Posted 06 August 2008 - 10:04 PM
Salam aleykum va rahmetullahi va bereket
Qamet qardash suallarimizi cavablandirdiginiza gore Allah sizden razi olar inshaAlllah
Menim qarshima bezi hedisler cixdi bir nece gun evvel...ve bu hedisler menim imanima emelli bashli tesir edib...Xahish edirem ki, dolgun cavablar yazin.
Cox shey yazdim ona gore de Allah sebr verer inshaAllah....
1)«Səhihe Buxari»də nəql olunur ki, Allahın Rəsulu (s) buyurmuşdur: «Yer mənim üçün səcdə və təyəmmüm yeri qərar verilmişdir.»
2)Şiələrin Əbu-Bəkrə biganə münasibətini əsaslandırmaq üçün sünnilərin iki mö’təbər kitabı olan «Səhihe Müslim» və «Səhihe Buxari»yə müraciət edirik:
«Həzrət Peyğəmbər (s) buyurdu: Fatimə (s) mənim tənimin yarısıdır, onu qəzəbləndirən kəs məni qəzəbləndirmiş olur.»
Başqa bir hədisdə buyurulur: «Aişə deyir ki, Peyğəmbərin (s) vəfatından sonra Fatimə Əbu-Bəkrdən Peyğəmbərdən qalanları irs istədi. Əbu-Bəkr dedi ki, Peyğəmbər (s) «bizdən kimsə irs aparmaz və bizdən nə qalsa, sədəqədir», buyurub. Əbu-Bəkrin sözləri Fatiməni qəzəbləndirdi və o Əbu-Bəkri tərk etdi, həyatı boyu onunla danışmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı.[93]
«Səhihe-Müslim»də nəql olunur ki, həzrət Peyğəmbər (s) minbərdən buyurdu: «Mənim qızım tənimin yarısıdır. Onu narahat edən məni narahat edir, Fatiməni incidən məni incidir.
Sual olunur ki, Fatimənin sözünü rədd etməkdən böyük əziyyət nədir? Fatimə öz iddiasının sübutu üçün şahid gətirməyə məcbur edilir, şahid gətirdikdə isə yenə də inkar olunur. Aişə bildirir ki, Əbu-Bəkrdən sonra Ömər Mədinədən Peyğəmbərə (s) çatacaq büdcəni Əli və Abbasın ixtiyarına verdi, amma Fədək və Xeybərdən çatası pay saxlanıldı.
Bəli, mə’lum olur ki, həzrət Fatimənin (s) tələbləri haqlı imiş. Bunu bilə bilə Əbu-Bəkr Fatiməyə az da olsa, ata mülkündən verməkdən imtina etmişdir. Tutaq ki, Peyğəmbərdən (s) qalan mülk müsəlmanlara çatır, məgər Fatiməyə (s) bir müsəlman kimi nəsə vermək olmazdımı?! Sünnilər isə birtərəfli mühakimə yürütdüklərindən Əbu-Bəkrin yalnız müsbət tərəflərini görür, hətta öz mö’təbər kitablarını belə ciddi mütaliə etmirlər. Beləcə, Fatimənin məzlumiyyətinə ağlamalı olanlar ona zülm edənə ağlayırlar.
3)Şiələrlə sünnilər arasında ixtilaf Allahın Rəsulu (s) ölüm yatağında yatdığı zamandan başlamışdır. Həmin vaxt Həzrətin yanında Ömər də daxil olmaqla bir dəstə adam toplaşmışdı.
Sünnilərin mö’təbər kitabı «Səhihe Buxari»də azca fərqlə yeddi dəfə nəql olunmuş bir rəvayət var. Rəvayətdə deyilir: «Peyğəmbər (s) xəstə halda ikən buyurdu: «Mənə qələm-kağız verin, bundan sonra azmamağınız üçün bə’zi sözlər yazım.» Ömər ibn Xəttab dedi: «Xəstəlik peyğəmbərə qalib gəlmişdir. Allahın kitabı varsa bu kitab bizə kifayətdir.» Ömərin bu sözlərindən sonra orada olanlar arasında ixtilaf düşdü. Kimi kağız gətirilməsini istədi, kimi də Ömərin sözlərini təkrarladı. Peyğəmbər (s) buyurdu: «Qalxın və uzaqlaşın, mənim yanımda didişməyiniz yaxşı iş deyil.» İbn Abbas bayıra çıxıb ağladı və dedi: «Bütün bəlalar buradan başladı ki, Peyğəmbəri (s) yazmağa qoymadılar...» Qeyd etdik ki, bu rəvayət yeddi dəfə nəql olunmuşdur: «Kitabətul-elm»[110], «Cəvizul-vəfd»[111], «İxracul-yəhud»[112], «Mərəzun-nəbi»[113], «Mərəzun-nəbi»[114], «Əl-mərəz»[115], «Kərahətul-ixtilaf»[116]
Nümunə olaraq bu rəvayətlərdən birini[117] olduğu kimi nəzərinizə çatdırırıq:
İbn Abbas deyir: Allahın Rəsulu (s) ehtizar (canvermə) halında olarkən onun evində Ömər ibn Xəttab da daxil olmaqla bir qrup adam vardı. Həzrət (s) buyurdu: «Kağız gətirin, bundan sonra yolunuzu azmamağınız üçün sizə bir şey yazım.» Ömər dedi: «Dərd Peyğəmbərə (s) qalib gəlmişdir, sizin Qur’anınız var və bu bizə kifayət edər.» Evdə olanlar arasında ixtilaf düşdü, onlar didişməyə başladılar. Bə’ziləri «Peyğəmbərə yaxınlaşın, o, azmamağımız üçün bir şey yazsın» deyir, bə’ziləri isə Ömərin sözlərini təkrarlayırdılar. Səs-küyün artdığını görən Peyğəmbər (s) buyurdu: «Qalxın, məndən uzaqlaşın.» Həqiqətən də, peyğəmbərlə (s) ixtilafın qarşısını alacaq yazı arasında maneə yaradılan andan müsibətlər başladı.»
Bu rəvayət sünnilərin ən mö’təbər kitablarında nəql olunmuşdur. Kitablardan birinin müqəddiməsində yazılır: ««Səhihe-Buxari» Qur’andan sonra İslamın əsas kitabıdır.» Elə bu kitabda nəql olunmuş həmin rəvayət bir neçə inkarolunmaz həqiqəti sübuta yetirir:
Həzrət Peyğəmbər (s) yatağı ətrafına toplaşanları, eləcə də bütün müsəlmanları azmaq təhlükəsi qarşısında görürdü.
Məktub yazılmadığı üçün Həzrətin (s) ətrafındakılar azğınlıqdan yaxa qurtara bilmədilər, çünki yalnız bu məktub azğınlığın qarşısını ala bilərdi
Həmin gündən ixtilafın bünövrəsi qoyuldu;
həmin gün ilk çəkişmə və düşmənçilik baş verdi;
bu didişmələr Həzrəti (s) o qədər narahat etdi ki, orada olanları rədd etdi
Bu macərayə şahid olan, yazılacaq məktubun əhəmiyyətini dərk edən, bu vəziyyətə ağlayan, bu hadisənin gələcəkdə İslam və müsəlmanlara problem yaradacağını anlayan İbn Abbas bildirir ki, bütün müsibətlər Peyğəmbərin (s) bu məktubu yazmasına maneçilikdən doğdu.
Bəli, bütün ixtilaflar, çəkişmələr, savaşlar məhz Ömərin sözlərindən rişələndi.
4)Sə’d ibn Übadə xəstə olarkən həzrət Peyğəmbər (s) Əbdürrəhman ibn Ovf, Sə’d ibn Vəqqas və İbn Məs’udla onu yoxlamağa getdi. Sə’d ibn Übadənin ailəsi onu dövrəyə almışdı. Peyğəmbər (s) Sə’din əhvalını soruşub ağladı. Həzrətlə gələnlər də ona qoşulub ağladılar. Sonra Həzrət buyurdu: «Allah-taala göz yaşı və kədərə görə kimsəyə əzab verməz. Amma danışılmayası sözlər danışan dilə görə cəzalandırar.» (Rəvayətin ardınca nəql olunur) Həqiqətən də, meyit, əhli ona ağladığı üçün cəzalandırılar. Ömər ibn Xəttab ölüyə ağlayanları əsası ilə kötəkləyərdi...[200]
Rəvayətdən mə’lum olur ki, Ömər ölüyə ağlayanları çubuq, daş torpaqla susdurarmış. Məsələn, övladını itirmiş ata ağlayanda xəlifə onun göz yaşlarını, cəzalandırmaqla qurudarmış. Bəli, Peyğəmbər (s) ağlayarmış, Ömər isə ağlayanı kötəkləyərmiş! Fiqhə baxın! Əgər bu rəvayət «Səhih Buxari» kimi mö’təbər sayılan bir kitabda olmasaydı, onu nəql etməyə cür’ət olunmazdı. Bir cəmiyyətdə belə bir rəftar adi hesab olunursa, şiələrə qarşı münasibət rəftar gözləməyə dəyməz. Bir şəxs ərəb olması ilə fəxr edərək, Peyğəmbərin (s) ərəblər arasından çıxmasını Allahın lütfü kimi izah etmişdi. Amma nəzərə almamışdı ki, həkim öz işinə ən ağır xəstədən başlayır.
5)Şiələr bir çox əqli və nəqli dəlillərə əsasən, Peyğəmbər (s) Əhli-beytini (ə), imamları mə’sum hesab edirlər. Sünnə əhlinin inkar edə bilməyəcəyi bir dəlil isə budur: «Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.»
«Səhih Müslim»də nəql olunur ki, Ayişə dedi: «Bir gün Peyğəmbər (s) əynində qara yun əba hücrədən çıxdı. Əli oğlu Həsən Həzrətə yaxınlaşdı və həzrət onu əbasının altında aldı. Sonra Hüseyn (ə), daha sonra isə Fatimə və Əli əbanın altına daxil oldular. Həzrət (ə) buyurdu: «Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.»
Əhməd ibn Hənbəlin «Müsnəd»ində nəql olunur: «Peyğəmbər (s) altı ay müddətində sübh namazı üçün Fatimənin qapısından keçər və deyərdi: «Namaz! Ey əhli-beyt, Allah fəqət sizdən çirkinliyi yox etmək, sizi pak etmək istəyir.»[213]
«Səhih Müslim»də nəql olunur:
«Zeyd ibn Ərqəm dedi: «Bir gün Peyğəmbər (s) Məkkə və Mədinə arasındakı «Xumm» adlanan su kənarında xütbə oxudu və Allaha həmd-sənadan sonra buyurdu: «Ey camaat, mən bir bəşərəm, tezliklə Allahın mə’muru gələr və mən onun də’vətini qəbul edərəm. Mən sizin üçün iki qiymətli əmanət qoyub gedirəm: biri hidayət və nur olan Allah kitabı, digəri isə mənin əhli-beytim...» Həzrət bu cümləni üç dəfə təkrar etdi. Əhli-beyt (ə), and olsun Allaha ki, həzrətin arvadları deyil. Qadın bir vaxt ərdə olub, boşanaraq atasının yanına qayıda da bilər. Əsil kişinin əhli-beyti onun kökü, ardıdır. Əhli-beyt o kəslərdir ki, Peyğəmbərdən (s) sonra sədəqə onlara haramdır.»
«Zeyd ibn Ərqəmdən soruşdular ki, Peyğəmbərin (s) sifariş etdiyi əhli-beyt kimdir? Dedi: Əhli-beyt (ə) sədəqənin haram edildiyi Əli (ə) ailəsidir.»[214]
Şərif ayədən və mö’təbər sünni kitablarında nəql olunmuş rəvayətlərdən mə’lum olur ki, Allah-taala Peyğəmbər (s) əhli-beytini paka çıxarmaq istəmişdir. «Səqəleyn» hədisində həzrət Peyğəmbər (s) əhli-beytin adını Qur’ani-kərimlə yanaşı çəkir, hər ikisini xalqa Allahın dəlili kimi tanıtdırır.
Qur’an xətadan uzaq olduğu kimi, Əhli-beyt də xətadan uzaqdır. Bütün deyilənləri əsas götürərək, şiələr Əhli-beyti mə’sum, günahsız sayırlar.
Amma sünnə əhlinin qəbul edib, könül verdiyi adamların hər biri açıq-aşkar nöqsanlıdır, bə’ziləri isə hətta şirk və küfrə yol vermişdir. Əbu Bəkr və Ömərin bir vaxt bütpərəst olduğu kimsədə şübhə doğurmur. Ayişə kimi bir qrup müsəlmanlar isə Allahın göstərişlərinə zidd hərəkətlər etmişlər. Ayişə Allahın əmrinə itaət edib, evdə oturmaq əvəzinə Peyğəmbərin (s) xəlifəsi, dövrün imamı Həzrət Əliyə (ə) qarşı çıxmış, Cəməl döyüşünə rəhbərlik etmişdir. Cəməl döyüşü müsəlmanlar arasında baş vermiş ilk döyüşdür və bu döyüşdə minlərlə müsəlman qətlə yetirilmişdir. Təlhə də Zübeyr də, Müaviyə də eyni cür hərəkət etmiş, böyük günahlara batmışlar. Sünnə əhli nə bu adamların günahını, nə də Əhli-beytin paklığını inkar edə bilər.
Salam aleykum va rahmetullahi va bereket
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu hədisdə bir problem yoxdur. Peyğəmbər (s.a.v) bununla bildirir ki, biz müəyyən bir yeri başqa dinlərdə olduğu kimi ibadət üçün xas etmirik, xüsusən də namazı. Ona görə də namazı bəzi yerlər istisna olmaqla hər YERDƏ qılmaq olar. Burda deyilmədi ki, torpaq, torpaq nəzərdə tutulmadı. Çünki məsələn, siz evdə olsanız və ayağınızın altında döşəmə, parket və s olsa, bu YER sayılmır?
2. Biz kitablarımızı çox yaxşı oxuyuruq. Ola bilsin ki, Fatiməni (r.a.) qəzəbləndirmək haqqında olan hədisi siz bilmirsiniz ki, peyğəmbər (s.a.v.) nə vaxt deyib. Əli (r.a.) Fatiməni (r.a.) qəzəbləndirmişdi və peyğəmbər (s.a.v.) bunu deməli oldu. Amma qaldı ki, miras məsələsi əksinə burda Əbu Bəkrin (r.a.) Fatiməyə (r.a.) miras verməməsində onun fəziləti görüsənir. Çünki Əbu Bəkr (r.a.) səbəbini deyir. O səbəb də peyğəmbərin (s.a.v.) sözü idi ki, "peyğəmbərlərdən sonra dinar, var-dövlət miras qalmır, mirası elmdir, hikmətdir və nübuvətdir." Ona görə də Fatimə (r.a.) gəlib Əbu Bəkrdən (r.a.) miras istəyəndə, onun qarşısında iki yol var idi: ya peyğəmbərin (s.a..v) sözünü pozmalı, ya da Fatiməni (r.a.) razı salmalı. Aydın məsələdir ki, hər bir müsəlman üçün peyğəmbər (s.a.v.) Fatimədən (r.a.) əfzəldir. Ona görə də bu məsələdə Fatimənin (r.a.) Əbu Bəkrə (r.a.) qəzəbinin heç bir zərəri yoxdur, necəki Əliyə (r.a.) qəzəbinin heç bir zərəri yox idi. Ona görə də Fatimə (r.a.) bunu biləndən sonra miras məsələsi barədə Əbu Bəkri (r.a.) dindirmədi. Lakin buna baxmayaraq, Əbu Bəkr (r.a.) Fatimənin (r.a.) son günlərində yanına gedir və halallaşırlar. Əbu Bəkr (r.a.) Fədəkdən əhli-beytə pay ayırırdı, necə peyğəmbər (s.a.v.) etmişdi. Bu cür Ömər (r.a.), Osman (r.a.) və hətta Əli (r.a.) də etdi. Çünki Əli (r.a.) də xilafəti dövründə Fədəki əhli-beytə vermədi. Ona görə də boş yerə fikirləşməyib ağlamaq, heç nədən göz yaşları tökməkdir. Çünki bu ağlamaq gecə vaxtı təklikdə Allah qorxusundan olsaydı, allah yanında daha qiymətli olardı. Əksinə bu hədisdə Əbu Bəkr (r.a.) peyğəmbərə (s.a.v.) öz sadiqliyini sübut edir.
3. Yenə də siz məsələyə qəribə yanaşırsınız. Orda siz deyən didişənlərdən biri də Əli (r.a.) idi, o da orda idi. Əksinə bu rəvayət Ömərin (r.a.) fəzilətini göstərir, çünki bu hadisədən sonra peyğəmbər (s.a.v.) ən azı 12 gün yaşadı. Əgər doğrudan da həmin gün nəsə vacib bir şey yazmaq istəsəydi, sonrakı 12 gün ərzində yaza bilrədi. Bu bir daha sübut edir ki, həmin şey vacib deyildi. Çünki peyğəmbər (s.a.v.) Ömərin (r.a.) bir sözünə görə vacibi tərk etməzdi. Çünki bu rəvayətdə Ömərə (r.a.) qarşı bir eyib olsaydı, əvvəla, Əli (r.a.) ona beyət etməzdi, ikincisi də, Fatimədən (r.a.) olan qızı Ummu Guslumu ona verməzdi. Amma ibn Abbasın (r.a.) sözü isə sonradan deyilib, dərhal deyilməyib. Onun sözü Əbu Bəkr (r.a.) barədə idi, yəni yazsa idi ki, Əbu Bəkr (r.a.) xəlifə olsun, fitnəkarlara yol qalmazdı. Lakin bu hadisədən sonra peyğəmbər (s.a.v.) azı 12 gün yaşadı, hətta camaat namazlarında da hərdən özü, hərdən də deyirdi ki, Əbu Bəkr (r.a.) imam dayansın. Bu açıq-aşkar işarə idi. Ona görə bu hədisdə, əksinə Ömərin (r.a.) fəziləti var.
4. Narahat olmaz lazım deyil, çünki hər şey yaxşı olacaq, inşəAllah. Ağlamaq burda şəriət cəhətdən problem yoxdur, söhbət ağı deməkdən, saç yolmaqdan gedir. Bu məsələdə Əli ibn abu Talibin (r.a.) kürəkəni Ömər (r.a.) məhz belələrini tənbeh edirdi. Əgər bu bir problem olsaydı, Əli (r.a.) ona deyərdi və Fatimədən (r.a.) olan qızını da ona verməzdi. Bir də Ömərin (r.a.) ərəb olmasında problem var? Yəni Ömər (r.a.) ərəbdirsə, ərəblərə tənə etməliyik? Çox qəribə və məntiqsiz iddialardır. Çünki peyğəmbərimiz (s.a.v.) də, Əli (r.a.) də, Həsən (r.a.) də, Hüseyn (r.a.) də ərəb idilər. Hər şey yaxşı olacaq, inşəAllah. sadəcə çalışın nağıl kitabları yox, düzgün kitablar oxuyun.
5. Fikir versəniz bu adam elm və məntiqdən danışır, amma yazısı tamamilə elm və mənqidən uzaqdır. Şünki Əhzab, 33 məhz peyğəmbərin zövcələri üçün nazil olub. Ayə nazil olandan sonra peyğəmbər (s.a.v.) Əlinin (r.a.) ailəsini çağrdı və o ayəni onlar üçün də oxudu. Yəni Əlinin (r.a.) ailəsi peyğəmbərin (s.a.v.) duası ilə, zövcələri isə ayə ilə təsdiqləniblər. Bəli, Muslimdə gəlib ki, zövcəsi soruşanda əhli-beyt barədə, peyğəmbər (s.a.v.) deyir ki, siz əhli-beyt deyilsiniz, amma siz də xeyridəsiniz. Belə deyilməyini sonradan izah edir ki, əgər qadın ərindən boşansa, əhli-beytindən çıxır. Lakin gördüyümz ki, peyğəmbərimizin (s.a.v.) zövcələri boşanmayıb və ondan sonra onları heç kim almayıb, məhz buna görə. Amma Muslimin özündə bundan sonrakı rəvayətdə gəlir ki, "bəli, siz də əhli-beytdənsiniz." Amma "səqəleyn" hədisi də mövcuddur, hədisdə bildirilir ki, əhli-beytin hörmətini saxlayın. Amma Aişənin (r.a.) evdə oturması isə, o demək deyil ki, məhrəm olmasa çıxa bilməz. Təlhə (r.a.) və Zubeyr (r.a.) onun məhrəmləri idi və onların heç biri Əliyə (r.a.) qarşı çıxmayıb. Çünki onlar İraqa tərəf gedəndə, Əli (r.a.) Mədinədə idi. Təlhə (r.a.) və Zubeyr (r.a.) isə döyüş meydanında ölməyiblər. Çünki Əli (r.a.) onlarla danışqdıqdan sonra onlar razılaşdılar və geri dönməyə qərar verdilər. Sadəcə aranı xəvariclər qızışdırdılar və döyüş başaldı, Təlhə (r.a.) və Zubeyr (r.a.) isə Əliyə (r.a.) söz verdikləri üçün döyüşə qatılmırlar, kənara çəkilirlər və burda onları vururlar. Aişəni (r.a.) isə Əli (r.a.) mühafizə və hörmət ilə Mədinəyə geri qaytarır.
Əgər nəsə probleminiz varsa, inşəAllah, qiyamət günü Əlidən (r.a.) sorşarsınız ki, niyə belə edib?
Əksinə, Təlhə (r.a.), Zubeyr (r.a.), Aişə (r.a.) və Muavviyənin (r.a.) xəvaricləri öldürmək istəmələri isə, tarix göstərdi ki, onlar haqlı idilər. Çünki sonradan həmin xəvariclər Əlinin (r.a.) özünü öldürdülər, bu bir daha gösərir ki, onların tələbi düzgün idi.
Əbu Bəkr (r.a.) və Ömər (r.a.) əvvəl bütpərəst olublar, burda eyib var? Məsələyə bu cür yanaşmaq ya bazarda olur, ya da bir tərəfə fəzilət axtaramq, digərinə tənə etməkdə olur. Əksinə bu Əbu Bəkr (r.a.) və Ömər (r.a.) üçün ayrıca fəzilətdir. Çünki kim başqa dində olub və sonrada İslama gəlsə, bu hərəkətin fəziləti başqa cürdür. Necə ki, Allah Təala Quranda buyurur ki, qeyri-dindən islamı qəbul edənlərə ikiqat savab verəcək. Ona görə də Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) burda da ayrıca fəzilətləri var. Ona görə də mən sizə məsləhət görürəm ki, elm və məntiqdən uzaq kitabları oxumayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!