Posted 19 February 2008 - 07:12 AM
Əssələmu Aleykum Ya Şeyx.
Mən hərdən təkfirçilərin saytına girirəm elm almaq üçün....Orda bəzi şeylər gördüm və sizdən dəqiqləşdirmək istəyirəm.
1. Youtube adlı video satına sizin bir çox videonuzu yükləyiblər bu haqda fikriniz?
2. Useyminin "Namazı tərkin Hökmü" kitabını yandırmaq olarmı? Çünki orada yazılıb ki namaz qılmayan kafirdir...
3. Mən Türkiyədə cüməyə gedirəm, imam xütbədə mücahidlər üçün dua edir...Demokratiyanı psiləyir...Onun arxasında namaz qılmaq caizdirmi? Başqa məscidə gedimmi? Yoxsa orada qılım?
4. Təkfir saytında belə bir yazı var... Abdur Rahman As Sadi deyə bir adamın ehtimal ki ixvandır...Yəni zəlalət firqəsindənOna görə zəlalət firqəsi deyirəm ki bu adam açıq şəkildə İraq və s ərəb ölkələrinə darul küfr deyir. Baxmayaraq ki oranın əhalisi müsəlmandır...... Buna münasibətinizi bildirin...
Şeyx əs-Sadiyə belə bir sual verirlər:
سُئل عن بِلاد الشِّرك: ما تَصِيرُ بِه بِلادَ إسلام؟ وعمّا قَارَبَ لنا من بِلاد العِراق والبَحرين وغيرهما؟
هل هي بِلاد إسلام؟ وما يُطلَق عليها؟
وعن السّفر لبِلاد الشِّرك لأجل التّجارة, وعمّن يُقيم فيها ثمّ يرغَبُ فها , ويتأهّلُ ويَسكُن؟...
"Şirk ölkələri barədə soruşuldu: İslam ölkəsi nə ilə şirk ölkəsi olur? Bizə yaxın olan İraq, Bəhreyn və digər ölkələrin hökmü barədə soruşuldu: Onlar İslam ölkəsidir? Onlara hansı hökmlər aid edilir? Şirk ölkərlərinə ticarət məqsədi ilə getmək barədə və sonra orada qalmaq barədə soruşdular. Orada qalmaq istəyi yaranan və sonra orada evlənərək yaşayan biri barədə soruşuldu.
Buna cavab olaraq Şeyx əs-Sadi deyir:
فنقولُ : قد ذكر أهلُ العِلم , رحِمَهم الله , الفَرق بين بلاد الإسلام وبلاد الكُفَّار.
فبِلاد الإسلام: التي يحكمها المسلمون، وتجري فيها الأحكام الإسلامية، ويكون النفوذ فيها للمسلمين، ولو كان جمهور أهلها كفاراً.
وبلاد الكفر ضدها، فهي التي يحكمها الكفار، وتجري فيها أحكام الكفر، ويكون النفوذ فيها للكفار. وهي على نوعين: بلاد كفار حربيين، وبلاد كفار مهادنين، بينهم وبين المسلمين صلح وهدنة، فتصير إذا كانت الأحكام للكفار والنفوذ لهم، دار كفار؛ ولو كان بها كثير من المسلمين. وكل أحد يعرف ولا يشك أن العراق والبحرين وغيرهما من البلاد المجاورة ونحوها: من المستعمرات الإنجليزية، وأنهم لهم النفوذ والحكم بها، ولكنهم يدخلون في الكفار المهادنين، لما بينهم وبين المسلمين من الأمان في عدم تعدي أحدهما على الآخر، وارتباط التجارة، كما هو معروف لكل أحد...
وقد تقدّم أن بِلاد الكُفر نوعان:
بلاد الحرب واضطهاد , وبِلاد عهد وهُدنة وأمان.
ويدلّ على هذا أن النبي صلى الله عليه وسلّم أَذِنَ لأصحابِه أن يُهاجِروا من مكّة , حيث كانت بِلاد كُفر واضطِهاد وأذِيّة وفِتنة للمؤمنين , إلى بلاد الحبَشة , وهي بلاد كفر، ولكنها بلاد أمن واطمئنان، وهي أخف بكثير من بلاد الفتنة، والشر القليل أهون من الشر الكثير، ولهذا تمكن الصحابة رضى الله عنهم من إظهار دينهم فيها. حتى إن الوفد الذي أرسلته قريش إلى النجاشي بهدايا كثيرة، عالجوا النجاشي في تسليم المؤمنين إليهم، فلم يفعله...والمقصود أنه لا بد من إظهار أصول الدِّين وشرائعه. فإذا نظرنا إلى ما حولنا من الممالك المذكورة في هذه الأوقات، وجدنا أنه يتمكن كل أحد من إظهار دينه ومعتقده، لانتشار الحرية، فصار المؤمن والكافر والبر والفاجر كلٌّ يعلن بما اعتقده، وإن حصل تقصير أو افتتان فهو من كثرة الشر، ولا يؤتى العبد إلا من قبل نفسه، ولهذا كان الدعاة لمذهب السلف، كالشيخ محمد رشيد، والألوسيين ، والشيخ قاسم بن مهزع وغيرهم، يظهرون من مذهب السلف والدعوة إلى الدين الإسلامي أصوله وشرائعه، ما هو معروف معلوم من غير معارض ولا ممانع. وكذلك من عنده دين من أهل نجد إذا ذهبوا لتلك الأقطار المذكورة، فإنهم يتمكنون من إظهار ما هم عليه، وهذا أمر لا يُشك.
ولكن من أعظم الأخطار الإقامة مع العائلة هناك , و إدخالهم في المدارس التى لا يخرج منها أحد , إلا وهو مُختَّل العقيدة , إلا ما شاء الله .
وبهذا الذى ذكرناه يعلم أن من كان عاجزًا عن إظهار دينه لا يَحِلُ له المُقام بلا شَكٍّ , لكن بشرط قُدرته على الهجرة. وأما السّفر إلى هذه الأقطار للاتِّجارِ , مع حِفظ العبد لِدِينه , وقُدرته على إظهارِه , فما المانع من ذلك؟
والمسلمون ما زالوا يُسافرون للتِّجارة لبِلاد الكُفر في عهدِ الصّحابة , رضى الله عنهم , وقد ذكر ذلك أهلُ العلمِ رَحِمَهم الله تعالى , وذكروا ما يدُلُّ عليه
"Biz deyirik: Elm əhli, rahiməhum Allahu, İslam ölkəsi ilə küfr ölkəsi arasındakı fərqi zikr etmişlər.
İslam ölkəsi: əhalisinin çoxu kafir olsa belə, müsəlmanların hökm etdiyi, İslam hökmlərinin keçərli olduğu və güc-qüvvənin müsəlmanların əlində olduğu ölkəyə deyilir.
Küfr ölkəsi isə bunun əksidir. Bu isə kafirlərin hökm etdiyi, küfr hökmlərinin keçərli olduğu və orada güc-qüvvənin kafirlərə aid olduğu ölkədir. Bu iki növdür: 1) hərbi kafirlərin ölkəsi və 2) onlarla müsəlmanların arasında sülh və atəşkəs anlaşması olan "anlaşmalı" kafirlər. Əgər hökmlər kafirlərə və güc-qüvvə də onlara aid olarsa, hətta orada çoxlu müsəlmanlar olsa belə, bura dar əl-küfr olur. Hər bir kəs bilir və şübhə etmir ki, İraq və Bəhreyn və bu ikisindən başqa digər qonşu ölkələr və bunlara yaxın olan ölkələr, ingilis müstəmləkələridir və bu ölkələrdə güc-qüvvət və hökmlər onlara aiddir. Lakin bunlar "anlaşmalı" kafirlər növünə daxildir, çünki hər bir kəsə məlum olduğu kimi, onlarla müsəlmanlar arasında bir-birilərinə qarşı hücum etməmək barədə aman əhdi vardır, ticarət münasibətləri vardır...
Əvvəl dediyimiz kimi küfr ölkələri iki növdür: 1) Hərb və zülm ölkəsi və 2) əhd, anlaşma və əmin-amanlıq ölkəsi.
Buna, peyğəmbərin, salləllahu aleyhi va səlləm, səhabələrə Məkkədən Həbəşistana hicrət etməklərinə izn verməsi dəlalət edir. Məkkə o zaman möminlər üçün küfr, zülm, əziyyət və fitnə ölkəsi idi. Həşəşistan da küfr ölkəsi idi, lakin bura əmniyyət və hüzur ölkəsi idi və bura digər fitnə və şərr ölkələrinə nisbətdə fitnə və şərri çox az olan bir ölkə idi. Buna görə də səhabələr, radiyallahu anhum, öz dinlərini orada izhar edə bildilər. Hətta Qureyşin çoxlu hədiyyələr ilə Nəcaşinin yanına göndərdikləri təmsilçi belə Nəcaşini möminləri təslim etmək üçün razı salmağa çox çalışdı, lakin Nəcaşi bunu etmədi... Qəsd etdiyimiz budur ki, orada dinin əsaslarını və şəriətini izhar etmək lazımdır. Əgər biz zamanımızda mövcud olan adını çəkdiyimiz ətrafımızdakı bu krallıqlara nəzər salsaq görərik ki, orada hər bir kəs dinini və etiqadını izhar edə bilir, çünki orada hürriyət geniş yayılmışdır. Həm mömin, həm də kafir, həm itaətkar, həm də günahkar hər bir kəs öz inandığı etiqadını açıq şəkildə bildirə bilir. Əgər bu şəxsi azadlıqlarda bir qüsur və fitnə ortaya çıxarsa, bu şərrin artması səbəbi ilədir və heç bir qul bacardığından artıq daşıya bilməz. Buna görə də əş-Şeyx Muhamməd Raşid, əl-Alusilər və əş-Şeyx Qasim bin Məhza və digərləri kimi sələf məzhəbinə dəvət edənlər o ölkələrdə sələf məzhəbini açıq şəkildə göstərirlər və İslam dininə, onun əsaslarına və şəriətinə açıq şəkildə dəvət edirlər, hansı ki, bilinir və məlumdur və bunda heç bir ziddiyət və anlaşılmaqlıq yoxdur. Eləcədə Nəcd bölgəsindən olan din sahibləri də adını çəkdiyimiz bu ölkələrə getdikdə etiqad etdiklərini izhar edə bilirlər. Bu isə şəkkə heç bir yer qoymayan bir məsələdir.
Lakin ən təhlükəli işlərdən biri də ailəsi ilə orada məskunlaşmaqdır və insanın oradakı məktəblərə daxil olmasıdır. O məktəblər ki, oradan hər bir kəs - Allahın dilədiyi müstəsna - yalnız əqidəsi pozulmuş halda çıxır.
Bütün bu zikr etdiklərimizdən sonra bildik ki, kim dinini izhar etməkdən acizdirsə, orada qalması şübhəsiz ki, halal deyildir. Lakin onun hicrət etməyə qadir olması şərtdir. Lakin qulun dinini qoruya bildiyi halda və dinini izhar etməyə qadir olduğu halda bu ölkələrə ticarət məqsədilə səfər etməsinə gəldikdə isə, buna maneə olan bir şey varmı?! Müsəlmanlar səhabələrin, radiyallahu anhum, zamanında belə ticarət məqsədilə kafir ölkələrinə səfər etməyə davam etmişlər və elm əhli, rahiməhumallahu təalə, bunu qeyd ediblər və buna dəlalət edən dəlilləri də zikr ediblər..."
Abdurrahmən əs-Sadi, "əl-Fətəva əs-Sadiyyə", 1/104-109
Tabəa əl-Keyləni, Qahirə
Bütün bunları oxuduqdan sonra ağlımıza belə bur sual gəlir?! Məgər İraqın, Bəhreynin və ingilis müstəmləkəsi olan digər ölkələrin əhalisi müsəlman deyildimi? Əlbəttə ki, müsəlman idilər. Bəs onda bu Şeyx əs-Sadi nə üçün belə danışır? Özü də bu əs-Sadi İbn Teymiyyənin və İbnul-Qayyimin fiqhi üzrə ixtisaslaşmış biri olmuşdur. Bəs nə üçün əs-Sadi bu ölkələrin küfr ölkəsi olduğuna hökm vermişdir?
Bunu anlamaq üçün baş sındırmağa ehtiyac yoxdur. Çünki həmin ölkələrdə nüfuz, avtoritet və hökm qoyma haqqı kafirlərə aiddir. Bu zaman isə əmin-amanlıq da kafirlərə aid olur və qorxu, həyəcan isə müsəlmanların payına düşür. Belə bir yer şübhəsiz ki, küfr ölkəsidir.
İndi əgər bu Abdurrahmən əs-Sadi bizim zamanda yaşasaydı, onun haqqında xavaric deməsələr də, ən azından xavaric fikirli və ya xavaric meylli və ya ixvan fikirli bir alim olduğu söylənəcəkdi. Halbuki, özləri elə bir cahildirlər ki, cahilliyin nə olduğunu anlamırlar.
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Əvvəla, elm öyrənəndə baxmaq lazımdır ki, kimdən öyrənirsən, çünki bu sənin elmindir. Elm öyrəndiyin adam kimdən dərs alıb, ondan elm almaq olarmı? Təkfirçilərin saytında elm yoxdur axı, sən ordan necə elm alırsan. Orda ancaq qeybət və böhtandır, yalandan alimlərin sözlərini başqa cür göstərirlər.
1. Biz artıq bu məsələyə münasibət bildirmişik və ana səhifədə cavab qoymuşuq. Təbii ki, bunlar hamısı cümlələri qırıb başqa mənalar verməklə müəyyən məqsədlər güdürlər. Məqsədləri də camaatı bizdən çəkindirməkdir. Onlar böyük alimlərə tənə edirlər, qaldı ki, bizlərə. Sadəcə bir şey eşidəndə, onu dəqiqləşdirin. Allah Təala buyurur: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (Hucurat, 6).
2. xeyr, bu kitabı cırmaq lazım deyil. Görünür ki, sən məsələləri düzgün başa düşməmisən, çünki bu məsələ sələflər arasında ixtilafdır. Sadəcə təkfirçilər, baxmayaraq ki, bu alimləri kafir sayırlar, amma onlardan istifadə edib camaatı azdırrılar ki, hətta təkfir yoluna aparsınlar. Bu fiqhi məsələdir. Sadəcə bunu dəvətdə ən birinci və əsas etmək lazım deyil. Onların belə etmələrində məqsəd var, baxmaraq ki, şeyx Useymini (r.) özləri kafir sayırlar.
3. Namaz qıla bilərsən, lakin o imam tovhiddən və imanı artıran məsələlərdən danışsa daha məsləhətdir. Xüsəsn də Türkiyənin cəmiyyətinə görə.
4. Mən sənə məsləhət görərdim ki, elm öyrənəsən. Çünki insanın elmi olmayanda bilmir nə danışır. Elm insanın sözünü tənzimləyir və düzəldir, həm də qüvvətli edir. Şeyx Sadi böyük sələfi alimlərindəndir. Amma qaldı ki, darulİslam və darul-Küfr məsələsinə, bu da fiqhi məsələdir, necə ki, namaz qılmayanın məsələsi. Alimlər bu məsələdə ictihad ediblər. Biz bu məsələyə də artıq aydınlıq gətirmişik. Hətta bu fətvada da təkfirçilərə rədd var, sadəcə onlar bunu görmürlər. Çünki şeyx Sadi deyir:
"كل أحد يعرف ولا يشك أن العراق والبحرين وغيرهما من البلاد المجاورة ونحوها: من المستعمرات الإنجليزية،"
"Hər bir kəs bilir və şübhə etmir ki, İraq və Bəhreyn və bu ikisindən başqa digər qonşu ölkələr və bunlara yaxın olan ölkələr, ingilis müstəmləkələridir"
Necə görürsən, sadəcə şex Sadi (r.) müsəlman ölkəsini müstəmləkə dövründə darul-İslam görmür, deməli, müstəmləkədən əvvəl və ya sonra darul-İslam görür. Sən soruş gör bunlarda müstəmləkə nə zaman qurtarıb? Bu ölkələrin hər biri artıq müstəqil müsəlman ölkələridir. Ona görə mən sənə məsləhət görərdim ki, belə məsələlərə baş qoşma, bu səndən əsla tələb olunmur. Sən elm öyrən. Elm hər şeyi göstərəcək. Sən təkfirçilərin saytında xeyir tapmayacaqsan.
Bir də şeyx Useymin (r.) köhnə sovet müsəlman dövlətlərini islam ölkələrindən, yəni darul-İslam görür.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!