Jump to content


Photo

01 ноября 2007 года


  • This topic is locked This topic is locked
158 replies to this topic

#151 Elnur_Selefi

Elnur_Selefi
  • Guests

Posted 28 October 2007 - 03:07 PM

Salam aleykum sheyx.Necesiniz?InshAllah yaxshi olasiniz.Sheyx sizden bir xahishim ve size bir sualim var.Bizim Mehlede qardashlar iki yere bolunubler biri digerilerine KAFIR,XAVARIC ve TAGUTA boyun eyerek dinden cximishlar deyirler.Basha dushdunuz yeqin mesele ne yerdedir.Menim ve bir nece qardashin teklifi budur ki siz eks terefin (xevaric adlandrilanlari nezerde tuturam) numayendesi ile islamin adina layiq olacaq gozel bir shekilde sohbet edesiniz yeni behs edesiniz ve buda kameraya cekisin ve bizlerde baxaq bundan netice cxardaq.Cunki her kes din xadimi ve dini derinden bilen ola bilmez.Mes:men ishe seher ghedib axsham gelirem ve meni kimide coxlu qardashlar var.Bizde bu kasete baxaq,haqqi ve batili taniyaq.Bu meseleye zehmet olmasa munasibet bildirin.
Sheyx bir shexs eger shekkdedirse o insan haqqi nece tapa biler?!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Haqq aydındır. Söhbətə gəlincə, onlar savadsızlardır və başa düşmürlər. Yadıma gəlir ki, şeyx ibn Baza Omanın şeyxi təklif etmişdi ki, gəl görüşək və televizyaya birbaşa yayım getsin. Lakin ibn Baz razılaşmadı və düz elədi. Çünki ibn Bazı bütün dünya tanıyır, amma xəvariclərin başçısını çox adam tanımır. Sadəcə onlar özlərini reklam etmək istəyirdilər və bunu öz batil dəvətlərinin xeyri üçün istəyirlər. Kifayətdir ki, onların çıxışlarına baxasınız. Elmi, təcrübəsi, ağlı olan adam görəcək ki, onlar boş şeylərdən danışırlar. Əgər lazım olsaydı biz danışardıq, bizim təhsilimiz var, diplom almışıq ki, orda yazılıb ki, dindən danışmağa icazəmiz var. Amma onların nə icazəsi var, nə də elmləri, öyrəndikləri də ancaq dini müqəddimədir. Bəziləri isə heç bilinmir ki, elmi kimdən alıblar. Bəziləri isə heç öyrənməyiblər, ancaq qapı yanında oturub pul yığıblar. Ona görə ehtiyac yoxdur, onlarla oturmağa. Əlhəmdulillah, Haqq aydındır. Kifayətdir ki, biləsiniz ki, əgər din onlar dediyi kimi olsaydı, biz bunu çoxdan deyərdik. Onlar dediyi islam deyil. Sadəcə islam pərdəsi altında gizlənən siyasi quldur dəstədir. Bunların başqa adı yoxdur. Əsas məqsəd də din yox, hakimiyyət və puldur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#152 muhajir

muhajir
  • Guests

Posted 29 October 2007 - 12:20 AM

Салам Алекум ва рахматулахи ва баракатух
Пожалуста ответьте на два вопроса:

1) Получилось так, что долгое время не видел жену и при нахождение рядом от возбуждения появилось выделение из полового органа, но это не сперма. При таком случае гусул обязателен или достаточно просто малое омовение.


2) И что делать, если для гусула нет возможности, есть только возможность сделать малое омовение, (и нет возможности сделать таямум - песком) например в аэропорту, а пришло время намаза? Не делать намаз вообще, или же сделать, а потом позже после гусула его заново перечитать эти намазы еще раз?

Салам Алекум ва рахматулахи ва баракатух

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. Малое омовение достаточно, но очистить одежду тоже нужно.
2. В вашем случае достаточно малое омовение, а гусул можно заменить на тайаммум.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#153 Kimə qardaş kiməs

Kimə qardaş kiməs
  • Guests

Posted 29 October 2007 - 12:01 PM

Əs sələmu aleykum.
Bəli,sizin dedikləriniz doğrudur məndə bu görüşdəyəm, amma alimlər arasında bu məsələdə ixtilaf var. Mənim yazdığımda isə,məqsəd hüccət haqqda deyil, söh -bət əsli müsəlmandan gedir.İnsanlığın başlancığı Adəmlədir,sonradan şirkə məruz
qalanlara gəldikdə,cahilikləri səbəbi ilə,Allah bu kimləri müşrik olaraq adlandırdı.
İnanıram ki,sizində marağınıza səbəb olacaqdır inşallah.Məs:
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür.9/6.Çünki onlar haqqı bilməyən bir qövmdür.
Şüpəsiz şirk və küfürün meydana gəlməsinə yeganə səbəb cahillikdir.
Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər.98/1.
Kitab əhli bir zaman bir olan Allah ibadət edirdilər,sonra dinləri təhrif olundu sonrakı nəsil hər nəqədər bu dinin haq olduğunu iddia etsələrdə cahilikləri onları
müşrik adından qutarmadı.
Cahilə əzab edilməməsi bu ayəyə görədir,amma müşrik sifəti kecərlidir.
Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.17/15.
Əgər bu məsələdə mən cahiləmsə Qamət qardaş aydınlığ gətirər inşallah.
İnşallah bu mövzu ilə,veiləcək suallar coxdur.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Sadəcə, məsələni qarışdırmısınız. əslən fitrə cəhətdən müsəlman olmaq və sonradan dəyişmə başqa məsələdir. Siz gətirdiyiniz ayələrdə söhbət xalis müşriklrədən gedir, yəni dində olmayan və şəhadəti gətirməyənlər. Amma şəhadəti gətirənlərə isə bu vəsfləri vermək olar, amma bunun şərtləri var. Çünki insan, müsəlman küfr və ya şirk edə bilər, amma bu o demək deyil ki, o artıq kafir və ya müşrikdir. Məsləhət edirəm ki, müəllim yanında əqidə kitablarını çox oxuyasınız, onda hər şey sizə aydın olacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#154 Guest

Guest
  • Guests

Posted 29 October 2007 - 10:28 PM

salam aleykum.men indi isle bagli Omanda yasayiram.bunlarin egideleri "ibadi"di.bu ne egidedi. bunlarin namazina gosulmag olar?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bunlar xəvariclərin firqələrindən biridir. Hazırda Əli ibn abu Talibin (r.a.) vaxtındakı xəvariclər məhz bunlar sayılır. İmkan dairəsində namazda onlara qoşulma. Orda sələflər var, onların məscidini tap və namazı da onlarla qıl.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#155 Karandash

Karandash
  • Guests

Posted 30 October 2007 - 09:06 AM

Salam aleykum wa rahmatullahi wa barakatu,

Sheyx, bilirik ki gadinla xelvete qapanmaq olmaz, chunki uchuncusu sheytan olur. Bilirik ki qadinin sesinide, ozunude shehvet hissi ile dinlemek, seyr etmek olmaz.
Bes neden qadinla internet vasitesi ile danishmagada gadaga goyulub? Axi burda ne ses var nedeki vizual kokntakt?
Indi bir chox islami evlilik saytlari var ki muselmanlar bir biri ile orda ayile gurmag uchun unsiyet edirler. Bu haramdir? Yani meqsed flirt ve ya bosh boshuna vaxt kechirmek yox, mes azacig sorgu sual etmek ve adamin imanini, elmini oyrenmek ve uygun olarsa ondan sonraki meseleri sorusharag gerar vermek ve eger gorursense uygun gelmir unsiyyeti azaldirsa ve yada tam kesirsen. Necedir bele?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlbəttə, bu da xəlvətdən sayılır. Ola bilsin qadın nəsə sual versin, amma cavan oğlanla söhbət etmək, xüsusən də bəzi söhbətlərə girişmək, bunlar da xəlvət sayılır. Hətta demək olar ki, bu müasir xəlvətlərdəndir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#156 Abdullah

Abdullah
  • Guests

Posted 30 October 2007 - 09:43 AM

Əs sələmu aleykum.
Şeyx,təbii ki,sizində baş verən hadisələrdən xəbəriniz var.Mənim yaxından tanıdı-ğım qardaşlar narahatdırlar.Bəzilərinin evlərində problemlər yaşanılır.
Yaxın bir qardaş, bu yaxınlarda biri ilə,mübahisə edərək etirazını bildirdi ki,bizim
məsciddəki qardaşları təkfir edirlər,qardaşı ittiham edən, qardaşın dediyinə görə
özü pis oldu üzr istədi.Bildiyiniz kimi hamıda bu cür insaflı münasibət yoxdur,cünki
başqa üzücü hadisələrdə danışırlar.Təki bizim məscidə toxunmasınlar.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Narahat olmaq lazım deyil. Hamısı xəvariclərin “fəaliyyətlərinin” nəticəsidir. Şər gələndə yaxşılara da toxunur. Sadəcə səbr eləmək lazımdır. İnşəAllah, cəmiyyət başa düçəcək ki, biuzim məsciddə şər yoxdur, əksinə xeyir var. Sadəcə buna vaxt lazımdır. Məlumdur ki, bizim məscidin əleyhinə danışanlar çoxdur, xüsusən də bozbaş məclislərində. İnşəAllah, cəmiyyət maarifləndikcə belə problemlər yox olacaq.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#157 magistr

magistr
  • Guests

Posted 30 October 2007 - 04:16 PM

Əssalamü aleyküm və rəhmətullahi və bərəkatüh!

Möhtərəm qardaşlar, anlayıram ki, bu sualım geniş cavab tələb edir, amma hər halda, israrla xahiş edirəm ki, ya o cavabı verin, ya da həmin cavabı oxuya biləcəyim bir mənbə göstərin. Bu, mənim üçün həqiqətən çox vacibdir!!!

1. Mən özüm Hənəfi məzhəbinə qailəm. Haradan öyrənə bilərəm ki, əsas məzhəblərin (konkret olaraq Hənəfilik, Cəfərilik və sizin qail olduğunuz Sələfilik) arasındakı əsas, prinsipial fərqlər nədən ibarətdir? Və bunlar KRİTİK fərqlərdirmi?

2. Yoldaşım Cəfərilik məzhəbinə etiqad edir. Mən bəzi məqamlarla razılaşmamağıma baxmayaraq, ona imanıyla bağlı heç bir təzyiq göstərmirəm və bunu düzgün də saymıram. Mən haqlıyammı? Haqlıyımsa, bizim aradakı prosedur fərqlərinə baxmayaraq, birgə namaz qılmağımız düzgün və mümkündürmü?

Xahiş edirəm, 1-ci suala imkan daxilində əhatəli cavab verin. Əvvəlcədən təşəkkür edirəm.
Allah hamımızdan razı olsun, inşallah!!!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu barədə mən tərcümə olunmuş mənbə bilmirəm, təbii ki, ərəb dilində kifayət qədər mənbə var. Sələfilik dörd məzhəb kimi ayrı məzhəb deyil – sələfilik əqidədə həmin dörd məzhəblə birdir. O dörd məzhəbin fərqi sadəcə fiqhi məsələlərdədir. Sadəcə sələfilikdə təqlid yoxdur. Ona görə də məzhəblərdən bəzi məsələlərdə fərqlənir, hər şey fiqhi məsələnin dəlilinin səhih və ya zəif olmasından asılıdır.
2. Siz bir yerdə camaat namazı qılırsınızsa, bu yaxşı əlamətdir. Amma başa salmaq isə səbrlə, əxlaqla, gözəl üslubla olmalıdır və Allahdan hidayət istə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#158 Abdullah___

Abdullah___
  • Guests

Posted 30 October 2007 - 06:42 PM

AsSalamu aleykum wa rahmatullahi wa barakatuhu Sheykh.

Men sual vermek yox, ozumden dah cox elimli ve daga tecrubeli olana, yani size sheykh, meslehet vermek isteyirem.
.......
AsSalamu aleykum wa rahmtullahi wa barakatuhu


Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Nəsihətə görə Allah razı olsun. Biz bu məsələ üzrə çalışırıq, amma sizə də məlumdur ki, əks təbliğat çox güclüdür. Lakin, inşəAllah, belə məsələr müəyyən vaxtdan sonra düzələcək.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#159 Guest

Guest
  • Guests

Posted 31 October 2007 - 09:44 AM

salamun aleykum va rahmatullahi va barakatuhu
Cekdiyiniz eziyyetleri halal edin

Qardaw mende alman avcarkasi var.Bezi qardawlarin dediyine gore onun mueyyen yerlerinde qara reng olduguna gore o da sheytan sayilir.Bu duzdu?Allah razi olsun

salamun aleykum va rahmatullahi va barakatuhu

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, vəsf olunan şeytan tam qara rəngdə olan itdir, amma fərqli olan şeytan deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





0 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users