Jump to content


mikashka

Member Since 10 Aug 2004
Offline Last Active Jul 09 2005 09:16 PM
-----

Posts I've Made

In Topic: 01 июля 2005 года

13 June 2005 - 05:18 PM

Salam aleikum qardash.
1. Hezreti Peyqemberimizin (SVS) heyatini usaqlara danisharken olarmi onu naqil formasinda danishim. Cunki belede dediklerimi onlar daha yaxshi qavrayirlar.
2. Menim hicabim yixdu. Buna baxmayaraq men ortulu geyinirem. Ancaq mene deyirler ki, sachin achiqdisa demek geyindiyin ortulu paltar da sayilmir. Bu beledirmi?
Cezekellahu xeyran.
Salam aleikum



Cavab:

Wa aleykum salam!
1. Nağıl yox, amma uşaqların başa düşdükləri dildə danışsan olar.
2. Sən çalış saçın və başqa əzaların görsənməsin. Təbii ki, günah olab yerlər görsəndikcə sən buna görə günah qazanacaqsan.
Allah daha yaxşı bilir!
Salam aleykum!


In Topic: 01 июля 2005 года

09 June 2005 - 07:31 PM

Salam Aleikum ve Rehmetullahi ve Bereketuhu.
1.Qardash namaz zamani necenci ruketin qildiqini unuduramsa ne etmeliyem?
2. Eger yolda tanimadiqim bir bacinin hicabinin arxadan ozunun xeberi olmadan acildiqini gorsem ona bu barede demeliyemmi? (baxmayaraq ki yaninda duran refiqesi buna ele de ehemiyyet vermir )
3.Namaz zamani musiqi sesi esidiremse ne etmeliyem? Bele hallarda musqinin sozleri menim fikrimi yayindirir. Onu da deyim ki, evde qardashim musiqiye yuksek sesle quaq asir.
4. Anam hele de cesaret edib namaza bashlamir. Ona tez-tez islam barede meqaleler oxuyuram. Bununla bele yene de qilmir ve ozunu gunahkar hiss edir. Bu halda ne edim?
5. Hidayet sozunun menasi nedir?
6. Qardash- olum, axiret,qebr sorqusu, melekler, cennet ve cehennem ve s.- bunlar barede melumatim azdi. Eger mumkunse bu barede yazilan kitablarin muelliflerini vererdiniz.
Allah sizden razi olsun.
salam Aleikum ve Rehmetullahi ve Bereketuhu.



Cavab:

Wa aleykum salam!
1. Əgər bilmirsənsə hansı rükətdəsən onda azdan başla. Yəni bilmirsən 3-dəsən yaxud dörtdə. Onda belə halda 3-dən başla.
2. Bəli, əgər fitnə yoxdursa deyə bilərsən.
3. İmkan olsa ona de namaz vaxtı söndrsün. əgər olmasa onda elə də qıl. Allah sənə kömək olsun.
4. Dua et və dəvətini də davam elə.
5. Hidayət sözünün mənası Allah təalənin doğru və haqq yoluna yönəlmək.
6. Saytda olan ədəbiyyat bölümündə imanın əsaslarında bu haqda var. Həmçinin məscidin ətrafında olan kitabxanalardan bu haqda məlumat ala bilərsən.
Allah daha yaxşı bilir!
Salam aleykum!


In Topic: 01 июня 2005 года

30 May 2005 - 11:03 PM

Salam aleikum qardash
1.Qardash bilmek isterdim qible terefde guzgu olarsa onun qarshisinda namaz qilmaq olarmi? Bunu bilmediyime gore orda namaz qilarken ozumu narahat hiss edirem. Yeni oz eksimi aynada gorub fikrimi yayindiriram.
2. Quranin en kicik sure ve aylerini ezberlemek olarmi?
3. Cahil insanlarla mubahiseden qaciram. Bununla bele yene de mene soz atib tutduqum yolun sehv olduqunu, oz fikirlerini yeritmeye calishirlar. Bu halda cavab vermeden dura bilmirem. Bu menim sebrsizliyimimi gosterir,yoxsa....
4.Derman icerken, mualice olunarken hansi duani oxumaq daha efzeldi? Peyqemberimiz (SVS) bele hallarda ne ederdi ve ne meslehet gorerdi?
5. Qardash suyu oturaqli halda icerler. Edirem,ancaq sebebini bilmirem. Mumkunse aciqlaqyin
6. Kofe,shokolad, baliq kurusu,- bunlardan hansi olmaz?
.Allah elminizi daha da kamil etsin ve sizden razi olsun ki bizden elminizi esirgemisiniz.
Salam aleikum



Cavab:

Wa aleykum salam!
1. Çalış güzgü qiblə tərəfdə olmasın. Çünki bu namazqılana narahatçılıq gətirir.
2. Bəli olar.
3. Əgər adam başadüşəndirsə onda onunla söhbət edə bilərsən. Lakin görürsən ki, kimsə lağlağı üçün danışırsa onda de ki, hər şey yaxşı olacaq!
4. Dərman içəndə Allahdan bu dərmanı səbəb etməsini istəmək lazımdır.
5. Bəli əgər şəriət deyibsə bunda faydalar vardır. Sən fəqət bacardığın qədər otur iç. Çünki bu haqda Peyğəmbər (s.a.v)-dən hədis var.
6. Hamısı olar.
Allah daha yaxşı bilir!
Salam aleykum!


In Topic: 01 июня 2005 года

29 May 2005 - 10:23 PM

Salam Aleikum ve Rehmetullahi ve Bereketuhu
1. Evde namaz qilarken qarshiya sutre qoymaq vacibdirmi ve bu halda qarshidan adam kecerse namaz pozulmaz ki?
2. Evde heyvan saxlamaqa sherietde nece baxilir? Mes: pishik,bulbul,xamyakve s
3. Namaz zamani mane olan danishiq seslerini susdurmaq ucun ne etmek lazimdir?
4.Qusul aldiqdan onar destemaz almaq vacibdir? Cunki bezi kitablarda vacib olduqundan, bezileri ise o qeder de vacib olmadiqindan yazilir ? Ne etmeli?
Suallarim cox oldu. Halal edin…
Cezekellahu xeyran
Salam Aleikum ve Rehmetullahi ve Bereketuhu



Cavab:

Wa aleykum salam!
1. Çalış hər zaman sütrə olsun. Amma qarşından adam keçərsə namaz batil deyildir. Qadının keçməsi isə bəzil alimlər deyirlər ki, batil edir.
2. Evdə heyvan saxlamaq olar. Lakin it saxlamaqdan isə çəkin.
3. Çalış fikir vermə. Fikrini oxuduğun ayələrə cəm et. Həmçinin Allahın qarşısında olduğunu fikirləş.
4. Cənabət qüslündən sonra almaya bilərsən. Digər qüsllərdən sonra isə dəstəmaz al.
Allah daha yaxşı bilir!
Salam aleykum!


In Topic: 01 апреля 2005 года

23 March 2005 - 09:24 PM

Salam aleikum qamet qardash1
1. Namaz qilib bitirdikden sonra otaqda oyuncaqin (heyvan oyuncaqi) olduqunu gordum. Bu halda namazi yeniden qilmaqa ehtiyac varmi?
2. Esr namazinin axirina catdim ve qilarken meqrib namazinin azani oxundu. Ancaq menim namaz cedvelimde esrin bitmeyine hele 15 deq. Var idi. Bu zaman yarimciq qoyub meqribin nam. Qilim yoxsa..???
3. Momineye bohtan atilarken ne etmelidir ?
4. Qardashim namaz qilmaq isteyir ancaq hele cesaret etmir. Islama aid kitablar da oxumur. Onu hansi yolla islma devet edim.?
5. Ish yerimde coxlu kishi muellimleri var. Onlar otaqda olarken cixiram ancaq tez-tez cixmaq da olmur. Ne edim????????
Cezekellahu xeyran!
Salam aleikum!



Cavab:

Wa aleykum salam!
1. Xeyr.
2. Xeyr, sən namazı tamamla sonra məğribi qıl.
3. Səbr edib, Allahdan bunun savabını diləməlidir. Birdə istəsə onun deyilən böhtandan uzaq olmasını deməlidir.
4. Çalış onu məscidə gətir, yaxud kaset verməklə, münasib vaxt tapıb elm məclisinə gətirmək ilə və s.
5. Allahdan bacardığın qədər qorx və bacardığın qədər özünü naməhrəmlərdən qoru.
Allah daha yaxşı bilir!
Salam aleykum!