Jump to content


Photo

01 сентября 2007 года


  • This topic is locked This topic is locked
350 replies to this topic

#51 JAsMinKA

JAsMinKA
  • Guests

Posted 04 August 2007 - 04:35 AM

Bir de ki, unutmamish bir suali da verim...
1).Bir heyvan ki, hansisa ushaga nezir ve ya hansisa xestenin sagalacagi halda niyyet edilib kesilecekse hemin heyvanin eti halaldirmi?Allahdan abshqalarinin adina kesilen heyvanlarin eti bize haram buyrulmushdur, bunu nece basha dushek eger nezir ve niyyet edilib BISMILLAHIR-REHMANIR-REHIM deyilib kesilibse de bize onu yemek haram edilib?
2).Ve yaxud bir heyvan ki, hansisa ziyaretgahda kesilibse bes o et nece? (qeyd edim ki, hemin ziyaretgahin adina kesilmeyib,sadece nezir edilib ki, burda kesilecek heyvan eger her hansi ish bash tutarsa).
3).Zitaretgahlara getmek ne qeder duzgundur? Meselen, Buzovna qesebesinde eyrleshen ve "ELI AYAGI" kimi adlanan ziyaretgahi ve ya MIR Movsum Aganin qebrini ziyaret etmek nece? Bu taqut deyil ki? Qeyd edim ki, ziyaret eden shexs hemin yerden bir komek istemir, sadece hormet elameti olaraq yol ustunde oldugundan ve ya orada namaz qilmaq uchun uygun oldugunda orani ziyaret edir, bu halda nece?
4). Bes qebiristanliq nece? Ahla's sunnaya gore orada kiminse yaxini defn oldugu halda ora tez-tez, meselen, yad elemek, oralari temizlemek, Ya'sIn Suresini oxutdurmaq uchun heftede bir defe bash chekmek olar? Sunnede bu barede hansi hedisler var?
5).Muselman qadinin muraciet etdiyi Dish hekimi kishi olarsa, bu haram sayilir?Hetta yaninda mehremi olsa bele?
6).BIz bilirik ki, bizim camaat mashAllah sunneye uygun( Peygemberin (s.e.s.) heyat terzine uygun oz heyatini qurmaq isteyir ve onun etdiklerini sunne sayir) o zaman bir qardash Mehemmed Peygemberin (s.e.s.) son heyat yoldashi Aishenin evlenerken 9 yashi olduguna isnad ederek, bunun hemin o qardash uchun meqbul oldugunu soyleyir ve bu yashda bir qizla evlenmeyine de razidir bu delile gore. Bu barede ne deye bilersiz? Qadin ve Kishi islamda neche yashindan etibaren aile qura biler, sheriete gore?
7).Muselman ailesinde kebin varsa "zaqs"-dan bir qardash imtina edir, bunu taqut sayir, o ne derecede dogru dushunur?Umumiyyetle, muselmanlar meger qanuni nikah baglamirlar(dunyevi qanunlari nezerde tuturam)?
8). Eger bir qiz bir qardashla onun menfi xususiyyetlerine ve sert olmasina gore aile qurmaga raziliq vermirse, hemin qardashin ve onun ailesinin hemin qizi lenetlemesinde ve gunahlandirmasinda ne qeder haqlidirlar?
9). Sonuncu sual . . . Sheriete gore aile heyati qurmaga hazirlashan iki muselman genc neche defe ve hansi sheraitde gorushe bilerler? Bes telefonla danishmaq nece,bu haram sayilir?Telefonla danishmaqda hemin gencler uchun zaman mehdudiyyeti var?
10).Qadinin mashin surmesini bir chox qardashlar pisleyir, bes Islam dininin buna munasibeti? Burda haram nese var? Bir halda ki, avtobusda be'zi cahiller min cure oyun chixarirlar?
11. Qadin ve siqaret. Bir chox qizlar, eyani misal Ukraynadan bir bacidir-siqaretin haram buyrulmadigini esas tutaraq hicabli olsa da refiqeleri ehatesinde ve ya evinde ve s. bagli yerlerde papiros chekir,o ne derecede haqlidir?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, bu haram deyil, bu əmələ nəzir qurbanı deyilir, baxmayaraq ki, bu əməl bəyənilmir, amma ət haram deyil.
2. Belə ətdən çəkinmək daha yaxşıdır.
3. İslam belə yerlərə getməyi qadağan edib, icazə vermir. Evdən çıxıb yalnız üç məscidi ziyarət etmək olar: Məkkə, peyğəmbərin (s.a.v.) məscidi və Qüds.
4. Qəbirstanlığa getmək olar, əksinə İslam bu əməli bəyənir, xüsusən də əgər bu yaxın adamdırsa. Şəriətlə sadəcə orda ölənə dua etmək və axirəti yada salmaq caizdir və əsas məqsəd də budur. Amma qadının getməyi isə olmaz.
5. Çalışmaq laızmdır ki, qadın üçün həkim də qadın olsun. Amma olmasa və ya kişi həkim daha yaxşıdır və daha təcrübəlidirsə, eyib etməz.
6. Bu hazırda problemdir. Çünki o vaxtın qızları indiki qızlar kimi olmayıb. Həm də bizim cəmiyyət peyğəmbər (s.a.v.) cəmiyyəindən fərqlənir. Bu məsələləri nəzərə almaq lazımdır.
7. Bunda heç bir problem yoxdur. Xüsusən də dünyəvi məsələlərə görə bəzən buna ehtiyac var.
8. Qız bu məsələdə azaddır və nəsə demək xətadır.
9. Şəriətlə gərək hər iki tərəf bir-birini görməlidir. Amma bəzi məsələləri isə kiminsə vasitəsilə öyrənmək olar. Amma danışmaq isə olmaz, çünki siz ona naməhrəmsiz.
10. Düzdür, bunda konkret bir qadağa yoxdur. Çəkinmək daha gözəldir. Xüsusən də əgər qardaş və ata varsa, yaxşıdır onlarla getmək. Çünki, düzdür, marşrutda problemlər var, amma maşının da öz problemləri var.
11. Siqaret haramdır, vəssalam. Müsəlmana, xüsusən də qadına heç yaraşmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#52 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:34 AM

Əs-sələmu aleykum va rahmətullah va bərəkətu.
Xavariclərin müasir idealogiyaları adlı kitabda ən birinci Əli r.a rəvayət etdiyi hədis gəlir.
Əli ibn Əbi Talib (radiyallahu anhu) deyir: Mən Peyğəmbərin - belə dediyini eşitdim. ʺAxır zamanda yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq, İslamdan, oxun ovlanmış şikardan çıxdıyı kimi çıxacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Onlarla harada rastlaşsanız öldürün. Onları öldürənə Qiyamət günü mükafat vardırʺ

Məsciddə paylanilan kitabda hədisin son hissəsində“Onlarla harada rastlaşsanız öldürün” əvəzinə onlarla mübarizə aparın yazılıb. Hədisi dəyişib belə yazmaq olar?

2 . Rasulullah səlllallahu aleyhi və səlləm 3 şeydə israf yoxdur demişdir.
ətir vurmaqda, zövcə ilə kecirdiyin vaxt və ücüncü yaddan cıxıb ?

3. Qadın şalvar geyinə bilər? Evdə və yəxud mantonun altindan.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Düzdür, biz əvvəl hədis necə var elə də yazmışdıq. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kitabı çap etmək üçün məhz bu hədisi dəyişməyi şərt qoydular. Yəni belə dedilər ki, kimsə bu hədisi oxuyub onlara nəsə edə bilər. Çünki oxucuların səviyyəsi hamısı eyni deyil. Biz də çalışdıq bun yaxın mənada tərcümə edək. Hədisi mənaca demək olar, bu problem deyil. Xüsusən də əgər səbəb varsa.
2. Gərək ki, misfaq olsun
3. Çəkinmək daha məsləhətdir. Əgər bu edilirsə, çalışmaq lazımdır çox dar olmasın və açıqlıqda olmasın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:34 AM

selamu aleykum
1.hərdən olur ki, cinsiyyət orqanınnan yağ maye gəlir ki, onu da eşitdiyimə görə yuyub dəstəmaz alırsan.
elə vaxtda olur dəstəmaz alıram amma övrət yerini yumaq yadimnan çixir. Namazdan sonra yada düşərsə namaz yenidən qılınmalıdır?

2. Hal hazırda ət məhsulları hər tərəfdə satılır. Mən bildiyimə görə kafirlərin(müşriklərin) kəsdiyi əti yemək haramdı hətda bismilləh desələrdə. Azərbaycanda kəsilən ətlərə gəldikdə isə eşitdiyimə görə siz demisiz ki, bissmilleh deyilrse problem yoxdu.
Məni bu məsələ çox narahat edir və ət aldıqda və yedikdə bacardığım qədər çəkinirəm.
Çün ki, əti kəsən bissmilləh desədə o müşrik, şiyə və s...batil əqidədə ola bilər.
Çox tanınmış və qardaşların aldığl SAB kolbasalarıda çox şübhəlidi. Üstünə halal yazılır
Amma mənim maraqlandığıma görə SAB firmasını işlədən namaz qılmır cahildi.
Ət hindistannan gəlir və orada cəkilən video materialada baxdım islamdan əsər-əlamət yox idi. Sadəcə ət kəsilən yerdə saqqalı başında təkkə olan bir nefer nezaret edir di ki, əti kəsənlər bismilleh desinler. Yəni əqidəsiz bir insanın bismilleh demesinin faydası var?
(namaz qılmırsa) məsələn kitaylı islam nədi bilmir amma bismilleh deir. Bizim azerilerde hecde bunlardan ferqlenmiller bismilleh deselerde ne qeder şirk edirler.
Mən ehtiyat edirəm ət məhsullarını yedikdə. Bəzi qardaşlarda rahat deyilrler ki, problem yoxdu elim ehlinnen soruşmuşam deyirler ki ye.
inşaAllah buna bir aydınlıq getirin.
Əgər mən yemirəmsə bu müxaliflik deyilmi?
Allah razı olsun.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, yenidən qılmaq lazımdır, çünki məni nəcisdir.
2. Bizə icazə verilən o ətlərdir ki, onu müsəlman və ya əhli-kitab kəssin. Amma bütpərəst kəssə olmaz. Ola bilər ki, hansısa müsəlman şirk və ya küfr etsin, lakin bu onun müşrik və ya kafir olmasına dəlil deyil. Həm də bismilləh deyirsə, bunda şəriətə müxalif bir şey yoxdur. Biz bildiyimizə görə, SAB firmasının müdiri namaz qılır, oğlu da hərdən bizim məsciddə namaz qılır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:35 AM

Quranda səcdə ayəsi gəldikdə səcdə etmək vacibdir.
əgər mən maşında qurana qulaq asıramsa belə ayə gəldikdə maşını saxlıyib səcdə etməliyəm? Qadın acıq paltardadirsa evdə səcdə etməlidir eşitdikdə.

Namazın vaxti kecibsə sonradan qılanda tək qılırsan yoxsa camaat qılmaq olar.
Misal – sübh namazına yatıb qaldıqda..

Qaşdakı ağ tükləri götürmək olar?

Namaz qılarkən ayəni səhf oxudukda səf səcdəsi edilir?

Camaat namazında və yaxud tək qıldıqda fatihəni oxumaq kifayətdir. Yoxsa 1-2 surələrdə fatihədən sonra oxumalısan.
Sünnət namazlarında necə fatihə surəsinnən sonra surə oxumasan olar?

Cavab:

1. Səcdəni imkan daxilində etmək lazımdır. Qadın da hicabsız səcdə edə bilər.
2. Camaatla qılmaq daha yaxşıdır.
3. Xeyr
4. Ehtiyac yoxdur, xüsusən əgər səhvi düzəltsəniz
5. İmkan daxilində Fatihədən sonra surə oxuyun, düzdür əsas Fatihədir, surə də oxumaq eyib etməz.
Allah daha yaxşı bilir!


#55 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:35 AM

Hamamda cimərkən lüt cimmək olar? Övrət yerini örtməyə dəlil var?

Cümə günü camaat bayirda danişır inşaAllah xatırladın.


Cavab:

1. Bu barədə hədis var ki, heç olmasa əsas övrət yerləri örtülü olsun.
2. İnşəAllah.
Allah daha yaxşı bilir!


#56 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:36 AM

Cümə günü və başqa namazlarda camaat namazdan dərhal sonra sünnət namazlarını qılır.
Mən eşitdiyimə görə səhabələr fərz namazından və ya cümə namazından sonra mesciddən bayıra cıxar bir-az vaxt kecdikdən sonra sünnə namazlarını qılardılar.
Bir nəfərdə fərz namazından dərhal sonra durub sünnə namazını qılmaq istədikdə Ömər r.a.ciyninnən basmışdır ki otursun. Bu səhihdi.?

Təzə mescid ücün yer ayrılmışdı bu yaxınlarda eçitdiyimə görə Mehriban Əliyeva
Həmin yerdə nə isə başqa şey tikmək istəyir.
Bu doğrudurmu? Ümümiyətlə mescid tikiləcək?

Heyz dəqiq bilmirsən qurtarıb qusl alırsan namaz qılırsan. Amma sonradan yenə az-az olur. Ümumiyətlə tam qurtarmasını gözliyək? Yəni arada namaz gedir.

Vela vel bera mesciddə coxları bilmir. Bu barədə xutbə verin. Hətda necə illərlə islamda olan qardaşlarda bilmir.

Cavab:

1. Peyğəmbər (s.a.v.) fərzdən sonra zikr edərdi, sonra isə sünnəni qılardı.
2. Mən dəqiq bilmirəm.
3. Heyzin hər qadında öz vaxtı var – başlaması və qurtarması dəqiq bilinir. Həmçinin onun rəngində və gəlməyində və iyində bilinir. Ona görə heyz vaxtı qurtardısa, qüsl aldıqdan sonra nəsə gəlsə, əlamətlər yoxdursa, deməli istihazə qanıdır. Bu halda isə hər namaz dəstəmaz almaqla namaz qılınmaldır.
4. Gərək ki, mən bu barədə xütbə vermişəm. Amma bilirəm ki, dərslərdə bu barədə danışıram. İnşəAllah, danışaram.
Allah daha yaxşı bilir!


#57 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:36 AM

Bir qardaş var o belə bir ticarət edir dəqiqləşdirmək istərdim belə etmək olar.
Misal. Abdullah nə isə almaq istəyir. O qardaş həmən malı alır(abdullahla bir yerdə dükana gedib) abdullaha baha qiymətə bir necə aya ödəmək şərti ilə satır. Indiki banklarda dükanlarla həmən sistemlə işləyir. Belə etmək olar?

Cavab:

Əgər bankla əlaqəsi yoxdursa, eyib etməz.
Allah daha yaxşı bilir!


#58 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:37 AM

assalamualeykum
Ticarətdə başqasının malını şəklini cəkib səndə onnan gətirib sata bilərsən.
Məsələn onun dükanında görürsən yaxşı satılan maldır. Səndə o maldan gətirib satırsan.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Çalışmaq lazımdır ki, bir-birinizə ziyan vurmayasınız. Əgər bu ona zərər vurmayacaqsa, problem yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#59 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:38 AM

sələmu aleykum va rahmətullah va bərəkətu
Aeraportda əlhəmdulilləh coxlu qardaşlar işləyir.
Amma aralarında fikiri xarab olanlarda var.
Amma mənim şikayətim fikri düz olanlardandı.
Ömər.r.a. demişdir ki, ticarət edən onun qaydalarını bilməyən riba yemişdir riba yemişdir riba yemişdir!!!
Həmin ömər öz yediyinnən və geydiyinnən öz qulluqcusunada geydirib yedirdərdi. Amma bizim inamarkada qurana qulaq asan amma onu dərk etməyən qardaşlarımızın işçilərini gördükdə cox pis oluram.
Onların o cür fitnədə cətinliklə işlədiklərinə baxmayaraq aldıqları maaş cox azdır. Əlhəmdulilləh . Allah hər şeyi görür və bilir.
Imkan olduqda ümumiyətlə ticarətlə məşqul olan qardaşlara nəsihət edin. Hətda bu barədə xütbə versəs yaxşı olardı. Mən bu barədə nə xütbə nə də dərs eşitməmişəm.
Hətda bu haqda kitab belə yoxdu. Bu mühüm məsələdir. Allah bizim malımıza bərəkət versin bizdə onu Allah yolunda xərcləyək. AMİN.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
İnşəAllah, bunu nəzərə alarıq. Allah hamıya kömək olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#60 Guest

Guest
  • Guests

Posted 04 August 2007 - 07:38 AM

salam aleykum
Cenabat qusulu ilə cümə qusulunda fərq var?
Qusl aldıqdan sonra dəstəmaz alınır?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Fərq təbii ki, niyyətdədir. Amma alınmaq qaydası bir-birinə oxşaya bilər. Sadəcə cənabət qüslündən sonra dəstəmaza ehtiyac yoxdur, amma o biri qüsüllərdən sonra dəstəmaz almaq lazımdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#61 Safiyye

Safiyye
  • Guests

Posted 04 August 2007 - 03:36 PM

əs-Sələmu aleykum!
1) Əgər başımı səcdədən qaldırıb, təşəhhüdü oxuyanda şübhə gəlsə ki, cəmi 1 dəfə səcdəyə getmişəm. Necə edim? Təşəhhüdü yarımçıq qoyub, Allahu akbar deyib səcdəyə gedim, yoxsa təşəhhüdü sona çatdırıb, o rükəti yenidən icra edim?
2) Sizə ruhla bağlı verdiyim sualın cavabından belə anladım ki, canlılar cansızlardan ruhla, insan isə digər canlılardan ağılla fərqlənir. Bəs onda bitkilərin də və digər nə heyvanlara, nə də bitkilərə aid olan ( virus, bakteriya, göbələk və s.) orqanizmlərin də ruhu var?
3) Əgər ehtiyacı olan birisini görəndə , "mən də onun yerində ola bilərəm" düşüncəsi ilə ona yardım edilərsə bu Allah rizası üçün edilmiş əməl sayılar? Yəni bunun üçün axirət savabı var?
4) Bu gün oxudum ki, elm öyrənmək fərzdır. Təbii ki, burada dini elm nəzərdə tutulur. Mən bilmək istərdim konkret nəyi öyrənmək fərz hökmündədir ki, onu öyrənməsək günah qazanırıq?
5) Mən indiyə qədər elə bilirdim ki, Qiyamət günü İsrafil (ə.s) Sura çalanda hamı öləcək. Sonda isə O öləcək. Amma sələfi saytların birində belə bir məlumata rast gəldim ki, sonda Mələkul-Məvt öləcək. O, hamının canını alandan sonra Cənnətlə Cəhənnəmin arasına gələcək və Allah S.T ona "indi öz ruhunu al!" deyə əmr edəcək. O, da ölümün şiddətini görüb "Əgər bilseydim ki, can almaq belə ağrılıdır, möminlərin canını daha ehtiyatla alardım!" deyəcək.Bu yazılanlar səhihdir?
Allah razı olsun!
ƏSSƏLƏMU ALEYKUM VƏ RAHMƏTULLAHI VƏ BƏRAKƏTUHU!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər şübhəniz çoxdursa, onda təşəhhüdü qurtarıb, qalxıb bir rükət də qılın, sonra təşəhhüddən sonra səcdeyi səhv edib salam verin.
2. Bu barədə bilmirəm. Yəni ümumi dəlillərdən görünür ki, onlarda ruh yoxdur. Ruh ancaq insan və heyvanlardadır.
3. Əlbəttə, buna savab var.
4. Elm deyəndə həm dini, həm də dünyəvi elmlər nəzərdə tutulur, sadəcə dini elm daha birincidir. Dini elmin iki növü var: Fardul ayn və fardul kifayə. Birinci növü bilmək hər bir müsəlmana bilmək vacibdir: tövhidi ümumən bilmək, ibadətlərin (namaz kimi) ehkamlarını bilməkdir. İkinci növ isə, təfsirlər, tarix, fiqh və s. bu hamıya vacib deyil.
5. Bunun səhih olmasını bilmirəm. Əgər oxuduğunuz yerdə məsdər yazılıbsa, deyin baxıb deyərəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#62 JAsMinKA

JAsMinKA
  • Guests

Posted 05 August 2007 - 01:48 AM

Salam Aleykum.
Bir qardash yanimda nalayiq soz ishledibse ve alchaq meselelere toxunubsa(menimle olmasa bele, yanimdakiyla her halda men de orda idim ve bunu eshidirdim,o bunu nezere almayib),bu zaman men q egerken dediyi Salam Aleykum kelmesine cavab vermedim. Chunki, o muselmana uygun hereket etmedi. O ise bunda meni gunahlandirir ki, men ne olsa da onun salamina gederken cavab vermeliyidm.
Men ne derecede duz ish gordum ve ona salam baresinde (muselman nalayiq hereket edibse) hansi delili, hansi hedise ve ayeni misal getire bilerem?
DjazakAllahu hairan.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, əgər salam verilibsə siz cavabı verməliydiz, sadəcə onun özü elə əməl sahibidirsə, salam verməməli idi. Sadəcə belə adamlardan uzaq dayanmaq daha məsləhətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#63 JAsMinKA

JAsMinKA
  • Guests

Posted 05 August 2007 - 01:56 AM

1.)Incili ve Tovrati Allah kimin vasitesile yerdekilere nazil edib?
2). Isanin(s.e.s.), Musanin(s.e.s.) dinleri hansi olub?
3).Allah Tovrata ve Incile ayri-ayriliqda riayet eden insanlari nece adlandirib?Islama riayet edenler-muselmanlardir, bes Tovrata ve Incile?
4). Xristianlar "Vo imya ot4a, sina i svyatoqo duxa" estefurullah, deyirler, onlar bunu neye isnaden soyleyirler, Incilde bu barede nese deyilir?
5).Hecc ziyaretine gederken kenardan bir kes izlese kimin sunni, kimin shie oldugunu zahiri elametlere gore ayird ede biler? Hecc zamani hansi zahiri elametlere gore ferqlenirler?
6). Ushaga Allahin ve ya Allahin elchilerinin ve ya sadece resul adini vermek ne derecede duzgundur, bir halda ki, hemin ushagin boyuyerken dindar ve ya kafir olmasi belli deyildirse?
7). Deccel ne demekdir?

Cavab:

1. Cəbrayılın (a.s.) vasitəsilə
2. Bütün peyğəmbərlərin dini İSLAM olub, yəni tövhid, təkAllahlılıq, Tək Allaha ibadət etmək və Ona şərik qoşmamaq.
3. Peyğəmbərin gəlişindən əvvəl onlara ya əhli-kitab, ya yəhudi və nəsrani və s. kimi adlar verilib.
4. Bu küfrdür, İsa (a.s.) bu cür əqidəyə müxalif idi. Amma İncillər isə özləri bu məsələdə ziddiyətlidirlər.
5. Təbii ki, məlumatı olan fərqləndirə bilər.
6. Bu cür adlar vermək daha yaxşıdır.
7. Dəccal lüğəti mənada yalançı deməkdir, amma deyəndə, əsasən nəzərdə tutulur, axirətə yaxın gələcək təkgözlü bir insan.
Allah daha yaxşı bilir!


#64 Eba-Saleh

Eba-Saleh
  • Guests

Posted 05 August 2007 - 05:11 AM

Assalam aleykum, Qamet.
Senin eqiden qebirlerin dagidilmasini, yoxsa saxlanilmasini isteyir? Eger dagidilmasini isteyirse, ikinci sualim var: QOHUM-EQREBALARININ (ata-ana da daxil ola biler) QEBIRLERINI DAGITMISANMI?
Umumiyyetle, sene ele gelmir ki, artiq Ebu Bekr camaatinin senden uz cevirmesinde senin tekfirci dediklerin yox, ele ozun esas rol oynamisan?
Umidvaram ki, sualima cavabi forumdan oxuya bilecem - inshaAllah sualim silinmez bednamlar terefinden.
P.S. Bir de esitmisem ki, Seudun Erebistaninda oxumusan. Sirr deyilse, za chey schet?
P.S.S. Cavablarinda maksimal derecede saygili ol. Men fikir verirem nece qaba cavab verirsen insanlara... Hec olmasa saygili olmaga bir defe cehd et, Qamet. Belke alindi?!.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Həmişə sual verəndə sözlərə fikir ver. Çünki sualında həm cahillik, həm də zənn var. Bunların da heç biri dəqiq deyil. Heç kəs demir ki, qəbri dağıt. Sadəcə qəbirlər üstündə binalar tikmək olmaz. Bunu peyğəmbər (s.a.v.) deyib, mən və ya başqası yox. Qəbirlər və başqa məsələlər şəriətə uyğun olmalıdır. Bizim indiki qəbirstanlıqlarda qəbirlər şəriətə uyğun deyil, məgər bunda problem var??? İkincisi də, bəli mən Mədinədə oxumuşam və həmin məktəbin hesabına. Bunda da problem görürsünüz?
Özü də məhz hündür qəbirləri dağıtmağı peyğəmbər (s.a.v.) məhz Əli ibn Abu Talibə (r.a.) məsləhət edir və o da yerinə yetirir.
Həm də çalış seçdiyin nikə uyğun cümlələr yaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#65 S. AXI

S. AXI
  • Guests

Posted 05 August 2007 - 05:30 AM

as salamu alekum va rahmatullahi va barakatuhu
eshitmishem imam Gazali bizim selefilerimizden sayilmir. hansi sehvlerine gore bu beledir. zehmet olmasa onun haqda qisa melumat vererdiz. cazak allahu xayran.
as salamu alekum va rahmatullahi va barakatuhu

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
O özü əvvəlcə filosof olub. Sonra dönüb sufi olub. Deyilənə görə, sonda bundan da dönüb. Düzdür, əxlaq barədə gözəl yazıları var. Amma başqa məsələlərdə problemləri çoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#66 zinnire

zinnire
  • Guests

Posted 05 August 2007 - 01:42 PM

Qamət qardaş salam aleykum.Şeyx Mənim dost-tanışlarım (Allah onlardan razı olsun) mənə bu vəziyyətdə kömək etdilər lakin,bir şeyx olaraq sizin cavabınızı almaq istərdim.Yolda ikən daha dəqiq Bakı-Gəncə arası yolçuluğumda avtobus Kürdəmirdə dayandı,əlhəmdüllillah orda namaz qılmaq üçün otaq var idi.Lakin su olmağına baxmayaraq oralar çox natəmiz olduğundan dəstəmaz almadım,təyəmmüm etdim.Bu doğrudur mu yoxsa o namazlar qəzaya qalmış mı sayılır? Həmin an iki namazı birdən qıldım(zöhrün vaxtı çıxmış idi).Və məğribdə yola təsadüf ettiyindən onuda avtobus gedərkən oturaq halda qıldım,amma üzüm qibləyə olmadan.Niyyət etdim ki döndüm qibləyə və qıldım namazı.Bunların hökmü barədə izah verərdiniz zəhmət olmazsa..Allah razı olsun...

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
İnşəAllah, namazınız düzdür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#67 Guest

Guest
  • Guests

Posted 05 August 2007 - 08:13 PM

As salamu Aleykum
Men cahillik vaxtinda evlenmisem kebinimde tanimadigim saadet sarayinda mollami deyim axundmu deyim bilmirem o ne ise oxudu sonra bizde imza atdiq sahid de vardi amma qizin ne qardasi nede atasi vardi sahid kimi.Men indi ne etmeli tezeden kebin kesmeliyem yoxsa
Allah razi olsun

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Şəri cəhətdən bu dügün deyil, çünki vəli olması vacibdir. Lakin indi yenidən kəbinə ehtiyac yoxdur. Çünki evlənməyiniz elanla olub, hər tərəfin razılığı olub. Təbii ki, yaxşı olardı ki, dini yolla bunu düzgün edəsiniz, amma bu artıq keçib, inşəAllah, problem deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#68 Safiyye

Safiyye
  • Guests

Posted 05 August 2007 - 09:13 PM

əs-Sələmu aleykum!
1) Sizin cavabı yenidən oxudum. Düzgün başa düşməmişdim, indi anladım, siz orda açıq-aydın ruhun heyvan aləminə verilməsini söyləyirsiniz. Məncə dəlil elə rəsm çəkməyi göstərmək olar. Əgər bitkilərin ruhu olsa idi, onları çəkmək də haram olardı. Allah razı olsun.
2) Zahirilər kimlərdir?
3) Sizdən eşitdiyimə görə namazda imam Quranı, sonra isə Sünnəni ən yaxşı bilən durmalıdır. Əgər bir adam səsli namazları səninlə camaat qılmaq istəmirsə (deyir ki, sən oxuyursan, mən də özümü heykəl kimi durub, heç nə oxumadım sayıram). Belə olduqda, o səndən Quranı və Sünnəni az bildiyi və ayələrin sözlərini səhv tələffüz etdiyi halda, ona "onda sən imam ol!" təklif etmək olar. Ki, namaz camaatla qılınsın.
4) Bir də , Əbu Hureyrənin hədisinə baxdınız?
ƏSSƏLƏMU ALEYKUM VƏ RAHMƏTULLAHI VƏ BƏRAKƏTUHU!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Həmişəki kimi, maşAllah.
2. Zahirilər ibn Həzmlə bağlanan bir tərəfə deyilir. Təbii ki, bunlar artıq məzhəb kimi yoxdurlar, onlar əsasən dəlilləri zahirən götürürdülər, yəni şərhə getmirdilər.
3. Sünnəyə görə Quranı çox bilən durmalıdır, vəssalam.
4. İmkan varsa, bir də soruşun. Hədisi göndərin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#69 Şamame

Şamame
  • Guests

Posted 06 August 2007 - 01:04 AM

Salamun aleykum
Sualım beledir ki heyvnlarda agıl var?
Heyvnlar agıl sahibidirlermi?
Alimler bu haqda ne deyirler?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr. Allah Təalə məhz ağılla insanı onlardan seçib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#70 Abdulla ibn Mubarak

Abdulla ibn Mubarak
  • Guests

Posted 06 August 2007 - 02:58 AM

Şeyx salam aleykum va rahmatullahi Taala va barakatu!

Allah sızdən rası olsun, mən verdiyim suallara görə məndən inciməyin, sadəcə bəzi şübhələr ortaya atılanda, onları qəlib (yahud yazıb) elə özüvüzdən soruşuruq.

İbn Teymiya ® deyib: "Nə namazı, nə orucu, nə digər vaciblərdən hər hansı bir vacıbı acıqdan eda etmədiyi halda bir kimsənin Allaha və rasulünə (s.a.s) qəlbi ilə və qəlbi və dili ilə iman etmiş olması mümkün deyil". ( "Əl İmanu avsat". Tahk. Əli Bahit əl Zahrani, s 577)
("Məcmuatul rəsail vəl məsail fi iman vəl kufr" kitabından s 198, 38 dipnot)

Hec bir fərzi etməyən şəxs, müsəlman sayılır?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslən, əhli sunnə şəhadəti gətirəni müsəlman sayır. Amma heç bir fərzi etməsə, məsələn şəhadəti deməsə, həm də daxili və zahiri əməllər olmasa, təbii ki, o müsəlman sayılmaz. Amma o ki, qaldı inciməyə, incimirəm, əlhəmdulillah, soruşun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#71 Muselman

Muselman
  • Guests

Posted 06 August 2007 - 07:33 AM

Salam Aleykum! ALLAHA HEMD OLSUN.

Gamet gardash, belke bu sualim bir az edebsiz chixir ama mecburam sorushmaga, eyer bir gadin 4-5 aylig korpesinin cinsi organini operse (sozsuzki chox sevdiyinden) onun destemazi pozulur, veya ona gusl vacib olur? Ve an esasi bele etmek gunahdirmi?

ALLAH RAZI OLSUN.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, pozulmur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#72 Umm_Fatimah

Umm_Fatimah
  • Guests

Posted 06 August 2007 - 08:40 AM

Assalemu aleykum!!!

Men Islama gelende Shahadeti dememishe (cunki bilmemishem ki onu demek lazimdi). Peygamber s.a.w. deyirdi ki, Islma geldikde shahadeti deyen insanin butun evvelki gunahlari bagishlanir. Bes menim nece gunahlarim bagishlanib???

Wassalem!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, onsuz da siz bu kəlməni gün ərzində bir neçə dəfə deyirsiniz, məsələn, namazın içində.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#73 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 09:07 AM

Eşitdiyimizə görə məsciddə xəvariclər haqqında kitablar paylanıb.Düzünü desəm bu bir tərərfdən marifləndirmək məqsədi daşıdığı halda digər tərəfdən bir fitnəyə səbəb ola bilər.Çünki orda belə bir hədis var:
Əli ibn Əbi Talib (radiyallahu anhu) deyir: Mən Peyğəmbərin belə dediyini eşitdim. ʺAxır zamanda yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq, İslamdan, oxun ovlanmış şikardan çıxdıyı kimi çıxacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Onlarla harada rastlaşsanız öldürün. Onları öldürənə Qiyamət günü mükafat vardırʺ
İndi bir düşününki bu hədisi oxuyan bir cahil adam "XEVARİC" saydığı birisini savab niyyəti ilə öldürdü.Öldürən adamı da dövlət tutub saldı türməyə.Çünki Dövlətin qanununda din ferqi qoyulmur.Qaldıkı məzhəb fərqi.İndi düşünün ki bu kitabların paylanması fitnədir yoxsa savab?

Bilirsizki islam hökmləri İslam diyarında tətbiq olunmalıdır.Azərbaycana nə qədərdə islam diyarı deyilsə bu heç nəyi dəyişməz.Çünkı burda şəriət hökmləri tətbiq olunmur.Bu hədisləri məncə qardaşlara düzgün çatdırmaq lazımdır.

Xahiş edirəm bu hədisi qardaşlara izah edinki bu hədis İslam diyarında tətbiq etmək olar.Bizim ölkə üçün bu keçərli deyil.Çünki yuxarda da qeyd etdimki bunu tətbiq edən adami türmə gözləyir.


Cavab:

Yəni fikir verin bu adama. Əvvəla, salamsız başlayır və qurtarır. İkincisi də, özünü elə aparır ki, guya nəsə eşidib. Görünür ki, heç kitabı da oxumayıb, çünki oxusaydı belə deməzdi. O dediyi hədis kitabın lap əvvəlindədir. Düzdür hədisin mənası belədir. Sadəcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kitabı çap etmək üçün məhz bu hədisi başqa cür ifadə etməyi məsləhət gördü. Biz də “öldürün” əvəzinə “mübarizə aparın” ifadəsi işlətdik.
Qorxma, biz onu artıq dəyişmişik, lakin sənə məsləhət görürəm ki, gedib o kitabı oxuyasan.
Allah daha yaxşı bilir!


#74 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 09:18 AM

Mümkünsə bu sualarıma cavab verəsiz.

1.Cənabət qüsulundan sonra dəstəmaz almamaq olar?Buna dair dəlil nədir?

2.Qardaşların bir çoxu ailə qurarkən yalnız şəriətlə olan kəbinə üstünlük verir.Zaqs etməydən çəkinirlər.Səbəb də Zaqs qanunu taquti qanun hesab etməkləridir.Hardasa adam bu qardaşları başa düşür.Amma gələcəkdə olan uşağın səxsiyyətini təsdiq edəcək sənəd almaq olmur.Bu məsələdə orta mövqe nədir?Necə etmək oları həm taquta mühakimə olmayaq həmdə şeriətə zidd addım atmayaq?

3)Hal-hazırda bir problemdə qardaşların pasport almaq problemidir.Çünki saqqal ilə pasport üçün çəkilən şəkili qəbul etmillər.Bu zaman isə qardaşların şəxsiyyətini təsdiq edəcək sənəddən məhrum olurlar.Bu məsələdə necə addım atmalıdır müsəlman qardaşlar?

Cavab:

1. Cənabət qüslü böyük ibadətdir və böyük təmizlikdir. Adi dəstəmaz isə kiçik təmizlik olduğu üçün böyük təmizliyin içində gedir. Amma başqa qüsüllərdən sonra isə dəstəmaz alın, alimlər belə qeyd ediblər.

2. ZAQS-a getmək şəriətə zidd deyil. Xüsusən də əgər buna ehtiyac varsa. Bir də maraqlıdır ki, sən o qardaşları başa düşə bilirsən, amma biz deyənləri bir aydır ki, başa düşmürsən, yoxsa başa düşmək istəmirsən? Bir də bu nə sözdür atmısız ortaya “Tağut”? Bu üslub sələfin üslubu deyil. Bu sadəcə siyası qrupların islam pərdəsi altında hakimiyyətə qarşı yaydığı siyasətdir. Tağutun növləri var. Ən birinci də şeytandır. Tutaq ki, siz birinci bu tağutu irəli sürüb mübarizə aparsaydınız, bu daha münasib olardı. Necə fikir verirsiniz, bunlar tağutun bütün növlərini arxa plana ataraq, əsas diqqəti Hakimə qarşı yönəldirlər. Bir də bir şeyi nəzərə alın ki, hər bir Allahın hökmü ilə hökm verməyən dərhal tağut sayılmır. Çünki əgər bunlar deyən kimi məsələyə yanaşsaq, onda hamımız tağutuq. Çünki hökm vermək hamımıza vacibdir, hətta uşaqlar arasında hər hansı bir oyunda xətt çəkmək istəyəndə onların arasındakı adam da hakim sayılır. Məsələyə elmlə yanaşın. Bunların problemi bundadır ki, bunlar elmi öyrənmədən dərhal məsələyə təfsilatsız yanaşırlar. Ona görə də zəlalətə düşürlər.

3. Bu barədə çalışın hüquqlarınızı tələb edin, çünki saqqalla şəkil çəkdirməyə heç bir yerdə qadağa qoyulmayıb. Ona görə də bəzi yerlərdə çəkdirirlər. Sadəcə ola bilər ki, bəzi məmurlar bundan istifadə edərək, təzyiq etmək istəyirlər. Əgər görsəniz ki, mümkün deyil, bacarmadınız və sənəd də lazımdır, onda çəkdirin.
Allah daha yaxşı bilir!


#75 Umm_Fatimah

Umm_Fatimah
  • Guests

Posted 06 August 2007 - 09:22 AM

Assalemu aleykum

1.Camaat namizinda Fatihe'den sonraki sureni demek lazimdir mi?
2. Imam dediyi sureni bilmediyim halda onu dememek olar mi?
3. ve ya bashqa bir sureni demeliyem?
4. Her defe namazda sureleri oxuyarkan gabagindan "euzu billehi mineshaytani rajiiim" demek lazimdir? Olar mi?

wassallem!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, çalışın deyin, əsasən də əgər səssiz namazlardırsa, yəni zöhr və əsr. Amma səsli namazlarda imamın Fatihə-sindən sonra yalnız Fatihə-ni təkrar edə bilərsiniz.
2.3. Camaat namazında səsli namazda yalnız Fatihə-ni desəniz kifayət edər.
4. Demək olar, amma vacib deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#76 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 09:23 AM

Bu yaxında bir bacı dediki onların qonşuluğunda olan qardaşlar yaşadığı binanın girəcəyindəki lampanı daim sındırllar.Bunu isə bununla əlaqələndirillərki "işıq gecə yanarkən şeytan bloka yığışır".Bu isə camaatın narazıçılığına səbəb olur.
Xahiş edirəm aydınlaşdırasızki bu nə məsəslədir?Bu qardaşlar nəyə əsasən belə bir iş görüllər?Blokda lampa qalmadıkı sındırmasınlar.Heç olmasa lampanı çıxartmıllarda .Bir baş sındırllar.Bu özü şeytani sevindiriki israfçılıq edirlər.
Belkemde xeta edirem.Xetam varsa duzeldin inshalah.

Cavab:

Təbii ki, bu savadsızlığın əlamətidir. Onlara nəsihət et. Bir də görünür ki, təzəsən, salamı unudursan.
Allah daha yaxşı bilir!


#77 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 11:42 AM

Bunlara aydınlıq gətirmənizi istərdik.

1)Hazırda isti ilə əlaqədar müsəlmanlar çimərliyə üz tuta bilərmi?Çünki orda qadın və kişilər çılpaqdır.

2)Hazırda qadınların çılpaq gəzməyi,içkinin satışı,faiz və bankalrın yüksək temple inkişafı,qızlara bənzər oqlanların çoxlaması fitnə sayılırmı?Əgər fitnə sayılırsa bu fitnəyə qarşı müsəlmanlar savaşmalıdır yoxsa səbr etməli?Allah Quranda deyirki: Onlarla, fitnə qalmayıb, din Allaha aid olana qədər savaşın" (Əl Bəqərə: 2/193). Təbii, ki Allah subhanahu bilir ki, savaşda insanlar ölür! Bir çox Peyğəmbərlər yanlarındakı Rabbanilərlə bərabər Allah yolunda savaşdılar...öldürdülər, öldürüldülər...

3)Nisa surəsi 59-cu ayədə keçən "əmr sahiblərinə" hazırkı rəhbərləri,hakimləri aid etmək olarmı?Əgər bunlar fitnənin yayılamsına şərait yaradarlarsa yenə də onlara itaət vacibdirmi?Çünki Quranda Allah deyirki Allaha və Rəsuluna tabe olan əmr sahiblerinə iatət edin!!!
Bu məsəslədə müsəlmanların mövqeyi necə olmalıdır?


Cavab:

1. Dənizdə çimmək olar, sadəcə yer seçəndə camaatln çılpaq olmayan yerini seçin. Ona görə tez getsəniz müəyyən uzaq yerlərdə boşluq olur. Amma camaatın çılpaq olduğu yerlərə getmək haramdır.
2. Təbii ki, bu müraciət müsəlmanların xəlifə olan dövrünə aiddir. Çünki belə ayə, hədis və fətvalar sizi çaşdırmasın. Əgər nəsə deyilibsə, onun qaydası da deyilib. Bunlarla mübarizə yalnız dəvətlə olmalıdır.
3. Bəli, o ayədə qeyd olunan əmr sahibləri alimlər və hakimlərdir. Və indiki alim və hakimlərin də bu məsələdə müəyyən qədər payları var. Sadəcə tabe olmaq məsələsində, asilikdə tabe olmamaq lazımdır. Amma o ki qaldı ki, asilik əmr olunmursa, onda tabe olmaq vacibdir. Yəni bu hakim nəinki dövlət başçısı, kim hakimlik daşıyırsa hamısına aiddir, məsələn, evdə ata. Tabe olmaq ataya evdə vacibdir, amma əgər asilik əmr edirsə, bu məsələdə ona tabe olmuruq, amma yaxşı davranmalıyıq.
Allah daha yaxşı bilir!


#78 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 11:54 AM

Məni rüşvətlə bağlı məsələ narahat edir.Nə zaman rüşvət vermək olar nə zaman yox?Mən alimin fətvasını yazmaq istəyirəm bura siz öz fikrinizi bildirin.Bu fətva nə dərəcədə etibarlıdır?

Fətva
İbni Useymin Nisa surəsi 60-cı ayəni açıqlarkən belə deiyir:
"Elm Əhli deyir ki: “(Rüşvət) Ancaq insan onun vasitəsilə batili əldə etmək və ya haqqı dəf etmək istərsə, haram qılınmışdır. Amma kim onu, bunun vasitəsiylə əngəllənmiş haqqı əldə etmək və ya nəfsinə gələcək batili dəf etmək üçün verərsə, verənə haram deyil. Amma onu alana haramdır.” (Əl Qavlul Mufid Alə Kitəbut Təvhid.)

Səhabələrdən bəziləri hicrət zamanı müşriklərin maneələrini aradan qaldırmaq üçün onlara mal veridilər.Rəsulullah sallallahu aleyhi və səlləm hicrət etdiyi zaman Suraka onları yaxalamağa çalışdıqda ona bilərziklər vəd etdi və daha sonra bu ona verildi.
Ayrıca əsgərlik və haqsız həbsdən qurtulmaq üçün pul vermək eynilə əsir üçün fidyə vermək kimidirmi???

Cavab:

Bu fətva düzdür, amma sizin sonda gətirdiyiniz iki misal bununla düz gəlmir. Çünki necə fətvada da qeyd edildi, əgər səni haqsız yerə haqlarını tapdalayırlarsa, və səndən tələb edirlərsə ki, pul ver, sonra işin düzələcək, sən burda məzlumsan. Amma haqlı yer olsa, pul versən sənin üçün də rüşvət olacaq. Məsələn, hansısa bir cinayət etmisən və onu ört-basdır etmək üçün rüşvət verirsən, bu sənin üçün də rüşvətdir. Əsgərliyin isə bu msələyə heç aiddiyyatə yoxdur, verdiyin pul isə rüşvətdir.
Allah daha yaxşı bilir!


#79 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 03:08 PM

Цитата (Muselman @ Aug 6 2007, 06:33 AM)
Salam Aleykum! ALLAHA HEMD OLSUN.

Gamet gardash, belke bu sualim bir az edebsiz chixir ama mecburam sorushmaga, eyer bir gadin 4-5 aylig korpesinin cinsi organini operse (sozsuzki chox sevdiyinden) onun destemazi pozulur, veya ona gusl vacib olur? Ve an esasi bele etmek gunahdirmi?

ALLAH RAZI OLSUN.

İbni Battal: Uşağın bütün organlarından öpmek caizdir!

Cavab:

İmkan olsa, yaza bilərsənmi harda deyib, biz də fayda üçün baxaq.
Allah daha yaxşı bilir!


#80 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 04:56 PM

Hal-hazırda cahillyi üzr saymaq olarmı?
Müşriklərin «Lə ilələ illəllah» deməsi onları Islama daxil edirmi?
Azərbaycanda sizə elə gəlmirmiki müşriklər müsəlmanlardan daha çox üstünlük təşkil edir?Çünki ən çox inanc qəbrlər,pirlər,seyyidlər,övlyalar və s. təşkil edir.
Bu haqda nə deyə bilərsiz?

Cavab:

1. Cahillik, əlbəttə, üzrdür. Bu əhli sunnə val camaanın yoludur.
2. Əgər müşrik tövbə edib, kəlmeyi şəhadəti desə, əlbəttə, o müsəlman sayılır.
3. Bu məsələdə isə belə deməyiniz daha yaxşı olar ki, Azərbaycanda əhalinin çoxu müşrik yox, sadəcə çoxunun əməli və sözündə şirk var. Amma qəbirlər və s. bu ola bilsin bunun şərhə ehtiyacı var. Çünki ola bilər ora gedən bidət etsin, ola bilər şirk və ya küfr etsin. Ona görə insanların qəsdini bilməyincə, onlara hökm vermək olmaz. Ümumən onlar müsəlmanlardır. Siz insanı dindən çıxardan məsələləri tətbiq etmək üçün lazım olan şərtləri öyrənin.

Fikir versəniz bu adamlar öyrənirlər ki, islamdan insanı nə çıxardır, amma bunun şərtlərini öyrənmirlər. Bu da onalrın bu məsələlərdə çaşmalarına səbəb olur.
Allah daha yaxşı bilir!


#81 Selami

Selami
  • Guests

Posted 06 August 2007 - 05:37 PM

Selamun aleykum
Qardaş netdə bir fətva oxudum saytların birində orda deyilir ki:

Alləmə İbni Bəttal Əl Qurtubi (Ölümü 1057/449) Buxarinin "Sahih" əsərini şərh etdi.
"Sizi Həbəşi bir kölə idarə etsə belə, dinləyin və itaət edin" « اسمعوا وأطيعوا وإن استعمل عليكم عبد حبشى » hədisini açıqlarkən dedi:

قال أبو بكر بن الطيب: أجمعت الأمة أنه يوجب خلع الإمام وسقوط فرض طاعته كفره بعد الإيمان، وتركه إقامة الصلاة والدعاء إليها، واختلفوا إذا كان فاسقا ظالما غاصبا للأموال

"Əbu Bəkr ibni ət Tayyib dedi: Ümmət icma etdi: İmam imandan sonra küfrə girsə, namaz qılmağı və ona çağırışı tərk etsə, onu vəzifəsindən endirmək vacib olar, ona itaət eləməyin fərziyəti qüvvədən düşər. Fasiq, zalım olması və malları qəsb etməsi halında ixtilaf etmişlər."
Şərhil Buxari li İbni Bəttal: 15/229

Bu İbni Bəttal sələfdir? Onun fətvasına inanaq? Yoxsa xavariclərdəndir?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, o xəvariclərdən deyil. Sadəcə problem bundadır ki, bəzi adamlar istədikləri cümlələri götürüb, onu fəhmsiz istədikləri adama tətbiq edirlər. Belə məsələlərin şərtləri var. Təbii ki, hakimin şərtlərindən biri gərək müsəlman olsun. Əgər müsəlmandırsa, birinci sübut etmək lazımdır ki, o kafirdir, ikincisi sübut etmək lazımdır ki, o namaz qılmır və s. və s. Həmçinin buna alimin fətvası lazımdır, həmçinin qüvvənin olması, həm onu əvəz edəcək birinin olması və s. Bu məsələlər böyük məsələlərdir, balacalar üçün burda yer yoxdur. Bəzi adamlar hətta evdə dini təlim etməkdən, durub onları tərk edib başqa məsələlərdən danışırlar, hansı ki, o məsələlərdə fayda yoxdur. Adi dəstəmaza fikir versək, deyilib ki, namazdan əvvəl dəstəmaz almaq vacibdir. Lakin təfsilatına getsək, ordakı şərtləri, sünnətləri, vaciblər, müstəhəbləri, batil edənləri və s. görsək başa düşəcəyik ki, heç də islam əgər bir şeyi əmr edibsə, onu elə belədən əmr etməyib. Təbii ki, ağıl sahibləri başa düşürlər ki, hakim məsələsi dəstəmazdan qat-qat böyükdür və daha məsuliyyətlidir. İbn Battal hakimə qarşı çıxmaqdan danışmayıb, sadəcə ona qarşı çıxmağın şərtlərini nəql edib, bu isə bir çox kitablarda var. Görünür ki, problemin əsasını başa düşməmisiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#82 HaMaS

HaMaS
  • Guests

Posted 06 August 2007 - 05:38 PM

Cenab admin sizde Allah qorxusu,axirete inam var zerre qederde olsun?!?!?! Menim sualimi niye pozmusunuz?Axi Allahda da siz ozunuzde gordunuz ki,menim sualimda tehqir,heqaret ve bashga nalayiq hec bir shey yox idi.Amma siz ise menim sualimi pozdunuz!AND OLSUN ALLAHA KI,ELEDIYNIZ EDALETSIZLIYIN EVEZINI ALLAHIN HAKIMLIYI ILE SIZDEN ISTEYECEM !

Cavab:

Narahat olma, ola bilsin səhv pozulub, çünki biz göndərilən sulların çox az bir hissəsini pozuruq, sualı bir də göndərin, çalışın ki, əgər mümkünsə konkret və qısa olsun, cümlələrə fikir verin.
Allah daha yaxşı bilir!


#83 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 05:42 PM

Eyni saytda belə fətvalar da var:
وأما الذي قيل فيه كفر دون كفر إذا حاكم إلى غير الله مع اعتقاده أنه عاص وأن حكم الله هو الحق فهذا الذي يصدر منه المرة ونحوها أما الذي جعل قوانين بترتيب وتخضيع فهو كفر وإن قالوا أخطأنا وحكم الشرع أعدل, فهذا كفر ناقل عن الملة

"Lakin "kufrun dunə kufr" deyə bilinən bu sözlərə gəldikdə isə bu, Allahdan başqasının hökmü ilə hökm verdiyi halda özünün asi olduğuna və Allahın hökmünün haqq olduğuna etiqad edən və bu halın bir və bir-neçə dəfə baş verdiyi hallara aiddir. Lakin , əgər bu qanunlar insanların tabe olduqları qanunlar halına salınırsa, bu Küfrdür, hətta "biz xəta edirik, Şəriətin hökmü daha adildir" deyərək etiraf etsələr belə, bu, yenə millətdən çıxaran küfrdür."
"Fətava və Rəsail Əş Şeyx Muhamməd ibn İbrahim", 12/280

Salih Əl Fauzan yuxarıdakı sözləri şərh edərkən dedi:

ففرَّقَ - رحمه الله - بينَ الحكم الجزئي الذي لا يتكرر ، وبين الحكم العام الذي هو المرجع في جميع الأحكام ، أو غالبها ، وقرر أن هذا الكفر ناقل عن الملة مطلقًا ؛ وذلك لأن من نحى الشريعة الإسلامية ، وجعل القانون الوضعي بديلًا منها فهذا دليل على أنه يرى أن القانون أحسن وأصلح من الشريعة ، وهذا لا شك أنه كفر أكبر يُخرجُ من الملَّة ويُناقضُ التوحيد .

"Rahimahullah (Yəni Muhəmməd bin İbrahim) Təkrar olmayan cüzi bir hökmlə, bütün hökmlərdə və ya çox hallarda müraciət olunan qanun arasında fərq qoyur. Bunun mütləq olaraq dindən (Millətdən) çıxaran küfr olduğuna qərar verdi.
Çünki, onun İslam şəriəti qadağan edib, onun yerinə dünyəvi qanunları bərqərar eləməsi, onun dünyəvi qanunları şəriətdən daha gözəl və daha islah edici saydığına dəlildir.
Şək yoxdur ki bu bu böyük küfrdür. Millətdən çıxarır və tövhidi pozur!"

"İtiqad ət Təvhid" / "Əl Hukm bi Ğeyri mə Ənzəl Allah"

Hafiz İbni Kəsir - Rahimahullah - Qurani Kərimin "Əl Maidə" surəsi əllinci ayəsinin təfsirində dedi:

ينكر تعالى على من خرج عن حكم الله المحكم المشتمل على كل خير الناهي عن كل شر وعدل إلى ما سواه من الآراء والأهواء والاصطلاحات التي
وضعها الرجال بلا مستند من شريعة الله كما كان أهل الجاهلية يحكمون به من الضلالات والجهالات مما يضعونها بآرائهم وأهوائهم وكما يحكم به الشارع من السياسات الملكية المأخوذة عن ملكهم جنكزخان الذي وضع لهم الياسق وهو عبارة عن كتاب مجموع من أحكام قد اقتبسها عن شرائع شتى : من اليهودية والنصرانية والملة الإسلامية وغيرها وفيها كثير من الأحكام أخذها من مجرد نظره وهواه فصارت في بنيه شرعا متبعا يقدمونها على الحكم بكتاب الله وسنة رسول الله - صلى الله عليه وسلم - فمن فعل ذلك فهو كافر يجب قتاله حتى يرجع إلى حكم الله ورسوله فلا يحكم سواه في قليل ولا كثير

“Möhkəm, her xeyri əhatə edən ve hər şəri qadağan edən hökmü xaricinə cıxanı və ona bərabər olmayacaq rəylər və havalara və insanların qoyduğu, Allahın şəriətinə dayanmayan şeylərə meyl edəni Uca Allah inkar etmişdir.
Necəki, cahiliyyə əhli cahillik və zəlalət səbəbilə onunla hökm edirdilər. (Bu hökmlər) onların rəy və havalarından ibarət idi.
Bunun kimi, onunla hökm etmək dövlət siyasətinin ana prinsiplərindən idi ki, bunu onlar üçün “Yasaq” meydana qoyan Cinkiz xandan miras almışdılar.
Bu (Yasaq) fərqli şəriətlərdən – yəhudilikdən, nasranilikdən, İslam dinindən və başqa qaynaqlardan - toplanmış hökmlərdən iqtibaslanaraq cəm edilmiş kitabdır.
Ondakı hökmlərin çoxu, sırf onun öz görüşü və havasıdır.
Oğulları üçün tabe olunan və Allahın Kitabından, Rəsulullahın – sallallahu aleyhi və səlləm – sünnətindən önə keçirilən bir şəriət halına gətirilmişdi.
Kim bunu edərsə o kafirdir. Allahın və Rəsulunun hökmünə dönənə qədər onunla vuruşmaq vacibdir. Bu kimi şeylərlə nə az nə də çox halda hökm edilməz .”

Biz sizdən və digər elm əhlindən öyrənmişik ki bu millətdən çıxaran küfr deyil. Lakin bu fətvalarda tam əksi deyilir...Sizdən xahiş edirəm vaxtınız varsa bu sualıma cavab verin. Allah dərəcənizi artırsın...


Cavab:

1. Bu fətva barədə şeyx ibn Bazdan soruşdular, o da dedi ki, Şeyx Məhəmməd məsum deyil, hər kəs xəta edə bilər, biz savabı götürürük, xətanı isə götürmürük. Lakin şeyx Məhəmməd özü bu məsələdə yenə halalı şərt görür. Çünki o sələf idi və məlumdur ki, onlar kimi də deyir. Baxmayaraq bəzən şərh etməsə də. Şeyx Məhəmməd “Fətava”da 1 cild 80-ci səhifədə halal görməyi şərt kimi qeyd edir. Çünki sələf məlumdur ki, mütləq şəkildə heç kimi təkfir etməyib, baxmayaraq, küfr desələr belə. Ona görə belə fətvalar sizi çaşdırmasın.
2. Şeyx Fauzan həmçinin əgər nəsə ümumi şərhsiz cümlələr deyirsə, onun sələfin fəhmi kimi başa düşün. Şeyx də hökmAllah məsələlərində sələfin o biri alimlərinin tutduğu mövqedədir. Amma burada bir mühüm məsələ də var. Bu da Allahın hökmünü dəyişənin məsələsidir. O vaxt dəyişən sayılır ki, əgər qeyri-hökmü Allahın nazil etdiyindən görsə. Bunu ibn əl-Arabi, Qurtubi, həmçinin ibn Teymiyyə qeyd ediblər. Çünki 5/44-ün nazil olma səbəblərinə baxsaq, görərik ki, nazil olmasına səbəb bu idi ki, yəhudilər Allahın hökmünü gizlədib, başqa hökmü Allahın nazil etdiyindən görürdülər. Məsələləri düzgün başa düşün. Siz elm öyrənin, sonra məsələlərə girişin, əks halda zəlalətə düşmək ehtimalı çoxdur. İnsan əgər Quranla zəlalətə düşürsə (məsələn, xəvariclər kimi səhabələrin vaxtında), təsəvvür edin ki, alimin fətvası ilə necə???
3. فصارت في بنيه شرعا متبعا يقدمونها على الحكم بكتاب الله وسنة رسول الله - صلى الله عليه وسلم
- Oğulları üçün tabe olunan və Allahın Kitabından, Rəsulullahın – sallallahu aleyhi və səlləm – sünnətindən önə keçirilən bir şəriət halına gətirilmişdi

Bu məsələ də aydındır. Təbii ki, necə burda qeyd olunur, onlar açıq-aşkar Allah və Rəsuluna (s.a.v.) müxalif olunan hökmlərə tabe olub, önə keçiriblər, daha üstün tutublar və nazil olanı şəriət hesab ediblər. Sadəcə düzgün başa düşmək lazımdır. Belə cümlələr sizi çaşdırmasın.
Allah daha yaxşı bilir!


#84 Guest

Guest
  • Guests

Posted 06 August 2007 - 05:48 PM

Bir də ki Nuisa 59 ayəsində itaət edilməsi əmr edilən Ulul Əmr Müsəlmanlardır yoxsa kafirlərdə bura daxildir? Alimlər sələf nə deyir bu məsələdə...?

Cavab:

Aydındır ki, burda söhbət müsəlmanlardan gedir. Qeyd olunan isə alimlər və hakimlərdir. Amma əgər birdən hakim kafirdirsə və müsəlmanlar zəifdirsə, məsələn hazırda Avropa ölkələrində müsəlmanlar yaşayır və hakimlər də kafirlərdir, belə halda onlar o qanunlara tabe olsunlar ki, şəriətə zidd deyil, amma zidd olanlardan çəkinsinlər. Bu məsələ müsəlman hakimə də aiddir.
Allah daha yaxşı bilir!


#85 Selaheddin

Selaheddin
  • Guests

Posted 06 August 2007 - 09:41 PM

As salamu aleykum va rahmatullahi va barakatuhu!
Allah rizasi uchun deyerdiniz bidet ne demekdir?
her namaz da ixlas suresini oxumaq bidettir?
Allah razi olsun!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bidət – peyğəmbərdən (s.a.v.) və dörd raşidi xəlifələrdən sonra onların etmədikləri və demədiyi bir məsələni dindən hesab etməkdir.
2. Xeyr, sizin əməliniz bidət sayılmır. Sadəcə belə davam etməyin, başqa surələri də əzbərləyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#86 muhammed2007

muhammed2007
  • Guests

Posted 06 August 2007 - 09:52 PM

assalamun aleykum wa rahmatullah :)

1.Zekatin vaxti ne vaxti ?
2.oglumun sunnet toyunu etmek isteyirem bu islama gore necur olmalidir? kirve islamda var ?
3. sizin xutbelerinizin choxu MP3 formatdadir eger mumkunse video file shekilindede satisha buraxardiz.
4. deyilene gore teze mescid tikilir eger duzdurse bu harada olacaq?

allah razi olsun
Asalamun aleykum we rahmatullah :)

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Zəkatın hamı üçün konkret bir vaxtı yoxdur. Bu məsələdə müsəlmanlar fərqlənirlər. Vaxt təyin olunur, əgər sizin malınız zəkata düşürsə həmin vaxtdan. Həmin vaxtdan bir il keçdikdən sonra 2.5%-ni çıxardırsınız.
2. Düzdür, kirvə yoxdur, bu adətdir, amma məclis edə bilərsiniz, sadəcə şəriətə uyğun olmaldıır, yəni haramlardan uzaq olsun: içki, yemək, qadınla kişinin bir yerdə olmaması və musiqi olmasın.
3. Düzü bu məsələ ilə mən məşğul olmuram.
4. Deyirdilər ki, köhnə L.Şmidt, indiki Səttarxan zavodunun yerində. Amma sonra dedilər ki, orda olmayacaq. Allah bilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#87 Safiyye

Safiyye
  • Guests

Posted 06 August 2007 - 10:16 PM

əs-Sələmu aleykum!
Qamət qardaş! Sizdən bir dəfə məsciddə soruşmuşdurlar ki, kapron coraba məsh etmək olar? Siz demişdiniz ki, olar. Amma setka-setka olan corablara olmaz. Mən sələfi saytların birindən yüklədiyim "1000 fətva" kitabında oxudum ki, İbn Baz məsh çəkilən corabın sıx toxunuşlu və örtücü olması lazım olduğunu söyləyir. Şəffaf coraba məsh isə caiz deyil deyir. İndi kaprona məsh olar, ya olmaz?
Bİr də İbn Cibrin "Alimlər qadının əri olan kişinin mənisi ilə olsa belə, övrətin açılması, ferce toxunulması kimi səbəblərdən ötrü "tüp bebek" (belə hesab edirəm ki, söhbət süni mayalanmadan gedir) caiz deyil deyirlər. İnsan Allahın hökmünə razı olmalıdır deyib, bu ayəni də göstərirlər "Dilədiyini qısır edər" (Şura, 50)
Zəhmət olmasa fikrinizi bildirin. Allah razı olsun!
ƏSSƏLƏMU ALEYKUM VƏ RAHMƏTULLAHİ VƏ BƏRAKƏTUHU!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Sadəcə şəffaflığın qədərində ixtilaf var. Çünki ət azca görsənirsə, problem yoxdur.
2. Bu məsələdə də alimlər ixtilaf ediblər. Baxmayaraq ki, bəziləri öz ərinin mayasından icazə veriblər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#88 Abu-Bakr

Abu-Bakr
  • Guests

Posted 07 August 2007 - 07:40 AM

Salam alekum. Qardaş, sizə sual verdilər: Tesadufen atasinin agzina (zövcəsinin südü) dushse tupurmelidir yoxsa udmali? Tesadufen udsa nece haram sayilir mi?
Siz də cavab verdiniz: Xeyr, çalışmaq lazımdır ki, çəkinəsiniz. Əgər ağıza gəlsə, udmamaq lazımdır.
Qardaş, mən oxumuşdum ki, cumhurun fikrincə birinci iki ildən sonra içilən süd heç bir məhrəmlik (qohumluq) yaratmır. Onların dəlilləri bunlardır:
1) Bu barədə ayə: əl-Bəqərə 233
2) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Körpənin ana südündən ayrıldığı vaxtdan etibarən süddən içmək məhrəmlik yaratmır" (Tirmizi, 1152, həsən səhih).
3) İbn Ömər (r.a) demişdir: "Böyüklər üçün süddən içmək heç bir qohumluq yaratmır" (əl-Muvatta, 2\603)
Bu o deməkdir ki, birinci iki ildən sonra içilən süd heç bir qohumluq yaratmır və beləliklə, zövcənin südündən içmək heç bir effekt yaratmır, heç bir qohumluq yaratmır. Şeyx Üseyminə bu barədə sual verirlər, o da cavab vermişdir: "Böyüklərə süddən içmək heç bir effekt vermir, çünki süddən əmmək birinci iki il içində olmalı və beş dəfə içilməlidir. Əgər kişi öz zövcəsinin südündən içərsə, kişi zövcəsinin oğlu olmur" (Fətava İslamiyyə, 3.338).

Həmçinin qardaş, kişinin öz zövcəsindən zövq almaq hüququ var (həmçinin əksinə). Əgər kişi zövcəsinin döşündən zövq almaq istəyirsə və zövcənin südü varsa, bu halda niyə zövq almamalıdır? Həmçinin, yuxarıda da Şeyx Üseymin qeyd elədi ki, bunun heç bir effekti yoxdur. Salamu alekum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, bu məsələdə müxtəlif rəylər var, amma südü içməkdə adətə çevirməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#89 Umm_Fatimah

Umm_Fatimah
  • Guests

Posted 07 August 2007 - 10:38 AM

Assalemu Alekum!

1.Siz dediz ki Dovlet qanunu ile kebin sayilir ve bu zina deyil. Bes onda eger kishi ile gadin 3 defe talaq edir sonrada dovlet kebini edib toy, nishan ve sair edib hammiya evli olduqlarini elan edirlerse? Bu nece sayilir? Eger sayilmirsa niye?

2.Birde eger (yaxinliq edenden sonra) artiq 1 defe talaq olubsa ikinci defe kebin etmek ucun valideyin raziligi, shahidler lazimdirmi?

3.Bes yaxinliq etmedikleri halda ikinci kebin ucun qayda necedir???

Allah Razi olsun!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Mən dedim ki, əgər kəbin edilməyibsə, onun əvəzinə nişan, toy, hər iki tərəfin razılığı ilə ZAQS olubsa, bu anadan olmuş uşaqların qeyri-qanunuluğuna dəlalət etmir. Sadəcə çalışmaq lazımdır ki, şəri kəbin olsun.
2. Əgər talaqdan sonra 3 ay keçibsə, yeni kəbində də əvvəlki şərtlər gözlənilməlidir.
3. Əgər talaqdan sonra 3 ay içində yaxınlıq olubsa, və ya sözlə talağı geri götürübsə, yeni kəbinə ehtiyac yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#90 AISHA25

AISHA25
  • Guests

Posted 07 August 2007 - 12:10 PM

as Salam Aleykum Wa Rahmatullahi Wa Barakatu

1)Qonsum rusdur ve xristiandir menden de yashca beyukdur men onu her gun gerurem men ona 1ci salam vermeliyem yoxsa gezlemeyilem ki o mene salam versin ? men indi ye geder ona 1 salam verirdim hermet menasinda , amma indi eshitmishem ki xristianla 1ci salamlashmaq olmaz bu nederecede duzgundu ? cunki men ona salam vermesem onun qonsuluq haqqina girecem hemde menim terefimden yekexana kimi ve hermetsizlik kimi gerunecek .zehmet olmasa mene bu meselede meslehet verin .

2)menim ishime her gun kolbasa ve sosiska getirirler duzdu deyilene gere sosiskalar toyug etindendi ve bildiyime gere toyug etine de donuz etini qarishdirdiglarina gere men onu yemirem bashqalarinada meslehet gerurem ki yemesinlar amma buna baxmayarag yeyirler artig onlarin o sihina qarishmiram .yerde qalan kolbasa ve sosisleri eve getirirem it ve pisik ucun ,qonsum bunu gerur ve mene deyir ki onlari ite atmayim verim ona men ise vermek istemirem deyirem haramdi donuz eti oda deyir ki men ki muselman deyilem buzim kitabda guya olar yemek ,hatram oldugu ucun onu artig getirmirem amma her defe menden sorushur bilmirem ne deyim yalan deyim yoxsa deyim ki haramdi olmaz?

3) muslim shoplara girende muslelman kishi saticilara qadin 1ci as Salam Aleykum deye biler ? ve elecede 1ci sagollasha biler?yoxsa umumiyyetle salamlashmamalidir?

4) bir de men germushemki hicabda olmayan bacilar girende mescide salamlashanda cox vaxt salamini almirlar telesmirler bu neye geredir hicabda olmadiglarina gere?

5) bir baci teze hicaba kecib , alhemdulALLAH amma geyiminde bir nece noqsani var onu gorhutmamaq ucun mescidden uzaglashdirmamaq hemde ezumde hicabda olmadigima gere menim haqqim yoxdu ki ona deyim bele geyin ve yaxud da bele geyin amma sez arasi ona catdiriram AlhemduALLAH , baji bunlara emel etmeye calishir .amma bir gun mescidden cixanda bir qardas ona sez atib geyimine gere ve onu qorxudub yeni daxilen baji cox sixilb ve mescide gelmekden qorxur beyem qardash bajiya geymine gere onu utanduiracaq sez deye biler? o qorxmur ALLAHdan ki o onun haqqina gire biler? bu du devet ? xahish edirem mescide islamda zeif olanlari qorxutmamalari haqqinda meslehet edin .

6)mualice meqsedi ile 50 q konyak icmek olar?

7) mescide gelmek ucun valideyine yalan demek olarmi cunki mescide gelemye goymurlar?

8) ite ,pishiye su va ya yemek verende savab yazilir ya yox?

9) eshitdiyime gere cennetde kiler cehenem ehlinin ezab eziyyetini gerecekler onlrarda cennet ehlini gerecekler bes muselman yeni cennetdeki ez yaxinlarini valideyinlerinin cehennem odunda yandigini gerse o cennetde nece istirahet edecek?

suallarim coxdu haqqinizi hallal edin

her sheye gere ALLAH razi olsun .AMIN

as Salam Aleykum Wa Rahmatullahi Wa Barakatu

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Çalışın, birinci o salam versin, əgər vermirsə, sadəcə işarə edin ona, başla və ya əllə, və ya “Necəsən?” deyə başlaya bilərsiniz.
2. Əgər dəqiq bilirsinizsə ki, orda donuz var, onda çəkinin. Amma qonşuya verə bilərsiniz, xüsusən də bilsəniz ki, kafirdir.
3. Bunu edə bilərsiniz, əgər fitnə yoxdursa.
4. Bu xətadır.
5. Nəsihətini davam etdir və hər adama fikir verməyin.
6. Xeyr, bu yalnız nə iləsə qarışıdırdıqda mümkündür və başqa əlac olmadıqda.
7. Sadəcə məscidə getdiyinizi deməyin.
8. Bəli, yazılır.
9. Bunu mən bilmirəm, amma orda bu dünyadakı kimi hissiyatlar olmayacaq, orda tam başqa quruluşdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#91 muhajir

muhajir
  • Guests

Posted 07 August 2007 - 01:34 PM

Салам Алекум ва Рахматуллахи ва Баракатуху Гардаш!
1. Можно ли употреблять в пищу раков, крабов и др. моллюсков (так как многие из них питаются мертвечиной)?
2. Я читал хадис о том что после витра Пророк (САС) совершал еще два раката намаза, вопрос вот в чем: я хочу встать на ночной намаз тахаджуд, но иногда не получается так просыпаю это время и получается что я пропускаю витр тоже, который откладывал на это время, можно ли после иша совершить витр, лечь спать и совершить эти два раката проснувшись позже и будет ли это считать тахаджутом. Т.е. если вдруг я просплю тахаджут, то по крайней мере не пропущу витр.
3. Раннее на форуме был вопрос о том, приветствии неверных соседей, объясните как мне быть на работе с коллегами – неверными:
- бывают ситуации когда заходишь в кабинет утром и там есть несколько сотрудников и соответственно самому приходиться приветствовать первым – хорошо если среди них есть и мусульмане, но иногда бывают что в комнате только кафиры.
- И еще как быть в разговоре по телефону когда самому приходиться по работе созваниваться с кафирами, это может вызвать неблагоприятные последствия и в том числе люди будут плохо думать об исламе и мусульманах.
4. Известно, что вводить нововведение в религию грех, а можно ли поздравлять с днем рождения родных и близких и дарить им подарки, (Я конечно не имею ввиду харамные застолья.) поддерживая тем самым родственные связи, так как данное обстоятельство к религии не имеет отношения. Хотя мы знаем, что такое не практиковалось Пророком (САС). И конечно вопрос относительно мавлида – однозначно ясен – это биддат.
5. Коран 2:97. Скажи: «Кто является врагом Джибрилу (Гавриилу)?»
Почему иудеи считали Джибрила своим врагом, они ведь знали что это ангел от Аллаха???

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. Можно, с моря все можно.
2. Да, это будет считаться тахаджудом, но не превращайте это в обычай. Потому, что пророк (с.а.в.) сказал, последним намазом должен быть витр.
3. Если они из эхли-китаба, скажите "доброе утро", или что-то нападобие этого, но не скажите "ас саламу алейкум".
4. Мавлид - однозначно бидат, но вы можете подарить подарок в другие дни.
5. Потому, тчо они были уверены, что полседний пророк будет евреем. Они этим гордились и угаржали арабам. А когда Джабрайыл (а.с.) пришел к арабу, они обиделись на него.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#92 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 07 August 2007 - 03:36 PM

Цитата

Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Ümumiyyətlə, belə olan halda həmin müəssisənin sahibinə yə yazılı, ya da şifahi bildirmək lazımdır ki, onun əməli məsuliyyətdir. Bu dünyada əməlinə görə soruşulmasa da axirətdə soruşulacaq. Amma ümumən qadağan etmək, belə məsələdə gərək hansısa alim deyə. Sadəcə kim ehtiyat üçün çəkinirsə lap yaşı, amma  ümumən alimin işidir.  Və belə məsələlərdə çox dərinə getməklə çox məsələlərin qadağan olunmasına gətirib çıxara bilər. Ona görə belə məsələlər zahirən kifayətdir. Kim bu cür yanaşıb yesə, onda bir günah yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Əssələmu aleykum! Bütün qardaş və bacıların nəzərinə bu məqaləni çatdırmaq istərdim:

AZƏRBAYCANDA DONUZ ƏTİ QATILMAYAN KOLBASA VARMI?
Son zamanlar kütləvi informasiya vasitələrində halal məhsulları ilə bağlı müxtəlif ziddiyyətli fikirlər söylənilir. 2007-ci ilin donuz üzərində təhvil olmasını düşünənlər və bunu qəbul edənlər yadımıza düşdü. Hətta televiziya kanallarının birində dövlət rəsmilərimizin donuza bəh-bəhlə bəy tərifi yağdırması da çoxlarınızın yadındadır. Aparıcı isə donuz balasını elə qucaqlamışdı ki, sanki əziz adamını görmüşdü. Heyrət! O zaman bəzi iş adamlarının “kolbasanın tərkibində 50% donuz əti olmasa o qalmaz” kimi fikirləri halal məhsul istehsalçılarının imicinə zərbə oldu və demək olar həmin zamandan bir qığılcım yarandı. Həmin qığılcım da, təəssüf ki, bəzi KİV-lərimiz vasitəsilə alova dönür...
Ölkənin SAB halal kolbasa məmulatları istehsalçılarından olan “Zəhmət-Ruzi” şirkətinə üz tutmaqda məqsədimiz bu məsələyə aydınlıq gətirmək idi. Şirkətin rəhbərliyinin “həmişə qapılarımız istənilən istehlakçının üzünə açıqdır. Gəlin, hallalığı gözlərinizlə görün”, - ifadəsini eşitmişdik. Oraya qəfil getməyimiz də həmsöhbətimiz olacaq şirkətin direktor müavini Elşən Abdullayevi təəccübləndirmədi.

-SAB nə zamandan fəaliyyətə başlayıb?
-Halal məhsul istehsal edən şirkət kimi 2005-ci ilin sentyabr ayından fəaliyyətə başlamışıq.

-Deyilənə görə, əti Hindistandan alırsınız...
-Bir qismini – 50-60%. O da mövsümdən asılıdır. Yəni bəzən təchizetmə ilə bağlı gecikmələr olur, məcbur olub qalan qismini yerli ət alırıq. Hazırda, hələ ki, 30-35% əti yerli bazardan alırıq. Amma bu günlərdə mətbuatdan da izlədiyimizə görə, deyəsən Hindistandan gələn ətlərlə bəzi problemlər var. Müxtəlif çıxışlar da səslənib bu barədə. Lakin qeyd etmək istəyirəm ki, görünür onların Hindistandan bizim necə ət almağımızdan xəbərləri yoxdur. Şükür Allaha, müsəlman olduğumuz üçün İslam qayda-qanunlarına əməl edirik. Dörd şirkət adı çəkə bilərəm ki, onalrla biz işləyirik: Sebako, Premyera, Allana və Alnur. Bunlar Hindistandakı müsəlman şirkətləridir və heyvanları da İslam qaydalarına uyğun kəsirlər. Oraya nümayəndələrimiz gedib baxış da keçiriblər.
(Diqqətimi kompüterdə gedən film çəkdi. Orada Hindistandakı müsəlman şirkətində heyvanı kəsərkən “Allahın adı ilə” (Bismilləh) kəlməsi aydın eşidilirdi. – red).

-Müşahidələrimiz deməyə əsas verir ki, şirkətiniz qısa müddətdə böyük uğur qazanıb. Alıcıların etimadını və arxayınlığını qazandıran səbəblərdən əsası isə, məhsulların üzərində “Qafqaz Müsəlmanları İdarəsi təminat verir – HALAL” etiketi olub. Yəni bu təminatı başqaları ala bilməzmi?

-Niyə almırlar ki?.. Ala bilərlər, sadəcə bütün müsəlman qayda-qanunlarına riayət etsələr...

-Cəmiyyətdə belə bir fikir var ki, hər hansı halal işin görülməsi baha başa gəlir. Yəni məhsula nə isə qatılmalıdır ki, maliyyəti ucuz olsun... Bu barədə fikrinizi bilmək istərdik...
-Ümumiyyətlə, məhsullarımızın qiyməti başqa şirkətlərə nisbətən bahadır. İzah edim... Kolbasa dedikdə, ilk növbədə ət deyil, ət məhsulu başa düşürük. Camaat deyir ki, ətin 1 kilosunun qiyməti 4 manatdır, necə olur kolbasa 2 manat 40 qəpiyə satılır? Xeyir, elə deyil. Əgər kiməsə ət lazımdırsa, gedib ət alır, kolbasa yox. Yəni bu məhsulun tərkibində ət var, amma 100% deyil. Kolbasanın mayesi, ədviyyatı, yağı və s. kimi tərkib hissəsi var, hansı ki, qiyməti ətlə nisbətdə xeyli ucuzdur. Yəni adicə riyaziyyatdır – qiyməti hesablayıb nisbətdə tutuşdurursan, ucuz alınır.

-Camaatın əksəriyyətinə belə təlqin ediblər ki, kolbasaya donuz əti vurulmasa, o, kolbasa olmaz. Bu, nə dərəcədə doğru fikirdir?
-Yalnış fikirdir. Misal üçün, Türkiyədir, İrandır... müsəlman dövlətləridir və hamı da inanır ki, bunların istehsal etdiyi kolbasalara, inşa Allah, donuz əti qatılmır. Digər tərəfdən – donuz kolbasa məmulatlarına xüsusi dad, əsasən kərə yağına bənzər dad verməklə yağlılıq yükünü daşıyır. Biz də həmin dadı təmiz kərə, bitki yağları ilə əvəz etmişik. Bizim kolbasaların bəzi çeşidlərində də yağlar var. Heç kəs şübhəyə düşməsin, o mal piyidir. Xüsusi emal edilmiş mal piyi – daha maldan kəsilən kimi birbaşa ora qatılmır. Bunlar hamısı çoxlu proseslər keçir.

-Bayaq dediniz ki, halal şirkət kimi 2005-ci ildən başlamısınız. Deməli əvvəl halal olmayan məhsullar buraxmısınız...
-Əlbəttə. Tam halala keçməmişdən əvvəl işimizin 80%-dən çoxu halal, təqribən 10% isə qeyri-halal məhsullar olub. Yəni tərkibində donuz piyi olan, hisə verilmiş kolbasalar istehsal etmişik.

-Bes necə oldu, qərara gəldiniz ki, yalnız halala keçmək lazımdır. Axı o birinin qazancı çox olur... Sizi nə məcbur etdi?
-Allah qorxusu. Əgər hər bir istehsalçının qəlbində, inşa Allah, bu hiss oyansa, həmin adam bu dünyasındakı xeyri buraxıb, Haqq yoluna keçərdi və bu onun üçün daha xeyrli olardı. Allah Təala Qurani kərimdə buyurur: “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.” (əl-Bəqərə «İnək» surəsi, 168-ci ayə).
”Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!” (əl-Bəqərə «İnək» surəsi, 172-ci ayə).
”Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur...” (ən-Nəhl «Bal arısı» surəsi, 115-ci ayə)

-Halala keçməmişdən əvvəl qazancınız çox olub, yoxsa indi?
-Belə deyərdim... O vaxt istehsal və satış miqdarı çox olub, indi isə qazancımız. Allaha həmd olsun, indi satış miqdarımız çox olmasa da, bərəkəti hiss edirik. Bunu tam səmimi deyirəm. Hətta halala keçməyimiz, sanki qəfildən oldu. Elə bil hansısa bir qüvvə bizi buna itələdi. İdarə heyətimizin böyük əksəriyyəti də dinə çox yaxın olduğundan razılıq əldə etdik və tam halal yolunu seçdik.

-SAB şirkətinin İslam Universitetinin rektoru Hacı Sabirə məxsus olması barədə söhbətlər çoxdan var. Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) keçirdiyi bir tədbirdə ona yaxınlaşıb bu barədə soruşanda bizə bildirdi ki, bu mən deyiləm, ola bilər Sabir adlı başqa bir müsəlman qardaş olsun... Elə kolbasa üzərindəki etiketin də Hacı Sabirin vasitəsi ilə sizə verildiyi dillərdən düşmür...
-Bunların heç biri, əlbəttə ki, həqiqətə uyğun deyil. Hacı Sabirin bizim şirkətə heç bir aidiyyatı yoxdur. Yeganə düzgünlük odur ki, bizim şirkətin sahibi də hacıdır və adı da Sabirdir – adaşdırlar.
Bəzi insanlar, hətta deyirdilər ki, guya biz QMİ ilə danışmışıq, onlara nəsə təklif etmişik... Əstağfirullah! Bunlar hamısı yalandır. Fikirləşirlər ki, nəsə təklif olunmasa bu mümkün ola bilməz... Ay qardaş niyə ola bilməz? Qanunu pozmuruq axı. Hər hansı şirkət bir medal və ya nəsə qazanırsa, onu öz məhsulunun uzərindəki qabda əks etdirir. Biz də bu cür etmişik. Amma bunu etməmişdən əvvəl, yəni müqaviləni bağlamamışdan qabaq biz QMİ-yə müraciət etmişik ki, məhsulumuzun həqiqətən də halal olmasını təsdiq etsinlər. Çunki Azərbaycanda bunu təsdiq edən başqa bir qurum yoxdur. Məncə heç Türkiyədə də yoxdur. Çünki biz Türkiyədən xammal alırıq – toyuq. İlk dəfə biz bu məhsulun halal kəsimli olması barədə rəy istədik. Onlar da bizə Qazilər Şurasının çıxarışını göndərmişdilər ki, həqiqətən bu toyuqlar elektrik vasitəsi ilə öldürülmürlər. Halal yolla kəsilir. Biz də öz dini qurumumuza müraciətdə bildirdik ki, istəyirik müəssisəmizin istehsalını tamamilə halal edək və bundan ötrü bizə nə lazımdır? Qurum da öz tövsiyyələrini verdi. Yəni hansı şərtlərə əməl etməliyik, hansı qanunla işləməliyik. Yalnız bütün qaydalara əməl etdikdən sonra bu təminatı ala bilərik. Bu prosedurları keçmək üçün bizə 5-6 ay vaxt lazım oldu.

-Yəni qaydalar belə sərt idi?
-Sərt deyəndə ki, şəriət nəyi əmr edir – odur. Təbii ki, ən başlıca şərt hər bir heyvanın üzü qibləyə və Allahın adi ilə (“Bismilləh” deyərək) kəsilməsidir. Sonra ən çətin prosedurlardan biri kolbasa məhsullarının, belə desək, “qabığı”. Çunki bu məhsulun istehsalında donuzun dərisindən istifadə olunur. Bunun digər şeylə əvəz olunması, həmçinin, tərkib hissədəki ədviyyat, maye, yağ və s. də halal məhsullarla əvəz olunub. Uyğunluq sertifikatlarımızı da gördünüz – hamısının texniki şərtləri var. Texniki şərtlər də Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub.
Kim nədənsə şübhələnibsə, gəlib öz gözlərilə hər şeyi görüb. İndi də qapımız hər zaman açıqdır, kim istəsə buyurub gələ bilər.
Yeri gəlmişkən, qeyd edim ki, hətta Sovetlər vaxtında da donuz əti olmayan kolbasalar istehsal olunub.
Buyurun baxın:
(ГОСТ 23670) Колбаса вареная говяжья высшего сорта
Гов. выс. сорта 40, Гов 1 сорта 35, мозги говяжьи 20, яйца куриные 5 =100

(ГОСТ 23670) Сосиски говяжьи 1 сорта
Гов. 1, сорта 80 кг, жир говяжий, 20 кг = 100 кг

Колбаса вареная таганская ТУ 10 РСФСР 598
Гов. жилованая 57, гов. жирная 30, соевый белок 2, мука 3, лед или вода 8 = 100

Мясной хлеб говяжий 1 сорта ГОСТ 23670
Гов. Жилованая 73, гов. жирная 25, крахмал 2 = 100

Колбаса варено-копченая говяжья высшего сорта ТУ 49 РСФСР 364
Гов. жилованая 20, гов. жирная 80 = 100

Колбаса варено-копченая баранья 1 сорта ГОСТ 16290
Гов. жилованая 15, баранина жилованая 75, бараний курдюк 10 = 100

Колбаса Суджук высшего сорта ГОСТ 16131
Гов. жилованая 1 сорта 90, жир говяжий 10 = 100

"Сборник рецептур мясных изделий и колбас",
Издательство "ПРОФЕССИЯ" САНКТ-ПЕТЕРБУРГ 2001 ГОД
Составитель К,П,Юхневич

-Halal məhsul istehsalçısı kimi digər şirkətlərə tövsiyyəniz nə olardı?
-Mən onlara Allah Təalanın kəlamlarını xatırladardım, çünki ən gözəl söz Allah kəlamıdır:
“Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (əl-Maidə «Süfrə» surəsi, 16-cı ayə).
Allahdan həmin adamlara hidayət diləyirəm. Dünya malı fikrlərini kənara qoyub Allah yolunu seçsələr, halallıqla işləsələr, Uca Yaradan onlara elə bərəkət, ruzi yetirər ki, əvvəl qazandıqlarından da bərəkətli, bol olar.

Sonda biz də halal çalışan bir şirkətə Allahdan bərəkət diləyir və digər şirkətlərə də bu cür olmağı arzu edirik.
SAB yaxşı deyib ki, HALALLIQLA XİDMƏTİMİZDƏ!
Hər bir kəs, hər bir şirkət Azərbaycanımızın gələcəyini xoşbəxt görmək istəyirsə yolunu halallıqdan salsın!
Bu vətən hamımızındır...
Vətənimizi haramlardan qoruyaq!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Mənə elə gəlir bu müsahibə şübhələrə son qoyur. Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]

#93 salafi_muslimah

salafi_muslimah
  • Guests

Posted 07 August 2007 - 03:38 PM

Assalamu aleykum wa rahmatullahi wa barakatuh sheyx
Peygember(sas) Aysha(ra)nan sehrada qachdi tutdu oynamagi sehihdirmi?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, səhihdir. Bunda bir problem varmı? Özü də əvvəllər peyğəmbər (s.a.v.) keçirdi, amma sonralar Aişə (r.a.) keçirdi. Həm də bu qaçdı-tutdu yox, sadəcə bir yarış idi ki, filan məsafəyə kim birinci çatacaq, tutmaq yox idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#94 zinnire

zinnire
  • Guests

Posted 07 August 2007 - 03:55 PM

Assalamu aleykum.Şeyx men dine gelişim deqiq yadımda deyil amma səhv etmirəmsə tövbə etmədən olub.Yəni bunu mənə başa salan olmayıb.Dinə gəlişim Rəbbimin mənə verdiyi bir lütf sayəsində oldu,heç ağlıma gəlməzdi ki, mən islama gəlib namaz qıla bilərəm.İndi o zaman tövbə etməmişəmsə mənim hökmüm nədir? Allah razı olsun...S.a.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Eyib etməz, sənin bu yola dönməyin artıq tövbədir. Sadəcə desəydin lap yaxşı olardı, amma eyib etməz, indi də deyə bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#95 zinnire

zinnire
  • Guests

Posted 07 August 2007 - 03:59 PM

Assalamu aleykum.Şeyx kilsələrdə namaz qılmaq olar mı? Ora Allahın evidir deyib namaz qılanlar var.Lakin orada səhv etmirəmsə şəkillər asılı olur.Şəkil olan otaqda namaz qılınır mı? (yəni insan şəkli)..Allah razı olsun...s.a.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, şəkil olan otaqda namaz qılmaq olar, əgər başqa bir yer yoxdursa və namaz səhihdir. Amma kilsədə olmaz, çünki ora Allaha şərik qoşulan bir yerin mənbəyidir. Necə ki, hədisi qüdsüdə gəlib, demək ki, “Allahın oğlu var”, Allahı söyməkdir. Bir də müsəlman üçün problem yoxdur. Namazı hər yerdə, hətta bayırda da qılmaq olar. Ona görə belə bir problem olmadığı üçün orda namaz qılmağa ehtiyac yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#96 Farida

Farida
  • Guests

Posted 07 August 2007 - 04:01 PM

Assalemu aleykum!!

Sizinin saytda bele bir shey oxudum:

İbn Abbas deyir: Peyğəmbərin s.a.v. vaxtında, həmçinin Əbu Bəkrin və Ömərin (Allah onlardan razı olsun) xilafəti dövründə üç talaq bir sayılırdı. Ömər İbn Xəttab belə buyurdu: "İnsanlar onlara möhlət verilmiş bir işdə (yəni, üç dəfə deyilən talağın bir sayılmasından istifadə edərək rəcə müddətini gözləməyərək) yaman tələsirlər. Bəlkə bu üç talağı elə üç talaq sayaq!" Sonra üç dəfə deyilən talağı bir deyil üç saydı" .

Bes hal hazirda necedir? 3 defe deyilen talaq 1 defe kimi sayilir ya yox?


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bir məclisdə 3 dəfə deyilən talaq bir sayılır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#97 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 07 August 2007 - 04:35 PM

Цитата
Qəbirstanlığa getmək olar, əksinə İslam bu əməli bəyənir, xüsusən də əgər bu yaxın adamdırsa. Şəriətlə sadəcə orda ölənə dua etmək və axirəti yada salmaq caizdir və əsas məqsəd də budur. Amma qadının getməyi isə olmaz.

Əssələmu aleykum!

Qardaş, bəzilər aşağıdakı hədisə əsasən qadınları qəbristanlıqlara tam getməyə qadağa qoyublar. Peyğəmbər (salallahu aleyhi vəssəlləm) demişdir ki: "Qəbrlərə gedən qadınlara Allah Təala lənət etmişdir".

Amma buna bir neçə cür cavab vermək olar:

Əvvəla, hədisdə gəlib ki, "qəbrlərə TEZ-TEZ gedən qadınlara Allah lənət etmişdir". Yəni, açıq aşkar göstərilir ki, tez-tez qadın üçün getmək olmaz, lakin hərdən bir getmək olar

İkincisi, Rasulullah (salallahu aleyhi vəssəlləm) Aişəyə qəbrdə oxunan duanı öyrətmişdir, əgər qadınlara ora getmək qadağan olsaydı, onda buna yol heç vaxt açmazdı (duanı öyrətməklə)

Üçüncüsü, Rasulullah (salallahu aleyhi vassalləm) qəbrin yanında ağlayan qadının yanında keçdi, və ona səbr arzuladı... Həmin rəvayəti bilirsiniz. Əgər haram olsaydı, o bunu həmin qadına qadağan edərdi.

Sadəcə əgər qadın qəbrilərə tez-tez getməməlidir və orada olarkən şəriət qoyduğu qayda qanunlara riayət etməlidir. Allah daha yaxşı bilir.


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Səhih budur ki, qadın getməsin. Təbii ki, buna əsas səbəb onların zəif olmasıdır. Düzdür tez-tez getmək məsələsini bəzi alimlər qeyd ediblər. Amma Aişəyə (r.a.) öyrədilən isə qəbir önünə getmək yox, qəbiristanlığın yanından keçərkən nə zikr etmək lazım olduğudur. Amma o ki qaldı, qadını görüb qadağan etməməsi, ola bilər bu nəhydən əvvəl olub. Ola da bilsin həmin məqamda o qadağanı yada salmağın yeri deyildi, lakin buna baxmayaraq peyğəmbər (s.a.v.) yenə səbri tövsiyyə etdi və qadının da ona nə dediyi aydındır. Elə bu göstərir ki, səbəblərdən biridir ki, peyğəmbər (s.a.v.) qadağan edib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]

#98 muhammad2007

muhammad2007
  • Guests

Posted 08 August 2007 - 01:35 AM

Asallamun aleykum va rahmatullag :)

1. Sheyx menim yoldashim oz soyadini deyishib yeni menim soy adimi goturub. Sozun duzu biz bilmirdik ki bunu islama gore etmek olmaz.Indi biz ne edek tezeden gayitsin kohne soyada ?
2.Men isterdim islami daha derinden oyrenim bunun uchun meschidlerde dersler var ? varsa hansi gunler gelebilerem ?
3.Men hec ziyaretine gedmek uchun meschide muraciet ede bilerem ? ve bu ziyaret texminen necheye basha gelir ?
4. gusuldan sonra namaz uchun destamaz almag lazimdir ?

P.S. ola bilsin sualim yersizdir. amma bu sual meni hemishe maraglandirir. Gamet gardash Ingilisce danisha bilirsen ?

Cavaba gore choxsagol
ALLAH RAZI OLSUN

ASSALAMUN ALEYKUM WA RAHMATULLAG :)

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İmkan olsa, bəli, qaytarsanız çox gözəl olar.
2. Bəli, məsciddə dərslər olur, mənim dərslərim bazar günü zöhrdən sonra olur. Başqa qardaşların da dərsləri var, məsciddə dərs cədvəlini öyrənə bilərsən.
3. Məscidə yaxınlaşın, bununla məşğul olanlar sizə ətraflı məlumat verərlər.
4. Cənabət qüslündən sonra lazım deyil, amma başqa qüsullardan sonra dəstəmaz alın.
5. Xeyr.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#99 Guest

Guest
  • Guests

Posted 08 August 2007 - 03:15 AM

Цитата
Xeyr. Allah Təalə məhz ağılla insanı onlardan seçib.

Salam Aleykum. ... Hələ uləmanın icma və ixtilaflarını belə bilmirsən ancaq özüvə el tələbəsi deyirsən...
Bil ki Heyvanlarda ağıl var! Bilmədiyin şeylərə bilmirəm deyə cavab verməyi öyrən...yoxsa pis vəziyətdə qalarsan...
Qurtubi Nəml 19 təfsirinə bax:
Alimlər arasında ixtilaf yoxdur ki heyvanların hamısı fəhm və anlayış sahibidir.
لا اختلاف عند العلماء أن الحيوانات كلها لها أفهام وعقول

Zəhmət çəkməyəsən deyə link

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Sadəcə görsənir ki, sən məsələni başa düşməmisən. Burada söhbət insanda olan ağıldan gedir. Ola bilsin ki, onlarda nəsə olsun. Amma sual konkret verilmişdi və cavabə da konkretdir. Əgər soruşulsaydı ki, heç olmasa ağılları və ya fəhmləri varmı, əlbəttə cavab da başqa cür olardı. Mən demirəm ki, mən aliməm, mən də xəta edə bilərəm. Amma siz tələsirsiniz və mənim xətalarımı tez göstərməyə çalışırsınız. Tələsmə, xəta olanda nə olar, amma əvvəl məsələni düzgün başa düş, sonra xəta axtar. Və ya soruş ki, mən cavabla nə demək istəyirdim, heç yoxdur, yoxsa nəsə var. Mənim cavabımı alıb, sonra hökm verərdin. Eyib etməz, sadəcə tələsmə, mən, əlhəmdulillah, məsum deyiləm, xəta da edə bilərəm. Bu məsələdə isə xəta yox idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#100 JAsMinKA

JAsMinKA
  • Guests

Posted 08 August 2007 - 04:25 AM

Salam Aleykum va rahmatullahi va barakatuh!
Evvelki suallari cavablandirdiginiza gore minnetdaram, Allah razi olsun sizden!
BU defesi suallarim seyidler baresindedir:
1) Seyidler kimdir? BIZ kimlere seyid deyirik?
2) Seyidleri insanlar chox zaman cehdlerine gore bolur, buu duzdurmu?
3) Cehdi agir seyidler kimlerdir ve ayri seyidlerden ne ile sechilirler?
4)Onlari Allah terefinden "xususi sechilmish vergili insanlar" adlandirmaq, bele qebul etmek nece, kufr deyilmi?
Bir de qebirleri ziyaret etmek barede...
a)Soyleyirsiz ki, qadinin qebir uste gelmesi qadagandir, goresen bu niye xususile qadina qadaga edilmishdir? Hetta qadin ora atasi ve ya qardashi ile gederse de bu duz deyil?
b) и ещё на счёт изолированной комнаты я так и не поняла,есТь далил на то, чтобы держать жену в изолированной комнате без еды и питья,если та не слушается?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Seyyid o adamdır ki, onun peyğəmbərin (s.a.v.) nəsli ilə, yəni əhli-beytilə əlaqəsi olsun.
2. Təbii ki, bu elmsiz bir bölmədir. Bəziləri hətta cəddlərinə and da içir, hansı ki, yalnız Allaha and içilməlidir.
3. Ağır-yüngül yoxdur.
4. Seyyid olmaq o demək deyil ki, həmin insan vergilidir. Lakin demək olar ki, Allah seçib onları ki, əhli-beytlə əlaqələri olsun.
5. Bu onların zəif olmalarından irəli gəlir, yəni məlumdur ki, orda qəribə sözlər işlədirlər, səbirsizlikdən müəyyən sözlər söyləyirlər, bəzən hətta küfr mənasına çatır. Ona görə məsləhət deyil getməyiniz.
6. Yəni gözdən uzaq otaqda yeməyini içməyini azaltmaqdan söhbət gedir, heç verməmək olmaz, bunu heç kim demir. Bu sadəcə tərbiyə xarakteri daşıyır, bunu da neçə mərhələdən sonra edə bilər, yəni əvvəlkilərin xeyri olmasa.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users