Salam Aleykum Qamet !
Sualim Ashagidaki hedislere istianeden demek olarmiki yezid dinden cixib. Zehmet olmasa hedislere aciqliq getirin. cunki siz yezide muselman deyirsiz.Yada ashagidaki delillere aciqliq getirerdiniz. hetda sehv etmiremse yezide rehmet oxuyursuz.
1) Tarixçilər nəql edirlər ki, Yəzid imam Hüseyn (ə)-ın mübarək kəsilmiş başına hörmətsizlik edəndə, İbn Zibərinin Ühüd döyüşündə oxuduğu şeri dilində züm-zümə edirmiş.
İbn Kəsir deyir.
فقد اشتهر عنه أنّه لمّا جاءه رأس الحسين عليه السلام جمع أهل الشام وجعل ينكت رأسه بالخيزران وينشد أبيات ابن الزبعريّ المشهورة
ليت أشياخي ببدر شهدوا*** جزع الخزرج من وقع الأسل
فأهلّوا واستهلّوا فرحاً***ثمّ قالوا: يا يزيد لا تشل
قد قتلنا القوم من ساداتهم***وعدلناه ببدر فاعتدل
“İbn Zibəri Ühüd döyüşündə arzu edir ki, ey kaş Bədr müharibəsində ölən babalarımız burada olardılar, Muhəmməd və onun dostlarından onların intiqamını aldığımızı görərdilər.”
Yəzid bu şeirdə Hüseyn (ə)-ı, Əli (ə)-ı, Fatimə (s)-nı və həqiqi müsəlmanları, islamın gəlişinin ilk vaxtlarında döyüşlərdə ölmüş kafirlərin başçılarına bənzədir. Bunu deməklə həqiqətdə o öz küfrünü sübut etdi.
قال ابن كثير - بعد إيراد الأبيات -: فهذا إن قاله يزيد بن معاوية فلعنة الله عليه ولعنة اللاعنين، وإن لم يكن قاله فلعنة الله على من وضعه عليه ليشنع به عليه.
“Əl-bidayətu vən-nihayə”, 8-ci cild, səh: 209.
2) Təbəridə bu şeirləri nəql edəndən sonra deyir:
فقال: (يعني يزيد) مجاهراً بكفره ومظهرا لشرمه: ثمّ قال الطبري - بعد ذكر الأبيات - هذا هو المروق من الدين، وقول من لا يرجع إلى اللّه ولا إلى دينه ولا إلى كتابه ولا إلى رسوله ولا يؤمن باللّه
“Dedi: (yəni Yəzid) öz küfrünü və müşrükliyini aşkar etdi. Daha sonra Təbəri deyir: Bu sözlər, o insanın dindən çıxmasına dəlalət edir. Çünki bu sözlər Allaha, Onun dininə, Kitabına və Rəsuluna iman gətirmiş şəxsin sözləri deyil. O Allaha iman gətirməmişdir.”
“Təbəri tarixi”, 8-ci cild, səh: 187-188.
3) Eserleri yıllarca Osmanlı medreselerinde okutulmuş bulunan büyük Sünnî alim Teftâzânî'nin (v. 792/1390) bu konuda söylediklerini önemli bir örnek olarak sunuyorum:
"Sahabe arasında geçen kavgalar ve tartışmalar açıkça gösteriyor ki, onların bir kısmı haktan sapmış, zulüm ve günah sınırına ulaşmıştır. Bunun da sebebi kin, inat, haset, direnme, servet ve iktidar talebi, dünyanın çekiciliğine (lezzet ve şehvete) meyildir. Bu böyledir; çünkü her sahâbî masum (günahsız ve günah işleyemez) değildir ve Peygamber'i (s.a.) gören, ona ulaşan herkes hayırlı (iyi) değildir... Ehl-i sünnet ulemasının bu olayları farklı yorumlayıp mazeretlere bağlamalarının sebebi büyük sahabeye dil uzatılmasını engellemek içindir. Onlardan sonra Peygamber'in Ehl-i beytine yapılan zulüm ve kötülüklere gelince bunu kimse inkar edemez, buna dağlar taşlar ve hayvanlar bile şahitlik eder, göklerde ve yerde olanlar göz yaşı dökerler; dağlar paralanır, taşlar parçalanır. Bu sebeple o kötülükleri yapanlara, buna razı olanlara veya katkıda bulunanlara Allah lanet etsin! Ehl-i Sünnet alimlerinin bir kısmının, onun daha fazlasını da hak ettiğini bildikleri halde Yezîd'e lanet etmeyi caiz görmemiş olmalarının sebebi, cahil ve aşırı gidenlerin işi ileriye götürüp büyük sahabeye kadar dil uzatmalarını engellemek içindir."
4)Əksər əhli-sünnə alimi, o cümlədən məzhəb baniləri yezidi təkfir etmişdilər. Neosələfilər(el arasında vəhabilər kimi tanınanlar) hər nə qədər inkar etsələr də, tarix və sarih dəlillər bizə bunu deyir. Başa düşürük ki, xüsusən Əhməd b. Hənbəlin yezidi təkfir etməsi neosələfiləri pis vəziyyətdə qoyub. Ona görə onların daha çox Əhmədin yezid barədə susduğu hədisləri reklam etməkdən başqa çarələri qalmayıb. Yuxarıda da gördüyümüz kimi ibn teymiyyə külliyyatının 4-cü cildində Əhməd b. Hənbəlin yezidi təkfir etməyini gizlətməyə və fırlatmağa çalışmışdır. Amma faktlar onu göstərir ki, Əhməd b. Hənbəl nəinki bu barədə susmuş, hətta yezidin təkfir olunmağa layiq olduğunu göstərmək üçün Quran ayəsini də zikr etmişdir. Şərh Fiqh Əkbər, səh. 88-də yezid barədə oxuyuruq: "O spirtli içkini halal hesab edir və Hüseyn və səhabələri öldürüldüyü zaman dedi: "Bədrdə öldürülən ata-babalarımın intiqamını aldım." Buna bənzər digər sözləri də var. Bu səbəbdəndir ki, Əhməd b. Hənbəl yezidi kafir hesab etmişdir, çünki yezidin sözlərinin səhih olduğu ona (İmam Əhmədə) sübut edilmişdir." Həmçinin əllamə Seyid Mahmud Alusi əl-Bağdadi (ö.1270) Muhəmməd surəsinin 22-23-cü ayələrinin təfsirində yazır: əl-Bərzənci və əl-Heysəmi nəql edirlər ki, imam Əhmədin oğlu Saleh rəvayət edir ki, atasından yezid b. müaviyəni sevidiklərini söyləyən insanlar barədə xəbər aldı. Buna qarşılıq İmam Əhməd b. Hənbəl dedi: "Allaha imanı olan kəs onu sevərmi?! Saleh onun lənətlənməsi barədə soruşduqda, imam cavab verir ki, niyə görə Allahın Quranda lənət etdiyi kəs lənətlənməməlidir?" Saleh buna qarşılıq soruşur: "yezid b. müaviyə Quranın hansı hissəsində Allah tərəfindən lənətlənib?" İmam Əhməd cavabında bu ayəni zikr edir: "Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət etdiyi kar və gözlərini kor etdiyi kimsələrdir! Onlar Quran barəsində düşünməzlərmi?! Yoxsa ürəklərinə kilid vurulmuşdur?!(Muhəmməd surəsi, 22-24) (Təfsir Ruh əl-Məani, cild 26, səh. 72; ibn Müflih əl-Hənbəli, "Ədəb Şəriə", c.1, səh.342; Muhəmməd ibn Əhməd əl-Səffarini əl-Hənbəli ,"Ğida əl-əlbab li-Şərh Mənzumat əl-Ədəb", c.1, səh. 182; ibn Cəuzi, "əl-Rad əla əl-Mutəsib əl-Ənid əl-Mane lə zam yezid", səh.41)
Neosələfilər əllərində rapira, gillette gəlsələr də xeyri yoxdu. Misal olaraq, İbn Cəuzinin (və digərlərinin) öz kitabında səh.41-də qeyd etdiyi eyni hədisin ravi zəncirini analiz edək...
Əbu Cəfər əl-Əkbəri, Əbu Əli əl-Hüseyn b. əl-Cüneyddən, o da Əbu Talib b. Şəhab əl-Əkbəridən, o da Əbu Bəkr Muhəmməd b. əl-Abbas, o da Saleh b. Əhməd b. Hənbəldən rəvayət edir ki, o dedi.....
Əbu Cəfər əl-Əkbəri - Zəhəbi dedi: "Siqədir" ("Tarix əl-İslam", c.23, səh.218)
Əbu Əli əl-Hüseyn b. əl-Cüneyd - "Etimad ediləndir" ("əl-Kaşif", c.1, səh.332);
Əbu Talib b. Şəhab əl-Əkbəri - Zəhəbi dedi: "Siqədir" ("Tarix əl-İslam", c.23, səh.380);
Əbu Bəkr Muhəmməd b. əl-Abbas - Zəhəbi dedi: "Mühəddis, imam" ("Siyər ələm ən-nübəla", c.15, səh.513);
Saleh b. Əhməd b. Hənbəl - Zəhəbi dedi: "İmam, mühəddis, hafiz" ("Siyər ələm ən-nübəla", c.15, səh.529)
Görkəmli şafi alimlərindən Süleyman b. Muhəmməd b. Ömər əl-Buceyrimi (ö.1221 H) yazır:
أن للإمام أحمد قولا بلعن يزيد تلويحا وتصريحا وكذا للإمام مالك وكذا لأبي حنيفة ولنا قول بذلك في مذهب إمامنا الشافعي وكان يقول بذلك الأستاذ البكري .ومن كلام بعض أتباعه في حق يزيد ما لفظه زاده الله خزيا ومنعه وفي أسفل سجين وضعه
"İmam Əhmədin yezidi hər iki cür təlvih (adını çəkməklə) və təsrih(ümumi) üsulla təlin etdiyi faktları var. İmam Malik və Əbu Hənifənin də bu cür görüşləri var. Həmçinin bənzər faktlar bizim məzhəb imamımız Şafidən də var. əl-Bəkri də eyni zöləri demişdir. Onun davamçılarından bəziləri yezid barədə "Allah onun rüsvayçılığını daha da artırsın və cəhənnəmin ən alt təbəqəsinə yerləşdirsin!" dedilər."
Haşiyət əl-Buceyrimi, c.12, səh.369
Bəzi yerlərdə yezidə vəkillik etsə də Kəmaluddin Muhəmməd b. Musa Dəmiri də etiraf edərək deyir:
إن لكل واحد من أبي حنيفة ومالك وأحمد في لعن يزيد قولين ، تصريح وتلويح
"Əbu Hənifənin, Malik və Əhmədin yezidi təlin məsələsində 2 cür sözləri var: təsrif və təlvih."
"Həyat'ül-həyvan", 2/84
Sən birinci sualı belə qoymuşdun: bu linkdə yuxarıda yazılanı tap göstər görüm heç xəbərin varmı orda yazılanlardan zərrə qədər olsa..
Tapdıq göstərdik. İndi sualı başqa cür qoydun: burda Əhməd ibn Hənbəl harda yazılıb yezidi təkfir etdiyi?
Bunu da göstərirəm və çox maraqlıdır ki, bu dəfəki fərqli sual və irad nə olacaq.
Əgər istəsəydin özün də rahat şəkildə tapa bilərdin başqa link. Belə ərəbi bilirsənsə. Amma nə isə.
وذكر يعني القاضي ما نقله من خط أبي حفص العكبري أسنده إلى صالح بن أحمد قلت لأبي : إن قوما ينسبون إلي تولي يزيد ، فقال : يا بني وهل يتولى يزيد أحد يؤمن بالله واليوم الآخر ؟
فقلت : ولم لا تلعنه ؟
فقال : ومتى رأيتني ألعن شيئا ؟ لم لا نلعن من لعنه الله عز وجل في كتابه ؟
فقلت : وأين لعن الله يزيد في كتابه ؟
فقرأ : { فهل عسيتم إن توليتم أن تفسدوا في الأرض وتقطعوا أرحامكم أولئك الذين لعنهم الله فأصمهم وأعمى أبصارهم .
فهل يكون في قطع الرحم أعظم من القتل ؟
Saleh b. Əhməd deyir: Atamdan (Əhməd b. Hənbəl) soruşdum: Camaat deyir ki, biz Yezdə itaət edirik. (və ya, Camaat bizi Yəzidə itaətçiliyə nisbət verirlər!) Dedi: Oğul! Allaha və Qiyamət gününə imanı olan şəxs heç Yəzidə itaət edər?
Dedim: onda niyə ona lənət oxumursan?
Cavab verdi: Məni nə vaxt kiməsə lənət edən görmüsən? Allahın öz kitabında lənət etdiyi şəxsə niyə lənət olunmasın?! (Azərbaycan dilində məna daha açıq başa düşülsün deyə belə vermək olar: Ancaq niyədə Allahın öz kitabında lənət etdiyi şəxsə niyə lənət olunmasın? - İradın varsa, buyur. )
Mən “Allah onu hansı ayəsində lənət edib?”- deyə soruşduqda,
Bu ayəni oxudu: “Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir." (Məhəmməd surəsi 22-23)
Sonra atam dedi: Qətldən də böyük fəsad varmı?”
الآداب الشرعية والمنح المرعية - Ədəb əl-şəriyə və-əl-minə əl-məriyə
محمد بن مفلح بن محمد المقدسي - Muhəmməd b. Müflih b. Muhəmməd əl-Məqdisi
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sizin ən birinci probleminiz budur ki, məni bu məsələyə bağlayırsınız. Sələfin bu haidsəyə mövqeyi var, bunu oxuya bilərsiniz. Bəli, kimlərsə Yezidə belə sərt mövqedə olublar, amma Yezid müsəlman olub, ona minlərlə səhabə beyət edib, eləcə də onun atasına Həsən və Huseyn də (radiyALLAHU 'anhumə) beyət eləmişdilər. Yezidin xəlifəliyini atası məsləhət görmüşdü və səhabələr də razılaşmışdılar.
Mənim mövqeyim şeyxin mövqeyi ilə eynidir.
İBN TEYMİYYƏNİN YEZİD İBN MÜAVİYƏ HAQQINDA FƏTVASI
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!