Əssələmu aleykum və rahmətullah!
Əgər qardaş rusca bilirsə, Renat qardaşın musiqinin haramlığına dair məqaləni bu saytda oxumağı məsləhət görürəm:
http://livetoislam.c...id=18&Itemid=43Peyğəmbər (salallahu aleyhi vəssəlləm) buyurub: "Mənim ümmətimdə insanlar çıxacaq və onlar zinanı, ipəyi, şərabı və musiqi alətlərini (məzaif) halal hesab edəcəklər" (əl-Buxari, 5590). Bu hədis musiqi alətlərin açıq-aşkar haram olmasını iki yol ilə göstərir: birincisi, peyğəmbər, salallahu aleyhi vəssəlləm, deyir ki, bu şeyləri halal hesab edəcəklər, deməli bunlar hamısı əksinə haramdır, ikincisi də, musiqi alətlər böyük günahlarla bir sırada olduğu üçün, onlara bərabərləşir və haram sayılır.
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) dedi: "Bu hədis bütün musiqi alətlərinin (məzaif) haram olmasını göstərir. Və bu söz özünə buna oxşar bütün alətləri daxil edir." (Məcmuul-Fətava, 11/535).
Ənəsdən rəvayət olunur ki, Rasulullah, salallahu aleyhi vəssəlləm, belə demişdir: "Bu dünyada və obirisi dünyada iki səs lənətlənmişdir: şadlıqda olan tütək və müsibətdə ağı demək" Əl-Bazzar 1/377, əd-Dıyə əl-Məqdisi 2200.
Hafiz əl-Heysami və Hafiz əl-Munziri demişdilər ki, hədisin bütün raviləri etibarlıdır. (Məcmuuz Zavaid 3/13, ət-Tarğib və Tarxib 87).
Həmçinin şeyx əl-Albani hədisin bütün isnadları gətirərkən onu səhih adlandırıb (Taxrimu alət at Tarab, 86-88).
İmam ən-Nəvəvi bu hədis barədə belə demişdir: "Burada söhbət çalğı və musiqi alətlər haqqındadır" (Tuxfatul axvazi, 4/88).
Həmçinin İbn Abbasdan rəvayət olunur ki, Allahın Rəsulu, salallahu aleyhi vəssəlləm, belə demişdir: "Həqiqətən Allah mənə şərabı, qumar oyunlarını və barabanı qadağan etmişdir və beyni zəhərlədən hər bir şey haramdır" Əhməd 2/165, Əbu Davud 36/96, əl-Beyhəqi 10/222.
Beləliklə bu hədislər bir birini gücləndirir, bə bu səbəbə görə də onların səhihliyini Hafiz İbn Həcər, şeyx Əhməd Şakir və şeyx əl-Albani təsdiqləmişdilər. (ət-Təlxis, 4/202, Təhqiq əl-Musnəd 4/128, Təhrimu alə ət-Tərab, 92).
Həmçinin barabanı qadağan edən hədisləri imam Əhməd də səhih hesab etmişdir. O demişdi: "Mən barabanı qadağan edirəm çünki onu Allahın Rəsulu qadağan etmişdir" (əl-Amru bil Maruf, 26, əl-Halələ.)
Səhl ibn Sad və İmran ibn Huseyndən rəvayət olunur ki, Peyğəmbər, səlallahu aleyhi vəssəlləm, belə demişdir: "Qiyamətə yaxın sökülmələrin, göydən (daşların) tökülmələrin və eybəcərliyin sayı çoxalacaq.". Ondan soruşdular: "Bəs bu nə vaxt baş verəcək?". O, dedi: "Musiqi alətlərin və qadın muğənnilərin yayıldığı vaxt və insanlar şərabı halal hesab etdiyi zaman" (ət-Tirmizi, 2213, İbn Əbu ad-Dunya, 1/153)
Əbu Hureyrədən rəvayət olunur ki, Allahın Rəsulu, səlallahu aleyhi vəssəlləm, demişdir: "Zınqırovlar şetanların tütəkləridir" (Muslim, 2114).
Və bu barədə də imamların və sələflərin bir çox dedikləri vardır.
Cavab:
Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
Шейх Мухаммад Насыруддин аль-Альбани говорил: “Основа призыва саляфии держится на трех опорах:
1- Священный Коран;
2 - Достоверная Сунна;
3 - понимание первых двух опор в соответствии с пониманием праведных предшественников (ас-саляф ас-салих) из числа сподвижников, их последователей (таб’иун) и следующих за ними.
И причина заблуждения всех течений, будь то новых или старых, состоит в том, что они не держатся за третью опору!” См. “Маджалля аль-Асаля” № 23.[B]