Jump to content


Photo

01 декабря 2007 года


  • This topic is locked This topic is locked
190 replies to this topic

#101 Guest

Guest
  • Guests

Posted 18 November 2007 - 07:15 PM

As-salamu aleykum va rahmatullah va barakatu/
Omer qardashdan ne xeber var ?
Qardashi neye gore tutublar?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Guya ki, narkotik istifadəçisidir, amma o heç siqaret çəkmir və bu işi haram görür. Dua edin, inşaAllah, bizə elə görünür ki, onları buraxacaqlar, çünki onların bu işdə heç bir günahları yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#102 Ибн Хаджар

Ибн Хаджар

    Пользователь

  • Пользователи
  • Pip
  • 378 posts

Posted 19 November 2007 - 08:17 AM

Əssələmu aleykum!

1) Əgər məşq zalında musiqi oynadılırsa, belə zala yalnız məşq etmək niyyəti ilə gələn müsəlmana və qəlbində həmin musiqini inkar edən müsəlmana bu zalda məşq etmək günah sayılırmı?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Çalışmaq lazımdır ki, münkər olmayan yer olsun. Hazırda bu problem deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]

#103 lezgi_rush

lezgi_rush

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 19 November 2007 - 09:18 PM

Assalamu aleykum va rahmatullahi va beraketuh
1.Bir baci var,universitetde oxuyur.Elhadulilleh hicabdadir.Evveller problem yox idi.Indi ise ondan hicabi cixartmasini isteyirler,yoxsa univ-den xaric olunacaq(MazaAllah).Baciya ne meslehet ederdiniz?
2.Eger bele bir shey menim bashima da gelse(MazaAllah),ne edim?Ustelik,menim valideynlerim de hicab taxmagima qarshidirlar.
Anam dedi ki,guya fikir ireli surulub ki,hicab qadagan olunsun,bu da parlamentde tesdiq olunarsa,yerine yetirilecek(MazaAllah)
Bunlar ne demekdir?
JazakAllahu xayran.
Assalamu aleykum va rahmatullahi va beraketuh

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Hicab fərzdir, əgər çıxarmaq əmr olunursa, bu asilikdir. Bacardığı qədər tabe olmasın.
2. Elə vəziyyət olsa, onda belə təhsil müəssisələrində oxumaq lazım deyil. Baxmayaraq ki, bu çətin olacaq, xüsusən sizin vəziyyətinizdə, Allah müsəlmanlara kömək olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#104 ABDUSSAMED

ABDUSSAMED
  • Guests

Posted 20 November 2007 - 08:58 AM

Salam Aleykum! Le ilehe ilellah.

1-Exi, www.abubakr-mescidi.com saytinin izu (ana sehifesi) niye achilmir? Problem nededir?

2-uzumuzdeki tuke ve shalvarimizin gisaligina gore bizi goren her kes taniyirki bizler Vehabi sheri atilan muselmanlarig. Ve bizler camaat icherisinde tez sechilirik, buna gorede bizleri tanimag, nezaret altinda saxlamag, devetlerime engel toretmek, tezyig etmek, hede gorxu gelmek, ishden chixarilacaglari ile hedelem ve saire chox asan olur resmiler uchun. Bundan gorxum yoxdur, buda ALLAHIN bir neticesinde mukafatlandiracagi sinagidir INSHEALLAH. Amma bele tez taninmagimiza gore tez ezirler bizi, tez parchalayirlar. Peygember (s.a.s) de ele olubki gizlinde namaz giliblar. Fikirleshki bizim hamimiz uzumuzu temiz girxsag, shalvarlarimizida uzatsag artig bizleri hech kes tanimayacag. Ve rahat devetimizi de apara bilerik, choxalada bilerik. Choxalmagimizdan gorxduglarina gore bizi parchalamag isteyirler, nece ki Xalg cebhesinin ichinden insanlari ayri ayri partiyalar yaratmagla parhcaladilar, hemin siyaseti indi bizler uchun yeridirler. Buna munasibetiniz nedir? Bilirem bu suala ureyinizden kechen kimi cavab vermek sizin uchun bashagrisi ola biler. Cavabinizdan pis niyyetli insanlar istifade ede bilerler. Buna gorede meslehet deyilse cavab vermeyin. ALLAH razi olsun. Salam Aleykum!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu saytın yeni serverə köçürülməsi ilə bağlı idi, forumu köçürmüşdük, sonra da saytın özünü köçürdük.
2. Ümumiyyətlə, bizdə çox şey maraqlıdır. Saqqal qırxmaqla, işdən çıxarmaqla guya terrora qarşı mübarizə aparılır. Təbii ki, bu çox səhv addımdır. Bu heç də dəvətin qarşısını almayacaq. Əksinə radikalları daha da öz əməllərinə həvəsləndirəcək, ətrafları, sıraları ola bilsin daha da artacaq. Təbii ki, bu məsuliyyət belə edənlərin üzərinə düşəcək. Siz qeyd etdiyiniz kimi, saqqala görə dəvət zəif gedirdisə, indi daha güclü olacaq. Bu qeyri-professional hərəkətlər yaxşı nəticələr verməyəcək. Sadəcə səbr eləmək lazımdır, onlar heç özləri də bilmirlər ki, nə edirlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#105 Guest

Guest
  • Guests

Posted 20 November 2007 - 02:56 PM

SAlam Aleykum!

Exi, yazirsan Imam Huseyn (r.a) Yezide garshi chixanda boyuk sehabeler etiraz etdielr, amma deyesen bu bele deyil, sadece Ona (r.a.) meslehet gordulerki getmesin, Ona(r.a) xatirlatdilarki Atasinada (r.a), Gardashinada (r.a) xeyanet etdiler, Senede (r.a) edecekler. Yani demek isteyirsizki Huseyn (r.a) Yezide garshi chixmagla Xeta edib? Yezidin nece hakimiyyete gelmeyi butun Islam alemine melumdur. Peygemberin (s.a.s) nevesini bele oldurmekden chekinmeyenler duz oldular, amma Huseyn (r.a) xeta etdi hee?????? Men demiremki Huseyn (r.a) mesumdur, shie deyilem, elhemdulillah Selefiyem, ozude ta kendisi. Elhemdulillah. Amma Huseyn (r.a) ne hakimiyyet hevesinde deyildi, hede dovlet, O (r.a) hagg yolunda bashini goydu. Salam Aleykum!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Sən qəribə sələfsən. Ola bilsin ki, hakim ona qarşı çıxmağa layiqdir. Lakin o nəticələri fikirləşib, yenə də ona qarşı çıxmaq olmaz. Məhz nəticələrə görə sələflər hakimə qarşı çıxmağa qoymurlar. Ibn Teyymiyyə və ibn Qeyyim və başqalaraı qeyd ediblər ki, tarix boyu hakimə qarşı çıxanlar yaxşı nəticə əldə etməyiblər. Sadəcə Huseyni (r.a.) aldatdılar. Yezid məlumdur necə gəlib, yəni bu gəlişdə şəriətə müxalif bir iş yox idi. əksinə ona ümmətin çox hissəsi artıq beyət etmişdi, əsasən də böyük səhabələr, məsələn, ibn Ömər və başqaları. Sələf isə hakimə qarşı çıxmağı görmür. Həqiqi sələf yolu budur. Amma kim xəta edibsə, o qiyamət günü görünəcək. Huseyn (r.a.) məsum deyildi, xəta edə bilərdi, əgər ondan böyük, Abubakr (r.a.), Ömər (r.a.), Osman (r.a.) və Əli (r.a.) xəta edə bilərsə, bəs Huseyn (r.a.) necə?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#106 gul

gul

    Пользователь

  • Пользователи
  • Pip
  • 102 posts

Posted 20 November 2007 - 04:37 PM

salam aleykum. verdiyiniz cavablara gore tewekur edirem. weyx demek qardaw saqqaldan kecmemelidi her ne olursa olsun men bele anladim. demek bu halda baci sunnede olan bir insanla aile qurmayacaq. size bele bir sual vermek isteyirem hemin qardaw ucun saqqal saxlamagin suvabi daha coxdu yoxsa saqqaldan kecib hemin baciyla aile qurub onu islamda saxlamagin. cunki aile hemin bacini cahil bir insana verecekler tebbiki baci islamdan uzaqlawacaq. cox xahiw edirem bu mesele haqda etrafli yazasiniz. ALLAH RAZI OLSUN.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Saqqal saxlamağı daha məsləhətdir, bu onun üçün daha savabdır. Saqqalı yalnız zərurətdə, ciddi təhlükə olduqda qırxmaq olar. Göstərdiyiniz hal belə hallardan deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#107 Guest

Guest
  • Guests

Posted 20 November 2007 - 04:53 PM

As-salamu aleykum.sheyx derslerin birinde demishdiniz ki ehli kitabla qarshilasharken chalishin birinci onlar size salam versinler.muslimde bele bir hedis var.yehudi ve xristianlarla qarshilasharken birinci siz salam verin ve onlari yolun dar terefine doqru sixishdirin.Allah razi olsun

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Ola blsin tərcümə səhvdir, çünki əslində birinci salam vermək gəlməyib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#108 Guest

Guest
  • Guests

Posted 20 November 2007 - 05:14 PM

Цитата
3. Camaat artiq namaza bashlayibsa (mes: zohr namazi), sen de qoshulub camaatla qilnadan sonra ilk sunneti namazdan sonra qilmaq olar? Yoxsa daha ehtiyac yoxdu?
3. Bəli, qılırsan.

AS-SALAMU ALEYKUM.SHEYX AXİ MEN BİLEN İLK SUNNETİ FERZDEN SONRA QİLMAQ OLMAZ.SEHV EDİREMSE HAQQİNİZİ HALAL EDİN.ALLAH RAZİ OLSUN

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, sünnət qılınır, hətta namaz qəzaya qalsa belə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#109 qonaq

qonaq
  • Guests

Posted 20 November 2007 - 06:38 PM

Salam aleykum...
1) Şəkil olan otaqda namaz qılmaq səhihdirmi? əgər cavab mənfidirsə onda xahiş edirəm dəlilinizi gətirin səhih olan hədis varmı? Otagımızda şəkil asılıb (adəti üzrə) o biri otaqlara isə bizimlə işləyən (naməhrəm özü də müasir geyinən) qadın var ki, girib çıxır. Hesab edirəm ki,belə vəziyyətdə olan qadın olan otaqda namaz qılmaqdansa şəkil olan otaqda namaz qılmaq bəlkədə daha münasibdir. mənə məsləhət edin.
2) Spirtli ətir vurmaq caizdirmi? Kim bu barədə fətva verib?
Sələm aləykum va rahmətullah...

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Hədisdə gəlib ki, o evdə ki, şəkil və it varsa, mələk o evə girməz. Sizin orda namaz qılmağınız səhihdir, sadəcə ora mələk girmir. Sadəcə o şəkil ruhu olandırsa, yaxşı olar ki, açıq qoymayasınız, əgər başqa şəkildirsə, problem yoxdur.
2. Bu məsələdə bəzi şeyxlər məsləhət görmürlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#110 abubakr_

abubakr_

    Пользователь

  • Пользователи
  • Pip
  • 14 posts

Posted 20 November 2007 - 07:16 PM

Əssalamu alekum. Qardaş bir hədis var, səhihdirmi?
Əvf əl-Ərəbi dedi ki, bizə mühacir Əbu Məhləd Əbu Aliyədən bunu nəql etdi: "Yezid bin Əbu Süfyan (Müaviyənin qardaşı) ordu ilə bir savaşa getmişdi, əsirlərdən gözəl cariyə birinin əlinə keçdi. Lakin Yezid qızı ondan zorla aldı. Həmin adam da gəlib Əbu Zərə (r.a) şikayət etdi. Əbu Zər Yezidə dedi ki, cariyəni geri qaytarsın. Yezid vermək istəmədiyi üçün işlər uzanınca Əbu Zər dedi: "Əgər belə etmiş olsan bil ki, Rəsulullahın (s.ə.s) belə dediyini eşitmişəm: "Mənim sünnətimi ilk dəyişdirən Üməyya oğullarından Yezid adında birisi olacaq". Yezid dedi: "Mən onlardanmıyam?" Əbu Zər: "Xeyr". Yezid də həmin adam cariyəsini gerio qaytardı. (Ruyani, Müsnəd 3/36 hədis 253, Tarixi Dəməşq 65/250, İmam Zəhəbi Tarixül İslam)
Əssalamu alekum



Cavab (araşdırılır):

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə bir rəvayəti tapmışıq amma onun səhih və ya zəif olmasını bilmirik.
Hər halda bu rəvayətdə heç də Yezid məzəmmət olunmur. Əksinə bunu onun üçün yaxşı hal kimi hesab etmək olar ki, ona Peyğəmbərin s.a.v. sözləri çatdırılanda bu işdən əl çəkdi. Bu onun imanından irəli gələn bir hal deyilmi?!
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#111 Guest

Guest
  • Guests

Posted 20 November 2007 - 07:35 PM

Цитата
Salamun aleykum.
Niye gore siz Peygemberleride ozunuz kimi qebul edirsiniz?
Cavbinizda yazmisiniz ki hakime qarshi chixmayiblar.Halbuki Quranin bidirdiyine gore Allah Peygemberlerinin iki esas meqsedle mebus etmishdir.Tovhid ve Taqutdan chekinmek.Ayenin evvelin qebul edirsiniz amma sonrasin yoox?
Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!
16:36
Selef selef deyirsen,selefin yekesi Imam Huseyn(as)Yezide qarshi chixmadi?
Sence muqaise etsey indiki Azerbaycani o vaxt ki Yezidin hakimiyyetile o yaxshi idi bu?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Mən demədim ki, peyğəmbəri özüm kimi qəbul edirəm, mən dedim ki, biz peyğəmbərin (s.a.v.) yolu ilə gedirik, ibrət də sələflərin yoludur. O ki, qaldı taqut msəələsinə, görünür ki, siz əhli sunnə val-camaatın əqidəsini başa düşməməsiniz. Çünki sələflərin təfsirlərinə fikir versəniz, Quran və Sünnədə gələn taqut kəlməsində şeytan nəzərdə tutulub. Məsələn, Ömər ibn Xəttab (r.a.) deyir ki, taqut şeytandır və s. Sadəcə hazırda təkfirçilər bu kəlməni şişirdib hakimə aid etdikləri üçün bəzən kim taqutu başqa mənada eşidəndə elə bilir ki, nəyisə  gizlədirik, ya da siz deyən kimi ayənin yarısını deyib, yarısını demirik. Bu səhv fikirdir və əslən məsələni dərindən bilməməzlikdir. Taqutun növləri var, şeytan, büt və s. Adi rüşvət alan da taqut sayılır. Növlərindən biri də Allahın hökmü ilə hökm verməyəndir. Ona görə də təkfirçilər bu kəlməni şişirdiblər. Bu məsələdə də insan taqut ola bilər, lakin nə vaxt??? O vaxt ki, bilib, etiqad edib və halal görsə, onda hüccət qalxandan sonra alim hökm verə bilər. Sələfin və elmin yolunda bu məsələ belədir.
İkinci məsələ də səhv fikirdir. Hər hansı bir sələfin əməli dəlil deyil. İndi siz özünüz hadisənin bir hissəsini deyib, bir hissəsini demirsiniz. Çünki mən məsləhət görərdim ki, bu hadisənin əvvəlini oxuyasınız. Yezidə böyük səhabələr beyət etdilər  və Huseyn (r.a.) ona qarşı şıxanda böyük səhabələr buna etiraz etdilər. Həm də nəticəyə bax, nə nəticə oldu? İndiyə kimi müsəlmanlar bu hadisədən çıxan nəticələrə görə əziyyət çəkirlər. Biz sələflərin əqidəsində hakimə qarşı çıxmaq olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Noldu bir terefden deyirsiniz seleflerden gotururuy dini bashqa bir terefden Imam Huseyne(as) chatanda deyirsiniz ki delil deyil sehabeler atiraz etdiler.Indi Gel Imam Huseyni(as) muqaise edey sehabelerle.Hansi efzel idi.Hansi Ehlibeyt ayesine
daxil idi.Hansi sehfsiz olmushdur?
Neticesi o olduki Yezidin batil hakimiyyeti aradan getdi.Zeheqel batil.Ve birdeki sizce sehabeler ve tabeinlerin hamisi duzgun ve huccet sayila bilerdimi?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Söhbət Huseyndən (r.a.) getmir, fərqi yoxdur, istər Abu Bakr (r.a.), Ömər (r.a.) və ya Osman (r.a) olsun. Sələflər deyəndə toplum nəzərdə tutulur. Onların qoyduğu qayda, amma ola bilər o toplumun içindən kimsə nəsə desin və ya etsin, bu hüccət olmur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#112 xanif

xanif

    Пользователь

  • Пользователи
  • Pip
  • 41 posts
  • Location:Istanbul

Posted 20 November 2007 - 11:48 PM

Assalamu aleykum va rahmatullah!
1- Şeyx men Turkiyede oxuyuram namaz qılan turklernen qalıram onlar her namazdan sonra tesbıhat eliyirler meselen hamisi bir yerde Allahin adlarini sayillar men bunu onlarla etsem bir qebahet var ? bidet sayilir ?
2- gozel bidet var ? Hz.Omer (ra) teravihin camaatla qilinmasini gorende demisdi bu ne gozel bidetdir.men de bu tesbihati etsem gozel bidet olub savab qazanaram yoxsa bidete gore gunah ?
3-onlar bir sohbetlerden sonra, kitab oxudugdan sonra Allah rizasi ucun Al Fatiha deyib Fatiha suresin oxuyurlar ve ellerini uzlerine sururler menim de onlar dedikde fatiha suresini oxumaqimda bir qebahet var ?
4-Istanbul seherinde bildiyiniz selefi mescidleri ya da toplandiqlari bir yer var mi ?bilirsinizse Allah rizasi ucun yazin.deyesen Yasar qardas bilirdi ondan bu melumat haqqda sorussaniz cox memnun olaram.
5-Beduizzaman Said Nursinin ve Fetullah Gulenin kitablarinda bir problem varmi ?

Cezekallahu xayran! Assalamu Aleykum va Rahmatullah!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Təbii ki, bu cür şəkildə zikr etmək peyğəmbərin (s.a.v.) sünnətinə uyğun deyil. Ona görə sən çalış bu əməllərində onlara qarışma.
2. Peyğəmbər (s.a.v.) deyib ki, hər bidət zəlalətdir. Burda söhbət şəriətdə bidətdən gedir. Amma lüğəti cəhətdən bidət qorxulu deyil, məsələn, maşın bidətdir, yəni yenilikdir, amma bunda bir qəbahət yoxdur. Ona görə Ömərin (r.a.) “nə gözəl bidətdir” kəlməsi onun xilafəti vaxtında lüğəti cəhətdən deyilib. Burada şəri bidət nəzərdə tutulmurdu. Çünki şəri bidət o zaman olardı ki, peyğəmbər (s.a.v.) bunu etməyib. Amma peyğəmbər (s.a.v.) vitri az da olsa camaatla qılıb. Ona görə də Ömərin (r.a.) sözü lüğəti mənadadır.
3. Bu əməl bidətdir. Bacardığın qədər çəkin.
4. Sələfi məscidi yoxdur, amma sələflər var: (0539) 492-45-75, İlyas qardaş.
5. Bəli, onlar sufidirlər və əqidədə də maturididirlər, məsləhət deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#113 Guest

Guest
  • Guests

Posted 21 November 2007 - 02:38 AM

Цитата
Ассаляму аляйкум.

Хотел бы задать такой очень важный вопрос.

1.Ответьте пожалуйста можно ли пользоваться и распространять взломанное программное обеспечение для компьютеров? ........

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. По моим данным Microsoft Windows Vista стоит даже дороже - около 1000$. Поэтому в таком случае я всем рекамендую покупать ноутбуку - в этих компьютерах и операционная система и набор офисных програм уже установлены законно, вы получаете лицензию на эти систему и программы. А то, что вы сказали не дозволено, считается вмещиванием в права другого.
2. Это в компетенции правителя - гази, естественно таких людей наказали бы.
3. Сами сделайте вывод с ответа на первый вопрос.
4. Мусульманин по мере возможности должен быть справедливым - эта программа является продуктом данной фирмы.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!

Лицензионные версии даются и с настольными компьютерами, смотря где брать. Но также и в случае с ноутбуком стоимость лицензии входит в стоимость компьютера, но будет вероятно подешевле.
Я все же советовал бы братьям и сестрам пользоваться операционными системами Linux,они бесплатные,по функциноальности, привлекательности, и удобству пользования не уступают, а порой и опережают коммерческие. Единственное - не всегда имеются драйверы для некотоых моделей принтеров, сканеров, др. оборудования. Но совместимость всегда можно проверить и не устанавливая операционную систему, так как Linux обычно выпускают в виде Live CD - система запускается олностью прямо с диска и можно все опробовать и проверить, а потом установить на компьютер если все утраивает. Ну и сответственно покупать совместимое с Linux оборудование. И тогда наверное у Америки не будет такой монополии на прораммное обеспечение.

Да, и если есть необходимость, могу выложить список программ для Windows - аналогов коммерческих программ повседневной нобходимости, которые можно свободно скачать в интернете и пользоваться совершенно законно. В частности вместо Microsoft Office, можно пользоваться бесплатным Open Office, есть бесплатные антивирусы и.т.д.

уа аляйкумассалям

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Я сам долгое время работал на МсДосе, потом на Юниксе, знаю и Линукс, но для простого юзера Виндоус, тем более ХП, очень удобен. Да и проблема с драйверами ставить эту ОС на несколько пунктов выше. Поэтому, лучший вариант - ноутбуки, а потом уже можно ставит разные бесплатные заменители специальных програм.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#114 Safiyye

Safiyye

    Пользователь

  • Пользователи
  • Pip
  • 34 posts

Posted 21 November 2007 - 09:44 AM

əs-Sələmu aleykum!
1) Geybətin kəffarəsi nədir?
2) Aramızda mübahisə olmuş bir insan haqqında öz-özümə pis şeylər fikirləşmək və öz-özümə deyinmək günahdır?
ƏSSƏLƏMU ALEYKUM VƏ RAHMƏTULLAHİ VƏ BƏRAKƏTUH!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Halallıq almaq, imkan daxilində. Bir də tövbə etmək.
2. Onun pis əməlini pisləmək olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

ЕСЛИ ЧЕЛОВЕК ПРИУЧЕН РАЗМЫШЛЯТь
ОН ИЗ ВСЕГО УРОКИ СМОЖЕТ ИЗВЛЕКАТь

#115 -

-
  • Guests

Posted 21 November 2007 - 10:57 AM

Assələmu Aleykum

Ibn Əbu Dünyə duaları qəbul olunanlar və dua barəsində fəsillərində əl-Həsənin hekayəsini rəvayət edir ki, Peyğəmbərin , sahabələrinin ansarların arasında Əbu Muallək adlı bir kişi var idi. O ticarətlə məşqul olurdu, özünün və başqalarının malları ilə uzaq ölkələrə səfər edərək onları satardı. O dinpərəs və təqvallı insan idi. Bir dəfə səfərdə ona başdan dırnaga kimi silahlanmış quldur ras gəlir. O ona dedi:
-Nəyin varsa qoy və mən səni öldürəcəyəm.
- Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır –sahabə cavab verdi.
- O onsuzda artıq mənimdir lakin mən səni öldürmək istəyirəm.
- Belə halda icazə ver dört rükət qılım.
- İstədiyin qədr qıl! – dedi quldur.
O dəstəmaz alıb dört rükətli namaz qıldı. Sonuncu səcdədə Allaha dua edərək dedi: “Ey Sevgilim! Ey Sevgilim! Ey şanlı Ərşin Sahibi! Ey İstədiyini edən! Zəifləməyən qudrətinə görə, ədalətsizliyə yol verməyən mülkinə görə və Ərşinin dayaqlarını Nuruna görə dolduran məni bu quldurun şərindən qoru! Məni xilas et Ey Xilas edən!”. O bunu üç dəfə təkrar etdi və bu an əlində nizə ilə atlı peydə oldu. Onu atının qulaqlarının arasında yerləşdirdi, quldur onu gördükdə isə o ona hücüm edərək nizə ilə onu vurub öldürdü. Sonra o sahabənin yanına yaxınlaşaraq dedi:
-Dur!
-Atam anam sənə fəda olsun! Sən kim sən? Bu gün Allah sənin əllərinlə məni xilas etdi, - dedi o.
- Mən səmanın dördüncü qatından olan mələkəm. Sən dua ilə birinci dəfə müraciət etdikdə mən səma qabılarının guruldamasını eşiddim. Sonra sən ikinci dəfə dua etdin və mən səmə əhlinin səs güyünü eşitdim. Sonra sən üçüncü dəfə dua etdin və mənə deyildi: “Məzlumun duası!”- və Allahdan onu öldürməyə mənə tapşırmağı xahiş etdim.

Şeyx bu o deməkdir ki, Allahla yanaşı səma sakinləridə (mələklər) bizim danışıqlarımızı, dualarımızı eşidir və etdiyimiz əməlləri o cümlədən günahlarımızı görür?

Allah daha layiqdır ki, ondan həya edək!

Assalamu Aleykum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, onlar eşidir və görürlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#116 xanif

xanif

    Пользователь

  • Пользователи
  • Pip
  • 41 posts
  • Location:Istanbul

Posted 21 November 2007 - 12:56 PM

Assalamu aleykum va rahmatullah !

Şeyx men rukudan qalxib sami Allahu liman hamidan deyenden sonra rabbane va lakal hamdu hamden kasiran tayyiban mubarakan fihi! deyirem ve bu duani her namazimda demeye calisiram bunda bir qebahet varmi her namazda demeyimde ?

cezekallahu xayran!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Belə etmək olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#117 adda4334

adda4334
  • Guests

Posted 21 November 2007 - 03:14 PM

Salam aleykum exi! mene maraqlidir siz Eger hakimmiyet xalqa zulum ederse hicabi qadagan edrse islamcilari teqib ederse siz bele hakimiyyete TAGUT demeyeceksiniz??????????????????????

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu hökmü alimlər verir. Tarix boyu bundan dəhşətli zalım hakimlər olub. Mən oxumamışam ki, bunlardan hansınasa tağut deyilib. Biz hissiyatlarımızla deyil, sələfin yolu ilə getməliyik. Ən gözəl misal da imam Əhməddir. Elə deyilmi????????????????????
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#118 qonaq

qonaq
  • Guests

Posted 21 November 2007 - 04:02 PM

Salam aleykum...
1) Şəkil olan otaqda namaz qılmaq səhihdirmi? əgər cavab mənfidirsə onda xahiş edirəm dəlilinizi gətirin səhih olan hədis varmı? Otagımızda şəkil asılıb (adəti üzrə) o biri otaqlara isə bizimlə işləyən (naməhrəm özü də müasir geyinən) qadın var ki, girib çıxır. Hesab edirəm ki,belə vəziyyətdə olan qadın olan otaqda namaz qılmaqdansa şəkil olan otaqda namaz qılmaq bəlkədə daha münasibdir. mənə məsləhət edin.
2) Spirtli ətir vurmaq caizdirmi? Kim bu barədə fətva verib?
Sələm aləykum va rahmətullah...

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu məsələ, düzdür, ixtilaflıdır, ona görə bəzi qardaş və bacılar deyə bilərlər ki, bu iş haramdır. Lakin eyib etməz, çünki bəzi alimlər icazə veriblər. Sadəcə siz baxın, əgər bacarsaz, onun yollarını öyrənin və gələcəkdə haramdan uzaq olmaq şərtilə təcrübədən keçirə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#119 Safiyye

Safiyye

    Пользователь

  • Пользователи
  • Pip
  • 34 posts

Posted 21 November 2007 - 08:18 PM

əs-Sələmu aleykum!
Qamət qardaş zəhmət olmasa sualıma bir az aydın cavab verin. Çünki dilemma qarşısında qalmışam.
Bu yaxınlarda qəzetdə bir elan gördüm və zəng etdim, hicabın problem olmadığını öyrəndikdən sonra işlə maraqlandım. İş Forex-lə bağlıdır. Səhv eləmirəmsə keçən ayın forumunda siz 2 dəfə sizə verilən sualın cavabında Forex-lə məşğul olmağın caiz olduğunu söyləmisiniz. Mən də məsciddə məktubla sizə “Forexlə məşğul olan şirkətdə işləmək olar?” sualını göndərdim. Siz də “Olar” cavabını verdiniz. Mən də İstixarə edib, qaça-qaça gedib ora yazıldım, üstəlik 100 YAM- da ödədim. (Bilseydim belə çətin və maraqsız işdi heç baş qoşmazdım. Sadəcə evdə də işləməyin mümkün olmağı, hicabın problem olmamağı məni cəlb etdi). Müqaviləyə görə əgər kursu bitirdikdən sonra mən imtahandan keçsəm və işləyib gəlir əldə etsəm o pulu mənə qaytaracaqlar. Lakin bir çox bacılar bunun haram olduğunu və alimlərin bunu ribanın bir növü adlandırdığını söyləyiblər. Mən çaşbaş qalmışam. Onsuzda evdə mənə bacarıqsız kimi baxırlar, indi bu işi də tərk etsəm və pulu havaya sovursam Allah bilir evdə vəziyyət necə olacaq. Bu işə də əlacsızlıqdan girdim. Çünki evdəkilər işləməyimi istəyir, hara da üz tuturam hicaba görə işə götürmürlər, müsəlmanların çalışdığı şirkətlədə isə İngilis dilini tələb edirlər.
Fikrim belədir ki, kursu bitirim,imtahandan keçsəm və işləsəm pulumu geri götürəndən sonra işi tərk edim, ya da yeni bir iş tapana qədər işləyim. Siz nə məsləhət görürsünüz???
ƏSSƏLƏMU ALEYKUM VƏ RAHMƏTULLAHİ VƏ BƏRAKƏTUH!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər dərslərin pulunu vermisinizsə, dərsə gedib-gəlmək, orda oturmaq fitnə deyilsə, dərsləri bitirin, sonra işə baxarsınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

ЕСЛИ ЧЕЛОВЕК ПРИУЧЕН РАЗМЫШЛЯТь
ОН ИЗ ВСЕГО УРОКИ СМОЖЕТ ИЗВЛЕКАТь

#120 hagg_ehli

hagg_ehli

    Пользователь

  • Пользователи
  • Pip
  • 7 posts
  • Location:1961
  • Interests:doctor

Posted 21 November 2007 - 09:40 PM

Q.Suleymanov , men merd ve acig sozlu insanlari sevirem ancag sizde bunu gormurem , sizden cox xahis etdim ki suallarmi silmeyiniz, suallarimi ve iradalrimin bezisni silib bezisini foruma verirsiniz ,merd olun haetta siz forumdada bu geder qorxagsiniz?neyse kecek suallara...

Cavab:

1. Ən birinci, niyyətdə, ikinci, savadsızlıq, üçüncü, sələfin fəhmindən uzaq düşmək, dördüncü, təəssüblük, hansısa məzhəbə və ya yerə təəssübkeşlik, beşinci, günahlar və s.
2. Amma bu sualı nahaq yazmısan. Sonra da deyirsən ki, niyə suallarımı silirsən? Özün mərdlikdən dəm vurursan, amma kompüter arxasında oturub nə gəldi danışmaq mərdlik deyil. İbn Baz hansı fətvasında deyib ki, İraqı bombalasınlar, göstərə bilərsən? Bir də niyə uzağa gedirsən? Qarabağdan danış da. Mən 100% bilirəm ki, ibn Baz (r.) ermənilər kimi kafirlərə kömək etməyi haram görüb. Elə deyilmi?
3. Ay insan, mən alim deyiləm, mən sadəcə elm tələbəsiyəm. Mən alimlərin dediklərini təkrar deyirəm. Sadəcə bunu siz elə başa düşmüsünüz. Mən də deyirəm ki, elə başa düşməyin, bu səhvdir.

Sən hirslənmə, hər şey yaxşı olacaq. Sən əxlaqa fikir ver, sualların silinməyəcək, sən özün görürüsən, biz sualları qoyuruq, sadəcə etikaya uyğun olmayan sualları silirik, sən o məsələni özündə düzəlt və narahat olma.

Sən heç acizliyi də ayıra bilmirsən... Çalış normal sual ver, onda sualları buraxarıq, mənim istəyim budur ki, sənin suallarını camaat da görsün...
Allah daha yaxşı bilir!


#121 TeHb

TeHb
  • Guests

Posted 22 November 2007 - 12:55 AM

Assalamu Aleykum Wa Rahmatullahi Wa Barakatuhu!

Когда в Витр-намазе надо читать Дуа Кунут? До или после поясного поклона? И нужно ли его читать постоянно или нет? Многие говорят, что после, но я наткнулась на один хадис в "Сахихе" Бухари и там утверждается противоположное:

(1002). Сообщается также, что однажды Анаса спросили об обращениях к Аллаху с мольбами. В ответ он сказал: «Это точно было». Его спросили: «До совершения поясного поклона или после?» Он ответил: «До него». Ему сказали: «А такой-то сообщил, что ты сказал, будто это имело место после совершения поясных поклонов». (Тогда Анас) сказал: «Он солгал. Посланник Аллаха, да благословит его Аллах и приветствует, обращался с такими мольбами после поясных поклонов только (в течение одного) месяца. ( Дело в том, что в своё время пророк, да благословит его Аллах и приветствует,) направил около семидесяти человек, которых называли “чтецами”2, к многобожникам (из Неджда. Что касается людей, убивших этих чтецов3, то) они не относились к числу (вышеупомянутых многобожников), и у посланника Аллаха, да благословит его Аллах и приветствует, был с ними договор и только после этого посланник Аллаха, да благословит его Аллах и приветствует, в течение месяца обращался к Аллаху с мольбами покарать их (за это)».

Помогите пожалуйста разобраться с этим. И еще надо ли в Витре читать Салават (Аллахума, салли...) или нет?

ДжазакаЛлаху хайран!

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Ученые оба варианта считают дозволенными, но популярным считается гунут после руку. Просто не превращайте гунут в привычку, потому, что сахабы читали гунут только в особых случаях.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#122 Guest

Guest
  • Guests

Posted 22 November 2007 - 02:37 AM

Цитата
Ассаляму аляйкум

Обязаны ли мусульмане, находящиеся в немусульманском государстве, соблюдать его законы.

Конкретно волнует такая ситуация, вот муслим хочет организовать дело, позакону этого (не шариатского) государства он должен выплачивать налог. И это, скажем так, не такая система как закят, и налог гораздо больше. Обязан ли муслим вести свое дело по этому закону, или имеет право уклоняться от него?

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Если это уклонение не причинить ему неприятностей с властями, то по мере возможности может уклониться.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!

Ассаляму аляйкум

Означает ли это, что я могу обманывать такое государство, делать поддельные чеки на покупку оборудования, чтобы "увеличить" расход и тем самым платить меньше налогов, или вовсе оформить "левое" индивидуальное предпринимательство на человека, которого налоговая не найдет, устроиться у него рабочим и вообще ни каких налогов не платить (платит же индивидуальный предприниматель, а не рабочий)?

Джазакум Аллаху хайр.

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
В таком случае единственное условие: не выходите за рамки слишком далеко.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#123 qonaq

qonaq
  • Guests

Posted 22 November 2007 - 09:41 AM

SƏLƏM ALƏYKUM VA RAHMƏTULLAH....
evlenmek üçün evə ehtiyac var. ipotekanın haram olduğunu deyirlər... yaxşı onda zamanəmizdə kimdir bizə bu qədər borcu faizsiz Allah rizası üçün versin? bəs onda müsəlmanlar nə etsinlər. evlənməsinlərmi? məs:bizim evdə vəziyyət belədir ki, inşa Allah qardaşım evlənməyə hazırlaşır. mən də evlənəsi olsam bu bir evdə mümkün olmayacaq vaxt ötür, yaş çoxalır.. və s.
"darul küfr" ölkəmiz isə haram təklif edir.
mən bəzən hesab edirəm ki, bəzən haram şeylər belə zərurətdən halal ola bilər.
məs: əl-maidə 3 ayənin sonu belədir.
Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
və yaxud: əl-maidə 6 ayənin sonu belədir.
Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman "SU TAPMASANIZ", pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). "ALLAH SİZİ ÇƏTİNLİYƏ SALMAQ İSTƏMƏZ", lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Zərurət həyata təhlükə olanda sayılır. Ona görə bu zərurət deyil, çətinlikdir və ağır vəziyyətdir. Çalışmaq lazımdır ki, başqa yollar axtarasınız və sizin özünüzdən də çox şey asılıdır. Amma Azərbaycanın darul-küfr olması - Azərbaycan darul-küfr deyil, darul islam sayılır, çünki müsəlmanlar yaşayır. Bu qüsürların olması ölkəni darul islamlıqdan çıxarmır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#124 qonaq

qonaq
  • Guests

Posted 22 November 2007 - 09:43 AM

Salam aləykum va rahmətullah....
Faizə pul almaq da haram olmasını isbatlayan dəlil gətirin...
Allah səndən razı qalsın....
Salam aləykum va rahmətullah...

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Quranda Allah Təala ribanı haram, ticarəti halal edib. "Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!" (Bəqərə, 275-276), "(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz..." (Rum, 39)
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#125 xanif

xanif

    Пользователь

  • Пользователи
  • Pip
  • 41 posts
  • Location:Istanbul

Posted 22 November 2007 - 12:23 PM

Assalamu aleykum va rahmatullah va barakatuh!

1-Şeyx namazda surelerı Qur an ardıcıllıqı ile oxumaq lazımdı yoxsa 2ci ruketde oxuduqun sure birinci ruketde oxudugun sureden evvel gelse bele oxumaq olar ?meselen 1ci ruketde Falaq 2ci ruketde Ixlas bele olar mı ?

2-Gece namazını(teeccud namazı) 4 ruket qılacamsa 2-2 qılmalıyam ?

3-xutbede demişdiz ki subh namazından sonra kım güneş çıxana kimi zikr eder sonra Duha namazı qılarsa umre etmiş kimi sayılır...
A-Zikrin yerine Quran oxumaq olar?
B-Güneş ne qeder çıxanda Duha namazın qılmaq lazımdı
C-Duha namazı nece qılınır? bu savabı qazanmaq üçün ne etmeyim haqqında etraflı melumat veriniz Allah rızası üçün!

Cezekallahu xayran!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Düzdür, bu eyib etməz, amma bəzi alimlər tərtibə - ardıcıllığa riayət etməyi yaxşı hesab edirlər.
2. Bəli, bu daha məşhurdur.
3. A) bəli, olar, lakin çalışın ki, buna adət etməyəsiniz. Çünki bu vaxt üçün sünnədə müəyyən zikrlər gəlib. Buna riayət etmək sünnəyə daha münasibdir.
B) Artıq sübhdən 45 dəqiqə və ya 1 saat sonra duha vaxtıdır.
C) Bu namazı da 2+2 rükət olmaqla 12 rükətə kimi qıla bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#126 qonaq

qonaq
  • Guests

Posted 22 November 2007 - 02:11 PM

SƏLƏM ALƏYKUM VA RAHMƏTULLAH....

Əbu Burdə ibn Əbu Musa deyir ki, Əbu Musa əl-Əşari şiddətli ağrı hissi keçirdiyindən ürəyi getdi. Onun başı, ailəsindən bir qadının qucağındaydı. Ailə üzvlərindən bir qadın qışqırmağa başladı. Əbu Musa isə ona cavab verə bilmədi və özünə gəldikdən sonra dedi: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) uzaq durduğu kimsədən, mən də uzağam. «Həqiqətən də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsibət anında ağı deyən, saçını qırxan və sinə paltarını cıran kimsədən uzaqdır»[17].

Doğurdanmı saçını qırxdırmaq haramdır. əgər bu belədirsə onda neçə vaxtdan sonra ölənin qohumları saçını qırxdıra bilər? Və bu hansı qohumlara aiddir?

28 əl-qəsəs
17 - (Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı (günahımı bağışlamağına and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!”

Axı buradan belə çıxır ki, Musa (a.s.) Allahdan qeyrisinə and içir?... “Mənə bəxş etdiyin nemət haqqı”. Bunu mənə izah edin.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Hədisdə söhbət saç qırxmaqdan deyil, saç yolmaqdan gedir.
2. Sadəcə tərcümə səhvdir, belə olmalıdır ki, “Mənə verdiyin nemətə görə...”
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#127 Azmuslim

Azmuslim
  • Guests

Posted 22 November 2007 - 03:15 PM

Salam Aleykum...

1. Tutaq ki, kimdense borc almisham. 6 aydan sonra qaytaracagimi bildirmishem. 6 aydan sonra ise aldigim meblegin deyeri dushub. Mes: borc alan vaxt bu pula 100 qram qizil almaq olurdusa, 6 aydan sonra 90 qram qizil almaq olur. O adam da menden mehz verdiyi deyeri isteyir, yani, 100 qram qizilin meblegini. Onda men ona gerek aldigimdan artiq pul verim.
Bu , selem (riba) sayilir?
Ve ya men kimese borc verdiyim pulu bu qayda ile alsam selem sayilir?

2. Bidet Ehlinin yemeyini yemek olar?

3. Rafiziler Bidet Ehlidir?

Allah razi olsun...

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əslində bu riba sayılmır, çünki siz ondan aldığınız pulu dəyərində də qaytarırsınız.
2. Baxır o necə məclisdir, amma yeməkdə problem yoxdur.
3. Bəli.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#128 Guest

Guest
  • Guests

Posted 22 November 2007 - 04:25 PM

Selam Aleikum! Seher orucu neceye kimi tamamlamag olar

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Sübh namazının azanına kimi – bunu ana səhifədə namaz cədvəlindən öyrənə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#129 Ammar

Ammar
  • Guests

Posted 22 November 2007 - 07:29 PM

Assalamun aleykum va raxmatullaxi va barakatu

Şeyx camaat namazı qılanada İmam “Fatihə” surəsindən sonra digər bir surə oxuyanda biz bu zaman “Fatihə” surəsini oxumalıyıq? Bəzi qardaşlar istinad edillər hədisə ki, “Fatihə” surəsini oxumayanın namazı batildir. Bunun üçün namazda “Fatihə” surəsini oxumaq lazımdır. Digərləri isə istinad edillər ki, Quran oxuyanda sakit olub dinləyəyrlər. Bunun üçün oxumaq olmaz. Necə etməliyik ??

Assalamun aleykum va raxmatullaxi va barakatu
Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu barədə iki rəy var və hər ikisi caizdir. Ehtiyat üçün kim oxuyursa, lap gözəl.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#130 hekim

hekim
  • Guests

Posted 22 November 2007 - 07:36 PM

Assalamu aleykum ve rehmetullahi ve bereketuhu
sheyx bir sualim var
men ushaq poliklinikasinda dish hekimiyem.cox vaxt dermanlari ve materiallari ozum aliram.qebul elediyim ushaqlara gore pul almiram.lakin ushaq pol-kasinda ozum aldigim derman ve materallara gore boyuklerden pul aliram.(maashim az oldugu uchun) bu menim uchun rushvet sayilir?
ALLAH razi olsun

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, bu rüşvət sayılmır. Sadəcə onlara bildirin ki, bu pulu dərmanlara görə alırsınız.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#131 Ramin

Ramin
  • Guests

Posted 22 November 2007 - 11:37 PM

Salam aleykum!Sheyx donuzu doymek gunhadi?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Heyvana əzab vermək olmaz. Hətta onu öldürsən belə gözəl öldürməlisən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



#132 muhajir

muhajir
  • Guests

Posted 23 November 2007 - 08:47 AM

Салам Алекум ва Рахматулахи ва Баракатуху.

1) Скажите в какие числа в Баку будет проходить Курбан-Байрам и день когда будет читаться праздничный намаз. Я нахожусь сейчас в другой стране и хочу расчитать поездку, чтобы не оказать в это время в пути.

2) Если при чтении магриба или иша по забывчивости например первый ракат прочитал просебя, но потом вспомнил и второй ракат уже стал читать вслух - это считается ошибкой? т.е. мне заново перечитать этот намаз или сделать сехв сажда (до или после таслима), или вообще ничего не делать???

Джазак Аллаху хайран.

Салам Алекум ва Рахматулахи ва Баракатуху.

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
1. ИншаАллах, пока говорят, что 20 декабря, а праздничный намаз в мечети пройдет в тот же день.
2. Ради осторожности можно сделать сэхв-сажда.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#133 Guest

Guest
  • Guests

Posted 23 November 2007 - 09:20 AM

As Salam Aleykum.
Qamet qardash, верно ли утверждение, что абсолютно все (животные, птицы, растительность, земля, небеса и т.д) создано для человека?

Wa as Salam Aleykum

Ответ:

Ва алейкумус салам ва рахматуллахи ва баракатуху!
Да, можно так сказать.
Аллах знает лучше!
Вас саламу алейкум ва рахматуллахи ва баракатуху!


#134 NARAZI

NARAZI

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 23 November 2007 - 11:40 PM

Цитата
3. Dagistan, Chechenistan, Tatarstan, ve Moskva sheheinde olan muselman mescheidlerin sheyxlerin xutbelerine qulaq asmaq olar?Men qulaq asmisham onlarda -Ehli sunnadandir(selefi). Belke siz onlai taniyirsuz- Renat, Said Buryatskiy ve s.

Cavab:

Amma qeyd etdiyiniz yerlərdə olanlardan isə bircə Rinat məsləhətdir, o sələfdir, o birisini isə yaxşı tanımıram.

Salam aleykum.
Səid Buryatskiyi yaxşı tanımadığını deyirsən, lakin saytınızda onun təkfirçi ilə məktublaşmasını həm rus dilində, həm də ana dilimizdə tərcüməsini yerləşdirmisiniz. Sayta nəzarət etmirsən?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Niki amma özünə münasib yazmısan, özü də biz deyən kimi böyük hərflərlə. Özü də bu yazışma Buryatskinin deyil, biz bildiyimizə görə bu yazışma Rinatındır. Çalış eyib axtarma, əgər elədirsə, məsləhət et, biz də xətamızı düzəldək. Əlhəmdulillah, mən alim deyiləm, əgər belə bir şey olsa, nəinki sən, hamı xətamı bildirə bilər, burda bir qəbahət yoxdur. Amma sayta mən çox nəzarət edə bilmirəm, bunun üçün ayrıca qardaşlar var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#135 NARAZI

NARAZI

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 23 November 2007 - 11:46 PM

Цитата
Onlar demokratyanin ve dovletciliyin dushmenidirler ya nece?Beyem kimese deyilir ki namaz qilma ve s.demokratya ozu ele haqq bir ilahi qanundurda.   

Çox xahiş edirəm, qırmızı haşiyəyə alınmış sözü mənə şərh et.

Cavab:

Sadəcə belə demək düzgün deyil, nəinki demokratiyanı, islamdan başqa qeyri qanunları müqayisə etmək düzgün deyil. Çünki islam qanunları rəbbani qanunlardır, Allah tərfindən qoyulmuş qanunlardır. Sadəcə hisrlənmə, ola bilər o qardaş təzədir və ya belə bir şey deməkdə problem görmür, ona görə. Sən sadəcə de ki, qardaş bu sözü belə deməmək daha yaxşıdır və s. Tələsdiyindən heç salam da verməmisən. Narazılıq möminin sifətlərindən deyil.
Allah daha yaxşı bilir!


#136 Abu Cavad

Abu Cavad

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 24 November 2007 - 01:00 AM

As-Salamu Aleykum

Akik ferzdir veya sunne\musteheb? Men shexsen akikden ele indi eshitmishem. Oglumun artig 7 ayi var. Men bu halda ne etmeliyem?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu sünnədə gəlib və müstəhəbdir. Eyib etməz, 7 ay və ya neçə il keçib, onun adından kəsə bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#137 Guest

Guest
  • Guests

Posted 24 November 2007 - 01:18 AM

Гепатит Е шагает по Европе

Масштабы распространения гепатита Е, одной из самых опасных форм этой болезни, явно недооцениваются в Европе. Об этом, как сообщила французская газета "Монд", свидетельствует исследование, проведенное группой ученых из Нидерландов. Ее возглавил Эрвин Дйзер из голландского Института здравоохранения и окружающей среды. Итоги исследования были представлены научной общественности на недавней сессии Международного общества микробиологии, которая прошла в британском городе Эдинбурге.
Ранее гепатит Е как эндемическое заболевание был широко распространен на территории ряда стран Азии, Африки, а также в Мексике. С 1997 года, утверждает Эрвин Дйзер, в мире возникли новые штаммы вируса гепатита Е, получившие наименование VHE. Их появление было отмечено в странах, ранее не затронутых данной формой болезни. Новые вирусы были обнаружены и в организме свиней. Заражения такого рода местными вирусами отмечены в Нидерландах, Великобритании, Венгрии, Италии, Франции и Германии.
"В целом в год регистрируется от 30 до 250 случаев", - сообщил Эрвин Дйзер. Данный вирус наиболее опасен для беременных женщин. Он в 20 процентах случаев приводит к смерти заразившейся женщины и в 30 процентах - к выкидышу плода либо преждевременным родам.
В Европе присутствует вирус VHE генотипа 3. Он же обнаружен на территории США, Японии, Аргентины и Новой Зеландии. В Африке и Азии наблюдается вирус генотипа 1, вызывающий целые эпидемии гепатита.
Франция, где на вирусы группы VHE приходится 13,7 процента случаев заболевания острой формой гепатита, является в этой сфере "рекордсменом" в Европе, где средний уровень равен лишь 6 процентов.
Гепатит Е, являющийся острым поражением печени, вызывается попаданием фекальных веществ в пищу человека и его пищевой тракт. Гепатит Е также может передаваться через зараженную вирусом воду и через кровь.
По мнению Эрвина Дйзера, в Европе происходит заражение гепатитом Е от свиней. Доказательством этой теории служит обнаружение большего числа антител к вирусам VHE у людей, работающих в свиноводческих хозяйствах, чем у представителей других групп населения.
В Европе и США зоны случаев заболевания гепатитом Е совпадают с зонами разведения свиней. Проведенный генетический анализ показал сильную близость генетического состава вирусов VHE у человека и у свиней.
Данная гипотеза передачи вируса человеку от свиней, однако, еще полностью не доказана. Тем не менее, анализ на выявление РНК вируса на печени свиней, мясо которых продавалось в Европе, оказался положительным. Специалисты не исключают, что другие свиньи, которым скармливаются внутренности забитых животных, таким образом становятся носителями вируса гепатита Е.
Доказательств заражения человека через потребляемую свинину пока не получено. Таким образом, механизм передачи вируса человеку от свиней пока не выявлен.

Ответ:

Если Аллах запретил что-то, значит в нем нет пользы. Вот и следствия...
Аллах знает лучше!


#138 Guest

Guest
  • Guests

Posted 24 November 2007 - 01:35 AM

Siz deyirsiz ki Nebiden kömek istemek şirkdir. Lakin Subki deyir ki caiz ve gözeldir! Xatırladım ki Subki haqda Zirikli Alamda esrinin şeyxulİslamı deyir! Zehebi de onu terifleyir ve bir çox başqa alim. Subki Deyir:

اعلم أنه يجوز ويحسن التوسل والاستعانة والتشفع بالنبي صلى الله عليه وسلم إلى ربه سبحانه وتعالى ، وجواز ذلك وحسنه من الأمور المعلومة لكل ذي دين المعروفة من فعل الأنبياء والمرسلين وسير السلف الصالحين والعلماء والعوام من المسلمين ، ولم ينكر أحد ذلك من أهل الأديان ولا سمع به في زمن من الأزمان حتى جاء ابن تيمية فتكلم في ذلك بكلام يلبس فيه على الضعفاء الأغمار، وابتدع ما لم يسبق إليه في سائر

شفاء السقام, ص/160

''Bunu bilki Nəbidən sallallahu aleyhi və səlləm yardım və Rəbbi subhənəhu və təala qatında şəfaət etməsini istəmək caiz və gözəldir. Bu işin caiz və gözəl olması bütün bilinən dinlərdə Nəbilərin, peyğəmbərlərin və başqa saleh sələflərin həyatından, və müsəlmanlardan alimlərin, avamların əməli olaraq bilinir.
Bunu heç bir dində inkar edən kimsə olmayıb. İbni teymiyyə gələnə qədər bu haqda heç bir zaman eşidilməyib. Bu barədə zəif ağıl sahiblərinin beyinlərini örtəcək (aldadacaq) bir şəkildə danışdıvə özündən əvvəl digərlərində olmayan bir şey çıxartdı.'' (Subki, Şifaus Siqam 60.)

Bu barede size birçox delil teqdim ede bilerem. Delilleri tekfirçilerin saytında oxumuşam. Orada sizin kimi düşünenlere xavaric deyirler. Yeni bu emele şirk deyenlere. Bir çox alimden neqller getiribler. Hetta sizin eleyhinize İbni Useyminden fetva yazıblar. Vaxtınız olsa baxıb cavab yazsanız sevinerik. Bize de maraqlıdır...

Cavab:

Əvvəla, ərəbcə gətirdiyin mövzu başladığın mövzu ilə düz gəlmir. İkincisi, çünki burda Subki təvəssül mövzusundan danışır. Subki, ümumiyyətlə, sələflərdə mötəbər alim sayılmır. Hətta siz hansısa sələf alimindən belə misal gətirsəniz də, bilmək lazımdır ki, istənilən adamın sözünü alıb atmaq olar, bircə peyğəmbərin (s.a.v.) sözündən başqa. Ona görə də bir alimin nəsə deməyi, o hələ hüccət deyil. Hüccət o zaman olur ki, səhih dəlil olsun. xüsusən də bu məsələdə. Peyğəmbərlə (s.a.v.) bu cür təvəssülə dəlil yoxdur. Sadəcə bu sağlığında olardı, o da yaxınlaşıb ona deyərdilər ki, bizə dua et. Amma o öləndən sonra heç kəs onun qəbrinə belə təvəssül etmədi.
Ona görə Ömər ibn Xəttabın (r.a.) xilafəti zamanı bir müddət yağış yağmadığına görə Abbas vasitəsilə təvəssül etdi, o dedi: "biz peyğəmbərin (s.a.v.) vaxtında onunla təvəssül edərdik, indi isə sən onun ən yaxınlarındansan, sən et." Bu açıq-aydın dəlil idi ki, peyğəmbərin (s.a.v.) qəbri onların yanında idi. Ömər bu cür edəndə heç kim, nə Abu Bakr (r.a.), nə Osman (r.a.), nə də Əli (r.a.) demədilər ki, ya Ömər (r.a.) get qəbirdən təvəssül et. Ölən adamla təvəssülə səhih dəlil yoxdur.
Amma sizin dediyiniz kimi kömək istəmək isə doğrudan da küfrdür.
Fatihə surəsinin “İyyakə nəubudu və iyyakə nəstəyin” ayəsinə ziddir. Mən məsləhət görərdim ki, hər gün bir neçə dəfə oxuduğun bu ayənin tərcümə və ya təfsirini oxu, onda sənə hər şey aydın olacaq.
Allah daha yaxşı bilir!


#139 abdulqadir

abdulqadir
  • Guests

Posted 24 November 2007 - 12:16 PM

Salam aleykum.
1. "Foreks " maliyyə bazarında (valyuta ticarəti) iştirak etmək olarmı?
2. Seyx, bir çox işlər bankda hesab açmaqla həyata keçirilir. Ümumiyyətlə banklarla küçürmə yolu ilə işləmək olarmı? ə yaxud da, bank vasitəsilə pul göndərilir və alınır. burada bir problem varmı?
Allah razı olsun.
Salam aleykum

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu məsələyə belə baxdıqda problem yoxdur, sadəcə bu məsələyə girişən adam əvvəl riba və s. ticari məsələləri yaxşı öyrənib sonra girişsin, belə edərsə problem olmaz.
2. Xeyr, burda heç bir problem yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#140 ibrahim

ibrahim
  • Guests

Posted 24 November 2007 - 01:04 PM

as salam aleykum
al buxari (rusca tercumesinde) torpaq ekib becermek bolumunde,10/2339
---""zuxayr ibn rafini resul sas yanina chaqirib sorushur--"siz torpaqlariniznan ne edirsiz ?
-""biz onlari icareye veririk (me'hsulun sonunda) xurma ve taxil evezine.
resul sas cavabinda ""--bunu elemeyin, ya ozuvuz ekin, yadaki, bashqasina (havayi ) verin ki, eksin, (eger buda yoxdursa) torpaqi becerilmemish saxlayin.
2344 sehifedede, ibn umardan bele bir hedis gelir ki,
eshidendeki rafi (r.a) bu cur deyir,ibn umar onun yanina gedir sorushur , cavabinda rafi ona-"resul sas torpaqi icareye vemeyi qadaqan eleyib bize! ""
ibn umar cavabinda ""menim atam ve men, resul sas vaxtinda torpaqi icareye vermeknen dolanirdi, sonra abu bakr (r.a) vaxtinda da bu cur olub, ta indiyenecen .
sonra ibn umar rafi (r.a) sozlerine inanaraq, torpaqi icareye vermekden chekindi.
SUAL
1.BURDA OLA BILERKI UMAR R.A RESUL SAS SOZLERI GELIB CHATMAMASHIDI ?
YANI ISLAMIN EVVELRINDE BU EMEL QADAQAN OLUNMAMISHDI, SONRA RESUL SAS
HEYATININ AXIRLARINDA BUNUDA HARAM ETDI ?
2.EGER BU HARAMDIRSA ONDA DUKANI ICAREYE VERMEKDE HARAM SAYILIR ?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Belə hallar tarixdə çox olub, yəni peyğəmbər (s.a.v.) nəyisə deyəndə, o demək deyildi ki, bütün səhabələr bunu bilirdilər.
2. İcarəyə verilməkdə heç bir problem yoxdur, amma yuxarıdakı hədisə baxıb aydınlaşdırarıq ki, məqsəd nədir.
Birinci rəvayətdə İbn Ömərin torpağı icarəyə verməkdən əl çəkməsi qeyd olunmur. Bu haqda ikinci rəvayətdə qeyd olunur və deyilir: İbn Ömər (Allah ondan razı olsun) icarə haqqında başqa hökm çıxarmasından ehtiyatlanıb icarəyə verməyi dayandırdı.
Göründüyü kimi buna səbəb onun ehtiyat etməsi idi.
Mən sizə bu mövzunu oxumağı məsləhət görərdim:

ORTAQ ƏKİNÇİLİK
(əl-Müzarəə)

Tərifi:
Ərəb dilçiliyində "əl-Müzarəə" sözü, torpaqda bitən məhsulları əkib becərmək mənasını daşıyır.
Sözün buradakı mənası isə, torpağı, əkinçiyə vermək və becərilən məhsulun yarısına və ya bir hissəsinə şərik olmaqdır.
Bu işin icazəli olması:
Nafi deyir ki, Abdullah ibn Ömər (Allah onlardan razı olsun) ona belə demişdir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xeybər camaatı ilə, becərdikləri əkin və ya bağ məhsullarının yarısına şərik olmağa razılaşmışdı»[1].
Buxari deyir[2]: Qeys ibn Muslim Əbu Cəfərdən belə rəvayət edir: «Mədinədə olan mühacir ailələri əkdiklərinin üçdə və ya dörddə bir hissəsinə şərik olurdular. Məsələn, Əli, Səd ibn Malik, Abdullah ibn Məsud, Ömər ibn Əbdüləziz, Qasim, Urvə, həmçinin Əbu Bəkrin, Ömərin, Əlinin ailəsi və İbn Sirin belə edərdilər».
Əkin-biçin xərcləri kimin boynuna düşür?
Xərcləri, yer sahibi, əkinçi və ya hər ikisi ödəyə bilərlər.
Buxari deyir[3]: Ömər insanlarla belə danışardı ki, əgər əkmək üçün toxumları Ömər versə məhsulun yarısı onundur. Əgər toxumu onlar gətirsələr, onlar üçün də eynisi olacaqdır.
Daha sonra deyir: Həsən demişdir ki, əgər torpaq birinindirsə hər ikisi oraya xərc çəkə və becərilən məhsulu ortaq bölə bilərlər. Bu rəyi əz-Zuhri adlı alim də dəstəkləmişdir.

Ortaq əkinçilikdə qadğan olunan hallar:
Əkilən torpağın bu hissəsi sənin, bu hissəsi isə mənimdir – deyib şərt kəsmək olmaz. Həmçinin torpaq sahibinin əkinçiyə, mənə bu qədər məhsul verərsən, qalanı sənin olar – deməsi düzgün deyil.
Hənzələ ibn Qeys, Rafi ibn Xudeycin belə dediyini rəvayət edir: «Əmim mənə danışırdı ki, onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında icarəyə torpaq götürür, torpaq sahibinə çay kənarında bitən və ya onun istədiyi qədər məhsulu verirdilər. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə etməyi qadağan etdi.
Mən Rafiyə dedim: Bəs torpağın dinar və ya dirhəmlə (yəni, pulla) icarəyə verilməsi necə?
Rafi dedi: Torpağı dinar və ya dirhəmlə (yəni, pulla) icarəyə vermək olar.
Leys deyir: Qadağan olunan hal, halal və haramı ayırd edən mütəxəssislər tərəfindən baxılıb, təhlükəli hesab edilən anlara aiddir»[4].
Hənzələ digər rəvayətdə deyir: Mən, Rafi ibn Xədicdən torpağın qızıl və ya gümüş ilə icarəyə verilməsi haqqında soruşdum? O dedi: «Belə etmək olar. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında insanlar torpaqlarını icarəyə verir, çay kənarında, dağlarda, kiçik çay hövzələrində yetişən məhsulları və ya məhsulun müəyyən hissəni əvvəlcədən istəyirdilər. Belə halda bir tarla canlanır, digəri məhv olur, digəri canlanır, bu məhv olurdu. İnsanların bundan başqa icarəsi yox idi. Ona görə qadağan edildi. Zəmanət olan halda icarəyə vermək olar»[5].

________________________________________
[1] Buxari: 5/ 13/ № 2329. Müslim: 93/ 1186/ № 1551. Əbu Davud: 9/ 272/ № 3391. İbn Macə: 2/ 824/ № 2467. Tirmizi: 2/ 421/ № 1401.
[2] 5/ 10.
[3] 5/ 10.
[4] Rəvayət səhihdir. əl-İrva: 5/ 299. Buxari: 5/ 25/ № 2346 -47. Nəsai: 7/ 43. Onun rəvayətindən Leysin sözü yoxdur.
[5] Rəvayət səhihdir. əl-İrva: 5/ 302. Müslim: 3/ 1183/ № 1547. Əbu Davud: 9/ 250/ № 3376. Nəsai: 7/ 43.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#141 XALIL

XALIL

    Пользователь

  • Пользователи
  • Pip
  • 3 posts
  • Location:Xirdalan shah.
  • Interests:kitab oxumaq

Posted 24 November 2007 - 01:17 PM

Əs salamu aleykum! Mənim Sizə 3 sualım var? Zəhmət deyilsə cavablandırın. 2 rükətli istixarə namazı nə zaman qılınması bəyənilir? (vaxt baxımından)... Bu duanı «Allahummə inni əstəxirukə biilmikə, və əstəqdirukə biqudratikə, va əsəlukə min fadlikə-l-azım, fə-innəkə təqdiru va lə əqdir, va tələmu va lə aləm, va əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tələmu ənnə həzə-l-əmra xeyrun li fi dini, və məaşi, va aqibəti əmri. Acilihi va əcilihi - fəqdurhu li, va yəssirhu li summə bərik li fihi. Va in kuntə tələmu ənnə həzəl əmra şərrun li fi dini, va məaşi, va aqibəti əmri, acilihi va əcilihi – fasrıfhu anni, vasrıfni anhu, vaqdur liyəl-xeyra heysu kənə, summə ardıni bihi» nə zaman oxumaq lazımdır.namaz vaxtı yaoxsa namazdan sonra?...Bu duadan sonra bu dünyaya aid ehtiyacımızı söyləmək olarmı?....ALLAH razı olsun.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
İstixarə namazı üçün müəyyən bir vaxt yoxdur, sadəcə çalışın ki, günəşlə bağlı haram vaxtlara zərurət deyilsə, düşməsin. Axşam və ya gecə də qıla bilərsən, duanı isə namazdan sonra et. Dünyadan isə halal hər bir şeyi istəyə bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

[FONT=Arial] Əsil Dost[COLOR=blue][SIZE=7]

#142 muslim-fratello

muslim-fratello
  • Guests

Posted 24 November 2007 - 08:54 PM

Salam Aleikum Wa Rahmatullahi Wa Barakatuhu

Qamet qardash size bir neche sualim

1) Meselen men hansisa bir namazin sunnetini qiliram, bashqa bir qardashda elebilirki men farzi qiliram, gelir goshulur menim yanima bashliyir camaat namazi qilmaqa, onda men neynemeliyem? ve o namaz camaat namazi kimi sayilirmi? Hamin adam tezden mi namaz qilmalidir? chunki onda niyyet farz idi, mende niyet sunnet

2) Yashadigim sheherde teravih namazina getmishdim, namazin axirinci 3 ruketinde balaca 9 yashinda ushaq imam kimi durdu. Imam durmaq uchun yash rol oynuyurmu? onuda deyim ki chox gozel sesle sureleri oxudu.

3) Menim ishime gore choxlu mushterilerin ish yerlerine getmeli oluram. bezen olur ki namaz otagi olur, orda namazimi gila bilirem, bezen ise hech otaq olmur qilmaga, onda mecbur oluram, ele camaat otaqda oturan yerde oturaraq gilmaqa, amma onlarin xeberi olmurki men namaz qiliram, sizce olar ele etmek?

4) Bezen olur ki namazin vaxtina chox az qalanda eve gedende iki variant olur, ya metroda avtobusda oturaraq gilim, yadaki namazi vaxtinnan gecikdirib evde gilim, sizce hansi daha meslehetdir?

5) Qusl alarken ovret yerlerinin bagli olmagi vacibdirmi? bagli olmasa o gusl sayilmirmi?

6) Sizin bir neche xutbelerenizde eshitmishem ki Qurani eshidende eger qelbinde bir canlanma olmursa o qara qelbdir. Sizce o canlanma daha chox eger o sozleri basha dushseydik olmazdimi?

7) Iki neferin camaat namazi qilmasi haqda bir meqale oxudum, selefi inglis saytlarinin birinnen, orda deyilir ki Peygamber (sav) isha namazi qilmaq istiyende Ibn Abbasin qolunnan tutdu sagina sechki ve eyni xetde qoydu ve namaza bashladi, Ibn Abbas ise namazin ortasinda dala chekildi, ve Peygamber (sav) qurtarannan sonra dediki sen niye bele eledinki? Ibn Abbasda dediki men siz Allahin Rasulu ile yan yana durub namaz qila bilmerem axi. Sualim beledir, bilmirem bu hadisin davami var ya yox, sizce hanafilerin imamdan biraz arxada durmagi bunami goredir? yani hadisde bildirilmir ki Peygamber (sav) Ibn Abbasin hereketi ile razilashdi ya yox

8) Qardashlardan bir nefer mene danishmishdir ki bir gun Sheyx ALbanininn telebesi yuxu gorurki Peygamber (sav) bir neche sahabe ile gelib bu dunyaya, ve hemin telebe sorushurki siz na yaxshi bura gelmisiz? Peygamber (sav) deyirki biz bir neferin daliyca gelmishik. Hamin talaba durur yuxudan gedir ki bunu Sheyx Albaniya danishsin, ve gorurki Sheyx Albani tezelikce rehmete gedib. Sizce bu dogru olan hadisedirmi?

birdeki axirinci sualima gore butun forum ishtirakchilarinnan uzr isteyirem

9) Men eshitmishem ki ayaq yolunda hech bir kitab oxumaq olmaz, birde danishmaq olmaq, shariyata gore bu dogrudurmu?

Allah razi olsun

Assalamu Aleikum Wa Rahmatullahi Wa Barakatuhu

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bəli, bu camaat namazı sayılır, xüsusən də onun üçün. Buna görə də yenidən namaz qılmağa ehtiyac yoxdur.
2. Eyib etməz, əsas odur ki, həm oxuymağın, həm də namazın ehkamlarını bilsin. İmam Şafii (r.) 7 yaşında imam dayanardı.
3. Eyib etməz, əsas odur ki, çalış namazın vaxtını keçirmə.
4. Namazı gecikdirmə, yəni vaxtından çıxarma.
5. Qüsül sayılır, amma bağlamaq daha müstəhəbdir, daha əfzəldir.
6. Başa düşsəydiniz, lap gözəl. Amma başa düşməsəniz belə təsir etməlidir.
7. Xeyr, imamdan bir az arxada dayanmağa iki nəfər namaz qıldıqda səhih dəlil yoxdur.
8. Ola bilər. Şeyx Albani (r.) alim və təqva əhlindən idi. Allah ona rəhmət eləsin! Belə yuxular çox olub, hətta sağlığında ikən.
9. Bəli, bu ədəbdəndir. Ehtiyac yoxdursa orda danışmayın, oxumayın. Hər çeyin öz yeri var.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#143 Sh.Vusal

Sh.Vusal

    Пользователь

  • Пользователи
  • Pip
  • 3 posts
  • Location:Qax,Sheki

Posted 24 November 2007 - 11:58 PM

Əssalamun aleykum!
Qardaş mənim sizə bir neçə sualım olacaq.
1)Saytınızda vitr namazı ilə bağlı bir sıra məlumatlar əldə etmişəm lakin tam dolğun olaraq basha düşməmişəm.Yəni tutaq ki əyər 3 rükətli vitr namazını qılıramsa 2 rüketde teşehhüd duası oxunmalıdırmı çünkü Aişə(r.a)-dən gələn hedisde gösterilir ki,Peyğemberimiz(s.a.s)yalnız axırıncı rüketde oturarmış.Zehmet olmazsa qısaca bunu deyerdiniz.
2)Turk müellifli kitablarda dəstəmazla bağlı gösterilir ki gəyirmək(öymək), qusmaq ,qadına şehvetamiz toxunmaq destemazı pozur yəni bu saytdakı melumatla ziddiyyet teşkil edir.
3)Növbeti ziddiyyet secdeye gederken ilk evvel ellerin qoyulması ilə bağlıdır.Mən bu barede peyğemberimizin hedisini esas tuturam (sizin saytda yerleşdirdiyiniz),lakin onlar bu ardıcıllığın düzgün olmadığını deyirler,çünkü bu halda secdeden qalxdıqda yeqinki ilk evvel dizler sonra ise eller götürülmelidir ve bu tentimeye sebeb olur.Zehmet olmasa doğru ardıcıllığı deyerdiniz.
4)"Qrani Kerim"in tercümesinde mən oxuduğum yerə qədər bir neçə ayədə ]Allahın adı çəkilməyərək kəsilən heyvanların ətinin haram olduğu bildirilir onda sizce kitab ehlinin istehsalı olan ət məhsullarının yeyilməsi nə dərəcədə doğrudur.
5)Seher namazında tam destemaz aldıqdan sonra mən adeten ayaqyalın və qolu qısa köynəkdə namaz qılıram bu doğrudurmu? Və birdə yatıb durduqdan sonra ayağıma təmiz corab geyinirəm və növbəti namazlarda yalnız məsh çəkirəm buna da zehmet olmasa aydınlıq getiresiniz.
Allah sizden razı olsun!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Əgər 3 rükəti birbaşa qılırsınızsa, bəli, təşəhhüdü sonuncu rükətdə oxuyun.
2. Buna səhih dəlillər yoxdur, ona görə də bu əməllər dəstəmazı pozmur.
3. Bu məsələdə hər iki hal caizdir, yəni həm əlləri, həm də dizləri birinci qoymaq olar. Sadəcə həyatının sonuna yaxın peyğəmbər (s.a.v.) birinci əllərini yerə qoyardı.
4. Kitab əhli istisnadır, çünki Maidə, 5-də Allah Təala icazə verir.
5. Səhər qıldığınız namaz düzdür, amma yatıb-durduqdan sonra məsh çəkməyiniz düzgün deyil. Çünki corabı dəstəmaz aldıqdan sonra geyinməli idiniz, corabı çıxardıqdan sonra məshin hökmü pozulur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#144 Faiq

Faiq

    Пользователь

  • Пользователи
  • Pip
  • 3 posts
  • Location:baku

Posted 25 November 2007 - 12:06 AM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!sheyx sualim ucun meni bagishla.amma cox isteyirem sorushmaq.axirinci defe ne vaxt zina etmisen - sorushurlar??? deyirler zina etmek,adam oldurmekle eyni gunahdir.bu neqeder duzdur?cavabini gozleyirem .allah razi olsun.Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Ola bilsin siz soruşmaq istəmisiniz ki, sizə belə sual verdikdə nə cavab vermək lazımdır. Siz deyin ki, əlhəmdulillah, mən belə əməllərdən uzağam. Zina böyük günahlardan biridir, lakin ölüm kimi yox. Sadəcə cəzası əgər evlidirsə, öldürülməli, subaydırsa, şallaqlanmalıdır. Bu hökmü hakim, qazi verə bilər. Allah Təala bizi haramalrdan uzaq etsin. Sualı daha aydın versəydin daha yaxşı olardı, nəsə demək istəmisən, amma qısa yazmısan.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#145 MUHAMMED2007

MUHAMMED2007
  • Guests

Posted 25 November 2007 - 03:22 AM

SALAM ALEYKUM,

Sheyx bu yakhinlarda bele bir sheyin shahidi oldum.
Moskvada NANOMETR elmi uzre mehshur rus alimi Sehv etmiremse Akademik RAN KOVALCHUKUN adgununde ofisiant kimi chalishirdim. Onun adgununu tebrik etmek Rusyanin mehshur adamlari gelmishdir ( Kiriyenko kech.bash nazir, Igor Ivanov indiki bash nazir ve Primakov Rusyanin kech.bash naziri ) Primakov ona Hediye olarag GURAN baghishladi.
Yeni demeyim odur ki, bunlar negeder islami pisleselerde ozleri GURANDAN chox istifade edirler

Asalamun aleykum ve rehmatullag

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, bu belədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#146 Aisha

Aisha
  • Guests

Posted 25 November 2007 - 03:06 PM

Salam aleylkum sheyx.Eger bir qadinin eri tez tez uzun muddetli sefere cixirsa ve eri ile laziminca yaxinliq ede bilmirse qadinin icazesi varmi ki oz cinsi telebini suni yola odesin?(Her hansi bir alet ve ya neilese..)Suala cavab vererken iki sheyi nezere alin birincisi qadin cinsi isteyinin odenilmemesine gore gunaha dushur ikinciside selef alimlerinin bu barede fikilerini zehmet deyilse delillerle yazin.
Salam aleykum wa rahmatullahi wa barakatu.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, belə olmaz. Bunu ərinə bildirsin, problemi halal yolla həll etsin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#147 IBRAHIM-1427

IBRAHIM-1427

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts
  • Location:Baki/Azerbaycan

Posted 25 November 2007 - 08:32 PM

AsSalamu aleyke Sheyx.Bir tanishim mene bele bir sualla muraciet edib (oldugu kimi yaziram):
"Essalamualeykum.Abdullah ibn Amr ibnul As (r.a) rev.edir.Resulullah (s.a.s) saqqalini enine ve boyuna alardi.(Tirmizi). Kutubi-Sitte... Omer(r.a) saqqalin bir tutamdan artiqini (seliqesiz) kesdirdi,Imam Malike gore bir tutamdan artiq mekruhdur.Serbest buraxmaqmi, seliqeli saxlamaqmi ? Bu movzuda alimler arasinda ikhtilaf var.Men kor-korane tedbiqin terafdari deyilem."
Zehmet olmasa bu meselede tanishima aydinliq getirerdiniz.
Assalamu aleykum va rahmatullahi va barakatu.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Peyğəmbərdən (s.a.v.) belə bir hədis gəlməyib ki, o saqqalından götürüb. Sadəcə bəzi səhabələr bir ovucdan artığını götürüblər, və bunlardan da məşhuru ibn Ömərdir (r.a.). Ona görə bəzi alimlər, imam Malik (r.), imam Əhməd (r.) saqqaldan götürməyi görüblər, bir ovuc isə saqqalın ən qısa həddidir, amma uzunluğu üçün bir hədd gəlməyib. Ona görə yaşadığın yerə baxırsan, əgər din yüksək səviyyədədirsə və ələ salınmırsa, onda yaxşıdır ki, bir ovucdan da uzun olsun. Əgər problemli yerdirsə, onda yaxşıdır ki, bir ovucdan artığı götürülsün.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#148 qonaq

qonaq
  • Guests

Posted 26 November 2007 - 10:19 AM

SƏLƏM ALEYKUM VA RAHMƏTULLAH...
1) mənim verdiyim sualları yaxşı cavablandırmamısınız. (bax 9 səh. qonaq niki ilə).
mən sual verirəm ki, borca pul alıb və buna görə faiz ödəmək də haramdır. kim bu barədə fətva verib.
2) evlenmek üçün evə ehtiyac var. ipotekanın haram olduğunu deyirlər... yaxşı onda zamanəmizdə kimdir bizə bu qədər borcu faizsiz Allah rizası üçün versin? bəs onda müsəlmanlar nə etsinlər. evlənməsinlərmi? məs:bizim evdə vəziyyət belədir ki, inşa Allah qardaşım evlənməyə hazırlaşır. mən də evlənəsi olsam bu bir evdə mümkün olmayacaq vaxt ötür, yaş çoxalır.. və s.
3) mən evdə dedim ki, ipoteka krediti götürməyin, çünki bu haramdır. Mənə dedilər ki, sən maaş alırsan, dövlət oradan da faiz tutur gəlir məbləğinə görə. Bu da sələmdir.
bu da sələm yedirməkdirmi?

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu haramdır, bu elə ribanın özüdür, biz də Qurandan ayə gətirdik.
2. Ev məsələsi evlənməyin qarşısını almamalıdır, bu problemi kirayə ilə də həll etmək olar. Bu məsələ evlənməyə mane olmamalıdır, yoxsa bu zaman çox cavanlar evlənməməlidir.
3. Elə şeylər var ki, ondan qaçmaq mümkün deyil, yəni sənin ixtiyarınla olmur, amma ipoteka sənin ixtiyarındadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#149 qonaq

qonaq
  • Guests

Posted 26 November 2007 - 12:05 PM

As-Salamu Aleykum.
vitrdə qunut tutmaq fərzdirmi?
As-Salamu Aleykum.

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Xeyr, buna adət etməyin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#150 Guest

Guest
  • Guests

Posted 26 November 2007 - 12:16 PM

Axi quranda yazilib ki ag sapi qara sapdan ayirana qeder yeyin icin

Cavab:

“...sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın...” (Bəqərə, 187) – bu sadəcə misaldır, əsas sübhün açılmasıdır, sübhün də açılması azanladır.
Allah daha yaxşı bilir!





1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users