Posted 29 June 2007 - 01:30 AM
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Sonda mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bu qardaş təkfirçilərin saytından bir nəfərdən sitatlar gətirib və xahiş edib ki, bu məsələyə aydınlıq gətirim, çünki qardaşlar arasında çaşqınlıq var. Sadəcə, əvvəla onu bildirmək istəyirəm ki, bidət əhli həmişə çalışıb ki, əhli sunnə alimləri haqqında şəkk-şübhə yaysınlar, xüsusuilə də hazırkı zamanda irca məsələsini atıblar ortalığa, qərəzli və bundan təkfirçilər istifadə edirlər, qardaşları çaşdıraraq azdırırlar. Mən bunları oxudum.
1. Əvvəla mən o adama məsləhət görürəm ki, əgər o və ya onun kimi insanların mənimlə söhbətləri varsa, əlhəmdulillah, forum həmişə açıqdır, gəlsinlər bura münaqişə edək. Amma təkfirçilərin saytında o mənə eyib tutr, amma o saytın özü başdan ayağa eyiblə doludur. Onları başa salmaqdan orda ayrıca məqalələr yerləşdirir, məndən danışır, bu elm tələbəsinin ədəbinə yaraşmaz. Kimin mənə nə sözü var - gəlsin foruma, forum açıqdır və hər bir suala cavab verilir.
2. Görünür ki, bunu yazan adam hələ əqidəni başa düşməyib və geniş mütaliəsi yoxdur. Mənə deyir ki, mən nağıl danışıram. Mən yalnız Sələfin kitabalrından danışıram, o bu kitabları nağıl hesab edirsə, bəs əsil kitablar hansıdır?
3. Deyir ki, mən düzgün başa düşmürəm, yaxşı, qoy gəlsin və bizi başa salsın görək ircalıq nədir, insan nə vaxt murciyə olur? Çünki mən o kasetdə açıq-aşkar danışmışam ki, məsciddəki dəvətin əleyhinə olan ittihamlardan danışdım, cavab verdim hər şeyə, şəkk şübhə qalmadı. Əlhəmdulillah, biz hamımız murciyənin əleyhinəyik, həm də təkfirçilərin. Onları bidət və zəlalət əhli görürük, sadəcə onlar bizim məscid və bizim barədə şübhə yayırlar.
4. Deyir ki, mən və mənə tabe olanlarda irca var və biz murciyəyik. Qoy bir misal çəksin ki, bizdə irca nədir?
5. Sonra alimlərin adlarını çəkir. Burda ehtiyatlı olmaq lazımdır. Bu təkfirçilər həmin alimləri kafir sayırlar, onlara istehza edirlər. İndi isə deyir ki, alimlər hamısı əl-Həsəni irca ediblər. Mən yuxarıda bir sualda cavab vermişəm bu məsələyə. Əl-Həsən, əlhəmdulillah, sələfdir. Alimlər arasında olan elmi münaqişə nəticəsində əl-Həsənin iki kitabında müəyyən məsələlər olub ki, əl-Həsən özü aydınlıq gətirib bu məsələyə. Əl-Həsənə tənə edən onun müəllimi şeyx Albaniyə tənə edir. Şeyx Useymin qeyd edir ki, bu fətvadan istifadə edənlər ancaq təkfirçilər və inqilabçılar oldu. Mədinə məscidinin imamı Huseyn əl-Şeyx deyib ki, bu fətvadan sitifadə edərək yananlar yalnız bidət əhli oldu.
6. Deyir ki, mən guya ümumi sözlərdən danışıram. Sübhənəllah, özünün yazısı ancaq ümumi sözlərdən ibarətdir. Özü ümumən danışa-danışa məni bunda günahlandırır. Mən ona ayrı-ayrı kəlmələrlə cavab vermirəm ki, bu onun üçün böyük şərəf olar. Onun özünə demək istəyirəm ki, get oxu elmivi artır, tələsmə belə məsələlərə girişməyə. Əgər girişmək istəyirsənsə, gərək geniş məlumatın olsun.
7. Deyir ki, mən demişəm ki, heç bir əməl olmasa o adam mömin sayılır. Bu yalandır. Görsənir ki, o heç mənə qulaq asmayıb, ya da heç bu məsələni başa düşməyib. Heç kim demir ki, əgər heç bir əməl yoxdursa, nə qəlbdə, nə də zahiri əzalarda, onda o adamda iman var. Təbii ki, bircə murciyələr deyir bunu. Görsənir ki, bu adam bu məsələni əslən başa düşməyib. Sələf deyir ki, zahirən əgər əməl yoxdursa, kim əgər bunu müsəlman sayırsa, o demək deyil ki, onu murciyə saymaq lazımdır. Bunu Şeyxulİslam ibn Teymiyyə deyir: "Əgər zahirdə əməl yoxdursa, bu deməkdir ki, batində ya iman yoxdur, ya da zəifdir." İndi bu nə demək istəyir? Yoxsa ibn Teymiyyə də murciyədir? Dağıstanda artıq ibn Teymiyyəyə murciyə deyirlər, namaz qılmayanı kafir görmədiyinə görə.
8. Əl-Həsən barədə şübhəyə özü cavab verib və bu problem aradan qalxıb. Bu məsələni şişirtmək lazım deyil. Hətta səhabələr aarsında problemlər olub. Ləcnənin daxilində alimlər arasında müəyyən məsələlərdə problemlər olur. məsələn, ibn Baz talaq niyyəti ilə evlənməyi caiz görüb, Useymin isə əksinə. İndi bunların hansına tənə edəcəksən? Onalrın hər ikisi Ləcnənin üzvüdür. Rukudan sonra əllərin bağlanması və ya açılması və s. və s. Çoxdur belə problemlər. Bu o demək deyil ki, bir alimin tərəfini saxlayıb, digərinə tənə etmək lazımdır. Bu bidət əhlinin yoludur.
9. Çox qəribədir ki, əl-Həsən haqqında yazanda deyir ki, Şeyx Fauzan və iki böyük alim haqqında yazır, amma iki alimin adlarını çəkmir. Mənim üçün çox maraqlıdır ki, bu hansı alimlərdir, adlarını yazsın. Amma mən məsləhət görərdim ki, yuxarıda əl-Həsən məsələsini oxusun.
10. Deyir ki, baxın Qamət deyir ki, Ləcnə xəta eləyib, özü isə alimlərə hörmət etməkdən danışır. SübhənAllah, məgər biz deyəndə ki, Ləcnə xəta edir və ya alim xəta edir, məgər bu həmin alimə hörmətsizlikdir????
11. Deyir ki, mən böhtan atıram. Mən bu məsələdə çox dayanmaq istəmirəm, sadəcə bir şeyi qeyd edim, jurnaldan ibn Bazın müsahibəsini gətirir, harda ki, şeyx deyir ki, kim belə desə murciyədir. Əvvəla, jurnalistlər şeyxin bütün sözünü yazmayıblar, çünki şeyx özü başqa bir yerdə soruşanda ki, "kim deyirsə ki, əməli zahirdə olmayan kafir deyil və əməl imanın kamilliyindəndir, məgər bu murciyədir?" - dedi ki, "Yox, o əhli sunnədəndir."
12. Deyir ki, mənim əqidəm sələfi deyil, murciyədir. Bu gülməkdən başqa bir şey deyil, gülünc söhbətdir.
13. Deyir ki, guya kim desə "əməl imanın kamilliyindəndir" murciyədir, təbii ki, səhv fikirdir. sələflər belə deyib, ona deyin ki, qoy gedib oxusun, belə məsələrə girişmək onun üçün tezdir, onun özünə zərərdir. Kimin mənə sualı varsa, qoy gəlib forumda soruşsunlar. Amma təkfirçilərin saytında elə şeylər etməkdənsə, qoy orda təkfirçilərdən danışsınlar. Allahdan qorxun, bu cür fitnəkarlara uymayın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!