Əssələmu aleykum və rahmətullah
1. Xaçpərəslərin əqidəsi mənə məlumdu, amma yahudilərin əqidəsi nədir? Onlar nəyə yə va kimə ibadət edir?
2. Nafilə orucun şərtləri (yəni ayın hansı günləri və s.) nədir? Siz keçən cümədə qeyd etdiniz, manim isə yadımda qalmadı!
3. İxlaslı olmaq üçün nə etmək lazımdır? Mənim fikrimcə, İxlaslı olmaq əməlin özünü etməkdən daha çətindir!
Əssələmu aleykum və rahmətullah
Cavab:
Wa aleykum salam!
1. Yahudi dini dedikdə, özlərini Musa Peyğəmbərin davamçıları hesab edən, kitablarının da Tövrat olduğunu iddia edənlərdir. Lakin ibadətləri isə Musanın şəriəti ilə deyil. onların elm adamlarının göstərdiyi şəkildə gedənlərdir. Onların da dini təhrif edilmişdir. Onlar özlərini digər millətlərdən fərqli hesab edirlər və deyirlər: “bu din yalnız Allahın seçdiyi bir tayfa, Yahudilər üçündür”. Ona görə də yahudiləri öz dinlərinə dəvət edən görməzsən.
2. nafilə oruclar hər həftənin 1-ci və 4-cü günü, Müsəlman ayları ilə 13, 14 və 15-də tutulan oruclardır. Ərəfa, Aşura və s günlərdə tutulan oruclardır.
3. Bəli ixlaslı olmaq çətindir. Lakin buna nail olmaq üçün imanı artırmaq lazımdır. Ilk olaraq Allahı yaxşı tanımaq, Peyğəmbər (s.a.v.) –in sünnəsi ilə getmək, camaat ilə olmaq və təklikdə olarkən nafilə ibadətləri artırmaq bununla Allahın razılığını qazanmaq və s.
Allah daha yaxşı bilir!
Salam aleykum!
CyberCop
Member Since 31 Aug 2004Offline Last Active Mar 15 2009 12:05 PM