Posted 10 June 2006 - 01:36 PM
as salam aleykum
meni bele bir sual maraqlandirir,
1.emeviler diyirki, saqliqinda 10 neferi muhammed s.a.s cennetnen mujdeleyib !
men bu adlara baxdim, bu adlarin ichinde ne abu zaarin,ne imamhuseynin,ne imam hesenin,ne bilalin, halbuki xalid ibn validden ferqli olaraq bedr doyushunde istirak edib, bilal(r.a),abu zaar(r.a) bes bunlari niye qeyd etmir
emeviler
2.indide seudiyye erebistaninda emevilerin nesli hokumranliq edir,
niye bu nesli israrla mudafie edirsiz?? ne maraquvuz var bunda ???
(ehli sunne demirem siz ona goreki,ehli sunne odur ki,peyqemberin bizlere qoyduqu yolla gedenler demekdir)
3..bes abbasitilernen emeviler arasinda olan muharbeden niye yazmursuz?
her bir teref bir-birinni kafir sayardi?maraqlisi odur ki,o vaxtin bir chox alimleri
indiki kimi, olke rehberlerinin fetvasi ile oturub dururdu !! yani bu terefin
alimleri abbasitileri islamdan cixmish sayardi, emeviler terefde olanlar ise
bunlari murtad adlandirirdi !!
4.umumiyyetle bu qayda kim fikirleshib, 10 neferin adinni muhammed s.a.s deyib ki,cennete girecek,zehmet olmasa aydin yazun bilek !
5... maraqlisi odurki, buxaride bu insanlarin cennete girecekleri,qeyd olunub,bes niye sizler bunlari yadda salmursuz ,??
6.shiyler ise deyir ki, imam huseyn shehidir,! sizse deyirsuzki, shehid sayilmir ! bes buxarinin ozunde yazilir ki, cennetdeki cavanlarin aqasi(yani seyyidi) olajaq,ozuvuzde yazirsuzki, saytin evvelinde yezit medine ehlinni
qirib qurtardi,mekkeni qirmaq isteyende vefat etdi ! yezit bilmirdiki, medinede qan tokmek olmaz,??
bedr,uhud doyushunde ne qeder cavan shehid oldu, anjaq allahin resulu ise deyir ki,hedislde cavanlarin aqasi olacaq, cavanlarin en hormetlisi kim ola
biler cennetde ??? elbetdeki shehid !siz ise deyirsizki, shehid deyil,??!!
men demirem ki, indiki shiyler haqqdilar, anjaq ""sunnilerde""(yani emevilerde ) heddini ashiblar !
7.shiyelrer deyir ki, imam huseynin bashi kesilenden sonra onun bashiynan
demek olarki, futbol oynayirdilar ! siz ise deyirsizki, yezide imam huseynin
bashinni getirende guyaki, yezid bu sozleri deyib:
"kim curet ebid bu bashi kesib, hemen o adami e'dam elyin !
chunki allahinresulu bu basha oz mubarek ellini chekerdi !ve sair....
yezid bu sozleri deyibse bes onda medine ehli niye qirirdi???
8.ibn abbas(r.a) biyet elemishdi yezide??
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu hədisi əməvilər rəvayət etməmişlər. Bunu Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) səhabələri rəvayət ediblər. Sizin məntiqə görə Bədrdə iştirak edənlərin hamısını yəni 300-dən çox adamı qeyd etmək lazımdır. Amma siz dördünü qeyd etdiniz. Məsələlərə belə yanaşmanız düzgün deyil. Qeyd etdiyin səhabələr üçün də fəzilətlər vardır. Xüsusən də Həsən və Hüseyn üçün. Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurub ki, onlar ikisi cənnətdə cavanların seyididirlər. Məyər bu kifayət deyil?!.
2. Mən birinci dəfədir sizdən eşidirəm ki, mən haranısa müdafiə edirəm. Bəli belə insanlar var ki, əgər sən bir yanı və ya bir şəxsi pisləmirsənsə sən də onları sevirsən. Təbii ki, bu məntiqsizlikdir. Amma o ki qaldı Səudiyyə hakimiyyətinin əməvi nəsilli olmasına mən bunu birinci dəfədir eşidirəm. Onlarda rəhbər şuranın ixtiyarı ilə olur. Onlar kimi məsləhət bilirlərsə onu da seçirlər. Bunda problem yoxdur. Necə ki, Əlidən (Allah ondan razı olsun!) sonra oğlu Həsən (Allah ondan razı olsun!) oldu və s.
3. Biz çox şey haqda danışmırıq. Məyər biz yazmırıqsa nəsə problem var? Biz axı hər şeyi əhatə edə bilmərik. Amma o ki qaldı onların arasında olan ixtilaf, bunlar siyasi ixtilaflardır. Dinlə bunun bir əlaqəsi yoxdur.
4. Həmin on nəfər səhih hədisdə qeyd edilib. Lakin elə başa düşmə ki, bu on nəfərdən başqası cənnətlə müjdələnməyib. Xeyr, çox səhabələr var ki, onlar daşqa hədislərdə müjdələniblər. Məs, əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) deyibsə ki, Həsənlə Hüseyn cənnətdə cavanların seyidi olacaqlar bu o demək deyil ki, Əli (Allah onlardan razı olsun!) cənnətə daxil olmayacaq yaxud gec daxil olacaq və s. Məsələlərə düzgün yanaşmağı öyrənin.
5. Biz hamısını yada salırıq təbii ki imkan daxilində. Əgər biz bu hədisi desək bu o demək deyil ki, biz digərlərini yada salmırıq. Çalış səhih kitablar çox oxu. İnşallah Allah qəlbini haqqa açar.
6. Kim deyib ki, Hüseyn (Allah ondan razı olsun!) şəhid deyil. Səni aldadıblar. Biz deyirik ki, Hüseyn (Allah ondan razı olsun!) şəhiddir. Birdə sən əməviləri bizə nə üçün qatırsan. Bizi maraqlandıran Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) və onun əhli beyti daxil olmaqla bütün səhabələridir.
7. Biz belə deməmişik. Amma futbol məsələsi isə kimsə çempionata baxıb ondan təsirlənib. Yəni onlar futbolçu deyildilər. Amma Yezid isə qisas almağı deməsə də bunu görəndə ağladı və öldürəni tənqid etdi sonra Hüseynin (Allah ondan razı olsun!) ailəsini bir ay öz sarayında saxladı və sonra Mədinəyə yola saldı. Amma Mədinə əhlini qirmağına səbəb isə Mədinə əhlinin Yezidə qarşı üsyan etməsi idi. Bu hərəkətdə məqsəd üsyanı yatırmaq idi. Şəkk yoxdur ki, Yezid zülm edib və buna görə də cavab verəcəkdir. Lakin buna baxmayaraq o müsəlmandır və dörd il müsəlmanların xəlifəsi olub, lənətləmək isə əsla düzgün deyil.
8. Bəli, İbn Abbas, İbn Ömər və b. böyük səhabələr beyət etmişdilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!