuzu yormadan hereket etmek duzgundumu?
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər yuxulamısınızsa və artıq heç nə eşitmirdinizsə, əlbəttə gedib dəstəmaz almalı idiniz. Ona görə o namazı yenidən qılın.
2) Allaha təvəkkul, yəni hər bir şeydə Allaha bağlanmaq. Lakin bu səbəbləri qırağa qoymaq demək deyil. Əksinə xəstələndikdə həkimə gedib, lakin yenə Allaha təvəkkul etməlisən. Çünki hər bir şey Onun əlindədir.
3) Bəli, hər şey Allahdandır, qədərdəndir. Ancaq yenə bu da təvəkkul kimi, səbəbləri tərk etməmək şərtilə. Şəkk yoxdur ki, qədərdə hər şey yazılıb. Ancaq biz bilmirik nə yazılıb. Ona görə biz öz xeyrimizi, öz əməlimizi nəzərə almalıyır, hərəkət etməliyik.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#41 Guest

Guest
  • Guests

Posted 19 November 2015 - 10:30 PM

əssələmu aleykum və rahmətullah!
1) Şeyx coraba məsh çəkmək üçün əvvəlcə dəstəmazda ayağı yuyub sonra coraba məsh çəkirik və 24 saat ərzində məsh keçərli olur. Mənim sualım odur ki, ayağıyımı yuyandan sonra dəsmalla qurulayıb corabı geynirəm və sonra əlimi isladıb coraba məsh çəkirəm. Bilmək istəyirəm ki, mən düzgün edirəm? Yoxsa corabı ayağı yaş halda geymək lazımdı?
2) Cənabət qüslü aldıqda namazın vaxtının çıxacağı üçün təyəymmüm alıb namazı qılmaq lazımdır - fətvası şaz rəydir? Yəni bunun dəlili var mı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox, coraba məsh çəkmək o deməkdir ki, siz birinci dəfə dəstəmaz aldıqda, dəstəmazda ayaqlarınızı yuyursunuz və corablarınızı geyirsiniz. Ondan sonra dəstəmaz pozulsa, o biri dəstəmazlarda məsh çəkə bilərsiniz. Elə deyil ki, dəstəmaz alırsan, ayaqları yuyub qurudub corab geyinirsən sonra məsh çəkirsən. Yox. Məshi pozulsa o biri dəstəmazları aldıqda edirsən.
2) Əgər namaz vaxtıdırsa, namaz vaxtı çıxırsa, boynunda cənabət qüslu var. Görürsən ki, qüsl alsan namazın vaxtı çıxacaq. Onda təyəmmüm elə qıl. Namazın vaxtını keçirmə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#42 Guest

Guest
  • Guests

Posted 20 November 2015 - 04:17 PM

Assalamu aleykum

Bu yaxında belə bir şey eşitdim ki, sünnədə var ki, cinlərdən qorunmaq üçün evdə Ud hindi və ya Ladan adlı bitki yandırmaq olar.
1. Bu nə dərəcədə doğru məlumatdır?
2. Bu üzərlik məsələsinə oxşayır, bəs üzərlik də yandırmaq olar?
3. Ladan bitkisini xristianlar da istifadə edirlər, yandırırlar, bu onlara bənzəmək deyil?
4. Evi cadudan təmizləmək məqsədi ilə üzərinə quran ayələri oxunmuş suyu evə səpmək olarmı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O barədə dəqiq səhih bir hədis mən bilmirəm. Amma Quran ayəsini suya oxuyub və ya quran ayəsini kağıza yazıb, suya batırıb evin qıraqlarına ehtimal olan yerlərinə səpmək olar? Olar. Eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#43 Guest

Guest
  • Guests

Posted 20 November 2015 - 05:48 PM

As salamu aleykum sheyix.
sheyix menim sizin duaniza meslehetinize cox ehtiyacim var.sheyix cahil vaxtlarda birini sevmisdim.o Allahsizlix eledi meni zorladi.sora mennen ayrildi.hec kime hecne deye bilmedim.Allahdan basqa hec kime derdimi acib danisa bilmedim.qorxdum inanmazlar deye rusvay olaram deye.ailem basiasagi olmasin deye.bilmirem sheyix cox caresizdim.ustunnen iller kecib.soradan hicaba kecdim.Allaha layiq qul olmaga calisdim.sheyix bu yaxinlarda biriyle tanis oldum.ona her seyi danismax isdedim ama bacarmadim.utandim demeye.sora onu sevdim cox sevdim nisanlandix biz. men yenede susdum hecne deye bilmedim.sheyix o her seyi oyrendi ama maga inanmadi.maga isdeyerax olmusan dedi.inandira bilmedim.ureyim agriyir dayana bilmirem.meni hec vaxt qebul etmiyacagini dedi..sheyix men neyniyim nece dayanim.utaniram onun maga dediyi sozlerden o maga fahisesen dedi.Allah bilirki men ele deyilem.sheyix menim ucun dua edin.O meni qebul etsin isdeyirem.neyniyim Allaha nece dua edim qebul olsun.men ayrilmax isdemirem.cetindi Allah ucun tez cavablandirin.
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər halda siz səbirli olun. Allah dua edin. Əgər siz nədə ittiham olunmusunuzsa, elə şey yoxdursa, əlhəmdulillah, xeyir. Allaha dua edin, istixarə edin. Əgər xeyirlidirsə, alınsın. Xeyirli deyilsə, alınmasın başqası alınsın. Narahat olmayın. Buna görə çox özünüzü üzməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#44 Xomeyni=Weytan

Xomeyni=Weytan
  • Guests

Posted 22 November 2015 - 04:13 PM

Salam aleykum. Bankdaki puldan gelen faizi kasiblara versek,olar ? Savab olmasa da en azindan gunah da olmaz axi,cunki bankdan alib kasiblara verirsen.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, kasıblara verə bilərsiniz. Düzdür, savab qazanmayacaqsınız. Amma bəli, kasıblara verə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#45 Axi

Axi
  • Guests

Posted 23 November 2015 - 09:05 AM

Salam Aleykuma.

Qardash, seher yuxulu idim, saq terefden ele bil gordum ki nese var yuxaridan ashaqi gelir, fikirleshdim pishikdi ya sichan, ne ise, atdi ozuni mashinin altina, oldu. Indi men bilmirem saxlaya bilerdim ya yox, mence iyreshnishik ki pishik ozunu atmir mashinin altina deye surecekdim, yani finirleshmishem ki gozleyer ona gore dayanmamisham, buda yuxaridan atdi ozunu yola mashinin altina.
1.Menim ustumde gunah var?
2. Deyirler nese bedliy getire biler bu, duz sohbetdi?
3. Haqq verecem buna gore?
4. Soyuqqanli yanashdim, yani pis tesir etmedi mene, bunun bir problemi var?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Hər halda vurmusunuzsa, bu qəsdlə olmayıb. Eyib etməz. Buna görə narahat olmayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#46 Guest

Guest
  • Guests

Posted 23 November 2015 - 11:04 AM

Цитата
Salam olsun Allahin dinin yasayan her bir kese ! Allah muslumanlari izzetlendirsin ehline malina bereket versin ! Allahin dinine dusmen olan her bir kesde zelil olsun.Bilen adamlara menim bir sualim var.Allahdan basqasin cagirmaq sirkdi?Neye esasen?Askar deliller lazimdi.Meselen bele delile ne deyirsiniz-Ya Ebelfez deyende onun dunyanin her yerinden milyonlarla sienin cagrisini esitmesi sirkdi.Cunki eyni anda milyonlarla sie dunyanin her yerinden onu cagira biler. insan gozun acib gorubki Allah Tealani bu cur cagirirlar.Bele cixir cagirdiqlariniz her seyi esidir bu Allahin semi sifetin mexluqa vermekdirki Semide Zati sifetdir sirkdi.Etiraz olunub ki yox semi sifeti ancaq bu cur esitmek deyil eger bele deyilmis olsa onda Allaha naqislik nisbet olur.Semi sifetinin serhi barede yazardiniz.Bu etiraz kecerlidi?Hemcinin bu cur cagrisda Allahin sifetin mexluqa vermek cixir ortaya ya yox?Hemin etiraza bu cavab kecerlidir ki quranda endaden gelib- tay tutmaq.Bu cur cagris ele Allaha tay tutmaqdi-yani semi sifetine?Delillerle yazardiniz.Bes buna ne deyirsiniz deyilirki bes quranda bir Allaha ibadet etmek iyyahu ile birde cagirmaq iyyahu ile gelmisdir.Bu gosterirki Allahdan basqasina ibadet sirk oldugu kimi basqasini cagrisda sirkdi?Bele bir sey dogrudur?Calisin etrafli ve mohkem deliller zikr edesinizki mesele qaranliq qalmasin.Hemcinin delil getirilirki bes xristiyanlar isa(es)ve Meryam(es) cagirir onlara dua edirki onlarda hasha estegfirullah Allah catdirsin.Vasite kimi.Bes buna delilde meryamana.net - kilse saytidi orda dua yolunda bolmesinde baxa bilersiniz.Onlarda Isa(es) ve Meryam(es) ilah bilir(Maide 116)Hemcinin ozleride bunu etiraf edir. Buda gosterir ki ilahi bu cur cagirarlar.Gorunduyu kimi bu emel sirkdi.Bele delil olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, Ya Əbəlfəz demək, əlbəttə şirkdir. Əgər Əbəlfəzi köməyə və ya nə üçünsə çağırırsa, əlbəttə şirkdir. Oki qaldı onlar, belə deyənlər, necə ki, xristianlarda məxluqa Allahdan olan sifətləri verirlər. Bəli, biz bunu görürük. Bu şirkdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Zehmet olmasa cavablandirardiniz.
Sizden Allahin Semi sifetinin serhini istemisdim Hec Semi sifetinin serhin yazmadiniz.Zehmet olmasa yazardiniz.Hemcinin Allahin sifetin mexluqa vermek barede - Maide suresi 110 ve Ali Imran suresi 49 ayelerde Isa(es) olu diriltmeyine ne deyirsiniz?Deyesinizki bes o dua edirdi Allaha duasina cavab verilirdi?Olunu diriltmek yalniz Allaha mexsus deyil?Deyesiniz biiznillah olub?Bes bi iznillah eside bilmez?Delil zikr edin zehmet olmasa.Delilsiz oz sozlerinizi yazmayin.Aye hedis zikr edin.Tesekkur edirem.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, Allah Təalənin sifətləri var. Səmi` sifəti o sifətlərdən biridir. Qurani Kərimdə təxminən 45 dəfə bu sifət çəkilib. Biz Səmi` deyəndə, yəni Allah Təalə hər şeyi eşidir, Onun eşitməyində hədd yoxdur, Ona gizli heç nə qalmaz və s. Lakin bu oxşarlıq deyil. Çünki Əhli sünnə val cəməa Allahın ad və sifətlərini isbat etdikdə, dörd şərtlə isbat edib. Oxşatmamaq, başqa məna verməmək, inkar etməmək, keyfiyyətini soruşmamaq. Allahın özünə layiq eşitməyi var. Məxluqdan fərqlənir. Amma qaldı ki, İsanın nəyisə etməyi, o Allahın iznilədir. Necə ki, Allahın iznilə nəinki İsa, məxluqda bəzi işlər olur. Hamısı Allahın iznilədir. Məsələn, Bəqara, 249, 251. İsa xəlq etməkdə müstəqil deyildi. Müstəqil Allahdır. Lakin Allah kiməsə peyğəmbərə və ya başqa məxluqa möcüzə veribsə, bu Allahın iznilədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#47 Wathsapp

Wathsapp
  • Guests

Posted 23 November 2015 - 12:06 PM

Salam aleykum

Şeyx, sizə wathsappda necə sual göndərmək olar? Hansı nömrə ilə?

Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yaxşıdır ki, elə buraya göndərin. Çünki WhatsApp-da artıq sual-cavab çoxdur. Elə çox olduğuna görə özünüz fikir versəniz forumda elə olur ki, gecikirəm. Elə buna görədir. Ona görə elə buraya yazın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#48 Guest

Guest
  • Guests

Posted 23 November 2015 - 02:26 PM

As Salam Aleykum

Qamət sən nəvaxt tövbə ediv ve Allahin göndərdiyi Qurani kerimin yolunan qedeceksen?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Mən 16 yaşımda tövbə elədim. O vaxtdan nəinki Quran.. Quran, Sünnə və sələfin fəhmindəyəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#49 Guest

Guest
  • Guests

Posted 23 November 2015 - 10:48 PM

Bir sualim var men bir dullla evlenmisem onun boyuk usaqlari var men ozumde cavanam.O isleyir isden cixir evine gedir bize cox gelib gede bilmir oz evlerinde qalir.Mumkundurki biz heftenin mueyyen gunlerin gorusek?Umumiyyetle ne meslehet gorersiniz?Men evlene bilmemisem helelik bu evlilik ikimizede yaxsidi oda zinadan qorunur mende.Indi veziyyet pisdi o pis yola duse biler belelikle oda qorunur.

Cavab:

Ailə həyatı ciddi olmalıdır. Əgər arada halallıq olubsa və s. Burada bir şey yoxdur.
Allah daha yaxşı bilir!


#50 Guest

Guest
  • Guests

Posted 24 November 2015 - 12:46 PM

Salam aleykum,

1 Adil Rəcəbov haqqında mövqeyiniz? İndicə bu forumda oxudum ki, Adil aydın deyil. Sadəcə olaraq şok effekti verdi. Nədə aydın deyil? Niyə bütün elm tələbələri yavaş - yavaş aydınlıqdan qaranlığa doğru gedirlər? Əlixan, Veysəl, indi də Adil.... Sadəcə olaraq dəhşətdir, təəccübdən söz tapmıram deməyə...

2 Adil nədə aydın deyil? Dövlətə qarşı çıxmaqda?, dərslərində həmişə əksini eşitmişəm. Təkfir etməkdə?, bu da həmçinin, həmişə əleyhinə olub. Nədə və niyə aydın deyil, zəhmət olmasa, bəyan edin, biz də bilək.

3 İxlasla.com saytı haqqında mövqeyiniz nədir? Faydalanmaq olar, yoxsa yox?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Adil isə qardaşımızdır. Sadəcə bəzi məsələlər var. O məsələlərdə aydın olmadığına görə ona deyilib ki, bu məsələlərdə aydınlıq gətir vəssalam. Çünki özünüz görürsünüz ki, indi vəziyyət gərgindir. İndi vəziyyət qarışıqdır. Elə məsələlər var ki, o məsələlərdə aydın olmaq lazımdır ki, sənin barədə xəvariclər deməsinlər ki, o, bizimlə razıdır və ya o, bizə meyllidir. Belə şeylər, söhbətlər ətrafda olmasın. Ona görə ondan tələb olunub ki, aydınlıq gətir vəssalam. Söhbət bitsin. Bizdə gözləyirik ki, qardaşımız bizə aydınlıq gətirəcək və bununla qurbağa gölünə daş atılacaq vəssalam.
2) Bəzi məsələlər var. Bidət əhli barədə və ya təhlükəli fikirlər daşıyanlar barədə. Onlar barədə açıq-aydın mövqeyi yoxdur. Təhlükəli fikirlər daşıyanların fikirlərini mötəbər görməyi və o fikirlər barədə demək ki, əhli sünnənin fikridir, ixtilafdır. Bax bu cür məsələlər bir az incə məsələlərdir. Ola bilsin bəzi qardaşlara ağır gəlsin. Yenə başa düşməsinlər. Bəzi belə problemlər var. Bir az məsələlər ağır, ciddi məsələlər olduğuna görə qardaşa deyilib ki, özü belə şeylər barədə mövqeyini bildirsə, yaxşıdır.
3) Artıq dəfələrlə demişəm. Əqidədə aydın olsa da, mənhəcdə aydın olmayan adamlar var. Ona görə də o saytı elm əhlinin yığıncaq saytı kimi, arxayın sayt kimi qəbul etməyi məsləhət görmürəm. Ki, orada kim var düz danışır.. Elə sayt deyil. O saytı məsləhət görmürəm. Çünki həmin dərsləri başqa yerlərdə tapıb qulaq asa bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#51 ANS TV - Iran wie kanali

ANS TV - Iran wie kanali
  • Guests

Posted 24 November 2015 - 04:47 PM

As-salamu aleykum va rahmatullahi va barakatuh !
1- Nemrud Nuh aleyhisselamin nevesi olub ?
2- Islamda insanligin yawi ne qederdir ? Texmini nece min il ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Hə, deyirlər. Nuhun nəvəsi, ya kötükcəsidir.
2) Onu dəqiq demək mümkün deyil. Allah bilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#52 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 25 November 2015 - 09:30 AM

Salam aleykum.
1. Bildiyime gore peygember ( salallahu aleyhi ve sallam ) sunnet namazlarini bezen at ve ya deve ustunde hereket ederek qilib. Avtomobili idare ederek namaz qilmag olar? Ve ya sernisin kimi geden avtomobilde namaz qilmag olar?
2. Falci yanina gedenin 40 gun namazi qebul olmaz. Bes marag ucun vanqanin gelecek haqqinda dediklerine qulag asan, bu hokmun altina dusur? Tesadufi baxsa, ve ya kimse bunu danisigda esidib, maraglanib qulag asan, ve sonra pesman olub tovbe eden namazlari qebul olacagina arxayin olmag olar?
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Nafilə namazlarını qıla bilərsiniz. Peyğəmbər (sallallahu aleyhi va səlləm) əsasən minikdə nafilə namazlarını qılardı.
2) Falçıya qulaq asan, yanına gedən kimi deyil. Amma hər halda olmaz. Oxşayırda. Gedən nə üçün gedir? Qulaq asmaq üçün. Ona görə hər halda problemdir. Elə adamlardan nə qədər uzaq olsanız o qədər yaxşıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 Guest

Guest
  • Guests

Posted 26 November 2015 - 12:20 AM

Salam aleykum!
1) Insan nece yasindan sonra yasli sayilir ?
2) Gecenin ucde biri bele hesablanir ?-- Megrib namazi 17:17 .Subh namazi 06:03 , Aralarindaki saat ferqi 11 saat 14 deq. Demeli 11 saat goturuldu ve 11 :3,1 = texmini 4 goturulur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Təxminən 40 yaş. Artıq 40 yaşda demək olar ağıl kamilləşir. Rüşd halına çatırsan. Demək ki, yaşlı sayılır. Onu demək bir az çətindir.
2) Təxmini hesablayın. Məğriblə sübhün arasında olan vaxtı üç hissəyə bölün. Birinci hissə heç. O hissədə İşə namazı və s. var. Əsas 2 və 3 cü hissələri götürün. Sizin gətirdiyiniz misalda məğriblə sübh arasında 12 saat 46 dəqiqə var, yəni 766 dəqiqə. Bölün üçə, alınır 255 dəqiqə və ya 4 saat 15 dəqiqə. Deməli, ilk üçdə bir 21:32-də başa çatır, ikinci üçdə bir 01:47-də başa çatır...
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 ANS TV-iran wie kanali

ANS TV-iran wie kanali
  • Guests

Posted 26 November 2015 - 04:56 PM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
Selefilere bohtan ataraq,terrorizmde gunahlandiran wieler ! Nardarandaki wielerin cixartdigi oyunu gordunuz ! Polisleri olduren,olkedeki sabitliyi pozmaga caliwan wielerdir ! Rafizi wieler ! Her zaman deyilirdi ki,olke ucun en tehlukeli ele "iranski wielerdi". Awurada ecaib hereketler edib,Allaha wirk qowan bedbextler ! Iran bayragi yelledib,iran mollalarinin elini yalayib,open weytanlar ! Bundan sonra selefiler haqqinda daniwmamiwdan evvel,once ozunuze baxin,sonra daniwin ! Rafizi wieler ele Al Kaidanin, IWID'in bir tayidi ! Allah heqiqi muselmanlara guc versin,bu cur iranski weytanlari da mehv elesin. Neceki Nardaranda polis 4-5 denesin geberdib ! iran tulalari !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində fikir verməyin. Əlbəttə şiələrin də radikalları var. Bəlkə də sünnilərin radikallarından lap təhlükəlidirlər. Sadəcə ölkədə təbliğat vasitələrinin çoxusu onların əlindədir. Onlar belə bir ölkədə camaatın fikrində belə fikir formalaşdırmışdılar ki, əhli sunnə radikaldır. Amma özləri əhli sunnədən daha çox radikaldır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#55 Guest

Guest
  • Guests

Posted 27 November 2015 - 06:06 PM

Salam aleykum,

Aşağıda sizə Elşa Mirinin verdiyi intervyudan bir hissəni kəsib təqdim etmişəm. Fikrinizi bilmək istərdim, xüsusilə də Allah istəyəni doğru yola yönəldər məsələsini ətraflı şərh etməyinizi xahiş edirəm. Bu həqiqətən belə tərcümə olunmalıdır??

Цитата
- Ziya Bünyadovla Vasim Məmmədəliyev burda siz dediyiniz kimi səhvlərə yol veribsə, yəqin bu fikirdəsiniz ki, onlar başqa ayələrin tərcüməsində də xətalar ediblər.

- Bəli, başqa yerlərdə də səhvlər var. Məsələn, ayələrin biri belə tərcümə olunur ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Mən bu ayəni, ümumiyyətlə “Quran”ı bu cür tərcümələrdə oxuyub ateist olan insanlar tanıyıram. İnsan deyir ki, Allah istədyini yolundan döndərəcəksə, mən niyə ibadət etməliyəm?!

Deyir ki, mən illərlə namaz qılıcam, ibadət edəcəm və sonda Allah məni yolumdan döndərəcək? Əslində isə “Allah istədiyini” yox, “Allah istəyəni” tərcümə olunmalıdır. Ərəb dilində bu belədir.  Mən araşdırıram, lüğətlərə baxıram və görürəm ki, “Quran” düzgün tərcümə olunmayıb. Bəs niyə düzgün tərcümə olunmur? Çünki tərcümə edənlərin əksrəiyyətinin işi özlərindən əvvəlki tərcümələrə baxmaq və onun əsasında nəsə yazmaqdır.


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, hər bir işin öz sənətkarı var. O, belə məsələlərin sənətkarı deyil. O, jurnalistdir. Problem odur ki, məsələn, camaat ürək problemini gedib diş həkimindən soruşurlar. Əlbəttə, bu düzgün deyil. Qaldı ki, tərcüməyə. Tərcümə düzdür. Ziya və Vasifin tərcüməsi yeganə tərcümədir ki, Azərbaycan dilində ən güclüdür. Təbii ki, ola bilər ki, orada bəzi mülahizələr olsun. Ancaq ümumən azərbaycan dilinə ərəb dilindən tərcümədə bu saat ən güclü tərcümədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#56 Selefi genc

Selefi genc
  • Guests

Posted 28 November 2015 - 06:13 PM

Esselamu aleykum,Qamet qardash. Erle arvad dalashdigi vaxt,bir-birilerine minnet vurmasi,ye'ni meselen "men sene filan shey etmishem,filan shey almisham,seni ag gune cixartmisham" kimi basha qaxmalar ne qeder duzgundur ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ümumiyyətlə ər-arvad münaqişəsi belədir ki, çalışmaq lazımdır ki, qadın əri ilə mübahisə eləməsin. Hirsləndirməsin. Çünki hər halda ailədə ərin məqamı böyükdür. Qadın nə qədər ərinə hörmət edəcəksə, uşaqlarda ataya o qədər hörmət edəcəklər. Həmçinin ailə də möhkəm olacaq. Amma qadının əriylə mübahisəsi Braziliya, Türkiyə seriallarında olur. Bu düzgün deyil. Ailəyə heç də yaxşı nəticə verməyəcək. Amma üzə vurmaq isə, ehtiyac olsa yada salmaq olar ki, belə edin və s. Düzdür, həmişə lazım deyil. Hərdən görürsən insan yada salanda bəlkə düzəlir. Nə daim eləmək, nə də qəti şəkildə eləmək. Sadəcə həddində.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#57 Haydar

Haydar
  • Guests

Posted 30 November 2015 - 02:20 PM

Salam aleykum qardash.
1. Quranda Ali-Imran suresinde Allahu Taala Imran ailesinden behs edir. Oyrenmek isteyirdim Imran kim olub,peygember ya saleh insan ? hansi peygemberle qohumlugu olub ?
2. Qardash,Nardaran hadiseleri bir daha gosterdi ki,radikalizmin dini,mezhebi olmur. Ye'ni Nardaran hadisesinden sonra nece ki,shie mescidleri hele de olkede oz fealiyyetin gosterir,bes bizim mescidi niye acmirlar ? Halbuki o zaman hucuma biz meruz qalmishdiq,ama biz xavariclere gore cezalanmish olduq. Belke Abubak mescidinin acilmasini yeniden qaldirasiz dini qurumlarin sedri ile. Sizin kifayet qeder dersleriniz var internetde,Sizin kim oldugunuzu cox yaxshi bilirler,Siz hec bir zaman radikalizmi desteklememisiniz,tam eksine her dersinizde pisleyirsiniz bu cur emelleri,ele onagore de terrora meruz qaldiniz 2008'ci ilde. Lap mescidde her zaman polis olsun,nezaret elesinler,teki fealliyet gostersin mescid.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) BUNA BAXILIB DEYİLƏCƏK, inşəAllah.
2) O hadisələr göstərdi ki, biz yenə sadiqik, sabitik, xəyanətdən uzağıq. Lakin ola bilsin hələ də müəyyən adamlar var. Hələ bizim məscidimizin açılmasını istəmirlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#58 Guest

Guest
  • Guests

Posted 30 November 2015 - 05:02 PM

Цитата
Sual veriblerki arasdir gor niye Xanim Fatime(es) qebrin gizledilmesin isteyib?Xarici dusmen qorxusu yoxidi qebirine ibadet qorxusu yoxidi cunki onan daha efzellerin qebri melum idi yerde qalir daxili dusmen.Mende arasdira bilmirem ereb dilin bilmediyime gore
2 sual buduki deyibler gor Aise xanim(ra) nece olub.Neden olub?

Cavab:

1) Bu cəfəngiyatdır, boş söhbətdir. Fatimənin qəbri elə ən görünən yerdədir. Elə Bəqi qəbirstanlığına girəndə 10-15 metr qabağa gedirsən. Sağdadır. Elə oraya girəndə ən görünən qəbir Fatimənin qəbridir. Guya ki, Fatimənin qəbrini gizlətmək istəyib. Bu yalandır, cəfəngiyatdır.
2) Əcəl gəlib dünyasını dəyişib. Kimsə onu öldürməyib.
Allah daha yaxşı bilir!

Bes deliller getirirler ki muaviye quyu qazdirir momunlerin anasi xanim Aise(Allah ondan razi olsun) cagirir oda quyuya yixilir Allahin rehmetine qovusur.Allah islam dusmenlerine lenet etsin!Bes buna ne deyirsiniz?

Cavab:

Bunlar "Min bir gecə"nin nağıldır. Ola bilsin heç “Min bir gecə"də də yoxdur bu. ))
Allah daha yaxşı bilir!


#59 muvahhid855

muvahhid855
  • Guests

Posted 30 November 2015 - 08:09 PM

Əssələmu aleykum və rahmətullah!
Şeyx, mümkünsə suallara tez cavab verərdiniz.
Şeyx, mənim pessimistlik problemim var. Hər şeyin axırının pis olacağı, heç bir işimin alınmayacağını düşünürəm. Qarşıma həyatda bir maneə çıxsa mütləq uduzacağımı, hər zaman aciz və zəif durumda qalacağımı fikirləşirəm. Heç cür özümə inana bilmirəm. Əslində başqalarından xeyli cəsarətliyəm, ancaq yenə də bilmirəm. Çox az gülürəm, həyata enerji ilə baxmıram. Düzdür, bunu ətrafıma çox da hiss elətdirmirəm. Ətrafım məni cəsarətli, ciddi biri kimi tanıyır. Desəm ki, fiziki görünüşcə acizəm, xeyr, əksinə başqalarından daha çox özünəinamlı görünürəm. Ancaq içim belə deyil. Elə bir boşluq var ki, içimdə. Özümü daim narahat hiss edirəm. İçim daim narahatdır. Bütün bunları başqalarına qətiyyən hiss elətdirmirəm. Ancaq içimdə çox narahatam. və daim HƏYƏCAN içindəyəm. Mənə bir nəsihət edərdiniz də... Allah sizi xeyirlə mükafatlandırsın!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ruh düşkünlüyü düzgün deyil. Hər şey Allahın qəza-qədəri ilədir. Allaha təvəkkul elə. Allahın sənə verdiyi nemətlərlə şad ol. Nəfəs alırsan, gəzirsən, görürsən hər yanı. Bu nemətlərə şükür elə. Nəfsi düşkünlükdən çəkin. Onun sənə xeyri yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#60 Guest

Guest
  • Guests

Posted 01 December 2015 - 12:41 PM

sala aleykum
1.Muhammed peygember sallallahu aleyhi ve sellem Allahin izniyle ölmüş adamı dirildibmi?
2. Cabir r.a uşaqlarının dirildilməyi barede olan bu hadisə sehihdi?

Bir gün Allah Rəsulu( s.a.s) camaat namazından çıxdıqda Cabirə( r.a) deyir: "Ey Cabir ! Zövcənə xəbər ver yeməyə bir şeylər hazırlasın axşam sizə musafir gələcəyik". Bunu eşidən Cabir( r.a) sevincdən gözləri dolur və dərhal evə qayıdıb bu şad xəbəri zövcəsinə bildirir. Zövcəsi bunu eşidib həm sevinir, həm də kədərlənir. Sevinir ona görə ki, Allahın Rəsulu evinə musafir gəlir, kədərlənir ona görə ki, Allah Rəsuluna yeməyə verəcək bir şeyləri yox idi. Bircə həyətdə otlayan kiçik quzudan başqa. Cabir( r.a) Allah Rəsulu üçün quzunu kəsmək qərarına gəlir və Allahın adını zikr edərək quzunu Allah Rəsulu üçün kəsir. Bu zaman Cabirın( r.a) iki az yaşlı övadından böyük olanı bunu görür və gələrək kiçik qardaşına " Atamız quzunu kəsdi" deyir. Kiçik qardaş isə "nə cür kəsdi" dedikdə, böyük qardaş atasının quzunu kəsdiyi bıçağı götürərək "bu cür kəsdi" deyib kiçik qardaşının boğazını kəsir. Qardaşının qanlar içərisində uzandığını görüb atasının onu danlayacağından qorxub qaçmağa başlayır və daş hasardan yıxılaraq boynu qırılır. Beləliklə iki övladın ikisi də ölür. Cabir(r.a) və Zövcəsi həyətə çıxdıqları zaman bu mənzərəni görüb bir anlıq yerlərində donurlar. SübhanAllah həqiqətən çox ağır bir sınaqdır iki övladın eyni vaxtda öldüyünü görmək. Övladların ölümünü axşam onların evinə musafir gələcək, Allah Resulunu məyus etməmək üçün gizlətmək qərarına gəlirlər. Ölmüş övladlarının cəsədini bir cuxala bükərək yatağa qoyub üstünü yorğanla örtürlər. Axşam olur və Allah Rəsulu bir neçə sahabəsi ilə Cabirin(r.a) qapısını döyərək müsafir olur. Yolda olan zaman Allah tərəfindən göndərilmiş Cəbrayıl (ə) Cabirin(r.a) Allah Rəsuluna qarşı olan sədaqətini ona xəbər vermiş və nə etməli olduğunu Ona bildirmişdir .
Bir qədər söhbət etdikdən sonra süfrəyə yemək gəlir. Allah Rəsulu yeməyə başlamazdan əvvəl Cabir(r.a) səslənərək: "Ey cabir ! Sənin iki övladın var idi bəs olar hardadır? çağır oları da bizimlə yemək yesinlər" bildirir. Cabir( r.a) isə Peyğəmbəri meyus etməmək üçün "Ey Allahın Rəsulu ! Övladlarım uzaqdadırlar siz yeməyinizə başlayın olarda gələr" deyə bildirir. Lakin Peyğəmbər(s.a.s) bir daha övladlarının harada olması barədə Cabirdən (r.a) soruşur. Bu dəfə də Cabir( r.a) Peyğəmbəri (s.a.s) məyus etməmək üçün oların yatmış olduğunu bildirir. Lakin hər bir şeydən xəbərdar olan Peyğəmbər(s.a.s) bu dəfə Cabirə( r.a) qəti şəkildə "Onları ya mənə göstərəcəksən, yada ki, men sənin evində çörək yemiyəcəm" deyərək bildirir. Bütün ümüdləri tükənən Cabirin( r.a) isə gözləri dolur və Peyğəmbəri(s.a.s) övladlarının yatdığı otağa aparıb ağlaya-ağlaya çarpayını gösterib "Ey Allahın Rəsulu ! Övladlarım buradadır" deyerek bildirir. Peyğəmbər (s.a.s) çarpayının üzərindəki yorğanı qaldırdıqda uşaqlar yerlərindən sıçrayaraq Peyğəmbərin qoynuna atılırlar. Göz yaşları içində gördüklərindən dəhşətə gələn Cabir(r.a) isə Allahın lütfü qarşısında baş əyərək Allah həmd etdi.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox. Amma elə möcüzə istəsəydi Allah Təalə onun üçün edərdi. Çünki bir neçə peyğəmbər üçün bunu edib. Ona görə.
2) Cabirin o rəvayəti səhih deyil. Guya ki, iki uşağı kəsir, sonra dirildir. Səhih deyil, uydurmadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#61 ummu Mahmud

ummu Mahmud
  • Guests

Posted 01 December 2015 - 02:49 PM

Salam aleykum rahmatullahi va barakatuhu
Yaxin qohumum buddistdir (kr....) 11 ilden coxdur. Nehayet arvadi namaz qilib, oruc tutmaq istedi eri icaze vermedi elbetdeki, axiri arvad bezdi uwaqlari goturub evi terk etdi. Sual: qadin muselmandirsa erine qayida biler? yenice islama gelib Alhamdulillah cox wukur men ona ne nesihet ede bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O, krişnaid kafirdir. Qadın ayrılıbsa düz edib. Kişi İslamı qəbul etsə, yeni kəbinlə qayıda bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#62 Emin

Emin
  • Guests

Posted 01 December 2015 - 04:36 PM

salam aleykum.hormetli weux Qamet qardaw size bir sualim var bu meni berk narahat edir yeni duwunurem beleki.mene iwden elebir iw tapwiriblarki biz gedib evden uzaq yerde iwlemeli olmaliyiq ve yeqin edirem ki.asri vaxtinda qila bilmeyecem.bu halda nahara gelende zohrden sonra qila bileremmi yenibir muddet her wey yerbeyer olana kimi in wa Allah.
cunki eleleri var deyir o sat kufr etmiw kafir olmuw olasan.
2.exi buda tezemi cixib o gun zovcem gelibki bes qonwunun zovcesi deyir filan muselmanlar ueaqi mektebe qoymaqi delillernen kufr sayir.yani ister oqlan ister qiz dexli yoxdu meyteve qoymaq kufrdu.
berakAllahu Fikum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəzi alimlər onu caiz görmür. Bir cür vaxt tap. Lap oturan yerdə qıl. Amma vaxtında qıl. Onu caiz görməyən alimlər çoxdur. Yəni əsri birləşdirməyi.
2) Bu xəvariclərin finiş həddində olanlarıdır. Böyük səhvdir. Nə danışırlar? Elələri var. Eləsi var ki, hətta metroya, avtobusa mindinsə kafirsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#63 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 02:31 PM

Salamaleykum, şeyx! Hər namaz üçün dəstəmaz alan adam bunu hansı səbəbə görə edirsə,o səbəb bəzən olmayanda da hər namaz üçün dəstəmaz almalıdırmı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər pozulursa. Pozulmayıbsa, almaq vacib deyil. Xüsusən də əgər çətinlikdirsə, su azdırsa. Əlhəmduliləh qıla bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#64 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 04:24 PM

Salam aleykum.
1) Men xestexanada yatiram belimde yirtiq var. hekimnen de eyilib namaz qilmagi sorumamisam. Qorxuram ziyan olar, chunki bashqa xestelere eyilmek olmaz deyib. Qible de menim oturmagim ve ya uzanan yerde qilmagimin semtine deyil, tam narahatliqdi. Men nece edim? Tutaq ki hekim dedi uzan qil uzansam da dediyim ki semtime uygun deyil.
2) uzananda ayaq qible istiqametinde olmalidi yoxsa bash? Yani ayaq qinleye olsa uzum de qinleye baxir. Hansi dogrudu?
3) eger otur qil dese nece qilinir oturaq?
4) hem de otur dese olar ki uzanib qilib? Cunki otursam iche adamlar girir deye narahatliq olur istemirem ele, hem de utancagam natahat oluram. Uzanib qilsam olar oturmaq yasaq olmasa bele?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Uzanan yerdə qılın. Çalışın qibləyə dönün. Əgər mümkün deyilsə, elə də qılın.
2) Üz qibləyə olmalıdır.
3) Oturan yerdə qibləyə tərəf çevril. Rükuda bir az əyilərsən, səcdədə ondan bir az çox. Vəssalam.
4) Əgər səbəb varsa, qıla bilərsən. Hər halda, inşəAllah, namaz düzdür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#65 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 04:28 PM

Salam aleykum. Nardaran hadiselerinde gunah kimde idi? Umumiyyetle o ne hadise idi ele? Dini qarshidurma idi? Dindarlara tezyiq var idi orda?
2) men basha dushe bilmirem ki, adi insanlarda silah ne gezir? Dindarda silah olar? Dindarlara silahi kimler verir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Orada dindarlara təzyiq yox idi. Sadəcə orada müəyyən dəstələr var idi. Onlar siyasi hərəkata qoşulmuşdular. O da problemlərə gətirib çıxara bilər. Ona görə də hökumət bu addımı atdı.
2) Dindar silah gəzdirə bilər. Əgər hökümət ona versə, o da düşmənlərlə müharibədə. Kim silah istəyirsə, götürsün və getsin Qarabağa. Orada bir neçə ermənini öldürsün. Sonra onu öldürəcəklər. Adınına məktəblər qoyacaqlar və s. Amma öz camaatımızın, polislərimizin, hökümətimizin üzərinə silah qaldırmaq böyük səhvdir. Və dinimizdə bunu qadağan edir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#66 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 04:30 PM

Salam aleykum. Sizden sorushum Allah xatirine dogru cavab verin. Azerbaycanda ishidchiler var? Ishid izlerinin oldugunu bilirsiz? Ishid bizde terror etme ehtimali var? Ve ya umumiyyetle televizorlarda ve diger yerlerden melumaylar gelir ki, terrorlar gozlenilir. Bunlar heqiqetdir Azerbaycanda?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlbəttə, Azərbaycanda İşidçilər var. Və İşidə meyllilər var. Amma qaldı ki, nə ola bilər? Allah bilir. O baxır onların şeytanları onlara nə vaxt o əmri verəcəklər. Onlar əmirlərə tabedilər. Əgər şeytan əmri versə, hə. Hər halda təhlükə var. Lap İşid olmasa da təhlükə var. Bizim məscidə şeytanlar tərəfindən xain hücumu olduqda İşid heç yox idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#67 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 09:07 PM

Salam aleykum! Men isteyirem ki yaddasim guclu olsun. Bezmiseme men her sey mene gec catir men ne ede bilerem. Sunnede yaddasin guclu olmasi ucun ne gelibdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ən birinci səbəb günahlardır. Sonra oxumamaq, əzbərləməmək. Beyin onda sönür, yatır. Beyni işlətmək lazımdır. İşlərdikcə həm qəbul etməyi artır, həm yaddaş güclənir. Həmdə günahlardan çəkinmək lazımdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#68 skldhvıkljsdgfhıakgjnd

skldhvıkljsdgfhıakgjnd
  • Guests

Posted 02 December 2015 - 10:29 PM

görürsən elm tələbələrini necə xain çıxdılar sənə qarşı. Əvvəl pul verirdin onlara dövrəndə var idilər. Elə ki məscid bağlandı pullar azaldı indi səndən asıllıqları yoxdur çünki pul vermirsen onlar da sənin ilə razılaşmırlar əqidə məsələlərində

Cavab:

Bunu sən deyirsən. Çünki başqası deməz. Birincisi, niyə bilmədiyin şeyi danışırsan? Sən get öz işinlə məşğul ol, get işlə ailəvə pul qazan, özünlə, ailənlə məşğul ol. Elə onlarla məşğul olsan, heç başqa söhbətlərə vaxtın qalmayacaq. Amma qaldı ki, pul və s. Elə şeylər danışma. Qorxma, məndə pul yoxdur, qorxma. Get rahat yat..
Allah daha yaxşı bilir!





5 user(s) are reading this topic

0 members, 5 guests, 0 anonymous users