Jump to content


01 июня 2016


  • This topic is locked This topic is locked
28 replies to this topic

#1 Tural

Tural
  • Guests

Posted 02 May 2016 - 11:11 AM

-----------Mart ayi 4-cu sehife----------

Salam Aleykuma.

Qardash, bele deyek. Bir var ki ushaq ozu Allahin izni ile filan tarixde filan saatda dunyaya gelir.
Birde var ki, kesarevo usulu ile, hekim teyin edir ki falan vaxti gelib emeliyyat edib ushaqi dunyaya getirsin. Bu Allahin ishine qarishmaq sayilmir? Yani adeten emeliyyat usulu ile olanda vaxtindan tez de ushaqi dunyaya getirirler, 1 gun, 10 gun ve s. Bu duzgundur? Burda bir problem var?

Birde hardasa oxumusham ki yeni doqulmush ushaq uchun kesilmish qurbanliq bishirinde sehv etmiremse sumuklerini sindirmazlar, ve ya nese bele bir shey. Hansisa bir qayda var bu meselede?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1)Xeyir, bu Allahın işinə qarışmaq deyil. Insan müdaxilə edə bilər. Ana seçə bilər və bu Allahın işinə müdaxilə deyil.
2) Xeyir, bu həm mümkün deyil, həm də səhih deyil. Sümüyünü sındırmamış qoyunu necə kəsmək olar?

-------------------

Salam aleykum saytda qiz adlarinin icinde Fatime adin tapa bilmedim onu elave etsez in şe Allah yaxşı olar

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Yoxdursa, artırarıq in şə Allah.

---------------------

Salam aleykum. Hansisa derslerin birinde,ya oxudugum megalede tapmisdim ki,selefler deyerdiler ki, onlarin meclisinde gadinlar hagginda sohbet elemek umumi de olsa edebden sayilmirdi,yeni kisi sohbeti hesab edilmir,gadinlar movzusuna toxunmag.Bunun esasi varmi?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Sual biraz aydın olmadı. Məclisdə faydalı söhbətlər etmək lazımdır. Qadın barədə deyəndə nə nəzərdə tutursunuz? Kiminsə zövcəsi barədə danışmaq, əlbəttə, tək sələfilərə yox, ümumiyyətlə müsəlmana danışmaq olmaz.


#2 Guest

Guest
  • Guests

Posted 04 May 2016 - 04:12 PM

As salamu aleykum.

Bele bir sual gordum onceki forumda.

Forumda aşağıdakı yazını gördüm
----------------------------------------------------------------------
Цитата
Salam aleykum. Men o gun islami terifleyende mene irad tutdular ki, nece olur xristianlar, yahudiler inkishaf edirler ,o boyda keshfleri, nobel mukafatchilari var amma muselmanlarda qirginlardi. Harasi yaxshidi. Yaxshi olsaydi yaxshi olar da onde olardilar. Siz ne deye bilersiz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, Nobel mükafatının özü oyundur. Onlar özləri qəsdlə məhz yəhudilərə, xristianlara, krişnaidlərə verirlər ki, müsəlmanları orada zəif göstərsinlər. Müsəlmanlardan da Nobel mükafatı alanlar var.
Nobel mükafatı (isv. Nobelpriset, ing. Nobel Prize) — dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilən nüfuzlu beynəlxalq mükafatdır.Daha ətrafı buradan oxuya bilərsiz ......

Nobel mükafı verilən zaman namizədin dini etiqadın əhəmiyyət daşıdığına dair iddianızı nəyə əsaslandırırsınız? Yaxud bu mükafat verilən zaman kiməsə haqsızlıq edildiyinə dair məlumatınız var ?
Ümumiyyətlə Dünyada elm üzrə ən hörmətli mükafatın oyun olduğu fikrinizi nəyə əsaslandırırsınız?
Cavab üçün indidən təşəkkürlər.
Assalamu aleykum.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Birincisi, bu səhv fikirdir ki, xristian ölkələri inkişaf edib, müsəlman ölkələri isə inkişaf etməyib. Sadəcə xristian ölkələri müsəlman ölkələrini inkişaf etməyə qoymur, söhbət bundan gedir. Yoxsa elə inkişaf müsəlman ölkələrində gedirdi. Geriyə dönüb tarixə baxın. Inkişaf, təmizkarlıq, əxlaq, mədəniyyət harda idi? Sadəcə indi qərb, Avropa elə təsəvvür yaradıb ki, guya Islam insanı geridə qoyur. Amma səhv fikirdir. Islam əksinə elm üzərində qurulub.
Məgər fikir vermirsiniz ki, əsasən yəhudilər udur. Baxmayar ki, orada müsəlman alimlər də var, çox vaxt yəhudi onu götürür.
Mən şəxslərlə ad çəkə bilməyəcəm, amma şəkk yoxdur ki, bu oyundur. Həmişə yəhudi alimlərini qabağa salırlar. Nəinki nobeldə hər bir şeydə həmişə müsəlmanlara üçüncü dərəcəli kimi baxırlar.
Nəinki bu nobel təşkilatı, ümumiyyətlə xristianlar nə təşkilat edirsə, hamısı oyundur. Hətta xristianların özlərindən belə bu təşkilata etirazlar olur. Əgər müharibə məsələlərini oyun edirlərsə, onda Nobel nədir ki onlar üçün?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
----------------------------------------------------------------------------
Cavabinizla tam raziyam, butun realligi bilen neinki muselmanlar hetta qeyri muselmanlar kimi.
Amma sadece qardaslara Ummete edilen dusmencilikle bele Nobel mukafati alan dindar muselman haqqinda melumat vermek isterdim. Belke bele haqsiz irada yerindece cavab vermeleri rahat olardi.
Professor Abdus Salam. Ixtiralarini Qurani Kerimden aldigi ilhamla etdiyini aciq bildirir ve cox dindar bir insandir.

https://tr.wikipedia...iki/Abdus_Salam



As salamu aleykum va rahmatullahi va barakatuhu!

 

 

Cavab:

 

Va aleykumus salam va rahmatullahi va barakatuhu!

 



#3 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 05 May 2016 - 09:42 AM

Əssələmu aleykum,
Qardaş, cənazəni qəbirə qoyanda aşağıdakılar vacib və ya fərzdirmi:

1) üzünü qibləyə qoymaq;
2) yalnız açıq dəfn etmək.

Bu sualı ona görə yazdım ki, cəbhə bölgəsində dünyzsını dəyişən əsgərlərin bir çoxunun cənazələrini tabutdan çıxartmağa icazə vermirdilər. Belə halda, onların üzü qibləyə deyil, üzü yuxarı qəbrə qordular. Üstəlik açıq dəfn etmirdilər, taxtanın içərisində qalırdı. (Kəfənsizin şəhidlər üçün problem olmadığını bilirəm)



Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Qəbirə sağ çiyin üzərinə və üzü qibləyə qoyulur, amma bu vacib deyil, sünnədir. Əgər cənazə üzü qibləyə basdırılmasa problem deyil inşəAllah, xüsusən buna mane olunursa, məsələn əsgəri tabutda basdırırlar..bu halda edə biləcəyiniz heçnə yoxdur, problem yoxdur bu halda.
Ən doğrusunu Allah bilir!



#4 Guest

Guest
  • Guests

Posted 05 May 2016 - 10:53 AM

Salam aleykum.
1)vehshet namazi nedir? Ne zaman ve ne uchun qilinir? Ne derecede axiret ve ya dunya uchun xeyirlidir.
2) hacet namazi nedir? Ne zaman ve ne uchun qilinir? Ne derecede axiret ve ya dunya uchun xeyirlidi?


Cavab:

Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Vəhşət namazı yoxdur, ola bilsin hacət namazı nəzərdə tutulur, bu halda istixarə namazı qəsd olunur, hansında ki, insan bir iş görmək istəyir, hər hansı addım atmaq istəyir bilmir onun xeyri var yoxsa zərəri var - onda istixarə qılır. Ancaq vəhşət namazı yoxdur.
Ən doğrusunu Allah bilir!


#5 Аким

Аким
  • Guests

Posted 05 May 2016 - 01:47 PM

А саламу алейкум вя ряхмятуЛЛАХИ вя бярякяту, Гамет Муаллим!
Я живу в России с детства, поэтому,к сожалению, приходится задавать вопрос на русским, с азербайджанским проблемы.
1) Хотелось бы узнать, у меня есть степень бакалавра по юриспруденции и степень магистра ин ша Аллах скоро получу по менеджменту в туризме, можно ли будет работать в сфере туризма в Азербайджане? Является ли такая работа дозволенной для верующего?
2) Что вы думаете по поводу Умм Иклиль (Мария Сорокоумова), Эльмира Кулиева, Умар аль Банна? Можно ли их слушать?

 

Ва алейкум ас-салам ва рахматуллахи ва баракатуху.

Нет проблем, можете задавать вопрос на русском языке.

1)   Что касается работы в сфере туризма, то это зависит от того чем конкретно вы будете заниматься. Если работая в данной сфере будет совершаться много запретных вещей, то следует найти другую работу. Если же работая там будут совершаться некоторые запретые вещи, которые совершаются и в других работах, и если вы будете по мере возможностей сторониться этих запретов, то нет проблем, можете работать там.

2)   Нет, я не советую вам слушать их.



#6 Guest

Guest
  • Guests

Posted 06 May 2016 - 10:23 PM

Salam aleykum. Ish yerinde mudur qohumumdur. Ish yoldashimin da ishde bashqa adamla problemleri var, problemi olan adam da mudire qohumdu. Problemi olan adamin unvanina haqsiz oldugu halda ne geldi danishdi, daha sonra da mudirin unvanina. Halbu ki, mudirle ish yoldashimin hech bir edaveti olmayib sadece mudirle o adam qohum oldugu uchun her ikisini tehqir etdi. Men evvel dinmedim, sonra dedim ki, mudiri tehqir niye edirsen? (Menim qohumum oldugu uchun pis oldum ve o da bilir ki qohumumdu) ne ise kichik danishmagimiz oldu. Seheri geldi ve tekraren bashladi mudirin unvanina tehqir etmeye. Evvel sebr etdim. Bu ele salmaga bashladi. Men tekrar dedim ki, tehqir etme axi onun senle ne ishi problemin bashqasi iledi, (bu problemde de ish yoldashim sehvdi)o da tekrar tehqir etdi. Men de qebul etmedim dedim sen ozunsen. Ish yoldashim Menden bir neche yash boyukdu, mudir ise agsaqqaldi. Deyir men senden boyuyem sen meni tehqir etdin, men de dedim sen agsaqqalimi tehqir edende ne gozleyirsen? Sizce men sehv etmishem? Haqqina girmishem?


Cavab:

Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Siz çalışın təhqirdən uzaq olun, nəsihət edin, din nəsihətdir. İnşaAllah haqqına girməmisiniz, çünki o daha çox rəhbəri təhqir edib.
Ən doğrusunu Allah bilir!



#7 5\8\2016

5\8\2016
  • Guests

Posted 08 May 2016 - 04:10 PM

Salam aleykum

Mənə latın əlifbası ilə bu ayələrin təcvidlə oxunuşunu yazmağınızı xahiş edirəm.

يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُن مَّعَ الْكَافِرِينَ

أَوْ تَتْرُكْهُ يَلْهَثْ ذلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا

 

Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.

Ya buneyyə-rkəb məa`nə va lə təkun məa`l-kəfirin

Əw tətruk-hu yəlhəs zəlikə məsəlül-qaumil-ləzinə kəzzəbu bi əyətinə



#8 Shahriyar

Shahriyar
  • Guests

Posted 09 May 2016 - 01:06 AM

Salam aleykum.
Zekat haqda sorusacaqdim insALLAH.

1)Puldan zekat verilir?
2)Zekat gelirden verilir yoxsa umumi puldan?(mes:menim maasim 1000azn olsa,xerclerim 700azn olsa)


ALLAH razi olsun.

Salam aleykum.

 

 

Cavab:

Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Puldan zəkat verilir, lakin o pul gərək yığılan pul olsun, məsələn 1000 AZN maaş alırsız və o xərclənirsə ona zəkat düşmür. Zəkat yığılan puldan verilir, yəni ki, bir ildən sonra baxırsınız nə qədər pulunuz yığılıb ondan 2,5% çıxardırsınız.
Ən doğrusunu Allah bilir!



#9 Shahriyar

Shahriyar
  • Guests

Posted 09 May 2016 - 01:18 AM

Salam aleykum.

1)Becerdiyim meyve-terevezden nece zekat heasblamaq olar?
2) Hansi miqdara catmalidi?
3)Ancaq gec xarab olan maldan(ticaret ucun olmayan,evin istifadesi ucun olandan) zekat hesablanir?
4)Hansi miqdarda hesablanir?

Salam aleykum.

 

 

Cavab:

Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Becərdiyiniz tərəvəzdən zəkatı ümumi gəlirdən verə bilərsiniz. Satın, baxın nə qədər oldusa, o puldan verə bilərsiniz. Məsələn, 1000 manat oldusa 25 manat zəkat və s.
Ən doğrusunu Allah bilir!



#10 Shahriyar

Shahriyar
  • Guests

Posted 09 May 2016 - 01:29 AM

Salam aleykum.

1)Maas-dan zekat verilir?
2)Misal ucun 1-ay ucun 1000azn aliramsa,menim ilin sonunda ozumde qalan 1000azn-den zekat vermeliyem yoxsa 1000x12=12000-den zekat vermeliyem?
3)Maas ucun zekat nece hesablanir?
4)Zekati 8 cur insan var ki onlara insALLAH beraber verilmelidi,yoxsa hansisa birine ve ya her-hansilarinasa vere biler?(8 insani tapmaq mutleqdir?)
5)Yaxin qohum,qardas,baci eger 8cur insana aiddirse,ona zekat verile biler?


Salam aleykum.

 

 

Cavab:

Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Əgər maaşınız yığılırsa, onda zəkat vermək lazımdır.Amma maaşınızı alıb xərcləyirsinizsə, ona zəkat düşmür.
8 qism insana qaldıqda isə orada məqsəd ehtiyaclı insanlardır. Qohumlarda belə biri olsa, qohuma verə bilərsiniz. Amma şərt deyil ki, zəkatı ehtiyaclılar arasında bərabər böləsiniz.Kimsə daha çox ehtiyaclıdısa, ona zəkatın çox hissəsini, kim az ehtiyaclıdısa az hissəsini verə bilərsiniz.
Ən doğrusunu Allah bilir!



#11 tovbeka_R

tovbeka_R

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts

Posted 13 May 2016 - 04:48 PM

Əs-Sələmun Aleykum ve Rahmətullahi və bərakətuhu Şeyx.
Bir Bacı mesciddə partlayış törədilməmişdən öncə məscidə məxsus olan "mümin hanımlara özəl uyarılar" adlı kitabını oxumaq məsqədi ilə götürmüşdür. Sonradan məscidimizdə olan terror hadisələrindən sonra bir daha məscidimiz acilmadiği üçün kitabı geri, məscidə qaytara bilməmişdir. Həmin kitabın indi onda olmadığı üçün və kitabı geri qaytara bilmədiyi üçün o bacı məndən bu kitabın halallığını sizdən istəməyimi xahiş edir.
Əgər halallığı Allah rızası üçün edə bilmək sizin ixtiyarınızda deyilsə, həmin kitabın qiymətini sizə verməyə hazıram.
Əgər Allah rızası üçün halallıq verirsinizsə bunu aşkar yazmağınızı rica edirəm.
Yox əgər qarşılığı varsa bunu da aydın yazmağınızı rica edirəm.
Çünki o bacıya bu kitabın hallallığını alacağıma Allah qarşısında söz vermişəm.
Şeyx Allah rızası üçün bu mövzuda mənə köməklik göstərməyinizi rica edirəm.

 

 

Cavab:

 

Və aləykum əs-sələmu və rahmətullahi və bərəkətuhu.
Halallıq veririk, problem yoxdur inşəAllah.
Ən doğrusunu Allah bilir!



#12 Sual

Sual
  • Guests

Posted 15 May 2016 - 04:50 PM

Salam aleykum
Sizin bir video rolikinizi izlədim. Seyyid Qutbun Musaya (as) tən etdiyini deyirsiniz. Zəhmət olmasa, onun bu sözü harda dediyini yazın.

Dəqiq cümləni yazın mənə Ərəbcəsini. Day belə söhbət olmasın ki, al filan linki oxu.

 
Cavab:

Va aleykum salam va rahmatullahi va barakatuhu!


 

وقال سيد قطب في كتابه " التصوير الفني في القرآن" عن موسى عليه السلام:
(
لنأخذ موسى إنه نموذج للزعيم المندفع العصبي المزاج ... ?ودخل المدينة على حين غفلة من أهلها فوجد فيها رجلين يقتتلان هذا من شيعته وهذا من عدوه فاستغاثه الذي من شيعته على الذي من عدوه فوكزه موسى فقضى عليه ? وهنا يبدوا التعصب القومي كما يبدو الانفعال العصبي وسرعان ما تذهب هذه الدفعة العصبية فيثوب إلى نفسه شأن العصبيين).
ثم يقول عند قوله تعالى: ? فأصبح في المدينة خائفاً يترقب?، قال: (وهو تعبير مصور لهيئة معروفة، هيئة المتفزع المتلفت المتوقع للشر في كل حركة وتلك سمة العصبيين) "التصوير الفني" (200، 201، 203) ط 13، دار الشروق.
قال سماحة الشيخ عبد العزيز بن باز - رحمه الله -
لما قرىء عليه مثل هذا الكلام : ( الاستهزاء بالأنبياء ردة مستقلة).
المرجع : ( درس لسماحته في منزله بالرياض سنة 1413 - تسجيلات منهاج السنة بالرياض).


 
Tərcümə:

Seyyid Qütb öz "Təsvir əl-Fənniy fil-Qur'an" kitabında Musa peyğəmbər (Allahın salamı ona olsun) haqqında növbəti ifadələr dedi:
"Məsələn Musanı götürək, o səbirsiz, əsəb rəhbəri təsvir edir. O şəhərə qəflətən daxil oldu və orada biri onun tərəfdarlarından digəri düşmənlərindən olan iki mübahisə edən kişini gördü. Musanın tərəfdarı olan onu köməyə çağırdı ki, düşmənlə mübarizədə ona kömək etsin. Musa onu (düşməni) yumruğu ilə vurdu və öldürdü. Burada şovinizm izlənir, həmçinin əqli qeyri-sabitlik və tələskənlik izlənilir, hansılar ki, bu əsəbi zərbəni provokasiya etdilər. Onda psixoloji-özünü saxlaya bilməyən insanların hərəkətləri cəmləşir."
Sonra Allahın sözlərinin izahında: "Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı.." (Surə 28, ayət 18), o deyir:
"Bu fraza məlum obrazı təsvir edir - qorxudulmuş, iztirablı insanın obrazı, hansı ki, istənilən hərəkətdən şəri gözləyir, və bu özünü saxlaya bilməyən psixi qeyri-sabit olan insanların əlamətidir."
("Təsvir əl-Fənniy" (200,201,203) T.13, dar əş-şuruk).

Hörmətli şeyx Əbdül-Əziz bin Baz, Seyyid Qütbun bu sözlərini oxuduğundan sonra dedi: "Peyğəmbərlərə istehza etmək murtədlikden (dindən çixmaqdan) başqa bir şey deyil".
(Ər-Riyadda, şeyxin mənzilində dərs, hicri 1413 il, "Mənhəc əs-Sünnə bir-Riyad" yazısı).

Перевод:

Сейид Кутб сказал следующее о пророке Мусе (мир ему) в своей книге "Тасвир аль-Фанний филь-Кур'ан": "Возьмём к примеру Мусу, он представляет собой несдержанного, нервного руководителя. Он внезапно зашёл в город и увидел там двух спорящих мужчин, один из которых был из числа его сторонников, а другой - из числа его врагов. Тот который был из числа его сторонников обратился за помощью к Мусе, чтобы он помог ему разобраться с тем который был из числа его врагов. Муса ударил его кулаком и он умер. Здесь прослеживается шовинизм, а также психическая неуравновешенность и поспешность, которые спровоцировали этот нервозный удар. В нем сплетаются действия психически-неуравновешенных людей.
Далее в разъяснении слов Всевышнего: " Утром он отправился в город, оглядываясь со страхом.."(Сура 28, аят 18), он говорит следующее: "Эта фраза описывает известный образ - образ испуганного, озабоченного человека, который ожидает зла от любого движения, а это является признаками психически неуравновешенных людей. ("Тасвир аль-Фанний, 200,201,203. Т.13, дар аш-шурук).
Когда уважаемому шейху Абдуль-Азиз ибн Базу прочитали его слова, он сказал: "Издевательство над пророками - это ничто иное как вероотступничество".
(Урок шейха в его квартире в Рияде, 1413 г.х. Запись "Манхадж ас-Сунна бир-Ряад").



Həmçinin Seyyid Qütbun başqa böyük xətaları bu linkdə görə bilərsiniz:

http://www.abu-bakr.com/2016/07/seyyid-qutbun-xetalari.html



#13 MudzaheD

MudzaheD

    Пользователь

  • Пользователи
  • Pip
  • 58 posts

Posted 16 May 2016 - 04:43 PM

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

P,S sizdən bu barədə soruşmuşdum demişdiz ki, qüsulun oruca dəxli yoxdur. Qüsul, təyəmmüm namaz üçündür. Yenə aydınlaşdırmaq üçün soruşuram.

1.Şeyx namaz qılmayan birisi Ramazan ayında gecə cinsi əlaqədən sonra səhər oruca durarkən qüsul almalıdırmı? yoxsa elə qüsulsuz, təyəmmümsüz tutmaq olar.

2. Oruc olarkən ağız qoxusu üçün spreydən istifadə etmək olar? oruc ola ola.

3. Mən belə başa düşdümki oruc tutmaq üçün qüsulun heç bir əhəmiyəti yoxdur. Əgər namaz qılan deyilsənsə sən orucuvu tut qüsullu ya qüsulsuz. Ama namaz qılansansa onda gecə qüsulun pozulubsa yeni dur orucuvu tut ama sübh namazı üçün imkan varsa qüsul al. yoxdursa təyəmmüm et. Qüsul konkret namaz üçündür. Düzdür bu?

4.İn şə Allah bu ramazanda saytda öncədən yerləşdirərsiz Ramazan hansı gün girir, oruca haçandan başlayaq birdə Ramazan bayramı haçandı.

Allah sizdən və bütün elm əhlindən razı olsun.
Sizi və bütün elm əhlini Allah rizası üçün çox istiyrəm.

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

 

1.

 

2. 

 

3.

 

Allah daha yaxşı bilir!


Ebu Hureyra revayet edir ki,ResulAllah (sallallahu aleyhi və səlləm) dedi:"Hər Peyğəmbərin cavabsız buraxılmayacağı duası olub.Bütün Peyğəmbərlər öz duasını etməyə tələsdilər,mən isə öz duamı qiyamət günü öz ümmətimi müdafiə etmək üçün saxlamışam və Allahın izni ilə Ona şərik qoşmayanlar bu himayəyə layiq olacaqlar." Muslim,199

#14 Guest

Guest
  • Guests

Posted 17 May 2016 - 12:17 PM

Salam Aleykuma.

Qardash, sizden bir neche ay bundan once sorushmushdum ki ushaqa Nuray adi vermek olarmi, cavab vermishdiz ki olar. Elhemdilullah, ushaq dunyaya geldi, adini qoyduq, sonra bezi yerlerden eshitdim ki olmaz bele ad qoymaq, "ad chox aqirdi" ve s. kimi sheyler. Birde sorushuram, chox narahatam, olar ya olmaz? Niye aqir olsun?

Eqiqi kesende biri deyir ki ondan kebab ele payla kebaba getmeyen yerini buqlama ele, buda bir az teecublendirdi meni. Niye olmaz ki ele etini verim camaat ne istiyir onuda yesin?

Sachini 7 gunde kesmeye qorxuram, urek elemirem, kesmemish sedeqesini texmini versem bir problem olarmi?

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

 

 

Allah daha yaxşı bilir!



#15 tovbeka_R

tovbeka_R

    Пользователь

  • Пользователи
  • Pip
  • 8 posts

Posted 21 May 2016 - 02:45 AM


Əs-Sələmun Aleykum və Rahmətullahi və Bərakətuhu Şeyx.
Bir nəfərlə öz aramızda razılaşdığımıza görə ona sahibkar olaraq verdiyim 1300 AZN pulu internetde bonus alveri ilə məşğul olaraq 1 ay müddətinə 2500 AZN çatdıracağı vədi vermişdir. və 1 aydan sonra 1300AZN verdiyim maya dəyərini və +600 AZN gəliri mını verıcıyimi bildirmişdir. Həmin adam pulu məndən alandan sonra həmin adamın fırıldaqçı olduğunu oyrəndim. bundan sonra həmin adamı tapa bilmədim.
Sualım budur ki, bu tip alver halaldırmı? və mən ondan nə qədər pul tələb edə bilərəm?
Sadəcə verdiym pulumu yoxsa gəlirimi də tələb edə bilərəm?
Həmin adam pul verməkdən imtina edib və gizlənib. o adamın dində cəzası nədir? mən ondan bu dünyada pulumu almağım daha xeyirdir mənim üçün yoxsa axirətdə?
Bu məsələ də Allahdan kömək diləyimlə bərabər Polisə də kişayət etməyim düzgündürmü? yoxsa Onu Allaha hevalə etsəm mənim üçün daha xeyirlidir ?
Əs-Sələmun Aleykum və Rahmətullahi və Bərakətuhu Şeyx.

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

Allah daha yaxşı bilir!



#16 Guest

Guest
  • Guests

Posted 21 May 2016 - 09:27 PM

Salam aleykum. Men bura istemirem yazim size shexsen yazmaq isteyirem. Bir problem var ona munasibetinizi bilmek isteyirem. Wotsapp deyil bashqa pocht unvani varsa deyin ora yazim.

 

Cavab:

 

 

[email protected]



#17 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 23 May 2016 - 02:43 PM

Əssələmu aleykum.
Qardaş, buradakı suallara çox gec cavab verirsiniz. Xahiş edirəm, bunu nəzərə alın ki, sizdən başqa etibar etdiyimiz və sualları yönəltmək imkanımızın olduğu kimsə yoxdur.

Sualım belədir ki, vaxtilə bir qaradaş 2500 manat borc vermişdim. O vaxt həmin pula məsələn evimin sanitar qovşağını təmir etdirə bilərdim. Ondan sonra, iki dəfə devalvasiya oldu, dollar əvvəlcə 0,78-dən 1,05-ə, sonra isə 1,55-ə qalxdı. Göründüyü kimi o zaman bu pula xaricdən dollarla 3200 dollarlıq mal gətirmək olardısa, indi cəmi 1650 dollarlıq mal almaq olur. Düz iki dəfə fərq edir.

Mən qardaşdan borcumu tələb edərkən bunu nəzərə alaraq, mənə heç olmasa 2500 manat deyil, 2500 dollar verməsini istəyə bilərəmmi? (baxmayaraq ki, o vaxtkı pulla bu 3200 dollar edirdi). (Devalvasiya o qdərə gedə bilər ki, qardaş mənə pulu qaytaranda onun dəyəri bir kisə un da ola bilər, yadınıza salın SSRİ dağılandan sonrakı devalvasiyanı.)

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

 

 

Allah daha yaxşı bilir!



#18 Müsəlman

Müsəlman
  • Guests

Posted 25 May 2016 - 05:01 PM

as salam aleykum .

Qadinin uzune tonal ve nemlendirici krem vurmasi ve eri ile cole cixmasi caizdi ?

 

 

Cavab:

 



#19 Guest

Guest
  • Guests

Posted 25 May 2016 - 05:05 PM

Salam aleykum,

Aşağıdakılar alimdir? Tanıyırsınız bu adamları?

1) Şeyx Əbu Münzir Şankiti.

2) Şeyx Xatəm Məmun Əbdülhəmid.

3) Şeyx Nasir əl-Fahd.

4) Şeyx Nasir əl-Təkal.

5) Şeyx Əbdülməcid əl Rami.

6) Şeyx Əbu Ömər əl-Münzir əl-Zaidan.

7) Şeyx Əbu İmad Əbdürrəhman bin Həsən əl-Masri.

8) Şeyx Əbdürrəzzaq Əyyuha.

9) Şeyx Abdullah bin Əbdürrəhman Şankidi.

10) Şeyx Əbu Səəd.

11) Şeyx Əbu Usamə.

12) Şeyx Əbül Qasım əl-Əsbahi

13) Şeyx Əbu Asam əl-Makdisi.

14) Şeyx Əbdürrəhman Əbu Übeydə əl-Utbə.

16) Şeyx Zəkəriyyə Buxara Əbu Seyf əl-İslam əl-Fasi.

17) Şeyx Əbu Übeydə əl-Tunisi.

18) Şeyx Qureyşi Əbuabdalq.

19) Şeyx Əbu Abdullah.

20) Şeyx Əbu Usamə Əl-Azidi.

21) Şeyx Zübeyr əl-Şankiti.

22) Şeyx Əbu Ubeydə əl-Şankidi.

23) Şeyx Məhəmməd bin Ömər Livani.

24) Şeyx Əbu Süfyan Türki bin Mübarək əl-Bənali.

25) Şeyx Əbu Huzeyfə əl-Libi.

26) Şeyx Faris əl-Moqahvi.

27) Şeyx Saəd bin Zair.

28) Şeyx Ənəs əl-Nəşvan.

29) Şeyx Abdullah Osman.

30) Şeyx Məhəmməd əl-Dusari.

31) Şeyx Abdur Rahim əl-Əfqani.

32) Şeyx Hacı Bəşir Asudair.

33) Şeyx Əbu Sələmə Şankidi.

34) Şeyx Abdül Muaz Qureyşi.

35) Şeyx Əbu Abdullah.

36) Şeyx Əbu Bəkir.

37) Şeyx Əbul-Həsən əl Azidi.

38) Şeyx Əbu Abdullah.

39) Şeyx Əhməd əl-Bawadi.

40) Şeyx Rəşad Şitivi.

41) Şeyx Hamad bin Məhəmməd əl-Şankidi.

42) Şeyx Əbu Məhəmməd əl-Azidi.

43) Əllamə Şeyx Osman əl-Deblasi.

44) Şeyx Səid bin Nəsr Sudani.

45) Dr. Məhəmməd Qərib Sudani.

 

 

Cavab:

 



#20 Guest

Guest
  • Guests

Posted 25 May 2016 - 05:07 PM

Salam aleykum,

Bu hədis barədə nə deyə bilərsiniz?

Bu hədisi hakimləri təkfir etmək üçün gətirirlər.

Tirmizi, Nəsai və Hakim təxric etmişlər ki, Cabir ibn Abdullah rəvayət edir ki, Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) Kab ibn Ucraya belə demişdir: “Allah səni səfehlərin əmirliyindən qorusun ey Kab ibn Ucra! Dedi: Məndən sonra mənim yolumla getməyən və sünnətimə riayət etməyən əmirlər olacaq. Kim onların yalanlarını təsdiq edər və onların zülmündə onlara yardımçı olarsa, belələri məndən deyillər və mən də onlardan deyiləm. Onlar mənim hovuzuma varid olmayacaqlar. Onların yalanlarını təsdiq etməyən və onların zülmündə onlara yardımçı olmayanlar, məhz onlar məndən mən də onlardanam. Onlar mənim hovuzuma varid olacaqlar

 

 

Cavab:

 



#21 Guest

Guest
  • Guests

Posted 25 May 2016 - 07:14 PM

Цитата (tovbeka_R @ 21 Apr 2016, 04:21) Əs-Sələmun Aleykum şeyx. heyzli qadinla 10 günlüyün ilk 3 gününde cinsi elaqede olmagin keffaresi bizim manatla ne qederdir, Allah rizasi uchun hesablayib yazmaginizi rica edirem.



Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Heyzli qadınla əlaqədə olmaq olmaz. Əqər əlaqə olubsa, onda 1 dinar (4,25 gram qızıl) miqdarında kəffarə verilməlidir. Bizim pulla bu təxminən 260 manat edir. Bu məbləğ hər əlaqədə olmuş gününə görə ödənilməlidir. (3 x 260 = 780 azn).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



Əs-Sələmun Aleykum şeyx. fikrimi daha da aydin basa salim Qadın 3 gündür ki, adet görür. 10 günlük heyz müddətinin 3-cü günü elaqe olursa kəffarəsi nə qədər olur?

qaynagını bilmirəm ama haradansa melumatim var ki, heyzli müddətin ilk üçdəbirində kəffarənin dəyəri başqa, 3-7-ci gunlerində basqa, son 3 günündə isə tamamilə miqdarca daha az kəffarə verilməlidir. ama nə qədər bunları bilmirəm. Əgər yazdıqların barədə bir şey bilirsinizsə Allah rizasi üçün ətrafli basa salardınız
As salamu aleykum va rahmatullahi va barakatuhu!
 
 
Cavab:
 


#22 Elşən

Elşən
  • Guests

Posted 27 May 2016 - 10:37 AM

As salamu aleykum va rahmatullah.

Qamət qardaş Abu Zeyd deyir ki, siz onu Hələbiliklə ittiham etməmişdən öncə o sizə demişdi ki, əgər bütün aləm Hələbini cərh etsə mənim əqidəmdə heç bir dəyişiklik olmayacaq. Həm də deyir ki, o bilirdiki siz onu Hələbilikdə ittiham edəcəksiniz. Sonra bu söhbətlər çıxanda o sizə təklif etmişdiki, gəl oturaq şeyx Albaninin ,İbn Bazın, İbn Useyminin əqidəsini qoyaq ortaya. Siz isə bu dəvəti qəbul etməmisiniz. Ətraflı aşağıdakı videoda İzləyə bilərsiniz. Əxican adam belə məqamlarda başını itirir.

...link

 

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

 



#23 AG

AG
  • Guests

Posted 28 May 2016 - 03:52 PM

Salam Aleykum
Xotel sprosit, razreshaetaya li nazvat sina Riyad, chto v perevode oznachaet rayskie sadi.

 

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

Да, можно назвать именем Рияд.

 



#24 Guest

Guest
  • Guests

Posted 28 May 2016 - 04:45 PM

Salam Aleykuma.

Elektron qelyan ve ya siqaret chekmek ve onlari satmaq haramdi ya halal?

 

 

Cavab:

 



#25 Shahriyar

Shahriyar
  • Guests

Posted 29 May 2016 - 01:27 AM

Salam aleykum.

Men medemi mualice etdirirem,insALLAH Ramazan orucunun bir gunluk keffaresini nece vere bilerem?(texmini nece manat edir ve indiki seraitde kime vere bilerem)


Salam aleykum

 

 

Cavab:

 



#26 Guest

Guest
  • Guests

Posted 30 May 2016 - 04:53 PM

Assalamu aleykum va rahmatullahi va barakatahu.
Şeyx mən 12-13 bəlkə də daha az yaşım olanda demişdim ki mən buddaya inanıram,səcdə də etmişdim.Niyə etdim bilmirəm.Bəlkə necə bir hiss olduğunu bilmək üçün etdim.İslamı bilirdim bunu etməyin qadağan olduğunu da.Amma etdim.Bu məni dindən çıxarır?3 il sonra namaza başlamışdım.
2)Ümumiyyətlə insan uşaq vaxtı edilən günahlara görə məsuliyyət daşıyır?
3)Həddi bülüğa çatmaq nə ilə müəyyən olunur oğlanlarda?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1) Əslində sizin etdiyiniz küfrdür. Insanı dindən çıxardır. Lakin sən deyirsən ki,həddi buluğa çatmamışdın.Ola bilər o vaxtı Bruslinin ya da hind kinolarından təsirlənmisən. Ancaq əsas odur ki, etdiyinin səhv olduğunu anlamısan. Namaza başlamısan, əlhəmdulilləh. İnşəAllah üzrlüsən.
2) Yox, uşaq vaxtı elədiyi günahlara görə məsuliyyət daşımır. Çünki, dərk eləmir,haram olmağın bilmir,aqibətini düşünmür və s.
3) Həddi büluğ qızda aybaşının gəlməyi ilə, oğlanda isə məninin çıxması ilə bilinir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


Assalamu aleykum va rahmatullahi va barakatahu.Yuxarıdakını mən yazmışdım.
Şeyx mən əvvəllər namaz qılrdım.Sonra tənbəllikdən tərk etdim.Həmin müddətdə din barədə şübhələrə qapılırdım.Kafirlərin fikirlərinə qarşı içimdə rəğbət var idi (islamı tənqid edən fikirləri də bura daxildir. yaxud Allahın varlığı,təkamül və s.).Fikirlərimdə onları ucaldırdım.Ateizmə meyl edirdim.
Bir dəfə bir nəfərin dedikləri haqda düşünürdüm.Onda "mən müsəlmanam deyiləm"dedim.Yəni bunu özüm üçün demədim.Sadəcə onun dediklərini səsli düşünürdüm.
Həmin müddət ərzində çox qarışıq və pis vəziyyətdə idim.hər dəfə Bu fikirlərdən sonra şəhadət gətirirdim.Və həmişə özümü müsəlman hesab etdim.Sanki qəlbim fikrim oynayırdı.
Daha sonra Hər şeyə yenidən başlama niyyəti ilə qüsl aldım.Şəhadət gətirdim.Namaza başladım.Yəni özümü mürtəd olaraq görmədim heç vaxt .
İndi mən
1) Dindən çıxmamışam ki?
2)Qüsl almaqla bidət etdim?
3)Daha nə edə bilərəm?Müsəlman olduğumdan daim şübhəliyəm.İslamdan çıxdığımı qəbul edib, İslama giriş qüsl alım?Kömək edin mənə.

Onu da deyim ki ibadətlərdə vəsvəsə əl çəkmir məndən.

 

 

Cavab:

 



#27 Guest

Guest
  • Guests

Posted 11 July 2016 - 06:38 AM

Salam aleykum. Men baciyam. Yashim kechir aile qurmamisham. Ne qeder de istimnaya tovbe ediremse yene de edirem. Gunah edirem? Bu qeder tovbeni pozdugumnan sonra yeniden tovbe ede bilerem?

 

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

 



#28 Guest

Guest
  • Guests

Posted 11 July 2016 - 06:50 PM

Salam aleykum.
1)Heyder mescidinde gedib namaz qilmaq olar?
2) Mende istimnan oldu gece seherisi qusl vere bilmedim. Hemin gun chimmishdim deye chime bilmedim. Baciyam. Teyemmum etdim. Olar bele etmek?

 

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

 

1.

 

2.

 

Allah daha yaxşı bilir!



#29 Abdurrahman

Abdurrahman
  • Guests

Posted 15 July 2016 - 05:56 PM

Essalamu aleykum, qardaş.
Bir mənbədən oxudum ki, kaftar (goreşən) əti Hənəfi məzhəbinə görə haram, digər 3 məzhəbə görə isə halaldır.
Həmin mənbədə kirpi ətinin isə Hənəfi və Hənbəliyə görə haram, digər ikisinə görə halal olduğu qeyd edilib.
Amma dəqiqləşdirə bilmədim. Bu barədə məlumat verə bilərsinizmi?
Əssələmu aleykum.
 

 

Cavab:

 

Va aleykum salam va rahmatullahi va barakatuhu!

 

 

Allah daha yaxşı bilir!






1 user(s) are reading this topic

0 members, 0 guests, 0 anonymous users


    Ahrefs (1)