Jump to content


Photo

01 ноября 2007 года


  • This topic is locked This topic is locked
158 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,147 posts

Posted 01 October 2007 - 12:31 PM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, noyabrın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го ноября можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


#2 осман

осман
  • Guests

Posted 01 October 2007 - 04:48 PM

as salamu aleykum, hörmətli şeyx!
mənim sualım zəkatla bağlıdır?
1. əgər mənim evimdə pul və qızıl əşyaları varsa, və onlar artmırsa mən ondan zəkat ödəməliyəmmi?

2. ödəməniyəmsə nə qədər (dəqiq göstərilsin zəhmət deyilsə)

3.Torpaq sahəm var, almışam bir qiymətə bir müddət sonra qiyməti artıb və artır. Mən zəkat verməliyəmmi və nə qədər?

4. Müsafir olunarkən oruc tutulurmu?

5. Əgər mən müsafir olarkən qohumumun evinə gedib orada qalıramsa, namazı qısaltmalıyammı? necə gün qısaltmalıyam və necə gündən sonra tam qısaltmayılam?

ALLAH (st) sizdən razı olsun

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, ödəməlisiniz, əsas odur ki, zəkata düşən məbləğdən aşağı düşməsin.
2. Məbləğin 2.5%, yəni 1000 dollara 25 dollar.
3. Xeyr, ödəmirsiniz, əgər bu torpaq sahəsi ilə ticarət etsəydiniz, onda ödəməli idiniz. Amma mülk kimi zəkata düşmür.
4. Bəli.
5. Qısa müddət gedirsinizsə, qısaldın. Amma uzun müddət gedirsinizsə, qayıtmaq vaxtınız da bəllidirsə, onda tam qıla bilərsiniz. Amma qayıtmağınızı bilmirsinizsə, nə qədər qalsanız belə qısaldın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 XXXX

XXXX
  • Guests

Posted 01 October 2007 - 04:52 PM

Salam aleykum!Heyz olan zaman qadin Quran oxuya biler?(Tercume ve ya Erebce)Bes shifahi formada eger oyrenmek meqsedile surelere qulaq asib tekrarlayayarsa,bu cur olarmi??Allah razi olsun,Salam aleykum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Şifahi və tərcümə olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#4 rafizi

rafizi
  • Guests

Posted 01 October 2007 - 06:06 PM

salam aleykum sheyx. islamda taqiyya varmi? axir vaxtlar bir qrup meydana cixib, shialar kimi taqiyya edirlar. saqqallarini qirxiblar, sunnatlari tark ediblar. man bilan 4 boyuk alim [Malik, Abu hanifa, Shafii, Ahmad] taqiyyani haram bilir. sag olun cavaba gora.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Düzdür, onlar etdiyi təqiyyə yoxdur. Sadəcə şəritə icazə verib əgər həyata təhlükə varsa tovriyyə etmək. Siz deyənlər isə nə tovriyyə, nə də təqiyyə edirlər, əksinə münafiqliyə daha çox oxşayır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Leman

Leman
  • Guests

Posted 01 October 2007 - 07:26 PM

Salam aleykum wa rahmatullahi wa barakatuhu

1. Zinakar imkansiz qadina fitre zekati vermek olar?
2. Heyzli qadin ata ve ya qardasi basa dusmesin deye ozunu oruclu kimi gostere biler ve ya sorusduqlarinda yalandan orucluyam deye biler?

Salam aleykum wa rahmatullahi wa barakatuhu

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Şiddətli ehtiyaclıdırsa, dəvət məqsədi ilə verə bilərsiniz.
2. Əgər utanırsa, eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Guest

Guest
  • Guests

Posted 01 October 2007 - 09:15 PM

Salam aleykum Qamət
Bu linkdəki yazılanlara qarşı nə deyə bilərsiniz?Bunlar insanları sələfin yolundan uzaqlaşdırmaq üçün bu yola əl atırlar və dəlillər də gətirirlər...

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xəstə təxəyüllü insanalrın xəstə arzuları...
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 AbdulSaid

AbdulSaid
  • Guests

Posted 01 October 2007 - 11:50 PM

Salam aleykum.
Sheyx, destemazli halda korpe ushagin necisine toxunarsansa, destemazi tezelemek lazimdi ya sadece elleri yumag kifayet eder?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, yumaq kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 Саляфит

Саляфит
  • Guests

Posted 02 October 2007 - 08:00 AM

Ас Саляму алейкум ва рахматуЛЛАХ ва баракатуху увожаемый наш брат Гамет!

Инша Аллах хотел узнать по поводу половую жизнь супругов
Читаль статью об этом написанной одним братом, вот несколько доводов по поводу орального сеска, хотел бы ознакомится вашим мнением если на то будет воля Аллаха! Джазака Аллах хайран!
-------------------------------------------------------------------------
Кади Абу Я’ля говорил: “Дозволено целовать половой орган жены до полового акта, но нежелательно после”. См. «Кашаф аль-кана’». И это он передавал от ‘Ата, который был из числа таби’инов, т.е. тех, кто застал сподвижников. См. также «аль-Инсаф».

Также Кади Абу Я’ля говорил: «Дозволено жене целовать член своего мужа». См. “аль-Инсаф” 8/33.

Также говорили и Ибн ‘Акиль и имам Ибн Кудама, они говорили: «Жене не следует вводить в себя половой орган мужа, без его разрешения, если он спит, однако она может трогать и целовать его для возбуждения». См. «аль-Икна’» 3/156.

Когда имама Малика спросили: «Может ли мужчина смотреть на половой орган жены?» Он ответил: «Он может и полизать его языком». См. “Ахкаму ан-назар” 302.

Ас Саляму алейкум ва рахматуЛЛАХ ва баракатуху увожаемый наш брат Гамет!

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Это один из спорных вопросов, лучший вариант - избегайте таких контактов.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#9 Guest

Guest
  • Guests

Posted 02 October 2007 - 09:05 AM

Bismilleh.
Hidayete tabe olan qullara Allahin salami olsun!!!

Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində "vəhhabi ovuna" başlayıblar.Hətta qardaşların saqqallarını məcburən qırxıllar.Və evlərində olan dini əşyaları,dini kitabları müsadirə edib deyirlərki bu kitablar "VƏHHABİLİYƏ ÇAĞIRIŞ" kitablarıdır.Hətta bunu televizyada da nümayiş etdirillər.Mənə maraqlı gələn odurki həmin qardaşların evindən götürülən dini ədəbiyyat Abu-Bakr məscidinin ətrafındakı dükanlarda sərbəst satılır.Bəs niyə görə bu kitablara məscidin ətrafındakı dükanlarda qadağa qoyulmur?

Cavab:

Biz elə bildik ki, sən artıq fikirlərində düzəlmisən. Amma elə əvvəlki fikirlərdəsən. Siz saqqal məsələsindən niyə narahat olursunuz ki? sizin fikrə düşənlər hamısı özü qırxır saqqalını. Heç məcburiyyət də olmur. Nəsə də olursa kiməsə məhz sizin bu fikirlərə görə olur. Kitablar məsələsi isə, problem deyil, yoxlayıb sonra qaytarırlar. Xüsusilə də əgər o kitablar məscidin ətrafında satılırsa.
Allah daha yaxşı bilir!


#10 Guest

Guest
  • Guests

Posted 02 October 2007 - 09:25 AM

Bismilləh
Hidayətə tabe olan qullara Allahın salamı olsun!!!

Bu yaxında hicaba görə bir neçə tələbəni unversitetdən xaric ediblər.Və bu məsələ parlamentdə müzakirə olundu.Müzakirədə deputatlar qovulanların haqlı olaraq qovulduqlarını qeyd etdilər.Onda belə çıxırkı bunlar Allahın qanununa qarşı təşkil olunmuş bir məclisdir.Çünki bu məclisdə Allahın qanunlarına müxalif olan qanunlar və qərarlar qəbul edirlər.İndi isə sualım Qamət Süleymanovadır.
İndiyəə kimi özün deyirdinki əgər hər hansı bir qanun Allahın şəriətinə müxalifdirsə və bu qanunu icra edənlər tağut hökmündədir.Fakt isə göz qabağındadır.İndi müsəlmanlar bu cür məclisə "tağuti məclis" deyərkən bu müsəlmanlara "təkfirçi","xəvaric" deməyinə görə Allah qarşısında tövbə etməyə hazırlaşırsanmı?Bəyan edə bilərsənmi tövbəni müsəlmanlar qarşısında?

Cavab:

Fikir versəniz bu adama necə istifadə edir bu məsələlərdən. Əgər kimsə nəyisə inkar edibsə, o dəqiqə ona hökm vermək olmaz, xüsusən də o adam cahildirsə. Xüsusən də o məsələ artıq həll olundu. Ona görə alınmadı yenə sizin iddialar. Heç vaxt tələsmə. Sən dəvət elə, vəssalam.

Yalan niyə danışırsan? Mən nə vaxt demişəm ki, “əgər hər hansı bir qanun Allahın şəriətinə müxalifdirsə və bu qanunu icra edənlər tağut hökmündədir”. Bu yalandır. Onda sən də tağutsan, məgər sən Allahın bütün hökmlərinə əməl edirsənmi? İcra edən hala görsə hüccət qalxandan sonra alim hökm verir – mən belə demişəm, ona görə ya sən başa düşməmisən, ya da yalan danışırsan.

Fikir verin bunlara, yenə siyasi məsələlər qarışırlar. Bunlar özləri bu fikrə girəndən sonra saqqallarını qırxrılar. Kim onların fikrində deyilsə, hətta hicablı qadınları kafir görürlər. İndi guya bunlar, nədi-nədi hakimiyyətdə anlaşılmazılıq olub, istifadə edirlər. Onlar xəvariclərdir və müasir təkfir və hicrət camaatıdır.
Allah daha yaxşı bilir!


#11 12

12
  • Guests

Posted 02 October 2007 - 10:08 AM

Салам Алекум ва Рахматулахи ва Баракатуху

Шейх скажите как мне определить минимальную сумму фитра-заката, и можно ли его давать в середине Рамадана или надо за день-два до праздничного намаза.
Можно ли дать больше чем полагаемая сумма.

Салам Алекум ва Рахматулахи ва Баракатуху

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Сами посчитайте - 2-3 кг муки, риса, сахара или других сьедобных продуктов. Лучше сделать это за день-два до праздника. Можно дать больше.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#12 Guest

Guest
  • Guests

Posted 02 October 2007 - 10:44 AM

Bismilləh
Hiadyətə tabe olan qullara salam olsun.
Sizin dəfələrlə Maidə44 haqqında belə demisiz.
"“Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (əl-Maidə 44)
Heç şübhə yoxdur ki, Allahın Öz Rəsuluna nazil etdiyi ilə hökm verməyin vacibliyini etiqad etməyən kimsə kafirdir. Kim Allahın nazil etdiyinə tabe olmayaraq, öz rəylərını ədalətli hesab edib, onunla insanlar arasında hökm verməyi halal görərsə kafirdir. "

Onda menim sizlərə belə sualım var.
Hazırkı hakimlər nəinki bunun vacibliyinə etiqad eləmir, hətta qanun qoyan bir ilahı belə qəbul etmirlər. Ən yüksək nizamın bəşəri nizam olduğuna inanırlar. Bunuda öz müqəddəs kitablarında, açıq şəkildə bildirərək Allaha və Rəsuluna savaş açıblar... Eger bu gün kim onlara destek verirse demkki o da onlardandir ve onların yanındadır!
Alim sözünə görədə bunlar küfr içərisindədirlər.
Bu haqqda siz nə deyərdiz?

Cavab:

Fikir versəniz bu adama, heç özü bilmir nə danışır, sırf müasir xəvariclərin əqidəsi və üslubudur. Halal görmək məsələləsini mən yox, sələf alimləri deyir. Amma sən sələf olmadığın üçün bunu başa düşmürsən.

Sonra fikir versəniz bu adam qeybdən danışır və deyir ki, hakimlər belə eliyir, belə deyir və belə fikirləşir. Elə bil ki, bu adam hakimlərlə oturub-durur, onlarla söhbət edib.

Səhabələrdən birini misal çəkəcəm. Səhabələrdən biri döyüş vaxtı kafiri vurmaq istəyəndə kafir şəhadəti deyir, amma səhabə onu öldürür. Sonra peyğəmbər (s.a.v.) onun bu əməlini xəta adlandırır. O səhabə zənnlə deyir ki, o kafir qorxub dedi (baxmayaraq zənnin çoxu bunu göstərir, döyüş meydanı idi və o düşmən idi, kafir idi, uduzduğuna görə, qılınc gəldiyinə görə şəhadəti deyir). Lakin peyğəmbər (s.a.v.) o səhabəyə deyir ki, girib qəlbinə baxdınmı?

İndiki zamanda belə səfeh qruplar çıxıb, onlar sadəcə əməllə insanları islamdan çıxarırlar. Bu xəvariclərin yoludur.
Allah daha yaxşı bilir!


#13 ikash

ikash
  • Guests

Posted 02 October 2007 - 01:55 PM

Salam aleykum! Qardash imkan varsa xutbelerde borc meselesine, haqq yemek meslelerineyer verin. Soz verib ustunde durmaq, duzgunluk.. Axir vaxtlar qardashlar bele meselelere diqqetsiz yanashirlar. Bu da devetin qrshini alan boyuk sebeblerdi. hetta o yere chatir ki qardashlar biri birlierine dunya uste zulm edirler. Borc veren haqqini teleb elemeye peshman eleyirler.
Sualim beledir:
Eger bir muselman etrafindaki insanlara bu cur zulmler verirse ve bu artiq verdish halini aldiqi gorulurse (yeni bir neche neferin pulunu yeyib, sora da qachib gizlenir hetta borc veren haqda iftiralar yayir. ki ne bilim dunya adamidi, nefsinin quludu) hemin adami etrafdaki shexlere beyan etmek xeyirdi yoxsa sher.??
Bir daha xahish edirem borc vermek, ve sozu butovluluk haqda cumelerde danishasiz. Hidayet veren Allahdi.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə yalançı adamları ifşa etmək lazımdır. İnşəAllah, bu mövzu barədə danışaram
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Guest

Guest
  • Guests

Posted 02 October 2007 - 02:00 PM

As Salam Aleykum
Qamet gardash, bele bir sual chixib ortaya.
Men zavodda ishleyirem. Burada namaz uchun, sahede, offislerden kenarda, konteyner ayrilib. Bu konteynere gadinlar gele bilmirler, ve mecbur olub here bir bagli yer tapib orada namazini gilsin. Bele ki, bu yerlerden biri de, vaxti ile (3-4 il bundan evvel) hamam ("dushevoy") olub, sonra orani temizleyib kagiz-defter uchun arxiv edibler. Ve sonra onlari da yigishdirib otagi tamam boshaldiblar. Amma lap evvelden galan su ve kanalizasiya borulari (iller boyu istifadesiz olsa da) hele de durur.
Sual beledir ki:
-bu otagda namaz gilmag olarmi?
-eger olmazsa, ve bashga yer tapilmasa onda gadinlar ne etsinler?
Wa as Salam Aleykum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər orada hazırda hamam yoxdursa, nəcasətdən uzaqdirsa, eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 Doctor

Doctor
  • Guests

Posted 02 October 2007 - 06:12 PM

Salam aleykum!
Tekfir ne demekdir?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Təkfir, yəni kimisə kafir etmək, demək və görməkdir. Deyirsən ki, filankəs kafirdir, bununla sən filankəsi təkfir edirsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#16 Guest

Guest
  • Guests

Posted 03 October 2007 - 09:10 AM

Bismilləh.
Hidayətə tabe olan qullara Allahın salamı olsun!
Qamət Süleymanov!Siz daim dəvətinizdə qeyd edirsizki əvvəlcə insanlara haqqı çatdırmaq lazımdır.Yəni insanları ən birinci islah etmək lazımdır.Və insanları şirkdən,küfrdən,bidətdən çəkindirmək lazımdır.Mən də sizin bu sözlərinizlə razıyam.Lakin çox zaman hiss etmişəmki "Lə iləhə illəllahın" əsas hissəsi olan "Vəla vəl Bəra"(Dost və Düşmən) məsələsinə sələf nöqteyi nəzərdən yanaşmırsız.Yəni bu gün insanları İslama dəvət edərkən Dost və Düşmən məsələsinə diqqət yetirilmir.Müsəlmanların birinci uzaq durmalı olduğu düşmən tağutdur (şeytandır).Günümüzdə tağut hökmündə olanlara müsəlman gözüylə baxanların problemi məhz Dost və Düşmən məsələsini bilməmələridir.Siz elə anlamayınkı mən də təkfirçiyəm.Xeyr!Sadəcə "Lə iləhə illəllahın" həqiqi mənasını anladıqca kimin müsəlman kiminsə kafir olduğu gün kimi ortada olur.
Sualım isə belədirki niyə hazırda dəvətinizdə Vəla vəl Bəra"(Dost və Düşmən) məsələsində çox zəyif dəvət gedir?Bu haqda Abu-Bakr məscidindinin qabağındakı dükanlarda balaca braşurka satılır.Bu isə çox azdır.Ən azından müsəlman Seyyid Əl Qahtanin "İslamda Vəla vəl Bəra" kitabını oxumalıdır.Bu kitabı indiyə kimi kiməsə tövsiyyə etmisinizmi?

Cavab:

Yenə fikir versəniz bu adama, bunun fikri-zikri hakimiyyət, düşmən və hamı kafirdir. Biz bu mövzuda həmişə danışmışıq. Əlhəmdulillah, məsciddə xütbələrdə və dərslərdə də danışmışıq, xüsusən əqidə kitablarnı oxuyanda bu mövzüdan danışmışıq. Sadəcə bu adamlar istəyir ki, biz daim bu mövzulardan danışaq. Bu məsələ də aydındır, yəni düşmənin dinini sevməmək, amma əlaqə, ticarət və s. bunun heç bir problemi yoxdur. Peyğəmbərin (s.a.v.) vaxtında kafirlər Mədinədə yaşayıdrılar, və normal da münasibət var idi. Elə deyilmi, ey təkfirçi olmayan Allah qulu?
Allah daha yaxşı bilir!


#17 Guest

Guest
  • Guests

Posted 03 October 2007 - 09:22 AM

Bismilləh.
Hidayətə tabe olan qullara Allahın salamı olsun!
Günümüzdə müsəlmanların beyinlərində belə bir fikir formalaşıbkı İslam dini yalnız məscid çərçivəsində həyata keçməlidir.Yəni İslam insanların digər sahələrinə nüfuz edə bilməz.Və bunu onunla əlaqələndirillərki Şəriət sabitdir daim yerində qalır lakin insanlar daim inkişaf edir.Sabit olan inkişaf edəni idarə edə bilməz.Məncə bu bir şübhədir ki bu gün müsəlmanların qəlbinə atılıb.Sualım belədirki daim sabit olan şəriət insanların inkişaf etdiyi hansı sahələrə tətbiq oluna bilər?

Cavab:

Maraqlıdır ki, indi sualın tamam başqa bir səmtə getdi. Şəriət həyatın hər bir sahəsinə şamildir. Sənin fikrin təbii ki, düzgün deyil.
Allah daha yaxşı bilir!


#18 XXXX

XXXX
  • Guests

Posted 03 October 2007 - 09:23 AM

Salam aleykum!Qamet qardash,eger muselman baci ile muselman qardash nishanlanarsa valideynlerinin izni ve raziligi ile onlar dini kebin olmadan gorushe bilerler??Allah razi olsun!Salam aleykum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, kəbinin olması daha şəriətə uyğundur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 Guest

Guest
  • Guests

Posted 03 October 2007 - 12:33 PM

Salam aleykum Sheyx,

1. Bilmek isterdimki Ayetil kursini namazdan sonra demek ve gun erzinde minimum 6-7 defe demek bidet sayimir? mes,evden cixanda, yataqa girende yolda ve s, bir nov verdish halini alib
2. Namazdan sonra EstagfurAllah demek nece olarmi?

Allah razi olsun senden.
Salam aleykum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Müəyyən yerlərdə deyilməsi qeyd olunub, namazdan sonra, cin-şeytandan qorunmaq üçün və s. Belə etməyiniz eyib etməz.
2. Namazda salamdan sonra, xüsusən də fərzdən sonra 3 dəfə demək lazımdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 Guest

Guest
  • Guests

Posted 04 October 2007 - 12:04 PM

Bismilləh.
Hiadyətə tabe olan qullara Allahın salamı olsun.
Sualım Mir Möhsün adındakı bir nəfərin qəbrinə və özünə edilən ibadətdən gedir.
Hazırda bezi elm teləbələri "bir Müsəlman cəhaləti səbəbilə şirk edərsə, ona hüccət çatdırmadan təkfir etmərik" deyillər.Və hazırda Mİr Möhsüm adlanan birinin qebrini ziyarət edənlərə müşrik kimi baxmıllar.Lakin orda insanlar Allaha şərik qoşullar.Lakin sələf alimləri bunun tam əksini deyillər.
Məsəslən:
Muhəmməd bin AbdulVahhab:
"Təkfir etdiklərimiz bütlərə ibadət edən müşriklərdir. Eynilə AbdulQadirin və Bədəvinin qəbri üzərindəki bütlərə ibadət edənlər kimi..." (Məcmuətur Rəsail və Məsail: 88 )
Yenə eyni qəbirbazlar haqqında belə dedi:
"Kim gecə gündüz Allaha ibadət edərsə, sonra da bir peyğəmbər və ya qəbrinə getdiyi övliyaya dua edərsə şübhəsiz ki iki ilah seçmişdir. Guya ki bu adam Allahdan başqa ilah olmadığına şəhadət etmişdir. Eynilə bugünkü müşriklərin zubeyr, AbdulQadir və s qəbri yanında etdikləri kimi." (Ər Rəsailuş Şəxsiyyə: Risalətul İşrun: 166)
Başqa bir yerdə şeyx insanları qruplara bölərək ən təhlükəlilərinin bunlar olduğunu dedi:
"Bu kimsələrin ən təhlükəli olanı isə: Tövhidlə əməl edən, fəqət onun qiymətini və dəyərini anlamadığı üçün Tövhidi tərk edənlərə nifrət etməyən və onları təkfir etməyənlərdir...Bu sayılan kimsələrin hamısı Allahın nəbilərə göndərdiyi Tövhid dininə müxalifət edən kimsələrdir." (Durar: 7 ci bölüm)
Gördüyümüz kimi şeyx şirk edənləri təkfir etməyənləri insanların ən pislərindən adlandırır.
İndi bu kəslərə nə üzr gömək olar???
Sonda İbn Qayyimin bu sozlerini de yaziram
Bu məsələylə bağlı İbni Qeyyim belə dedi:
"Allahın əmr və qadağalarını öyrənmək imkanına sahib olduğu halda bu imkanı istifadə etməyən və öyrənməyən kimsə, hüccət çatdırılmış kimsə hökmündədir." (Medaricus Salikin: 1/19)

Cavab:

Çox təəssüf ki, sən İslamdan hələ heç nə başa düşməmisən. Belə məsələdə sələfin adından danışma, ehtiyatlı ol, birdən yalan olar. Əgər sələf belə desəydi biz də onu deyərdik.
Yəni fikir versəniz bunlara, bu cür cümlələrlə zəlalətə düşüblər. Heç kim demir ki, qəbrə sitayiş edənlər əsil mömindirlər. Bunları məhz bu cür cümlələrlə aldadıblar. Çünki həmin alim başqa bir yerdə deyir ki, “Mən Əhməd Bədəvinin qəbrini ziyarət edənləri kafir görmürəm, çünki cahildirlər”. Burda heç bir ziddiyyətin olduğunu başa düşməyin. Sadəcə bu üslub belədir ki, məsələn, qəbrə sitayiş mövzusunda söhbət gedəndə, və ya ondan bu barədə soruşduqda, alim sərt mövqe tutur, yuxarıda göstərilən sitatları gətirir. Amma bu o demək deyil ki, kim belə edirsə, sən ona hökm verə bilərsən. Fətva ayrıdır, onu müəyyən topluma və ya şəxsə tətbiq etmək isə ayrı məsələdir. Sadəcə bunlar İslamı başa düşmədikləri kimi bu məsələni də başa düşməyiblər, hamısını bir edib qarışdırıblar. Bir də fikir versəniz bu adama, ibn Qeyyimdən misal çəkir və istəyir ki, bəzilərinin fikrini çaşdırsın. Bu məsələ barədə ibn Qeyyim və başqalarının fikirləri o yerə aiddir ki, orda İslam hökmüdür və xüsusən də bu məsələlər təbliğ və təlim olunur, bundan sonra insanlar qəbrə getsələr onda olur. Lakin yenə də bu söz ayrı məsələdir, ona hökm vermək ayrı məsələdir. Bizim cəmiyyətdə o gedib harda öyrənsin. Din zəif, maarifçilik zəif, olan din cürbəcür, hərə bir söz deyir, təsəvvür et ki, cahil insan bunu necə ayrısın.
Bu sələfin adından danışan isə ibn Qeyyimin sözünü gətirib tətbiq edir, bu isə ancaq savadsızlığın əlamətidir.
Sən tövbə edib, elm öyrənməkdənsə, başını elə məsələlərə qatmısan ki, heç özün də bilmirsən bu nədir?
Allah daha yaxşı bilir!


#21 Karandash

Karandash
  • Guests

Posted 04 October 2007 - 05:57 PM

Salam Aleykum

1) Eger igame vermek yaddan chixib ve artig Tekbirden sonra yada dushub. Bele halda tekbirden sonar derhal igame vermek olarmi? Bele halda ne cur etmeli? Eger igame uchun tekbirden sonra namazi terk edib igame verdimse, gunahmi ettim?

2) Eger 2-ci teshehudde oturmag yaddan chixdi ve giyam eledin tekbirde getirdin ve sonar yadina dushduki teshehhudu buraxmisan yeniden oturub teshehhud deyirsen ve sonra namaza davam edirsen ve sef sejdede etmirsen bele namaz batil deyilki?

3) Oruclu iken gunorta yuxusunda meni chixir yuxuda olarken. Jenabet gusulu alib orucu devam etmek olarmi?

4) Eger cahillikde bir defe yetim evine chatacag bir niche paltar eshyalarini dagidibsa adam, o da lageydsizlikden olub (ogurlug niyyeti ile yox) bunun evezini ne cur chixmalidir. O vaxt orda olan ushaglar hansinin ki haqqini tapdamish olmushdu indi orda deyiller olardan hallalig almag imkani ve yada evezini vermek imkani olmaya biler.Burda tovbe yetermi?

5) Mescidde gildimiz vitrlerde olan kunut dualarini tam anlaya bilmirikse menasini onun bize tesiri olur?

6) Tebarrukun menasi nadir?

7) Mescidimizin ishchileri kimlerdir? Yani bashda siz olmagla, sizin komek4iniz ve ya muavininiz, ve diger vezifeleri tutan adamlar varmi? Hetta supurgechisi bele varmi? Bunlar maash alir yoxsa konullu olarag yerine yetirilir? Konulldurse mescidimize ne cur xidmet etmek olar? Bunu hardan bilek?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, belə halda namazdan çıxmaq düzgün deyil, namaz səhihdir.
2. Xeyr, namaz batil deyil.
3. Bəli, çünki bu sizin ixtiyarınızla olmayıb.
4. Tövbə etsin, imkan olsa yetim evinə yenə də yardım etsin.
5. Dua etməyiniz kifayətdir, inşəAllah, savab qazanırsınız.
6. Təbərruk – yəni bir şeydən bərəkət ummaq, bunu səhabələr yalnız peyğəmbərin (s.a.v.) vaxtında edərdilər, məsələn, dəstəmazda onun bədəninə dəyən su istəyərdilər ki, onların da bədəninə dəysin, içdiyi qabda su içmək istəyərdilər. Amma bu peyğəmbərə (s.a.v.) xas idi, çünki ondan sonra heç kimlə belə etmədilər.
7. Bəli, məscidimizdə işçilər var və təmizlik işlərinə baxanlar da var. Maaş da verilir, məscidin imkanı çatan qədər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 rafizi

rafizi
  • Guests

Posted 04 October 2007 - 07:23 PM

salam, Qamet muallim. siza bir sualim var: Bani Umayya, Abbasilar, Fatimilar, Osmanlilar xilafati islam hokumati sayilirmi? man bilan 4 xalifanin vaxtinda asl islam hokumati olub. bagishlayin , vaxtinizi aliriq. vassalam.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, sayılır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#23 rafizi.

rafizi.
  • Guests

Posted 04 October 2007 - 07:37 PM

Rasulallah buyurdu: Dogudan bir qrup insan turayacak, bunlarin oxuyacaqlari qurani-kerim korpucuk sumuklarindan daha otaya ashmayacaq va oxun yaydan cixishi kimi onlar da dindan cixacaqlar. eyni zamanda cixan oxun yaya donmadiyi kimi , onlar da dina donmayacaklar. bunun uzarina: 'onlarin elameti nedir? ' deya sorushuldugunda, Rasulallah [sav]: 'onlarin elametleri tirashdir, yaxud tuklari kokundan almaqdir. (buxari, tevhid:57, No.7123, 6/2748) Qamet muallim, salam. man yuxaridaki hadisi xavariclara oxudum ki, balka oz sahvlarini goralar. indi mani takfir edirlar. sizdan sorushuram, bu hadis sahihdirmi? agar sahihdirsa onlara aiddir. cunki, indiya qadar hec bir tariqat [islamda] sac-saqqalin qirxilmasina fatva vermiyib. bu cur hadislar hadis kitablarinda coxdur:(ebu davud, sunnet:31, No.4765, 2/657; tirmizi, fiten 24, No:2188, 4/481 va sara) cavaba gora avvalcadan sag olun.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu hədis səhihdir və onlara aiddir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#24 Khadijah

Khadijah
  • Guests

Posted 04 October 2007 - 10:12 PM

AsSalamu aleykum wa RahmatuLlahi wa BarakatuHu.

Qardash,
1. Allahu Subhanahu ve Tealanin Eline "Qudret Eli" demek duzgundur yoxsa bu tevil sayilir?
2. Namazda qiraetin ortasinda tilavet secdesinden sonra qalxdiqda ancaq EuzubiLleh demek lazimdir? Besmele demek lazim deyil? Bir de ki Qurani Kerimi oxuyan zaman hansisa surenin ortasindan bashlayan zaman nece? EuzubiLLehle bashlamaliyam ya BismiLlehi de demek lazimdir?

JazakAllahu xayran. Ameen!!!

AsSalamu aleykum wa RahmatuLlahi wa BarakatuHu

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu təvildir, çünki gəlməyib ki, sələflər belə təvil ediblər. Sifət mövzusunda gələn hədisləri necə var eləcə də qəbul etmək lazımdır, sadəcə dörd şərtlə: 1. Başqa məna verməmək, 2. İnkar etməmək, 3. Oxşatmamaq, 4. Keyfiyyətini soruşmamaq.
2. Əvvəldən başlayanda Əuzu və Bismilləhi tam deyin. Amma ortadan başlayan Bismilləh kifayətdir. Tilavət səcdəsindən qalxdıqda da birbaşa başlaya bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#25 Guest

Guest
  • Guests

Posted 05 October 2007 - 12:23 AM

Salam aleykum.Siz meni niye basqalari ile qarisdirirsiz?Men Taliban,Molla Umar haqda sual veren deyilem.Birde menim link verdiyim rafizilerin son dovrler bizim alimlerin kitablarindan secdikleri cinsi fetvalar haqda sualimi silmisiz.Xahis edirem diqqetli olun.Meni her adamla qarisdirmayin.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər səhv salmışıqsa bağışla. Amma cinsi söhbət isə - soruş, kiminsə nəsə deməsini yazmaq lazım deyil. Ola bilsin ki, söhbət bir az əxlaqa uyğun deyildi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#26 RASLAN

RASLAN
  • Guests

Posted 05 October 2007 - 06:51 AM

Selamun Aleykum (bezi müselmanlar bu şekil salam bidetdir deyir bu dogrumu?)

Siz keçen forumda dediniz ki teberük ancaq Nebiyle sas olar ve saglıgında lakin

İmam Nəvəvi – Allah ona rahmət etsin – təbərrük barəsində belə dedi:

فصل‏:‏ ولا بأس بتقبيل وجه الميت الصالح للتبرّك، ولا بأس بتقبيل الرجُل وجه صاحبه إذا قدم من سفر ونحوه‏.‏
روينا في صحيح البخاري، عن عائشة رضي اللّه عنها في الحديث الطويل في وفاة رسول اللّه صلى اللّه عليه وسلم قالت‏:‏ دخلَ أبو بكر رضي اللّه عنه فكشفَ عن وجه رسول اللّه صلى اللّه عليه وسلم ثم أكبَّ عليه فقَبّله، ثم بكى

“Fəsil: Salih ölünün üzünü təbərrük üçün öpməkdə bir bəis-problem yoxdur. Səfərdən və bənzərindən döndüyü zaman yoldaşının (dostunun) üzünü öpməkdə bir bəis-problem yoxdur!

Səhih Buxaridə rəvayət edilən, Aişədən - Allah ondan razı olsun- rəvayət edilən, Rəsulullahın – sallallahu aleyhi və səlləm – vəfatıyla bağlı uzun hədisdə (Aişə) dedi:
“Əbu Bəkr –Allah ondan razı olsun- daxil oldu, Rəsulullahın – sallallahu aleyhi və səlləm – üzünü açdı. Üzərinə əyildi, onu öpdü, sonra ağladı.” (Buxari: 4453: cild 9/ səh. 659)
Nəvəvi: Əzkar

İmam Zəhəbi - Allah rahmət etsin - bu mövzuda İmam Əhməd bin Hənbəldən belə nəql edir:

: قال عبدالله بن أحمد: رأيت أبي يأخذ شعرة من شعر النبي، صلى الله عليه وسلم، فيضعها على فيه يقبلها. وأحسب أني رأيته يضعها على عينه، ويغمسها في الماء ويشربه يستشفي به. ورأيته أخذ قصعة النبي، صلى الله عليه وسلم فغسلها في حب الماء، ثم شرب فيها ورأيته يشرب من ماء زمزم يستشفي به، ويمسح به يديه ووجهه. قلت: أين المتنطع المنكر على أحمد، وقد ثبت أن عبدالله سأل أباه عمن يلمس رمانة منبر النبي، صلى الله عليه وسلم، ويمس الحجرة النبوية، فقال: لا أرى بذلك بأسا. أعاذنا الله وإياكم من رأي الخوارج ومن البدع.

''Abdullah bin Əhməd dedi: Atamı gördüm, Nəbinin – sallallahu aleyhi və səlləm – saçlarından bir saç alıb onu öpürdü. Zən edirəm ki, onu gözlərinin üzərinə qoyarkən gördüm. Onu suyla yudu və onu (suyunu) şəfa üçün içti. Onu gördüm, Nəbinin – sallallahu aleyhi və səlləm – tasını aldı, onu suyla yaxşıca yudu, sonra ondan içdi. Onu gördüm, zəm-zəm suyundan şəfa üçün içdi. Onunla əlini və üzünü məsh etdi.
Deyirəm: “Əhməddən çox münkəri bəyənməyən hardadır?”
Abdullahdan atasına “Nəbinin – sallallahu aleyhi və səlləm – minbərinin topuzuna və hücrəsinə özünü sürənlə” bağlı sual verdiyi sabit oldu.
(İmam Əhməd) dedi: “Bunda bir problem-bəis görmürəm!
Xavariclərin görüşündən və bidətdən özümü və sizi Allaha sığındırıram.”

Siyəri Aləmin Nubəla: Cild-11. Səh. 212.

İmam Səraxsi bu barədə belə dedi:

لأن الغازي ربما يحتاج إلى القراءة من المصحف إذا كن لا يحسن القراءة عن ظهر قلبه أو يتبرك بحمل المصحف أو يستنصر به فالقرآن حبل الله المتين من اعتصم به نجا

"Çünki, Qazi (savaşçı) bəzən gözəl bir şəkildə əzbər bilmədiyi zaman mushafdan oxumağa, yaxud mushafı daşımaqla təbərrük etməyə, yaxud ondan kömək istəməyə ehtiyac duyar.
Quran Allahın sağlam ipidir. Kim ona sarılarsa qurtular..."

(Şərhus Siyəril Kəbir: Cüz 1: Cihad. Onda Caiz olan və olmayanlar babı.)

Qadi İyad : “Əş Sifa” kitabında belə dedi:

قال إسحاق بن إبراهيم الفقيه : و مما لم يزل من شأن من حج المرور بالمدينة ، و القصد إلى الصلاة في مسجد رسول الله صلى الله عليه و سلم ، و التبرك برؤية روضته و منبره و قبره ، و مجلسه ، و ملامس يديه ، و مواطئ قدميه ، و العمود الذي كان يستند إليه ، و ينزل جبريل بالوحي فيه عليه ، و بمن عمره و قصده من الصحابة و أئمة المسلمين ، و الاعتبار بذلك كله .
“Fəqih İshaq bin İbrahim dedi: (həccə gedənlərin mədinəni ziyarəti haqqında danışdıqdan sonra) Rəsulullahın (sallallahu aleyhi və səlləm) məscidində namaz qılarlar və ravdasını görərək onunla, minbəriylə və qəbriylə, oturduğu və əllərinin dəydiyi yerlərlə, ayaqlarını basdığı yerlərlə təbərrük edərlər...və etibar bunların hamısınadır."

و من كتاب أحمد بن سعيدالهندي ـ فيمن و قف بالقبر : لا يلصق به ، و لا يمسه ، و لا يقف عنده طويلاً
"Əhməd bin Səid əl Hindinin kitabından:
Qəbrin yanında duran (ziyarətçi) qəbirə yapışıb ondan asılmamalı! Ona toxunmamalı və yanında uzun müddət durmamalıdır!"

Fəsil: في حكم زيارة قبره صلى الله عليه و سلم ، و فضيلة من زاره و سلم عليه
"Qəbrini ziyarətin hökmü, onu ziyarət edən və salam verənin fəziləti."

İmam Qurtubi Hicr surəsi 80-ci ayənin təfsirində deyir:

وَفِي الصَّحِيح عَنْ اِبْن عُمَر أَنَّ النَّاس نَزَلُوا مَعَ رَسُول اللَّه صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ عَلَى الْحِجْر أَرْض ثَمُود , فَاسْتَقَوْا مِنْ آبَارهَا وَعَجَنُوا بِهِ الْعَجِين , فَأَمَرَهُمْ رَسُول اللَّه صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ أَنْ يُهْرِيقُوا مَا اِسْتَقَوْا وَيَعْلِفُوا الْإِبِل الْعَجِين , وَأَمَرَهُمْ أَنْ يَسْتَقُوا مِنْ الْبِئْر الَّتِي تَرِدهَا النَّاقَة

“Səhihdə İbni Ömərdən (gələn rəvayətə görə) insanlar Rəsulullah sallallahu aleyhi və səlləmlə bərabər Səmud (qövmünün) diyarı Hicrdə durdular (dincəlmək məqsədilə). Oranın quyularından su çəkdilər və onunla xəmir yoğurdular. Rəsulullah sallallahu aleyhi və səlləm onlara, çəkdiklərini tökməyi və xəmiri dəvələrə yedirmələrini, dişi dəvənin içdiyi quyudan su çəkmələrini əmr etdi.” (Muttafiqun aleyh: Buxari: Ənbiya 17, Muslim: Zuhd: 40)

Davamən belə deyir:

وَخَامِسهَا : أَمْره صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ أَنْ يَسْتَقُوا مِنْ بِئْر النَّاقَة دَلِيل عَلَى التَّبَرُّك بِآثَارِ الْأَنْبِيَاء وَالصَّالِحِينَ , وَإِنْ تَقَادَمَتْ أَعْصَارهمْ وَخَفِيَتْ آثَارهمْ

“Beşincisi: Onun sallallahu aleyhi və səlləm dişi dəvənin quyusundan su almalarını əmretməsi, Nəbilərin və salehlərin- aradan çox əsrlər keçsə və onların izləri qalmasa belə- buraxdıqları əsərlərlə (izlərlə) təbərrükə dəlildir..."

Bes bunlara ne deyirsiz?


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbərruk ancaq peyğəmbərlə (s.a.v.) olur və ancaq onun sağlığında. Həmçinin əgər onun əşyaları qalıbsa, onunla da etmək olar. Amma başqaları ilə təbərruk etmək isə səhih deyil. Bu cür cümlələr sizi çaşdırmasın, ola bilsin ki, kimsə nəsə desin, amma ibrət alimin sözündə deyil, dəlildədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#27 Guest

Guest
  • Guests

Posted 05 October 2007 - 08:59 PM

Salamaleykum! Sheyx son vaxtlar yene deveimize ve mescidimize tezyiqlerin artir.Xususen resmi dovlet qezetinde yazilan meqaleleri nezerde tuturam.Hemin qezetde olan meqele diqqetimi celb etdi.Bezi hisseleri oldugu kimi veriem.


Təhlükə haradan gəlir? İslam dinini də cahil ruhanilərdən, ekstremist təriqətlərdən və fərdi laqeydliyimizdən qorumaq lazimdir
Hacı İxtiyar HÜSEYNLİ
"Azərbaycan" qəzeti
Vəhhabilik - İslama və dövlətçiliyimizə təhlükə

.......

Munasibetinizi bilmek isterdim.Salamaleykum!


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunlar hamısı bu sahədə mütəxəssis olmayan savadsız və elmsiz insanların çıxışıdır. Belə məsələlərə fikir verməyin. O bunu yazmaqla göstərib ki, necə savadsızdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#28 123

123
  • Guests

Posted 06 October 2007 - 11:31 AM

Əs sələmu aleykum.
Mən hecdə sizin yazdığınız kimi düşünmürəm,mənim sualım aydındır.
......
Kimin doğru kimnsə yalan danışması nas ilə,bililən şeydirsə,belə məsələlərdə idda
lara etibar edilməz.Siz şeyxin yazılarını qardaşlardanda soruşun görək necə başa düşüblər?.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Doğru və yalanı düzgün başa düşməmək elmlə bilnir, məsələni dərindən bilməklə. Qardaşların çoxu bu məsələyə giriblər, amma məsələnin əslini bilmirlər. Kim əgər bu məsələrdən danışmaq istəyirsə, yaxşı olar ki, müəllim yanında elm alsın, sadəcə kitabları oxumaqla kifayətlənməsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#29 UmmZinat

UmmZinat

    Пользователь

  • Модераторы
  • Pip
  • 830 posts

Posted 06 October 2007 - 12:51 PM

As salam aleikum
ahyi Usaama al Koosinin agidesini aciglaya bilersinizmi?
cazakallah hair.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
O sələfidir, çünki qardaşlar onun disklərini gətirdilər, qulaq asdım, xüsusən də əqidə mövzusunda, problem yoxdur. Sonra isə eşitdim ki, hansısa bir məsələdə xəta edib. Mən bunu dəqiq bilmirəm, belə deyirlər. Əgər bu xətanı edibsə də təəccüblü deyil, hər bir insan xəta edə bilər və bir xətaya görə insan sələfilikdən çıxmır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

"Ashhadu Alla Ilaha Illa Allah Wa Ashhadu Anna Muhammadan abduhu wa Rasulu"
www.muslimiman.info

#30 UmmZinat

UmmZinat

    Пользователь

  • Модераторы
  • Pip
  • 830 posts

Posted 06 October 2007 - 12:56 PM

As salam aleikum
ahiy bir de Hul'aa talaki(gadinin erinden boshanmasi) hakkinda aciglama vere bilersinizmi?
Allah razi olsun

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu boşanma qadın terefinden teleb edilen boşanmadır. Əgər qadının əri bu boşanmaya razı olsa belə boşanılır. Yox əgər ər razı olmasa və qadını boşamaza o zaman qadın şəriət məhkəməsinə müraciət edir və qazi boşanmanı icra edir. Lakin bu boşanmanın adi boşanmadan bir fərqi var ki, bu halda qadın boşanma müqabilində ona verilən mehri kişiyə qaytarır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

"Ashhadu Alla Ilaha Illa Allah Wa Ashhadu Anna Muhammadan abduhu wa Rasulu"
www.muslimiman.info

#31 Guest

Guest
  • Guests

Posted 06 October 2007 - 03:31 PM

Asselamu aleykum
Yaxinlarda Sheyx Ubeyd el-Cabirinin dersine dinleyirdim ve orda Sheyx Ubeyd bele bir soz ishledir ve deyir ki& butun fitneye sebeb olan sheyler terk olunmalidir ki, fitne aradan qalxsin, hetta eger Sahih Bukhari fitneye sebeb olursa onu da terk etmeliyik ki, fitne aradan qalxsin!"
Bu sozu eshidenden sonra bir qeder shubheye dushudum. Sheyx Ubeyd moteber biridir? yani bu sozun soyleyen insan nece elm ehli ola biler?
Sheyx, bir aydinliq getirin Allah rizasi uchun!!!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Yaxşı olardı ki, təfsilatına gedəydiniz ki, nə üçün o belə deyib. Məsələn, ola bilsin ki, sual verən soruşub ki, Buxarinin kitabını məsciddə oxuyanda, xüsusən bəzi hədisləri, fitnəkarlar fitnə salırlar. Onda əlbəttə, oxumamaq lazımdır. Amma bu o demək deyil ki, ümumiyyətlə, oxuma.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#32 rafizi

rafizi
  • Guests

Posted 07 October 2007 - 12:48 AM

selam aleykum sheyx. Qamet muallim, bu taza cixmish sapiq firqa (xavaric)- larin lideri (lanatullah) haqqinda niya bir tadbir gormursuz? dini qurumlara va yaxud polisa shikayat eda bilarsiniz. bu savadsiz insan xeyli insani yoldan cixarib. taza fatvalar verir: kim ushaqlarini maktaba qoysa mushrikdir, qadin arindan pul ogurlaya bilar, ahli qiblani takfir edir, sadaqani farz bilir, hacca arvadlar gedar, AbuBakr mascidinin camaatinin qani, mali, irz va namusu halaldir, kim turmaya dushmayibsa aqidasinda problem var, biz Afqanistana hicrat etmaliyik, insan gunda 100 dafa islama girib-cixa bilar, Allah mani qoruyur, va s, va s. guya onu 1 dafa tutublar, sonra Zerkavi zang elayib buraxdirib. Qamet muallim, yani bizim millatin basirati bu qadar baglidir? niya bunun kimi sheyx Nasrullahlara inanirlar? balka biz nasa duz tablig etmirik? Vallah avam cemaata yazigim galir. bir da xahishim var: novbati xutbalarin birinda rafizilarin atdigi shubhalardan danishin. xavaric va rafizilik islamda qara lakalardir. bu da galib bizi tapib. siz alimlarin vazifasi isa bunlara qarshi al va dil ila mubariza aparmaqdir. vassalam.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz qeyd etdiyiniz adam və ona oxşayanlar xəstədirlər, rus dilində desək, “julikdir”. Sadəcə müvəqqəti gəlib, bəzi avamlardan pul yığsın. Elə adamlara inananlar əslən heç bizə də lazım deyil. Onsuz da təcrübə göstərir ki, belə insanlara inananlar sonradan yenidən qayıdırlar. Sadəcə onlar şüar qurbanlarıdır. Amma o julik “12 stul” filmində Ostap Benderi xatırladır, xüsusən də onun Vasyuki kəndində şahmat üzrə dünya çempionatı keçirməyi planlaşdırmasını. Cahillikdə kim bu filmə baxıbsa, həmin onu xatırlayır. Bu cür artistlərə inanmaq düzgün deyil, biz dəfələrlə bunu demişik. Bütün tərəflər də bilirlər, məlumatları da var, o öz disklərini yayır, topladığı məclislərdə ağzına gələni danışır və açıq şəkildə hakimiyyətə və sələflərə tənə edir. O sözləri mən desəydim, məni çoxdan tutardılar, elə deyilmi???????????????????
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#33 12

12
  • Guests

Posted 07 October 2007 - 01:39 AM

Салам Алекум ва Рахматулахи ва Баракатуху

Можно ли делать намаз-истихару за другого человека, (например за отца, или другого человека, если он сам не читает намаз). Например он должен осуществить какое-то дело и я за него делаю истихару.

Можно ли по одному делу, делать истихару несколько раз в течении недели или месяца, если решение какого-либо вопроса требует продолжительного времени.

Салам Алекум ва Рахматулахи ва Баракатуху

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. Истихара делается за себя, а за другого делайте дуа.
2. Да, можно.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#34 Guest

Guest
  • Guests

Posted 07 October 2007 - 02:01 AM

Салам Алекум ва рахматулахи ва баракатуху

1) Шейх если я с джамаатом прочитал в мечете 8 ракатов, потом, придя домой в последние 10 дней Рамадана могу ли читать еще дополнительно больше ракатов 8-10-12 + 1 витр, т.е. увеличивать этим ибадат в Лайлатуль-Кадр. Не будет ли это противоречить сунне.
2) Можно ли во время земных поклонов, когда совершаешь тарави намаз, делать дуа на своем языке прося что-либо у Аллаха?
3) Если меня спрашивают личный вопрос, то о чем я не хочу чтобы знали, а вопрос конкретный (например, какая у тебя зарплата), а отказаться ответить будет не правильно воспринято, т.е. как не доверие, то можно ли в таких случаях обмануть, и будет ли это считать грехом?

Салам Алекум ва рахматулахи ва баракатуху

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. Посторайтесь, чтоб число рукатов не превышало 11 рукатов.
2. Да, можно.
3. Обмануть нельзя, просто скажите, что вам хватает, или достаточно.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#35 sheyma

sheyma
  • Guests

Posted 07 October 2007 - 03:38 PM

AsSelamu aleykum qardaw
size bele bir sualim var eger sedeqe meqsedile hansisa bir mebleg ayri ayri insanlar terefinden yigilibsa ve bu mebleg xeyriyye iwine xerclenibse ve o insanlarin choxu bu tedbirse olmayibsa duzgundurmu onlara pulun nelere xerclendiyini bildirmek ?chox adam bunu zenn ederek ozunu gorsetmey kimi adlandiriblar.
ALLAH razi olsun

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Ehtiyac olsa, bəli.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#36 rafizi

rafizi
  • Guests

Posted 07 October 2007 - 04:53 PM

salam sheyx. shia bir qizla evlanmak olarmi? qeyd edim ki, sehabalara lanat oxumur. cavaba gora sag olun.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər səhabələrə tənə etmirsə, bu artıq normaldır, eyib etməz, yenə başa salarsan.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#37 Abdullah

Abdullah
  • Guests

Posted 07 October 2007 - 10:02 PM

Əs sələmu aleykum.
Şeyx,dəvət etdiyim bir necə insanlar var ki,onlar hec bir itaətləri yoxdur.
Bunlarla münasibətimi necə qurmalıyam,deyək ki,şəhadət gətirir amma itaət etmir
lər?.
Bu məsələyə əqli olaraq baxsaq,uzaq durmaq daha münasibdir,cünki Allah və Rəsulunan s.ə.v başqa kimi desəs yad edirlər.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, əksinə belə insanları tərk etmək olmaz, peyğəmbər (s.a.v.) bunlardan dəhşətlərini – xalis müşrikləri tərk etmədi. Sadəcə onları dəvət et, elmlə başa sal. Dəvət yalnız kafirlərə deyil, həm də müsəlmanlara da olur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#38 BADR27

BADR27
  • Guests

Posted 08 October 2007 - 05:07 AM

МОЖНОЛИ ПИТЬ ПИВО БЕЗАЛКОГОЛЬНОЕ. ЕСТЬ МНОГО РАЗНОГЛАСИЙ ОБЪЯСНИТЕ МНЕ.

Ответ:

Это не харам, но лучше воздержитесь от этого.
Аллах знает лучше!


#39 Osman

Osman
  • Guests

Posted 08 October 2007 - 12:04 PM

Salam aleykum sheyx.Necesiniz?InshAllah yaxshi olasiniz.Sheyx sizden bir muselman qardash kimi xahishim var.Bildiymiz kimi ozunu selef kimi teqdim eden bir qrup xavaric var ki tessufle demelyiem ki saylari gunu-gunden artir.Insanlari yoldan cxarirlar.Menim diger din ve mezheblerle ishim yoxdur bu bir heqiqetdir ki Azerbaycanda selefin yolunu teblig eden yegane shexs sizsiniz!Uzr isteyrem sozlerime gore yene deyirem bir muselman qardashiniz kimi ureyim yandigindan deyirem.Qiyamet gunu mesulliyetun coxu sizin uzreinize dushecek ki,insanlari azdiran xavariclerin qarshisini niye almadiniz?!Cunki Azerbaycanda selefin menevi atasi siz sayilirsiniz.Konkret ve ciddi yox belkede cox ciddi addimlar atmagnizi artiq derecde xaihish edirem artiq xevaric xesteliyi rayaonlarmizida buruyub.Mence tecilli cd-ler ve kitablar hazirlamaq lazimdir ki bu lenetlenmishlerin ic uzlerini acib insanlara gostere bilek.Cume moizelerinde ve diger moizelrde bunlar haqqindfa xaish edirem Ibn Teymiyyeden(r.a) sitatlar getirmekle xususi olaraq danishin.Onlar en cox Ibn Teymiyyenin (r.A) kitablarindan sitata getirmekle insanlari yoldan cxarirlar!
Salam aleykum wa rahmatullahi wa barakatu...

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əvvəla onlar heç də artmırlar, ola bilər ki, hansısa rayonda bir az çox olsunlar, çünki ağıllı adam o fikirləri qəbul etməz. Onların olmasından üzülmək və məyus olmaq lazım deyil. Onların babaları peyğəmbərin (s.a.v.) vaxtında var idi, sonra Osmanın (r.a.) vaxtında çoxalaraq terrora əl atdılar. Əvvəl Osmanı (r.a.), sonra isə Əlini (r.a.) öldürdülər – bu onların dinidir, yəni hakimə qarşı çıxıb, müsəlmanları öldürmək. Kimsə onların yanına gedibsə, məyus olma, elə adam sənin yanında olmasa daha yaxşıdır. Amma zəlalət əhlinin bidətləri və şübhələrinə cavab barədə kifayət qədər disk və kitab buraxmışıq, əlhəmdulillah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#40 XXXX

XXXX
  • Guests

Posted 08 October 2007 - 09:30 PM

Salam aleykum qardash.Muselman qadin (hicabli) yaninda namehrem olmadan kucheye harasa tek gede biler???Allah razi olsun.Salam aleykum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunun şərtləri var, məsələn, əri və ya valideynindən icazə almalıdır, evindən uzaq olmamalıdır, yolda fitnə olmamalıdır, əgər buna böyük ehtiyac varsa və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#41 Guest

Guest
  • Guests

Posted 09 October 2007 - 02:15 PM

Salam aleykum,

1 Sehih hedislerde gelibmi ki peygember s.a.v. bir sahabeni, balagi yerle surunduyune gore namazi 3 defe yeniden gildirib? Deyilse dogru varianti nedir? Bu hedisin evveli yadimdadir ki sahabe namazi gilir ve peygember s.a.v. ona deyir ki get yeniden gil ve bele bir neche defe ama neye gore yadimda deyil.

2 Gadinlar uchun balagin topugdan yuxari olmasi emri hedislerde gelibdirmi?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, bu balağa görə deyildi, sadəcə o tez-tez qıldığına görə idi.
2. Xeyr, topuq məsələsi kişilərə aiddir, qadınlara isə topuqdan aşağı salmaq daha məsləhətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#42 raul_38

raul_38

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 09 October 2007 - 03:36 PM

Wassalamu aleykum,если не трудно несколько хадисов о брачной жизни wassalamu aleykum

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
кликните здес
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#43 Guest

Guest
  • Guests

Posted 10 October 2007 - 12:10 AM

Salam aleykum va rahmatullahi va barakatuhu

1. Oruclu halda vitaminli kremlərdən istifadə etmək olar?
2. Keçən ayki forumda yazmisiniz ki, heyz bitdikdən sonra qusul almaga niyət edib oruc tutmaq olar. Zəhmət olmasa dəlil gostərin.
3. Ad gunu və ya Novruz, Yeni il kimi bayramlar ucun bisirilmis təamlardan yemək olar?

Salam aleykum va rahmatullahi va barakatuhu

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər bu bədəni qüvvətləndirmirsə, eyib etməz.
2. Əgər heyz artıq bitibsə, sübh namazından əvvəl niyyət edə bilərsiniz oruca. Çünki cənabət olsanız belə sübh namazına kimi qüsül almasanız necə oruc tutursunuzsa, bu məsələ də elədir.
3. Ümumi yeməklərdirsə, məsələn siz evdəsinizsə, adi yemək kimi yeyə bilərsiniz. Amma məhz bu gündə bişirilən yeməkdirsə, çəkinsəniz yaxşdıır, çünki bu islami bayram deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#44 NIGAR

NIGAR
  • Guests

Posted 10 October 2007 - 05:37 AM

salam aleykum sheyx gamet! rica edirem sualima mumkundurse tezlikle cavab verin. men bashga dinde olan oglana ere getmishem ve o mene namaz gilmaga goymur. bu halda men ne etmeliyem?
yoldashim ishlemir ve demek olarki butun gun evdedi ve men ondan gizli namaz giliram. namazdarimi hamisini birden giliram 17 ruket. bu duzgundurmu? chox sag olun. salam aleykum.


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Allaha gücün çatan qədər ibadət et. Əgər o başqa dindədirsə, sizin ona getməyiniz düzgün deyildi. Bacardığınız qədər namazları vaxtında qılın, gizlin olsa belə və Allahdan onun üçün hidayət istəyin. Allah kömək olsun!
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#45 SalafiSalih

SalafiSalih
  • Guests

Posted 10 October 2007 - 07:36 AM

Salam Aleykum Va Rahmatullahi Va Barakatuhu. ALLAHA Hemd Olsun.

1) Destemaz alib corab geyindim, 5 degige sonra (hele destemazim pozulmayib) corabi deyishsem meshin hokmu legv olur? Men corabi deyishdikde yeniden destemaz almaliyam?

2) Destemaz alib subh Namazinin sunnetini, ferzini gilib, zikrleri etdikden sonra (destemazim hele pozulmayib) corab geysem mesh sehih olar?

3) Namazda sehv etdim ve sehv secdesi etmeliydim, ama Namazi bitirdikde sehv secdesi etmek yadimdan chixdi. Ve bir neche degigeden sonra yadima dushdu. Bu halda ne etmeliyem? Namazi yeniden gilmaliyam?

4) Biz camaat halinda namaz gilirdiq, bir gardash gelib 2-ruketde bize goshuldu, biz salam verdikden sonra o ayaga galxib bir ruketde gilmali idi ama unutdu, bizimle beraber salam verdi, ona tez dedikki galxib bir ruketde gilsin, bu halda o sehv secdesi etmelidir?

5) Rayonlarda saggala gore gardashlarimiza chox eziyyetler verirler, bundan INSHEALLAH xeberiniz olar, ve get gede bu hallar artir, buna garshi bir tedbir gorursuz? Olmaz ki Islam konfransina mektub gonderesiz belke onlar muraciet ede Azerbaijan Rehberliyine ki bele etmesinler, veya Seudiyyenin dini rehberlerine muraciet edesiniz belke onlar bir tedbir gorsunler? Axi bu yola devet etdiyiniz kimi komek etmekde borcunuzdur INSHEALLAH. (Hagginizi halal edin, men sizin muselman gardashinizam, Elhemdulillah selefiyem)

ALLAH RAZI OLSUN.

Salam Aleykum Va Rahmatullahi Va Barakatuhu.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Corab çıxdısa, məshin hökmü ləğv olur.
2. Belə halda yaxşıdır ki, dəstəmazdan dərhal sonra corab geyinəsiniz.
3. Xeyr, əgər az müddət keçibsə, səhv səcdəsi edə bilərsiniz.
4. Bəli, etməlidir.
5. Düzdür, bu xoşagəlməz haldır. Biz bacardığımızı edirik.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#46 Guest

Guest
  • Guests

Posted 10 October 2007 - 07:53 AM

As Salam Aleykum.
Qamet gardash, suallarim muharibeye aiddir.
-Doyush vaxti, muasireye dushen adam, sursatlari bitse ve esir dushmesin deye, ozunu son gulle,bicag ve ya her hansi bir yol ile oldure biler mi?
-Yaxud da, sursat gurtarsa ve bir gumbara galibsa, yalandan ozunu teslim eden kimi gosterib, ve dusmenlere yaxinlashanda onu partladib hem onlari hem de ozunu oldure biler mi?
Wa as Salam Aleykum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, özünü öldürə bilməz, sadəcə elə vəziyyət qursun ki, onu öldürsünlər.
2. Birinci hal kimi etsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#47 _MERYEM_

_MERYEM_

    Пользователь

  • Пользователи
  • Pip
  • 9 posts

Posted 10 October 2007 - 08:48 AM

Selamun alleykum qardas. men basa dusduyume gore bidet Quran ve Sunneye zidddi.men esitmisemki her gece kelmeyi sehadeti demek,tesbeh cevirmek(belke biri barmaqla casir),teraveh namazini 22 ruket qilmaq ve s.bidetdir.axi bunlar da sirf ibadet ucun edilir.niye bidetdir?? sunneye ziddir??

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bidətin elə mənası budur ki, sünnəyə ziddir. Sizin qeyd etdiklərinizin bəziləri bidət deyil, sadəcə çalışmaq lazımdır ki, sünnədə gələn kimi ibadət edəsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#48 _MERYEM_

_MERYEM_

    Пользователь

  • Пользователи
  • Pip
  • 9 posts

Posted 10 October 2007 - 08:52 AM

selamun alleykum.yene sualim var.menim valideynlerimin kebini yoxdu sadece resmi kebin var,men onlar ucun cox qorxuram,bizim qonsumuz ise shiye mollasidir.yeni ona cox guvenmiremki cagiraq gelsin evde kebin kessin.gec de olsa.o deyirki kebin sahidsiz olar bu doqrudur??biz nece edek??

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslən valideynlərin kəbinə ehtiyacı yoxdur, onlar çoxdan evləniblər, razılıq olub. əgər belə istəsəniz, bir dəfə sadəcə atanız gəlsin məscidə, yazıb verərəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#49 gul

gul

    Пользователь

  • Пользователи
  • Pip
  • 102 posts

Posted 10 October 2007 - 01:33 PM

salam aleykum.
size bir mesele haqda daniwmaq isterem. men hekimem ve tibbde oxudugum zaman sunnede deyildim. indi weriet qanunlarini oyrendikce mene melum olurki burada bir cox meseleler ziddiyyet tewkiledir. sirf bu qanunlarlaherekeet etsek gerek aramizda hekim olmaya xususende eger sohbet qadindan gedirse. meselen biz anatomiya kecirik bu zaman meyit, daxili orqanlar, sumuk uzerinde insan orqanizmini oyrenirik, wekil cekirik ve s. eger meyit muselman meyitidirse bu gunahdir siz tesevvur ede bilirsinizmi meyitin cinsi mensubbiyyetini teyin etmek ne derecede cetindir. namehreme toxunub onu muayine edirik ve s. umumiyyetle bu haqda cox daniwmaq olar. size bir nece sualim var.
1. werietde hekim mehfumu nece bawa duwulur.
2. qadin hekim ola bilermi?
3. umumiyyetle cerrahiye sahesi xususiyylede transplantasiya (yeni orqan kocurulmesi), kasmetaloji cerrahiye sahesi weriete uygundurmu?
4. tutaq ki boyrek catmamazli olan xestedi ve onun yegane elaci boyrek kocurmekdir. bu halda kimse allah rizasi ucun oz boyreyini xesteye vermek isteyir ve hec bir mevacib gudmur. bu halda xeste oz eceli ile bariwmalidir yoxsa emellyat olunmalidir? ve oz orqanini bagiwlayan insana suvab duwur yoxsa gunah?
5. suni mayalanma sahesi nece?


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Həkim olmaq problem deyil, bu da elmin bir növüdür və siz qeyd etdiyiniz hallarda zərurət olsa, bir problem yoxdur. Məsələn, qadın həkim kişiyə baxa bilər və ya əksinə - problem yoxdur.
2. Bəli, ola bilər.
3. Şəriətdə bunlar hamısı var, sadəcə şərtləri var. Peyğəmbərin (s.a.v.) vaxtında döyüşdə səhabələrdən birinin burnu kəsilmişdi, peyğəmbər (s.a.v.) ona dedi ki, qızıldan burun düzəlt və yerinə tax. Sadəcə qadağan olunan budur ki, məsələn, qaşı normaldır, amma lap gözəl olmaq istəyir. Yəni konkret eyib varsa və adam arasına çıxa bilmirsə, bunda problem yoxdur.
4. Əməliyyat olmaldıır, böyrək vermək olar. Əlbəttə, savab düşür, xüsusən də Allah rizası üçün olsa. Bu barədə ərəbəcə kifayət qədər kitab var.
5. Əgər öz ərindəndirsə, eyib etməz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#50 gul

gul

    Пользователь

  • Пользователи
  • Pip
  • 102 posts

Posted 10 October 2007 - 01:42 PM

salam aleykum.
el.feth suresi 29 ayede bele bir kelme iwlenir. onlarin elametleri uzlerinde olan secde izidir.(qiyamet gunu mominlik nuru alinlarndaki mohur yeri ile taninirlar) bu onlarin tovratdaki vesfidir. bu ayeni tam olaraq anlamadfim mohur izi deyildikde ne nezerde tutulur? namaz mohurlemi qilinmalidir? wiyelerde oldugu kimi.


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, möhür sadəcə tərcüməçinin artırmasıdır, ərəbcədə möhürdən əsər-əlamət yoxdur, sadəcə səcdə yeri deylir, bunun üçünsə, möhür heç də şərt deyil. Elə də başa düşməyin ki, alın mütləq qaralmaldır. Əsas namaz qılmaqdır, bunu etsəniz axirət günü səcdə yeri bilinəcək, necə ki, dəstəmaz aldığınız əzalar nur saçacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users