Posted 20 October 2012 - 09:34 AM
Цитата (KITAN @ 19 Oct 2012, 16:19) |
Salam aleykum va rahmatullahi va barakatuhu...
1)Qardaş, Allah (subhana ve taele),Guran da; Allah ve resulunun dinini ihtehza edeni tekfir edir?? 2) Kim saqqala ve balağa lağ edirse bu ayeler le hede qorxu gelmek olar?? 3) Şiyelikde saqqal ferz olduğunu bilirik, bes Balaq meselesi nece?? Onlarda hedis var mı ki, kişinin libası topuqdan aşağı düşmesin?? Salam aleykum va rahmatullahi va barakatuhu |
Va Aleykum salam
Şiə mənbələrində paltarın topuqdan yuxarı geyinilməsi məsələsi
Əssalamu alekum va rahmatullah
Əl-Kuleyni "Əl-Kafi" kitabında demişdir:
Paltarı qısaltmaq babı (fəsli).
1 - Əli bin İbrahim, o da, atasından, o da İbni Əbi Umeyrdən, o da, Abdulla bin Sinandan, o da, Əbi Abdulla (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, o da: Allah təbarəkə və təalənin: "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) ayəsi barədə: "Libasını qısalt" demişdir.
2 - Əl-Huseyn bin Muhəmməd, o da, Muallə bin Muhəmməddən, o da, əl-Həsən bin Əli əl-Vəşşadən, o da, Əhməd bin Aizdən, o da, Əbi Xədicədən, o da, Muallə bin Xuneysdən, o da, Əbi Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, demişdir: "Şübhəsiz ki, Əli (əs) sizin nəzdinizdə idi və bəni Divan (oğulları) qəbiləsindən (adamlar) gəldilər və bir dinara üç paltar -- biri(nin uzunluğu) topuqdan yuxarıya qədər olan qamıs (köynək), biri (təxminən, uzunluğu) dizdən bir qarış aşağıya qədər olan izar (ərəblərin qurşaqdan aşağı geydiyi, yubkaya bənzər, paltar) və biri də, qabaqdan sinəyə qədər və arxadan da dabanlarına qədər olan rida (plaşa bənzər libas) aldılar. Bundan sonra, (Əli) əllərini səmaya qaldıraraq, evinə daxil olana qədər, geyindiyi libasa görə, uca Allaha həmd etdi. Bundan sonra isə: "Bu, müsəlmanların geyinməsi gərəkən bir libasdır" dedi. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) demişdir: "Lakin, bu gün, siz onu (bu cür) geymək qüdrətində deyilsiniz. Əgər, biz bunu etsək, onda, bizə, məcnun (dəli) və münafiq deyərlər. Uca Allah: "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) demişdir. (Bundan sonra, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs)): "Paltarını (topuqdan yuxarı) qaldır və onu (çox) uzatma. Qaim (imam Məhdi) gəldiyi zaman, (onun libası da) bu (buna bənzəyən) libas olacaqdır" dedi".
3 - Bir çox əshabımızdan, onlar da, Səhl bin Ziyaddan, o da, Muhəmməd bin İsadan, o da Yunus bin Yaqubdan, o da, Abdulla bin Yaqubdan, o da, Abdulla bin Hilaldan rəvayət etmişdir ki, demişdir: "Əbu Abdulla (Cəfər bin əs-Sadiq) (əs) mənə bir izar almağı əmr etdi. Mən də, ona dedim ki, aldığım libas genişdir. (Cəfər bin əs-Sadiq) Dedi ki: "Ondan artıq olanı kəs, at!". Bundan sonra, dedi ki: "Şübhəsiz ki, mənim atam (Muhəmməd əl-Baqir), demişdir ki: "(Libas) İki topuğu(n həddini) aşarsa (aşağı enərsə), cəhənnəmdədir".
(Həmçinin) bu hədisin bir mislini də Məclisinin "müvəssəq" (güvənilən) dediyi bir sənədlə, Muhəmməd bin Yəhyədən, o da, Əhməd bin Muhəmməddən, o da, İbni Fəddaldan, o da, Yunus bin Yaqubdan rəvayət etmişdir.
4 - Muhəmməd bin Yəhyə, o da, Əhməd bin Muhəmməddən, o da, Əli bin əl-Hakəmdən, o da, Abdurrəhman bin Osmandan, o da Yaməmə əhlindən bir nəfərdən rəvayət etmişdir ki, o, Əbul-Həsən (əs) Bağdadda, həbsdə olduğu müddətdə, onun ilə birlikdə idi. Demişdir ki: "Əbul-Həsən (əs) mənə dedi ki, şübhəsiz ki, uca Allah peyğəmbərinə (sas): "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) demişdir və onun paltarı təmiz idi. (Bunu deməklə, uca Allah) Yalnız, (libasın) qısaldılmasını əmr edir".
5 – Əli bin İbrahim, o da, atasından, o da, İbni Məhbubdan, o da, Hişam bin Səlimdən, o da, Əbi Bəsır, o da, Əbu Cəfərdən (əs) rəvayət etmişdir ki, peyğəmbər (sas) bəni Təmim (oğulları) qəbiləsindən olan bir nəfərə vəsiyyət edərək: "İzar və qamisi isbal edərək (uzun olaraq, geyinməkdən) çəkin. Şübhəsiz ki, bu (əməl) qürurlanmaqdandır və Allah qururlanan şəxsi sevməz" dedi.
6 – Əbu Əli əl-Əşari, o da, əl-Həsən bin Əli əl-Kufidən, o da, Ubeys bin Hişamdan, o da, Əbandan, o da, Əbi Həmzədən, mərfu olaraq, rəvayət etmişdir ki, əmirəl-mu`minin (Əli) izarını (libasını) uzun geyinən bir gəncə baxdı (onu gördü) və dedi: "Ey oğlum! Izarını (Libasını topuqdan yuxarı) qaldır. Çünki, bu, sənin paltarının (daha da salamat) qalması və qəlbinin də, daha da təmizlənməsi üçündür".
7 - Bir çox əshabımızdan, onlar da, Səhl bin Ziyaddan, o da, Cəfər bin Muhəmməd əl-Əşaridən, o da, İbnil-Qaddahdan, o da, Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət edilmişdir ki: "Əmirəl-mö`minin (Əli) (əs) bir qamis (köynək) geyindiyi zaman, əllərini uzadardı, əgər, ətrafları barmaqlarından uzun olardısa, onu kəsərdi" demişdir.
8 - Bir çox əshabımızdan, onlar da, Əhməd bin Muhəmməd bin Xaliddən, o da, atasından, Muhəmməd bin Sinandan, o da, əl-Həsən əs-Sayqaldan, rəvayət edilmişdir ki, demişdir: "Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) mənə: "Sən, Əlinin (əs) (qılıncla) vurulduğu və (üzərində) onun qanı olan köynəyini görmək istəyirsənmi?" dedi. Mən: "Bəli" dedim. Onun gətirilməsini əmr etdi və o, bir qutuda idi. Onu, qutudan çıxartdı və göstərdi. (Gördüm ki) O, Sunbulaniyə bənzəyən, nazik pambıq parçadan bir köynəkdir. (Qanın izi) Cibindən yerə qədər olan yerdə idi. Onun qanı südə bənzər, ağappağ rəngdə idi və qılıncla bir neçə yerdən kəsilmişdi. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs): "Bu, Əlinin (əs) (qılıncla) vurulduğu və üzərində qan izi olan köynəyidir" dedi. (Köynəyin) Bədən(inin yuxarı) hissəsini qarışla ölçdüm, üç qarış etdi və aşağısını da ölçdüm, on iki qarış etdi".
9 – Əbu Əli əl-Əşari, o da, Muhəmməd bin Abdul-Cabbar və Muhəmməd bin Yəhyədən, onlar da, Əhməd bin Muhəmməddən hamılıqla, o da, əl-Həccal, o da, Sə`aləbə bin Məymun, o da, Zurara bin Əuyundan rəvayət etmişdir ki, demişdir: "Əlinin (əs) qətl edildiyi köynəyi Əbu Cəfərin (Muhəmməd əl-Baqirin) (əs) nəzdində gördüm. (Gördüm ki,) onun aşağısı on iki qarış, bədəni isə, üç qarış idi və onun üzərində qan ləkəsini gördüm".
10 – Əshabımızın bir çoxundan, onlar da, Əhməd bin Muhəmməd bin Xaliddən, o da, Muhəmməd bin Əlidən, o da, (məchul) bir nəfərdən, o da, Sələmədən rəvayət etmişdir ki,(o,) şalvar ticarəti etdi. Dedi ki: "Mən, Əbu Cəfərin (Muhəmməd əl-Baqirin) (əs) yanında idim. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) onun yanına daxil olduğu zaman, Əbu Cəfər (əs) ona: "Ey oğlum! Libasını təmizləmədinmi?" dedi. O da, (ordan) getdi. Biz, onun libasına bir şeyin bulaşdığını zənn etdik. (Bundan sonra, o) qayıtdı və onun bu cür olduğunu dedi. Biz (Əbu Cəfərə Muhəmməd əl-Baqirə): "Allah bizi sənə fəda etsin! Onun libasına nə olub ki?" dedik. (Bunun üzərinə, Əbu Cəfər (Muhəmməd əl-Baqir): "Onun libası uzun idi və mən ona əmr etdim ki, libasını qısalt!. Çünki, Əziz və Cəlil Allah deyir ki:"Libasını təmizlə!". Dedi.
11 – Həmçinin, ondan, o da, atasından, o da, ən-Nadr bin Suveyddən, o da, Yəhyə əl-Hələbidən, o da, Əbdülhəmid ət-Taidən, o da, Muhəmməd bin Muslümdən rəvayət etmişdir ki, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) libası yerə toxunan bir nəfərə baxdı və: "Bu libas, təmiz deyildir?" dedi.
12 – Həmçinin, ondan, o da, osman bin İsadan, o da, Səmaət bin Mihrandan, o da, Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki: "Libası (yerlə) sürünən bir nəfər barədə, dedi ki: "Şübhəsiz ki, mən qadınlara bənzəməyi bəyənmirəm (xoşlamıram)" dedi".
(Burda, Cəfər əc-Sadiqin, libasını uzun geyən bir nəfəri qadına bənzətməsi, qadınlara libaslarını topuqlardan aşağı geyməyin əmr edilməsi səbəbindəndir).
Vassalamu alekum va rahmatullah
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əlhəmdulillah, bu məsələ aydındır. Problem bundadır ki, şiələrin öz kitablarından xəbərləri yoxdur. Ona görə də mən həmişə deyirəm ki, əhli sunnəni ittiham edən şiə əvvəlcə öz kitablarını oxumalıdır, onda danışmağa sözü də olmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!