Jump to content


Photo

01 февраля 2016 года


  • This topic is locked This topic is locked
38 replies to this topic

#1 admin

admin

    Administrator

  • Админ
  • Pip
  • 100,154 posts

Posted 05 January 2016 - 12:16 PM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!
Əziz müsəlmanlar! inşəAllah, fevralın 1-dək suallarınızı forumda verə bilərsiniz.
Suallarınız bir neçə gün ərzində məscidimizin imamı Qamət Suleymanov tərəfindən cavablandırılacaqdır.
Hamınızı maraqlı suallarla gözləyirik!
Salam aleykum!


Ас саламу алейкум, уважаемые мусульмане!
ИншаАллах, до 1-го февраля можете задавать вопросы на форуме.
В течении нескольких дней на ваши вопросы ответит имам нашей мечети Гамет Сулейманов.
До встречи в онлайне! Готовьте вопросы.
Салам алейкум!!


DİQQƏT, DİQQƏT, DİQQƏT!!!
Yalnız söz yığımından ibarət olan,
əxlaqsız və ədəbdənkənar ibarələrlə dolu olan,
forum iştirakçılarının bir-birinə
elmsiz, dəlilsiz və əsassız cavabları
silinərək foruma buraxılmayacaq.
Yazıları bu şərtləri ödəməyən istifadəçilər
haqqı halal etməni tələb etməsələr də olar,
çünki forumun və onun sahibinin
haqqını ödəmək lazımdır.


#2 ANS TV-iran wie kanali

ANS TV-iran wie kanali
  • Guests

Posted 07 January 2016 - 08:21 PM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
Qardaw, Medine mescidinin ziyareti Hecc ayininin vacib wertidi ? yoxsa musteheb emeldir ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, o müstəhəbdir. Həccin ərkanlarından deyil. Yəni sən Həccə gəlsən, Mədinəyə getməsən həccin düzdür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#3 Guest

Guest
  • Guests

Posted 07 January 2016 - 11:02 PM

Salam aleykum. Bir bacinin xahişile. Bir Bacinin eri cox zikr eden mescide geden ve qiraqda imanli sakit taninan qardasdi. Ümumiyyetle yaxşı insandı ' yaxşı cehetleri var(bacinin dilinden). Sadece evde, çölde her şeye esebleşir ve baciya eziyyet verir bos yere. Demek olar sebebsiz baciyla soz sohbetler edir. Baci cox yorulub deyir artiq bu yuku dasiya bilmirem. Men bacini taniyiram sakit itaetkar basiasagi bacidi. Bezi misallar getirim: meselen harasa gedirler yolda uşaq aglayir qardas zovcesiyle dalasir ki bu usax niye aglayir' gelib evde danisdirmir sifet edir. Yaxud seher gorur qab yuyulmayib (catdirmayib yorgun olub) qarisir bacinin isine dalasir ki niye yumamisan. Basqa islerine de cox qarisir.Yolda bacinin elinden tesadufen sumka duşsun dalasacaq ki bax niye sumka duşdü. Bu baci eri ile normal sohbet ede bilmir. Istenilen sohbet soz- sohbetle bitir. Baci izahat verende deyir direşirsen..susanda da deyir susursan. Bax ancaq sebebsiz seylerdi. Arada duzelir mulayim olur , deyir peşmanam sonra yene hemin şeyler!Baci da deyir ki sebeb olsa pis olmaram. Suçum olmadan evde dava qan -qaraçılıq.Deyir qulluğunda dururam yemek hemise hazir evler temiz yani qadın vezifesini yerine yetirir. Deyir mene eziyyet edenden sonra onun nafile namazlarini zikrlerini ne edirem ki?! Baci xeste olanda dayaq ola bilmir meselen deyir niye qusursan ozuvu ele al qusma. San ki bacinin elindedi. Qardaş deyir ki men ideal qadin isteyirem. Bir sozle baci her gun yuxudan oyananda duşunur ki goren bu gun neye danişacaq yoldaşim. Őzde baci her cur izahlar edib demediyi şey qalmayib qardaşin islahı üçün.
Bu qardasa nese meslehet gorun. O sebebden yaziriq size. Belke qardas cinlidi? Yoxsa xasiyyetdi? Nese meslehet verin Allah ucun' biz de ona catdiraq meslehetinizi. Çox xirdaçil xasiyyeti var, bacı artiq boşanmağı düşünűr.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ən birinci Allahdan qorxsun. Çünki əgər siz deyən kimidirsə, ola bilər çöldə problemlər olur, ola bilər nəsə sizdə xoşlamır. Ona görə oturun danışın, daim nəsihət edin. Çünki qadının da haqları var. Həddi aşmaq, zülm etmək olmaz. Allah Təalə bizdən adil olmağı tələb edib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#4 Muslim

Muslim
  • Guests

Posted 09 January 2016 - 07:10 AM

Salam Aleykum.
Sheyx valideyn cahildirse ve cahil toyu edirse ve hec cure razilashmirsa ne etmeli. Toyu dayandirmaq olar? Ve ya o toyda oturmaq?qeyd edimki 2 ildi nishanlidi ve kebinleride var.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz toyda oturmayın. Qoyun onlar özləri nə istəyirlərsə etsinlər. Əgər o mühavilələrdən sonra müsəlman toyu etməyəcəklərsə və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#5 Амин

Амин
  • Guests

Posted 09 January 2016 - 04:19 PM

Ас саляму алейкум. Брат в некоторых местах скрещивают деревья, они берут к примеру лимонное дерево и привязывают к нему апельсинное и плод получается между лимоном и апельсином, это делается с разными деревьями.
1)Разрешено ли такое скрещивание или оно является как скрещивание животных?
2)Если мне дают плод такова дерева могу ли я его сесть?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Olar, bəli.
2) Əkə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#6 Guest

Guest
  • Guests

Posted 10 January 2016 - 04:28 PM

Salam aleykum. Nese alanda qiymet tutalim 49 manatdirsa demek olar 50 manatdir? Yani 1manat ferqi var da 50ye yaxin oldugu uchun ele demek olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Düz olsa daha yaxşıdır. Bir dənə yoldaşınızdan başqa. Ona bir az artıq deyə bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#7 Rashad

Rashad
  • Guests

Posted 10 January 2016 - 09:22 PM

Salamun aleykum weyx. Namaz qilarken sutun ayaqqabilari qoymaq olarmi? Asqiranda ne ucun ELHEMDULLILAH deyirik? Namazda wehadet barmagimizi tutmagimiz weytana hededimi? Bu barede weyx Albaninin Allah ona rehmet elesin peygembetimizin namazi adli kitabindan oxudum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əgər heç nə olmasa, bəli.
2) Çünki Peyğəmbərimiz (Allahın ona salamı olsun) bizə belə öyrədib. Asqıranda “əlhəmdulilləh” deyin. Həmçinin orada böyük hikmətlər var. Çünki asqıranda bütün bədən silkələnir. Və Allaha şükür edirsən ki, səni salamat elədi. Allah bilir. Çox hikmətlər var.
3) Sadəcə bu barədə Peyğəmbərimiz (Allahın ona salamı olsun) barmağını tutub deyə, bizdə tuturuq. Sadəcə şeytan sən Allah və rasulunun dediyi nəyi etsən qəzəblənir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#8 AbdulVəhid

AbdulVəhid
  • Guests

Posted 10 January 2016 - 10:00 PM

Əs-sələmu aleykum və rahmətullahi və bərakətu!

Şeyx, Allahın izni ilə evlənmək istəyirəm. Ancaq xeyirli zövcə tapmaq çox çətindir. Məsələni bir az geniş izah edim ki, daha yaxşı başa düşəsiniz. Şeyx, qadın seçimində mənim özüm də bir az xırdaçılığa gedənəm. Nəyə görə? Əxi mən qadınların psixologiyası, düşüncəsi, cinsi zövqləri barədə xeyli məlumatlıyam. Tez zamanda onların nə cür zövqə malik olduğunu başa düşürəm. Əxi qadınlar filan filan özəlliklərə sahib kişiləri cəlbedici görürlər. Məndə də bu özəlliklərin bəzisi var. Ancaq bəzisi yoxdur. Ona görə yoxdur ki, buna vicdanım yol vermir. yəni, məsələn cavan qızlar Allahın şəriətində zülm kimi qeyd olunan özəlliklərə sahib kişiləri daha cəlbedici görürlər. Və mənim vicdanım bu özəllikləri daşımağıma razı olmaz. İndi zövcə alsam belə ürəyimdə hər zaman biləcəm ki, zövcəm mənimlə sadəcə evlilik xətrinə cinsi əlaqədə olur. O mənəvi olaraq mənim olmayacaq. Məni cəlbedici görməyəcək bəzi cəhətdən. Qəlbində başqalarına - bəzi haram iş görən kişilərə qarşı heyranlıq olacaq. Fikri başqalarında qalacaq. Çünki istər-istəməz cavan qızdır, necə olmasın? Mənimsə qəlbim rahat olmaycaq. Qısqanclıq və sair. Mənim problemim budur. Və qorxuram buna görə tezliklə boşanam. Hətta tez-tez evlənib boşanam. Mənə bir tövsiyə edərdiniz.

Allah razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, çox dərinə getmək də lazım deyil. Qadın belədir ki, birini görürsən deyirsən bu yaxşıdır, sonra başqasını görürsən deyirsən bu yaxşıdır. Belə dünyanı fırlanacaqsan, yenə dünyanı fırlana-fırlana qalacaqsan. Sən sadəcə bax. Dinə üstünlük ver. Düzdür, ürəyinə yatanda olmalıdır. Əgər bunlar varsa, al. Əlhəmdulilləh, Allaha təvəkkul elə, istixarə elə. Amma belə dünyanı fırlana-fırlana qalacaqsan.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#9 Guest

Guest
  • Guests

Posted 11 January 2016 - 02:19 AM

Salam aleykum hamile qadin ramazandan qalan qezalarini tuta biler bir iki aya usaq dunyaya gelecek Sud veren vaxti tuta biler?bu ramazanin evvelinde tutmusdu bir az hekim dediki olmaz usaq ucun tehlukelidir ac qalmaq hem de evvelki hamilelik sona kimi olmamisdi coxlu mualiceden sonra ALLAH qismet etdi.indi sorusur ki qezalarini ne vaxt tuta biler?qeza tutmalidirmi yoxsa yox?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Nə vaxt rahatlaşanda qəzalarını edər. Məsələn, azad olandan sonra, süd verən vaxtı baxar. Əgər südverən vaxtı, südünü azaltmayacaqsa, səbəb olmayacaqsa, hə və ya süd verməyəcəksə, qəzalarını tutar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#10 az-Zubeyr

az-Zubeyr

    Пользователь

  • Пользователи
  • Pip
  • 94 posts

Posted 11 January 2016 - 03:25 AM

Assalamu aleykum

www.fatvalar.com saytına yüklənmiş son fətvalar:

1- Şeyx Useymin - Cərh və tədil ölməyib və ölməyəcək!


2- Şeyx Süleyman Ruheyli - Bəzi şeyxlərimizin "cərh və tədil artıq sona çatıb" deməklərinin mənası nədir?


3- Şeyx Abdullah Buxari - Hər bir rəddiyyə təbdi (bidətçi görmək) deyildir


4- Alləmə şeyx Rabi əl-Mədxali - Şeyxin xəta edərsə, ona təəssübkeşlik etmə!


5- Şeyx Ubeyd əl-Cabiri - Şeyx Muhəmməd ibn Hədi haqda


6- Şeyx Rabi əl-Mədxali - Hizbilik nədir və hizbilər kimlərdir?


7- Şeyx Süleyman Ruheyli - Rəhbərləri şəri və qeyri şəri qismlərinə ayıran kəs hizbiçidirmi?


8- Şeyx İbn Bəzin Şeyx Rabiyə nəsihəti


9- Alləmə Şeyx Həsən əl-Bənna ilə telefon danışığı - İndiki prezidentlərin hökmü


10- Şeyx Albani - Xəta rəy üzərində camaat olmaq doğru rəy üzərində ixtilafda olmaqdan daha xeyirlidir?


11- Şeyx Ubeyd əl-Cabiri - Şeyx Abdullah Buxari 'alləmə' adlanmağa layiqdir.


12- Şeyx Süleyman Ruheyli - Hakimləri şəri və qeyri-şəri olaraq bölmək əhli-sünnənin rəyi deyil


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulillah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#11 Guest

Guest
  • Guests

Posted 11 January 2016 - 11:48 AM

Salam aleykum,

Adil sələf forum barədə mövqeyini bildirdi, onların xətalı fikirlər olduğunu və əhli sunnaya müvafiq olmadığını dedi.

Bundan sonra da, o (Adil) qaranlıq olaraq qalacaq?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Adil salafforum barədə mövqeyini bildirmədi. Adil sadəcə dedi ki, salafforumda olan o fikirlər düzgün deyil. Amma Adil o məsələdə əsas incəliyi demədi. Adil demədi ki, o foruma girək və ya elə fikirli adamlara qulaq asmaq olar. Adil bunları demədi. Əsas budur bu mövzuda. Nolsun ki, deyir pisdir. Lakin qulaq asan deyə bilər ki, girmək olarda. Sadəcə o fikirləri götürməyəcəm. Yəni problem budur. Hələbiçilik təbliğ olunur. Onlara salafforum deyəndə onlar İmam Nəvəvi ilə müqayisə edib deyirlər ki, xeyrini götür zərərini qırağa qoy. Bu üslub, müqayisə səhvdir. Orada əsas şeyləri demədi. Ona görə o sayılmır. Amma hər halda qismən deyibdə. Görsənir ki, bunu demək çox çətin idi. Hər halda beş aydan sonra deyibsə, bu da irəliləyişdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#12 Guest

Guest
  • Guests

Posted 11 January 2016 - 11:09 PM

Salam aleykum. Qonshunun ushagi bize tez-tez gelir. Bezen olur ki, ishimiz olur ve ya yorgun oluruq deye qapini achmiriq doyende guya evde yoxuq. Burda nese eyib yoxdur ki?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Eyib etməz. Hər halda özünə də deyin ki, tez-tez gəlmə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#13 Nasir

Nasir
  • Guests

Posted 11 January 2016 - 11:51 PM

As Salam Aleykum ,
Qardaş moskvada kababçı işləyir . Orda qadınlarla bilrikdə işləməli olur donuz ətinə də əli dəyir və bişirir . Restoranda içki də verilir . Saqqal saxlaya bilmir.
Buna görə deyir namaz qıla bilimirəm , çox istəyir qılmaq amma bu səbəblərə görə başlamaq istəmir . İstəyir hər şey islama uyğun olsun ətrafım və şəraitim .
Bu qardaş nə etməlidir ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Elə yerdə işləmək olmaz. Elə yerdən çıxsın.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#14 Guest

Guest
  • Guests

Posted 12 January 2016 - 03:15 AM

Salam aleykum seyx, men deyesen bulvarda islemekle demek olar ki, tekce ibadetlerim qalib, hec neden xeberim yoxdur. Birden Allaha hemd edirem ki, yaxsi ki, bele sohbetlerden uzagam. Hele indi esidirem bu sohbetleri, onu da bir qardas mene dedi ve youtube_da qulaq asdim. Allah sene komek olsun.

Duzdur, men elm telebelerin yaninda hec zerre de deyilem. Amma sohbtelerden bele basa dusurem ki, mesele hakimlerin sherri ve ya qeyri sherri olmasidir. Qisaca olaraq, onu bildirmek isteyirem, mence butun bu fikirler rafiziliyin hakim meselesinde hansi adamin imamliga ( rehberliye ) daha cox layiq olub-olmamasi meselesinden tesirlenen fikirlerdir. Niye rafizilik ? Cunki hakim meslesinde rafizilik, xavaricilik ve hetta ixvanliq ele hamisi eyni eqidedir. Hansi ki, xatirimdedir, minhecus_sunne eserinde de ibn_Teymiyye rafizilerin eli_ibn_ebu_Talibi xelifeliye daha cox layiq bilmelerine regmen, hakimleri dogrudur 2 qrupa ayirirdi. Amma sherri ve ya qeyri sherri deyil, eksine elimde birinin digerinden ustunluk baximindan, vesselam. Hetta eksine ibn_Teymiyye rafizilerin 12 imami sherri, basqalarini ise qeyri sheri saymalarini pisleyirdi.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, siz düz fikirləşmisiniz. Əhsən. Çünki şəri, qeyri-şəri, ümumiyyətlə ixvanların hakimiyyə mövzusunu rafizilərdən götürüblər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#15 Guest

Guest
  • Guests

Posted 14 January 2016 - 01:16 PM

Size bir nece sualim vardir
bilmek isterdim Allah Teala buyurur Eraf suresi 172ayede ki
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu ona görədir )ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz.
Burdan bele basa dusdumki Allah Teala butun insanlari sahid tutmus.Yani kimin ovladi olacaq kimin yox artiq melumdur sadece bize dusen evlenmek ovlad istemekdir.Furqan suresi 74 ayedeki kimi
Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”
Cunki eger sahid edenlerin arasinda menim ovladim variydisa dunyaya gelecek yox eger menim ovladim yoxuydusa sahidlerin arasinda demek bu dunyada menim ovladim ola bilmez .Suera suresi 49 ayede Allah Teala buyurur
Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir.

2ci sualim budurki insan olur qebire qoyulur o qebir ezabin hemin qebirde cekir ya basqa alemdi sadece adi qebir ezabidi?bes qebiri olmayanlar basqa yerlerde yandirirlar yaxud suda batanlar ve sair kimi olenlerde nece olur bu?Esitmisemki Resulullah(sav) bir qebire yas agacin cubugun basirirki o quruyana kimi qebir ezabinan azad olsun

3cu sualim insan nece defn olmalidi qebirin ustune das qoyub sonra betonluyurlar bu ne derecede duzdur?
4cu sual yas merasimi nece gun davam etmelidir? 7,40 il cumalig deye bir sey dinimizde movcuddur?

Cavab:

1) Hər şey Allahın qəzavü-qədəri ilə olur. Sadəcə biz qədərdə nə yazıldığını bilmirik. Biz sadəcə düzgün yaşamaq üçün çalışmalıyıq. Allahı tanıyaq, Ona heç bir şeyi şərik qoşmayaq. Dünyada yaşamaq üçün o tələbatlar var. Onları edək. Vəssalam.
2) Qəbir əzabını həmin yerdə çəkir, ya başqa yerdə bunu Allah bilir. Biz bilmirik. Bilirik ki, qəbir əzabı çəkilir.
3) Təbii ki, bizdə bunu bir az şiddətli edirlər. Elə bil ki, üstündə bina tikəcəklər. Yəni fundament qoyurlar. Amma hər halda qəbir nə qədər sadəcə olsa o qədər yaxşıdır. Əsas odur ki, möhkəm olsun. Yəni meyid bir az dərində olsun ki, qurddan-quşdan çəkinmək olsun. Gəlib eşələyib, çata bilməsinlər. İndi bizdə bunu elə edirlər ki, çox çətin oraya heyvan girə. Amma hər halda baş daşlarından və s. çəkinmək lazımdır. Baş tərəfinə bir dənə daş (işarə) qoyursan, Vəssalam.
4) Yas üçün müəyyən bir gün yoxdur. Onların islamla heç bir əlaqəsi yoxdur. 7, 40.. Sadəcə insan eşitdikdə, gəlib başsağlığı versin, vəssalam.
Allah daha yaxşı bilir!


#16 Guest

Guest
  • Guests

Posted 15 January 2016 - 04:14 AM

Əssəlamualeykum,şeyx! Balaca bir problemimin həllini öyrənmək istəyirdim. Mən 44 yaşında adam 6 yaşında olan qızımla tək yaşayıram. Anası ilə çoxdan boşanmışam. Həm maddi , həm də fiziki cəhətdən kifayət qədər problemlərim var. Uşağıma isə baxan olmadığı üçün sıxıntılar bir az da çoxalıb.bütün bunların əlacı kimi neçə dəfələrlə evlənməyə cəhd göstərmişəm, lakin qədər.... alınmayıb. Beləki, bu vəziyyətdə görsənir ki, heç kimə lazım deyilik, əlhəmdulilləh. Əlavə olaraq da deyim ki, başqa cür, qohum, qonşu ,nə bilim nənə və s.yəni heç cür variant yoxdur, kömək üçün. Mən sualı mümkün qədər qısa və dolğun verməyin tərəfindəyəm. Amma indi alınmır.artıq özümə kontrolu da itirirəm deyə çıxış yolu kimi sizə müraciət edirəm. Əsəbdən də əziyyət çəkirəm deyə bu da bütün ibadətlərimə pis təsir edir. Evdə, uşağımın yanında,ona hayan olan,yeməyini bişirən, verən və s.bir qadına evlənmədən (ona görə evlənmədən ki,o haqqları ödəmək imkanım yoxdur) çatmağa bilmədiyim başqa bir qayda və yaxud nəsə varmı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, sizin üçün ən yaxşı yol əgər saleh bir qadın tapa bilsəniz, Allah yetirsə, sizin üçün evlənməyiniz daha məsləhətdir. Həmçinin ola bilsin uşaq üçün də yaxşı olsun. Lakin yaxşı bir qadın tapa bilsəniz. Ən yaxşı çıxıb yolu budur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#17 Guest

Guest
  • Guests

Posted 18 January 2016 - 11:29 AM

Salam aleykum. Men o gun islami terifleyende mene irad tutdular ki, nece olur xristianlar, yahudiler inkishaf edirler ,o boyda keshfleri, nobel mukafatchilari var amma muselmanlarda qirginlardi. Harasi yaxshidi. Yaxshi olsaydi yaxshi olar da onde olardilar. Siz ne deye bilersiz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, Nobel mükafatının özü oyundur. Onlar özləri qəsdlə məhz yəhudilərə, xristianlara, krişnaidlərə verirlər ki, müsəlmanları orada zəif göstərsinlər. Müsəlmanlardan da Nobel mükafatı alanlar var. Amma müharibələr isə, onları kim edir? Elə o xristian ölkələr, inkişaf etmiş ölkələr eləyirlər. Sadəcə müsəlman ölkələrini inkişaf etməyə qoymurlar. Məgər siz hələ bunları başa düşməmisiniz?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#18 ilham

ilham
  • Guests

Posted 18 January 2016 - 04:57 PM

Essalamu aleykum qardash. Men Medineye veya Mekkeye gedib orda yashamaq isteyirem. Men nece gede bilerem ? Ne meslehet vere bilersen ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Oraya getmək olar. Amma yaşamaq isə, ora bağlı ölkədir. Ona görə ola bilsin oraya gedə biləsən. Amma orada qalmaq qanuni şəkildə bir az çətindir. Hər halda siz gedib ziyarət edin. Amma gəlin elə öz ölkənizdə yaşayın. Dəvət edin. Burada savab daha çoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#19 Guest

Guest
  • Guests

Posted 19 January 2016 - 12:30 AM

Salam aleykum.İnsanda hansısa xəstəlik olanda Qurannan ruqiye eləmək olar.Bəs uzr istəyirəm əgər hansısa yerdə agri olanda əli ora qoyub hansısa bir surənin oxunmasında gunah olmaz ki?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Təbii ki, ruqyədə əgər eyib yeridirsə, övrət yeridirsə, ora əli qoyub Quran oxumaq lazım deyil. Elə kifayətdir ki, başına, bədəninə və ya çiyninə qoyub oxuyasan. Şərt deyil ki, əli oraya qoyasan.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#20 Guest

Guest
  • Guests

Posted 19 January 2016 - 07:26 AM

Salam aleykum.mən universitetdə oxuyuram.hələki birinci smenəm.amma gələn il .2 ci smendə isə əsr və məgrib dərs vaxtina düsür.teneffüsdə də gerey üçüncü mərtəbənin ayaqyoluna qalxasan.sonra tezeden düsəsən birinci mərtəbəyə.hec namaz qılmaga vaxt qalmiyacaq..gecikəndə qayib yazirlar.indidən gələn ilin fikrin eliyirəm.olar təyəmmüm alib qılım?yeni həmişə təyəmmüm ala bilərəm?birddə universitetdə koridorda qılırlar.özüdə hamsi oglanlardi.mən isə qızam..orda durub namaz qıla bilərəm?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər bacarmasanız, bəli.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#21 Guest

Guest
  • Guests

Posted 19 January 2016 - 07:54 AM

Salam aleykum.Peyğəmbərin(sallalahu aleyhi və səlləm) xarici görünüşü barədə doğru məlumatı hansı kitabdan əldə etmək olar?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O barədə Tirmizinin “Şəməil Muhəmmədiyyə” kitabı var. Orada tapa bilərsiniz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#22 Guest

Guest
  • Guests

Posted 19 January 2016 - 07:07 PM

Salam aleykum.
1. Fokus gostermeyin hokmu nedi?
2. Gece namazina durmaga cetinlik cekirem. Ve qerara gelmek isteyirem ki, her buraxilmis gece namazin seheri oruc tutum. Ozum ozume bu cur seyleri tetbiq ede bilerem mi?
3. Xirda bir borcu geri ala bilmediyim halda, Amma halalliq vermek istemirem, o insan hec de xosa gelen bir adam deyil, Onu da deyim, qaytara biler, bele halda ne etmek daha meslehetlidir?
4. Hokumete qarsi cixmag ne vaxt icazeli olur?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Çalışın çəkinin. Çünki orada yalan var. Fokus göstərən aldadır. Və yalan da qadağandır.
2) Yox, elə düzgün deyil. Gecə namazına dura bilmirsinizsə, çalışın səbəblərdən istifadə edin. Ya budilnik qoyun, ya kiməsə deyin evdə oyatsınlar və ya dostlarınız telefonla zəng edib oyatsın.
3) Belə halda ondan tələb edin ki, qaytarsın.
4) Əgər hakim kafirdirsə, qüvvə var, zərər-xeyri alimlər, siyasətçilər, başı çıxanlar götür-qoy etdilərsə, birdə o hakimin yerinə (əgər kafir hakimi devirmək istəyirsənsə) səndə adam varsa, ki, kim idarə edəcək, onu bacaran varsa.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#23 Guest

Guest
  • Guests

Posted 19 January 2016 - 11:17 PM

Salam Aleykuma

Qamet, cirikin yanindaki meschid (adini bilmirem) nece meschiddi? Cumelere ora getmek olar cume namazi qilmaqa? Hem yaxindi hemde sakitchilikdi

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Kim orada cüməni qılsa, inşəAllah, namazı düzdür. Sadəcə bəzən qardaşlar sual verirlər ki, orada qəbir var. Orada qəbir olmağın özü sual altındadır. Çünki əvvəllər (bolşeviklərin vaxtında) Göy məscid, Təzə pir məscidləri muzey idi. Mənim yadıma gəlir. Mən orada çox namaz qılmışam. 86-87ci illərdə oraya gedirdim. Yadıma gəlir orada darvazanın üstündə qıraqda “Muzey” yazılmışdı. O vaxt bolşeviklərdə adət idi ki, nəsə qoysunlar ki, guya oranı bu tikdirib. Orada qəbir olmasının özü müəmmalıdır. Amma hər halda orada, inşəAllah, namaz batildir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#24 Guest

Guest
  • Guests

Posted 21 January 2016 - 03:20 PM

Salam alekum

Men tikinti shirketlerine mal-material satiram (misal uchun hundur yashayish binasi tiken ve s.) ve hundur binalarda temir ishleri gorurem. Bu gunah sayilir?
Sehv etmiremse hundur bina tikmek haqqinda xedis var, hansinda hundur bina tikmek qadagan oldugu bildirilir. Men de tiken adama yardimchi oluram material vermekde ve temir etmekde. Bu gunahdir?
Salam alekum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, problem yoxdur. İndi hündür binalar tikirlər. Səndə onları təmir edirsən. Bu qadağana aid deyil.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#25 Guest

Guest
  • Guests

Posted 22 January 2016 - 10:35 AM

Assələmu Aleykum

Şeyx cümə xütbələrinin birində (məscid işləyən zaman) siz belə hədis danışmışdınız: "Bir gün Allah mələkləri bir asi qovmün dağıldılması üçün bir məmləkətə göndərir. Mələklər əmri yerinə yetirmək üçün həmin məmləkətə gəlir və görür ki, bir evdə Allaha ibadət edirlər. Sonra Allah dönərək deyirlər: "Sən bizi oranı dağıtmaq üçün göndərdin. Axı filan evdə filankəs Sənə ibadət edir". Allah dedi: "Elə onun evindən başlayın çünki o özü edir başqalarını öyrətmir"". bu hədis harada keçir.
Bir də zəhmət olmasa suallara biraz tez cavab verin.

Allah razı olsun

Assələmu Aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
İnşəAllah, baxıb deyərəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#26 Guest

Guest
  • Guests

Posted 22 January 2016 - 05:03 PM

Salam aleykum.Qiyamət günü Allah(ə.c)insanlarla hansı dildə danışacaq. Niyə bu dünyada ən gözəl bəndələri ilə belə danısmayan Allah (ə.c) qiyamət günü günahkar bəndələri və kafirlərnən danısacaq?yəni onlar Allahın səsini esitməyə layiq deyillər axı.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu dünya başqadır, qiyamət günü başqa. Amma hansı dildə danışmağını isə, Allah bilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#27 muslim

muslim
  • Guests

Posted 22 January 2016 - 10:30 PM

Assalamu aleykum! Forumda axir zamanlar suallara chox gec-gec cavab verilir. Sonuncu sual dekabrin ortalari verilmishdir ve artiq bir aydan choxdur ki, cavab gelmeyib. Bele oldugu halda hetta suallarda oz aktualligini itirir ve sual veren adam bir daha artiq sual vermek istemir. Menim yadimdadir vaxt var idi, bir ayin forumu 20 den chox sehife yigirdi, amma indi ayda 3-4 sehife sual yigilir. Belke sebeb suallarin gece-gec cavablandirilmasindadir?

Eger suallara bele gec-gec verilirse, bu forumun achiq qalmasinda bir fayda varmi?

Siz deye bilersinizmi, belke her hansi bir bashqa yerde (facebookda ve ya bashqa saytlarda) size sual verib mutamadi cavablar almaq olar? chunki foruma artiq hech girmek istemirsen...

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, gərək üzrlü hesab edəsiniz. Whatsapp çıxandan sonra orada o qədərə cavab verirəm ki, düzü vaxt tapa bilmirəm. Amma, inşəAllah, çalışıram. Əlhəmdulillah.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#28 Guest

Guest
  • Guests

Posted 23 January 2016 - 06:18 PM

Цитата
Salam aleykum ve rahmatullahi ve barakatuhu
Men bowanmiwam. Atam qardawim yoxdu. Tekce emi var.onunla da atam dunyasini deyiwenden beri elaqe yoxdu. Kebinle.bagli ilahiyyet mescidine muraciet etdikde ordaki kebin kesen dedi ki dul bacilari biz velisiz kebin kesirik.onlar artiq.valideyn himayesinnen cixib.dedi ki oglan ve sen wesiyyet vesuqesini getir ve bowanma.haqda arayiw. Bir.de 2wahid. Bele kesilen mekebin batil.sayilirmi? Men emimle hec cur daniwa.bilmerem.bawqa velim de yoxdu.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində dul qadın üçün vəli olmalıdır. Peyğəmbər buyurur ki, vəli olmayan nikah batildir, batildir, batildir. Amma qaldı ki, o məscidin imamının sizə deməyinə. O, hənəfi məzhəbindədir. Bir dənə hənəfi məzhəbi deyib ki, dul qadın özünə vəlilik edə bilər. Əbu Hənifə zəif hədisə istinad etdiyinə görə bu rəy zəifdir. Səhih deyil. Güclü rəy odur ki, həmçinin o biri məzhəblər də bunu dəstəkləyiblər ki, vəli mütləq lazımdır. Lakin sizin vəziyyətdə əgər əmi vəlilikdən imtina edib və s. təksizsə, o zaman məscidin imamı vəli ola bilər. Amma əgər vəliniz salamat bir vəli olsaydı, məsələn, ata, qardaş, əmi dursaydı, əmioğlu, təbii ki, o zaman məscid imamı yox, onlar vəli durmalı idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


sual vermisdim sizde cavab olaraq yazmisiniz
Цитата
Cavab:

Birincisi, fərqi yoxdur qadının neçə yaşı var. Vəli mütləq lazımdır. Siz uzaq dayanın. Siz düzgün etmirsiniz. Sizdə kəbin yoxdur. Bu zinadır. Uzaq dayanın və Allahdan qorxun!


Bizimde kebini henefi mezhebinen olan adam kesib.(Shielerinde reyi budur eynen henefiler kimi dul qadina veli ehtiyac bilmirler.Onlarda kebini yeniliyibler.)Biz onun mezhebinin reyi ile kesdiyi kebine gore gunaha batdiq?Indi biz nece ede bilerik?Men isteyirem tam sekilde emin olum ki mezhebinen asili olmayaraq bizim kebinde hec bir problem yoxdu cunki men butun mezhebleri qebul edirem.Hamisi islam qaynagidir.Kebini yenilemek lazimdir?5-6ildir birlikdeyik.(dogrusu valideyinlerin musluman hesab etmirik.Menim etiqadima gore binamazlar kafirdi.Hem binamaz olduglarina gore hemde qizina deyib ay qizim get bir isle mesgul ol bu nedi namaz qilir basini ortmek isteyirsen ve sair bu adam dini oyun oyuncaq bos bir sey hesab edir.Amma oglu muslumandi o veli ola biler?Bele olduqda velini qazi qerar vere bilerik?)Tesekkur edirem !

Cavab:

Kəbin Hənəfi məzhəbində düzdür, vəli olmasa da, qadına özünün razılığı bəs edir. Amma ona dəlil zəifdir. Əgər siz neçə müddətdir yaşayırsınızsa, ətraf bilirsə, heç nə lazım deyil və ya təzələyin, yenidən kəsin. Oğlunuz vəli ola bilər. Əgər təzə olubsa, kəbin kəsdirsəniz, təzələsəniz yaxşı olar. Oğlunuz vəli ola bilər.
Allah daha yaxşı bilir!


#29 mirze mammadov

mirze mammadov
  • Guests

Posted 23 January 2016 - 11:51 PM

Salam aleykum seyx, 1) 2yas4 ayliqdi,oglum var usaq {bizim}valideynlarin yaninda 1otaqda neca yasa qadar yata bilar? 2)insan {sunnatina} toxunmaq dastanamazi pozur? 3} nanam{10il dunyasini deyisib} 6 usagi olub, 4qiz 2 oglan nanam dunya deyismadan onca 20il evval 10 sot torpagi sahasini 2 ogluna 2yera bolub verdi{kupca}{sanat da yazilib pay 2 yera bolunsun adlari da gostarilir} var indi bacilara pay dusur ordan bacilar deyir ki biz satmaq niyyati ila imza atmamisiq deyirlarki biz halalliq vermirik {olar deyirlar 6 yera bolunsun}bele soz deyirlar biz na edak?Allah barakat versin elminiza

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Artıq başa düşənəcən. Amma indidən ayrı yatmağı öyrədin.
2) Xeyr, pozulmur.
3) Əgər vaxtında hədiyyə verilibsə, ona düşmür. Hədiyyə mirasa düşmür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#30 aliyevsa

aliyevsa

    Пользователь

  • Пользователи
  • Pip
  • 1 posts

Posted 24 January 2016 - 12:13 AM

Assalamu aleykum wa rahmetullah,

Qardaş, bilmirsiniz yeni doğulan qız uşağına "Asya" adının verilməsinə dinimiz icazə verirmi və bu adın mənası nədir?

Cəzakallahu xayr,

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bir şey yoxdur. Olar.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#31 Guest

Guest
  • Guests

Posted 24 January 2016 - 11:13 AM

Цитата
HervaxtinizXeyr size bir sual vermek isteyirem.Bu imamet anlayisi varki imami secen Allahdir.Cunki ehli-sunnede deyir ki 12 imamin 6 var 5 bilinmir axirinci imam Mehdi(es)dir.Yaxsi eger bu imamlari Allah secmir insanlar teyin edirse hardan bildiniz ki axirinci kimdir.Demek bu imami Allah secib ve bize kim oldugu xeber verilibki biz bilirik.Sual cixir eger imam Mehdi(es) Allah secibse nece olur qalanin insan secir?Allah Teala birin secib qalanin insanlarin ixtiyarina buraxib?Bu meseleni izah edin.Biz bilirik ki 4 xelifeleri Allah onlardan razi olsun biri digerini teyin etmis yaxud Sura ile teyin edilmisdir.Demek ki bunlari Allah secmemisdir.Bes Allah secdiyi 12 imam kimlerdi?Niye biz onlari tanimiriq?Hedis kitablarinda her iki menbede ister ehli-sie ister ehli-sunne qaynaglari olsun 12imam haqqinda hedisler gelmisdir.Allah Teala onlarin varligindan bize xeber vermis Resulunun(sav) vasitesiyle amma biz bilmirik onlar kimdi.Niye?Amma ehli-sie 12 imami kimliyin ortaya qoymusdur.Raziyam rafiziler azgin sapiq tayfadi.Amma bize rafizi lazim deyil bize haqq lazimdir.Men isteyirem Rebbimin yaninda uzu ag olum.Mene ehli-sunne ya ehli-sie bunu dedi lazim deyil mene Allah Teala ne buyurub o lazimdi.Yani men teqlidci olmaq istemirem.Ozumnende inanc cixartmaq istemirem isteyirem haqqi bilim.

Salam aleykum qardaşimiz Qamet in şe Allah sizin suallarinizi cavablandiracag amma men bir muselman kimi size bir nesihet etmek isteyirem cunki din nesihetdi. Siz en birinci Allahin insanlar uzerinde olan haqqini tovhidi oyrenin ve emel edin cunki tovhid nurdu nur olmayan bir yer zulmetdi zulmetde ise hec bir mesele aydin olmayacag Allah muselmanlari haqq uzerinde birlesdirsin ve sabit etsin. Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun. Problem budur ki, şiələr dediyi əqidəyə Quranda və ya hədislərdə aydın bir dəlil yoxdur. Xüsusən də onlar bunu dini əsası sayırlarsa, dinin əsaslarını Allah Təalə və peyğəmbərimiz gözəl, aydın şəkildə şərh ediblər. İmamət belə əsas idisə, Quranda və hədislərdə onlar üçün aydın bir şey yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#32 Guest

Guest
  • Guests

Posted 25 January 2016 - 03:46 PM

السلام عليكم ورحمة الله وبركاته
Şeyx mən hazırda Bəhreyndə yaşayıram. Burda banklarla bağlı bir problemim var. Qeyri İslami bankların hamısı faiz verir. İslami bankda isə ona bənzər bir şey var, adına kar ortaqlığı deyirlər. O pul halal sayılır? Bankda bütün əməliyyatlar şəriətə uyğun olduğu söylənir. Fətvalar verən Dr. Abdul Lətif Mahmud ək Mahmud adlı biri verir. Kimliyini bilirsiniz şeyx? Həmçinin bugün mənə bir hesab növü təklif etdilər. Hansı ki, hər həftə bir nəfərin pul udmaq şansı var. Soruşdum dedilər pul uçuşları müştərilərin pulundan ya əmlakından deyil, bankın ortaqları tərəfindən ödənilir. Ümumən uduşlar və şərtləri haqqında şeyx ibn Useyminin (Allahın ona rəhmət etsin) rəyini oxumuşam. Bu qeyd etdiyim hesabı açsam ordan gələn uduş halal olurmu? Digər sualım, öncə qeyd etdiyim kimi bank hər 3 ayda misal üçün 1 manat pul artırır hesabda və deyir ki, kar ortaqlığı deyirlər. Bu pul da faiz sayılırdı? Allah sizi xeyirlə mükafatlandırsın. Amin.
السلام عليكم ورحمة الله وبركاته

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Belə şeylərdən çəkinin. Banklardan çəkinin.
2) Əgər işə qatıbsa, oradan sizə pul verirsə, problem yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#33 Guest

Guest
  • Guests

Posted 26 January 2016 - 11:40 AM

Salam aleykum,

Məlum sonuncu söhbətlərdən sonra, hansı tələbələrin salamat olması, hansılarının tərk edilməli olduğuna dair detallı məlumat almaq istəyirəm. Ona görə də mən sizə aşağıda indiyə qədər tanıdığım və dərslərinə / çıxışlarına qulaq asdığım tələbələrin siyahısını yazıram. Onlar haqqında açıq – aydın bəyan etməyinizi xahiş edirəm.

1 Useyd Turabov – cərh barəsində 1-2 çıxışı oldu və sizi dəstəklədiyini bildirdi. Yəqin ki, salamatdır, hə?

2 Veysəl

3 Adil – sələfforum barədə açıq – aydın bəyan etdi və onların hakimlər haqqında təsnifatının əhli sunnaya müxalif olduğunu bəyan etdi. Bundan sonra Adilə qulaq asmaq olar?

4 Fərman İsayev – əks cəbhədə kimi görünsə də, sələfforum haqqında mövqeyini bildirdi və insanları çəkindirdi.

5 Emin Hacıyev – sələfforumun xətaları haqqında hamıdan daha detallı analiz edib açıqlama verdi və forumu cərh etdiyini bildirdi. Bundan sonra ona qulaq asmaq olar? Qeyd edim ki, Emini hələbiçilikdə ittiham etsək belə, hələbiçiliyə görə cərh etmək olmaz (ən azından siz belə deyirsiniz), yəni hələbiçilik üsullarına görə Emin sələfforumu cərh etməli deyildi, amma etdi. Deməli hələbiçi deyil. Düz demirəm?

6 İlqar Eyvazoğlu – sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm.

7 Ayxan Yaquboğlu - sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm.

8 Yaşar Qurbanov – sizi müdafiə edirdi və yəqin ki, salamat olaraq qalır, hə?

9 Muxtar - sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm.

10 Zubeyr Dinbazov - sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm.

11 Rəşad Hümbətov – sələfforumun fikirlərinin əhli sunnaya zidd olduğunu və bu fikirdə israrlı olduqlarına görə bidətçi olduqlarına dair açıqlama verdi.

12 Abu Zeyd

13 Ömər Cumanov - sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm.

14 Rəfael - sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm.

15 Samin - sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm.

16 Elşən Şəkərov - sonuncu söhbətlər haqqında 1 kəlmə də ondan eşitməmişəm və mövqeyini bilmirəm. Amma yaxşı ərəb dili dərsləri var. Faydalanmaq olar?

 

 

Cavab:

 

Va aleykumus salam va rahmatullahi va barakatuhu!

 

 

Allah daha yaxşı bilir!

 

As salamu aleykum va rahmatullahi va barakatuhu!



#34 Guest

Guest
  • Guests

Posted 26 January 2016 - 07:41 PM

Цитата
salam aleykum.Qamet exi,destamaz alib corabi geyinmiwem vr cekme geyinmiwem topuqdan yuxari indi men ayakqabli namaz qilmaq ucun namazin vaxtinda destamaz alib cekmenin uste mes cekim ya nece ayakqabiyla qilim?
cezekAllahu xayran.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Corabın da üstünə məsh çəkə bilərsiniz. Çünki hələ başlamamısınız. Həmçinin çəkmənin də üstünə də çəkə bilərsiniz. Əgər çıxarmaq əziyyətdirsə.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

salam aleykum.exi anlamadim indi men coraba mes cekmeyib cekmeye mes ceke bilerem ya yox?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bilərsiniz. Əgər çəkməni çıxamaq ağırdırsa, soyuqdursa, çəkmənin üstündən də çəkmək olar. Əgər topuqlardan yuxarıdırsa. Corabın, xofun misalındadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#35 Guest

Guest
  • Guests

Posted 27 January 2016 - 12:50 AM

Salam aleykum. Əgər elm tələbəsinin əməlində ciddi eyb görülsə, bu eybi açıb ondan elm almaqdan çəkindirmək olar? Çün ki mən iki tanınmış elm tələbələri (mədinədə oxumayıblar) haqda nəsə eşitmişəm özdə sübutuyla və məəttəl qalmışam. Açıq deyim nə məsələdi… naməhrəm qadınla yazışmaq , ürəyi istədiyi zaman görüşmək və s. Iki nəfər elə adam tanıyıram özdə siz də gözəl tanıyırsınız. Özləri çəkindirdikləri məsələlərdən çəkinmirlər. Və mən artıq onlardan elm götürmürım və yaxın adamıma onların eyblərini açmışam. Mən günah etmişəm? Narahatam doğrusu. Amma əsəbdən rəfiqəmə açdım eyblərini və çəkindirdim dinləməkdən.
Onlar belə edirlərsə sıravi müsəlmanlar nə etsin?!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində bir şey eşidəndə dəqiqləşdirin. Şəxsi məsələlərdə bir ağırdır. Dini məsələlər olsa, heç. Ola bilər xəbər yalan olsun. Dəqiqləşdirin. Hər halda bacarsanız, nəsihət edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#36 N.ULKER

N.ULKER

    Пользователь

  • Пользователи
  • Pip
  • 9 posts

Posted 27 January 2016 - 10:57 AM

Salam aleykum
Ustunde halal yazilan kolbasanin terkibinde muskat varsa onu yemek olar ya yox?bildiyime gore muskat haramdir. Allah razi olsun.
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər tərkibində varsa, problem deyil. Tərkibində olmağı problem deyil. O az miqdardadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#37 guest

guest
  • Guests

Posted 27 January 2016 - 11:08 AM

Salam aleykum varahmatullah
Önbcədən söyləmək istəyirəm ki talaqın edilməsi qaydası haqda bilgim yoxdu.
Zövcə ilə danisharkən biz ayrılmalıyıq söyledim ve daha sonra soylenilen sozlerin mahiyyetine varmadan qelbimde seni artiq bosamisam soyledim (bu sozler heqiqet deyildi ve niyyetim ona tesir etmek idi).

Bu halda menim durumum nedir?
Salam aleykum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yox, qəti olmayıb. Qəti şəkildə ürəyinizdə demisiniz. O sayılmır. Amma biz ayrılmalıyıq və s. onlar qəti deyil. Desəydiniz biz artıq ayrıldıq, o problem idi. Hər halda belə sözlərdən ehtiyatlı olun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#38 Uxti

Uxti
  • Guests

Posted 27 January 2016 - 11:22 AM

Assalamu Aleykum sheyx. Bu defeki sualim mohurle bagli olacaq.

1)Peygemberimiz Muhammed SAW dovrunde mohur olubmu? Mohur ne anlami verir? Peygemberimiz dasa, torpaga secde ederdimi? Xahis edirem suallarimi delillerle cavablandirasiz. Bu shiyelerin mohur sohbeti yordu meni.

2) Oluye Quran oxumaq, Yasin oxumaq barede.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Möhür barədə bir dəlil yoxdur. Möhürü Səfəvilərin vaxtında Şah İsmayıldan sonra Təhmasibin vaxtında bir şiə alimi ixtira edib ki, sünnilərdən seçilsinlər. Sünnilərdən seçilmək də səfəvilərin siyasəti idi. Ancaq peyğəmbərin vaxtında möhür yox idi. Düzdür, onlar torpaqda, evdə namaz qılırdılar. Amma bu möhürə dəlalət etmir.
2) Əslində Quran ölülər üçün yox, dirilər üçün gəlib. Əsl budur. Ölü üçün isə, şəriət qeyd edib ki, ən gözəli duadır. Amma kim oxusa, necə ki, bəzi alimlər icazəli görüblər, məsələn, kim evində oxusa, oxuyub bitirəndən sonra desə ki, ya Rabbi, bu savabı filankəsə (atama, anama) ver. Bəzi alimlər bunu caiz görüblər. Amma ən yaxşısı dua etməkdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#39 Guest

Guest
  • Guests

Posted 29 January 2016 - 06:47 PM

Salam aleykum. Men bir shey etmishdim ancaq mene deyende ki bunu etmisen dedim yox el chekmedi menim de agzimnan chixdi dedim tovbe etmemishem. Men gunah etmishem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yalan danışmısınızsa, tövbə edin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!





3 user(s) are reading this topic

0 members, 3 guests, 0 anonymous users