Posted 11 April 2011 - 11:56 AM
As Salamu aleykum.
Sizə bir sual yaşmışdım Xahiş edirəm ki, "namazı qılmayan kafir deyil", "Ramazanda oruc tutmayan kafir deyil", "Zəkat verməyən kafir deyil", Quran və Sünnədən dəlil gətirəsiniz. Cavabı oxudum, lakin sizin cavaba bəzi əlavələr etmişəm. (kursiv şriftlə). Əlavələrə nə deyirsiz?
Xahiş edirəm ki, "namazı qılmayan kafir deyil", "Ramazanda oruc tutmayan kafir deyil", "Zəkat verməyən kafir deyil", Quran və Sünnədən dəlil gətirəsiniz.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah Təala buyurur ki, “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (Nisa, 48). Bu ayə göstərir ki, əsas bağışlanmayan günah şirkdir. Amma başqa əməllər isə Allahın istəyi altındadır. Ona görə də sələflər ittfaq ediblər ki, kim şəhadəti tərk edərsə, kafirdir.
Şeyx Suleyman bin Abdullah bin Muhamməd bin Abdulvahhab “Təysir əl-Əziz əl-Həmid fi Şərh Kitəb ət-Təvhid” kitabında (səh: 72) deyir: “(Peyğəmbərin) “kim – lə iləhə illə Allah - deyərsə “ sözu, yəni, “kim bu sözləri, mənasını bilərək, onun tələblərini batinən və zahirən yerinə yetirərək deyərsə”mənasındadır, necəki Allahu Təalənin sözləri buna dəlalət edir: “Bil ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur!” (Muhamməd, 19) və yenə deyir: “Ancaq (bunun haqq olduğunu) bildikləri halda haqqa şəhadət edənlər müstəsnadır.” (əz-Zuxruf, 86) Amma mənasını bilmədən, tələblərini yerinə yetirmədən sadəcə dildə söyləməyə gəldikdə isə, bu, alimlərin icmasına gorə hec bir fayda verməz. Hədisdə buna dəlalət edən dəlil vardır və bu, (peyğəmbərin) “kim şahidlik edərsə” sözləridir, cünki insan bilmədiyi halda necə şahidlik edə bilər?! Bir şeyi sadəcə dildə tələffuz etmək şəhadət adlanmır...” Daha sonra səhifə 78-də deyir: “Kim bu sözləri, mənasını bilərək, şirki tərk etmək, onun ifadə etdiyi mənaya tam qətiyyətlə etiqad etməklə və ona əməl etməklə birlikdə Allahın təkliyini isbat etmək kimi bu kəlimənin tələblərini yerinə yetirərək söyləyərsə, belə biri həqiqi müsəlmandır! Əgər etiqad etmədən sadəcə zahirdə əməl edərsə, belə biri münafiqdir və bunun əksini edən; məsələn şirk edən kəs isə, şəhadəti söyləsə belə kafirdir. Görmursən ki, münafiqlər zahirən ona əməl etdikləri halda, cəhənnəmin ən alt təbəqəsində yanacaqlar?! Yəhudilər isə şirk və küfr üzərində olduqları halda həmin sozləri soyləyirlər, lakin o sözlər onlara fayda verməmişdir. Eynilə kim şəhadətin tələblərindən və haqqlarından birini inkar edərək mürtəd olarsa, kəlimeyi-şəhadəti yüz min dəfə söyləsə belə ona fayda verməz. Yenə eynilə qəbrə və butlərə ibadət edənlər kimi Allahdan başqasına muxtəlif cur ibadət edənlərə soylədikləri şəhadət kəlimələri fayda verməz və belə kəslər şəhadət kəliməsinin fəziləti haqqında gəlmiş hədislərin və bənzəri hədislərin əhatə dairəsinə daxil deyillər...peyğəmbər – salləllahu aleyhi va səlləm – bunu “tək olduğuna və hec bir şərikinin olmadığına” sözləri ilə izah etmişdir və yəhudilər, münafiqlər və qəbrə ibadət edənlər kimi insanın müşrik olduğu halda bu sözu deyə biləcəyinə diqqət cəkmişdir.”
Başqa əməllərdə isə, xüsusən də namazda, ixtilaf ediblər. Bu ixtilaf əsasən namazdadır, amma oruc və zəkatda ixtilaf cüzidir, yəni çoxluq deyir ki, bu əməlləri tərk edən kafir deyil.
Necə ki ibn Teymiyyə (rahimahullah) Fətavidə 7/609 və 20/91-də, Muhəmməd ibn AbdulVəhhab (rahimahullah) əd-Durar əs-Səniyyə 1/102-də qeyd ediblər.
Şübhəsiz ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. ən-Nisa, 48
Allahu Təalənin "mə dunə zəlik" (bundan başqa, bundan aşağı) sözündəki məna "bundan kiçik olan" deməkdir, yoxsa şirkdən başqa bütün günahlar qəsd olunmur, çünki bunun dəlili budur ki, kim Allahın və Rasulunun verdiyi xəbəri təkzib edərsə o, kafirdir. Allah onu bağışlamayacaq və onun bu günahı (yəni təkzib etməsi) şirk deyildir. Hətta "mə dunə zəlik" sözü ilə şirkdən başqa günahların qəsd olunduğunu qəbul etsək, o zaman bu ayə ümumi dəlillər növündəndir və şirkdən başqa günah olan küfrə dəlalət edən nasslar ilə xüsusiləşmişdir. İnsanı millətdən çıxaran küfr isə şirk olmasa da, Allahın bağışlamadığı günahlardandır.
Səvban r.a. Rasulullahdan, səllallahu aleyhi va səlləm, rəvayət edir: "Bizimlə kafirlər arasındakı fərq namazdır. Kim namazı tərk edərsə kafir olur." (Tirmizi, 2621, İbn Macə, 1/231, Əhməd, 5/346, Hakim, 1/7, Beyhəki, 3/366, İbn-i Teymiyyə, "Məcmuul-Fətava", 7/477) İbn-i Teymiyyə, rahiməhullah, bunu iman bölümündə dəlil gətirir.
Abdullah ibn Məsud r.a. "Amma onların arxasından namazlarını zay edən, şəhvətlərinə uyan bir nəsil gəldi..." (Məryəm, 59) ayəsinin təfisirində "Namazın zay edilməsi, gecikdirilməsidir. Namazı tamamilə tərk edən kafir olur" deyib. (İbn-i Teymiyyə, "Məcmuul-Fətava", 7/478, Muxtasar Təfsiru İbn-i Kəsir, 3/1404)
Əbu Zərrdən ,radıyallahu anh, rəvayət olunub: "Kim namazı tərk edərsə Allahın zimmətindən çixar, küfrə düşər." (Əhməd (5/238), Camius-Sağir(1585) Durru-Mənsur (104) İbn-i Teymiyyə, "Məcmuul-Fətava", (7/477) İbnu Macə (4034) Tabərani, "Mucəmu'l-Kəbir" (20/233) Muhamməd İbnu Nasr, "Kitabu's-Salət" (911) həsən bir sənədlə rəvayət ediblər. Albani, "Səhih Sunəni İbnu Macə" də (3259) təxric edib.)
Ubeydu'l-Qalai belə deyir: “Məkhul (r.h.) əlimdən tutaraq "Ya Əba Vəhb! Fərz bir namazı qəsdən tərk eden biri üçün nə deyirsən?" dedi. Mən də "Asi bir mömindir" dedim. Əlimi daha çox sıxdı və sonra belə dedi: "Ya Əba Vəhb! İmanın şanı nəfsində daha əzəmətli olsun! Kim fərz namazı qəsdən tərk edərsə Allahın zimmətindən uzaqlaşmışdır. Kim Allahın zimmətindən uzaq olsa o kafir olur." (İbnu Əbi Şeybə, "İman", (129) va Abdurrazzaq, "Musənnəf" (5008) səhih bir senedle rəvayət edib)
Ona görə alimlər İslamda namaz üçün xüsusi diqqət ayırmışlar və bu barədə kitablar tərtib etmişlər. Müsəlman ümmətində namazın tərk edilməsi dinin sonuncu dirəyinin götürülməsi deməkdir və Allah qarşısında belə bir bəndənin heç bir vədi yoxdur.
İmam Əhməd (rahimahullah) tələbəsi Hafiz Musəddəd ibn Musərhəd vasitəsilə belə demişdir: “Allaha şirk qoşmağın və ya Allahın fərzlərindən bir fərzi inkar edərək rədd etməkdən başqa bir kimsəni İslamdan heç bir şey çıxarmaz. Bir kimsə fərzi təmbəlliklə tərk edərsə o, Allahın istəyi altındadır. İstərsə ona əzab verər, istərsə də onu bağışlayar”.
İmam Əhməd ibn Hənbəl demişdir: “Namazı tərk etmək millətdən çıxaran küfr ilə kafirdir, əgər tövbə edib namazını qılmazsa öldürülər.” Bax: ”Şərh əl-Mumti alə Zad əl-Mustaqni”, 2/26
Mən də deyirəm ki, İmamın bu ifadəsi, hökmün ümumiliyi və namazın tərk edilməsi məsələsinin xüsusiliyi ilə bağlı Kitab və Sünnətdə bizə gələn hökmün açıq-aydınıdır. Allah Təalə isə buyurur: “Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar” (Nisa, 116).
Peyğəmbərdən (sallALLAHU 'aleyhi wa sallam) rəvayət edilən: «Allah Təalə qullarına beş vaxt namaz fərz qılmışdır. Kim ki bu namazları səhlənkarlıq etmədən və qəsdən heç bir vaxtı tərk etmədən haqqı ilə yerinə yetirərsə, Allah onu Cənnətinə daxil edəcəyinə dair söz vermişdir. Kim də bu beş vaxt namazı qılmazsa Allahın ona heç bir sözü yoxdur. İstərsə onu Cənnətə daxil edər, istərsə də əzab verər».
Muhəmməd ibn AbdulVəhhab (rahimahullah) əd-Durar əs-Səniyyə 1/70-də bir kimsə hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla savaşılır deyə soruşulan bir kimsəyə verdiyi cavabında belə demişdir: “İslamın rükunları beşdir. Bunların ilki şəhadət kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqrar etdiyi halda təmbəllik səbəbi ilə tərk edərsə biz o, kimsə ilə o, rükunu tərk etdiyindən ötrü savaşsaq da onu öldürsək də əsla təkfir etmərik. Fərziyyətini inkarsız təmbəllik səbəbi ilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edərik. O, da şəhadət kəliməsidir”.
Namazı tərk edənin təkfirində Qurandan bir ayəni dəlil gətirən bəzi müəllimlər o, ayəni insanları təkfir edərkən dəlillərinin əsası etmişlər. O, da: “Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik” (Tövbə, 11). Bu ayəni dəlil gətirərkən belə deyirlər: “Allah bizimlə müşriklər arasında qardaşlığın sabitliyini onların namaz qılma şərtinə bağlamışdır. Kim namaz qılmazsa o, dində qardaşımız sayılmaz.” Belə bir dəlilə iki tərəfdən cavab verilir: “İmam İbn Atiyyə (rahimahullah) əl-Muharrəri Vəciz, 8/139-da belə demişdir: “Ayədə olan əgər tövbə edərlər; yəni əgər hallarından dönərlərsə… Onların tövbəsi imanı əhatə edən bir tövbədir. Namazı qılmaq isə imanı əhatə edən bir tövbədən sonrakı şərtdir. Allah: “Əgər tövbə edərlər” ifadəsini namaz və zəkatdan əvvəl zikr etmişdir. Bu da dini qardaşlıqla bağlı hökm verməkdə əsas qaydanın ayədəki tərtib olduğuna dəlalət edir.
Bu qaydaya görə Təbəri (rahimahullah) Cəmiul Bəyan, 18/86 təfsirində belə deyir: “Allah Təalə buyurur: “Ey möminlər! Sizə öldürülmələrini əmr etdiyim o, müşriklər əgər küfr və Allaha şərik qoşmalarından Allaha və Rəsuluna imana dönərlərsə, Rəsuluma itaətlə təslim olur, fərz namazları qılar və onun haqlarını yerinə yetirərlərsə, fərz olan zəkatı əhlinə verərlərsə Allahın əmr etdiyi kimi onlar sizin din qardaşlarınızdır. O, din də İslam dinidir”. Bu ayədə Allah namaz ilə zəkatı birləşdirmişdir. Bir kimsə tövbə etsə, namaz qılsa lakin zəkatı verməzsə müsəlmanların lehinə və əleyhinə olan hökmlər onun üzərinə də şamil edilib din qardaşınız sayılmazmı? Əgər “Bəli o, din qardaşımızdır” deyilsə, onda biz də belə deyərik: “Ayədə namaz və zəkat, tövbədən dərhal sonra bir yerdə (bərabər) tərtib ilə zikr edilmişdir. Bəs onda onları bir-birindən ayırmağın dəlilil nədir!?” Əgər: “O, din qardaşımız deyildir” - deyərsə, onda biz də belə deyərik: “Şübhəsiz bu söz, haqqında heç bir dəlil olmayan batil bir sözdür.”
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. ət-Tövbə, 11
və Məryəm surəsində deyir:
Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. Məryəm, 59-60
İkinci ayədəki, yəni Məryəm surəsindəki ayədə bizim üçün dəlil budur ki, Allahu Təalə namazlarını tərk edənlər və şəhvətlərinə tabe olanlar haqqında deyir: ”Ancaq Allaha tövbə edib iman gətirənlər” və bu, dəlalət edir ki, onlar namazlarını tərk edib şəhvətlərinə tabe olduqları zaman mömin deyildirlər.
Birinci ayədən isə çıxarilan dəlil isə budur ki, Allahu Təalə bizlər ilə müşriklər arasında qardaşlığın kəsinləsməsi üçün üç dənə şərt qoymuşdur:
- Şirkdən tövbə etsinlər
- Namaz qılsınlar
- Zəkat versinlər
Əgər şirkdən tövbə etsələr və namaz qılmasalar və zəkat verməsələr bizim qardaşlarımız deyildirlər.
Əgər namaz qılıb zəkat verməsələr, yenə qardaşlarımız olmazlar.
Dindəki qardaşlıq isə yalnız dindən tamamilə çıxdıqda pozular, fisq və ya kiçik küfr ilə pozulmaz. Çünki Allah küfr hökmünü namazı tərk etmək ilə əlaqələndirmişdir, namazı inkar etməyə bağlamamışdır.
Dində qardaşlıq əlaqəsi sadəcə namazı təsdiq etmək deyil, bir əməl olaraq namazı qılmağın üzərində qurulmuşdur. Allahu Təalə “Əgər tövbə etsələr, namazın vacibliyini qəbul etsələr…” demir. Nədə peyğəmbər, salləllahu aleyhi va səlləm, ”insan ilə şirk və küfr arasında namazın vacibliyini inkar etmək vardır” və ya ”bizimlə onlar arasındakı əhd namazın vacibliyini qəbul etməkdir, kim vacibliyini inkar edərsə küfr etmişdir.” demir.
Əgər Allahu Təalənin və Onun Elçisinin qəsd etdiyi məna budursa, bunu açıq şəkildə qeyd etməməkləri Qurani Kərimdə söylənənlərə müxalif olardı. Allahu Təalə deyir:
Biz Kitabı sənə hər şey üçün bir izah olaraq nazil etdik. ən-Nəhl, 89
Allahu Təalə peyğəmbərinə müraciət edərək deyir:
Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən ən-Nəhl, 44
Məgər qətl halında qisas barəsindəki ayəni görmürsənmi?!
Əgər qatil qardaşi tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahasına ona müvafiq qaydada ödənilməlidir. əl-Bəqara, 178
Allahu Təalə bu ayədə qəsdən qətl edən qatili qətl edilənin qardaşı saymışdır, lakin bununla bərabər qəsdən qətl etmək böyük günahların ən böyüklərindəndir. Çünki Allahu Təalə buyurur:
Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində qalacağı Cəhənnəmdir.
Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. ən-Nisa, 93
Daha sonra Allahın bir-biri ilə vuruşan iki mömin tayfa barədə dediyi sözə nəzər yetir:
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşarsa, onları barışdırın!… bu sözünə qədər
Möminlər həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın!… əl-Hucurat, 9-10
Allahu Təalə bu ayədə barışmaq istəyən dəstə ilə vuruşmaq istəyən tayfa arasında qardaşlığın olduğunu göstərmişdir, lakin bununla bərabər mömini qətl etmək küfrdür.
Beləki Buxari və digərlərinin İbn Məsuddan, radiyallahu anhu, rəvayət etdikləri səhih bir hədisdə peyğəmbər, salləllahu aleyhi va səlləm, buyurmuşdur:
”Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür.” Buxari, ”Kitəb əl-İman”da (1-ci cild/ hədis: 48) Vaildən rəvayət etmişdir, Muslim, (1/16/ hədis: 64) İbn Məsuddan rəvayət etmişdir. İbn Macə bu hədisləri ”Kitəb əl-Fitən” də zikr edir.
Lakin burdakı küfr millətdən çıxaran küfr deyildir. Əgər millətdən çıxaran küfr olsaydı, bununla bərabər iman qardaşlığı qalmazdı. Halbuki bu mübarək ayə qatil ilə qətl edilənin arasında iman qardaşlığının qaldığına dəlalət edir.
Eləcədə buradan öyrənmiş oluruq ki, namazı tərk etmək millətdən çıxaran küfrdür, əgər fisq və yaxud kiçik küfr olsaydı, qatil ilə qətl edilənin arasında din qardaşlığının pozulmadığı kimi, bununla da din qardaşlığı pozulmazdı.
Huzeyfə ibn Yəmən (radiyALLAHU 'anhu) rəvayət edir ki, peyğəmbər (sallALLAHU 'aleyhi wa sallam) buyurdu: “Qiyamət günü İslam paltarın naxışları köhnələrək silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də zəkatın nə olduğu bilinməyəcəkdir. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə də belə qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: “Biz babalarımızın bu kəlməni: “Lə iləhə illəllah” - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləyirik.” Bu hədisi İbn Məcə, Həkim, Əbu Muaviyə, Əbu Məlik əl-Əşcəi, Ribuyy ibn Hiraş, Huzeyfə ibn Yəmən yolu ilə mərfu olaraq rəvayət edilmişdir. Həkim bu hədisi səhihləmiş, İmam Zəhəbi də Həkimin səhihləməsinə razılıq göstərmişdir. Əl-Busuri “Misbahus Zucac” isimli kitabında zikr olunan hədisi səhihləmiş, İbn Həcər də Buxarinin şərhində 13/16-da bu görüşün doğruluğunu sübut etmişdir.
Namazını tərk edənin üzrlü olduğu hallarla şərtlənmiş olaraq gəlmiş dəlillər.
İbn Macənin Huzeyfə bin Yəməndən rəvayət etdiyi hədis kimi:
Dedi: “Allahın Elçisi, salləllahu aleyhi va səlləm, dedi: “İslam, paltarın naxışlarının söküldüyü kimi söküləcəkdir.” və hədis davam edir və hədisdə qeyd olunur ki, “çox yaşlı və aciz insanlardan olan bəzi qruplar qalacaqlar və onlar deyəcəklər: “Biz öz atalarımızı bu kəlimə - Lə İləhə İllə Allah - üzərində gördük və biz də onu deyirik.” Sila ona dedi: “Axı namazın, orucun, qurbanın, sədəqənin nə olduğunu bilmədikləri halda, “lə iləhə illəllah” sözünün onlara nə faydası vardır?!” Huzeyfə ondan üzünü döndərdi və Sila bunu üç dəfə təkrarladı və hər dəfə də Huzeyfə üzünü döndərirdi. Üçüncü dəfə üzünü ona tərəf döndərərək dedi: “Ey Sila! Onları atəşdən xilas edəcək!” (üç dəfə) İbn Macə, (4049) və əl-Hakim (4/473). əl-Hakim hədisin səhih olduğunu deyir və İmam Zəhəbi bununla razılaşmışdır. İbn Hacər də “Fəthul-Bari” əsərində (13/16) hədisin səhihliyini təsbit etmişdir. Bax: Şeyx Nasiruddin əl-Albani, “Silsilə Əhadis əs-Sahihə” (1/130-132, hədis: 87).
(Lə iləhə illəllah) kəliməsi ilə atəşdən xilas olan bu kəslər, İslam Şəriətini tərk etməklərinə görə üzrlü olacaqlar. Çünki onlar İslam Şəriətindən xəbərsizdirlər. Hədisdən anlaşılan budur ki, onlar buna güc yetirə bilməyəcəklər və onların halı, Şəriət fərz olmadan əvvəl ölənin halına bənzəyir və ya şəhadət gətirəndən sonra şəriətin əhkamlarına əməl etmək imkanı tapmadan əvvəl ölən kəslər kimi şəriətə əməl etmək imkanı olmayanların
halına bənzəyir və yaxud da küfr ölkəsində müsəlman olduqdan sonra şəriəti öyrənmək imkanı tapmadan ölən bir kəsin halına bənzəyir. Xülasə olaraq qeyd edək ki, namazı tərk edənin kafir olduğunu söyləyənlərinin
gətirdiyi dəlillər, kafir olmadığını söyləyənlərin gətirdikləri dəlillər ilə ziddiyət təşkil etmir. Çünki onların gətirdiyi dəlillər ya zəif olan və mənası aydın olmayan dəlillərdir, ya məsələdə əslən dəlil deyildir, ya dəlilin özündə namazın tərkini imkansız qılan şərtə bağlıdır, ya namazın tərki halında üzrlü olan hallarla şərtlənmişdir və yaxud da kafir olduğunu isbat edən dəlillərlə təxsis olunmuş ümumi dəlillərdir.
Namazdan üz döndərənin küfrü bütün bu sabit və sağlam dəlillərlə aydın olduqdan sonra, küfr və riddət hökmlərinin həyata keçməsi vacibdir. Həm isbatda, həm də nəfydə hökmün müəyyən edilməsinin illətdən asılı olması zəruri bir qaydadır.
Şeyx Albani (rahimahullah) dəyərli kitabı Səhih Hədislər Silsiləsi, 1/130-132-də zikr olunan hədisin açıqlamasında belə demişdir: “Bu hədisdə çox önəmli fiqhi faydalar vardır. O, da “Lə İləhə İlləllah” kəlməsi, sahibini namaz və İslamın digər rükunlarından bir rükunu yerinə yetirməsə də belə o, kimsə Qiyamət günü Cəhənnəm atəşində əbədi qalmaqdan qurtulacaqdır.”
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun, amma məqalə qarışıqdır, yəni siz nə demək istədiyiniz oxuculara aydın olmaya bilər.
Namaz məsələsində sələf ixtilaf edib – vəssəlam, bu məsələni şişirtmək, dəvətə qatmaq və dəvəti bununla başlamaq, camaatı bu məsələ ilə bölmək böyük xətadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!