Posted 09 August 2007 - 05:50 AM
Salam Aleykum!
1)Bir baci sunneye ve Qurana riayet edirse, sherietle ayaqlashirsa ,namaz ehlidise ve elmi varsa,lakin, be'zi sebeblerden muveqqeti hicab taxmirsa o zaman hansisa qardashin onu BACI ADLANDIRMAMASI ve hemin qardasha muracietde QARDASH deyib muraciet etmemesini xahish eden hemin qardash ne derecede haqlidir? Achiqlayardiniz bunu, mumkundurse . . .
2)Namaz ehli olan bir bacinin (ahla's sunna va'l camaa) aile quracagi kishi saqqalli selef olarsa bu zaman qizin ailesinin hem qizina, hem de qizinin ailesine-heyat yoldashina munasibeti eks semte deyishecekse,bunu bilerek, hemin baci oz eqidesinden olan,ancaq sadaladigim hemin zahiri keyfiyyete malik olmayan qardashla aile heyati qurarsa daha yaxshidir,YOXSA hemin "saqqalli"-onun ailesinin normal qebul etmeyeceyi bir insanla aile heyati qurmalidir (neden sonra qohumluq elaqelerinin kesileceyine ehtimal edilir) ?!
3)Toy ederken (uzr isteyirem) yengenin hemin toyda ve umumiyyetle bu merasimde ishtiraki ne derecede duzgundur? Sheriete, ye'ni Islama gore hemin insanin vacibliyi barede bir delil varmi? Bu bid'etchilik deyilmi? Eger bu barede delil varsa o zaman bu ferzdir, sunnedir ya da sadece mustehebdir?
4)Toya devet zamani oglanin ve ya qizin qohumlari cahil olarsa ve sirf dini toyda ishtirakdan imtina ederse bu zaman toyda 3-5 neferin ishtiraki yeqin edilirse, bu halda aile qurmaq isteyen cavanlarin toyun kechirilmesinden imtina etmesi ne derecede duzgun, ve ya eksine- sehvdir? Cavabinizi mumkunse, aydinlashdirardiz.
5)Chunki, qeyd etdiyim cavanlar hemin toy pulunu butunlukde kimsesizlere, ehtiyaci olanlara paylamaq isteyirler. Onlarin paylayacagi bu pul zekat sayilirmi?
6)Evvel chekilen ushaqliq ve s. shekilleri nece edim? Onalri cirmaq , mehv etmek vacibdirmi? Ancaq, onlari mehv ede bilmirem, chunki, indiyedek onlari xatire kimi qorumusham, ne etmeyi meslehet gorerdiz?
7)Eger ushaq 7-8 yashinda agli hele de yuksek seviyyede olmadigindan ve shekil chekmeyin ne derecede gunah oldugu barede xeberi olsa bele anlamaga dushuncesi yoxsa- anasindan, yaxinlarindan RESM muellimi yanina aparilmasi ve resm oyredilmesini teleb edirse, bu zaman gunah kime dushur- onu RESM muellimine yazdiracaq ve daim aparacaq valideyne, ya da agli hele yaxshi kesmeyen ushaga?Umumiyyetle, ushaq aglayib bunu teleb edirse (chunki, etrafdakilari choxu resm muellimiyle meshgul olur) valideyn ne etmelidir, bir halda ki, verdiyi meslehet, getirdiyi deliller oz neticesini vermirse ve ushaq-valideyn munasibetleri bu sebebden bir neche ay erzinde chox pis veziyyetdedirse?
8) Yuxarida verdiyim suali musiqiyle elaqelendirsek, bes nece? Ushagi oz isteyine gore, meselen, valideyn ushagi piano chalmaga da yazdirsa-bu zaman kim gunah sahibine chevrilir?
9)Muellim dindar olsa da, qiymet yazmaq uchun rushvet verenden rushvet alirsa ve imtahan zamani auditoriyada tam achiq shekilde rushvet verene kochurmeyi icaze verib digerine ise eksine KOCHURMEYI achiq shekilde auditoriyadaki telebeler qarshisinda qadaga edib hemin telebenin kenarlashdirirsa, bes o zaman nece? Hemin, muellime hansi delille yanashib hereketinin muslim dinin numayendesi olmasina zidd olmasi barede achiqlama vermek olar?
10)Eger Ali mektebde meslen, telebe dersi 5-e bilirse buna baxmayaraq muellim ya onu imtahandan kesir(SIRF ONUN RUSHVET VERMEDIYINE GORE,BIR HALDA KI, DIGER USHAQLAR VERIR), en yaxshi halda ise 3 yazirsa(her iki halda telebenin biliyini oldugu kimi qiymetlendirmirse)baxmayaraq ki, hemin telebeye shehadetnamedeki qiymetlerin dogrulugu ve yuksek olmasi vacibdirse bu zaman telebenin PUL vermek mecburiyyeti yaranir,bu rushvet sayilirmi? Bu zaman kim gunah sahibi olur-rushvet alan, ya da rushvet veren?
11)Eger ozunu "melek cildine" salan, lakin, chox pis insani keyfiyyetlere ve xoshagelmez exlaq seviyyesine malik olan qiz baresinde evlenmek uchun hansisa yad bir insan sualla muraciet edirse, mo'min qadin nece hereket etmelidir? Hemin qizin gorunduyu kimi olmadigini nezere alaraq qardasha nece var ele de demelidir, ya da "te'riflemelidir"? P.S: Qeyd edim ki, birinci variant, ye'ni, qardasha her sheyi oldugu kimi demek - demek olar ki, qeyri-mumkundur, chunki, hemin qizin min cure yola el atacagi ve hemin qadina qarshi hiyle ishledeceyine ehtimal var. Bir de qeyd edim ki, qardash artiq bir neche aydir ki, onunla nishanlidir, sadece hele indilerse ayri nese eshitmeye bashlayir ve deqiqleshdirmek isteyir. Veziyyeti oldugu kimi tesvir etdim, mumkunse, sirf veziyyete uygun nece hereket etmeyin duzgun oldugunu achiqlayardiz...
12) Bir kes ki, hansisa hadisenin ve ya "sherin" shahidi olubsa ve ona bu barede shahid kimi verildiyi suallari oldugu kimi cavablandirmaqdan chekinirse - bu hereketin Allah qarshisinda aqibeti nece olacaq? Chunki, bilirik ki, sheriete gore shahid her shey oldugu kimi soylemelidir, bes "gormedim","fikir vermedim","nezreimden yayindi" ve s. kimi ifadelerle shahidliyini imtina eden shexs ne derecede haqlidir ve ya gunah sahibidir? Qeyd edim ki, bele etmeyine shexsi sebebleri var, istemir ki, kimse bilmeyib elediyi ve ya artiq, peshman oldugu neyese gore bele cezalandirsin ve ya qogumluq, hormet kimi elaqe ve munasibetden mehrum olsun(bu sadaladigim shahidlik meishet meselesidir, meselen kiminse neyise sindirmagini ve ya doymesini, soyush soymesini, kimise tehqir etmesinin ve s. shahidi olubsa).
13) Eger yashda balaca qadin mumindirse,ondan yashca boyuk qardash ise meselen, yaxin qohumu ve ya qonshusu, ish yoldashi cahildirse, hemin yaxshdan balaca qadinin diger ozunden boyuk cahil qardashla heyat terzini deyishmesi barede mubahise etmesi, elm oyretmesi , delil getirmesi, neyise subut etmeyi chalishmagi ne derecede duzgundur ve umumiyyetle, sherietde bu beyeilirmir?
14) " Agil yashda deyil, agil bashdadir" bu ifadenin verdiyi mena sheriete uygundurmu, islamda buna munasibet necedir?Yoxsa hemin yashda ablaca qadindirsa ve ozunden yashda boyuk kishiden hemishe agil cehetden eksikdir(qeyd edim ki, bir chox shahidler tesdiqleyirler ki, hemin qadin chox agillidir ve ozunden yashca boyuk insanlarin choxuna deyerli meslehetler verir), hemin qadinin umumiyyetle, digerlerine meslehet vermeye(eger ozleri onun meslehetini eshitmek isteyirlerse) haqqi varmi,yoxsa qadin meslehet vermekden kenar olmalidir?
15)Qadin ozu bilerekden bir chox evlenmek tekliflerden imtina edibse ve aile heyati qurmamish rehmete gedibse, hemin qadinin axiretde aqibeti nece olacaq? Ele qadina(mo'min ve gozel emel sahibi olsa bele) aile qurmadigina ve dunyaya ushaq getirmediyine gore "cennetin qapilari uzune baglidir ve lenetlenmishlerdendir" ifadesi ne derecede duzgundur?
16) Umumiyetle, sunnede bele qadinlar barede melumat varsa delil getirmeyiniz yaxshi olardi, bir halda ki, Allahin tekliyini qebul edib, ona dua eden, zikr eden, sheriete eks hereket etmeyen qadinin ancaq aile qurmadigina ve ushaq dunyaya getirmediyine gore yeri cehennem olmasi ne derecede heqiqete uygundur?
17)
a)Eger baci aile quracagi bir qardashin ailesile, ye'ni, ata-anasi, baci-qardashiyla yashamaqdan imtina edib bu sebebden redd cavabi vererse(chunk, hemin insanlarla yola getmeyeceyine, hem oz , hem de onalrin heyatina zerbe vuracagini yeqin edirse) bu zaman onun hemin teklifden, aile qurmaqdan imtina etmesine sherietde nece qiymet verilir, etdiyi hereket duzgundurmu?
b)Umumiyyetle, sheriete gore aile quracagi qadini ayrica oz evlerine yox, ata-ana evine getirmeyi duzgundurmu? Bir halda ki, bosh sheylere gore, adice olaraq narahatchiliqdan ve sixintidan soz-sohbet yaranacagini bilirse ?!
18)
a)Bir baci aile heyati qurmamishdan evvel hemin qardashdan 2-ci arvad almamasina Allaha and almasi duzgundurmu?
b)Bes hemin qardash bu andi pozarsa, onda nece?
c) Bunu sebeb ederek qadin onunla boshnmaga haqlidirmi?
ch)umumiyyetle, and vermemishdise de sadece bir neche illik aile heyatindan sonra er ikinci arvad almaq qenaetini gelibse, qadin bu sebebden boshanarsa gunah etmishlerdenmi olar?
19)Chox xahish edirem ki, ashagida tesvir etdiyim hadise barede altindan xett chekilmish hallari ayri-ayriliqda hansina erinin ixtiyari chatmasina, hansini ki, erinin etmesinin duz olmamasina munasibetinizi bildiresiz, ye'ni, erinin istifade etdiyi usullarin hansinin sheriet baximindan mumkun, hansinin ise qarshisi alinmasi vacib olan hereketlerini(altindan xett chekilmishleri)sadalayarsiz :
"Qadin NIQAB taxmaqdan imtina edirse(namaz ehlidir,mo'mindir,sadece niqabi vacib saymir)-bu zaman erinin ona el qaldirmasi, gunlerle ona yaxinlashmamasi, oz valideynlerine shikayet etmesi,gunlerle danishdirmamasi, bishirdiyi xoreye toxunmamasi, verdiyi suallari cavablandirmamasi, hekimi getmek lazim oldugu halda onu aparmamasi, ata-ana evine getmeyi mehdudlashdirmadi ve o zamandan bu zamanadek onun evden bir addim bele kenar olmasi, hetta mehremi evde olmadigi halda ushaq uchun chorek ve yemek almaq sebebinden evden chixmasini mehdudlashdirib qadagan etmesi ne derecede duzgundur?"
Bir halda ki, mehremi - NIQAB taxmayacagina qeder qadinin evden chixmayacagini soyleyirse ve bir muddetdir ki, dediyine emel edirse, kishinin elediyi bu hereketlerde haqqi varmi?
Onceden minnetdaram, haqqinizi halal edin . . .
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Bu üslub düzgün deyil. Ümumən müsəlmanlar bacı və qardaşdırlar. Amma fərdi-fərdi bunu axtarmaq heç vacib deyil. Hər adamda qüsur ola bilər. Biz sadəcə onun imanını sevəcəyik, asiliyinə isə böyük günahkar kimi baxacayıq. Xüsusən də bacı, əlhəmdulillah, ibadət edir, sadəcə ibadəti kamil deyil. Çünki hicab, xüsusən qadın üçün çox böyük məsələdir. Lakin əgər etmirsə, bu onu islamdan çıxartmır. Ona görə o qardaş bir az ehtiyatlı olsun, gedib xəvariclərə çıxa bilər, hansılar ki, böyük günah sahiblərini kafir görürlər.
2. Rəsul (s.a.v.) deyib ki, baxın dininə və əxlaqına. Nə qədər dində kamil olsa, o qədər yaxşıdır. Amma o bacı bacarmasa və görsə ki, elə qardaşa ərə gedə bilməyəcək, onda bacardığı qədər dinə əməl edənini seçsin.
3. Bunun üçün heç bir dəlil yoxdur, bu sadəcə adətdir. Ona görə əgər israr olunsa, kifayətdir ki, oğlan bildirsin. Amma nəyisə göstərmək və s. bu iş tamamən islama, həm də ailə məsələlərinə ziddir.
4. Toyda şərt deyil ki, adam çox olsun. Əsas odur ki, asilik olmasın. Oğlan tərəf heç olmasa bir qoyun kəsib məclis eləməlidir. Yaxın adamlar olsa kifayətdir.
5. Xeyr, bu zəkat deyil və çalışın belə pul yığıb xeyirxahlığa xərcləmək bəyənilmir, çünki o pul haramla qarışıqdır, xüsusən də çəkinməyə imkan varsa, çəkinin.
6. Çalışın açıqda olmasın və naməhrəmlərdən gizlədin.
7. Belə halda uşaq bacardığı çəkinsin. Və əgər israr edirsə, aparın ora, amma təbiət və s. cansız şeylərin çəkilməsinə həvəsləndirin, canlı şəkillərin isə haram olmasını bildirin.
8. Burda təbii ki, valideyn günah sahibidir.
9. Bu zülmdür və böyük günahlardandır. Qoy müəllim bu əməldən çəkinsin, bacarmasa işdən çəkinsin, belə işləmək düzgün deyil, şəkk yoxdur ki, o böyük günah sahiblərindəndir.
10. Belə vəziyyətdə tələbə üçün rüşvət sayılmır, amma müəllim üçün rüşət sayılır, çünki tələbə məcburdur.
11. Kifayətdir ki, demək ki, məsləhət deyil. Çünki belə məqamda əslini demək vacibdir və bu qeybətdən sayılmır.
12. Belə halda əgər görürsünüzsə ki, fitnə olacaq, zərrə olacq və məhkəmədə deyilsinizsə, çəkinmək eyib etməz.
13. Əgər o naməhrəmdirsə, təbii ki, bu düzgün deyil. Buna görə qoy çəkinsin.
14. Düzdür bu ola bilər, lakin məsləhəti qadın vasitəsilə etsin, əgər naməhrəmdirsə, birbaşa etməsin.
15. Xeyr, sadəcə o vacib məsələlərdən birini tərk edib. Bu onun cənnətə getməyinə mane olmayacaq, inşəAllah.
16. Xeyr, inşəAllah, bu qadın mömindir. Sadəcə hansısa bir bəyənilməyən əməli tərk edib.
17. a) Düzdür, qadının ixtiyarı var, istədiyi adam və şəraitə getsin.
b) Düzdür, yeni ailə nə qədər ayrı yaşayacaqsa, o qədər də yaxşıdır. Lakin bu məsələdə oğlanı da sıxmaq lazım deyil, hər şey imkan daxilində olmalıdır.
18. a) İkinci qadın almaq caiz əməllərdəndir. Lakin belə şərt qoymaq bəyənilmir. Sadəcə qadın əgər yaxşı olsa, kişi heç vaxt ikinci arvad almayacaq.
b) Sadəcə buna görə boşanmaq bəyənlmir, bu boşanamq üçün səbəb deyil. Sadəcə səbr etmək onun üçün daha yaxşıdır.
19. Niqaba görə bunların hamısı səhvdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!