Jump to content


Photo

01 декабря 2015 года


  • This topic is locked This topic is locked
67 replies to this topic

#51 ANS TV - Iran wie kanali

ANS TV - Iran wie kanali
  • Guests

Posted 24 November 2015 - 04:47 PM

As-salamu aleykum va rahmatullahi va barakatuh !
1- Nemrud Nuh aleyhisselamin nevesi olub ?
2- Islamda insanligin yawi ne qederdir ? Texmini nece min il ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Hə, deyirlər. Nuhun nəvəsi, ya kötükcəsidir.
2) Onu dəqiq demək mümkün deyil. Allah bilir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#52 Brat-Musulman

Brat-Musulman

    Пользователь

  • Пользователи
  • Pip
  • 13 posts
  • Location:Baki

Posted 25 November 2015 - 09:30 AM

Salam aleykum.
1. Bildiyime gore peygember ( salallahu aleyhi ve sallam ) sunnet namazlarini bezen at ve ya deve ustunde hereket ederek qilib. Avtomobili idare ederek namaz qilmag olar? Ve ya sernisin kimi geden avtomobilde namaz qilmag olar?
2. Falci yanina gedenin 40 gun namazi qebul olmaz. Bes marag ucun vanqanin gelecek haqqinda dediklerine qulag asan, bu hokmun altina dusur? Tesadufi baxsa, ve ya kimse bunu danisigda esidib, maraglanib qulag asan, ve sonra pesman olub tovbe eden namazlari qebul olacagina arxayin olmag olar?
Salam aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Nafilə namazlarını qıla bilərsiniz. Peyğəmbər (sallallahu aleyhi va səlləm) əsasən minikdə nafilə namazlarını qılardı.
2) Falçıya qulaq asan, yanına gedən kimi deyil. Amma hər halda olmaz. Oxşayırda. Gedən nə üçün gedir? Qulaq asmaq üçün. Ona görə hər halda problemdir. Elə adamlardan nə qədər uzaq olsanız o qədər yaxşıdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#53 Guest

Guest
  • Guests

Posted 26 November 2015 - 12:20 AM

Salam aleykum!
1) Insan nece yasindan sonra yasli sayilir ?
2) Gecenin ucde biri bele hesablanir ?-- Megrib namazi 17:17 .Subh namazi 06:03 , Aralarindaki saat ferqi 11 saat 14 deq. Demeli 11 saat goturuldu ve 11 :3,1 = texmini 4 goturulur?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Təxminən 40 yaş. Artıq 40 yaşda demək olar ağıl kamilləşir. Rüşd halına çatırsan. Demək ki, yaşlı sayılır. Onu demək bir az çətindir.
2) Təxmini hesablayın. Məğriblə sübhün arasında olan vaxtı üç hissəyə bölün. Birinci hissə heç. O hissədə İşə namazı və s. var. Əsas 2 və 3 cü hissələri götürün. Sizin gətirdiyiniz misalda məğriblə sübh arasında 12 saat 46 dəqiqə var, yəni 766 dəqiqə. Bölün üçə, alınır 255 dəqiqə və ya 4 saat 15 dəqiqə. Deməli, ilk üçdə bir 21:32-də başa çatır, ikinci üçdə bir 01:47-də başa çatır...
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#54 ANS TV-iran wie kanali

ANS TV-iran wie kanali
  • Guests

Posted 26 November 2015 - 04:56 PM

Assalamu aleykum va rahmatullahi va barakatuh !
Selefilere bohtan ataraq,terrorizmde gunahlandiran wieler ! Nardarandaki wielerin cixartdigi oyunu gordunuz ! Polisleri olduren,olkedeki sabitliyi pozmaga caliwan wielerdir ! Rafizi wieler ! Her zaman deyilirdi ki,olke ucun en tehlukeli ele "iranski wielerdi". Awurada ecaib hereketler edib,Allaha wirk qowan bedbextler ! Iran bayragi yelledib,iran mollalarinin elini yalayib,open weytanlar ! Bundan sonra selefiler haqqinda daniwmamiwdan evvel,once ozunuze baxin,sonra daniwin ! Rafizi wieler ele Al Kaidanin, IWID'in bir tayidi ! Allah heqiqi muselmanlara guc versin,bu cur iranski weytanlari da mehv elesin. Neceki Nardaranda polis 4-5 denesin geberdib ! iran tulalari !

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əslində fikir verməyin. Əlbəttə şiələrin də radikalları var. Bəlkə də sünnilərin radikallarından lap təhlükəlidirlər. Sadəcə ölkədə təbliğat vasitələrinin çoxusu onların əlindədir. Onlar belə bir ölkədə camaatın fikrində belə fikir formalaşdırmışdılar ki, əhli sunnə radikaldır. Amma özləri əhli sunnədən daha çox radikaldır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#55 Guest

Guest
  • Guests

Posted 27 November 2015 - 06:06 PM

Salam aleykum,

Aşağıda sizə Elşa Mirinin verdiyi intervyudan bir hissəni kəsib təqdim etmişəm. Fikrinizi bilmək istərdim, xüsusilə də Allah istəyəni doğru yola yönəldər məsələsini ətraflı şərh etməyinizi xahiş edirəm. Bu həqiqətən belə tərcümə olunmalıdır??

Цитата
- Ziya Bünyadovla Vasim Məmmədəliyev burda siz dediyiniz kimi səhvlərə yol veribsə, yəqin bu fikirdəsiniz ki, onlar başqa ayələrin tərcüməsində də xətalar ediblər.

- Bəli, başqa yerlərdə də səhvlər var. Məsələn, ayələrin biri belə tərcümə olunur ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Mən bu ayəni, ümumiyyətlə “Quran”ı bu cür tərcümələrdə oxuyub ateist olan insanlar tanıyıram. İnsan deyir ki, Allah istədyini yolundan döndərəcəksə, mən niyə ibadət etməliyəm?!

Deyir ki, mən illərlə namaz qılıcam, ibadət edəcəm və sonda Allah məni yolumdan döndərəcək? Əslində isə “Allah istədiyini” yox, “Allah istəyəni” tərcümə olunmalıdır. Ərəb dilində bu belədir.  Mən araşdırıram, lüğətlərə baxıram və görürəm ki, “Quran” düzgün tərcümə olunmayıb. Bəs niyə düzgün tərcümə olunmur? Çünki tərcümə edənlərin əksrəiyyətinin işi özlərindən əvvəlki tərcümələrə baxmaq və onun əsasında nəsə yazmaqdır.


Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, hər bir işin öz sənətkarı var. O, belə məsələlərin sənətkarı deyil. O, jurnalistdir. Problem odur ki, məsələn, camaat ürək problemini gedib diş həkimindən soruşurlar. Əlbəttə, bu düzgün deyil. Qaldı ki, tərcüməyə. Tərcümə düzdür. Ziya və Vasifin tərcüməsi yeganə tərcümədir ki, Azərbaycan dilində ən güclüdür. Təbii ki, ola bilər ki, orada bəzi mülahizələr olsun. Ancaq ümumən azərbaycan dilinə ərəb dilindən tərcümədə bu saat ən güclü tərcümədir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#56 Selefi genc

Selefi genc
  • Guests

Posted 28 November 2015 - 06:13 PM

Esselamu aleykum,Qamet qardash. Erle arvad dalashdigi vaxt,bir-birilerine minnet vurmasi,ye'ni meselen "men sene filan shey etmishem,filan shey almisham,seni ag gune cixartmisham" kimi basha qaxmalar ne qeder duzgundur ?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ümumiyyətlə ər-arvad münaqişəsi belədir ki, çalışmaq lazımdır ki, qadın əri ilə mübahisə eləməsin. Hirsləndirməsin. Çünki hər halda ailədə ərin məqamı böyükdür. Qadın nə qədər ərinə hörmət edəcəksə, uşaqlarda ataya o qədər hörmət edəcəklər. Həmçinin ailə də möhkəm olacaq. Amma qadının əriylə mübahisəsi Braziliya, Türkiyə seriallarında olur. Bu düzgün deyil. Ailəyə heç də yaxşı nəticə verməyəcək. Amma üzə vurmaq isə, ehtiyac olsa yada salmaq olar ki, belə edin və s. Düzdür, həmişə lazım deyil. Hərdən görürsən insan yada salanda bəlkə düzəlir. Nə daim eləmək, nə də qəti şəkildə eləmək. Sadəcə həddində.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#57 Haydar

Haydar
  • Guests

Posted 30 November 2015 - 02:20 PM

Salam aleykum qardash.
1. Quranda Ali-Imran suresinde Allahu Taala Imran ailesinden behs edir. Oyrenmek isteyirdim Imran kim olub,peygember ya saleh insan ? hansi peygemberle qohumlugu olub ?
2. Qardash,Nardaran hadiseleri bir daha gosterdi ki,radikalizmin dini,mezhebi olmur. Ye'ni Nardaran hadisesinden sonra nece ki,shie mescidleri hele de olkede oz fealiyyetin gosterir,bes bizim mescidi niye acmirlar ? Halbuki o zaman hucuma biz meruz qalmishdiq,ama biz xavariclere gore cezalanmish olduq. Belke Abubak mescidinin acilmasini yeniden qaldirasiz dini qurumlarin sedri ile. Sizin kifayet qeder dersleriniz var internetde,Sizin kim oldugunuzu cox yaxshi bilirler,Siz hec bir zaman radikalizmi desteklememisiniz,tam eksine her dersinizde pisleyirsiniz bu cur emelleri,ele onagore de terrora meruz qaldiniz 2008'ci ilde. Lap mescidde her zaman polis olsun,nezaret elesinler,teki fealliyet gostersin mescid.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) BUNA BAXILIB DEYİLƏCƏK, inşəAllah.
2) O hadisələr göstərdi ki, biz yenə sadiqik, sabitik, xəyanətdən uzağıq. Lakin ola bilsin hələ də müəyyən adamlar var. Hələ bizim məscidimizin açılmasını istəmirlər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#58 Guest

Guest
  • Guests

Posted 30 November 2015 - 05:02 PM

Цитата
Sual veriblerki arasdir gor niye Xanim Fatime(es) qebrin gizledilmesin isteyib?Xarici dusmen qorxusu yoxidi qebirine ibadet qorxusu yoxidi cunki onan daha efzellerin qebri melum idi yerde qalir daxili dusmen.Mende arasdira bilmirem ereb dilin bilmediyime gore
2 sual buduki deyibler gor Aise xanim(ra) nece olub.Neden olub?

Cavab:

1) Bu cəfəngiyatdır, boş söhbətdir. Fatimənin qəbri elə ən görünən yerdədir. Elə Bəqi qəbirstanlığına girəndə 10-15 metr qabağa gedirsən. Sağdadır. Elə oraya girəndə ən görünən qəbir Fatimənin qəbridir. Guya ki, Fatimənin qəbrini gizlətmək istəyib. Bu yalandır, cəfəngiyatdır.
2) Əcəl gəlib dünyasını dəyişib. Kimsə onu öldürməyib.
Allah daha yaxşı bilir!

Bes deliller getirirler ki muaviye quyu qazdirir momunlerin anasi xanim Aise(Allah ondan razi olsun) cagirir oda quyuya yixilir Allahin rehmetine qovusur.Allah islam dusmenlerine lenet etsin!Bes buna ne deyirsiniz?

Cavab:

Bunlar "Min bir gecə"nin nağıldır. Ola bilsin heç “Min bir gecə"də də yoxdur bu. ))
Allah daha yaxşı bilir!


#59 muvahhid855

muvahhid855
  • Guests

Posted 30 November 2015 - 08:09 PM

Əssələmu aleykum və rahmətullah!
Şeyx, mümkünsə suallara tez cavab verərdiniz.
Şeyx, mənim pessimistlik problemim var. Hər şeyin axırının pis olacağı, heç bir işimin alınmayacağını düşünürəm. Qarşıma həyatda bir maneə çıxsa mütləq uduzacağımı, hər zaman aciz və zəif durumda qalacağımı fikirləşirəm. Heç cür özümə inana bilmirəm. Əslində başqalarından xeyli cəsarətliyəm, ancaq yenə də bilmirəm. Çox az gülürəm, həyata enerji ilə baxmıram. Düzdür, bunu ətrafıma çox da hiss elətdirmirəm. Ətrafım məni cəsarətli, ciddi biri kimi tanıyır. Desəm ki, fiziki görünüşcə acizəm, xeyr, əksinə başqalarından daha çox özünəinamlı görünürəm. Ancaq içim belə deyil. Elə bir boşluq var ki, içimdə. Özümü daim narahat hiss edirəm. İçim daim narahatdır. Bütün bunları başqalarına qətiyyən hiss elətdirmirəm. Ancaq içimdə çox narahatam. və daim HƏYƏCAN içindəyəm. Mənə bir nəsihət edərdiniz də... Allah sizi xeyirlə mükafatlandırsın!

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ruh düşkünlüyü düzgün deyil. Hər şey Allahın qəza-qədəri ilədir. Allaha təvəkkul elə. Allahın sənə verdiyi nemətlərlə şad ol. Nəfəs alırsan, gəzirsən, görürsən hər yanı. Bu nemətlərə şükür elə. Nəfsi düşkünlükdən çəkin. Onun sənə xeyri yoxdur.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#60 Guest

Guest
  • Guests

Posted 01 December 2015 - 12:41 PM

sala aleykum
1.Muhammed peygember sallallahu aleyhi ve sellem Allahin izniyle ölmüş adamı dirildibmi?
2. Cabir r.a uşaqlarının dirildilməyi barede olan bu hadisə sehihdi?

Bir gün Allah Rəsulu( s.a.s) camaat namazından çıxdıqda Cabirə( r.a) deyir: "Ey Cabir ! Zövcənə xəbər ver yeməyə bir şeylər hazırlasın axşam sizə musafir gələcəyik". Bunu eşidən Cabir( r.a) sevincdən gözləri dolur və dərhal evə qayıdıb bu şad xəbəri zövcəsinə bildirir. Zövcəsi bunu eşidib həm sevinir, həm də kədərlənir. Sevinir ona görə ki, Allahın Rəsulu evinə musafir gəlir, kədərlənir ona görə ki, Allah Rəsuluna yeməyə verəcək bir şeyləri yox idi. Bircə həyətdə otlayan kiçik quzudan başqa. Cabir( r.a) Allah Rəsulu üçün quzunu kəsmək qərarına gəlir və Allahın adını zikr edərək quzunu Allah Rəsulu üçün kəsir. Bu zaman Cabirın( r.a) iki az yaşlı övadından böyük olanı bunu görür və gələrək kiçik qardaşına " Atamız quzunu kəsdi" deyir. Kiçik qardaş isə "nə cür kəsdi" dedikdə, böyük qardaş atasının quzunu kəsdiyi bıçağı götürərək "bu cür kəsdi" deyib kiçik qardaşının boğazını kəsir. Qardaşının qanlar içərisində uzandığını görüb atasının onu danlayacağından qorxub qaçmağa başlayır və daş hasardan yıxılaraq boynu qırılır. Beləliklə iki övladın ikisi də ölür. Cabir(r.a) və Zövcəsi həyətə çıxdıqları zaman bu mənzərəni görüb bir anlıq yerlərində donurlar. SübhanAllah həqiqətən çox ağır bir sınaqdır iki övladın eyni vaxtda öldüyünü görmək. Övladların ölümünü axşam onların evinə musafir gələcək, Allah Resulunu məyus etməmək üçün gizlətmək qərarına gəlirlər. Ölmüş övladlarının cəsədini bir cuxala bükərək yatağa qoyub üstünü yorğanla örtürlər. Axşam olur və Allah Rəsulu bir neçə sahabəsi ilə Cabirin(r.a) qapısını döyərək müsafir olur. Yolda olan zaman Allah tərəfindən göndərilmiş Cəbrayıl (ə) Cabirin(r.a) Allah Rəsuluna qarşı olan sədaqətini ona xəbər vermiş və nə etməli olduğunu Ona bildirmişdir .
Bir qədər söhbət etdikdən sonra süfrəyə yemək gəlir. Allah Rəsulu yeməyə başlamazdan əvvəl Cabir(r.a) səslənərək: "Ey cabir ! Sənin iki övladın var idi bəs olar hardadır? çağır oları da bizimlə yemək yesinlər" bildirir. Cabir( r.a) isə Peyğəmbəri meyus etməmək üçün "Ey Allahın Rəsulu ! Övladlarım uzaqdadırlar siz yeməyinizə başlayın olarda gələr" deyə bildirir. Lakin Peyğəmbər(s.a.s) bir daha övladlarının harada olması barədə Cabirdən (r.a) soruşur. Bu dəfə də Cabir( r.a) Peyğəmbəri (s.a.s) məyus etməmək üçün oların yatmış olduğunu bildirir. Lakin hər bir şeydən xəbərdar olan Peyğəmbər(s.a.s) bu dəfə Cabirə( r.a) qəti şəkildə "Onları ya mənə göstərəcəksən, yada ki, men sənin evində çörək yemiyəcəm" deyərək bildirir. Bütün ümüdləri tükənən Cabirin( r.a) isə gözləri dolur və Peyğəmbəri(s.a.s) övladlarının yatdığı otağa aparıb ağlaya-ağlaya çarpayını gösterib "Ey Allahın Rəsulu ! Övladlarım buradadır" deyerek bildirir. Peyğəmbər (s.a.s) çarpayının üzərindəki yorğanı qaldırdıqda uşaqlar yerlərindən sıçrayaraq Peyğəmbərin qoynuna atılırlar. Göz yaşları içində gördüklərindən dəhşətə gələn Cabir(r.a) isə Allahın lütfü qarşısında baş əyərək Allah həmd etdi.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Yox. Amma elə möcüzə istəsəydi Allah Təalə onun üçün edərdi. Çünki bir neçə peyğəmbər üçün bunu edib. Ona görə.
2) Cabirin o rəvayəti səhih deyil. Guya ki, iki uşağı kəsir, sonra dirildir. Səhih deyil, uydurmadır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#61 ummu Mahmud

ummu Mahmud
  • Guests

Posted 01 December 2015 - 02:49 PM

Salam aleykum rahmatullahi va barakatuhu
Yaxin qohumum buddistdir (kr....) 11 ilden coxdur. Nehayet arvadi namaz qilib, oruc tutmaq istedi eri icaze vermedi elbetdeki, axiri arvad bezdi uwaqlari goturub evi terk etdi. Sual: qadin muselmandirsa erine qayida biler? yenice islama gelib Alhamdulillah cox wukur men ona ne nesihet ede bilerem?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
O, krişnaid kafirdir. Qadın ayrılıbsa düz edib. Kişi İslamı qəbul etsə, yeni kəbinlə qayıda bilər.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#62 Emin

Emin
  • Guests

Posted 01 December 2015 - 04:36 PM

salam aleykum.hormetli weux Qamet qardaw size bir sualim var bu meni berk narahat edir yeni duwunurem beleki.mene iwden elebir iw tapwiriblarki biz gedib evden uzaq yerde iwlemeli olmaliyiq ve yeqin edirem ki.asri vaxtinda qila bilmeyecem.bu halda nahara gelende zohrden sonra qila bileremmi yenibir muddet her wey yerbeyer olana kimi in wa Allah.
cunki eleleri var deyir o sat kufr etmiw kafir olmuw olasan.
2.exi buda tezemi cixib o gun zovcem gelibki bes qonwunun zovcesi deyir filan muselmanlar ueaqi mektebe qoymaqi delillernen kufr sayir.yani ister oqlan ister qiz dexli yoxdu meyteve qoymaq kufrdu.
berakAllahu Fikum

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Bəzi alimlər onu caiz görmür. Bir cür vaxt tap. Lap oturan yerdə qıl. Amma vaxtında qıl. Onu caiz görməyən alimlər çoxdur. Yəni əsri birləşdirməyi.
2) Bu xəvariclərin finiş həddində olanlarıdır. Böyük səhvdir. Nə danışırlar? Elələri var. Eləsi var ki, hətta metroya, avtobusa mindinsə kafirsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#63 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 02:31 PM

Salamaleykum, şeyx! Hər namaz üçün dəstəmaz alan adam bunu hansı səbəbə görə edirsə,o səbəb bəzən olmayanda da hər namaz üçün dəstəmaz almalıdırmı?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əgər pozulursa. Pozulmayıbsa, almaq vacib deyil. Xüsusən də əgər çətinlikdirsə, su azdırsa. Əlhəmduliləh qıla bilərsən.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#64 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 04:24 PM

Salam aleykum.
1) Men xestexanada yatiram belimde yirtiq var. hekimnen de eyilib namaz qilmagi sorumamisam. Qorxuram ziyan olar, chunki bashqa xestelere eyilmek olmaz deyib. Qible de menim oturmagim ve ya uzanan yerde qilmagimin semtine deyil, tam narahatliqdi. Men nece edim? Tutaq ki hekim dedi uzan qil uzansam da dediyim ki semtime uygun deyil.
2) uzananda ayaq qible istiqametinde olmalidi yoxsa bash? Yani ayaq qinleye olsa uzum de qinleye baxir. Hansi dogrudu?
3) eger otur qil dese nece qilinir oturaq?
4) hem de otur dese olar ki uzanib qilib? Cunki otursam iche adamlar girir deye narahatliq olur istemirem ele, hem de utancagam natahat oluram. Uzanib qilsam olar oturmaq yasaq olmasa bele?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Uzanan yerdə qılın. Çalışın qibləyə dönün. Əgər mümkün deyilsə, elə də qılın.
2) Üz qibləyə olmalıdır.
3) Oturan yerdə qibləyə tərəf çevril. Rükuda bir az əyilərsən, səcdədə ondan bir az çox. Vəssalam.
4) Əgər səbəb varsa, qıla bilərsən. Hər halda, inşəAllah, namaz düzdür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#65 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 04:28 PM

Salam aleykum. Nardaran hadiselerinde gunah kimde idi? Umumiyyetle o ne hadise idi ele? Dini qarshidurma idi? Dindarlara tezyiq var idi orda?
2) men basha dushe bilmirem ki, adi insanlarda silah ne gezir? Dindarda silah olar? Dindarlara silahi kimler verir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Orada dindarlara təzyiq yox idi. Sadəcə orada müəyyən dəstələr var idi. Onlar siyasi hərəkata qoşulmuşdular. O da problemlərə gətirib çıxara bilər. Ona görə də hökumət bu addımı atdı.
2) Dindar silah gəzdirə bilər. Əgər hökümət ona versə, o da düşmənlərlə müharibədə. Kim silah istəyirsə, götürsün və getsin Qarabağa. Orada bir neçə ermənini öldürsün. Sonra onu öldürəcəklər. Adınına məktəblər qoyacaqlar və s. Amma öz camaatımızın, polislərimizin, hökümətimizin üzərinə silah qaldırmaq böyük səhvdir. Və dinimizdə bunu qadağan edir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#66 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 04:30 PM

Salam aleykum. Sizden sorushum Allah xatirine dogru cavab verin. Azerbaycanda ishidchiler var? Ishid izlerinin oldugunu bilirsiz? Ishid bizde terror etme ehtimali var? Ve ya umumiyyetle televizorlarda ve diger yerlerden melumaylar gelir ki, terrorlar gozlenilir. Bunlar heqiqetdir Azerbaycanda?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlbəttə, Azərbaycanda İşidçilər var. Və İşidə meyllilər var. Amma qaldı ki, nə ola bilər? Allah bilir. O baxır onların şeytanları onlara nə vaxt o əmri verəcəklər. Onlar əmirlərə tabedilər. Əgər şeytan əmri versə, hə. Hər halda təhlükə var. Lap İşid olmasa da təhlükə var. Bizim məscidə şeytanlar tərəfindən xain hücumu olduqda İşid heç yox idi.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#67 Guest

Guest
  • Guests

Posted 02 December 2015 - 09:07 PM

Salam aleykum! Men isteyirem ki yaddasim guclu olsun. Bezmiseme men her sey mene gec catir men ne ede bilerem. Sunnede yaddasin guclu olmasi ucun ne gelibdi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ən birinci səbəb günahlardır. Sonra oxumamaq, əzbərləməmək. Beyin onda sönür, yatır. Beyni işlətmək lazımdır. İşlərdikcə həm qəbul etməyi artır, həm yaddaş güclənir. Həmdə günahlardan çəkinmək lazımdır.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


#68 skldhvıkljsdgfhıakgjnd

skldhvıkljsdgfhıakgjnd
  • Guests

Posted 02 December 2015 - 10:29 PM

görürsən elm tələbələrini necə xain çıxdılar sənə qarşı. Əvvəl pul verirdin onlara dövrəndə var idilər. Elə ki məscid bağlandı pullar azaldı indi səndən asıllıqları yoxdur çünki pul vermirsen onlar da sənin ilə razılaşmırlar əqidə məsələlərində

Cavab:

Bunu sən deyirsən. Çünki başqası deməz. Birincisi, niyə bilmədiyin şeyi danışırsan? Sən get öz işinlə məşğul ol, get işlə ailəvə pul qazan, özünlə, ailənlə məşğul ol. Elə onlarla məşğul olsan, heç başqa söhbətlərə vaxtın qalmayacaq. Amma qaldı ki, pul və s. Elə şeylər danışma. Qorxma, məndə pul yoxdur, qorxma. Get rahat yat..
Allah daha yaxşı bilir!





1 user(s) are reading this topic

0 members, 1 guests, 0 anonymous users