Posted 02 October 2006 - 07:53 AM
Əssələmu aleykum!
Qardaş, bu Hilal söhbəti yenə də qardaşlar arasında gedir. Bəzi qardaşlar mənimlə çox mübahisə edir. Və mən onlara deyəndə ki, bütün böyük alimlər deyiblər ki, yaşadığı yerlə get, onlara aşağıdakıları deyirlər. Zəhmət olmasa siz bu iddialara cavab verin və harada lazımdır dəlil göstərin ki, mən də onlar görsədim:
a) deyirlər ki, alimlər yalnız Hilal izləyən yerlərə belə deyiblər. Yəni əgər yaşadığın yerdə aya baxıblarsa onda ora ilə get. Əks halda isə getməməlisən. Bu barədə nə deyə bilərsiniz?
b) sonra deyilrər ki, İmam Əhmədin məşhur rəyinə görə, o, deyib ki, əgər müsəlmanlar bir yerdə oruc tuturlarsa onda digər yerlərdə də bütün müsəlmanlara həmin vaxtda da oruc tutmaq lazımdır. Və buna dair Səudiyyəni misal çəkirlər və deyirlər ki, orada tutmaq başlayıblarsa onda hamıya vacibdir. Buna nə deyə bilərsiniz?
c) sonra onlara Kureybin rəvayəti dəlil gətirəndə deyirlər ki, bu sizin özünüzə qarşıdır. Çünki orada İbn Abbas ay ilə baxıb, burada isə aynan baxmıyıblar, qabaqcadan təyin ediblər. Və deyirlə ki, əgər burada ay ilə baxsaydılar onda biz də bura ilə gedərdik. Buna cavabınız?
d) Sonra bir qardaş mənə dedi ki, Useymin fətvada dedi ki, əgər bir yerdə ay ilə baxmırlarsa onda müsəlmanlar onların qonşusu olan müsəlman ölkəsi ilə getməlidirlər, hansı ki, ay ilə gedib. Və bundan qabaq da, dedi ki, bizdə ay ilə baxmıyıblar onlar vaxtları Türkiyədən götürdülər. Mən ona dedim ki, elə sənin sözlərində ziddiyat var. Çünki lap elə burada aya baxmasalar, Üseymin dediyi ki, yaxın olan müsəlman ölkəsi ilə baxıblar, yəni Türkiyə ilə. Deməli səndə burayla getməlisən. O, da dedi ki, Türkiyə də aya baxmıyıblar və qabaqcadan təyin ediblər.Mən dedim ki, sən haradan bilirsən, və soruşdum ki, onda belə çıxır dünyada aya heç kəs baxmır Səudiyyədən başqa? Buna nə deyə bilərsiniz və bir də soruşmaq istərdim ki, Türkiyədə Hilalı izləyiblər yoxsa yox? Və əgər müsbət cavab versəniz onda mənbəni də deyin ki, mən həmin qardaşa göstərə bilim.
e) sonra deyir ki, bu il bəzi elm tələbələri (burada adlarını yazmaq istəməzdim) fitnə qopmamaq üçün şeyxlərdən xüsusi fətva alıblar ki, və onlara deyiblər ki, fitnə qopmamaq üçün siz onlarla bir oruc tutun. Və deyir ki, görürsən şeyxlər yalnız fitnə qopmamaq üçün bunu deyiblər, deyir, sizin heç dəliliniz yoxdur. Bu barədə münasibətiniz.
f) Mən ona deyəndə bəs sən niyə bu elm tələbələr etdiyi kimi etmədin o, dedi ki, onlar mənim üçün dəlil deyil. Çox təəcüblü mövqedir. Amma hər halda buna cavabınız.
g) bir də deyirlər ki, sizin heç bir dəliliniz yoxdur. Kureybin rəvayəti dəlil ola bilməz çünki orada aya baxmaqdan söhbət gedir, burada isə baxmırlar. Və deyirlər əgər böyük alimlər belə deyiblərsə göstər harada deyiblər ki, əgər ölkə aya baxmıyıbsa onda yaşadığınız ölkə ilə gedin. Deyirlə alimlər deyiblər ki, yaşadığınız ölkə ilə gedin, əgər ölkə Hilalı izləyirsə. Amma əgər izləmirsə belə deməyiblər. Əgər deybilərsə onda göstər harada və mənbəni. Buna münasibətniz.
Allah razı olsun
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
a) Bu yalandır. Heç kəs bunu deməyib. Onlar bilməyib danışırlar. Bu məslədə ixtilaf yoxdur əslən. Alimlərə açıq aydın suallar veriblər, biz ana səhifədə də qoymuşuq. Onların hamısı deyib ki, bəli, açıq aydın problem burdadır ki, bizim ölkədə belədir sizdə belədir. Hamsı deyib ki, sizin ölkə ilə gedin. Hətta həccdə, alimlərin birindən soruşublar ki, birdən biz ayı görsək tutaq? O deyib ki, lap ayı görsən də tutma. Camaatla gedin. Hər şey aydındı fəqət inadkar olmaq lazım deyil.
b) Bu özlərindən hökm çıxarmaqdır. Əgər elə bir rəy olsaydı, qeyd etdiyimiz Albani, Fouzan, ibn Bazz hətta ibn Teymiyyə belə deyərdilər. Heç kəs belə deməyib. Ola bilər rəy olsun alimlərdən, lakin söhbət gedir ki, biz də onu dəstəkliyirik, biz də istəyirik ki, hamı bir olsun. Lakin fakt burdadı indi belədi neynəyək? Və cavab da verilib artıq
c) Birinci Kureybinin rəvayəti göstərir ki, kim harda gördü ora ilə getmək heç də vacib deyil. Onlar ay məsələsini gətirməsinlər. Orada söhbət tək aydan gedmir İkinci də bizdə rəsədxana özü etiraf elədi ki, ay görsənməyib. Üçüncü də ay görsənməsə də, yenə biz buradakı camaatla getməliyik. Bunu alimlər hamı belə deyib. Və heç də söhbətdən qaçmaq lazım deyi.
d) Bu yenə inadkarlıqdır, haqqı qəbul etməmək. Çünki kim ki Səudiyyə ilə tutub o xəta edib. Heç kəs belə deməyib. Xüsusən də müasir alimlərdən. Heç kəs deməyib ki, səudiyyə ilə gedin. O fiqhi məsələdi ay görünməyi, bir ölkədə görünsə başqa ölkənin mövqeyi. Burada xülasə nədir. Burda belədir, başqa yerdə belədir. Biz nə edək. Bunların hamısı var. Bütün alimlər deyib öz ölkənizlə gedin. Əksinə sünnə budur. Amma Turkiyə özü 24-ü tutdu. Və Türkiyə ilə yox, əsas o qonşu ölkələrə kimlər baxır, onlar əgər kafir ölkəsində yaşayırlarsa. Əgər tutaq ki, məsələn biri İngiltərədədi yaşayır və ya Amerikadadı, və ya məsələn Rusiyada və ya Çində elə bir yerdə yaşayır ki, orada müsəlmanlar yaşamır, onlar yaxın bir ölkəyə baxıb tuta bilərlər. Əgər onlar azdırlarsa və onların dini mərkəzi yoxdursa, müfti yoxdursa. Onda belə edilir.
e) Bu yalandır. O adamı aldadıblar. Bəli o fitnə var, ancaq ondan da əzəmətlisi var, camaata müxalif olmaq. İslamın məqsədi elə budur. O adam İslamın məqsədini başa düşməyib. Ancaq bir məsələni gətirib, məsələləri inkar etmək olmaz.
f) O adam inadkardır. Siz fəqət deyin ki, elm tələb edəndə sələfin yolu ilə getmək lazımdır. Sələflər belə ediblər. Və bu bizim sözümüz deyil, sələflərin başçılarının sözüdür. Ona görə onun belə etməyi ancaq özünə zərər verəcək.
g) Mənə elə gəlir ki, biz səhifəmizdə İbrahim Ruheylidən bizim Mədinə qardaşlarımız soruşurlar. Məhz bizə görə, həmçinin alimlər fitva verib. Onlar bilirlər ki, bizdə baxmırlar. O onlardan çox bilən oldu? İbn Bazz məgər bilmirdi ki, bizə baxmırlar. Və ya Useymin və ya Albani. Bu fəqət inadkarlıqdı. Əgər elədirsə, nə deyə bilər, rəsədxana özü etiraf elədi ki, 23-ü bizdə görünməyib. Mən dərinə getmək istəmirəm. Hətta əl Cəzirə kanalında o gün biz baxdıq, orda Amerikanın hərbi NASA-nın böyüklərindən biri danışırdı və deyirdi ki, 23-ü ay görünə bilməzdi dünyada. Lakin mən istəmirəm bu məsələyə girişəm. Bu məsələdə belədi, kim harda yaşayıb ora ilə də getsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]