Jump to content


Ибн Хаджар

Member Since 03 Jun 2004
Offline Last Active May 27 2012 12:33 AM
-----

Posts I've Made

In Topic: 01 июня 2012 года

04 May 2012 - 02:38 PM

Əssələmu aleykum!

1) Kəfənlənmiş olüdən nəsə çıxsa, qabağında və ya arxadan, bu halda nə etmək lazımdır? Onu təzədən yumaq lazımdır? Zəhmət olmasa açıqlayardınız.

2) Əgər ölü bir müddət basdırmaqdan qabaq evdə qalmalı olursa (müəyyən səbəbə görə, məs qəbr yeri tapana kimi), bu halda onu qibləyə tərəf nə cür qoymasında bir fərq varmı? Məs. ayaqları və ya başı Qibləyə tərəf baxsın?

3) Əgər ölmüş yaxın adamı yuxuda görürsən və o, yuxuda sənə nəsə verir və sən ondan qəbul edirsən, bu pis yuxu sayılır?

4) Sünnəyə görə olünü qəbrdə torpaqla basdıranda, qəbrə 3 ovuc torpaq atmaq sünnədir. Bunu hansı anda etmək lazımdır?

5) Həmçinin bəziləri ovucların yerinə, 3 lopatka torpaq atırlar, bu nə dərəcədə düzdür?

6) Bizim şəraitimizdə (yəni, Azərbaycanda) ad günü keçirtməyin hökmü bir qədər yumşaq olur, çünki bunu keçirtmək artıq camaatmız arasında yayılıb və artıq məhz kafirlərin adəti kimi sayılmır. Ona görə də ad günü bizdə keçirtmək məkruh olur - buna münasibətiniz. Əgər razı deyilsinizsə onda ətraflı zəhmət olmasa, çünki adətlər səbəbə görə haram olur.

Allah razı olsun. Salam aleykum!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İmkan olsa, bəli, yoxdursa, elə də basdırın.
2. Xeyr, əslən fərq yoxdur.
3. Allah bilir, sadəcə istənilən halda dua edin ki, Allah xeyirli etsin.
4. Bəli, torpaq tökülən vaxt edin.
5. Eyib etməz.
6. Xeyr, düzgün deyil, xristianlardan keçmiş adətdir, ən azı oxşamaqdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


In Topic: 01 сентября 2011 года

18 August 2011 - 04:08 PM

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Əgər Cümə namazıdırsa, bu namazdan sonra əgər məsciddəsizsə, bu halda 2+2 rükət namaz qılın. Əgər evə qayıdacaqsızsa, bu halda evdə 2 rükət namaz qılın. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Cümə namazından sonra kim istəsə 4 rükət (2+2) namaz qılsın" (Səhih Müslim, 881). Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) Cümə namazından sonra evə gələndən sonra, 2 rükət nafilə namazı qılardı" (Səhih Müslim, 882)


Bəs evdə 4 rükət qılmaq olmaz? Ancaq 2 rükət olmalıdır?

2)
Цитата
Bəli, belə bir şəxs olub. Ömərin (radiyALLAHU 'anhu) vaxtında onun meyidini tapırlar və xəlifə əmr edir ki, 13 qəbir qazılsın və birində basdırılsın ki, camaat onun yerini bilməsinlər. Pyeğəmbər özü İsadan (sallALLAHU 'aleyhi wa sallam) əvvəl yaşayıb.
Allah daha yaxşı bilir!


Bəs niyə məhz 13 qəbr qazılır? Məhz 13 qəbrin qazılmasında məqsəd var idi yoxsa sadəcə bir rəqəm idi?

3) Bu Danial peyğəmbərə kitab verilmişdirmi? Rəsul idi yoxsa nəbi?

4) Danial adı hər hansı bir məna daşıyırmı?

Allah razı olsun

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Evdə də 4 rükət olar.
2. Xeyr, heç bir məqsəd yox idi, sadəcə müəyyən sayda tapılmalı idi.
3. Bilinmir.
4. Bilmirəm.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


In Topic: 01 сентября 2011 года

17 August 2011 - 01:13 PM

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Kişilər yalnız ilk iki barmağa taxa bilərlər.


Qardaş, məncə siz səhv demisiz. İlk iki barmağa (yəni şəhadət və orta barmağa) kişilərə üzük taxmaq qadağandır.

Цитата
Что же касается хадиса от Али ибн Аби Талиба, который сказал: «Посланник Аллаха (мир ему и благословение Аллаха) запретил мне надевать кольцо на этот и этот пальцы», после чего он указал на средний и следующий за ним палец. Муслим 3/172.

Речь в этом хадисе идет именно о мужчинах, поскольку Али говорит о том, что пророк (мир ему и благословение Аллаха) запретил ему, а не сказал о запрете в обобщенной форме.

Что касается того, о каких именно пальцах идет речь, то имам Абуль-‘Аббас аль-Къуртуби сказал: “Если кольцо надето на безымянный палец, то это не является запретным. То, что запрещено в хадисе от Али, в нем речь идет о следующем пальце за средним со стороны большого, т.е. указательный”. См. “аль-Муфхим” 5/414.

Что касается вида запрета в этом хадисе, то ученые разошлись, например имам ан-Науауи считал, что речь идет о порицании, но не о категоричном запрете. См. “Шарх Сахих Муслим” 14/71.

Однако более правильно то, что говорил имам Ибн Хазм, что в хадисе речь идет о полном запрете, поскольку в основе любой запрет указывает на не дозволенность, если только нет какого-либо исключения. См. “аль-Мухалля” 4/51.


2)
Цитата
ger bir elm telebisiynen diger elm telebesinin basqa basqa cvblari varsa,meselen biri deyir 1meselede olar,o birisi de deyir konkret olmaz....kimin fetvasini qebul elemek lazimdir?yeni 1insanin elmi azdir hemin sualin cvbini bilmir...sorusanda da 1bele deyir biride de sovsem basqa sey....kime qulaq asmaq lazimdir? - CAVAB: Bu halda hər ikisindən dəlil tələb edin və deyin ki, qoy dəlili aydınlaşdırsınlar.


Bəs əgər ikisi də dəlil gətirirsə, elmi az olan adam nə etsin?

3) Əgər iftar açmaq üçün həm xurma həm su da varsa, hansından birinci açmaq sünnəyə uyğundur?

Allah razı olsun!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. İlk iki barmaq çeçələdən başlayır.
2. Belə halda üçüncü birindən daha səhih dəlil soruşun.
3. Xurma, sonra su.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


In Topic: 01 сентября 2011 года

16 August 2011 - 06:06 PM

Əssələmu aleykum va rahmətullah!

1) Qardaş, bir elm tələbəsinin bizi öyrətdiyi kimi, biz fidyanı və zəkatul fitri belə vermək niyyətindəyik:

Fitr - 2kg.40 qramm. Bu da düyünün orta qiyməti ilə götürəndə (orta qiyməti hardasa 1kq - 1 AZN) 2 man 40 qəpik edir.

Fidya - 510 qramm. Onu da 30 günə vuranda 15 kq-dan bir az çox edir. 16-kq-lıq un kisəsini alıb fidyəni vermək istəyirik.

Biz bu cür fitri və fidyanı versək şəriətə uyğun olacaqmı?

2) " Zəhəbəzzəməu vəbtələtil uruq və thəbətəl əcru inşəAllah" bu duanı dəqiq nə vaxt demək lazımdır? Bu duanın mənasından belə çıxır ki, bu duanı ifarı artıq açdıqdan sonra (yəni, bir az su içdiqdən sonra və ya bir neçə xurma yediqdən sonra) açmaq olar. Bu vaxt bu duanı demək sünnəyə uyğundurmu?

3) Əgər yaxın qohumunun cənazəsini şiə mollası qılırsa, yəni sünnəyə tam uyğun deyilsə, və hamı (yəni cahil qohumlar) onun dalınca durub qılırlarsa, belə halda tək qıraqda qalmamaq üçün onun arxasında durub cənazəni qılmaq olarmı?

4) Belə cənazədən sonra mən özüm gedib artıq qəbrin yanında cənazə qıla bilərəm, yoxsa onun qıldığı cənazə kifayətdir?

5) Ramazan vaxtı evə hərdən bir qonaq gəlir: cahil qohumlar, cahil ustalar - onlara çay verməklə günah qazanmırıq ki? Onsuzda onların həmin günün orucu artıq batildir...

CəzəkəAllahu Xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Olar.
2. Bəli, suyu içəndən sonra deyin.
3. Xeyr, olmaz.
4. Qəbrin yanında qıla bilərsən.
5. Bu problemdir, verməkdən çəkinin.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


In Topic: 01 сентября 2011 года

16 August 2011 - 04:05 PM

Əssələmu aleykum va rahmətullah!

1)
Цитата
Gohumu ziyarete gedende bibim veya xalam gorusende opurler meni men nece cekinim. - Heç nə olmaz, amma sonra bildirin ki, bir də belə eləməsinlər. Heç olmasa bildirin ki, dəstəmazım pozulur, bəlkə belə çəkinərlər.


Bəs belə demək yalan sayılmır?

2) Məgər bibi və xala məhrəm deyillər? Bəs niyə onda çəkinmək lazımdır?

3) Ölüyə toxunandan sonra əlləri sadəcə yumaq haqqında şəriətdə bir şey gəlibmi? Bəzi cahillər ölüyə toxunan kimi qaçıb əllərini yuyurlar elə bil ki ölü nəcasətdir.

4) Ölü nəcasət sayılırmı?

5) Ölü gözləri açıq ola-ola ölübsə, sünnəyə gözlərini bağlamaq lazımdır. Düzdür?

6) Əgər ölünün ağzı açıqdırsa və bağlamaq istəyəndə bağlanmırsa, nə etmək olar?

7) Ölünün başını hələ evdə olarkən balışın üstünə qoymaq lazımdır? Yoxsa yastı yerə qoyulmalıdır?

Allah razı olsun.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Xeyr, alimlərdən belə deyənlər var, zəif olsa da, amma daha böyük problemin qarşısını alır. Məsələn, Şafii məzhəbində belədir.
2. Sadəcə öpməkdən çəkinmək lazımdır.
3. Düzdür, buna bir dəlil yoxdur.
4. Xeyr, insan bədəni nəcasət sayılmır.
5. Bəli.
6. Çənəsinin altından yuxarığa iplə bağlayın.
7. Bir balaca hündür qaldırsanız, kifayətdir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!